
Mehman Həsənli Daşkənddə Beynəlxalq elmi konfransda məruzə edib
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində keçirilən Beynəlxalq elmi konfransın plenar iclasında məruzə ilə çıxış edib.
Konfrans özbək cədidçilik hərəkatının görkəmli nümayəndələrindən olan Əbdürrauf Fitrətin anadan olmasının 140 illiyinə həsr olunub. “Professor Əbdürrauf Fitrətin ədəbi-elmi və ictimai-siyasi fəaliyyəti dünya cədidşünaslığı kontekstində” mövzusunda təşkil edilən konfransın plenar və bölmə iclaslarında 50-dən çox elmi məruzə dinlənilib.
Qeyd edək ki, Mehman Həsənli uzun illərdir XX əsrin əvvəlləri özbək cədidçiliyi və Əbdürrauf Fitrətin yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparır. Alimin bu istiqamətdə çoxsaylı elmi məqalələri müxtəlif akademik nəşrlərdə dərc olunub, beynəlxalq konfranslarda məruzələr edib.


Ötən il müəllifin “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” adlı elmi monoqrafiyası nəşr olunub. Beynəlxalq konfrans çərçivəsində sözügedən monoqrafiya təqdim edilib.
“Yazarlar” olaraq Mehman Həsənlini təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında