Etiket arxivi: Neftçala

İmamverdi Əbilovun anım günüdür

9 aprel 2026-cı il – anım günündə  görkəmli alim, ictimai xadim İmamverdi Əbilov Neftçala rayonunda, məzarı başında ehtiramla anılıb. Bu barədə onun övladlarından biri (xatırladaq ki, Azər Turan da İmamverdi müəllimin oğludur) Etibar Əbilov öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Atamın vəfat etdiyi gün idi.
Bununla bağlı bu gün Neftçala rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə xanım Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan partiyası Neftcala rayon təşkilatının sədri… Atamın məzarını ziyarət etdilər. Rayonumuzun axundu atamın ruhuna “Fatihə” surəsini oxudu. Daha sonra Rayon İcra Hakimiyyətin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək Atamın ğördüyü xeyirxah işləri xatırladaraq Atama rəhmətlər dilədi. Mən qısa cavab cıxışımda hörmətli Mirhəsən müəllimə və atamın məzarını ziyarətə gəlmiş hər kəsə öz minnətdarlığımı bildirdim.
Fürsətdən istifadə edib bu gün atamı yad edən hər kəsə; Feysbuk səhifəmdə atamla bağlı statusuma xoş münasibət bildirənlərə, müxtəlif saytlarda atam haqqında öz ürək sözlərini yazanlara, öz Feysbuk səhifələrində atamı xüsusi olaraq xatırlayanlara, bu gün münasibəti ilə mənə telefonla zəng edənlərə… hər kəsə… hər kəsə … ailəmiz adından minnətdarlığımı bildirirəm.
Allah hər birinizdən razı olsun.”

Mənbə:  Etibar Əbilov

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

AZƏR TURANIN YAZILARI

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ
I yazı

Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur.
Səməd Vurğunun Xalqımızın ən böyük şairlərindən biridir.
Səməd Vurğun yeganə Azərbaycan şairdir ki, onun məşhur “Azərbaycan” şeirinin ən azından bir bəndini bütün Azərbaycanlılar əzbər bilir:
El bilir ki, sən mənimsən.
Yurdum yuvam məskənimsın,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.

Azərbaycanda bu qədər populyar olan ikinci belə bir şeir yoxdur.
Səməd Vurğun atamdan yaşca böyük olsa da,aralarında çox isti münasibət olub. Atam 47- ci ildə onun haqqında məqalə yazıb. Məqaləni məktubla Səməd Vurğuna göndərib. Səməd Vurğun məktubu oxuyandan sonra atamı Bakıya dəvət edib. Görüşüblər. Atama ədəbi yaradıcılıqla bağlı müəyyən tövsiyyələr verib…Sonra atam Rayon Partiya komitəsində işləyib. Məşhur içtimai və siyasi xadim Kamran Hüseynov Neftcala Rayon Partiya komitəsinin birinci katibi işləyəndə atama Səməd Vurğunu Neftcalaya dəvət etməyi tapşırıb. Bu söhbət 1952- cü ildə olub. Kamran Hüseynov Səməd Vurğunla yaxın dost olub. Həftənin ikinci günü atam Səməd Vurğunla görüşüb, Səməd Vurğun görüşə razılıq verib və görüş həmin həftənin şənbə gününə təyin olunub. Görüşə iki gün qalmış, cümə axşamı Kamran Hüseynov Bakıya hansısa iclasa dəvət olunub.Cümə günü günorta Bakıdan qayıdan Kamran Hüseynov atamı otağına çağırıb. Atam deyir ki, Kamran Hüseynovun qanı qara idi. Səbəbini bir azdan bildim. Kamran müəllim nənə:
-Sən təcili Səməd Vurğuna zəng elə, bir bəhanə ilə görüşün başqa vaxtı kecirildiyini de. Həm də elə et ki, şair inciməsin. Atam deyir ki, mən artıq Səməd Vurğunla görüşdə edəcəyim çıxışı yazıb qurtarmışdım. Sabahkı görüşlə bağlı bütün hazırlıq işləri görülmüşdü. İndi isə Kamran müəllim Səməd Vurğuna görüşün təxirə salındığını deməyimi istəyirdi. Onu da deyim ki, Kamran Hüseynov atam üçün, ömrünün sonuna qədər müqəddəs adam timsalında qaldı… Hec nə başa düşməyən atama Kamran Hüseynov bu arzuolunmaz qərarının səbəbini izah edir:
-Dünənki iclasda Mircəfər Bağırov öz çıxışında Səməd Vurğunu bərk, amansız tənqid elədi. Hiss olunurdu ki, Bağırov Səmədə qarşı cox qəzəblidi… İndi fikirləş, səhər Səməd Vurğunun Neftçala zəhmətkeşləri ilə görüşə gəlməsi Bağırovu necə qəzəbləndirər. Bağırov bizim Səmədi görüşə çağırmamızı hec zaman bizə bağışlamaz və bizi ən ağır cəza ilə cəzalandırar.
Atam deyir ki, könülsüz də olsa, elə Kamran müəllimin otağından Səməd Vurğunun evinə zəng elədim.Telefonu Xavər xanım götürdü. Səməd Vurğun xəstə idi, yatırdı. Xavər xanımdan kimin zəng etdiyini soruşdu. Mənim olduğumu bilib telefona gəldi. Salam verib, özümü güclə ələ alaraq Neftçalada havaların qarışıq olduğunu, ona görə də görüşü başqa vaxta keçirmək istədiyimizi dedim. Səməd Vurğun arif adam idi. Məsələni anladı:
-Elə mən də xəstəyəm. Narahat olmayın, münasib bir vaxtda hökmən Neftçalalıların qonağı olaram – dedi.
…Neftçalada Səməd Vurğunla unudulmaz görüş 1954- cü ilin 12 iyununda baş tutub. Artıq Stalin ölmüş, Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Atam deyir ki, Səməd Vurğun Neftçalaya günortadan sonra gəldi. “Pobeda” maşını ilə gəlmişdi. Oğlunu da (Vaqif Səmədoğlu) gətirmişdi. Axşam Neftçaladakı yay klubunda şairlə görüş olacaqdı. O vaxta qədər Səməd Vurğun yeni salınmış şəhərimizi gəzmək istədiyini bildirdi. Birlikdə şairin “Pobeda” maşınına əyləşdik. Təzə əkilmiş ağaşcların yaşıllığı, səliqə ilə tikilmiş evlər, asfalt döşənmiş kücələr, şəhərimizin təmizliyi Səməd Vurğunun çox xoşuna gəlmişdi… Axşam yay klubunda şairlə görüş olur. O vaxt Neftçalada Səməd Vurğunla görüşün şərəfinə bir yenilik də olmuşdu. Görüş qabağı bütün evlərə yerli radio qovşağı çəkilmişdi. Atam bir saata yaxın məruzə edib. Məruzə Səməd Vurğunun çox xoşuna gəlib. Elə həmin gün gecə atama bağışladığı rus dilindəki kitabında öz xətti ilə həmin məruzəni nəzərdə tutub “Şairanə məruzəsi, xoş söhbətləri ilə mənə anam Məhbubə kimi layla çalan qardaşım İmamverdiyə xatirə” sözlərini yazıb…Səməd Vurğun həmin əfsanəvi, Neftçalalıların yaddaşında ömürlük iz salmış görüşdə 2 saata qədər şeir söyləyir. Hər şeir uzun zaman kəsilməyən alqışlarla qarşılanır. Onun səsini yerli radio qovşağı vasitəsi ilə şəhərimizin bütün sakinləri dinləyib. Atam Səməd Vurğun haqqında xatirələrini 1966- cı ildə yazıb çap etdirib.Adı “”Şairin son sözü” olan xatirəni 1966- cı ildə radioda Aydın Qaradağlı oxudu. O vaxt radioya maraq böyük idi. İnsanlar radioya qulaq asırdılar. Atamın Səməd Vurğun haqqında xatirısi,özü də Aydın Qaradağlının ifasında, çox böyük rezonans doğurdu. Atama Azərbaycanın dörd bir tərəfindən, hətta başqa respublikalardan yüzlərlə məktub gəldi. O da yadımdadır ki, həmin xatirə ilə bağlı atama məktub yazanlardan biri, planetin ən qocaman sakini Şirəli Müslümov idi.
Atam həmin gün haqqında yazdığından mən onun yazdıqlarını burada təkrar etmək istəmirəm Amma atam həmin gün haqqında bəzi xatirələrini müəyyən səbəblərdən qələmə almayıb. Axşam evimizdə, şairin şərəfinə böyük bir ziyafət olur.Səməd Vurğun gecəni bizdə qalır. Gecə yarısına qədər atamla söhbət edib…Səhər, çay süfrəsindən sonra, təxminən saat 11 də Səməd Vurğun bizdən ayrılır. Atama söz verir ki,yaxın günlərdə yenə gələcəm. Kürlə Xəzərin birləşdiyi yeri (Kür Xəzərə Neftçalada qovuşur) görmək onun ən böyük arzularından biri olub. Atam deyir mən də “Pobeda”ya əyləşdim. Səməd Vurğunu o vaxtki 26-lar qəsəbəsinə (İndiki Mirqurbanlı) qədər ötürdüm. Atam deyir ki,Səməd Vurğunun kefi kök idi. “Aman nənə, zalım nənə, yar nənə” mahnısını oxuyur, məni də oxumağa həvəsləndirirdi. 26- lar qəsəbəsinə qədər birlikdə həmin xalq mahnısını oxuyublar.
21 mart 2026.
saat 02:37

ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ-GEDƏRDİ

       

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Esmira Fuad yeni kitabını təqdim edəcək

MÜSABİQƏ ELAN OLUNDU 

NEFTÇALADA TƏQDİMAT OLACAQ 

Əziz ədəbiyyatsevərlər, 17 noyabr 2022- ci il tarixində, saat 11:00- da Neftçala rayonu Mərkəzi kitabxanasında Milli Elmlər Akademiyasının Güney Azərbaycan Ədəbiyyatı bölməsinin baş elmi işçisi Esmira Fuadın böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” antologiyanın təqdimatı keçiriləcək. Sözə dəyər verən hər kəs dəvətlidir. Antologiyaya Elnur Uğur Abdiyevin üç poeması: “Hadrut fatehi”, “Bütün yollar Şuşaya aparır”, ” Sultan Şəhid”, həmçinin Fərhad Əzizbəylinin “Vətən sevdalısı” poeması, şeirləri və o taylı, bu taylı müxtəlif qələm adamları tərəfindən Qarabağ mövzusunda qələmə alınmış əsərlər yer almışdır. Öncədən əziyyəti keçən hər kəsə təşəkkür edir, Milli Elmlər Akademiyasının Güney Azərbaycan Ədəbiyyatı bölməsinin baş elmi işçisi Esmira Fuadı təbrik edirik. Uğurlarınız bol olsun, Esmira xanım.
Zəfərimiz daim olsun!

Mənbə: Elnur Uğur Abdiyev


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bədirə Niftəliyeva “Gündoğar” qəzetinə redaktor təyin edilib

Neftçala rayonunda yazıb-yaradan gözəl şairə-publisist Bədirə xanım Niftəliyevanın rayonda çıxan “Gündoğar” qəzetinə redaktor təyin edilməsi münasibəti ilə qəzetin redaksiyasında təqdimat mərasimi keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə nümayəndəsi Vasif Əliyev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, qəzetin əməkdaşı şair Zabil Pərviz, Müzəffər Məzahim, Zaur Ərmuğan, İmamverdi Zeynalov, yazıçı-publisist Əlövsət Polad, Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova və digərləri iştirak etmişlər. Təqdimatda çıxış edənlər Bədirə xanımı təbrik etmiş, yeni işində uğurlar diləmişlər. Mən də öz növbəmdə Bədirə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Mənbə: Müzəffər Məzahim

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru