Bugün – 21.04.2024-cü il tarixində Sumqayıt şəhər Tarix Muzeyində AYB-nin üzvi, “Qızıl Qələm” media mükafatçısı şair, publisist Elçin Səlimlinin yeni çapdan çıxmış “Görüşünə gəlmişəm” adlı kitabının təqdimatı oldu. Təqdimatda ilk öncə torpaqlarımız uğrunda dünyasın dəyişən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Elçinin yaradıcılığı haqqında müzakirələr oldu . İradə xanım təqdimat iştirakçı şairlərə söz verdi. Çıxışlarda şairlər Elçin müəllimin şeirlərindən parçalar söylədilər və yaradıcılıq uğurları arzu etdilər. Elçin Səlimli “Görüşünə gəlmişəm” adlı kitabını gələn qonaqlara öz imzası ilə hədiyyə etdi. Elçin Səlimliyə yaradıcılığında uğurlar arzu edirik . Möhtəşəm tədbirdən fotolar:
22.06.2023-cü il tarixində əməkdar artist Nazir Rüstəm ,gənc şair Habil Şirəliyev , “Mozalan”jurnalının redaktoru Aynurə Ulduz, publisist şair Hidayət Qarabulaq və digər əməkdaşlarımız ilə birlikdə Sumqayıt şəhər bir nömrəli xəstəxanasında şairimiz,dəyərli şəxsiyyət Miraslan Bağırovun ziyarətində olduq.
Mirasın Bağırov dostlar və həkim haqqında yazığı şeirini təqdim etdi. Bir nömrəli xəstəxananın həkim heyəti, başda həkim Kazımov İlham,,Qayıbov Mirvari, Bədəlova Aynurə, Bayramova Ülviyyə və bir çox gülər üz, mehriban həkim heyəti ilə görüşüb tanış olduq. Bir daha həkimlərimiz ilə qürur duyduq. Miraslan müəllimə dualarınızı əsirgəməyin. Video əlavə:
Sumqayıtda 24 saylı məktəbdə Esmira Günəşin kitablarının təqdimatı oldu
Dekabrın 23-ü Sumqayıt şəhər 24 saylı məktəbdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi kitablarının təqdimatı oldu. Tədbirdə kitablarla yanaşı həm də kitabda yer alan Sumqayıt şəhidlərinin şəkillərindən sərgi hazırlanmışdı. Məktəbin şagirdləri əvvəlcə sərgi ilə tanış olub şəhidlərimizi daha yaxından tanıdı, sonra isə tədbirdə iştirak edərək şəhid anaları ilə ünsiyyət qurmağa fürsetləri oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Nəsibə müəllimə qonaqları salamlayaraq şəhidlərimizin illər keçsə də unudulmayacağını dilə gətirərək, məktəb kollektivi olaraq bu sahədə xüsusi addımlar atdıqlarını bildirib. O qeyd edib ki, hər zaman şəhid ailələrinin və qazilərin yanında olaraq onlara dəstək olmağa çalışırlar. Tədbir Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlərlə və vətənpərvərlikdən bəhs edən bir neçə səhnəciklə davam edib.
Tədbirin gedişatında sözləri Esmira Günəşə bəstəsi Yaqut Almaza məxsus olan şəhid Elmar Nəsibovun xatirəsinə həsr olunmuş musiqi gənc müğənni Xəyal Cəbrayıllının ifasında səsləndirilərək klipi qonaqlara nümayiş olunub. Tədbirin xüsusi qonaqlarından biri də qadın şəhidimiz Mətanət Mehdiyevanın ailəsi olub. Tədbirin sonunda çıxış edən Esmira Günəş qadın qəhrəmanlarımızdan çox az tanındığını bildirərək, Mətanət Mehdiyevanın adını xüsusi vurğulayıb. O bildirib ki, bundan sonra da şəhidlər haqqında yazıb, yeni kitablar nəşr etdirməyə davam edəcək. Gələn bütün qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür etdikdən sonra isə tədbir xatirə şəkilləri ilə yekunlaşıb. Sonda məktəb kollektivi şəhid ailələrini ehsan süfrəsinə qonaq ediblər.
ŞƏHİD ELNURUN ƏZİZ XATİRƏSİNƏ Əgər səs verməsəm haqqın,səsinə, Lallar da dil açıb dillənə, bilər. Dünyanı firladar fələk tərsinə, Dünya bir nənnidə yellənə bilər… * * * Qarabağ uğrunda tökülən,qanlar, Qlümün üzünə gülən, oğullar. Haqqı uca tutan bilən o canlar, Daşıb sellər kimi sellənə bilər… * * * Elnur da bu selin kiçik,damlası, Elə nur doğmuşdu onu ,anaşı. Qarabağ uğrunda bu haqq davası, Hələki bəmdədir, zillənə bilər.. * * * Silər yer üzündən, kin-küdurəti, Bərqərar eləyər haqq, ədaləti. Xudanın hökmüylə onun, qüdrəti, Yazdakı çəməndir güllənə, bilər… * * * Doğulub böyüdü o,İsmayıllıda, Can qurban eylədi qohuma, yada Qarabağda qopan aha, fəryada, Dözmədi vuruşdu o sona qədər… * * * Şəhid ruhları haqq,dərgahında, Vətən sevgisi var,ruhlarında. Düz dinin,danışın ruh yanında, Bir gündə göylərdən o enə bilər… * * * Bir qızın bir oğlun, bir də vətəni, Bizə əmanətdir şəhid Elnurun! Çürüməz cəsədi, nə də, kəfəni , Sevsək əmanətin igid, Elnurun!
BU GÜN – 08.12 2022 – Cİ İL TARİXİNDƏ BAKI ŞƏHƏRİNDƏ, ZƏNGİLAN RAYONU 13 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ KEÇİRİLƏN ZƏNGİLANIN ,,DARDAN YUXARI,, DEYİLƏN KƏNDLƏRİNDƏ İŞĞALÇI ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN 10 DEKABR 1992 – Cİ İLDƏ BASQIN NƏTİCƏSİNDƏ BAŞ VERMİŞ FACİƏ İLƏ BAĞLITƏDBİR KEÇİRİLDİ. TƏDBİRDƏ AZƏRBAYCAN RESPUBLİKASI “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏRİ VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İCTİMAİ BİRLİYİNİN SƏDRİ TAHİR MƏMMƏDOV, NÜMAYƏNDƏLƏRİ VƏ BİR SIRA NÜFUZLU ŞƏXSLƏR İŞTİRAK ETDİLƏR. HƏMİN TƏDBİRDƏ ŞƏHİD VƏ QAZİLƏRİMİZ HAQQINDA DANIŞILDI .QAZİLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİPLOM VƏ MEDALLAR TƏQDİM OLUNDU. TƏDBİRİN SONUNDA ŞAGİRDLƏR ŞEİRLƏR SÖYLƏDİLƏR.MƏN İKİ MÜHARİBƏNİN QƏHRƏMANI QAZİMİZ TAHİR MƏMMƏDOV HAQQINDA YAZDIĞIM ,,YAŞA İGİD ƏSGƏR,, ADLI ŞERİMİ SƏSLƏNDİRDİM . ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN,QAZİLƏRƏ ALLAH DAN ŞƏFA DİLƏYİRƏM . AMİN. TƏDBİRDƏN FOTOLAR:
Esmira Günəşin “Xarıbülbüllər” kitabının təqdimatı bu dəfə Xırdalan Heydər Əliyev Mərkəzində baş tutub
Bu gün – 6 dekabr tarixində Azərbaycanın müxtəlif bölgələrindən gələn şəhid ailələrinin iştifakı ilə “Xarıbülbüllər” kitabının Xırdalan Heydər Əliyev Mərkəzi də təqdimatı və şəhidlərimizin şəkillərinin sərgisi olub.
“Xarıbülbüllər” Esmira Günəşin şəhidlər haqqında 13-cü kitabıdır. İndiyə qədər ümumilikdə 16 kitab ərsəyə gətirən gənc şairə xanım üçün bu olduqca yüksək və qürurverici, yaşından, mövqeyindən, satatusundan asılı olmayaraq digər qələm adamlarına örnək ola biləcək nəticədir. Yüksək keyfiyyətli fərqli dizayna malik olan bu kitabda müxtəlif bölgələrdən şəhidlər yer alıb. Vətən uğrunda canından keçən şəhidlərimizdən Siyahim Dəmirov, Zahir Hüseynli, Nəsib İsmayılov,İlkin Əhədzadə, Rəhman Məmmədov,Səmid Əliyev,Elnur İsmayılov,Vasif Quliyev, Vüsal Muradov, İbrahim Məmmədov, Rüfət Mustafayev, Şəhriyar Qasımov, Əliheydər Hüseynli, Dostəli Məmmədov, Şakir Cəmilli, Elçin Nəsirov, Fuad İsmayılov, Rauf Əsgərov, Elmir Ağayev,Ruslan Məmmədov, Mətanət Mehdiyeva, Həsənağa Abdullazadə,Sərxan Əliyev, Emil İsgəndərov, Akif Abbasov, Araz Məmmədov, Elvin Mustafayev, Rəvan Daşdəmirov, Natiq Əliyev, Elşən Dünyamalıyev, Vüsal Quliyev, Elvin Abbasov, Saleh Nuriyəv, Kamran Orucov,Novruz Haxverdiyev, Rəşad Ələkbərov, Xanoğlan Xəlilov,Zaur Cəfərov,Orxan Həmidov,Sarvan Məmmədov, Şamil Mirzəyev, Bayram Babaşov, Turxan Məmmədov, Emil Sadıqzadə, Əli Nağıyev, Niyaməddin Ələkbərov, Vüsal Həsənov, Elmar Nəsibov, Akif Cabbarov, Murad Qurbanov, Ülvü Məhərrəmov, Adəm Əliyev, Elxan Hüseynli,Fuad Bayramov,Alı Həsənli, Əli Seyidov, Rəhim Dadaşov, Emil Əliyev, Cavid Cabarzadə, Əmirxan Babayev, Əbil Cəbizadə, Orxan Hüseynov, Röyal Verdiyev, Samir Paşayev, Orxan Qəhrəmanov, Ülvi Rəfiyev, Əbülhəsən Eyvazov, Məhəmməd İsmayılzadə, Rəsul Sadıqov,Bilal Qənbərov, Anar Qorçuyev, Cavid Həsənov, Vüsal Teymurov, Rüfət Əsgərov,Elnur Məmmədov,Orxan Rəhimli,Qubad Əliyev,Vahid Alıyev, Əlisadət Ağayev,Orxan Namazov, Məhəmməd Abdullayev, Məzdək Eyvazlı, Rəşad Ağayev, Vaqif Alıyev, Vüqar Ağayev, Mayıl Qurbanov, Oruc Vəliyev, Kərim Məmmədov, Səbuhi Əsədov, İbrahim Lələyev, Natiq İsmayılov, Təyyar Ağayev,Xaqani Əskərov, Nicat Şükürlü,Ayaz Abbasov, Elbrus Əhmədov, Mehdi Fərzullazadə, Fizuli Həbibi, Vəfadar Quluzadə,Azad Zeynalov, Kənan Axundzadə, Həmdulla Abdullayev, Elnur Allahverdizadə, Qərib Balacayev, Munis Abbaslı, Xəyal Rəhimli, Zaur Əsədzadə, Səbuhi Əliyev, Mahir Dadaşzadə, Rahil Məmmədli, Barat Quliyev, Zamiq Hacıyev, Qoşqar Vəliyev, Aydın Rüstəmov, Rəşid Həmidov, Cavid Səfərli, Şəmsi Cəfərov, Məcid Məmmədov, Famil Ağaşov, Əvəz Abbasov, Səyavuş Nəsirov, Asim Süleymanov, Mahir Paşayev, Şaiq Kəlbiyev, Şahin Hüseynli, Röyal Cəfərli,Nurlan Abdalov, Məhəmmədəli Həsənzadə, Tacəddin İsmayılzadə, İlkin Xosrovzadə, Fərid Hüseynov, Samir Paşayev,Əli Eyvazov, Təhmasib Qarayev, Batdal Bayraxtarov, Elşən Sultanlı,Cavid Kərimov, Cavid Məmmədli, Osman Cəfərov, Əkbər Hüseynov, Allahverdi Tağıyev, Samir Şükürov, Elmar Bayramlı və Türkiyəli şəhid Yücel Aki kitabda yer alıb. Onu da xüsusi qeyd edək ki, şairə kitabın təqdimatını sıra ilə Azərbaycanın bütün bölgələrində keçirir və gələcəkdə Türkiyədə belə bir tədbirin həyata keçirilməsi planlaşdırılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyndən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, Xırdalan şəhər İcra Hakimiyyətindən, MCP-dən nümayəndələr, qələm əhlindən Əli Bəy Azəri , Zaur Ustac , Tural Irfan , Aygül özü Vətən, Badamdar qəs. 239 saylı məktəbin, Saray 1 nömrəli məktəb , İdrak Liseyi Sumqayıt Filialı ,Novxanı 2saylı məktəbin, Masazır 1 saylı məktəbin, Abşeron rayon Saray qəsəbə 3 saylı orta məktəb , Binəqədi rayon 182 saylı məktəbin, Hövsan qəsəbəsi 172 saylı məktəbin, Xirdalan Şəhəri 2 saylı orta məktəb , Xırdalan 4 saylı məktəbin, Binəqədi rayon 100 saylı məktəbin, Nəsimi rayon 14 saylı məktəbin, Xırdalan şəhəri 3 saylı liseyin, Qobu qəsəbəsi 2 saylı məktəbin, Masazır 4 saylı məktəbin, Xırdalan 7 saylı məktəbin, Qobustan kənd tam orta məktəbin, Bayıl qəsəbəsi 91 saylı məktəbin, Sumqayıt şəhər 24 nömrəli tam orta məktəb , Çaylı kənd tam orta məktəbi , Bakı şəhər 159 saylı məktəbin, Lökbatan qəsəbəsi 288 saylı məktəbin, Mehdiabad qes 2 saylı tam orta məktəb , Prişekül qəsəbəsi tam orta məktəbin, Digah qəsəbə tam orta məktəb , Suraxanı rayon 101 saylı məktəbin, Fatmayı kənd tam orta məktəb müəllim və şagird kollektivi, eləcə də Abşeron ray. Mehdiabad qəsəbə Uşaq Musiqi məktəbi dən gənc ifaçılar və müğənni Ruslan Əkbərov iştirak ediblər. Tədbirdə bütün bölgələrdən gələn şəhid ailələri səhnəyə dəvət olunaraq ürək sözlərini paylaşıblar. Məktəblilər şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Şairə Esmira Günəş MCP-nin müavini ilahiyyatçı-yazar Tural İrfan tərəfindən “Ziya” fəxri diplomu və Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu ilə təltif olunub. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
Bütün gələcək fəaliyyətində Esmira Günəşə uğurlar arzulayırıq! Uğurlarınız bol olsun!!! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
Eşq olsun Azərbaycan xalqının şəhidlərinə hər zaman dəyər verən vətənpərvər nümayəndələrinə. Şəhidlər ölməz, Vətən bölünməz!
BABA Səhər açılmır ki, açılmır baba, Ürək də yorulub, dözməyir daha. Günahım nə idi, düşdüm bəlaya, Açılmır səhərim, açılmır baba. * * * Bizim də bağçada gül-çiçək açar, Sevincdən dostlarda gülər, əl çalar. Bir ağac əkərəm o, çiçək açar, Açılmır güllərim, açılmır baba. * * * Bir bəlaya düşdüm, uzanır ömrü, Tükənir, qəlbimin tükənir sözü. Körpə Kənanım da dikib gözünü, Onunda ürəyi açılmır baba. * * * Açıl, ey dünyanın səadət yolu, Qaytar keçmişimə sevinclə dolu. Pisləri bu yoldan uzaq et barı, Qoy açılsın səhər, açılsın baba.
TUFAN Yaxşılara yaman demə, amandır, Yaman günə qalıb tamam, yanaşan. Yaxşıların haqqın yemə, amandır, Tufan səni qışa atar, donarsan. * * * Yaxşılara böhtan atıb, demə pis, Daxilində olsun saf, həm təmiz hiss. Daşları dəlməsə hər bir kəlməniz, Tufan səni qışa atar, donarsan. * * * Zalımdan yapışıb, ədalət demə, Mərdi qova-qova namərd eyləmə. Xainə, satqına tərif söyləmə, Tufan səni qışa atar, donarsan. * * * Yandırsalar, yana-yana ağlama, Sağlığını göz yaşınla yoğurma. Ölüm ayağında Allah çağırma, Tufan səni qışa atar, donarsan.
SƏN Ürəyindən ağrı keçir, Gözlərindən qəm su içir. Əcəl məni həmən seçir, Saralanda, solanda sən. * * * Fikir məni alıb gedir, İçimi də bir hiss didir. Kimdir sənə pislik edir? Saralanda, solanda sən. * * * Gözlərinin rəngi solur, Saçlarımı bir əl yolur. İşgəncələr məndən sorur, Saralanda, solanda sən. * * * Qəmli-qəmli belə baxma, Sən Allah gəl, məni sıxma. Vallah ollam loxma-loxma, Saralanda, solanda sən. * * * Həsrət qallam sevinməyə, Al qırmızı geyinməyə. Sözüm qalmaz öyünməyə, Saralanda, solanda sən.
ƏHSƏN Sizlərə tövsiyyəm əziz dostlarım, Yaxşılıq gəlməsə əllərimizdən. Pislikdə etməyin pissən deyənə, Qoy desin hər deyən sizlərə əhsən. * * * Yenə güvəncini itirmə heç vaxt , Yüzlərlə dostundan əlin üzülsə. Dostluğa sadiq ol, həmişə ürəkdən Hər anın qüssəylə, kədərlə keçsə, * * * Hər kiçik təpəyə güvənsəz əgər, O dərin ürəyin açarı ilə. Çatmasa gücünüz təpəciklərə, İnansaz dağ olar o təpəcikdə. * * * Sabahlar yetəcək köməyinizə, Etsəniz kiməsə sizdə yaxşılıq. Etsədə sizlərə kimsə nadanlıq, Verin siz onlara yenə halallıq. * * * Soyuq qarşılasa kimsə hər zaman, Pisliyə verməyin siz heç bir aman. Allahın duası üstündə hər an, Köməyi olacaq, Allaha inam.
TƏLƏSDİM Zirvə-zirvə seyr elədim dostları, Söhbəti-sözləri bol insanları. Ömrün cavan ya da ahıl çağında, Ayrılmarıq, yanındayıq hər anında, Bu dostlara dost deməyə tələsdim. * * * Dost oldum, bu yolu xeyli izlədim, Dostları ucaltdım, dostun gözündə. Dost yalan söylədi, hər bir sözündə, Dostluğu anladım onda özümdə, Bu dostlara dost deməyə tələsdim. * * * Var olanda hər an olar yanında, Xoş keçəcək hə zamanın bax onda. Hər sözü şirindir, baldır, şəkərdir, Bax onda dostları baxıb ələndir, Bu dostlara dost deməyə tələsdim. * * * Leyliyəm, açılan sabaha doğru, Yolumu azmadım, ah da almadım. Dost kimi dost oldum, amma ki, amma, Dostum deyər mən dostlara aldandım, Bu dostlara dost deməyə tələsdim. * * * Bu cür insanların budur vərdişi, Elə ki, düşəcək sənə bir işi. Verdiyin çörəyi kəsməsə dişi, Qaçıb getmək olur vallahi işi, Bu dostlara dost deməyə tələsdim. * * * Varın olsa hər an dostlar yanında, Danışacaq dostlar sənə yalan da. Cibini dost bilən bəzi dostlar da, Qoyub qacacaqlar cib boş olanda, Bu dostlara dost deməyə tələsdim. * * * Ələnmədi nə dəymişim, nə kalım, Dostlarıma dost deməyə aldandım. Dost deyəndə dost sözünü anmadım, Üzümə gülənə dostumsan dedim. Kimlə çörək kəsdim, mən heç bilmədim, Bu dostlara dost deməyə tələsdik.
AMANSIZ DEMƏYİN Amansız deməyin bu gündən qışa, Amansız bir virus çıxıb savaşa. Alıb bu dünyanı çıxıbdı başa, İnsanlar qalıbdı onla baş-başa. * * * Ay Allah kömək ol bu insanlara, Boğulub dərmansız qalan canlara. Kəsilmiş ağaclar qalıb bir yanda, Virus insanlardan ocaq qaladıb. * * * Amansız həyatdır, amansız zaman, Vermir insanlara yenə də aman, Tanrım, haqqın-haqq yolunda durmuşuq, Yaratdığın bəndələrin olmuşuq. * * * Qoyma vaxtsız sönsün insan ocağı, Tanrım qoru bu bəladan dünyanı, Qoy silinsin insanların göz yaşı, Qoy qurtarsın bu virusun sovası. * * * Gecəni gündüzə çevirən Tanrı, Bağlı qoymaz, açılar qapıları, Bircə rəhm et, bağışla insanları, Yox et, gələn ölümlü virusları.
YENƏ DÖZÜRSƏN Bilmirəm, ay ürək, necə dözürsən? Dil aç, söylə görək, necə edirsən? Hər gələn zülməti yox eləyirsən… Calışırsan, gecə-gündüz dözürsən, Dağmısan, daşmısan, yenə dözürsən?! * * * Vallahi, mən sənə əhsən deyirəm, Belə güc-qüvvədə təksən deyirəm, Sənə güvənirəm, ümüd edirəm… Baxmırsan gözündə qana, dözürsən, Dağmısan, daşmısan, yenə dözürsən?! * * * Geçələr didirlər yuxular səni, Gündüz də narahat qoyurlar səni, Qara fikirlər də yorurlar səni… Gətirirlər səni cana, dözürsən, Dağmısan, daşmısan, yenə dözürsən?! * * * Ay ürək, heç kəsdən ümüd gözləmə, Kənardan, nakəsdən ümüd istəmə, İnanma sən məndən başqa heç kimə… Hər dərdimə yana-yana dözürsən!
ƏZABLAR TÜKƏNMİR Həyat bizi yaman çəkir sınağa, Ya biz qalib gələcəyik, ya həyat…. Narahatam, əzablarım çoxalır, Sevinc tapılmır, olum mən rahat… * * * İlahi, arzular bitmək bilməyir, Gedib hədəfinə yetmək bilməyir… Ələyimdə tərsinə un ələyir, Pisliklər içində qurur toy-busat… * * * Sinəmin üstündə tonqal qalanıb, Dərdimin üstünə dərdim calanıb… Ürəyim yandıqca ruhum talanıb, Sızlayan ürəyim olubdu çat-çat…
YAXŞILIQ Yolunu gözləyir sonunda hamı, Cavab yığır sənin donuna hamı… Əzəldən çəkinir odundan hamı, İnsanlar məhv olar sönsə, yaxşılıq! * * * Yaxşılar əvəzin verdilər sənin, Yaxşı yollarını gördülər sənin… Özündən də ibrət aldılar sənin, Yaxşının həyatı sənsən, yaxşılıq! * * * Tərifli sözlərdən tükənməyəsən, Layiqli gözlərdən heç itməyəsən… Arzumdu bizlərdən çəkinməyəsən, Qorxaram tərsinə dönsən, yaxşılıq! * * * Hamıya bir gözlə baxsan xoş olar, Yaxşılıq qabına yaxşılıq dolar… Qurusan, yox olsan ümüdlər solar, İnsan həyatında, önsən, yaxşılıq! * * * Pisə yaxşı donu biçdin hər zaman, Mən keçən yolları keçdin hər zaman… Ömrümdə yaxşını seçdim hər zaman, Şükür ki, pislərdən gensən, yaxşılıq!
DÜNYA Dünya, sənin sonun varmı? Bir əbədi qanun varmı? Haqq deyilən yolun varmı? Göz yaşıyla doldun dünya! * * * Sevinclisən, kədərllisən, Cəsarətli, hünərlisən… Belə gəldi gedərlisən, Nadana gül oldun, dünya! * * * Sol gözündə, üfunətdir, Bu gerçəkdir, həqiqətdir… Səndə niyə hər şey cürdür? Təki tezcə, uddun dünya! * * * Bir üzün qış, biri yazdır, Bilmirəm, bu nə avazdır… Namərdlərin kefi sazdır, Mərdə hiylə qurdun, dünya!
FƏLƏK Vətən bülbül idi, dağları qəfəs, Dardaydı o vaxtdan, almırdı nəfəs. Xarıbülbülüdə görmürdü heç kəs, Vətən boğulurdu, almırdı nəfəs. * * * Qəm çəkib ağladı, dağı-daşıda, Qanadsız quş idi, vətənim mənim. Heç gəlmədi düşmən dinə, imana, Fələk imza atdı haqsız fərmana. * * * Hər ərənlər yenə hücum çəkdilər, Vətən üçün səfərbərlik etdilər. O, murdarın al qanını tökdülər, Vətənimə yeni həyat verdilər. * * * Düşməni vətəndən yaman qovdular, Oxla murdarların gözün ovdular. Namussuzlar, papaq qoyub qaçdılar, Tülkü kimi, kolluqda gizləndilər.
QARA QÜVVƏLƏR Pozdu sakitliyi qara qüvvələr, Gecənin sükutun yenə pozdula! Atəşkəsi o, vəhşilər pozdular! Vicdansızlar, yenə yolu azdllar! * * * Gəncəni müsibət, dumanlar aldı, Bu gecə körpələr, qana doyandı. Yatanlarda o dəhşətə oyandı, Aman Allah, bu nə zülüm, zamandır? * * * Atəşkəs deyən, bax Indi dinlə! Düşmən gedir indi, sənin izinlə! Yatmış körpələrə, endirdi zərbə! Ulu Tanrı verəcək, bəlanı gözlə… * * * Millətim yuxudan səsə oyandı, Gecə zülmətində, ana naləsi… Hıcqıran körpənin, atanın səsi, Dəhşətə gətirdi, Allah, hər kəsi. * * * Gecə zülmətində o, körpələrin, Ümüd qığılcımı qaldı gözündə. Atanın göz yaşı dondu gözündə, Körpə gözü qaldı, ana gözündə, Tapşırdı canın ananın dizində…. * * * Günahkar düşmənin yenə zülmünə, Tuş oldu, günahsız yatan körpələr. O, qansız kafirlər etdi, gör nələr!? Yatmış əhaliyə zülüm etdilər, Günahsız körpələr şəhid getdilər….
Sumqayıtda 7 saylı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş kitabların təqdimatı oldu
30 noyabr tarixində Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbdə şairə Esmira Günəşin şəhidlərin əziz xatirəsinə həsr etdiyi kitablarının təqdimatı keçirilib. Tədbirdə kitabda yer alan Sumqayıt şəhidlərinin ailə üzvləri, qazi Səyavuş Məmmədov, 365 qəzetinin redaktor heyyəti, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra şagirdlər şairə Esmira Günəşin “Xarıbülbüllər” kitabından şəhidlərə həsr olunan şeirlərini səsləndirərək, vətənpərvər musiqilər ifa ediblər. Sonda çıxış üçün söz kitabın müəllifinə verilib. Şairə Esmira Günəş məktəbin direktoru Təranə müəlliməyə öz kitablarını hədiyyə edərək, məktəbə özəl yazdığı şeiri səsləndirib. Şəhid analarının və qazinin çıxışından sonra isə tədbirin sonunda məktəbin şagirdləri şəhid ailələrini hədiyyələrlə sevindirərək xatirə şəkilləri çəkdiriblər. Qonaqları öz otağında çay süfrəsinə qonaq edən məktəbin direktoru tədbirdən sonra şəhid ailələrini və qonaqları şəhidlərin adlarını daşıyan sinif otaqları ilə də tanış edib. Sonda məktəbin həyətində şəhidlərimizin xatirəsinə həsr olunmuş abidəni də ziyarət edərək qonaqlar məktəbdən ayrılıblar.
Eşq olsun Azərbaycan xalqının şəhidlərinə hər zaman dəyər verən vətənpərvər nümayəndələrinə. Şəhidlər ölməz, Vətən bölünməz!
Sumqayıt Regional İdarəsinə tabeli Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı Mehdiabad Kitabxana Filialında Azərbaycan Milli Ordusunun ehtiyyatda olan mayoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Bəy Azəri ilə oxucuların görüşü olub. Görüşdə Mehdiabad qəsəbə 4 saylı tam orta məktəbin IX-X sinif şagirdləri və ədəbiyyat müəllimi Səbinə Süleymanova iştirak ediblər. Filialın müdiri Aytən Təhmasib yazıçının Birinci Qarabağ müharibəsindən bəhs edən “Qəmlibel müsibəti”, “Hərbi Zəngilan”, “ArazGERSdən keçən köç” və digər bədii və publisistik kitablarından bəhs etmiş, orda toplanmış bədii və publisistik yazılarının içərisində yetkin oxucuların sevə-sevə oxuyacağı əsərlərlə yanaşı, yeniyetmələrin, gənclərin də həm şəxsiyyət, həm də vətənini, xalqını sevən dəyərli vətəndaş kimi yetişməsinə xidmət edən çox sayda nümunələr olduğunu bildirdikdən sonra sözü Əli bəy Azəriyə verib. Xarkov Ali Hərbi Tank Komandirliyi məktəbini bitirmiş, Türkiyədə zabit təkmilləşdirmə kursu keçmiş, birinci Qarabağ müharibəsi zamanı doyüşlərdə iştirak etmiş, mayor hərbi rütbəsində ehtiyata buraxılmış Əli bəy Azəri (Əli Rzaquliyev) yaradıcılığında hərb mövzusunun üstünlük təşkil etdiyini, Birinci Qarabağ müharibəsində baş verənlərin, canlı şahidi olduğu hadisələrin “Hərbi Zəngilan” romanı, “Arazgersdən keçən köç” və “Qəmlibel müsibəti” povestlərində öz əksini dolğun şəkildə tapması haqda məktəblilərə məlumat verib. İkinci Qarabağ döyüşlərində qazandıgımız qələbə sevincini bölüşüb, həm hərbiçi, həm də yazıçı mövqeyindən çıxış edərək qəhrəman xalqımızın yaxın və uzaq tarixi keçmişi haqda tarixi qaynaqlara istinad edərək dəyərli bilgilərlə oxucuları məlumatlandırıb. Dövrün müasir ədəbi mənzərəsini əks etdirən, paytaxtda yazıb-yaradan yazıçı və şairlərlə yanaşı, bölgələrdəki ədəbiyyat adamlarının da geniş yer verildiyi “Xəzan” jurnalında gördüyü işlərdən, redaktorluq fəaliyyətindən, bu sahədə yaşanan çətinliklər, boşluqlarla yanaşı, xeyli ürəkaçan məqamların da olması barədə danışıb. Tədbir boyunca yazıçı, oxucuların internet Resurslarından əldə etdikləri və kitablarından oxuduqları hekayə, povest və romanları, yaradıcılığı və həyatıyla bağlı onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, dünyagörüşlü, mənəviyyatlı şəxs kimi formalaşıb, yetişməsində kitabın, ədəbiyyatın əvəzsiz təsirini vurğulayıb. Həmçinin məktəbin Azərbaycan dili – ədəbiyyat müəllimi Səbinə Süleymanova da çıxışı zamanı bədii ədəbiyyat oxuyan şagirdlərin davranışlarının, həyata baxışlarının digərlərindən fərqləndiyini, şagirdlərin yazıçılarla olan görüşlərə böyük maraq göstərdiklərini deyib. Görüşdə Əli bəy Azərinin təşəbbüsü ilə yenicə işıq üzü görmüş 22 yazıçının hekayələrinin yer aldığı “Bayraq Hekayələr Toplusu” oxuculara təqdim olunub. Maraqlı ədəbi müzakirələr və söhbətlərlə keçən tədbiri Yazıçı hər kəsin ayaq üstə dayanaraq dinləməsini xahiş edərək, Məmməd Arazın “Azərbaycan-yurdum mənim” adlı şeirinin: Azərbaycan mayası nur, qayəsi nur ki… Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər. – bəndiylə bitirib. Tədbirdən sonra aktiv iştirak edən bir neçə oxucuya yazıçı tərəfindən imzalanmış kitablar hədiyyə olunub, “Xəzan” jurnalının müxtəlif saylarının toplandıği sərgi nümayiş etdirilib.
Gənc şair Əyyub Türkayla balacaların görüşü keçirilib
Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilimiş Kitabxana Sisteminin “Uşaq şöbəsi”ndə gənc şair Əyyub Türkayla görüş keçirilib. Görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər , körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa etdi.
Səmimi keçən görüşdə uşaqlar da öyrəndikləri şeirlərdən tədbirdə ifa ediblər. Daha sonra görüşdə mədəniyyət mərkəzinin rəisi Şahin Şahbazov, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaş edtdirilməsindən, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.