Etiket arxivi: Bədirə Niftəliyeva

O ZİRVƏNİN İŞIĞI

O ZİRVƏNİN İŞIĞI

10 MAY 2025 – ci il – XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASINDAN 102 İL ÖTÜR

AZƏRBAYCAN XALQININ ULU ÖNDƏRİ – HEYDƏR ƏLİYEV! – Bu gün xalqımızın hər bir nümayəndəsi bu adı qürurla səsləndirir. Öz xalqının qəlbində əbədi və sönməz məşələ çevrilmək, verdiyi örnək həyat və fəaliyyət təcrübəsi, vətən eşqi, xalq məhəbbəti ilə məşəqqətlərə tab gətirə bilmək, ağıl və bacarıqla çətinliklərdən qurtula bilmək verir bu yüksək adı şəxsiyyətə. O şəxsiyyət ki, gəncliyindən xalqının taleyüklü məsələləri üçün bir yol xəritəsi çözdü qəlbində – BU VƏTƏNİ AZƏRBAYCAN İDİ. Onun yolunda nəyin bahasına olursa – olsun yaşatmaq missiyasını yorulmadan icra etmək isə Azərbaycan oğlunun- sadə bir ailədə doğulan, tərbiyə alan, aldığı öyüdlə vətəninə bağlanan, tarixini öyrəndikcə sinəsində salnamələr oyanan, özünə bu yolda bir qətrə də olsun geri dayanmağa icazə verməyən, amalının böyüklüyündən, tarixinin mübarizliyindən güc alan, faciələrinin ağırlığında bərkiyən, bərkidikcə bu yolda dönməz qətiyyət sahibinə, söz sahibinə çevrilə bilən şəxsiyyət idi Heydər ƏLİYEV.

Onunla necə fəxr etməyəsən?  O,  bütün dünyanın həsədlə baxdığı, qiptə  etdiyi, Azərbaycan ucalığının  rəmzi – LİDER  idi.

10 May – Azərbaycan tarixinin sevilən yaz səhəri. Bu səhər dünyaya göz açan neçə-neçə körpələrin içindən seçilmişdi O. Yaradanın ona bəxş etdiyi ÖNDƏRLİK missiyası həyatının son gününə qədər onu tərk etməyəcəkdir və özündən sonra da, daim nigaran olduğu xalqının taleyini “ONA ÖZÜM QƏDƏR İNANIRAM!”– deyə təqdim etdiyi əziz övladına, cənab prezident İlham Əliyevə həvalə edəcəkdir.

 Bu uzaqgörənlik –  heç şübhsiz ki, fitri istedad idi. İllər sonra baş verə biləcək hadisələri duya bilmək,  yaşadığı dövrdə aldığı qərarlarda, imza etdiyi fərman və sərəncamlarda özündən 100 il əvvəlki tarixlə bağlantı quraraq – varislik prinsipini yaşadan, inkişaf etdirən, eyni zamanda nəticələrini düşünə bilən rəhbər olmaq – hər liderə nəsib ola biləcək nemət deyildir!

 Bu əvəzsiz müsbət keyfiyyətlər – bizim xalqımızın, Azərbaycan torpağında doğulan, dilini də, yurdunu da varlığının  qanı  bilən ULU ÖNDƏR  HEYDƏR ƏLİYEVDƏ, onun ruhunda toplanan ölməzlik nümunəsi idi.

Bəli, o zirvə idi, səbri, yaddaşı, əqidəsi, düşüncəsi, çözümü, tədqiqi ilə, o müəllim idi öyüdü, nəsihəti, seçimi ilə, o ata idi, baba idi sevgisi, məsuliyyəti ilə, O MEMAR idi – xalqının xilaskarı olaraq İŞIQLI GƏLƏCƏYƏ APARMAĞI  İLƏ…

Ulu Öndərin həyatına hansı tərəfdən baxsaq da, bu həyatda bir möhtəşəmlik, ZİRVƏ görürük. O zirvənin banisi Heydər Əliyev şəxsiyyətinin bütövlüyü idi. Bir insanın təqdim edə biləcəyi ən gözəl səhnə – onun daxili dünyasından qaynaqlanmırsa – nəticəsiz olacaqdır. Heydər Əliyevin siması da, əməli, daxili dünyası da ifadə etdiyi sözü hər zaman təsdiq etmişdir. Budur yolun dönməzliyi, əbədiliyi! Budur odun hərarəti, illərin, əsirlərin, qərinələrin söndürə bilmiyəcəyi atəşi! Od diyarımızın üzərində sönməyən, hər gün əvvəlkindən daha artıq işıqlanan ULDUZU!

Biz onun bütün fəaliyyətini öyrənirik. Hər dəfə bu həyata, fəaliyyətə baxdıqca ondan bir yeni uslub, bir yeni örnək alırıq. Bu bütün şəraitlərdə dəyanətini itirməyən, seçdiyi yolun həqiqətlə cilalandığını ürəkdən, qəlbən duyan Heydər Əliyev  yolu, məktəbidir, — öyrəndikcə öyrənirsən!

Bu il biz Ulu Öndəri bir daha yeni, ən parlaq üfüqdə yad edirik. Bu il cənab prezident İlham Əliyevin  28 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. 2025-ci ilin bu adla tariximizə yazılması bir ayrı uzaqgörənlikdir ki, bu il 30 ilə yaxın işğal altında min bir cinayətkarlığa, vandalizmə, təcavüzə məruz qalan torpaqlarımızda böyük, tarixi zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Bu 5 ildə Azərbaycan bir daha ölkəmizin hüquqi, unitar respublika, dövlət, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, min illik tarixi mənbələrimizlə sübuta yetirərək haqq yolumuzun işığını daha da artırdı. Bu yolda Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən, 1995-ci ildən bu günə qədər həyata keçirilən bütün qanunların qaynağı olan, əsasında dayanan Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyaının böyük əhəmiyyəti olmuşdur. Dövlətimizdə hüquq və qanunun aliliyi bütün demokratik prinsiblərə uyğun olaraq nizamlanmış və bu gün də müsbət nəticələrlə reallaşmaqdadır.

Bu gün biz Ulu Öndərin bu tarixi məqama çata bilməyimiz üçün keçdiyi dönəmləri bir daha yad edirik, xatırlayırıq… Azərbaycanın ən yeni tarixi – iki əsrdən artıq bir dönəmdə yazılmış ən parlaq dastandır ki, hər səhifəsi qürurla varaqlanır… Biz də bu müqəddəs yolun səhifələrinə baxırıq. Ulu öndər Heydər Əliyev məlum tarixdən – 1969-cu ildən Azərbaycana rəhbərlik etmişdir. Amma demək lazımdır ki, elə 69-cu ilə qədər də bu böyük insan öndə olmadan da Azərbaycan üçün çalışırdı, onun taleyini həll edən məsələlərin həllində, rəhbərlikdə “yadellilər” in çox olması isə – vətən üçün gediləcək yolun nə qədər məşəqqətli olacağını duyururdu.

O, gənclik illərindən siyasi mübarizənin içində idi. Bu illərin sınaq dövrünü neçə keçirmişdi, necə bərkimişdisə, sonralar Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, bütün mərhələlərdə bu ilk yolun böyük əhəmiyyəti olmuşdur. Ulu Öndər hər zaman xalqına güvənmişdir, xalqın içində olmaqdan çəkinməmişdir!

Məqsəd xalqı qorumaq, dövləti yaşatmaq, dünya ölkələri içində varlığını təsdiq etmək idi. Bu böyük anlayış idi. Yolları mürəkkəb və təlatümlü idi. Bu yolu ürəklə, vicdan səsiylə addımlayan, sonda uğur qazanmaq istəyən Lider isə daha güclü və dəqiq olmalı idi. Xalqa arxalanaraq irəliləmək, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etmək hər şeydən vacib idi.

 Bu  illərdə Ulu Öndərin fəaliyyətini müxtəlif istiqamətlərdə görürük. Geridə qalmış ölkəni dirçəltmək, iqtisadiyyatı yüksəltmək, idarəetmədə bacarıqlı kadrların, xüsusilə milli kadrların fəaliyyətini artırmaq, xalqın rifahında, həyat təminatında maraq yaratmaq, elm, təhsil, mədəniyyət, səhiyyəni inkişaf etdirmək vacib amil idi,  inamlı gələcəyin işığı idi. Bir xalqın mənəviyyatnın zənginləşdirilməsi ideyası var idi, milli-mənəvi sərvətin qorunub inkişaf etdirilməsi vacib amil idi. Məhz sadalanan istiqamətin önündə insanların hüquqlarının müdafiəsi, qanuna etimad, dövlət rəhbərinə inam da unudulmamalı, vacib amil olaraq nəzarətdə saxlanılmalı idi və Ulu Öndər bu sahədə xüsusilə həssas idi.

1969 – cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda 13 il ən möhtəşəm yüksəliş illəri – bütün sahələrdə mümkün olan qədər həyata keçirilən inkişaf dinamikası – fəaliyyətin sonrakı illəri üçün baza olmuşdur. Bu illərin çətinliyi tarixi öyrənən hər kəsə aydındır. SSRİ – nin tərkibində yaşayan respublikalarda hər bir icra olunan qərarın icazəsi Moskvadan asılı idi,  lakin biz xalqımızın liderini həmin illərdə daha aydın amalda izləyə bilirik. Belə ki, 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyasına əsasən rus dilinin imkanları genişləndirilirdi. Milli dillər sıxışdırılan şəraitdə, milli dilini qorumaq istəyənlərə “millətçi” damğası vurulan bir zamanda yeganə respublika olmuşdur ki, Azərbaycan Respublikası məhz Heydər Əliyevin rəhbərliyi, qətiyyəti ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nın Konstitusiyasına dil haqqında xüsusi maddə salmaqla Azərbaycan dilini Azərbaycan SSR – nın dövlət dili elan etmişdir.

 Bu böyük inqilab idi. Bu çağırış idi, qətiyyət idi. Həmin illərdə Ulu Öndər 1977- ci il SSRİ Konstitusiyasına münasibət bildirərək deyirdi: “… Hər birimiz Konstitusiyanın maddələrinə böyük hörmətlə yanaşmalıyıq. Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.

 Elə bu qətiyyətlə də 1978 – ci il Konstitusiyasının layihəsinə  – “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi və layihə qəbul edildi. Həmin tarixdən bizi 47  il ayırsa da dilimizə can verən, onu ucaltmaqla xalq yaddaşını oyadan Ulu Öndər cəsarətinin izi daha da ucalır.Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Bilik və bacarığı, istedadı, siyasi mövqeyi, qətiyyəti onun irəli çəkilməsini zəruri edirdi. Lakin tarixi şərait başqa idi. Mənfur düşmənlər Azərbaycanın parçalanması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ulu Öndərin Moskvaya getməsi,Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Azərbaycan üçün əhəmiyyətli illər olmuşdur. Çünki o böyük şəxsiyyət hər bir xeyirli imkanı vətəni üçün vacib bilərək reallaşdırılması üçün çalışırdı. Burda  dövlətin yaşaması da var idi, xalqın qorunması da… Lakin mürtəce qüvvələr əlbəttə ki, bunu görürdü, heç bir formada bununla razılaşa bilmir, şər, böhtan, müxtəlif maneələrlə qarışıqlıq salırdılar. Həmin illərdə Azərbaycanda da millətlərarası toqquşmalar yaranmasına şərait yaradırdılar. Bu illərin ən ağrılı yaddaşını xatırlayarkən – Ulu Öndərin 20 yanvar faciəsi ilə əlaqədar olaraq Moskvadakı Azərbaycan Nümayəndəyiyinə gəlməsi, orada qətiyyətli vətəndaş, millətini sevən şəxsiyyt kimi etirazını yada salmaq vacibdir.

Biz qeyd etdiyimiz kimi, bu böyük insanı müxtəlif tarixi şəraitlərdə görürük. Dəyişən və dəyişməyən tərəflərlə. Dəyişən siyasi oyunlar, SSRİ hakimiyyətinin Azərbaycana, xidmətə xəyanəti olsa da, dəyişməyən bir LİDER var idi tarixdə. O, Moskvanın sərt qanunları altında olduqda da, vəzifədən, xidmətdən uzaqlaşdırılıb adı insan həyatı yaşadığı zamanda da bir mənalı mövqeyini bildirirdi. O – AZƏRBAYCANLI  İDİ! Doğma torpağını sevən, onun üçün qurduğu işlərin xain əllərlə uçurulmasını izləyən, buna qarşı olan vətən övladı idi.

Heydər  Əliyevin yenidən hakimiyyətə qayıtması, tarixi şəraitin Azərbaycan üçün fürsət verdiyi bir qızıl dövr idi. Çünki təcrübəsiz insanların, zamanın sınaqlarından dərs almayan, siyasət məktəbində “naşı” olan insanların Azərbaycana rəhbərliyə gəlməsi yenidən vətənin parçalanmaq təhlükəsini yaratmışdır. Parçalamaq Çar rusiyası siyasətinin ən təhlükəli tərəfi idi ki, zaman-zaman “parçala, hökm sür!” istəyi ilə “xalqlar həbsxanası” – SSRİ – ni yarada bilmişdilər. Bölünmək – heç bir zaman dövlət üçün faydalı olmamışdır!

1993-cü ildə yenidən xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər məhz bir daha Azərbaycanı yenidən xilas etdi, bu dəfə xarici ünsürlər olmasa da, onların irticaçı xisləri ilə yaranmış vətəndaş qarşıdurması Azərbaycanı sarsıdacaq ən ağır fəlakət olacaqdır ki, onun qarşısının alınması xilas yolumuzu  qüvvətləndirməyə  apardı.

Mən qeyd etmək istərdim ki, saymaqla bitməyən fədakar ömür yolunda Ulu Öndəri bir də Naxçıvanda yaşadığı dövrdə görürürük. Fəaliyyətinin əsasında tarixi prinsiplərə sədaqətini izləyirik. Və bu sədaqətli mövqe onun bütün həyat mərhələlərində ayrılmaz, öndə olduğunu görürük.

Olduqca çətin bir siyasi, iqtisadi dönəmdə, Muxtar Respublikanın blokada şəraitində olduğu zaman Heydər Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilir.

Bu mərhələyə baxanda ilk olaraq burada milli dövlətçilik ənənələrinə sədaqət aydın şəkildə görünür. Müxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsi, milliləşdirmə siyasəti, Ali Məclisin ilk sessiyasında üçrəngli bayrağımızın ucaldılması, onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etməsi,  ondan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan etməsi, daha sonra Türkiyə və İranla əlaqələrin qorunması istiqamətində 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması və s. görülən xidmətlər xalqın nəzərində böyük xidmətlər idi ki, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi.

Bəli, Ümummilli lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubu bu günümüzün qalib partiyasının yaranmasının tarixi yolunun başlanğıcı oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.Və onun Vətən üçün xidmətləri bu partiyanın rəhbərliyi ilə davamlı olaraq yüksəldi, bu gün də cənab prezident İlham Əliyevin bacarıqlı liderliyi ilə davam edir.

Ulu Öndər deyirdi:Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.

Onu da demək vacibdir ki, yaxın illərdə ölkəmizdə saymaqla bitməyən ən böyük beynəlxalq tədbirlərin təşkili – Ulu Öndər Heydər Əliyevin müdrik və düşünülən AZƏRBAYCANÇILIQ yolunun, missiyasının təzahürüdür, nəticəsidir. Heç bir yol asan gedilmir. Lakin elə yollar var ki, onu hər kəs gedə bilmir, o yol daim öyrənilir, heç zaman əhəmiyyəti və işığı azalmır.

Ulu Öndər Heydər Əliyevin ömür yolu məhz öyrənilməsi bitməyən örnək ömür yoludur.

Ruhu şad olsun.

 7 may 2025-ci il.

Müəllif: Bədirə Rza Həsənqızı Niftaliyeva,

Neftçala  rayonu.

BƏDİRƏ  RZA HƏSƏNQIZNIN YAZILARI

Eluca Atalı haqqında

BU DİYARIN YAZARLARI: YAZIÇI ELUCA ATALININ YARADICILIĞINDAN DANIŞARKƏN…

Eluca xanım Atalı ilə Neftçala rayon Heydər Əliyev adına Mərkəzdə təşkil edilən görüşdə ilk tanışlığımızdan sonra “Gündoğar” qəzetində haqqında ətraflı yazmaq qərarına gəldim. Bu vətənsevər xanım haqqında yazmaq isə asan deyil. Haqqında çoxlu məlumatların olması yazıçının sevdiyi oxucularına düşüncələrinin aydın işığıdır. Məqsədi, amalı, əhatə etdiyi müxtəlif mövzularla oxucuya yanaşması, eyni zamanda müxtəlif yaş qrupları olan oxucuların marağını qazana bilməsi deyərdim ki, ən böyük uğurudur. Bu uğura aparan yol isə qəlbindəki təmiz məqsəd və ona doğru inamlı qətiyyətidir.

Eluca xanım verdiyi məlumatdan sonra qəzetimizin arxivinə nəzər yetirdim. Məlum oldu ki, onun  nəsrdə ilk yazılarından  olan “Qarət” adlı hekayəsi çox illər bundan öncə, elə tələbə olduğu zamanda qəzetimizdə çap olunub. Demək ki, “Gündoğar”ın oxucuları da elə ilk qələm nümunələrindən bu qələm sahibini  tanıya  biliblər.

Haqqında söhbət açdığımız Eluca xanım həmyerlimizdir. Qəzetimizin 2 noyabr 1991- ci il №124- cü il sayında çap edilən hekayəsində də onun adı “ Mədinə Hüseynova, BDU-nin  Kitabxanaçılıq fakültəsinin IV kurs tələbəsi” olaraq verilmişdir. Qəzetimizdə çap edilən ilk qələm nümunəsindən sonra Eluca xanım Atalı böyük bir yaradıcılıq yolu keçmiş, öz  zəhməti, sevərək seçdiyi düşüncələrinin işığında nəinki rayonumuzda, respublikamızda, eyni zamanda dünyanın çox ölkəsində tanınan, sevilən yazıçılardan birinə çevrilmişdir. Bu yol isə yuxusuz gecələr, çalışmaq, fasiləsiz zəhmətin bəhrəsidir. Eluca xanım Atalı 19 noyabr 1966-cı ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. Orta təhsilini kənd məktəbində başa vurduqdan sonra təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini  bitirmişdir.

İsveçin paytaxtı Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan yazar “Atlara güllə atmayın”, “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda”, kitablarının, “Qız və quzğun”, “Nalşəkilli mühasirə”, “ Özünü gətir”,   “Ağ gəminin kapitanı”, “Ənqa quşu” uşaq əsərlərinin, “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusunun, “Azərbaycanda ədəbiyyat: formalaşması, inkişafı, müasir dövrü və meylləri” adlı doktorluq işinin müəllifidir. O, xaricdə Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi-sosial mövzularla bağlı  yaradıcılıq nümunələri ilə seçilir, tanınır.Yazıçının geniş yaradıcılıq nümunələrinin hər biri haqqında ətraflı məlumat verə bilmək imkanım məhdud olsa da, deməliyəm ki, Eluca xanım yaradıcılığında milli düşüncəmizə söykənərək ən sadə el deyimlərindən başlamış, düşmənimizin nitqindən səslənən fikirlərinə qədər milli varlığımızın təəssübkeşi olan bir xanım yazıçıdır. Haqsızlığa qarşı mübarizlik, parçalanmış vətən torpaqları, siyasi şüurun, təfəkkürün dayanmadan inkişaf etdirilməsi, bu yolda heç bir təmənna gözləmədən cəmiyyətin aydını olmaq missiyası onun həyat və fəaliyyətinin əsas qayəsidir. 

Eluca xanımın yazar olaraq düşüncələrini dəyərli oxucularla bölüşmək istərdim. Çünki bu düşüncələr yəqin ki, çox oxucularımızı onun əsərlərinə yaxınlaşdıracaq, yazıçının məqsədinə nə qədər yaxın olmasını araşdırmağa sövq edəcəkdir. Eluca Atalı yazıçının cəmiyyətə təsiri mövzusunda fikirlərini belə izah etmişdir: “Siyasətçi bildiyini, gördüyünü və edəcəyini tam çılpaqlığı ilə açıqlamağa qadir deyil. Yazarlıqda isə tam fərqlidir, özünü gizlətdikcə xalqdan uzaq düşürsən, oxucunu itirirsən və ya oxucu kütləsin qazanmırsan. Siyasətin səması çox balacadır, siyasətçi ətrafındakıları vurmasa, o səmada azad uça bilməz. Yazarınsa belə bir “ovçuluğuna” ehtiyac qalmır, çünki o həqiqətçidir, ruhaniyyatçıdır. Bu səbəbdən də onun biclik  işlətməyinə ehtiyac yoxdur,  onun bicliyi  elə  düzlüyüdür!!!”

Bu fikirlər həmyerli yazarımızın nə qədər narahat bir qələm sahibi olduğundan xəbər verməklə yanaşı, onun mövqeyinin aynasıdır. Sözü seçərək deyə bilmək, oxucunu çox uzaqdan mənzərə yaratmaqla düşündürmək. Lakin Eluca xanım bütün əsərlərində bu üslubla deyil. Bəzən tam açıqlığı ilə də istədiyi məntiqi düşüncə ilə oxucusunu düşündürməyi bacarır. Biz bu yolu  onun “Tiqranizm Xocalıda” kitabını oxuyarkən izləyirik. Mənfur düşmənin dilindən  türk torpaqlarında olduğunu geniş və dəqiqliklə yaza bilmək bacarığı yazıçının ucalığıdır. Bu haqda Eluca xanım fikirlərini belə ümumiləşdirir: “Oxucu kütləsi ədəbiyyat haqda olan elmi əsəri və ya ədəbi təhlili oxumur, onun dünyagörüşünə uyğun bədii əsəri təqdim edəndə oxuyur, təqdim etməzsən axtarıb oxumaz və ya məlumatı olmadığı hadisə barədə durub ədəbiyyat axtarmaq arzusunda olmaz. Onsuz da bu gün dünyada o qədər informasiya var ki, adam ona təqdim edilənlərin hamısını oxuya bilmir. Marağına uyğunu seçib oxuyur. Bu səbəbdən də biz tarixi dərdlərmizi və bu günümüzdə olan problemlərimizi duyğusal yox, doğru təhlillərlə xarici oxuculara çatdırmağı bacarmalıyıq. “Azadlıq hekayələri”, “Bir udum azadlıq”, “Tiqranizm Xocalıda” kitablarımda tariximizlə bağlı hadisələr bədii biçimin alıb. Mənə bir qədər qəribə gəldi İsveç yayınevinə əsərlərimi göndərərkən onların “Heykəllər niyə danışmır” hekayəmi seçmələri. 20 Yanvar hadisəsindən sonra bir ananın  qucağında tutduğu yaralı körpəsi ilə bağlı yoldan keçən bir uşağın heykələ baxıb onunla yol gedən yetkin adamdan sorğu-sual etməsi bu hekayənin məğzini təşkil edir. İsveçlilərin bu əsəri seçməsindən sonra arayıb baxıb gördüm ki, nəinki uzaq, yaxın tariximizlə belə biz heç nəyi özümüzdən kənara sızdıra bilməmişik…”

           Eluca xanım Atalıya yaradıcılıq yollarında can sağlığı, uğurlar diləyirik. İnanırıq ki, dəyərli oxucularımız Eluca xanımın əsərləri haqqında daha geniş məlumat əldə edə bilmək üçün onun əsərlərinin oxucusu olacaqlar, dəyərli aydınımızı daha yaxından tanıyacaqlar.

 

MÜƏLLİF: BƏDİRƏ  RZA HƏSƏNQIZI

Neftçala rayonu, “Gündoğar” qəzeti, 29 mart-2024-cü il.

BƏDİRƏ  RZA HƏSƏNQIZNIN YAZILARI

 

İlkin mənbə: BU DİYARIN YAZARLARI: YAZIÇI ELUCA ATALININ YARADICILIĞINDAN DANIŞARKƏN…

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bədirə Niftəliyeva “Gündoğar” qəzetinə redaktor təyin edilib

Neftçala rayonunda yazıb-yaradan gözəl şairə-publisist Bədirə xanım Niftəliyevanın rayonda çıxan “Gündoğar” qəzetinə redaktor təyin edilməsi münasibəti ilə qəzetin redaksiyasında təqdimat mərasimi keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə nümayəndəsi Vasif Əliyev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, qəzetin əməkdaşı şair Zabil Pərviz, Müzəffər Məzahim, Zaur Ərmuğan, İmamverdi Zeynalov, yazıçı-publisist Əlövsət Polad, Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova və digərləri iştirak etmişlər. Təqdimatda çıxış edənlər Bədirə xanımı təbrik etmiş, yeni işində uğurlar diləmişlər. Mən də öz növbəmdə Bədirə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Mənbə: Müzəffər Məzahim

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru