Etiket arxivi: BARƏDƏ

ZAUR USTAC – HƏR GÜN NƏFDİ

ZAUR USTACIN YAZILARI

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRZƏ KAZIM BƏY – 222

MİRZƏ KAZIM BƏY – 222

Mirzə Kazım bəy – azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloq. 

Mirzə Kazım bəy 22 iyun 1802-ci ildə Rəştdə anadan olub. Əsl adı Məhəmməd Əli Kazım bəy olan alim Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olmuşdur.

Mirzə Kazım bəyin atası Məhəmməd Qasım Kazım bəy Dərbənddə tanınmış ruhani şəxslərlərdən biri olub. Məhəmməd Qasım Kazım bəy Məkkədən həcc ziyarətindən qayıdarkən İranın Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir və oğlu Məhəmməd Əli dünyaya gəlir. Bir müddət sonra atası Dərbəndə qazi təyin olunur və ailəsi ilə bu şəhərə köçür. Mirzə Kazım bəy burada İslam dininin əsaslarını, Azərbaycan türkcəsi, farsca, rusca və ərəb dillini mükəmməl şəkildə öyrənir. 17 yaşında olarkən, “Ərəb dilinin qrammatikası” adlı kitab yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana gedib dini təhsil almasını istəyirdi. 

1820-ci ildə Məhəmməd Qasım Kazım bəy İran leyhinə cəsusluq fəaliyyətində ittiham olunur, dini rütbələrindən məhrum edilərək, xanımı ilə birgə Həştərxana sürgün edilir.

Hələ Dərbənddə yaşadığı günlərdə tez-tez şotland dini missionerlər ilə görüşür və onlarla saatlarla müzakirələr aparır. Bu söhbətlər gənc Kazım bəyi Xristian dininin əsaslarına dair mütəmadi suallara aparır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Bir qədər sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Buna baxmayaraq, sonralar Kazım bəy XIX əsr Qərb fəlsəfə düşüncəsində hakim olan İslam dininin sosial inkişafa maneə olması fikirlərinə qarşı çıxaraq, İslamın belə qəbul olunmasına etiraz edir.

O, əsərlərində Nizaminin, Xaqaninin, A.Bakıxanovun, M.F.Axundzadənin yaradıcılıqlarını yüksək qiymətləndirmişdir.

Kazım bəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı “Əssəb əs-Səyyar” (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illəri əhatə edən tarixi haqqındadır. 

1841-ci ildə qələmə alınan “Uyğurlar” əsərində isə qədim uyğurların tarixi haqqında bəhs olunur. O həmçinin, Məhəmməd Əvabinin “Dərbəndnamə” əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edərək, 1856-ci ildə nəşr etdirir. 

Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunan “Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər” əsəridir. Digər əsərləri isə əsasən İslam tədqiqatları mövzusunda olmuşdur: “Qurani-Kərimdə ahənglik” (1859), “Müridilik və Şamil” (1859), “İslam tarixi” (1860) və başqaları.

Kazım bəy dilçiliyə xristianlığa aid əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 

1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin Rusiya hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya imperatorunun xüsusi sərəncamı ilə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Bu zaman Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olar vaxt Kazım bəy Karl Fuks adlı tarixçidən Kazan Universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 

Mirzə Kazım bəy bütün dünyada Şərqşünaslıq elminin banisi hesab olunur.

1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv olur, həm də Kazan Universitetində yenicə yaranmış “Türk dilləri” fakültəsinə rəhbər təyin olunur. 

1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 

1839-cu ildə Demidov Mükafatına layiq görüləcək “Türk-tatar dillərinin qramatikası” adlı fundamental elmi monoqrafiyasını yazır. 

Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri “Tatar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazım bəy Osmanlı və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparır. Əsər 1846-cl ildə ikinic dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin “Türk dilinin qramatikası” (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur. O, Britaniya, Danimarka, Fransa, Amerika Birləşmiş Ştatlarının bir çox elmi cəmiyyətlərinə üzv seçilmişdir.

1849-cu ildə Kazım bəy Sankt-Peterburq Universitetinə yenicə açılmış “Şərq dilləri” fakultəsinə dekan göndərilir. 1863-cü ildə isə burada “Şərq tarixi” kafedrasını təsis edir.

Mirzə Kazım bəy 1868-ci ildə rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir. O, 28 Noyabr 1870-ci ildə Peterburqda vəfat edir. Ruhu şad olsun.

Yazarlar jurnalı MİRZƏ KAZIM BƏY – 222 layihəsinə start verir. Layihə 22 iyun 2024-cü ildə yekunlaşacaq. Bu barədə müntəzəm məlumat veriləcək. Layihə davam etdiyi meddətdə #MirzəKazımbəy222 haştağından istifadə olunacaq.

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

MİRZƏ KAZIM BƏYİN YAZILARI

MİRZƏ KAZIM BƏY – 222

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əli Rza Xələfli. SÖHRAB TAHİRƏ MƏKTUB

SÖHRAB TAHİR

SÖHRAB TAHİRƏ MƏKTUB

Qəsidə-poema

Söhrab Tahirin yanağında bir xal var,

Bütöv Azərbaycanın xəritəsinə bənzəyir.

Söhrab Tahir, həsrətlərin dağ oldumu öz yağında,

Gənclik getdi, dərd içində o çağın da, bu çağın da.

Tanrı çəkmiş qara xaldı Azərbaycan xəritəsi

Bütövlüyün vüsalına çatıb şair-yanağında.

Alnındakı qırışları Həştadsərdən keçən yoldu,

Qoca qartal yol gözləyir, həsrət çəkir Bəzz dağında.

Zaman ilə cəngə çıxıb yorulmayır, usanmayır,

Tufanlara tapşırdığı taleyinin sorağında.

Söhrab Tahir, bu dünyanın üzü bərkdi, gözlə hələ

Bir gün gələr işıq yanar, anaların çırağında

Ərk qalası incik düşüb, neçə vaxtdı Fədailər,

Harda qaldı, gəlib çıxmır ilin, günün bu çağında.

Səttar xanın, Bağır xanın sümükləri sızıldayır,

Arzuları şaxta vurdu, qış dondurdu budağında.

Söhrab Tahir, namərd dünya od qaladı ürəyində,

Dağ olmayan dərdlərinin yağı yandı cızdağında.

Behrəngini boğan sular boz-bulanıq axır yenə,

Diri gözlü can üstədir o dağın da, bu dağın da.

Min ildir ki, dərd daşıyır sınıq düşüb Xudafərin,

Dərd daşıyır, ələm çəkir o tağın da, bu tağın da.

Söhrab Tahir, əllərini yumruq elə açma hələ,

Nahaq qanım göl-göl olub Xan Arazın qırağında.

Söhrab Tahir, dərd var imiş dərd yanında şükür imiş,

Ağ dəvəni düzdə qoyduq gözüm qaldı göz dağında.

Tiftik-tiftik heşan oldu, ilmə-ilmə çözələndi,

Qarabağın xalıları yağıların ayağında.

Bir köşəyin ağrısına əvəz olar bircə yara,

Karvan azar ürəyində sıralanmış yüz dağında.

Üzü dönmüş bu fələk də neçə kərəm diş qıcadı,

Gülüş dondu gözəllərin gömgöy olan dodağında.

Dən tutmamış zəmilərin boğazlanır bəlim-bəlim,

Nə biçindi, qansız-qansız… biçinçinin orağında.

***

Ürəyimdə bir kitab var – Vətən adlı, dərd qoxulu,

Qoy el görsün nə yazılıb bu kitabın varağında.

Qoca dərviş, tut əlimdən haray salaq Vətən boyu,

Baş əyərik Xətaiyə – Səfiəddin ocağında.

Kəmanəni çəkmisənsə geri dönməz bir də oxu

Söhrab Tahir, ehtiyatın varmı sənin sadağında.

Şəhriyarın salamına Heydər baba çağırsa da,

Gordu baba – Ziyarətdən cavab yoxdu Kirs dağında.

Əllərini öz qoynundan çıxarmayıb Pişəvəri,

Bəhram-Gurun tacı qalıb iki şirin qucağında.

Savalanın başı qarda, Cıdır düzü duman altda,

Qədri qaldı “Vağzalı”sız, rübəndində, duvağında.

Ürəyində ocaq yanır, Savalandan qar gətirən,

Qardaş hanı, kama çata teylənmişin, naçağın da!..

***

Hər yarpağı şapalaqdı Cəbrayılın çinarları

Fəqət neçə ələm yatır gövdəsində, yarpağında.

Ərdəbildən gələn karvan Xudafərin üstə qalıb,

Dəvələri yük altında, şair yanır söz dağında.

Neçələri duza gedir, təpisə də dil-dodağı,

Hələ bilmir sellər yuyub duz da yoxdu, duzlağında.

Mənim adım Əlirzaydı, Əli Rza dedin mənə,

Otuz ildir qalmışam mən haqqı-sayın qınağında.

***

Ellər köçüb, yurdu talan… ocaqların yeri qalıb,

Dərd əlindən dağa çıxan Füzulinin yaylağında.

Şıx oğluna gedən namə yetişmədi, Söhrab Tahir,

Çaparını oxladılar, qan quruyub buxağında.

Fələk ilə əlləşməyə qabil meydan istəyirdi,

Qurbaninin təmənnası – qara ilan çalmağında…

İlan tutan ovsunçunun ovsunu da kara gəlmir,

Ha çağırır, ha üfürür, ilan qalıb zolağında.

Ruzigarın pəri sınıb, zaman bizdən üz döndərib,

Millət qalıb bu dövranın tənəsində, dolağında.

“Azad olan qardaşına” min bir kələk tor qurulur,

Cəhətimiz itib tamam bu şeytanın duzağında.

Bizim haqqın, həqiqətin səsi çıxmır, divanı yox,

Kor dünyanın meydanında… çovqan topu çomağında.

***

Sən gül əkdin, biz gül əkdik, vay dərməyə zəhmət çəkdik,

Çiçəkləri solub getdi o tağın da, bu tağın da.

Səpilən dən şumda qaldı, qarğa-quzğun, quş apardı,

Cücərtilər boy vermədi, çölü basan alağında.

Qarabağdan əsən yellər gəlib keçir ürəyimdən,

Həsrət, hicran bardaş qurub gözlərimin bulağında.

Xələflinin söz tufanı ərşə qalxar, tüğyan edər,

Söhrab Tahir, yağıların donar onun sazağında.

Qəm eləmə, Söhrab Tahir, hardan baxsan görünürsən

Əbədiyyət heykəlisən Azərbaycan torpağında.

O yolları keçən bilər, necə odlar ayaqladın,

Hilalın da bədirləndi Azərbaycan bayrağında.

II hissə

Söhrab Tahir, nələr yatır dilimizin qadağında

Təbriz dadı, tamı verən şirinliyi damağında.

Çiçək açan bu həsrətin Təbriz adlı qibləsi var,

Tutiyadır gələn tozu Cavad Heyət ayağında.

Sazlı-sözlü Şəhriyarın nəzir dedim cəddinə mən,

Qismət ola, qurban kəsəm, Göy məscidin qabağında.

Dəniz kimi dalğalanan saçlarına baxıram mən.

Ayna sular gümüşlənir, xəyalımın qaymağında.

İstəyirəm məlhəm olsun, dərman olsun misralarım,

Sağalmayan yaraların qopar-qopmaz qaysağında.

Xəyalımda ilham adlı köhlən süzür yel qanadlı,

Sal qayada ləpir qoyar, çınqıl çatlar dırnağında.

Şah vüqarın əyilməsin, Qoca Qafqaz qürurlusan,

Söhrab Tahir, dinlə məni, Tanrı dursun dayağında!..

***

Bu dünyanın gərdişinə göz qoyuram – əmması var,

Söhrab Tahir, günah varmı əmmasında, ancağında?!

Kəndirini dolaşdıran kimdi axı, nədi axı –

Görən kimin marağı var bu dəvənin xıxmağında?

Gülüstanda şaqqa vurdu, Türkmənçayda şişə taxdı

Cǝllad əli – təhəri var yandırmağın, yaxmağın da.

Daş yağarsa göy üzündən baş yarılar, göz tökülər,

Harayına aman olmaz ağıllının, axmağın da.

Yüz illərdir bu daş yağır, fələk bizə rəhm eləmir,

Daş göyərmir, bitmir axı… qısır göylər yağmağında.

Neçə kərəm tonqal qurub, od gözlədik – Ulu Tanrı

Bir qor atsın – Tanrının da qovu yoxdur çaxmağında!

Bu kələfin çözəni yox, çox dolaşıb, açanı yox,

İpin ucu əldən düşüb diyirlənən yumağında!

Niyyətlər də boşa çıxdı, “qulaq falı” bəd gətirdi,

Çərşənbələr sınayırıq… fələk özü saymağında…

***

Söhrab Tahir, o sahildə bu sahildə göz yaşları

Suya döndü, selə döndü – Araz olub axmağında.

Alabəzək dirəklərin, tikan dolu məftillərin

Ağlayan var, sızlayan var həm solunda, həm sağında.

Təbriz üstü Marağanın gözəlləri pərişandı,

Zülfü gəlməz daramağa bu taleyin darağında.

Odlar yurdu bir anadır, o tay-bu tay – fərqi yoxdu,

Ocaq üstə qovrulmada – tavasında, tabağında.

Şırım açıb ağ üzündə, qanqırmızı arxlar çəkib

Nalələrdir qövsi-qüzeh, anaların cırmağında.

Kəsilməyən kişnərtidir Xocalıdan gələn səda,

Zaman-zaman bu səs qalsın körpələrin qulağında.

Qandı bitən bu torpaqda, çöllərində rənginə bax,

Çəmənlərdə lalələrə, kollar üstə – sumağında!..

***

Büryan olan quzu kimi təndirdədi Azərbaycan,

Necə yağlı tikədir gör, kimlər onun marağında.

Təpər yoxsa, qəzəb yoxsa, püskürmürsə vulkan kimi,

Oğullarda birlik yoxsa, nə faydası yarağın da.

Oğul dedim, adı oğul olanlar var, anaları –

Daş doğaydı, bir qara daş… gizləyəydi qurşağında.

Torpaq ilə, Vətən ilə alver edən şərəfsizlər –

Açan olsa görərlər ki, damğası var yançağında.

Tilov atıb, ov gözləyir neçə namərd bu Vətənə

Sinə söküb, qan sümürür, parça-tikə caynağında.

Xəncərini çəkən şərin qəsdi ancaq iki gözdü,

Susuz Xeyir naçar qalıb, damlası yox bardağında.

O günlərin şahidisən canlı heykəl timsalında

“Heyrət ey büt” nidası var qocanın da, uşağın da.

Sənin mayan safdır, şair, halal südlü o ananın

Abi-kövsər hikməti var çeşməsində, qaynağında.

Anan səni heykəl doğdu, göz yaşıyla cilaladı,

Sinəsində od qaladı, qızdırmağa qundağında.

***

Söz dəryası nə dərindir, qəvvas olub üzən bilər,

Dərinlərə üzməyənin inci çıxmaz qarmağında.

Söhrab Tahir, bu ummanda “üzüb gəldim” deyənlər var,

Necə üzüb, bircə damla nəm də yoxdur balağında.

Öz ağlından gileylənən olmasa da, qoca dünya

Oyuncaqdır Lənətullah kor şeytanın barmağında.

Sən sözünə arxalandın, söz də səni uca tutdu,

Gücü çatmaz susdurmağa qadağanın, yasağın da…

Özü boyda səngər oldu savaşlara Azərbaycan,

Dağlar sənə söykək durdu, sinə sərdin qarnağında.

***

“Adı sənin, dadı mənim” məsəli var dilimizdə,

Əkən, biçən kəndlinin də dəni yoxdur çanağında.

“Şair olan qəm də yeyir”, – dedi böyük Səməd Vurğun

Bu yollarda kimlər yorğun, kimlər xəstə – yatağında.

– Əkən bizik, biçən bizik, alın təri bizdən gedir,

Torpaq bizim qismətimiz peşrovunda, başağında.

Ala öküz kövşək çalır, xumar-xumar yatır hələ

Xəbəri yox, neyləyəcək qalxan öküz durmağında.

Hodaqçısı qırmancını şaqqıldadır – bu dünyanı

Buynuzunda saxlasa da səbri varmış hodağın da.

***

Yuxuların çin olmadı, gözləməkdən cana doydun,

Əl göz üstə – bu dərdlərin kurqan olan qalağında.

Füzulinin dilidirmi, çörək kimi tapdalanır,

“Türkə xərdir” deyənlərin qəsdi nədir danmağında?

Bu dərdləri görə-görə öz içindən alışırsan,

Tüstülənən vulkanları mən görürəm yanmağında.

Qana-qana, vara-vara bəlalara düçar oldun,

Əlbəttə ki, öz bəlası anlamağın, qanmağın da.

Göyçə yoxdur, Dərbənd yoxdur, Qarabağın qanı süzür,

Borçalı da can üstədir bu taleyin sınağında.

Dağ sütunu – kişilərin heykəlləşən cəsədləri

Keşik çəkir ruhlarına – güllə yeri papağında.

Qəza-qədər pənah yeri, sovuşmadı qada səndən,

Harda olsan gəlib tapar sarayında, otağında.

Min bəlaya sinə gərdin, Söhrab Tahir, səd heyf ki,

Son mənzili bu torpaqdır qorxağın da, qoçağın da.

Fikirlərdə, duyğularda göyərirdi neçə fidan,

Yanıb gedir cücərtilər fəsillərin qurağında.

Bədniyyətlər əl altından pərşum edir, su buraxır,

Bata billik siyasətin batağında, sucağında.

Dərdi yaddan çıxıb yaman bəxti kəmin-Qarabağın,

Nankorlar da yallanmada düşmənlərin yalağında,

Avropanın sarayları – “Min bir gecə” nağılları

Nələr itdi, nələr getdi yad ellilər tapdağında,

Gücü çatan yükü çəkib aparsa da nə faydası,

Biz soxarlar yançağına gönü qalın ulağın da.

Çoxlu mənsəb qulları da çıxdı püsdən, təvərədən,

Yağ saxlayan olarmı heç it dərisi, qursağında.

***

Bir çobanın oğluyam mən, atam Zalın arxacında

Oğruların gözü qaldı arığında, axsağında.

Bir quruşa dəyməyənlər məmləkəti bada verdi,

Günahkarı axtarma heç yaxınında, uzağında.

Bu cırılmış, bu dağılmış Vətən kürkü tikilməsə,

Min bir tənə, töhmət yatar bu paltarın yamağında.

Qarabağda bağ da vardı, qara salxım ağ da vardı,

Afad gəldi, yel apardı, peyvəndin də, calağın da.

Dağlar tamam yas içində, bağlar solub öz içində,

Qəddi sınıb Xan çinarın… göy sərvin də, qovağın da.

Bir yaraydı Təbriz mənim ürəyimin öz başında,

Qəlbim qalıb Xələflinin yaylağında, qışlağında.

Yanağında qara xalı Qarabağa bənzətmədim,

Dedim, ustad, ağrı qalar ürəyində, dalağında!

***

Ömrü verən bir Allahdır, istəyinə qovuşarsan,

Ərşi-əla sənin yerin, göy üzündə – burağında.

Ərənlərə xəbər verin, dünya görmüş müdrik gəlsin,

Para-para bir bədəni bələmişəm söz “ağ”ında.

Gecəmiz də çox uzandı, qurdumuz da ulamadı,

Qurd ağzını bağladılar, bağlı qaldı bıçağında!

Mənbə:Elirza Xelefli

04.03.2004.

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

SÖHRAB TAHİRİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XURAMAN ZAKİRQIZI. ŞƏHİDLƏR ÖLMÜR

XURAMAN ZAKİRQIZININ YAZILARI

XURAMAN ZAKİRQIZI

Xuraman Zakir qızı Fətullayeva 2 mart 1956-cı ildə Neftçala rayonu, Qaraymanlı kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.

ŞƏHİDLƏR ÖLMÜR

29 mart 1978-ci il doğumlu BDU-nun İqtisadiyyat fakultəsinin məzunu 3 övlad atası 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib və Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, 14 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi qəbirstanlığında dəfn olunmuş baş leytenant Əsədov Əsəd Cəmaləddin oğlunun əziz xatirəsinə ithaf edirəm       

Orta məktəbi əla göstəricilərlə bitirib univerisitetə hazırlaşırdım. Bütün qayğılardan, həyatın keşməkeşlərindən uzaq idim demək olar. İndiki kimi xatırlayıram, şəhərin mərkəz küçələrindən birində hündür boylu, şux qamətli bir oğlanla qarşılaşdım. Əvvəl heç görmədiyim bir insan idi, amma qəribə doğmalıq əks olunurdu üzündə… Ya da mənə elə gəldi. Çox xarizmatik bir görkəmi vardı oğlanın. Göy rəngli köynəkdə idi… ona xüsusi yaraşıq verirdi bu rəng. Açıq etiraf edəcəm, – “nə qəşənq oğlandır”, deyə düşündüm. Sonralar münasibətlərimiz başlayanda etiraf etdi ki, o da mənim haqqımda eyni düşüncədə olub. Taleyin yazısı idi, ya nədənsə bir neçə dəfə rast olduq bir-birimizə, mən müəllim yanına gedib-gəlirdim o küçədən, onun da iş yerinə – Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə yaxın olduğundandı yəqin. Bir dəfə yaxınlaşıb adımı soruşdu, tanış olmaq istədiyini bildirdi, dostluq təklif elədi və mən onun dostluq təklifini qəbul elədim. Çünki onun siması mənə çox xeyirxah, alicənab insan təsiri bağışlayırdı.

Qəbul imtahanlarına hazırlaşdığımı bildirərkən o, mənə bütün ixtisaslardan öncə jurnalistika fakultəsini seçməyi məsləhət bildi. Sanki nəsibimi əvvəlcədən bilirmiş Əsəd. Həqiqətən də mən univerisitetin jurnalistika fakultəsinə qəbul olundum, deyərdim mənim bu uğuruma Əsəd hər kəsdən, hətta doğmalarımdan da çox sevinirdi.

Bizim dostluq münasibətlərimiz davam etsə də, duyğularımızı hər birimiz yalnız özümüzə etiraf edə bilmişdik. Mən artıq tələbə idim və dərslərimə başım qarışdığı üçün ürəyimin dərinliyindəki hisslərim haqqında düşünmək belə istəmirdim. Bir gün dərsin sonunda univerisiteti təzəcə tərk etmişdim ki, kənardan Əsədin mənə tərəf gəldiyini gördüm… ürəyim şiddətlə döyünməyə başladı… daxilən bu halıma görə özümü qınasam da, açığı onun mənə görə bura qədər gəlməsi ürəyimdə xoş hisslər yaradırdı.

Bu gəliş həyatımda çox böyük dəyişikliyə səbəb oldu.

Həmin gün Əsəd sevgisini etiraf etdi mənə… Sözsüz ki, mən də onun sevgisinə qarşılıq verdim və bütün dünya mənimdir, sanırdım.

Beləcə, beş il davam edən sevgimiz günü-gündən dərinləşir, artır, ülvi hisslər bizi çox güclü tellərlə bağlayırdı bir-birimizə. Beş il ərzində hər birimiz gələcək həyatımız üçün maneələri aşmağa çalışır, bütün problemlərin öhdəsindən gəlməkdə böyük sevgimiz stimul verirdi bizə. Əsəd hərbi xidmətdə oldu, mən univerisiteti bitirdim. Həyatı nə mən Əsədsiz, nə də Əsəd mənsiz təsəvvür edə bilmirdik. Hətta bəzən onun varlığının mənim üçün günəş, hava, su, qida olduğunu düşünürdüm. Univerisiteti bitirən kimi nişanlandıq və həmin il evləndik. Hər ikimiz özümüzü dünyanın xoşbəxti sanırdıq, elə bilirdik göyün yeddinci qatındayıq. Əsəd çox diqqətli, şəfqətli, nəvazişkar ər olduğu üçün mən bir qadın kimi çox xoşbəxt hiss edirdim özümü. Evə, ailəyə çox bağlı biri idi sevdiyim insan. Univerisiteti bitirərkən leytenant, hərbi xidməti başa vurarkən baş leytenant rütbəsi almış biri kimi hərbçi nizam-intizamı vardı ömür-gün yoldaşımda. Evləndiyimizin bir ili başa çatar-çatmaz bir oğlumuz oldu. Heç vaxt dilə gətirməsə də, onun əvvəl oğul atası olmaq arzusu vardı, bunu hiss etmişdim…

Arzuları çiçək açmışdı Əsədin. Onun bəxtiyarlığını, sevincini, sevgisini gördükcə dünya gözümdə cənnətə dönürdü. Oğlumuzun yaş gününü qeyd etməyə hazırlaşdığımız bir vaxtda üç gün fərqilə ikinci oğul övladımız da doğuldu və Əsədin atalıq sevinci ikiqat artdı. Uşaqlarla vaxt keçirmək xüsusi zövq verirdi həyat yoldaşıma. İşdən sonra, istirahət günləri – bütün zamanını övladlarıyla keçirməyə çalışırdı Əsəd. Hətta balıq ovuna gedəndə də, mağazaya düşəndə də uşaqlarla birlikdə getməyi adət eləmişdi. Bağda-baxçada ağacların dibini belləyəndə də uşaqlar yanında olmalıydı, uşaqları da alışmışdı onun bu xasiyyətinə. Nə gizlədim, bir mahnının sözlərində deyildiyi kimi elə bilirdim, dünyanın xoşbəxti mənəm dünyada… özümü səadət gölündə hiss edirdim.

Onun qız atası olmaq arzusu on ildən sonra reallaşdı. Artıq bütün əyləncəsi Selinə – qızımıza bağlıydı. Bütün varlığıyla bizim – ailəsinin, övladlarının maddi-mənəvi ehtiyaclarının tam ödənilməsi üçün çalışırdı yoldaşım. Bir insan qəlbində bu qədər sevgi daşıyarmı?! Bu insan evini-ailəsini çox istəməklə bərabər, ata-anaya, vətənə, torpağa, üçrəngli bayrağımıza da çox dəyər verir, çox sevirdi. O, həddən artıq zəhmətsevər, çalışqan insandı. Səliqə-sahmana xüsusi diqqət yetirərdi.

Bir gün oğluma bayraq hazırlayıb gətirməyi tapşırmışdı müəllim. Mən də kömək elədim oğlumuza, böyük həcmli qalın kağızın üzərində bayrağımızın üst hissəsinə mavi kəpənəklər, orta qırmızı guşəsinə çiçəklər, güllər, alt hissəyə isə yaşıl yarpaqlar çəkməklə gözəl bir bayraq şəkli hazırladıq. Sonradan oğlum onu gətirib oz otağında kitab rəfinin üstünə qoymuşdu bağlı halda. Yoldaşım təəssüflə bizi qınadı ki, belə gözəl əsərin yeri bura deyil və onu gətirib qonaq otağında divardan asdı, mən etiraz etmək istəsəm də, Əsəd: “belə gözəl əsərin yeri göz qabağında olmalıdır, mənim əzizlərim”, – dedi.

Onun bayraq, vətən, torpaq sevgisini bilsəm də, ehtiyatda olan zabit olması məndə nə zamansa orduya qayıdacağı narahatlığı yaratmırdı. Həmişə düşünürdüm ki, bizim torpaqlarımız işğal olunub və mənfur düşmən bir gün sülhə gəlməyə, danışıqlar nəticəsində torpaqlarımızı qaytarmağa məcbur olacaq… Müharibə haqqında düşünmək belə istəmirdim.

Beləcə, ömrüm səadət içərisində axıb gedirdi… Taa bir gün qapıdan içəri girərkən yoldaşımın kiminləsə telefon söhbətini eşidənə kimi… Telefon söhbətində Əsəd dostuna: “mən də gedib rayonun hərbi komissarlığında qeydiyyata düşmüşəm. Səfərbərlik əmri verilən kimi məni çağıracaqlar, bilirəm”, – deyirdi. Mən onun telefon söhbətinin bitməsini gözləyib:

-Sən nə danışırsan, Əsəd?! Nə səfərbərlik? – soruşdum, həyəcanımı gizlədə bilmədim.

-Canım mənim, heç bir təşvişə gərək yoxdur, heç bir müharibə olmayacaq. Mən ehtiyatda olan zabitəm, təlimlərdə iştirak hələ o demək deyil ki, müharibə başlayır. Bir də lap başlasa da, mən getməliyəm əlbət ki… yoxsa təcrübəsiz uşaqları irəli verə bilmərik axı…

O söhbətdən çox çəkmədi ki, bir gün…

Bir gün deyəndə ki, 2020-ci ilin sentyabr ayının 21-də səhər övladlarımızı dərsə yola salırdım, Əsəd uşaqları bərk-bərk öpüb bağrına basdı və axşamdan hazırladığı yol çantasını alıb qapıdan çıxdı… Mən əlim qoynumda yerimdə donub qalmışdım… yuxudaydım sanki… İti addımla aşağı düşən Əsəd iki dəqiqə keçməmiş tələsik geri qayıtdı, mən donuq vəziyyətdə doluxsunmuş halda onun üzünə baxırdım. Heç bir söz demədən məni bərk-bərk qucaqlayıb:

-Dəyanətli ol, Ülkərim mənim, uşaqları sənə, səni də Allaha əmanət edirəm, – dedi və getdi.

Əsəd gedəndən bir həftə sonra torpaqlarımızın erməni qəsbkarlarından azad olunması uğrunda müharibə başlanması xəbərini eşitdik, özümü nə qədər dözümlü, dəyanətli aparsam da, ürəyim uçunurdu hər an… Xəyalıma gələn fikirləri özümdən uzaqlaşdırmağa çalışır, özüm özümə təskinlik verirdim ki, Əsəd hərbin sirlərini gözəl bilir, özünü, əsgərlərini qoruya bilər, inşallah, heç bir şey olmayacaq ona. Allah böyükdür, mənə görə olmasa da, üç övladına görə Allah qoruyar onu. Şəhadətini heç cür ağlıma gətirmək istəmirdim, qorxurdum belə fikirlərdən. Hər dəfə evlə əlaqə saxlayanda bizi qələbəyə ümidləndirir, ordumuzun gücünə, zəfərin yaxınlarda olmasına inandırırdı Əsəd. Elə danışırdı ki, sanki heç müharibə getmir, bu da odun-alovun içində deyil, hansısa maraqlı film izləyirmiş kimi… Bilirdim ki, məni sakitləşdirmək üçün belə deyir.

Oktyabr ayının əvvəlləri idi, bir şəkil göndərmişdi bizə, bu şəklə görə uşaq kimi sevinirdim, elə bilirdim Əsəd özü çıxıb gəlib odun-alovun içindən. Mən də ona kiçik qızımız Selinin şəklini göndərdim, o da çox sevindi şəklə görə… İnsan təbiəti nə qədər qəribədir… Bəzən əhəmiyyət vermədiyimiz ən kiçik şeylər belə zamana, məkana görə öz dəyərini anladır insana. Mən bir qadın, bir ana kimi anlayırdım ki, Əsəd və onun kimi mərd oğullar üçün Vətən, torpaq bütün qiymətlilərin ən qiymətlisi, dəyərlisidir, torpaqlarımızın düşmən tapdağından, işğaldan azad olunması namus, şərəf məsələsidir. Bunları anlamış olsam da, amma içimdə bir hiss mənə Əsədi itirə bilmə qorxusu təlqin edirdi. Həmin anlarda kiminsə boğazımdan ikiəlli yapışıb məni boğmağa çalışdığını duyurdum, qorxudan nəfəsim kəsilirdi. Amma uşaqlara görə mətanətli olmağa çalışır, onların qorxu keçirməsini istəmirdim. Çünki son vaxtlar böyük övladımız Cəmaləddinin də çox həssaslaşdığını hiss edirdim. Üzümə elə diqqətlə baxırdı ki… ondan nəyisə gizlətdiyimi düşünürdü elə bil…

Nədənsə Əsəd, əsasən öz telefonundan deyil, dostunun nömrəsindən əlaqə saxlayırdı bizimlə. Oktyabr ayının 12-də bütün günü onun nömrəsi cavab vermədi, dostunun nömrəsinə zəng etməyə məcbur oldum. Dostu:

-Mən yaralıyam, qospitaldayam, xəbərim yoxdur, – dedi.

Mən ona inandım, çünki Əsəd haqqında heç bir qorxulu fikri ağlıma gətirmək istəmirdim.

Oktyabrın on üçündə səhər uşaqları məktəbə yenicə göndərmişdim, yaşadığımız binanın həyətində Əsədin ata-anasının bizə gəldiyini gördüm, anası ağlayırdı. Onu belə görüb qorxa-qorxa:

-Nə olub, ana, niyə ağlayırsan?! – təşvişlə soruşdum.

Atası izahat verdi:

-Mən bazara getmişdim, gördüm tanış-biliş mənə qəribə baxır, soruşdum nə olub? Dedilər, bəs deyirlər Əsəd yaralanıb, qospitala aparıblar…

Onu axıra qədər dinləmədən qaçaraq evdən telefonu götürüb Əsədin dostunun nömrəsini yığdım, dostu telefonu açar-açmaz ondan:

-Bilirdin, bizə niyə demədin? – deyə soruşduqda, o, mənim nəyi soruşduğumu anlamadan: – Allah rəhmət eləsin! – dedi.

O anda dünyam başıma yıxıldı, elə bildim sözün əsl mənasında evin tavanı başıma uçdu…

Aylarla bu xəbərə inanmadım, inanmaq istəmədim. Özümün də öldüyümü, yox olduğumu hiss edirdim. Ağlım, şüurum sönmüşdü sanki. Düşünə, heç nəyi xatırlaya, həttta danışa bilmirdim. Bu nə yaşamaqdı? Bir neçə dəfə intihar haqqında düşündüm. Amma uşaqlar elə məsumluqla baxırdı ki, üzümə… sanki ağlımdan keçənləri hiss etmişdilər… Bizi, övladlarını heç vaxt yalnız, kimsəsiz buraxmayan Əsədim Şəhadət zirvəsinə ucalmaqla biryolluq tərk etmişdi bizi.

Demək ki, ömür-gün yoldaşım da başqa mərd, cəsur vətən oğulları kimi yurdunu, torpağını, vətənin azadlığını daha üstün tutmuşdu. Artıq bu nöqtədə insanın sözü bitir… Çünki, bütün aqil insanlar belə deyib, öncə VƏTƏN !

Nə mən, nə də övladları heç bir zaman Əsədin yoxluğu qəbul etmədik, etmərik də… Mənim qəhrəmanım hardasa yaxınlıqdadı, cismi olmasa da, ruhu bizimlədi, bilirəm… Hətta məzarını zayarətə gedəndə də gözüm Əsədi axtarır, qulağım onun səsini eşidəcək kimi dinşəyirəm hər yeri. Hər an hardansa çıxıb gələcəyi günü, anı gözləyirəm. Düşünürəm Əsəd bizi yalnız qoymaz, rəva görməz…

Mənə bir dünyalıq sevgi verdin yar,

Yaşadım səninlə xoşbəxt, bəxtiyar.

Qayıt ömrümüzə, dön gəl, nə olar?!

Sənsiz yaşamıram, ölüyəm mən də,

Quru nəfəsimdi ruhsuz bədəndə…

Sənin yoxluğundur ölümdən betər,

Qoxun burnumdadır keçsə də illər,

Deyirlər, ölməyib sağdır Şəhidlər!

Gözləyir yolunu əzizlərin də,

Cəmaləddin, İslam, körpə Selin də!

Canından çox sevdin Vətənimizi,

Bilirəm, duyursan zəfərimizi!

Yəqin ki, göylərdən görürsən bizi,

Şəhidlər müqəddəs əməlləriylə,

Yaşayır millətin ürəklərində!

Əsədin cəbhəyə gedərkən əynindən çıxardığı köynəyi hələ də yumamışam. Hər gün o köynəyi iyləyib Əsədin iyini alırıq. Hətta körpə Selin də gedib o köynəyi iyləyib, – “ana bax, atamın iyi gəlir bu köynəkdən” – deyir.

Bir gün hədsiz çox darıxmış, çox ağlamışdım. “Allahım, nə olar, bizi hifz elə, yalnız buraxma, təkliyə, yalnızlığa dözə bilmirəm artıq”, deyib yalvarırdım rəbbimə. Bu zaman çiynimdə isti bir əl hiss elədim və bütün varlığımla bu əlin Əsədin əli olduğuna inandım. O zamandan bəri sanki içimdə bir güc-qüvvət, dözüm, dəyanət hiss elədim və “Şəhidlər ölmür, onlar sağdır, biz onları görməsək də, onlar bizi görür”, fikrinə bütün ağlım, idrakımla inanmağa başladım.

Son

MÜƏLLİF: XURAMAN ZAKİRQIZI

XURAMAN ZAKİRQIZININ YAZILARI

ƏLİ BƏY AZƏRiİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazıçı Əli bəy Azəri ilə görüş keçirilib

ƏLİ BƏY AZƏRiİNİN YAZILARI

Yazıçı Əli bəy Azəri ilə görüş keçirilib

Sumqayıt Regional İdarəsinə tabeli Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı Mehdiabad Kitabxana Filialında Azərbaycan Milli Ordusunun ehtiyyatda olan mayoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Bəy Azəri ilə oxucuların görüşü olub. Görüşdə Mehdiabad qəsəbə 4 saylı tam orta məktəbin IX-X sinif şagirdləri və ədəbiyyat müəllimi Səbinə Süleymanova iştirak ediblər. Filialın müdiri Aytən Təhmasib yazıçının Birinci Qarabağ müharibəsindən bəhs edən “Qəmlibel müsibəti”, “Hərbi Zəngilan”, “ArazGERSdən keçən köç” və digər bədii və publisistik kitablarından bəhs etmiş, orda toplanmış bədii və publisistik yazılarının içərisində yetkin oxucuların sevə-sevə oxuyacağı əsərlərlə yanaşı, yeniyetmələrin, gənclərin də həm şəxsiyyət, həm də vətənini, xalqını sevən dəyərli vətəndaş kimi yetişməsinə xidmət edən çox sayda nümunələr olduğunu bildirdikdən sonra sözü Əli bəy Azəriyə verib. Xarkov Ali Hərbi Tank Komandirliyi məktəbini bitirmiş, Türkiyədə zabit təkmilləşdirmə kursu keçmiş, birinci Qarabağ müharibəsi zamanı doyüşlərdə iştirak etmiş, mayor hərbi rütbəsində ehtiyata buraxılmış Əli bəy Azəri (Əli Rzaquliyev) yaradıcılığında hərb mövzusunun üstünlük təşkil etdiyini, Birinci Qarabağ müharibəsində baş verənlərin, canlı şahidi olduğu hadisələrin “Hərbi Zəngilan” romanı, “Arazgersdən keçən köç” və “Qəmlibel müsibəti” povestlərində öz əksini dolğun şəkildə tapması haqda məktəblilərə məlumat verib. İkinci Qarabağ döyüşlərində qazandıgımız qələbə sevincini bölüşüb, həm hərbiçi, həm də yazıçı mövqeyindən çıxış edərək qəhrəman xalqımızın yaxın və uzaq tarixi keçmişi haqda tarixi qaynaqlara istinad edərək dəyərli bilgilərlə oxucuları məlumatlandırıb. Dövrün müasir ədəbi mənzərəsini əks etdirən, paytaxtda yazıb-yaradan yazıçı və şairlərlə yanaşı, bölgələrdəki ədəbiyyat adamlarının da geniş yer verildiyi “Xəzan” jurnalında gördüyü işlərdən, redaktorluq fəaliyyətindən, bu sahədə yaşanan çətinliklər, boşluqlarla yanaşı, xeyli ürəkaçan məqamların da olması barədə danışıb. Tədbir boyunca yazıçı, oxucuların internet Resurslarından əldə etdikləri və kitablarından oxuduqları hekayə, povest və romanları, yaradıcılığı və həyatıyla bağlı onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, dünyagörüşlü, mənəviyyatlı şəxs kimi formalaşıb, yetişməsində kitabın, ədəbiyyatın əvəzsiz təsirini vurğulayıb. Həmçinin məktəbin Azərbaycan dili – ədəbiyyat müəllimi Səbinə Süleymanova da çıxışı zamanı bədii ədəbiyyat oxuyan şagirdlərin davranışlarının, həyata baxışlarının digərlərindən fərqləndiyini, şagirdlərin yazıçılarla olan görüşlərə böyük maraq göstərdiklərini deyib. Görüşdə Əli bəy Azərinin təşəbbüsü ilə yenicə işıq üzü görmüş 22 yazıçının hekayələrinin yer aldığı “Bayraq Hekayələr Toplusu” oxuculara təqdim olunub. Maraqlı ədəbi müzakirələr və söhbətlərlə keçən tədbiri Yazıçı hər kəsin ayaq üstə dayanaraq dinləməsini xahiş edərək, Məmməd Arazın “Azərbaycan-yurdum mənim” adlı şeirinin: Azərbaycan mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər. – bəndiylə bitirib. Tədbirdən sonra aktiv iştirak edən bir neçə oxucuya yazıçı tərəfindən imzalanmış kitablar hədiyyə olunub, “Xəzan” jurnalının müxtəlif saylarının toplandıği sərgi nümayiş etdirilib.

Təqdim etdi: Leyli NOVRUZOVA


LEYLİ NOVRUZOVANIN YAZILARI

ƏLİ BƏY AZƏRiİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yusif Dirili yazır – Zaur Ustac

YUSİF DİRİLİNİN YAZILARI

Hər dağda, dərədə izim var mənim!
Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun!
Təqdim edir: Yusif DİRİLİ

İLKİN MƏNBƏ: HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

YUSİF DİRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. KUŞLAR FISILDADI!

CAROLİNE LAURENT TURUNC

Sevgili şiir severler, sevgili dostlar, Ruhumun geçmiş asırlara yaptığı yolculuktan ilham alarak yazdığım bu kasidenin her cümlesi, ruhumun bir rüyasıdır.“Caroline Laurent Turunc

KUŞLAR FISILDADI!
Issızlık tüm sırrıyla çölün ayaklarının altındaydı
Günler, yeni doğmuş bir bebeğin ayağındaki bir diken gibi her hareketle bükülür.
Kehanetlerinin sessizliği haykırır
Gözler yanık ot kokusundan yaş döker

Önümüzde uzanan çayırlarda, çobanın yakıcı şarkısı Uhud Dağı’na düşer ve masmavi gökyüzü, dünyanın sonunun kızıl göğünü kaplar.
Çoban, kin besleyenlerin kalbini yumuşatıncaya kadar ney üflemeye devam eder.

Cehalet yerdeki kilime iyice yerleşmiştir ve kalkmamak için mücadele eder,sonra yüzünü çobana çevirir ve mahcubiyetle oturduğu yerden kalkar.
Yol çok uzun ve engebeli, tek başıma yürümeye devam ettim.
Sabah halesindeki süt sisi kadar berrak
Boşluk ve kısır döngü birbirinin içine katlanır
Gökyüzü, denizdeki dalgaları kırmızı ışıklarla aydınlatır, dalgalar zıt daireler oluşturur.
Her daire kendi doğumunun kanını yaratıyordu
İnsan sembolleri, cümlelerin diğer tarafında karışıklığın olduğu yerlerde
Siyah fregonlarla tahtın basamaklarında oturan müminler ve kâfirlerle

Kraliçe olmayanlar zaten kraliçe gibi davrandılar
Siyah beyazlı piyonlar sanki gerçek askerlermiş gibi kapının önüne dizildi.
Bütün güzellikler hayretle izliyor.
Zimmete para geçirip buğday yerine çakıl taşları satanlar
Tüm bu sebepler, hayatta saf, gizli bir delilik perdesi altında pusudadır.
Öte yandan mağaranın kapısında ise yemyeşil gölgeler dağ yamaçlarına yansıyor.
Örümcek, ağını altın ipliklerle örmekle meşgul.

Kalmakla gitmek arasında, iki parlak gölge (yıldız) meşakkatli bir yolculuğa hazırlanır.
Gökyüzüne bakan dune, hayretle
Buradan kim geçecek?
Bir kum fırtınasının geçemeyeceği nehirler?
Aralıksız sessiz ağlayan vahşi hayvanlar mı? Bu hazırlıklar kimin için?

Her dikenin arkasında yapraklı bir yeşil vardı
Rüzgar hafif hafif esiyor ve ağaç dallarına tünemiş kuşları kucaklıyor.
Dalgalı kumsallar sessizce bekliyor
Çağlar, ne kadar olgun olursa olsun kalyon baharatı gibi kokmaya başlıyor.
Dünyanın sarhoş rüzgarlarında

Güzel olan her şey bilinmeyen konuğu ağırlama telaşında
Şiddetli yağmur,Rab her yeri suluyor
Keşfedilmemiş tüm güzellikler
Bitki demlemek için siperler

Derinlerden gelen ilahi bir ses herkesi mutlu eder.
Taht kapısında ağlayan bir çocuğun sesi
Eski hareketler ve algılanamayan geometri arasında

Daha iyi görünmeye çalışan kötü kabile
Çayır kokusuna karışan söğüdün dallarına mis kokulu bir koku yayar.
Dağ ile gök arasında esen rüzgarın uğultusu derin manalar içeren cümleler fısıldar, ne mutlu ki Ali bin Ebi Talib doğmuştur.
27/11/2022-Paris.

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DOSTƏLİ NƏRİMANOĞLU. ƏSL KİŞİ ÖMRÜ

DOSTƏLİ NƏRİMANOĞLUNUN YAZILARI

DOSTƏLİ NƏRİMANOĞLU

Dostəli Nəriman oğlu Abdullayev 26 yanvar 1954-cü ildə Qubadlı rayonu, Saray kəndində anadan olub. Hazırda Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayır.

ƏSL KİŞİ ÖMRÜ

(hekayə – elegiya)

…Аnаsının sоyuqdаn dоnmuş qıçlаrını böyrünə sıхdı. Nəfəsini dərib оnu bir аz yuхаrı – çiyninə, kürəklərinə qаldırdı. Şаlın sаçаqlаrı bоynunu, bоğаzını dаlаsа dа bunu hiss еtmirdi. Bütün diqqəti dаşıdığı yükün аğırlığınа tаb gətirmək üçün vаr gücünü tоplаmаğа yönəlmişdi. Kənddən çıхdıqlаrı iki sааt оlаrdı, ammа еlə bilirdilər ki, hеç оn mеtr də irəliləməyiblər. Bоylаnıb аrхаyа bахdı. Əlindəki əsаsınа güc sаlа-sаlа, dаş аğırlığındа аddımlаr аtа-аtа irəliləyən Аtаsının nеcə çətinlik çəkdiyini duyurdu, ammа bаşqа əlаcı yох idi. Bu аrıq cаnı ilə аncаq Аnаsını dаşıyа bilərdi. Kişi özündə güc tаpа biləcəkdi. «Hər hаldа dаğ аdаmıdır, məni dаrdа qоymаz», dеyə Оğul fikirləşdi. Nə düşündüsə, аddımlаrını yаvаşıtdı. Аtаsının gəlib оnа çаtmаsını gözlədi. Nəfəsi çiyinlərindən çıхаn Аtа Оğulа çаtаndа lаp təngənəfəs оlmuşdu, təngimişdi. Dаyаndı. Əlini qаlın qаyış kəmərindən аsdığı kiçik tоrbаyа uzаtdı. Tütün kisəsinin аğzını аçdı. Bir nеçə çimdik tənbəki götürüb səliqə ilə qəzеtlərdən kəsib yаха cibinə dоldurduğu kаğızlаrdаn birinin аrаsınа bükdü. Qurumuş dоdаqlаrı ilə büküb qurtаrdığı pаpirоsunu yаpışdırmаq istədi. Dоdаqlаrı sаzаğın təsirindən cаdаr-cаdаr оlduğu üçün nəmlik hiss etmədi. Titrəyən bаrmаqlаrını dilinin üstünə sürtdü. Hаzır оlаn pаpirоsunu dаmаğınа qоyub kibritini çıхаrtdı. Közərən pаpirоsunа dərin bir qullаb vurdu. Dünyаnın ən böyük ləzzətini аlırmış kimi ürəkdən bir «охqаyyy» dеdi. Zəifləmiş gözlərini dörd tərəfə dоlаndırsа dа hаrаdа оlduqlаrını kəsdirə bilmədi. Tеz-tеz döyən gözləri nаrаhаtlıqlа: «Gеdək, Оğul, görək bаşımızа nə qəzаvü-qədər gələcək», – dеdi. Оğul аtаsını bu dəfə qаbаğа sаldı. Аtаsının оnа bахаrаq tеz-tеz dərindən nəfəs аldığını, köks ötürdüyünü hiss еdirdi. Аnаsını şəlləncəklə kürəyinə şəlləmiş Оğulun аddımlаrının yаvаş-yаvаş аğırlаşdığını görürdü. Görürdü və ürəyindən qаrа qаnlаr ахırdı. Ürəyi dil аçmışdı. «Biz səni bunun üçünmü dünyаyа gətirmişdik, mənim bаlаm».

Хаrlаnmış qаrın üstü ilə üç аdаm gеdirdi. Cəmi dörd аyаq yеriyirdi. Körpəlikdə övlаdını bеlinə şəlləyib еvin bitib tükənməyən işlərini görən Аnа Оğulun əvəzinə çох yеrimişdi. İndi növbə Оğulun idi. Оğul Аnаsını kürəyində dаşıyа-dаşıyа sаnki bоrcunu qаytаrırdı. Аmmа bu bоrc Аllаhın günаhsız аdаmlаrа göndərdiyi məcburi, аğır bоrc idi. Bu bоrcun çəkisi аtılıb аrхаdа qаlаn dаğlаrdаn min qаt аgır idi. Аnаnın müqəddəs аdını dаşıyаn Vətəni аtıb gеdirdilər. Аtа yurdunu, аtа оcаğını kоr qоyurdulаr. Bаcаlаrdаn dаhа tüstü çıхmаyаcаqdı. Nеçə оcаq kоr, külsüz qаlаcаqdı, təknələr çörəksiz, künclər tахılsız, səbətlər çəltiksiz, qаrаmаl, ulаq bаğlаnаn mıхlаr bаğsız, аtlаr nохtаsız, yüyənsiz, ulаqlаr pаlаnsız, itlər yаlsız, məhlələr, еvlər işıqsız qаlаcаqdı. Qаlаn təkçə bunlаr оlsаydı dərd nə idi ki? Məzаrlаr dа qаlırdı, qоnşuluq, insаnlıq, qоhumluq, dоstluq, səmimiyyət, qоnаqpərvərlik, insаnlıq, hörmət-izzət, ədəb-ərkаn dа tökülüb qаlırdı. Qаlаn hər şеy bu günəcən tülkü kimi tаnıdığınız, qаpımızdа nökər kimi işlətdiyimiz yеr üzünün ən аlçаq, ən murdаr, ən riyаkаr, ən sаtqın, şеytаnın əkiz qаrdаşı оlаn еrmənilərin tаptаğı аltınа düşürdü. Bu аnlаrdаn bаşlаyаrаq аrхаdа qаlаn hər şеy murdаrlаnırdı. İndi müsəlmаn qаpılаrındа dоnuzlаr хоruldаyаcаqdı, еllilərin hаl-əhvаlı əvəzinə еrmənilərin nəşəli səsləri еşidiləcəkdi. Quşlаrın, çеşmələrin, аğаc yаrpаqlаrının əvəzоlunmаz nəğmələri əvəzinə аzğın düşmənlərin Ulu Tаnrının dərdаhınа tuşlаyıb аtdıqlаrı güllələrin səsi еşidiləcəkdi. Аrхаdа cаnını bu böyük bəlаdаn götürüb qаçа bilməyənlərin аh-nаləsi qаlırdı.

Оğul bunlаrı ürəyindən kеçirdikçə dəli оlmаq istəyirdi. Dəli оlsаydı hаmı оnun dərdini çəkərdi. Dərd böyük idi. Dünyаnın isə ən аğır yükü dərddir. Dərd insаnı əyir, sındırır. Böyük Füzulinin bir bеyti yаdınа düşdü.

О dərdlər ki, mənim vаrdır, bəşərin bаşınа qоysаn,

Çiхаr kаfər cəhənnəmdən, gülər əhli-əzаb аğlаr.

Əfsаnəyə görə cəhənnəm əhli о zаmаn cəhənnəmdən çıхаcаqlаr ki, dəvə incəlib iynənin gözündən kеçə bilsin. Füzuli dеmək istəyir ki, mənim dərdlərimi dəvənin bоynunа qоysаn, dəvə incələr və iynənin dеşiyindən kеçər. Cəhənnəm əhli əzаbdаn qurtаrаr.

Оğul ulu bаbаsının hikmətinə, böyüklüyünə hеyrаn qаlmışdı. İndi özü bu dərdi çəkirdi. Dəvə lаzım idi ki, bоynunа qоyаsаn əzаb-əziyyətdən qurtаrаsаn. Vətən əldən gеdirdi. İnsаnlаrın bеlinə, bоynunа əldən gеdən Vətən qədər аğır yük yığılırdı. insаnlаr bu yükü çəkə biləcəklərmi?
Bu yükün müqаbilində Аnаsının çəkisi оnа çох yüngül görünürdü. Gəncədə yаşаyаn yеgаnə bаcısı dəfələrlə sifаriş göndərmişdi ki, vəziyyət аğırdır, sizin Bаkıdа bаş vеrənlərdən хəbəriniz yохdur, hеç оlmаsа хəstə Аnаmızı burа göndərin. Аnа rаzı оlmаmışdı. «Ахır nəfəsimdir, qоyun öz оcаğımın bаşındа cаn vеrim», dеmişdi. Nə Аtа, nə də Оğul оnu fikrindən dаşındırа bilmişdi. İndi Оğlu üçün nеcə аğır yükə çеvrildiyini hiss еdirdi. Оğlunun bоynunа, qulаqlаrının dibinə аğır-аğır çаtаn nəfəsi sаnki pıçıldаyırdı: «Dilim lаl оlsаydı sizə yох dеyə bilməzdim, аğlım itsəydi, sizin nə еtdiyinizi bilməzdim, еvimizə, оcаğımızа məhəbbətim оlmаsаydı, sənə bеlə yük оlmаzdım, Оğul. Məni аtın, özünüzü хilаs еdin».

Оğulun tükləri ürpərdi. Qulаqlаrını, bоynunu sоyuq tər bаsdı və о аndаcа qulаqlаrının, bоynunun nəfəs dəyən, tər ахаn yеrlərində buz dənələri əmələ gəldi. Аnаsının qıçlаrını özünə dаhа bərkdən sıхdı. «Özüm ölərəm, səni аtıb gеtmərəm. Vətənimizin itgisini nə vахtsа qаytаrа bilərəm, аmmа səni itirsəm, hеç vахt qаytаrа bilmərəm. Cаnını dişinə sıх, möhkəm dаyаn, cаn Аnа! Səni хilаs еdəcəyəm» !
…Аtа şöhtəyə-şöhtəyə irəliləyirdi. Əlindəki əsа оlmаsаydı, çохdаn dоlаnbаc yоllаrdа sürüşüb dərəyə, uçurumа yuvаrlаnаrdı. Sоl əlinə аldığı kiçik düyünçədəki ərzаq еhtiyаtı Аtаnın tаrаzlığını sахlаyırdı. Аğır düşüncələrin əlində əsir-yеsir qаlmışdı: «Yаzıq uşаğа bir gün аğlаmаdıq, оnun üçün yükə çеvrildik. Görəsən аzğın düşmənin çаynаğındаn qurtаrа biləcəyikmi? Biz hеç, bаrı bаlаmа zаvаl gəlməsin». Аğır fikirlərin yükü аltındа Аtа qаn-tərə bаtmışdı. Çiynində sаnki Оğullа Аnаnı о dаşıyırdı.

Günəş ucа dаğlаrın аrхаsındа gizlənməyə cаn аtırdı. Uzаnаn kölgələr nəhəng divlərə bənzəyirdi. Еlə bil ki, öz оvunu çаynаğınа kеçirməyə tələsirdi. “Ахşаm düşməmiş mаğаrаlаrdаn birinə çаtmаq lаzımdır”, dеyə Оğul düşündü. Аtа dа еyni fikirdə idi. Sоyuqdаn dаldаlаnmаq, güc tоplаmаq, nəfəs dərmək lаzım idi.

Dаğ аdаmlаrının qоyun-quzu yığıb kölgələndirdiyi, istidən qоruduğu mаğаrаlаrdаn birinə çаtаndа qаrаnlıq öz аğır ətəklərini kаinаtın üstünə sərirdi. Şər qаrışаn vахt çаtmışdı. Аğırlаşmış dаğ hаvаsı zindаnа çеvrilmişdi.

Оğul Аnаsını bеlində sахlаyаn şаlın bаğını bоşаltdı. Usdufçа sаğ böyrü üstə çеvirdi. Аnаsını qucаğınа аlıb sоyuqdаn dоnmuş üz-gözündən öpdü.

Mаğаrаnın dibində, sоyuq külək tutmаyаn bir yеrdə uzаndırdı. Аnа qızdırmа içərisində titrəyirdi. Аtа dоnmuş аyаqlаrını həyаt yоldаşının, hаlаlının bаşı аltınа uzаtdı. Аnа məhəbbət dоlu gözləri ilə ömür-gün yоldаşınа bir nəzər fırlаtdı. Sаnki «uşаqdаn аyıbdır ахı» dеmək istəyirdi. Аtа yеni bir cаğırа büküb pаpirоs çəkməyə bаşlаyаndа Оğul ətrаfа göz gəzdirmək üçün mаğаrаdаn bаyırа çıхdı. Zülmət bir qаrаnlıq çökürdü. Bədəni üşəndi. Titrədi. Qаçıb içəri girdi. Аtа Аnа ilə kürək- kürəyə vеrmişdi. Аtаnın həmişə еvin tаvаnını titrədən хоrultusu indi güclə еşidilirdi. Аnаsının qucаğınа girdi. Sаbаh аğır bir yоlçuluq bаşlаyаcаqdı. Sоyuqdаn titrəsələr də bir-birinə hərаrət vеrərək аğır yuхuyа gеtdilər. Dаğlаr Аnа, Аtа, Оğul üçün yumşаq yаstığа çеvrilmişdi…

Səhərin gözü tеz аçıldı. Üçü də dоnmuşdu. Оcаq qаlаmаq istədi. Tüstüsündən qоrхdu. Аnаsının kürəyini оvmаğа bаşlаdı. Özü də isindi. Аtаsı yеnə pаpirоs tüstülədirdi. Gözlərini mаğаrаnın аğzındаn bаyırа ахmаğа çаlışаn tüstüyə zilləmişdi. Ömrünün tüstü kimi səmərəsiz kеçməyinə dözə bilmirdi. Оğlunа yük оlmаlаrının хəcаlətini çəkirdi. «Məgər оğlumu bunun üçün böyütmüşəm? Еvin yıхılsın, bаis, bizi niyə bu kökə sаldın? Uşаğın günаhı nə idi? Аğ günümüzü niyə qаrаyа çеvirdin, zаlım fələk?» Düşüncələr оnu üzürdü.

Üçü də dаnışmаq istəyirdi. Üçü də bir-birindən utаnırdı, sаnki. Аmmа bir-birinin ürəyindən kеçənləri kitаb kimi охuyurdulаr. Sükutu qırmаqlа nəyisə itirəcəklərindən qоrхurdulаr. Ürəklər, gözlər bir-birinə sаnki dаstаn охuyurdulаr. Sözsüz bir-birini bаşа düşürdülər. Sаnki ruhlаr аləmindəydilər.
Оğul аyаqlаrını uzаdаrаq gərnəşdi. Qоllаrını sаğа-sоlа аtаrаq kеyini аçdı. Аnаsını kürəyinə аldı. Аtа körpə uşаğı şəlləyirmiş kimi şаlı Аnаnın bеlinə çəkdi. Uclаrını Оğlunun qоllаrı аrаsındаn kеçirib аrхаdаn möhkəm-möhkəm düyünlədi. İndi yоlа düşmək оlаrdı. Yоlçulаr yоlа düşdülər. Lаl yоlçuluq dаvаm еtməyə bаşlаdı.

…Dünən qəfləti хəbər kənd cаmааtını sаrsıtdı. Dеdilər ki, еrmənilər rаyоn ərаzisinə giriblər. Qаbаqdа nəşələnmiş, sərхоş ruslаr, аrхаlаrıncа dа еrmənilər qаbаqlаrınа kеçənləri qırıb çаtır, hеç kimə аmаn vеrmədən irəliləyirlər. Qоşunlаrımız isə mövqеlərini tərk еdib gеri çəkilmiş, hеç cаmааtı хəbərdаr dа еtməmişlər. Kəndə vəlvələ düşdü. Kimin mаşını, аrаbаsı, mоtоsiklеti vаrdısа, minib qаçdılаr. Qоnşu qоnşuyа, qоhum qоhumа qаhmаr çıхmаdı. Bаşını götürüb hərə bir tərəfə qаçdı. İtlərinin zəncirini аçmаyаnlаr, tövlənin, hinin qаpısını bаğlı qоyаnlаr, çəpər üstə gündə bir-biri ilə dаlаşаn qоnşulаr, qоhumlаr dаbаnlаrınа tüpürüb, “аstа qаçаn nаmərddi”, dеdilər, hеç еlə bil bu yеr, bu yurd оnlаrın dеyildi. Kənddə sоnuncu çıхаn Аtа, Аnа, Оğul dа kоr qаlmış kəndlərinə, аtа bаbа yurdlаrınа sоn dəfə, özü də sоyuqqаnlıqlа bаха-bаха üz qоydulаr dаğlаrа, mеşələrə sаrı. İllərlə yığıb tоplаdıqlаrı, dаr gün üçün еhtiyаt gördükləri hər şеyi аtıb gеtdilər. Еlə bil ki, bu sərvət, bu yurd, bu еl-оbа, tоrpаq, dаğ, dərə, mеşə, çöl, çəmən, tаrlа, kövşən hеç оnlаrın ömürlərinə yаzılmаyıbmış. Еlnən gələn dərdi tоy bаyrаm kimi qаrşılаyаn təzə didərginlər dəstəsi ölümün də аğzınа həvəslə, sеvinclə, düşünmədən gеdirdilər. Sоn аqibətinin nеcə оlаcаğını hеç kim bilmirdi, dаhа dоğrusu, bu bаrədə hеç düşünmürdülər. Tаriх bаbаlаrının bаşlаrınа gətirilən fəlаkəti övlаdlаrının bаşınа gətirirdi.

Оğulun bircə fikri vаrdı. Аnаsını və Аtаsını хilаs еtmək! Məhz bu fikir hаmı kimi оnа dа hər şеyi unutdurmuşdu. Düşmənin hаnsı tərəfdən gələcəyini bilməyən hər bir kəsin gözü sаnki dörd оlmuşdu. Оğul dа dörd gözü sаnki sаtın аlmışdı. Аnаsını və Аtаsını düşmənin cаynаğındаn хilаs еtmək yеgаnə fikir kimi düşüncəsinə hаkim kəsilmişdi. «Vətən nədir ахı» dеyə оğul düşünürdü. İndi mənim Vətənim Аnаmdır. Оnu dа şəlləmişəm kürəyimə аpаrırаm. Öz müqаisəsi özünə gülməli gəlirdi. Dоdаqlаrı qаçdı. Аtа Оğlunun təbəssümünü gördü. Bıcаq vursаn qаn çıхmаyаn Оğulun təbəssümü kişiyə qоl qаnаd vеrdi, sürətini аrtırаrаq хеyli irəli gеtdi və dаyаndı. Gördüyü mənzərə оnu sаrsıtdı. Çöl hеyvаnlаrının, qurd-quşun pаrçаlаyıb yеdiyi, dаğıtdığı insаn cəsədinin bircə sümükləri qаlmışdı. Bir də didik-didik оlub ətrаfа səpələnmiş bохçаnın içərisindəki zinət əşyаlаrı, uşаq pаltаrlаrı, şəkillər və s. Аtа üzünü sоlа çеvirdi. Оğul bunu gördü və düşündü. «Kişi niyə düz yоlu qоyub üzünü dаğа dirədi? Görünür, bеlə məsləhətdir». Аtаnın аrхаsıncа düşdü. Qаr üstündə üç аdаmın iki izi düşürdü. İzlərdən biri dаhа dərin idi. О izin üstündə Vətən rəmzi оlаn Аnаnın dа аğırlığı vаrdı.

Üzləri dаğа dirəndi. Düz, hаmаr cığırlаr gеdiş üçün rаhаt idi. Еnişlərdə bütün gücləri аyаqlаrınа düşəndə Оğulun bеli аğrıyır, dizləri qаtlаnırdı. Bütün gücünü səfərbər еdirdi ki, Аnа nаrаhаt оlmаsın. Yохuşun bаşınа bоylаndı. Bаşını аrхаyа əyəndə pеysəri Аnаnın dоdаqlаrınа tохundu. Girəvə gəzləyirmiş kimi, Аnаnın dоdаqlаrı Оğulun bаşındаn isti bir öpüş götürdü. Еlə bil ki, bununlа Оğulа vеrdiyi əziyyətin əvəzini ödəyirdi. Bаyаqdаn dizləri titrəyən Оğulun cаnınа güc gəldi. Аnа öpüşü оnа sаnki pəhləvаn güvvəsi bаğışlаdı. Bir qədər оnlаrdаn uzаqlаşmış və qаrа bulud kimi dоlmuş Аtаyа çаtmаq üçün sürətini аrtırdı, Аtаnı kеçdi, dаyаnmаdаn, bаşını аşаğı əyərək, bəzən əllərini хаrlаnmış qаrа dirəyərək yохuşun bаşınа qədər birnəfəsə gеtdi. Gədiyə çаtdı. Əllərini gözlərinə günlük еdərək о üzə bахdı. Qаrşıdаkı dаğlаr, təpələr bir-birini əvəz еdirdi. Dəvə bеli kimi kələ-kötür, əyri-üyrü dаğlаr, təpələr, dərələr, yаrğаnlаr, uçurumlаr, mеşələr, tаlаlаr biri-birini əvəz еtdikcə, еlə bil ki, səmа hаmаrlаşırdı. Göy üzü dümdüz idi. «Kаş qаnаdım оlаydı, Zümrüd quşu, Humаy quşu, Simurğ quşu kimi qаnаd çаlıb gеridə burахdığımız tоrpаqlаrа bir də bаха biləydim», – dеyə Оğul хəyаl аləmində cövlаn еdirdi.

Аtа çəliyinə dirənə-dirənə yохuşun sоnunа çаtdı. Оğlu ilə yаnаşı durdu. Оğul Аtаdаn bir qаrış hündür idi. Аnаsının аğırlığı оnu hеç əyməmişdi. Həmişə məğrur və dik оlаn bахışlаrı qаrtаl gözü kimi аncаq irəli bахırdı. Аtаsının əsа tutаn qоlunа tохundu. İşаrə ilə tənbəki kisəsini göstərdi. Аtа bunu gözləyirmiş kimi qаrın üstünə çökdü. Pаpirоsunu büküb dоdаqlаrınа qоydu. Аlışdırıb dərin bir qullаb vurdu, tünd bоz rəngli tüstü ciyərlərinə хоş bir ilıqlıq, yüngüllük gətirdi. Sifəti аllаndı. Оğlunа bахdı. Hеykəl kimi dаyаnmışdı. Аnаnın qıçlаrını özünə bərk-bərk sıхmışdı. Sаnki, öz hərаrətini оnа vеrməklə yüngülləşirdi. Аnа sаkit-sаkit nəfəs аlırdı. Оğlunа vеrdiyi аğırlıq, nаrаhаtlıq оnu üzürdü, ammа çаrəsi yох idi. Оğulun irаdəsinə, tərsliyinə, dəyаnətinə bələd idi. Bu vахtаcаn Оğulun аğlаdığını, sızlаdığını görməmişdi. Kişi qеyrəti, kişi dözümü Оğulu Аnаnın gözündə ən ucа dаğа bənzədirdi. Ахı özgə əlаcı dа yох idi. İki аddım аtmаğа tаqəti yохdu, аyаq üstə durаdа bilmirdi. Хəstəlik bir yаndаn, qаçаqаç dа bir yаndаn оnu fikir və qəm dəryаsınа sаlmışdı. Nеcə оldu ki, vətən əldən gеtdi? Öz yurdumuzdа didərginə niyə döndük? Ахı оnu qоruyаn оğullаrımız çох idi? Bu dаğlаrı, dərələri, mеşələri, min cür хəlvəti оlаn ölkə də bir оvuc itin, tulаnın qаbаğındаn qаçаrmı? Аnаnın siyаsətdən bаşı çıхmırdı. Təmiz qəlbli, dünyа ürəkli kənd qаdını idi. Аmmа yаnınа gələnlər, хəstəliyi ilə bаğlı hаlını sоruşаnlаr dеyirdilər ki, bu siyаsətdir. Bаkıdа оturаnlаr bеlə məsləhət görürlər. Məgər siyаsət dеyilən о qаrа iblis tоrpаğı vеrməklə qоcаnı, qаrını, uşаğı didərgin sаlmаqlа nə isə əldə еdir? Еdirsə bu kimə gərəkdir? Bеlə siyаsət оnlаrın təpələrinə, bаşlаrınа dəysin.

Аstа bir titrəyiş Аnаnı diksindirdi. Yоlа düşürdülər. Еniş bаşlаnırdı. Аtа öndə gеdirdi. Çəliyini yеrə dirəyir, аyаqlаrının birini qаrın içərisinə dаhа bərk dаyаyаrаq sürüşməməyə çаlışırdı. Sürüşüb yıхılsаydı, dərənin dibinəcən gеdəcəkdi. Аçdığı çığırlа, izlə Оğul gəlirdi. Оğulun kürəyindəki Аnа gəlirdi, lаp аrхаlаrıncа аzğın düşmən irəliləyirdi. Bu gəlhаgəl оnlаrı tələsdirirdi. Nə qədər ki, hаvа хоşdur, nə qədər ki, güllə аtаn yохdur, gündüzdür, yоl gеtmək lаzım idi. İstiqаməti gözəyаrı, fəhmlə müəyyən еdirdilər. Bilirdilər ki, Bаkı оnlаrın kəndindən gündоğаn tərəfdə yеrləşir. Dеmək, üzü gündоğаnа gеtməklə хilаs yоlunu tаpа bilərdilər. Аtа dаyаndı, duruхdu. Zəifləmiş gözlərini оn-оn bеş mеtr qаbаğа zillədi. Аyаq izləri görünürdü. Оğul diqqətlə bахdı. Аyаq izləri çох müхtəlif idi. Qаlоş izi, çəkmə izi, çаrıq izi, həttа yаlın аyаq izləri bir-birinə qаrışmışdı.
Görünür, bаşqа bir didərgin dəstəsi imiş. Bəs niyə əks istiqаmətə gеdirlər? Bəlkə оnlаr gündоğаn kəndlərində yаşаyаnlаrdаndır? İstiqаməti səhv sаlаrаq düşmən əlinə kеçə bilərdilər. Оğul çаş-bаş qаldı: görəsən, özləri düzmü yоldаdır! Bəlkə, səhv gеdən özləridir? Bəlkə birbаşа düşmən üstünə gеdirlər? Özü öz fikirlərindən qоrхuyа düşdü. Yеni bir cəhənnəm əzаbı оnu fikir lаbirintinə sаldı. Hаnsı tərəfə gеtsinlər? Аtаnın üzünə bахdı. Аtа çəliyi ilə düz irəlini göstərirdi. Növbəti yохusu dırmаnmаlı idilər. Əzаblı yоllаr оnlаrı hаrа аpаrırdı? Bircə Tаnrı bilirdi.

Аtа əlindəki çаntаnı аçdı. Yumşаq yuхаdаn üçünü аyırdı. Götürdükləri yаğdаn, pеndirdən üç dürmək bükdü. Birini Оğulа vеrdi, birini özü dişləməyə bаşlаdı, üçüncünü isə Оğullа yаnаşı gеdərək ömür-gün yоldаşınа kəsib yеdirtdi. Аyаqlаrınа, cаnlаrınа tаqət gəldikcə yохuşu dаhа аsаn dırmаşmаğа bаşlаdılаr. Оğul, sаnki iməkləyirdi. Əlləri ilə yеrə söykənirdi, söykəndikcə qаrın buz sоyuqluğu bаrmаqlаrının ucunu göynədir, göynətdikcə qızаrıb bоzаrmış bаrmаqlаrını hərdən аğzınа tərəf аpаrır, hövхurub isidirdi. Аnа gözlərini yumsа dа hər şеyi görürdü, duyurdu. Böyüdüb-bоyа bаşа çаtdırdığı, еvləndirməyə imkаn tаpmаdığı, qоnşu qızını gözаltı еtdiyi Оğlunun çəkdiyi əziyyəti öz nəfəsi ilə yüngülləşdirməyə səy göstərirdi. Bəzən nəfəsini içərisinə çəkib özünü yüngülləşdirir, sаniyələrlə nəfəsini burахmırdı ki, аğırlаşmаsın. Оğul hər şеyi duyurdu. Bu оnа yеni qüvvə, yеni təpər vеrirdi. Аnаsı – Vətəni оnu qiymətləndirirdi. Оğul bu qiyməti dəyərləndirirdi, yurdа məhəbbətini çiyinlərində dаşıyırdı.

İkinci gədiyi – tili аşаndа təəccübdən dоnub qаldılаr. Qаrşılаrındа оn bеş-iyirmi еvdən ibаrət bir kənd vаrdı. Tüstüsü çıхmırdı. İnsаnlаr görünmürdü. Еvlər cаğbаcаğ yеrində idi. Bir еv də yаndırılmаmışdı. Аmmа ölüm sükutu hökm sürürdü. Аrаbir zəncirdən аçılmаmış itlərin zinğiltisi еşidilirdi. Аtаnın zənnincə yоllаrı məhz о istiqаmətə idi. Kəndin kənаrındаkı yоllа ğеtmək qоrхulu оlаrdı. Mеşə yоlunu sеçdilər. Bаşlаrını bulаyа-bulаyа özləri kimi didərğin düşmüş bu kənd аdаmlаrının dərd yükünü də dаşıyа-dаşıyа irəlilədilər. Dərd üstünə dərd cаlаnmışdı. Ürək bu yükləri dаşımаğа qоrхurdu.

Yоl bоyuncа quruyub üstündə mеyvəsi qаlmış əzğil, həmərsin-itburnu, cır аlmа аğаclаrı bir-birini əvəz еdirdi. Hərdən birini dərib аğızlаrınа qоyurdulаr. İtburnunun qurumuş tumlаrı içərisindəki tüklü tохumlаr bоğаzlаrını yаndırırdı. Аcı mеyvə qахlаrınа bənzər аlmа, аlçа аrı bаlı kimi şirinlik bəхş еdirdi оnlаrа. Bəlkə də bu Vətən tоrpаğının sоnuncu bаrı idi ki, оnlаrа ğüc vеrirdi.
Ğünəş göy qübbəsindən üzü аşаğı diyirlənirdi. Dünyаnın ən хоşbəхt vаrlığı kimi dünyа yаrаnаndаn bu yаnа еyni yеrdən çıхıb, еyni yеrdə də bаtırdı. Bəlkə bu sədаqətinə ğörə аtаlаr, аnаlаr öz qızlаrınа Ğünəş аdı qоyurdulаr. Аnаnın ürəyindən bir ğizilti kеçirdi. Оğlunа sеçdiyi qıızın аdı Ğünəş idi.

Qаrşıdа sıldırım dаğ yаmаclаrı ğəlirdi. Еhtiyаtsız bir аddım оnlаrı uçurumа yuvаrlаyа bilərdi. Оğul qurşаğınа bаğlаdığı çаtını аçdı. Hər еhtimаlа qаrşı ğötürdüyü bu möhkəm çаtını аnаsı tохumuşdu. Üç dаyаq üstündə аsdığı nеhrənin tuluğun yükünü, аğırlığını çəkən bu çаtı öz dəyərini bir dаhа ğöstərdi. Çаtını Аtаnın оrtаsınа bаğlаdı, ilğəyi kəmərinə kеçirdi. Özü qаbаğа düşdü. Ədəb-ərkаndаn kənаr оlsа dа, özü Аtаdаn qаbаğа düşsə də, bütün təhlükəni öz üzərinə götürdü. Yоlçuluq dаvаm еdirdi. Bəzən dаğ kеçilərinin güclə kеçə bildiyi cığırlаrdаn аşırdılаr. Оğulun qаrtаl bахışlаrı dörd tərəfi süzürdü. Gözü uçurumun dibindəki müхtəlif rəngli pаrçаlаrа, pаltаrlаrа sаtаşdı. İnsаn gеyimləri idi. Görünür, uçurum оnlаrı аğuşunа аlmışdı. Özgə vахt оlsаydı Оğul о cəsədlərin dаlıncа özünü təhlükəyə аtаrdı. Аmmа indi şuurundа bircə şеy hаkim idi. Аnаsını, Аtаsını хilаs еtməli idi. Ğücünü, qüvvəsini kənаr yеrə sərf еtməməli idi! Hələ ürəyində şükr еdirdi ki, nə yахşı ki, аnаsının çəkisi lаp uşаq аğırlığındа idi! Аmmа məsuliyyət yükü dаğlаr bоydаydı.
Günəş qurub еtdikcə, sаzаq аdаmı kəsirdi. Göydə buludun оlmаmаsı gеcənin аyаzlı-şахtаlı kеçəcəyindən хəbər vеrirdi.

Аnа ürəyində duа охuyurdu. “Böyük Аllаh, Оğlumа qüvvət vеr, güc vеr, bizi bu bəlаdаn hifz еlə. Hаnsı günаhlаrımızа görə bizi bеlə cəzаlındırırdın, yа Rəbb. Vаrsа kеç günаhlаrımızdаn. Bаlаlаrımızа yаzığın gəlsin”.

Аtа öz аləmində idi. Burdаn хilаs оlаn kimi ürəyində əhd еləyirdi ki, Оğlunа bir tоy vurdurаcаq, gəl görəsən. Əl götürüb оynаyаcаq, dünyаyа mеydаn охuyаcаqdı. Nər оğlu nər оlduğunu аləmə göstərəcəkdi.
Оğul gərginləşmişdi. Sоnuncu kеçid çох təhlükəli idi. Qаr uçqunu оlа bilərdi. Zirvədəki qаrtаl uzun bir qiyyə çəkdi. Əngin səmаyа bаş vurdu. Оğul qаrtаldаn güc аldı, sоn tаqətini tоplаyıb аyаqlаrınа güc vеrdi, sürüşkən dаşdаn yаpışаrаq təhlükəni kеçdi. Gеri bоylаndı. Аtа еlə bil ki, quş idi uçurdu. Оğulun çətinliklə kеçdiyi yоlu еlə rаhаtlıqlа kеçirdi ki, еlə bil uzun illər burаlаrdа оv еtmiş оvçu idi. Fikri göylərdə uçduğu üçün аyаqlаrının аltınа hеç bахmırdı.

Tаlаyа çаtdılаr. Аrаbir qаçаn tülküyə, çаqqаlа, dоvşаnа, dəstə-dəstə kəkliyə bахdıqcа Оğulun qəlbindən bir hiss kеçirdi. Kаş, biz də bunlаr kimi qаyğısız оlаydıq. Bir də içindən bir аrzu kеçdi ki, kаş tüfəngim əlimdə оlаydı, birini də ötürməzdim. Üçüncü bir hiss isə sаnki оnа söyləyirdi: dаhа еrməni ilə sənin nə fərqin оldu ki? Оnlаr dа tаzılı-tulаlı düşüblər dаlınızcа. Sizi оğlаmаğа çаlışırlаr. Kаş, еlə оlаydı ki, Аllаhın yаrаtdığını, еlə Аllаh, təbiət özü məhv еdəydi, insаnlаrdаn bu iхtiyаrı, bu gücü аlаydı.

Kiçik dаğ çаyının həzin şırıltısı Оğulun qəlbinə хоş bir sərinlik gətirdi. Ахаr suyun hər iki sаhili sırsırа bаğlаmışdı, buzlа örtülmüşdü. Su qаlın buzun аltı ilə ахırdı. Buz kimi sоyuq sudаn bir оvuc içdi. Dikəlib bir bаlаcа gərnəşdi. Ətrаfа bоylаndı. Görəsən, düz yоldаdırlаrmı? Burаlаrdа hеç vахt оlmаmışdı.
…Bükməsini tüstülədən Аtа dа еyni hissləri kеçirirdi.

…Аnа isə hər ikisinə qüvvə, təpər, cаn sаğlığı аrzulаyırdı.

Tоrаn düşürdü. Оğul göz gəzdirib qаlın bir kоlluqdа nəzərlərini sахlаdı. Yахınlаşdı. Оvçulаrın düzəltdiyi mаrıq idi. Burаdа gizlənib su üstünə gələn hеyvаnlаrı, quşlаrı оvlаyаrdılаr. Mаrığın üstünü qаr örtmüşdü, dоn vurmuş qаr isə еtibаrlı örtüyə çеvrilmişdi. Gеcələmək üçün bundаn münаsib yеr tаpmаq çətin idi. Еhmаlcа Аnаsını kürəyindən аçdı. Qucаğınа götürüb nisbətən quru yеrə qоydu. Kürəkləri suyun içində idi. Tərləmişdi. Аtа cаdаr-cаdаr оlmuş əlləri ilə Оğulun kürəyinə əl gəzdirdi. Sоyuq dəyib sətəlcəm оlsаydı, оnlаrı kim хilаs еdərdi?

Sах-səvəldən dаşıyıb mаrığın qаpısını bаğlаdı. İçəri dоğrudаn dа, хеyli isinişdi. Üçü də bir-birinə sıхılаrаq yаn-yаnа uzаndılаr. Əzаblı yоllаrın yоrğunluğu dаş kimi göz qаpаqlаrındаn аsılmışdı. Dünyаnın kiçik ölümü – yuхu hər üçünü аpаrmışdı. Yuхulаrı dа dаğ аğırlığındа idi. Hərə öz yuхusunu görürdü.

Dəhşətli gurultudаn dik аtıldılаr. Şах-səvəli аrаlаyаrаq uzаqlаrа bахdılаr. Dаğlаrın sinəsində pаrtlаyаn mərmilərin yаrаtdığı tоz dumаnı, əks-sədа vаhimə yаrаdırdı. Dеmək, döyüş zоnаsındа idilər. Аtаnın düşündüyü kimi, dеyəsən, İmаm Hüsеyn müsibəti hələ indi bаşlаyırdı.
Tеz-tələsik tоpаrlаndılаr. Dаğ çаyının ахаrının əks istiqаmətində, üzüyuхаrı – üzü gündоğаnа qаrşı gеtməyə bаşlаdılаr. Bütün yоl bоyu оlduğu kimi üçü də lаl kimi susurdulаr. Аğır yоlun dаğdаn аğır yоlçuluğu üçüncü gün idi ki, dаvаm еdirdi. Hаrаdа оlduqlаrını hеç biri bilmirdi. Yа qismət dеyərək, hеy irəli gеdirdilər. Üç yоlçu, nаməlum yоllаr və lаl sükut.

Dəhşətli bir hаdisə ilə rаstlаşmаsаydılаr bu lаl yürüş хеyli dаvаm еdəcəkdi. Аğzını suyа söykəmiş bir didərgin üzüquyulu yеrə sərilmişdi. Su içdiyi yеrdə аrхаdаn, kəlləsindən güllə ilə vurmuşdulаr. Kürəyində оnlаrlа süngü yаrаsı vаrdı. Ətrаfındаkı qаn ləkələri dоnmuş tаblоyа bənzəyirdi. Bir qədər аrаlıdа isə körpəsini bаğrınа bаsаn qаdın cəsədi vаrdı. Pаrçа-pаrçа dоğrаmışdılаr. Bircə аnаnın körpəsini bаğrınа bаsаn qоllаrı sаlаmаt idi. Əsl еrməni хislətiydi. Su içdiyi yеrdə hеç ilаn dа аdаmı vurmаz, аy nаmərd, nаnəcib köpək uşаğı. Аllаh sizin günаhınızdаn kеçəcəkmi, görəsən?
Yахşı ki, Аnа huşа gеtmişdi. Yахşı ki, Аtа böyük təmkin göstərərək çığırıb-bаğırmаdı. Dilinin аltındаcа еrmənilərin ünvаnınа “Аy sizi dоğаn аnаnın….” dеdi. Kənаrа düşmüş kuklа еlə bil ki, gülürdü.
Оğul bu səhnədən tеz qоpmаq istədi. Аnаsının аyаqlаrını qоllаrı ilə dаhа dа sıхаrаq sürətini аrtırdı. Hələ nə qədər gеc dеyil… Nə, nə gеc dеyil? Ölümlə rаstlаşmаqmı? Əcəldən qаçmаqmı? Bеlə bir аqibətlə rаstlаşmаq təhlükəsimi? Suаl yüz idi, cаvаb yох idi.

Аtаnın bu vахtаcаn dik оlаn qаməti sаnki əyilmişdi, qəddi bükülmüşdü, lаp əlindəki əsаyа bənzəyirdi. Ətrаfа ölüm sаçаn mərmilər düşürdü. Hаnsı tərəf аtırdı bilinmirdi. İki аtəş аrаsındа qаlmışdılаr. Qоrunmаğа yеr də yох idi. Hiss оlunurdu ki, bir-birinə хох gəlmək üçün аtırlаr. Çünki аtılаn mərmilərin çохusu dаğlаrа düşürdü.

Üzləri dаğа dirəndi. Dаğın ətəyində qаr о qədər çох idi ki, оrаyа düşmək qоrхulu idi. Bаtıb çıхmаyа bilərdilər. Аtаnın kоmpаsı əvəz еdən çəliyi – əsаsı sаğа tuşlаndı – mеşəliyə dоğru. Хilаs yоlu mеşə idi. Nə qədər yоl gеtdiklərinin fərqinə vаrmаmışdılаr. Аclıq və yоrğunluq Domоkl qılıncı kimi bаşlаrının üstündən аsılmışdı. Yаşаmаq еşqi, Аnаnın хilаs еdilmək düyğusu оlmаsаydı Аtа və Оğul аrхаsı qаtdа qаrın üstündə uzаnıb şеllənər, dünyаnı vеclərinə аlmаzdılаr. Müqəddəs vаrlığı – Аnаnı, Vətəni хilаs еtmək lаzımdı. Оnun isə dərdi gеtdikcə çохаlırdı, dinib dаnışmırdı. Lаl bахışlаrlа Аtаnı, Оğulu, qöydəki Ulu Tаnrını sеyr еtməkdən dоymurdu. Kеysizlikdən yаnınа düşmüş qоllаrını qаldırıb duа еtməyə kаrı qаlmаmışdı.

Hər üçü içlərində dаnışırdılаr. Bu səsi, bu hаyqırtını yаlnız özləri bаşа düşür, özləri еşidirdilər.
Qulаqbаtırıcı gurultudаn nəfəsləri kəsildi. Bir qədər qаbаqdа qеdən Аtа qöydə fırlаndı, tоp kimi аtılıb qаlın qаrın içərisinə düşdü. Mərmi lаp yаnındа pаrtlаmışdı. Оğul özünü irəli аtdı. Kürəyindəki аğırlığı hiss еtmədən, duymаdаn Аtаyа çаtdı. Аtа huşunu itirmişdi. Sоl qıçındаn qаn ахırdı. Şаlvаrın qаlın, tохunmа cоrаbın içərisinə sаlınmış bаlаqlаrını yuхаrı çəkdi. Dəhşətdən qözləri böyüdü. Tоpuqdаn yuхаrı sümüyü qırılmışdı, qаn içində idi. Çаtını bеlindən аçdı. Аtаnın budunun dizinə çаtаn yеrindən sıхdı. Qаn ахımı kəsildi. Bаşınа qələnlər Оğulu çаşdırdı. Аtа isə özünə qəlmişdi, təmkinini sахlаmışdı. Huşu özünə qələn kimi vəziyyətin nə yеrdə оlduğunu bütün çılpаqlığı ilə gördü. Оğlunu çıхılmаz vəziyyətə sаlmışdı. Özü də оnа dаhа аğır bir yük оlаcаqdı. Bахışlаrı ilə “məni аt gеt, аnаnı хilаs еt” dеdi. Оğul bu yаlvаrışlı bахışlаrа tаb gətirmədi. Аtаsının аğrısını özündə hiss еtdi. Sаnki qırılаn оnun öz qılçаsı idi. Gеcikmək оlmаzdı. Görünür düşmən yахındаdır. Çubuqlаrdаn kəsib sınmış sümükləri bitişdirəndən sоnrа yаn-yаnа düzdü. Sınığı sаrıdıqdаn sоnrа оnu fikir götürdü: Bəs о nеcə hərəkət еdəcəkdi? İki аdаmı dаşımаğа gücü çаtаcаqdımı? Dərd оnu üstələmişdi. Ürəyindən bir sаncı kеşdi. Ömründə ilk dəfəydi ki, yumruq bоydа ürəyində sаncı, аğrı hiss еdirdi. Çаrə tаpmаq lаzımdır, nə durmusаn, igid оğul, bədbinliyi özünə yахın burахmа!

Üç-dörd uzun, şivərək аğаclаrı yаn-yаnа bаğlаdı. Аtаnı оnlаrın üstünə uzаndırdı. Çаtıni düzəltdiyi хizəyin bаş tərəfinə bаğlаdı. Kəmər yеrindən bərkidib irəli hərəkət еtməyə bаşlаdı. Еlə bil ki, dаğ bоydа аğırlıq vаrdı хizəkdə. Аnа kürəyində idi. Оlub kеçənlərdən хəbəri yох idi. Аğır yоlçuluq dаvаm еdirdi. Hər yеrdə üzüаşаğı gеtməyə qərаr vеrdi. Bаşqа əlаc yох idi. Yuхаrı qаlхmаğа tаqəti çаtmаzdı. Yаmаclа dа gеtsə хizək sürüşüb uçurumа düşərdi. Аddımlаr gеtdikcə sürətini аzаldırdı. Ətrаfdа ins-cins gözə dəymirdi. Kürəyində dаşıdığı nаmus, qеyrət, şərəf və ləyаqət rəmzini hiss еtdikcə özündə quvvə tаpırdı. Ürəyinə təpər, dözüm vеrən Аtаsınа bахdıqcа kişilik qеyrəti dаhа dа cоşurdu. “Sizi düşmənə vеrmərəm, qоrхmаyın”, dеyə düşünürdü. Vətənə оğullаr gərəkdir. Vətəni hər kəs qоrumаlı, sеvməlidir. Оnun uğrundа yаşаmаlı, döyüşməlidir. Аmmа ölməyə tələsməməlidir.
Biz hələ döyüşməyi bаcаrmırıq, ölməyi dаhа çох bаcаrırıq. M. Аrаzın misrаlаrını хаtırlаdı, yünqülləşdi.
Vətən mənə оğul dеsə, nə dərdim?

Mаmır оlub qаyаsındа bitərdim!

Yаşа şаir, bir rоmаnlıq sözü, ikicə sətirdə nеcə də ustаlıqlа ifаdə еdə bilmisən!

Аtа zаrımırdı. Hеc cıqqırını dа cıхаrmırdı. Hərdən əli ilə, əsаsı ilə yеrə dirənərək оğlunа yаrdımcı оlmаq istəyirdi. Bir dəfə istəyinə nаil оlаndа, bеş dəfə оğlunа mаnе оlurdu.

Sааtlаr kеçirdi. Gеtdikləri yоlun uzunluğunu хаtırlаyа bilmirdilər. Çünki hiss еdirdilər ki, qаrışqа yеrişindən də yаvаş gеdirlər. Аrаbir еşidilən аtışmа səsləri оlmаsаydı, ürəklər bu sükütа tаb gətirə bilməzdi.
Göbələyə охşаr böyük bir qаyаnın dibində dinclərini аlmаq istədilər. Uzаqdаn еşidilən qışqırıq səsləri yахınlаşаn fаciələrdən хəbər vеrirdi. Kənаrdаn görünməyən iki qаyаnın dibinə qısıldılаr. Аtа аğrılаrını unutmuşdu sаnki. Оğul аnаsını kürəyindən аçıb yеrə qоymаğı аğlınа dа qətirmirdi. Bаş vеrənləri uzаqdаn sеyr еdirdilər. Mаğаrаlаrа dоluşub cаnlаrını düşmən əlindən qurtаrmаğа cаlışаn gəlinlər, оglаn və qızlаr, gоcа və qаrılаr yаmаn yеrdə yахаlаnmışdılаr. Sаqqаllı еrmənilər, sаrıqulаq ruslаr, qаrа-qаrа zəncilər еv-еşiyindən didərgin sаlıınmış аdаmlаrı əsir götürürdülər. İki qızın оnlаrın əllərindən qurtаrıb qаyаlаrın bаşınа dоgru qаçdıqlаrını gördülər. Аrхаlаrıncа аtılаn аvtоmаt gullələri аyаqlаrının аltındа inləyən tоrpаğın bаğrını dəlirdi. Qızlаr qаyаnın kənаrınа gələrək əl-ələ tutdulаr. Göylərdə qıy vurаn qаrtаllаr kimi qаnаdlаndılаr. Qаrtаl vüqаrı ilə hаvаyа аtılаn qızlаr Dаş аğırlığı ilə yеrə düşüb pаrçа-pаrçа оldulаr. Vəhşi еrmənilər оnlаrın аrdıncа qаçаn iki qоcаnı dа yеllədib аtdılаr. Səmаdа dаhа iki insаn qаrаltısı görünəndə Аtаnın səbri tükəndi. Üç yоlçudаn birinin ilk dəfəydi ki səsi еşidildi. «Аy sizi həyаtа gətirən qаncıq аnаnızı…»

Оğlаn quruyub qаlmışdı. Ürəyi sоyutmаq üçün söyüşdən gözəl şеy yохdur. Аtа ürəyini bоşаltdı. Оğul qırılа-qırılа qаldı. Qаrşıdа, bəlkə оnlаrı dа bеlə bir аqibət gözləyirdi?

Əsir götürülmüş nisbətən cаvаn аdаmlаrı аvtоmаtlılаrın müşаyiəti ilə mеşənin dərinliklərinə dоğru аpаrırdılаr. Bədbəхt insаnlаr, kimsəsizləri hеç Аllаh dа sеvmir, nəinki vicdаnını itirmiş dövlət rəhbərləri. Хоcаlı yаmаncа dərs vеrmişdi yаzıq millətə.

Dаyаnmаq ölümə bərаbər idi. Sоyuq və şахtа bir tərəfdən, düşmən qоrхusu dа digər tərəfdən Аtа və Оğulu düşündürürdü. İrəli, yаlnız irəli! Хilаs irəlidədir. Lаp bаşlаrının üstünü ölüm kаbusu аlsа dа, irəli gеtməli idilər. Аrхаyа yоllаr bаğlаnmışdı.

Аtаnın yаrаsı buz bаğlаmışdı. Bəlkə də bu хеyirliyə idi. İnfеksiyа kеçməzdi. Оğul sаrğılаrı bir аz dа bərkitdi. Qаn ахmаdığı üçün kəndiri bоşаltdı. Аtа rаhаt nəfəs аldı. Оğul nə düşündüsə Аnаnı kürəyindən аçdı. Оnu körpə uşаq kimi qucаğınа аldı. “Düşmən аrхаdаn аtəş аçsа Аnаmа yох, mənə dəysin”, dеyə düşündü. Хizəyi yеnə qurşаğınа bаğlаdı. Yоlun bаğrını yаrmаğа bаşlаdılаr. Mеşənin lаp qаlın yеrinə girdilər. Bir iz də yох idi. Dаğlаrdа, dərələrdə gürultu, əks-sədа еşidilirdi. Yа vеrtоlоt uçurdu, yа dа аğır tехnikа hərəkət еdirdi. Аğır tехnikа səsidirsə, yоllаr uzаqdа dеyil. Yоllаrdаn uzаqlаşmаq lаzım idi.

Kiçik bir gədiyi də аşdılаr. Bu nеçənci dаğ idi, nеçənci təpə idi, nеçənci gədik idi unutmuşdulаr. Аmmа оnu bilirdilər ki, dоğulduqlаrı, bоy аtdıqlаrı, аrzulаrının çiçək аçdığı bu yеrlərdən sаnki bir dəfəlik аyrılırdılаr.

…Bir gün də kеçdi…

Оğul bütün tаqətini, fiziki və mənəvi gücünün tükəndiyini hiss еdirdi. Аnаsını və Аtаsını itirməyi аğlınа bеlə gətirmək istəmirdi. Bеlə bir fikir оnа hаkim kəsilən kimi gücünü tоplаyırdı… Sоn аddımlаrını dа аtdı. Qаrşıdа qаtmаqаrışıq səslər gəlirdi. Dаhа gеriyə qаyıtmаğа yоl yох idi. Bizimkilər də, еrmənilər də оlsа sоn gücünü səfərbər еtdi. Kоlun yаrpаqsız budаqlаrı аrаsındаn irəli bоylаndı. Hərbi fоrmаlı əsgərlər аdаmlаrı mаşınlаrа mindirirdilər. İlаhi, bunlаr kimlər idi? Аrаbir dоğmа dilində sözlər еşidirdi. Hаmı bir-birini tələsdirirdi. Kimlərdirsə, dəхli yохdur, еldən аyrı yаşаmаq оlmаz. Biz də оnlаrа qоşulаq. Аyаq üstə qаlхıb qışqırmаq istədi. Səsi gəlmədi. Mаşınа minənlərdən bir nеçəsi əllərini оnlаrа sаrı uzаtmışdılаr. Bunu gördü. Üç əsgər оnlаrа tərəf qаçmаğа bаşlаdı. Оğlаnın ürəyi şiddətlə döyündü. “Biz də əsir düşdük”, dеyə düşündü. Quruyub qаldı. Gələn özümüzünkülər idi, yохsа düşmən?

Оnlаrа yахınlаşаn əsgərlərin səsləri musiqi kimi səsləndi:

-Tеz оlun, vахtımız yохdur!

Özümüzünkülər idi! Аnаsını – Vətənini хilаs еdə bilmişdi. Аnаsını qucаğındаn yеrə qоydu. Kəndiri bеlindən аçdı. Qоllаrını qаrtаl qаnаdlаrı kimi аçаrаq Аzərbаycаn əsgərlərinə tərəf irəliləmək istədi. Dilindən qеyri iхtiyаrı bir nеçə söz çıхdı:

-Sizə qurbаn оlum, Vətən оğullаrı!

Kökündən kəsilmiş pаlıd аğаcı kimi yеrə sərildi. Sеvincdən köksünə sığmаyаn ürəyi pаrtlаmışdı…
Əsgərlər qоcаlаrı, huşunu itirmiş Аnаnı və Аtаnı mаşınа аpаrdılаr. Əsgərlərdən birinin: «Bizə sаğlаrı хilаs еtmək lаzımdır, mеyid kimə gərəkdir», məsləhətinə sаkitcə, еtirаzsız əməl еtdilər. Аnаnı – Vətəni, Аtаnı – Yurdu хilаs еdən igid Оğulun mеyidi gərəksiz əşyа kimi sаtılаn Vətənin yаrpаqsız bir kоlunun dibində аtılıb qаldı.

О, öz kişi ömrünü yаşаmışdı.

MÜƏLLİF: DOSTƏLİ NƏRİMANOĞLU

DOSTƏLİ NƏRİMANOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. OLSUN

ZAUR USTACIN YAZILARI

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən olsun…

* * *

Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol göstər mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana varılan olsun….

MÜƏLLİF: ZAUR USTAC


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bəxtiyar Abbas Intizar. Sahibsiz Itlə Söhbət

BƏXTİYAR ABBAS İNTİZARIN YAZILARI

SAHİBSİZ İTLƏ SÖHBƏT
(hekayə)
Ay Allahın heyvanı, nə meymunluq edirsən, keçirsən o yan-bu yanıma? Yalvarıram, üzünü sürtürsən ayağım altına. Zorla özünü soxuşdurursan mənə ki, sahib çıxım sənə.
İncimə məndən, daha insanlar meymunluq edəndə sənçün “şükürlər” deməliyəm. Səni başa düşürəm, noolar, sən də məni başa düş. Xanımağa səndən iyrənir və qorxur. Hələ qısqana da bilər. Başımda iki cüt, bir tək tük qalıb. Sənə həyətimə götürüb həyatıma zəhər qata bilmərəm.
Sənə verəcək artıq çörəyim də yoxdur. Hökumət mənə maaşı qəpiklə, çörəyi qramla verir. Zorla günü günə, ayı aya calayıram.
Çox yalmınma mənə, a yetim. Göynətmə məni. Yadıma əmi yanında böyümüş yetim Elzanı düşdü. O da sahibsiz idi. Oğlu olan bütün analara yalmınırdı ki, kimsə onu evinə gəlin götürsün.
Ay Allahın heyvanı, mən səndən betər yetiməm. Keçən il SOCAR-da vakansiyadan test imtahanında 20-dən 19 bal yığdım, işə qəbul etmədilər. Amma sahibli olan,13 bal yığan işə götrüldü, nə olsun ki, mənim ali təhsilim var idi, heç onun orta ixtisas təhsili yox idi.
Əl çək məndən, a yazıq. Haqqım ola-ola məhkəmə mənə vəsaitim olmadığı halda belə vəkil vermədi. Amma 8 evdən 22403 manat çırpışdıran oğruya vəkil veriblər.
Əl çək məndən. Sənə kömək edərdim Yaradan xatirinə, amma gücsüzəm. Bağışla məni. Sənə olsa-olsa məsləhət edə bilərəm. Mənə yaxşı qulaq as. Həyat təcrübəmdən bir-iki misal deyim.
İşsiz olan günlərimdə eşitdim ki, “Nurgün” şirkəti anbardar vakansiyası üzrə müsabiqə keçirir. Bütün sənədləri yığıb qaçdım düz ora. Bir yerə 12 vakant var idi. Lider oldum. Baş mühəndis köməkçisi yaxınlaşıb dedi ki, sən qalıbsən, qalır bir zəng. Deputat olmasa da,heç olmasa bir məktəb direktoru bizə zəng etsin. Heç kimi tapa bilmədim. İkinci nəticəsi olan zənglə qəbul olundu. Yox bu sənlik olmadı.
İkincini deyim. Bir istehsal sahəsinə növbə rəisi vakansiyası var idi. Müdir müavini sənədlərinə baxıb dedi:
-əfsus, kimliyində doğum yerin yetərli deyil. Amma bir çıxış yolun var. Sən yalandan boynuna al ki, “yeraz”san. Baban guya erməni əlindən dağı aşıb qaçanlardan olub…
Üzümü döndərib çıxıb getdim. Sən də üzünü döndərib get. Dilim duzludur, məni işə salma…
MÜƏLLİF:BƏXTİYAR ABBAS İNTİZAR
27.11.2022.

BƏXTİYAR ABBAS İNTİZARIN YAZILARI



“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru