Etiket arxivi: Əli Yunisov

Əli şəfalı, qəlbi nurlu – Rizvan həkim

Əli şəfalı, qəlbi nurlu – Rizvan həkim

Rizvan Əli oğlu Eyvazov 3 aprel 1933-cü ildə Ağdam rayonunda müəllim ailəsində anadan olmuşdur. Atası, Əli müəllim Azərbaycanda ilk dəfə Orden almış müəllimlərdən biridir (“Qommunist” qəzeti, 17 may 1939-cu il). O, Böyük Vətən Müharibəsi illəri də olmaqla uzun zaman Ağdam, sonra isə Beyləqan (Jdanov) rayonlarının Maarif şöbəsinin müdiri, ömrünün son 25 ilini isə Ağdamda yeganə Beynəlmilər orta məktəbi olan 2 nömrəli tam orta məktəbin direktoru işləmişdir. Qabaqcıl Maarif Xadimidir. Anası, Abıhəyat xanım ömrünün sonuna kimi müəllimə işlımiş, dəfələrlə Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmişdir.
R.Eyvazov Ağdam şəhər 1 nömrəli orta məktəbi “Qızıl medal”la, 1958-ci ildə isə N.Nərimanov adına Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) müalicə-profilaktika fakultəsini “Fərqlənmə diplomu” ilə bitirmişdir. Onun çox asanlıqla institutda qalıb işləmək imkanı olsa da, ancaq doğma rayonu Ağdama qayıdaraq poliklinikada terapevt həkim kimi fəaliyyətə başlamışdır. Hətta müəyyən müddətdə həmin poliklinikanın baş həkimi olsa da O, ömrünün axırınadək elə həmin tibb müəssisəsində rayon və hətta ətraf rayonların əhalisinin sağlamlığı keşiyində ləyaqətlə duraraq, sözün həqiqi mənasında “Əli şəfalı, qəlbi nurlu” həkim kimi ad qazanmışdır.
Rizvan həkim haqqında olan xatirələrə nəzər saldıqda görsənir ki, onun tələbəlik illəri də çox maraqlı və yaddaqalan keçmişdir. Yeri gəlmişkən ağdamlı məhşur cərrah Elxan həkimin (Allah cansağlığı versin) söylədiyi bir xatirəni yada salmağa dəyər: 1965-ci ildə Tibb İnstitutuna qəbul olmuşdum. Sentyabrın 1-də ilk dərsimiz İnstitutda ən ciddi və mühüm fənn olan Anatomiyadan məhşur “Dairəvi zal”da mühazirə idi. Professor bizi instituta qəbul olunmağımız münasibəti ilə təbrik etdikdən sonra, mühazirəyə başlamadan əvvəl dedi: “Bu dərsimizi institutumuzu fərqlənmə ilə bitirmiş, hərtərəfli tələbə olmuş, ağdamlı Rizvan Eyvazova həsr edirəm”. Böyük qürur hissi keçirdim, artıq bu yüksəkliyin şərhə ehtiyacı yoxdur!
Rizvan həkim o vaxtlar üçün çox da asan olmayan SSRİ-nin “Səhiyyə əlaçısı” və həm də “Əla dərəcəli həkim” kimi sözün həqiqi mənasında bütün ömrünü xəstələrin müalicəsinə həsr etmişdir. Məhz onun praktik həkimlik peşəsini yüksəklərə ucaltması sayəsində onlarla gənc, o cümlədən ondan sonra gələn ailə üzvləri də bu şərəfli yolu tutmuşdurlar. Beləki, həyat yoldaşı və bir ailənin 7 övladından altısı bu peşəni ləyaqətlə davam etdirmiş və hazırda da davam etdirməkdədirlər.
Həkimliyi ilə yanaşı O, “Ağdam və ağdamlı” adını daima yüksəldən, ədalətli, prinsipial, obyektiv kəskin xasiyyətili və həm də mərhəmətli olmuşdur. Əbu Turxan demiş: “İti qılınc küt qılıncdan daha mərhəmətlidir”. Haqsızlıq qarşısında heç vaxt susmayan, bir şəxsiyyət kimi indi də yaddaşlarda qalmaqdadır. Heç vəchlə Qarabağ hadisələrinə dözə bilmədi və təəssüf ki, tez 1991-ci ilin yanvar ayının 6-da rəhmətə getmiş və Ağdamın Qaraağacı qəbirstanlığında böyük izdihamla dəfn olunmuşdur.
“Belə insanlar ölmürlər-onlar xatirələrdə yaşayırlar”.
Allah rəhmət eləsin!

Dərin ehtiramla, Əli Yunisov

ƏLİ YUNİSOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SADİR MƏMMƏDOV – 75 İL

SADİR MƏMMƏDOV – 75 İL
SADİR Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Ağdam rayonunun Kəngərli kəndində ziyalı (Surxay Məmmədovun) ailəsində doğulmuşdur.
S.Məmmədov H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutu, Moskvada SSRİ DİN – Akademiyasını bitirmişdir.

1970-73- çü illərdə Ağdam rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Sonra Özbəkistan Respublikasıda Daxili işlər orqanlarında fəaliyyətini müxtəlif vəzifələrdə davam etdirmişdir.
Azərbaycan DİN-tələbnaməisi ilə Vətənə qayıtmış, Şuşa milis idarəsinin rəisi, Ağdərə milis idarəsinin rəisi, DQMV -nin Milis idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. O zamankı hadisələr zamanı qaynar nöqtələrdə şəxsən yaxından iştirak etmişdir. Sonralar Azərbaycan Daxili İşlər Nazirliyinin orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildən polkovnik rütbəsinda ehtiyata buraxılmışdır.
SADİR müəllim həmin vaxtdan indiyənə qədər Bakı Slavyan Universitetidə pedaqoji fəaliyyətlə məşğuldur. Hüquqi üzrə fəlsəfə doktorudur. Dossentir. O, unverstetidə Azərbaycansunalıq üzərə ETL -nin müdiridir.
Xidmətləri Dövlət tərəfindən orden medallarla qiymətləndirilmişdir.
SADİR müəllim yeni doğum gününüz və yubileyiniz mübarək!
Sizə sağlamlıq, uğurlar arzulayıram.

Hörmətlə, Əli Yunisov

ƏLİ YUNİSOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Əliyevin doğum günüdür! – Təbrik!

10 fevral Azərbaycanın dünya miqyasında tanınmış görkəmli ziyalılarından olan alim Əliyev Rafiq Əziz oğlunun doğum günüdür! Doğum günü münasibətilə Rafiq müəllimi səmimi qəlbdən təbrik edir, həyatda uzun ömür can sağlığı arzulayıram!
Əliyev Rafiq Əziz oğlu 10 fevral 1942-ci il də Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

O, 1998 ci ildən Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001 dən isə bu universitetlərin BBA proqram direktorudur.

Əliyev Rafiq Əziz oğlunun Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130 dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində, Özbəkistanın Daşkənd şəhərində, Türkiyənin Antalya şəhərində beynəlxalq elmi konfranslar keçirilir.
Əliyev Rafiq Əziz oğlu informatika və idarəetmə, süni intellekt, qeyri səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70 ə yaxın kitabın, 350 dən çox elmi məqalənin müəllifidir.

Hörmətlə, Əli Yunisov

P.S. Akademik Rafiq Əliyevin 83-cü yaşı münasibətilə bu qeydləri yazarkən qürur hissi keçirirəm.
Mən, Rafiq müəllimlə bir rayonda doğulmuş, Ağdam 1- saylı orta məktəbdə oxumus, eyni ali məktəbi bitirmişik (sovet vaxtı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institunu).
Rafiq müəllim 1977-ci ildə institutda mənə dərs deyib.
Yüz yaşa Rafiq müəllim!!!

Birlikdə fotolar:

ƏLİ YUNİSOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru