“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində gənc yazar Leyla Yaşarın ilk kitabı -“Daş adam” ışıq üzü görüb. Leyla xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! 22.02.2022 Rövşən Hüseynovun ad günüdür! Yaşasaydı 55 yaşı olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad olsun. Var olsun öz şəhidlərini unutmayan Leyla xanım kimi Vətən övladları.
Ümid “xəstə”si Tibb bacısından xahiş etmişdi, bu gün çarpayısını pəncərənin yanına qoyacaqdılar. Doya – doya pəncərənin şəffaf şüşəsindən günəşin nura boyadığı dünyaya baxacaqdı. Çox keçmədi nərmənazik, badam dodaqlı, gülər üzlü həkim tibb bacısı ilə gəldi. Bu həkimdəki xoş ovqata heyran olmamaq mümkün deyildi. Hər xəstəni öz dilində dindirən, xoş nəvazişlə yanaşan, qardan seçilməyən ağ paltarlı qadın sanki bir mələk idi. Gülə- gülə bizə yaxınlaşdı. Salam verib, əlini onun alnına qoydu: – Niyə narahatsan, ay dayı? – Yox, ay qızım, narahat deyiləm. – Çarpayının yerini indi deyişəcəklər, narahat olma. – Çox sagol, qızım . – Bax ha, özünü yerə çox vermə. Sənin hələ nə yaşın varki? Gülürük. -70 – i keçib, ay qızım. – Maşallah, 17 yaşında görsənirsən . Dayının dodağı qaçır. Üzünə cavanlıq eşqi gəlir, bığaltı gülümsünür. Həkimin dediyi bu bir kəlmə ona ruh verir sanki. Dikəlib oturur. – A qızım, Allah səndən razı olsun. – Yastığın yüngül olsun, dayıcan, gələcəm. – deyib başqa xəstələrini yoxlamağ gedən gözəl qəlbli həkimin vurduğu ətrin qoxusu bir müddət otaqdan çəkilmir. Bir az keçmiş iki tibb bacısı gəlib, dayının çarpayısının yerini dəyişirlər. Dayının qoluna girib stulda otuzdururuq. Güclə oturan dayının iradəsinə heyran – heyran baxıram. Stulda rahat otura bilməyən dayı əlimi geri itələyir : – Ay ogul, məni tutma, hələ gücüm tükənməyib. Gülürük. Tibb bacıları dayının çarpayısını düzəldib, dayını öz yerinə keçirdirlər. Dayı bir müddət oturub, pəncərədən çölə baxır. Günlərdi burdadı, yanına tez – tez gəlirəm. Xəstəliyi çox ağırdı. Vəziyyətində heç bir irəlləyiş yoxdu. Son günlərini yaşadığını özü bilmir. Müalicə alıb evə qayıtmaq ümüdü ilə yaşayır. Sevgi dolu gözlərlə pəncərədən çölə baxır. Payızın, küləyin yelinin vurub yerə sərdiyi yarpaqlara baxdıqca ah çəkir . Üzünü mənə tutub : – Bax, bala görürsən yarpaqları? Başımı yelləyirəm. Narahat oluram. Nahaq çarpayının yerini dəyişdik , – Payızdı, dayı, yarpaqların tökülən vaxtıdı. – Elədi oğul, həyat da belədi, zəif insanları tez məğlub edir. Heç nə demirəm. Sükut çox çəkmir. – Uzan, bir az dincəl.- deyirəm. – Narahat olma, oğul. Mən yaxşıyam. Çətinliklə uzanır. Yenə də mənim köməyimdən imtina edir. Hava qaralmağa doğru gedirdi . Birdən güclü külək başladı. Agaclar küləyin müşayəti ilə rəqs edirdilər . Hərdən pəncərəyə gəlib dəyən nar agacının çubugu , sanki küləyin çaldıgı musiqinin son akkordlarını vururdu . Dayıya belə hava xoş olmaz deyə düşündüm . – Bəlkə pərdəni çəkək ? – Nə danışırsan , ay ogul? Belə gözəl təbiət hadisəsini qaçırtmaq olar? – Bir azdan ildırım , falan .. Sözüm agzımda qaldı . – Hər bir təbiət hadisəsinin öz yeri var . Mən hər birindən güc alıram . Bir az əsəbi verilən cavabdan sonra sakitcə yerimdə oturdum. Nədənsə darıxmaga başladım . – Durum bir siqarət çəkim,dayı icazənlə . – Get ay ogul , ö zəhirmarı qarışdır qanına . Elə bilirsən xeyri var? – Adətkar olmuşam , tərgidə bilmirəm . – İradən olsa , tərgidərsən. Mən də çəkirdim , cavanlıqda .. Eh .. başını bulayır . – Cavan idik , dostlarla içki məclisi qurardıq , səhərəcən qəlyanın tüstüsü siqaretin tüstüsünə qarışardı . Havadakı dumana baxıb həzz alardıq .Noldu sonu? – Ay dayı ,xəstəliyin ona nə dəxli? – Hə , bax , mən də elə deyirdim . İndi deyirəm keşkə o səhvləri etməzdim . Siqaret eşqim sönür . Yandırmaq istədiyim siqareti qutusuna qoyub çölə çıxıram . Öz – özümə düşünürəm . Həkimlər dayının vəziyyətinin çox pis oldugunu deyirlər . Kimsəsi olmayan bu agsaqqala nəsə olsa mən neyniyərəm? Qəribə tanışlıgımız olmuşdu dayıyla . Gec idi , yorgun argın evə qayıdırdım . Bu gün aylıq məvacibimi almışdım . Beynimdə kirayə pulu , kamunal ,borclarımı ödəməyəcək pulumun haqq – hesabını etdiyimdən , ətrafda baş verənləri görmürdüm . Dar dalanların birinə girmişdim . Hər dəfə burdan qorxa – qorxa keçirdim . Birdən yaxınlıgımda hənirti eşitdim . Arxaya dönməyə macal tapmadım . İsti havada böyrümə dəyən soyuq nəsə oldugunu hiss edən kimi ürəyim sanki yerə düşdü .Qorxdugum başıma gəlmişdi . Soygunçular idi . Biri bıçagı böyrümə tutdu, o biri üst başımı axtardı .Bir tərəfdən canımın ,digər tərəfdən onsuzda problemlərimi ödəməyəcək maaşımı itirmək qorxusu məni az qala dəli edəcəkdi . Birdən kimsə o iki nəfəri götürüb divara çırpdı . Heç nə anlamadım . Qaçmaga taqətim olmadıgından ordaca yerə oturdum . Məni xilas edən , yerdən qaldıran, bu gün can verən dayı idi. Ondan sonra dost olduq . Otaga qayıtdım. Dayı üzünü pəncərəyə çevirib , göyün üzünə gözünü qırpmadan baxırdı . Sanki gözünü qırpsa , nəyisə qaçıracaqdı . Xəyaldan ayırmaq istəmirəm . Bir qədər baxandan sonra gülümsünür . Üzünü mənə çevirib ; – Yaxın gəl ,sənə həyat heykayəmi danışacam .- deyir . Sevinərəkm çarpayısının ayaq tərəfində otururam . – Hə ogul bala , mən də sənin kimi cavan olmuşam. Gəncliyimdə bir qıza aşiq olmuşdum . Fikirə gedir , gözləri dolur , agır – agır nəfəs alır . – Su verim? – Yox , yox . Yaxşıdı hər şey .- deyib , özünü gümrah göstərmək üçün sönük gözlərinə yalançı ümüd gətirir . – Hə bala , dəlilər kimi sevirdim. Yolda görmüşdüm , kim oldugunu bilmirdim. Gözüm ondan başqa heç kimi , heç nəyi görmürdü .Çiyninə tökülən şabalıdı saçları , iri qara gözləri məni valeh etmişdi . Əyninə geyindiyi baharı xatırladan al əlvan rəngli donlar ona xüsusi yaraşır , gözəllik verirdi . Yaxınlaşmaga cürət etmirdim , amma şam kimi əriyirdim . Hər dəfə yolunda durub ilahinin yaratdıgı bu gözəlliyə doyunca baxmaq üçün saatlarla işimdən ayrı qalmalı olurdum. Amma bu məni yaşadan , gün verən günləri xatırladıqca indi də ruhum sanki cavanlaşır , xoşbəxt oluram . Hə nə başını agrıdım , 4 ay beləcə bu gözəl günləri yaşadım. Bir gün özümdə güc tapıb , mənə enerji verən günəşimə yaxınlaşdım . Qəlbimin dərinliklərində kök atan sevgimi bu gözələ bildirdim . Heç nə demədi .İri gözlərini süzdürüb gülümsündü . Uzaqlaşıb getdi . Mənim cismimi də , ruhumu da özünə baglayıb getdi . Günlər beləcə keçirdi . Mən yaxınlaşıb danışırdım , o gülümsünürdü . Düzünü desəm cavab verməməyi məni pərt etsə də , büruzə verməməyə çalışırdım . Bir gün yenə işdən gəlirdi . Belə bir hava var idi . Əlində çətir tutmuşdu , qarşı səkidən gəlib yanımdan keçəcəkdi . Mənə çatanda istədim səni sevirəm deyib qışqıram . Nədənsə utandım , amma qarşısını kəsib dilim topuq vura – vura , onsuz yaşaya bilməyəcəyimi , ona aşiq oldugumu dəfələrlə təkrarladım . Yenə gülümsündü , əlində tutdugu vərəqi mənə verib , uzaqlaşdı . Tez – tələsik səliqə ilə bükülmüş vərəqi açdım . – Mən nə eşidə , nə də danışa bilmirəm .Zəhmət olmasa fikrinizi bu vərəqə qeyd edin . – yazmışdı . Elə bil məni ildırım vurdu . Yerimdəcə quruyub qaldım . Əvvəl məni aldatdıgını zənn etdim . Sonra öyrəndim ki , zavallı həqiqətən qüsurlu imiş . Səbrim çatmıyıb , həyəcanla yarıda hekayəsini böldüm ; – Uzaqlaşdın? Əsəbi şəkildə mənə baxdı ; – Dəli olmusan? Sevgi qüsur tanımaz bala . Səbrsizləndim . – Sonra nə oldu? Öskürək tutdu dayını . Sinəsindəki xışıltı, köksününün tez – tez qalxıb – enməsi vəziyyətinin yaxşı olmadıgını göstərirdi . – Bir az dincəl , danışarsan. – dedim. – Hə bala, düz deyirsən . Amma dayana bilmədiyi bəlli idi . Yenidən danışmaga başladı. – Qüsurlu olmagı vecimə deyildi , bütün halıyla qəbulum idi . Bircə hə desəydi , hər şey yoluna düşəcəkdi . Sevgimi kagız üzərinə sıgdırıb , ona cavab verə bilmirdim . Amma əlacım yox idi . Bircə kəlmə yazdım .Səni sevirəm , mənim həyatımın sönməyən günəşi olarsan? İnan adını da bilmirdim .Sən demə bu gözəlliyin adı Şəms imiş . Odur ki günəş kimi bərq vururmuş . Bir gün əlim əsə – əsə məktubumu ona verdim . Günlərlə yolunda dayanıb cavab gözlədim . Gəlib yanımdan keçəndə başını aşagı salıb keçir ,sönük gözlərini gizlətməyə çalışırdı .Heç nə anlaya bilmirdim . Ürəyim az qalırdı dayana . Əlim hər şeydən soyumuşdu . Artıq işə də getmirdim . Siqareti – siqaretə calayırdım . Və bir gün . Gözlədim gəlmədi . İki gün gözlədim gəlmədi .Vəziyyətimi təsəvvür belə edə bilməzsən . Nə edəcəyimi bilmirdim . İntihar etməyə belə gücüm yox idi . Səssiz gediş məni məhv etmişdi . Bir neçə gün sonra öyrəndiyim xəbər məni göydən götürüb yerə çırpmışdı . Dayının danışdıqca həyəcandan qızardıgını , əllərinin əsdiyini görüb qorxuya düşdüm . Tibb bacısını səsləmək istədim , qoymadı . – Onsuzda bu gün sabah öləcəm ,qoy sonacan danışım – deyib , gülümsəməyə çalışdı . Kədər dolu gözlərdə illərin sevgisi yatırdı . – Hə bala , öyrəndim ki ,yazıq qız ,həm də ürək qüsurlu imiş . Bu dünyaya əlvida deyibmiş . Ondan sonra illərlə yaşaya bilmədim . Mənim sevgi günəşim ölmüşdü . Qəbrini tapıb günlərlə ora gedib aglayırdım Məzarı ilə dərdləşir , günlərimi onunla keçirirdim . Ölmək istəyirdim. İllər sonra ayıldım ki , həyat davam edir .İlahidən güc alıb , həyat adlı amansız taleyimlə barışıb yoluma davam etdim. Sonra ailə qurmadım. Ona olan eşqimi qəlbimə həkk etmişdim. Günəş qəlbimdə ayrısı üçün yer buraxmamışdı. Bəlkə də anamı uşaq vaxtı itirməyim, bacımın olmamagı ona bu qədər baglanmagıma gətirib çıxartmışdı. Bəlkə də onlar olsa idi mənim həyatımı başqa tərəfə istiqamət alardı. Amma bir söz deyim, mənim eşq adlı günəşim sönmüşdü. Həyat adlı sevgimsə bu günə kimi məni bir gün də olsa tərk etmədi. İradə , ümüd , arzu həmişə yanımda oldu. Danışdıqca gözlərindəki həyat eşqi ətrafa işıq saçırdı . Bu yaşdakı cismdə olan , cavan ruh məni heyran etmişdi. Gözlərinin giləsinin işıgı sönmək üzrə idi, amma həyata olan sevgi, həyata baxış bucagının hərtərfli gözəlliyi o sönüklüyü ört- basdır etməyi bacarırdı. Son anları oldugunu anlayırdım. Yaxınlaşıb əlindən tutdum. Dodagının altında kiminləsə danışırdı elə bil. Üzümə baxıb gülümsündü . Nurlu çöhrəsinə yeni bir nur qonmuşdu sanki. Hər tərəfə göz gəzdirdi. Sonra pəncərədən çölə baxdı. Göy üzünü sevgi ilə süzdü . Yavaşca kəlmeyi- şəhadətini deməyə başladı. Sönük , amma ümüd dolu gözlər göyə dikilib qalmışdı. -Gəlirəm , gəlirəm, nə gözəldi oralar deyib, gözlərini fani dünyaya əbədi olaraq yumdu. Üzündə illərdi o balaca qəlbinə sıgışdırdıgı günəşin əksi bərq vururdu. Ümidlə yaşayıb , ümid xəstəsinə çevrilən bu gözəl , nur üzlü insanın öz günəşinə qovuşmaq üçün necə tələsdiyi çöhrəsinə yansımışdı.
“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində gənc yazar Leyla Yaşarın ilk kitabı olacaq “Daş adam” artıq çapa hazırdır.
Leyla Yaşar həm də 2021-ci il ərzində fəallığı nəzərə alınaraq “Ustac” Milli Mükafatına layiq görülmüşüdür. Adı çəkilən mükafatın 2022-ci il üzrə laureatı odur. Leyla xanımı bu nailiyyətlərinə görə təbrik edir, bolluca uğur arzulayırıq. 22.02.2022 Rövşən Hüseynovun ad günüdür! Yaşasaydı 55 yaşı olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad olsun. Var olsun öz şəhidlərini unutmayan Leyla xanım kimi Vətən övladları.
ŞƏHİD MƏZARI Uzanan yollara baxan bir məzar daşı vardı. Hündür təpəlikdə özünə məskən salmışdı. Buradan yayda gözəlliyə bürünən meşələrə, al-əlvan rəngə boyanan çəmənliklərə, sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı. Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki… Nə gələni vardı, nə gedəni. Kimsəsi yoxdu bu məzar daşının. Kimsə bilməzdi kimin yadigarıdı burada uyuyan. Yaxınlığına hərdən uşaqların topu gəlib düşərdi. Onlar da qorxa-qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına. Qəmli-qəmli tütək çalardı. Bu məzarın ana laylası da, “Quran” sədası da o qəmli musiqi idi… Əslində kimsənin bilmədiyi, sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı. Ata-anasının yeganə göz qarası, bacısın ürək parası, yarının can parası, övladının hər şeyi idi, bu məzar daşı… Uzaq-uzaq ellərdə onu gözləyən neçə-neçə arxasınca həm aglayan, həm axtaran, həm ümid edən ürəklər vardı… Qəlblər qəhrəmanı idi bu şəhid məzarı… Nənəsi nəvəni dizi üstə oturdub, oxşayıb atasının qəhrəmanlıqlarından tez-tez danışardı. Babası atasının döyüş yoldaşlarının yanına aparardı, anası gecelər xısın-xısın aglayaraq, taleyinə boyun əyib, gözüyaşlı bağrına basar, oxşayardı onu: -“qayıdacaq can bala atan”,- deyərdi. Qayıda bilməsə, bizə göylərdən baxacaq deyərdi… Sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib:- “mən səni qoyub getməyəcəm, atam kimi”, -deyirdi… Anası onu hər dəfə qucaqlayıb:-“atan bizi qoyub getmədi, o, bizi qorumaga getdi”,- deyərdi… İllər keçdi…Tənha məzar daşı yenə də uzanan yollara qəmli-qəmli baxırdı. Lap az əvvəl çoban laylasın çalıb getmişdi. Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı. Bir yaşlı, qoca babayla bir cavan oğlan ona yaxınlaşırdı. Yaşlı baba oğlana nəsə danışırdı. Get-gedə səs aydınlaşırdı: -“Bax bala, dediyim məzar budur, illərdi burda ziyarətsiz qalıb… Gələni yox, gedəni yox… Sənin axtardığın adam ola bilərmi?” Cavan oğlan ürəyi əsə-əsə, ürkək baxışlarını ad yazılan daşa yönəltdi. Sanki ildırm vurdu onu:- “Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu… Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O, qayıdacaq!”,- deyə hayqırırdı cavan oğlan. Kişi onu sakitləşdirməyə çalışdı. Bir az su verdi, oğlan suyu içib daşı qucaqladı. Hönkürtü ilə ağlamağa başladı. Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə, əyilməyə başladı sanki… Daşdam qəribə bir hənirti gəldi sanki… Bu hənirti dağlara, daşlara əks-səda verdi. O, artıq təhna deyildi…
MƏZARLIQDA YANAN İŞIQ Evinə doğru yol almışdı. Hava qaralmağa doğru gedirdi. Günəş çoxdan öz məkanına çəkilmişdi. Ay taxtına çıxıb yer üzünü nuruyla işıqlandırmağa hazırlaşırdı. Çox yorulmuşdu bu gün. Gecə yuxuda rəhmətlik atasını görmüşdü. Qarmaqarışıq yuxu idi. Yadında qalan atası, bir də şam idi. Gecə yuxudan qorxub oyanmışdı. Sonra nə qədər etsə də yata bilməmişdi. Başı yaman bərk ağrıyırdı. Yuxunun mənasını nə qədər çalışsa da yoza bilmirdi. İşdə agsaqqalları Rəcəb dayıdan soruşmuşdu. Rəcəb dayının cavabı onu bir az sakitləşdirmişdi. -Xeyirli yuxudu, bala. Amma içində bir sual var idi. Atası və şam bunları nə birləşdirir görəsən? Evə yolu çox uzaq idi. Hərdən yolunu qısaltmaq üçün məzarlıq tərəfdən gedərdi. Özünə təsəlli verə-verə keçərdi məzarlıqdan -Ölülər diriyə heç nə etməz – deyə. Bu gün də yolunu qısaltmaq qərarına gəlmişdi. Məzarlığın çox qədim və maraqlı tarixi var idi. Deyilənə görə burada şəhidlər dəfn edilmişdi. Bir çox,şəhidin məzar daşı yox idi. Adları da yazılmamışdı. Bunu onunla əlaqələndiridilər ki, mənfur düşmənlər bu qoçaq igidlərimizin məzarlarını tapıb dagıtmasınlar. Yağı düşmənə qan udduran igidlər haqqında, yaşlı nəsil dastan edib danışardılar. O da atasından eşitmişdi bütün bunları. Nədən xatırladı gecə-gecə bunları? Məzarlıqdan keçəcəkdi axı? Məzarlığa az qalmış gözünə uzaqdan bir işıq göründü. İstədi geri qayıtsın. Yolu yarı etmişdi. Arxada itlər hürüşürdü. Vahimə basdı onu. Yavaş-yavaş yoluna davam etdi. Bir tərəfdə qorxu, bir tərəfdə maraq onun əlindən tutub məzarlığın ortasına gətirdi. Gecənin zülmətində bura necə gəldiyini anlaya bilmədi. Sanki hansısa sehirli qüvvə ona güc verirdi. İşıq gələn məzara yaxınlaşdı. Yaxınlaşana kimi xəyalından min cür fikir keçdi. Bəlkə ot alışıb, bəlkə ayın işigı nəyinsə üzərində bərq vurur, hardasa oxumuşdu bəzi falçılar məzatlıqda şam yandırır, bəlkə onlardı? Yuxu yadına düşdü. Ürəyində səksəkə məzara yaxınlaşdı. Qaranlıq, səssizlik, hərdən gələn çaqqlların ulaşması, ən əsası ölülərin məkanı. Az qaldı ürəyi dayansın. Ətrafa baxdı. Heç kim yoxdu. Qorxa-qorxa məzara yaxınlaşdı. Kənara çəkildi, yıxılmaqdan özünü güclə saxladı. Özünü topalayıb, gözlərini ovxalayıb bir də baxdı. Məzardan səs gəlməyə başladı: – Ey, bəni insan qorxma… – Sən kimsən? – Tanımarsan. – Bu işıq nədi? – Sənə bir söz deyəcəm. Xahiş edirəm anama çatdır. – Mən ananı tanımıram axı. – Bax, mən şəhidəm. – Şəhid!? – Bəli. Səssizlik hökm sürdü. Artıq ürəklənmişdi. Məzardan gül qoxusu gəlməyə başladı. Ətraf işıqlanmağa başladı. – Anama de, ağlamasın. Mən cənnətdəyəm. Üzülməsin. Mən rahatam. Mən sağam. Şəhid anası olduğu üçün fəxr etsin. – Atama de, belini əyməsin. Vüqarlı olsun! Şəhid atası olduğu üçün. – Bacıma de, başını dik tutsun. Şəhid bacısl olduğu üçün. – Mən onları tanımıram axı? – Sən onları tanıyırsan. Bütün şəhidlər deyir bunu … Ətrafa baxdı. Heç kim yox idi. işıq çəkilib getmişdi. Yuxusunun mənasını indi anladı…
“YARALI“ ÇƏKMƏ Müharibənin odlu – alovlu günləri olsa da, kənd əhalisi kəndi boşaltmamışdı. Öz doğma yurd – yuvalarını tərk etməməkdə israrlı görünürdülər Hər gün eşidilən silah səsləri onları qorxutmur, əksinə qələbə əzmi ilə yaşayırdılar . Asif meşəyə getməyə hazırlaşırdı. Odun ehtiyyatları tükənmək üzrə idi Meşəyə belə vaxtı getmək təhlükəli olduğundan, o həmişə getdiyi cığırdan yox, başqa istiqamətdən getməyi planlaşdırırdı. Baltasını götürüb meşəyə yollandı. Evdən çıxarkən hər kəslə sağollaşdı. Geriyə qayıtmaya da bilərdi axı . Tanımadığı yeni cığırla səssiz addımlarla irəliləməyə başladı . Yaxınlıqdan gələn vahiməli mərmi səsləri onu diksindirsə də, özünə təsəlli verib heç nə olmamış kimi yoluna davam edirdi. Canlar alan müharibə bitmək bilmirdi. Hərdən sərhəd kəndi oldugu üçün, əsgərlər görsənirdi onların kəndində. Çox sevirdi əsgərləri. Özünün yaşı əsgərliyə çatmırdı. Əsgər görən kimi həsədlə baxırdı onların özlərinə, geyimlərinə. Əsgər gedəcəyi günü səbrsizliklə gözləyirdi. Yolu azmamaq üçün getdiyi yerlərə işarələr qoyurdu. Hərdən gələn şıqqıltı səslərindən diksinir, sonra toxtayıb yoluna davam edirdi. Payız fəsli olduğundan ağaclar “paltarlarını soyunmağa” başlamışdılar. Ona görə hər yeri aydın görmək olurdu . Aha, deyəsən qabaqda istədiyini tapmışdı. Baltanı bərk vura bilməyəcəkdi deyəsən, bura tam açıqlıq idi. Səsi aləmi götürəcəkdi. Eləcə yerə tökülən ağacların qol-budağından yığıb tez uzaqlaşmalı idi. Çünki yaxınlıqdan silah səsləri ilə bərabər, qarışıq danışıqlar da eşidilirdi. Yolu da aza bilərdi, Çox irəli getmişdi. Deyəsən bura mərmi düşmüşdü. Hər yer darmadağın idi. Ayağını irəli atmışdı ki, gözünə əsgər çəkməsi dəydi. Ürəyi əsə-əsə yaxınlaşdı. Həmişə müqəddəs bildiyi çəkməni yaxından görmək istədi.Böyrü üstə düşən çəkməni qaldırmaq üçün aşağı əyildi. Və həmin anda, az qaldı ki,ürəyi getsin. Çəkmənin içində qanlar içində, dizdən aşağı kəsilmiş əsgər ayağı var idi. Qanı qurumayan ayağın təzəlikcə bura düşdüyü açıq-aydın görsənirdi. Asif nə edəcəyini bilmədi. Bir az özünə gəlib, elə həmin yerdəcə çəkməni basdırmağa qərar verdi . Əlindəki baltayla torpağı bir qədər qazdı. Çəkməni özünə bir tikə çörək qoyub gətirdiyi torbaya büküb elə ordaca basdırdı. Sonra həmin yerə bir daş qoyub baş tərəfinə bir ağac basdırdı ki, yeri itməsin. Ağacın üstünə baltanın tini ilə “yaralı“ çəkmə yazdı. Bir az çıl-çırpı topalayıb ordan uzaqlaşdı . Axır ki, neçə-neçə ailələri başsız qoyan, evlərin çırağını söndürən lənətə gəlmiş müharibə bitdi. Asif də artıq böyümüşdü. Bu gün-sabah əsgər gedəcəkdi. Meşədə gördüyünü heç kimə danışmamışdı, amma yadından da çıxmırdı. Hər gün o ayağın sahibinin ayaqsız necə yaşadığını düşünür, pis olurdu. Bəlkə də heç həyatda deyildi , o “yaralı” çəkmənin sahibi … Bir gün kəndə səs düşdü. Əsgərlər gələcəkdi kəndə. Hamı onlara qələbə sevincini yaşadan o igidləri görmək istəyirdi. Müharibənin bitməsindən üç il keçməsimə baxmayaraq hələ də qələbə abu -havası hökm sürürdü . Budur, əllərində bayraq bir neçə gənc, əsgər paltarında kəndin mərkəzinə doğru irəlləyir. Bütün kənd burda idi. Asifin boyu hündür olduğundan, əsgərləri daha yaxşı görür, ətrafındakılara məlumat verirdi. Şəhid bulağının yanına gələn əsgərlər, əl -üzlərini yuyub qoyulan stullarda oturdular. Onlar artıq əsgər deyildilər. Əyinlərindəki geyimə görə hər kəs: – Eşq olsun bizim ordumuza – deyib qışqırırdı . Bəzilərinin yaralı olduğu hiss olunurdu. Asifin diqqətini kənarda sakitcə oturub, uzaqlara qəmli-qəmli baxan oğlan çəkdi . Bir-bir müharibə ilə bağlı xatirələrini danışan komandirin gözləri dolub – boşalırdı. Keçdikləri o şərəfli yolda, qazandıqları qələbədə, hər kəsin əməyi olduğunu söyləyir, həm maddi, həm mənəvi cəhətdən onların yanında olan kənd camaatına öz dərin minnətdarlığını bildirirdi. Sonra bir-bir əsgərlər müharibə ilə bağlı ağrılı-acılı xatirələrini bölüşdülər. Asifin diqqətini çəkən o gəncə söz verildi. Utana-utana ayağa qalxan gəncin dizdən aşağı ayağının olamadığını görən Asif hayqırmaq istədi. Özünü güclə saxlayıb gəncin danışığına diqqət kəsildi . Gənc dili -dodağı əsə-əsə bir- iki kəlmə danışdı. Sonda üzünü meşəliyə tutub: – Mənim yeriyən ayağım bu meşəlikdə gəzir. Mən onu sizlərə ənanət verdim. Keşkə bircə hara düşdüyünü biləydim. Asif qabağa şığıyıb, oğlanı bərk-bərk qucaqladı. Ürəyi az qala yerindən qopub çıxacaqdı. Hər kəs nə baş verdiyini anlamağa çalışdığından, səs – küy aləmi götürmüşdü. Hamı Asifdən açıqlama gözləyirdi . Asif ağlaya – ağlaya: -Arxamca gəlin – dedi. Hər kəs səssizcə onun arxasınca düşdü. Budur, Asifin çəkməni basdırdığı yer. İlahi, gənc necə ağlayırdı. Əlləri ilə həmin yeri qazıb, çəkməsini çıxartdı. Maraqlıdı, çəkmənin içində ayaq tam çürüməmişdi. Asifi qucaqlayan gənc necə minnətdarlıq edəcəyini bilmirdi. Asif onu sakitləşdirib: – Qardaşım, bu gün çox xoşbəxtəm, sənin əmanətini qoruyub saxlaya bilmişəm. Sənin o bir parçan, bizim can parçamızdı, qardaş. “Yaralı” çəkmə basdırılmaq üçün gəncə verilsə də, gənc onu götürmədi. – Vətənimə canım qurban olsun. Qoy mənim bir parçam bu meşəlikdə uyusun. “Yaralı” çəkmənin basdırıldıgı yer o vaxtdan ziyarət yerinə çevrildi.
ÖMRÜN BİTDİYİ GÜN Kəndə çatmagına az qalmışdı. Hava get-gedə qaralırdı. Qüruba bələnən günəşin gözəlliyi bərq vururdu. Qamişlığın arasında rəngi dəyişib, lilə qarışmış, üfunət iyi verən, qurbağaların məskən saldığı balaca gölməçə günəşin son şüaları ilə sanki gözəlləşirdi.. Susuzluqdan çadar-çadar olmuş torpaq həsrətlə yağışın insafa gəlməyini gözləyirdi… torpaqdan gün ərzində günəşin istisinə bürünmüş bir qoxu qalxırdı… Tənha çaqqalların səsi artmağa başlamışdı… Qaranlıq düşürdü… Heydən düşmüş ayaqlarını sürüyə-sürüyə, son ümid damlasını özünə güc edən Qafur bir neçə saniyəlik dayanıb illərdi həsrət qaldıgı havanı ciyərlərinə çəkdi, sanki xəstəlikdən büzüşüb məhv olmaq üzrə olan ciyəri Vətənin havasıyla dolub sağaldı. Gözündə illərdi quruyub qalmış bir damcı yaş yanağını islatdı… Arzularını əlinə alıb birinci döngədən döndü… artıq qapılardan hürməkdən yorulan itlərin səsi gəlirdi. Evlərə baxdlqca xəyallara dalırdı… bu döngələrdə yaşıdlarıyla ayaqyalın, başıaçıq o qədər gəzib dolaşmışdı ki… Bax bu Məsmə xalanın təndirinin yeridi… hər təndirə çörək yapanda onlara balaca çubuqlara keçrilmiş xoş qoxulu çörək verərdi… indi yerində səliqəli, bəzəkli bir dükan var idi… Bir qədər getdikdən sonra qarşısına çıxan bulagı tanıdı. Burdan o qədər su daşımaqda kömək edərdiki hər kəsə… indi yerini Şəhid bulağı tuturdu… Ovucuna su alıb bir qurtum içdi, sanki bir qədər gümrahlaşdı. Addımlarını daha rahat atmaga başladı… ilk rastına çıxan qapının zəngini çaldı… Bu qapının kimin olduğunu xatırlamağa çalışdı… Hə xatırladı… Qulu dayıgilin qapısı idi. Qonaqlı-qaralı mehriban bir adam idi Qulu dayı… Yoldaşı Səmayə xala, uşaqları Səməd, Mehman, Səbinə qonşuların sevimlisi idilər… Xəyallar aləmindən cəftənin səsi ayırdı onu… Qapını hündür, sarışın bir adam açdı, gələnin kim oldugunu, kimi axtardıgını soruşdu… Diqqətlə baxanda Mehmanı tanıdı… Tanışlıq vermək istəmədi… Bir Allah qonağıyam dedi… Mehman ürkək baxışlarla onu süzüb Allahın qonağını qapıda saxlamazlar deyib, ehtiyatla onu içəri dəvət etdi… Həyətdə bir böyük tut ağacı vardı… Altında stol-stul … Samavar dəmdə… Həmən tut agacıydı… Altına salafan sərib, çırpıb doyunca yedikləri ag tut… Ağac qocalsa da məğrurluğun saxlamağa çalışmış, hələ də bar verməkdə davam etmişdi… Mehmanın səsi aləmi başlna götürmüşdü: “Ay uşaq görmürsünüz qonaq var?” Gəlin çaydan-çörəkdən verin… Uzaq yol gələnə oxşayır, üzündən yorğunluq yagır… Sonra üzünü Qafura tutub:- “Otur qardaş, niyə ayaqüstəsən? Bir az dincəl, özünə gəl… Ye. İç… De görək kimsən, nəçisən, hardan gəlirsən, hara gedirsən?” Bir azdan stolun üstünə düzülən nemətlər onu kövrəltdi… Durub Mehmanı doyunca qucaqlayıb aglamaq istədi… Özünü topalayıb udquna-udquna, qəhərinə sığınaraq ləzzətli samavar çayını içdi… Bir qismət olandan yeyib Mehmanın üzünə minnətdarlıq dolu baxışlarla baxdı. – Ay qardaş mənə yaman tanış gəlirsən. Bayaqdan baxıram kiməsə oxşadıram səni, bizim kəndin adamına oxşayırsan… Qafur icazə istəyib bir siqaret yandırdı… Əlləri əsə-əsə, siqaretin tüstüsündə boğula-boğula fikrə getdi… Evin tək oğlu, dörd bacının göz qarasıydı Qafur. Atası Mərdan kişi zəhmətkeş, kəndinin sayıb-seçilən agsaqqal kişilərindən biri, anası Firuzə ana evdar qadın idi. Kəndin içində tanınan ailələrindən biri olan bu ailə öz halal zəhmətilə dolanardı. Atası Mərdan kişi təhsilsiz olsa da uşaqlarının gələcəyini həmişə düşünür, əllərinin çörəyə çatması üçün bir peşə sahibi olsunlar istəyirdi. Orta məktəbdə oxuyanda daima dərslərinə nəzarət edər, maraqlanardı Mərdan kişi… Ən çox Qafurun təhsil almağını istəyirdi. Onun müəllim olmasının tərəfdarıydı. Ancaq həyat onlara başqa bir tale yazdı… Gün gəldi balaca dəcəl Qafur atasının istəyini reallaşdırdı. Ali məktəbə qəbul olundu. Atanın sevinci yerə göyə sıgmırdı. Balaca, kasıb daxmasının qapısını hər kəsə açdı. Saxladığı qoyunlardan kəsdirib qurban payladı. Zarafat deyil oğlu müəllim olub qayıdacaq, kənddə neçə neçə evlərə işiqlı gələcək bəxş edəcəkdi… Qafur danışdıqca boğulur, dayanır, gözünü yumub açıb yenidən davam edirdi. Ona çox ağır idi illər sonra bu günündə iz qoyan keçmişi xatlrlamaq… İstəsə də istəməsə də xatırlamalıydı… Bu onun həyat yolu, ömür hekayəsiydi. Tələbəliyin dadını təzə çıxatmağa başlayırdı ki, atasından qəribə bir məktub aldı. Qafur, oğlum, durma gəl, qeyrətimiz əldən gedəcək. Məktubun məzmunu ona çox qəribə gəlmişdi. Ağlına min cür fikir gəlirdi. Görən bacılarından hansısa pis hərəkətmi edib? Ağlına sığışdlra bilmir, özünə yaxın qoymurdu bu cür fikirləri… Bəs əgər elədirsə ne edəcək, nə etməlidir deyə düşünürdü. Bir gecə ona bir ilə bərabər oldu… Səhər əl üzünü yuyub, heç nə yemədən vağzala gəldi. Rayona birinci çıxan maşınla kəndlərinə üz qoydu… Ağlında hər şeyi götür qoy- edirdi. Yanında oturan insanlar nədənsə çox, sakit, xısın-xısın danışırdılar. Bu daha da onun şübhələrin artırırdı. Kəndə çatmağını o qədər çox istəyiirdiki… Budur artıq kəndə çox az qalıb… Nəhayət ki… Qafur diqqətlə ona qulaq asan Mehmandan üzr istəyib bir siqaret yandırdı, siqaretin tüstüsünün kölgəsində yenidən danışmağa davam etdi… Qapıya çatıb qapını açan Qafur həyətdə ailə üzvlırini bir yerdə qəmgin, qorxa-qorxa oturduğunu gördü… Anası yüyürüb onu qucaqladı, ağladı, can bala nə yaxşıki gəlib çıxdın… Atası onu qucaqlayıb, mərd oğlum yaxşı ki, varsan, yaxşıki gəldin dedi, bacıları həmişəki kimi hamısı birdən onu qucaqladılar və hönkürdülər. Bacılarını özündən ehtiyatla aralayıb bir-bir başlarına sıgal çəkdi, alınlarından öpdü… Nə olub bir deyin görək, niyə yasa batmısınız? Ata-anası bu 3-4 gündə qocalmışdılar sanki, bacılarının rəng- rufu solmuşdu. Ürəyim partladı axı, biri mənə başa salacaq nə olduğunu? Atası: – Otur oglum, hərçənd ki, oturmağa vaxtımız da yoxdu. Bilirsənmi oğlum, səni bugün üçün böyütdük. Son bir həftədir ki, qonşuluğumuzda yaşayan ermənilər bizə qarşıdılar. Torpaqlarımızı əlimizdən alıb, özlərininki etmək istəyirlər. Bu gün bütün kənd ayaq üstədi. Qocalı-cavanlı mübarizə aparmalıyıq. Sənin də borcundu. Qafur dərindən nəfəs aldı. Sanki üstündən ağır bir yük götürüldü. Gələnə kimi nələr düşünməmişdi. Bütün yol boyu bacılarının hansınınsa onların başını aşağı etdiyini düşünür, min cür plan cızırdı. Xəyaldan onu qaça-qaça gələn qonşunun 5 yaşlı ,toppuş oğlu Vüsal ayırdı, Mərdan baba, Mərdan baba atam deyir ki, kənddən çıxmaq lazımdı. Mərdan kişinin qaşları çatıldı, Füruzə ananın gözləri doldu, qızlar sakit-sakit ağlamağa başladılar. Yaxşı ay oğul, atana denən gələcəm indi… Uşağı yola salandan sonra üzünü oğluna çevirib: “Get oğul Vətən sənə əmanət!” … Danşdıqca Qafuru öskürək tutur, gözləri dolub boşalırdı. Mehman durub onu qucaqlayıb hönkürtüylə ağlamağa başladı… Nə olduğunu anlamayan yaşıl gözlü qızcığaz onlara maddım- maddım baxırdı. Qızını görən Mehman onu evə göndərdi… Qafura təklif etdi ki, gəl bağı gəzək, başqa meyvələrdən dad, həm də özünə gəl. Ağırdı sənə danışmaq bilirəm, ancaq maraq məni boğur… Durub bağa keçdilər, Təzə-təzə qızarmağa başlayan gilasdan ağzına atan Qafur söhbətinə davam etdi… Bilirsənmi qardaş həyat əslində çox qısadı. Biz nə qədər çalışsaq da istədiklərimizi əldə edə bilmirik.. Dərindən nəfəs alıb nar ağacına yaxınlaşdı… Nar ağacıyla bağlı xatirələri göz önündə canlandı… Məktəb vaxtı Qəmər adlı sinif yoldaşı vardı. Bir partada oturardılar. Çox mehriban qız idi. Gülərüz, şən , qayğıkeş qız idi. İllər onları bir-birinə daha da yaxınlaşdırırdı. Adına sevgi deməsələr də kənardan hər kəs bunun sevgi olduğunun fərqindəydi. Qafur ali məktəbə daxil olanda Qəmər də tibb texnikomuna qəbul olmuşdu. Şəhərdə Qafur gedib onu tapmış, əlaqələrini daha da möhkəmləndirmişdilər. Qısa müddət kənddən kənarda olsalar da Qafur onu hər şeydən hər kəsdən qoruyurdu. Dərslərində kömək etməklə yanaşı, bir yerli kimi, sinif yoldaşı kimi dayaq idi ona. Qəmər artıq dəyişmişdi, həmin məktəbli qızdan əsər əlamət yox idi, deyib-gülən qız getmiş yerinə ciddi bir qız gəlmişdi. Onlar kənddən çıxıb şəhərə gedəndə təpəliyə bir nar çubugu basdırmışdılar. Bu böyüyüb agac olub, bar gətirəcəksə bizim də tale yollarımız birləşəcək deyə söhbətləşmişdilər. Yanından qəfil uçan sərçənin pırıltısı onu diksindirdi… Gördü ki, Mehman yazıq-yazıq boynunu büküb onu gözləyir. Mehmana yazığı gəldi… Yaralarını yenidən qanatmağa başladı: – Atasının ermənilərlə bağlı sözünü eşidən Qafur həyət qapısından çölə çıxır. Küçədə bir neçə kişinin bir yerə toplaşaraq söhbətləşdiyini görür. Məmməd kişi vəziyyətin çox pis olduğunu, tezliklə buraları tərk etməyin vacibliyini deyir. Arvad-uşaqları Bakıdan kömək çağırıb çıxartmaq lazımdı kənddən. Özümüz də komissarlığa müraciət edib silah almalıyıq! Bu Vətən, bu torpaqlar bizim əzəli yurdumuzdu. Erməni dığasına el-obamızı niyə verməliyik biz? Qafur onlardan uzaqlaşıb yeyin addımlarla, demək olar ki, qaça-qaça komisarlığa gəldi. Burda da cavanlar qaynaşırdı. Gözlərdə düşmənə qarşı nifrət alov saçırdı. Hər kəs silahlanıb düşməni məhv etmək istəyirdi. Siyasi oyunların qurbanı olan hər iki tərəf illərin düşməninə çevrilirdi artıq. Qafur adını milli orduya yazdlrıb, evdəkilərlə vidalaşmaq üçün geri qayıtdı. Evdə hər kəs bikef, gözü nəmli idi. Bir azdan gələcək maşınla ana və bacıları kəndi tərk edəcəkdilər. İllərdi əziyyətlə tikdikləri ev, həyət-baca, ən əsası gözəl günlərinin xatirəsini bu həyətdəcə dəfn edəcəkdilər. Çox agır bir ayrılıq idi. Sonu bilinməyən ayrılıq. Gedib Bakıya çıxa biləcəklərmi? Amma nə olur, olsun artıq burda qalmaq təhlükəli idi. Hər an məhv ola bilərdilər. Ən azından risk etmək lazım idi… Bu vaxt Əli dayının səsi gəldi… Artıq vaxtdır getməliyik! Sağollaşın, Allaha sığınaraq gedə . Hər kəs ağlaşa- ağlaşa maşınlara mindi. Qonşularındakı qadın, uşaqların minməsinə kömək edən Qafur gözlərini silib, siz rahat olun bizlər varıq dedi… Maşın qapıdan çıxar-çıxmaz Qafur evlərinə doyunca baxıb, həyətlərini sonuncu dəfə gəzib həyət qapısını örtüb çıxdı. Atası küçədə kişilərlə söhbət edirdi . Atasıyla vidalaşıb birbaşa cəbhəyə yola düşən avtobusların yanına gəldi . O qədər özündə güc hiss edirdiki, qarşısına düşmən çıxsa parça-parça edərdi. Avtobusda onun kimi dəliqanlı cavanlar oturmuşdular. Hər birinin ürəyi Vətən eşqi ilə döyünürdü. Vətən sevdalıları döyüş haqqında planlar cızırdı… Avtobusa oturub gözlərini yumdu. Gözlərinin önündə Qəmər canlandı, görən haradadı, kəndə qayıtmaz yəqin, onunla vidalaşmaga vaxtı olmamışdı. Olsun, sağ-salamat qayıdaramsa vəziyytin birdən-birə dəyişdiyini deyərəm. Yəqin ki, məni başa düşər… Artıq döyüş bölgəsindəydilər. Bir tərəfdə silahların səsi, digər tərəfdə komandirlərin əmri, aləm dəymişdi bir birinə … Get-gedə vəziyyət çətinləşirdi… Yaralıların sayı artırdı. Ordudakı təcrübəsizlik, silah sursatın vaxtında gəlib çıxamaması qarşı tərəfin əvvəlcədən cızmış olduğu planı həyətə keçirtməyə şərait yaradlrdı. Artıq ordumuz itkilər verməyə başlamışdı… Qafurgilin komandası artıq meşəliyə doğru irəlləyirdi. Qabaqda sakitçilik idi… Hava artıq soyuyurdu… Gecəyə doğru getdikcə yorulur əldən düşürdülər. Komandir A.Vəliyev bir az dincəilin, yenidən davam edərik dedi. Oturan kimi hər biri mürgüləməyə başladı. Qafurun gözündən yuxu tökülsə də yata bilmirdi. Birdən uzaqda gözünə bir işıltı dəydi. Tez yoldaşlarını səslədi… Bütün komanda hazır vəziyyətə gəldi. Agacların arxasında gizləndilər… Gələn erməni əsgəri idi, kəşfiyyata göndərilmişdi…. Hər şey bir göz qırpımında baş verdi. Onlar mühasirədəydilər. Düşmən getdikcə yaxınlaşırdı. Murada dəyən güllə Qafuru diksindirdi. Murad qolları üstə canını tapşırdı. Onların sayı getdikcə azalırdı. Silah sursatları tükənmək üzrə idi. Birdən partlayış səsi gəldi. Yaxınlıqlarına düşən mərmi onları bir-birindən ayırdı. Qafur gözlərini açanda artıq başqa “dünya”daydı. Gözlərini açıb ətrafa baxmaq istəyirdi ki, ayağını nəyləsə bərk sıxdılar. Qışqırmaq istədi, səsi çıxmadı. Danışılanların heç birini eşitmirdi, qulağı tutulmuş, səsi batmışdı… Gözləri toran görürdü … Yanında dörd saqqalı hərbi geyimdə adam vardı. Gözlərini yumub xatırlamağa çalışdı. Bura haradı, necə gəlib bura, bunlar kimdi? Yoxsa o əsir düşüb? Hər şey mərmi partlayandan sonra olub demək. Bəs yoldaşları haradadı? Suallar içində yuxuya getdi… Gözlərini açanda yarıqaranlıq bir yerdə gördü özünü. Diksinib qışqırmağa başladı..ş Öz səsinin əks sədası vahimələndirdi onu. Ətrafda heç kim yox idi. Qolları bağlı agzıüstə uzadılmışdı. İlk gözünə dəyən sarğıda olan ayagı oldu. Qorxa-qorxa ayaqlarına baxdı… Ayaqları, əlləri qan içindəydı, şükür etdi, əl qolu yedindəydi. Yanında kif basmış quru çörək, kirli paslı dəmir qabın dibində su vardı. Burda kimsə yoxdumu deyə qışqırmağa başladı. Ayağa qalxmağa çalışdı. Bir yandan dözülməz yaraları, bir yandan ağzıüstə olmağı onu incidirdi… Birdən səs gəldi. Qapı bərk çırpıldı. Nə qışqırırsan, ay türk? Halın xoşuna gəlmir?- deyib şaqqanaq çəkdi. Bu sənin ən xoş günündü. Qafur çırpınmağa başladı. Kəndir əllərini kəssə də qurtulmaq, ayağa durub düşmənu öldürmək istədi… Amma çarəsizcə dayandı. Gözündə nifrət, əsəb adlı bir yaş quruyub qaldı. Aşot adlanan köpək onun saçından tutub başını qaldırdı, üzümə yaxşı bax ki, unutmayasan, ağıllı ol səsin gəlməsin, yoxsa sənlə ayrı cür davranaram! Zərblə Qafurun başını divara çırpıb zirzəmidən çıxdı… Qafur huşunu itirdi. Ayılanda isti qanın gözlərinə , agzına axdığını hiss etdi. Gözlərini yumdu və bir daha açılmamasını arzuladı. Artıq anlayırdı ki qabaqda onu acınacaqlı bir həyat gözləyir. Zirzəminin qapısı bərk döyüldü. Diksinib gözlərini açdı. İki saqqallı erməni əsgəri al qanın içində olan bir cavan oğlanı sürüyüb içəri atdılar . “İkiniz baş-başa qalıb dərdləşin”, – deyib, bərkdən gülməyə başladılar. Hiss olunudu ki, oğlana işgəncə vermişdilər. Qapını çırpıb çıxdılar. Yenidən qapı açıldı. Hə yadınızdan çıxmasın arada yemək də yeyin… Yenidən gülüb çıxıb getdilər. Qafur sürünə-sürünə oğlana yaxınlaşdl. O özündə deyildi, sayıqlayırdı… Bir damcı su, bir damcı su deyib zarıyırdı . Qafur çarəsiz idi, əlləri bağlı heç cür kömək edə bilməməsi onun vicdanını sızladırdı… Oğlan birdən hüşunu itirdi. Qafur artıq qorxmağa başlamışdı. Bir gün burdan çıxacağına etdiyi ümidin son közərtisi sönmək üzrə idi… Onun burdan çıxmaq şansı yox idi. Düşüncələr içində yenidən hal onu apardı. Neçə günün ac susuzluğu onu heydən salmışdı… Bir az keçmışdi ki, yanında hənirti hiss etdi. Ani olaraq diksindi. Yaralı sürünə-sürünə ona daha da yaxınlaşdı. Başı ilə salam verdi, gülümsündü, ala gözlərindəki kədər birdən-birə gülüşün içində bir anlıq yox oldu. Gəl tanış olaq qardaş. Adım Valehdi, beş gündü ki, bunların əlindəyəm. Vermədikləri əzab qalmayıb. Bunlar nədən bizə bu qədər qəzəblidilər, nifrət doludular? Danışdıqca qaşları çatılır, yumruqları düyünlənirdi. Döyüşdə əsir düşdüyünü, yoldaşlarının ikisinin işgəncələrə dözməyərək öldüyünü, neçə gündü bədəninə tok verildiyini, soyuq suda saxlandığını, dəmir parçasıyla döyüldüyünü danışdıqca sanki hər şeyi yenidən yaşayırdı. Məqsəd başqa döyüş yoldaşlarının yerini öyrənmək imiş. Mən yerlərini demədikcə onlar hiddətlənir, daha da vəhşiləşidilər. Sonda böyükləri burda bir türk var zirzəmidə, aparın onun yanına atın, bir az qalsınlar ağıllansınlar, özləri hər şeyi danışacaqlar dedi. Bu gün istirahət etsinlər. Sabahdan siçovullar onların dilini açar.. . Sənin adın nədir qardaş? – Qafurdu… – Gəl sənin əlini açım, qardaş… Dözümlü ol! Görək bizi nə gözləyir. Valeh çətinliklə də olsa onun əllərini açmağı bacardı. Qafur güclə toparlanıb divara söykənib oturdu… Əllərini kəsən kəndirin izlərinə baxdı. Aclıq hər ikisini get-gedə heydən salırdı. Kif basmış quru çörəyə baxıb udqundular. Əlac yox idi. Valeh əli əsə-əsə çörəyi yerdən götürüb gözünün üstünə qoydu, öpdü yarı böldü: – Al qardaş, ye özünə gəl… Qafur çörəyi alıb suya batırdı, agzına aparlb iştahla yeməyə başladı. Bir birlərinə baxdılar… İtə, pişiyə, toyuğa atdıqları çörək onlara o qədər doğma, ləzzətli gəldi ki… Hər ikisi ani olaraq gülümsündülər… Bir anlıq xatirələr bulağından su içən Qafur başını qaldırıb yazıq-yazıq Mehmana baxdı. Mehman Qafurun gözlərindəki sönük işığa baxıb sanki diksindi… Qafuru çox yorduğunun sanki indi fərqinə vardı… Qafurun gözləri Mehmanda olsa da, ruhu sanki bədənində deyildi… O son günlərini yaşayırdı. Əsirlikdə yaşadlqlarını unutmağa çalışır, son günlərini rahat, ata yurdunda keçirmək istəyirdi… Mehmanın səsi yenə həyəti başına götürmüşdü… Mal-qaranın örüşdən qayıdan vaxtı idi. Aləm dəymişdi bir-birinə. Mehmanın yoldaşı utana- utana onlara yaxınlaşdı. Mehmanı sakit səslə çagırıb, yavaşca nəsə deyib getdi. Qafurun fikri uzaqlarda olsa da, gözləri Mehmandaydı. Mehman üzr istəyib evə keçdi. Üstündən çox az zaman keçmışdi ki, qapı döyüldü. Qapını açmağa qaçan Emin bir az ciddi görkəm aldı. Gələn kəndin “uçaskovu”su Şirin idi. Adı kimi özü də şirindil adam idi. Uşaqla-uşaq, böyüklə-böyük idi. Eminə cibindən bərbəzəkli bir konfet uzatdı. Ye bala, de görək dədən haradadl? Emin konfeti soyub agzına qoydu, agzına sıgmayan konfetlə atasını çağırmaga başladı… Şirini gülmək tutdu. Eminin başını tumarlayıb həyətə girdi. Səs-küyə Mehman çıxdı. Şirinlə görüşüb, “otur bir çayımızı iç”, -deyə? təklif etdi. Şirin boyun qaçırdı. İşim çoxdu, ay Mehman, bir xəbər eşitmişəm dedim gəlim sənə deyim. Mehman maddım- maddım Şirinə baxırdı. Deyirlər Qəmər özün yandırıb, sonra da atıb çaya. Bu yazığın yaşadıqları nədi belə? Mehmanı dəhşət bürüdü. Nə vaxt olub bu hadisə? Necədi vəziyyəti? Niyə nəzarətsiz qoyublar onu? Yazıq qız. Qafurdan sonra bədbəxt oldu. Qafurun da öldü-qaldısı bilinmədi. İnsan neçə dəfə canına qəsd edər, özünə qıyar. Hər dəfə ölümdən dönür, yenə də Qafur deyib dağa-daşa ün salır. Şirin əyilərək Mehmanın qulağına nəsə dedi. Mehman bir müddət susdu. Sonra ola bilməz, nə danışırsan deyə güclə səsini çıxartdı. Qafurun kəsilmiş başını görən olub dedilər. Necə yanı Qəmərin yanından keçıb? İnanmaram. Elə söhbət də ondan gedir də, Qəmər onu tanıdığı üçün canına qıyıb. Deyib ki, mənə tərəf baxmadı. Üst-başı kirli idi, guya ki, kəndə tərəf gəlirmiş. Qıraqdan eşitdiklərinə səbrini basıb, sakitcə qulaq asan Qafur ürəyini tutub yerə yıxıldı…. Gözlərini açmağa çalışsa da bacarmadı. Gözlərini yumub, ovuclarını düyünlədi, qaşları çatıldı, yadına əsirlikdə Vazgenin qəhqəhəylə dediyi, heç vaxt unuda bilmədiyi cümlə düşdü: “Bilirsən ey türk, sənə verdiyimiz işgəncənin min qatını yaxınlarına verəcəyik.” O vaxt bir o qədər də anlamırdı. Zaman ötdükcə anladı hər şeyi. Əsirlikdə it damına baglanıb it kimi hürməyə məcbur edildiyi günlər, it yalından yemək yemək üçün başına dəfələrlə vurulan təpiklər, Dığaların qapılarında etdiyi nökərçiliklər… İşgəncə altında, təhqir edilərək, əzilərək yaşamışdı bu neçə illəri… yaşamaq demək olardısa bunun adına… Bir dəfə onları məzarlığa aparmışdılar. Qəbrlərin baş daşlarını sındırıb, torpağı dəmirlə, taxtayla qəbirləri meyitləri çıxarırdılar. Neçə nəfərin ürəyi getmişdi. Ayıldıqdan sonra sayıqlayır, özlərinə gələ bilmirdilər. Qafur nə qədər unutmağa çalışsa da, heç nəyi unuda bilmirdi… Gözlərini yavaş-yavaş aralamağa başladı… Gözünü mavi səmanın gözəlliyi qamaşdırdı. Günəş öz gözəlliyi ilə bərq vururdu. Quşların bir birinə qarışan səsi sanki bir ansambl yaratmışdı. Otların, ağacların üzərində şeh damcılarına düşən günəşin bənövşəyi şüası rəngarənglik yaradırdı.. Qafur başını arxaya çox çətinliklə döndərdi. Divarda saatın əqrəbi 6 nın üstündə dayanıb sanki ətrafa boylanlrdı. Qafur ayağa durmaq iatədi, nə qədər cəhd etsə də bacarmadı. Bu vaxt Mehmanın çöldən qırıq-qırıq gələn səsi qapının açar yerındən özünə yer tapıb ıçəri dolmağa başladı. Ay Vüsal qardaş, vallah dünəndən ayılmayıb çox narahatıq. Deyəsən telefonla danışırdı. Səs yavaş-yavaş kəsilməyə, uzaqlaşmağa başladı. Üstündən bir az keçmiş yavaşca qapı açıldı. Mehman yazıq yazıq, ayaqlarının ucunda onun çarpayısına yaxınlaşdı. Qafurun ayıldığını görüb, az qaldı çırtıq çallb oynaya. “Ay qardaş bizi yaman qorxutdun”, -deyib, sual yagışına tutdu onu. Qafurun çətinliklə cavab verdiyini görüb əl çəkmək məcburiyyətində qaldı. “Bizi yaman qorxutdun qardaş, gedim deyim çaydan çörəkdən düzəltsinlər”, – deyib, otağı tərk elədi. Xəyallarıyla baş-başa qalan Qafur əsirlikdən qaçdığı günü göz önünə gətirdi. Qızıl payız yayı sanki zorla qovub özünə yer eləmişdi… Yayın cırhacırından sonra havanın sərin mehi, saralıb agacların altına tökülən sarı, sanki həyatından küsmüş yarpaqlar, aram-aram yorğuncasına yağan yağış, taleyini sanki tez tez xatırladlr, bu əzabdan qurtul deyirdi. Qafur döyülməkdən xəstə düşmüşdü, orqanları sıradan çıxmaq üzrə idi. Kəlfətinlə çəkilən saglam dişlərinin yerləri göyərmiş, çənəsi əyilmişd. Ayaq dırnaqları yerindən çıxardılmış, yerini qaysaq dolu qan tutmuşdu. Başında qalan çox az tük agarıb sanki yanmışdı, hər dəfə saçı alışqanla yandırıldıqca özünə ölüm arzulayan Qafur nədənsə ölə bilmirdi. Dəfələrlə intihara cəhd etsə də alınmırdı. Sanki hansısa qüvvə onu ölümün pəncəsindən alıb yaşamağa məcbur edirdi. Və bir gün… Həmən gün idi ki, Qafur əsirlikdən qaça bilmişdi. Vazgen arvadıyla söhbət edirdi. Qulağı çaldı ki, Vazgen bazara meyvə aparacaq satmağa. Arvadıyla bərk mübahisələri düşmüşdü. Axşamdan içkili olan Vazgen ayaq üstə zorla dayanırdı. Arıq, burnu uzun arvadı ona yolda maşını idarə edə bilmyəcəyini, maşını aşıra biləcəyini qışqıra-qışqıra deyirdi. Vazgensə təbii ki, əksinə cavab verirdi. Qafur saniyələrin belə qızıl olduğunu başa düşür, hər dəqiqəni belə nəzarətindən buraxmırdı… Birdən qapı döyüldü. Vazgenin özündən yaşca çox kiçik olan arvadı qapıya getdl. Vazgensə, hələ də içki içməkdə davam edirdi. Birdən ayağa durub, səntirləyə-səntirləyə maşına yaxınlaşdı. Vazgenlə eyni maşına minmək ağılsızlıq idi. Nəinki sürücünün onun olması… Nədənsə maşına minən erməni dığası onu çagırmadı… Aha deyəsən günəş Qafurun üzünə doğurdu… Qafur xəlvətcə, sürünə-sürünə maşının arxasına yaxınlaşdı. Son qüvvəsini topalayıb baqajı açdl. Günlərdi heç nə yeməyən, qapıda dayanmadan işlədilən, zəncir vurulan, döyülən, gecələri ağrıdan ağı deyən Qafuru güclü, iradəli bir Qafur əvəz etmişdi… Mehmanın gəlişi onu incidən, paramparça edən xatirələrdən bir qədər kənarlaşdırdı. Mehman əlində meyvə dolu vazla gəlmişdi… Ye, bir az özünə gəl. Sənə birdən birə nə oldu? Çox zəifsən. Vitamınlər yeyib düzəlməlisən. Sonra səni bir yaxşı həkimə göstərərik. Qafurun gözləri dolmuşdu. Mehman içindəki yanğının gözlərindəki əksini görməsin deyə üzünü bir neçə saniyəlik divara çevirdi. Mehmana baxıb gözündəki kədəri gizlətmək üçün gülümsündü. Bu Mehmanın gözündən qaçmadı. Ah çəkib otaqdan çıxdı. Çıxarkən, gətirdiklərimi mütləq ye, dedi. Qapı astaca örtüldü. Qafur yenidən o günlərə döndü… Vazgen maşına minən kimi baqaja girib, nəfəsini içinə çəkib baqajı örtdü… Özünü idarə edə bilməyən birinin maşın idarə etməsi nə qədər qorxulu idisə, azadlığa qovuşmaq sevgisi ondan güclü idi. Sonu bilinməyən bir yolçuluğa çıxan Qafur nələr düşünmür, nə xəyallar qurmurdu… Gah evlərinə çatıb əzizlərini görmək, qovuşmaq hissi, gah da ki, istənilən vaxt ələ keçmək qorxusu… İkili hissi bir neçə saat yaşayan Qafur hərdən kələ kötür yollarda atlanıb düşən maşından az qalırdı ki, yerə düşsün. Özündə güc tapıb, Yaradana dua edib, kömək istəyib son ümid işıgını qəlbində yandırmışdı. Bu onun son ümid işığı idi. İstənilən vaxt sönə bilər, ya da ki daha da güclənib gələcəyə işıq verə bilərdi… Ağır-agır nəfəs alan, təngnəfəslikdən əziyyət çəkən Qafur son gücünü topalayıb baqajın qapısını bir qədər araladı… Buralar yaman tanış gəlirdi ona… Aha deyəsən həyat üzünə gülürdü. Budur Qəmərlə görüşdüyü ilk balaca təpəcik. Gözlərinə sevgi işıgı gəldi. Ürəyi yerində atlanıb düşməyə başladı. Gözlərini bir anlıq yumdu… Qəmərin ilk utancaq baxışları gözünün önünə gəldi. Öz-özünə gülümsündü… Həyat eşqi daha da artmağa, onun ölmüş ruhunu oyatmağa başladı. Demək ki, Yaradan “öl” deməsə, ölmək olmurmuş. Uşaqlıgından Allaha bağlı olan Qafur əlini göyə qaldırıb şükür etdi . Vazgen demək olar ki, maşını at kimi çapırdı. Qafur kənardan səs gəldiyini görüb baqajı bağladı. Çətinliklə nəfəs almağa başlasa da xilas olmaq duyğusu sanki ona nəfəs verir, qüvvətləndirirdi . Səsin kəsildiyini görüb baqajı yavaş-yavaş yuxarı qaldırdıəş… Artıq vaxt idi… Burada düşmək lazım idi… Və Qafur son gücünü topalayıb yerə tullandı… Yıxılsa da, tez-tələsik ayağa qalxlb balaca, lakin Qafur üçün əzəmətli görsənən kolun arxasında gizləndi. Maşın gözdən itənədək arxasınca baxıb, gələcəyə gedən yollara boylandı. Bir az keçməmiş Mehman otağa yenidən qayıtdı, qapını yavaşca aralaylb Qafurun solğun sifətinə baxıb yatıb yatmadığını aydınlaşdırmağa çalışdı. Qafur bir gözünü qıyıb işığa baxırdı. Sanki işıqdan güc alıb ayağa qalxmaq istəyirdi. Mehman bir neçə saniyə dayansa da, Qafurun ona reaksiya vermədiyini görüb qayıtmaq istədi. Birdən yadına nə düşdüsə ayağının birini ehmalca içəri qoyub sakit səslə Qafuru səslədi. Səsə başını çevirən Qafur zorla gülümsündü. Özünü necə hiss edirsən indi? Məlahət sənin üçün əriştə bişirir, sirkə sarımsaqla yeyib qalxarsan ayaga Allahın köməkliyi ilə… Qafur minnətdarllq dolu baxışlarla onu süzdü… Mehman sakitcə otağı tərk etdi. Çöldən səsi gəlməyə başladı. Yeyəcək deyəsən, heç nə demədi, sən bişir, birtəhər yedizdirərik… Gərək yaxşı qidalana ki, ayağa qalxa bilə… Səs get-gedə zəifləməyə başladı… Qafur əlini başının altına qoyub boynunu yavaş-yavaş ovxalamaq istədi. Əllərinin keyidiyini hiss etdi… Təzə əsir düşən vaxtları idi… Başqa əsir yoldaşını öldürmək ona tapşırılmışdı… Qafurun qorxudan dizləri əsirdi. Ömrü boyu bir toyuq başı kəsməmişdi. İnsan başını necə kəsə bilərdi? Öz millətindən, qanından olan günahsız, imdad diləyən həmyaşıdının? Ona verilən baltanı yerə tullamış, qışqırıb ürəyi getmişdi. O vaxtdan da bu zəhirmar xəstəlik onu tapmışdı. Tez-tez ürəyi gedirdi… Üstünə soyuq su töküb onu dəfələrlə ayıldıb, baltanı əlinə vermişdilər. O yaraşıqlı, cavan oğlanın bərəlib, az qala yerindən qopub Qafurun ayağının altına düşüb, məni öldürmə deyəcək gözləri hələ də yadından çıxmırdı… Oğlanın qorxudan dili batmışdı. Hər dəfə əlinə balta verildikcə qarşısındakının ölüb dirildiyini görmək dəhşətli bir səhnə idi… Qafurun inadını gördükcə daha da hiddətlənir, oyun oynayırdılar sanki. Hər ikisinin çəkdiyi əzabdan ləzzət alır qəhqəhə çəkib gülürdülər. Qışın soyuğunda üstünə soyuq su tökülməkdən üşüyən Qafur birdən əsməyə başladı. Dişlərinin şaqqıltısı açıq aydın eşidilirdi… Bundan qəzəblənib, ara bu türkə deyəsən soyuq oldu, balta əlində yaxşı durmur, bunun əlin isitmək lazımdı deyən pəzəvəng o birinin üzünə baxıb siqaretdən saralmış dişlərini ağartmağa başladı… Peçın üstündən qaynar suyu götürüb Qafurun əllərinə tökdü. Qafur vay anam deyib yerə yıxılıb bagırmaga başladı. Yerdə əlllərini bir birinə sürtüb qovrulur, hıçqırıq dolu səslər çıxardırdı. Əllərinin dərisi yanmışdı. Neçə ay əlləri o vəziyyətdə yaşadı Qafur… Adına yaşamaq deyilərsə… O vaxtdan əllərini hiss etmirdi… Maşından düşdüyü günə qayıtdı xəyalən… Kolun arxasında bir qədər dayanıb Vazgenin getdiyinə əmin oldu. Başını göyə qaldırıb Yaradana təşəkkür etdi, sonra əyilib torpaqdan öpdü… Artıq yola düzəlməliydi… Burada dayanmaq hər an təhlükə yarada bilərdi. Yolu əlinə alıb yaddaşını işə saldı… Öz kəndlərinə üz tutdu… Maraqlısı budur ki, neçə illər keçməsinə baxmayaraq, düşməndən alınıb abadlaşan kəndi Qafur gözüyumlu tanıdı. Vətənə, torpağa, el-obaya bağlılıq, yaxınlarını görmək həvəsi ona sanki yolun istiqamətini göstərirdi… Yolu irəllədikcə maraqla baxan Qafurun diqqətini kir-pasın içində, üst başı nimdaş, gözündə illərin kədəri yatan bir qadınla rastlaşdı. Qadın ondan gözünü qaçırıb qəm yükünə bürünüb tez uzaqlaşdı… Dünən anlamışdı ki, o Qəmər imiş … Onun al yanaqlı Qəməri… Talenin məngənəsində slxılıb məhv olmuş, illərlə onun yolunu gözləyən Qəmər… Qafurun gözündən axan yaş yanağını islatmağa başladı… Əslində Qəmərin fədakarlığına aglaylrdı. Bir Azərbaycan qadınının öz həyatını ,gəncliyini,gəlib gəlməyəcəyini bilmədiyi sevdiyinə verməsinə, onun yolunda dəfələrlə canına qəsd etməsinə ağlayırdı Qafur .. Valideyinlərini də Qəmər kimi görəcəkdisə o zaman yaşaya biməyəcəyini anlayırdı. Amma hardan biləydi ki, onlar yola düşəndən təxminən bir saat sonra kənd mühasirəyə alınmış, atası qəhrəmancasına şəhid olmuşdu. Dayı, əmilərindən xəbər yox idi. Anası atasının, dayısının xəbərini eşıdib havalsmış, xəstəxanada keçinmişdi. Bir bacısı keçirdiyi sarsıntıdan ruhi xəstə olmuş, neçə illər ruhi dispanserdə yatmış, sonra canına qıymışdı, həyata qaytarmaq mümkün olmamışdı. Digər bacısı ailə qurmuş , övladı olmamışdı. Vərəmdən dünyasın dəyişmişdi. Evlərinin sonbeşik gülüysə, qatarın altında qalmışdı. Bir sözlə bir ailə məhv olmuşdu… Qafur bunları bilmir və bilməyəcəkdi də…. Get-gedə hava qaralırdı. Günəşin evə düşən son şüaları çəkilmək üzrə idi. Bayaq özündə bir az güc tapıb, durub oturaraq Məlahətin dadlı əriştəsindən bir boşqab doyunca yemişdi. Sanki yemək ona yeni nəfəs vermişdi. Durub yavaş-yavaş evin qapısına yaxınlaşdı. Qapını astaca açıb çölə çıxdı. Havanın xoş ətri burnuna doldu. Ağaclardan, otlardan gələn əvəzolunmaz ətir ruhuna hopdu… Artıq hər şey sona yaxınlaşırdı. Doğmalarını tapıb hallalaşmaq vaxtı idi. Nədənsə birdən yadına Valeh düşdü… Əsirlikdə işgəncələrə dözməyən Valehin son sözünü xatırladı. Biz buradan qayıtsaq da yaşaya bilməyəcəyik. Bizə verilən işgəncələr bizim bütün varlıgımızı məhv edib. Valehə deməyə heç bir cavab tapa bilməmişdi. Ovundurmağa söz yox idi. Özü hər şeyi yaxşı bilirdi. Bilirdi ki, bunların əlindən qaçmaq mümkünsüzdü. Amma yenə də ümid işığını son nəfəsi ilə yandırır, sönməyə qoymurdu. Bəlkələr yaşadırdı onu. Valeh gözəl, qəmli baxışlarını ona dikib durmuşdu… İlahi o baxışlarda nələr yatmırdı… Son ümid çırağı, nalə, fəryad, imdad, arzu, istək, yaşamaq eşqi, əzabdan qurtulmaq mücadiləsi… Çarəsizlik həyatda ən acı duyğudu. Qarşındakının imdad diləyən gözləri səni səndən alır, bir ömür boyu unuda bilmirsən gözlərdəki o mənanı… Sönük gözlərin içindəki, bəbəkdəki işartı həyatda qalmağın sonuncu damlası olur. Ha əlini üzatsan əlin çatmır, çata bilmir… Get-gedə o işartı azalır, uzaqlaşır, sönüklüyə qərq olub itib-batır… Və sən də acizcəsinə, boynubükük məhv olursan. Valehlə son görüşü belə olmuşdu… Heç unutmayacağı 5 dəqiqəlik ayrılıq ona əsrə bərabər olmuşdu… Əsə-əsə həyətə düşdü. Birtəhər özünü topalayıb həyət qapısına doğru addımladı. İstədi qayıdıb Mehmandan halallıq alsın. Ancaq tez bu fikrindən vaz keçdi. Bildi ki Mehman onu getməyə qoymayacaq və o sonuncu şansını qaçırmış olacaq. Dünən qulağı çalmışdı ki, Qəmər kənd xəstəxanasındadı. Gedib ona baş çəkməli və vidalaşmalı idi. Həyət darvazasını örtüb küçəyə çıxdı. Hava qaralmağa dogru gedirdi. Təxmini xəstəxananın yerini bilirdi. Üz tutdu son nəfəs yerinə… Çətinliklə də olsa xəstəxananı tapdı. Gülərüz tibb bacından Qəməri xəbər aldı və palataya yaxınlaşdl. Ayaqlarını ürəyi idarə edirdi. Bu sənin son şansındı deyirdi. Qapını iki dəfə heysiz barmaqlarıyla döyüb, sakit, xəstə dilindən çıxan gəl sözündən sonra qapını açdı. Qəmər başı aşağı oturub özü-özünə mızıldanırdı. Mən onu gördüm , o bir gün gələcək, mənə niyə heç kim inanmaq istəmir, məni niyə dəli sanırlar axı? Bilirəm o gələcək..! Birdən başını yuxarı qaldırlb Qafuru gördü. Başını yenidən aşağı saldı. Bir neçə saniyəlik uzaqlara baxır kimi xəyala daldı. Sanki dəqiqlışdirmək istəyirdi. Gördüyünün yuxu, ya gerçək olduğunu… Birdən ayağa qalxıb qışqırmağa başladı… O qışqırmırdı, nalə çəkirdi… Səsi bütün kəndi götürmüşdü. Səsə gələnlər heç nə anlamır, maddım-maddım Qafura baxırdılar. Birdən ayağa qalxıb Qafurun üstünə yüyürən Qəmərdən hamı qorxdu. Elə bildilər ki, Qafura zədə yetirəcək… Əksinə baş verdi hər şey… Qafuru qucaqlayıb son nəfəsiylə Qafuru çox sevdiyini, onu gözləməyə həmişə hazır oldugunu qırıq-qırıq sözlərlə deməyə başladı. Mənim Qafurum, mən sənsiz heç kiməm! Yaxşı ki gəldin indi rahat ölə bilərəm. Qapının yanında Qafurun dalıyca dabanbasma gələn Mehman quruyub qalmışdı. Neçə gündü qonağının uşaqlıq dostu oldugunu biləmədiyi üçün özünü qınayırdı. Birdən Qəmərin nəfəsi kəsildi… Qafurun qollarında ruhsuz, cansız bir bədən uzanmışdı… Qafur üçün bu əsirlikdə yaşadıqlarından da dəhşətli idi… Ömrün bitdiyi gün… Hər kəs yerindəcə donub qalmışdı… Qafur hər kəsə bir-bir baxıb sönük gözlərindəki son işartıyla hər kəslə vidalaşdı… Və o gündən o kənddə bir xatirə bulağı tikildi . Qafur və Qəmərin əziz xatirəsinə tikilən bu bulaq həm də sevgi bulağı kimi tanındı…
“DAŞ ADAM” Nəfəsini bir az dərib, yoluna yenidən davam etdi. Deyilən yerə az qalmışdı. Hava qaralmağa doğru getsə də, batmaq istəməyən günəş, üz – gözünü “turşudub” dayanmışdı. Küçədəki səssizlik, onun ayaqqabılarının taqqıltısını yad qonaq kimi qəbul edirdi. Xəzəllər ayağının altında xışıldadıqca ona ləzzət edir, addımlarını yeyinlədirdi. O bu gün o müqəddəs yeri gedib görməliydi. Dildən dilə dolaşan “daş adam” əfsanəsinin haradan qaynaqlandığını heç kim bilmirdi. Soraqlaşıb öyrənmişdi. Həqiqətən də belə bir yer vardı. – Həqiqətənmi adam daşdan imiş? – deyə özünə sual verdi. Bu yaxınlarda onlara uzaq rayondan qonaq gələn əsgər yoldaşı Mətləb, onun hərdən cızma – qara etdiyini bilirdi. “Daş adam” dan söhbət düşəndə, bu haqda onların kəndində çox məlumatlı olduqlarını deyib, özünün gəlib öyrənməsini tövsİyə etmişdi. Avtobusdan Mətləbgilin kəndinin girəcəyində düşüb, Mətləbin dediyi istiqamətə gedirdi. Mətləbə zəng vurmaq üçün dayandı. Bir az nəfəsini dərdi. – Yaxınlıqda su olsa idi, əl – üzümü yuyardım – deyib özü-özünə pıçıldadı. Mətləbə zəng vurub evin yerini soruşdu. Sən demə qonaq çağrıldığı evin yaxınlığında imiş. Mətləb ona gələrkən rastına çıxan bulaqda əl – üzünü yumağı məsləhət gördü. Aha, budur, uzaqdan qaraltı görünür. Bir az da getsə bulağa çatacaq, ordan Mətləbə yenidən zəng vuracaqdı. Bulağa çatıb, çantasını yerə qoydu. Dördgözlə bulağa tamaşa etməyə başladı. Divara yan – yana bir – birindən yaraşıqlı dörd cəngavərin şəkili vurulmuşdu. Bir – birinə bənzəyən igidlərin rəsmləri sanki canlı idi. Heyrət dolu baxışlarla oğlanlara baxan Rəşadın gözü onlarla üzbəüzdə dizləri üstündə, əlləri göyə dogru uzanmış, dağınıq saçlı qadın heykəlinə sataşdı. Rəşad burda çox dayana bilmədi. Əl – üzünə su vurmağı da unutdu. Dostuna zəng vurub, onu qarşılamağı xahiş etdi. Artıq dostugildəydi. Gəlişinin şərəfinə qoyun kəsmişdilər. Burdan ora stol açıb, üstünü naz- nemətlə doldurmuşdular. Mətləbin sevincinin həddi – hüdudu yox idi. Əsgər yoldaşının gəlişinə həm sevinir, həm də fərəhlənirdi. Onun gəlişini eşidib, görməyə gələnlərin sayı getdikcə artırdı. Rəşad insanların səmimiliyinə, mehribançılığına heyran qalmaya bilmirdi. Kəndin ağsaqqallarından olan Fateh kişi onu bağrına basıb, alnından öpdü. – Oğlum, biz sizlərlə fəxr edirik. Mətləb ona göz vurdu: – Babayla mehriban ol, bəlkə “daş adam” haqqında bir məlumat ala bildin. “Daş adam” haqqında əsər yazmaq niyyətində idi. Bu cavan oğlan yaradıcılığa yeni – yeni addımlarını qoyurdu. Ona görə çalışırdı ki, öz dəsti – xətti ilə digərlərindən seçilsin. Qonaqlıq gecə yarısına kimi davam etdi. Çöldəki havanın sızaqlığını, evdə gurhagurla yanan odun peçi sındırmağa çalışırdı. Hamı peçin qırağında dövrə vurub, maraq dolu baxışlarla Fateh babaya baxırdılar. Fateh kişi yastığa dirsəklənib, dərindən bir ah çəkib danışmağa başladı. – Oglum, yenə də xoş gəlmisən. Mətləb mənə danışıb,sənin istedadın barədə. Çalışacağam sənə kömək edim. Dərindən nəfəs alıb, gözlərini uzaqlara dikən Fateh babanın, bu haqda danışmaqda çətinlik çəkdiyi açıq – aydın hiss olunurdu. – Bizim kəndin çox sakit, səmimi, mehriban insanları var. Hər kəs bir-birinə əl tutar, həm yaxşı, həm dar günündə yanında olarlar. 1992- ci il idi. Bildiyin kimi dədə – baba torpaqlarımıza göz dikən mənfur qonşularımız, müharibəyə başlamışdı. Vətənimizin hər yerindən olduğu kimi bizim kənddən də cavanların çoxu könüllü orduya yazılıb, Vətəni qorumaga getmişdilər. Bir ailə vardı qonşuluqda. Çox sakit, mədəni ailə idi. Öz halal zəhmətləri ilə uşaqlarını böyüdürdülər. Ailənin 4 oğlu vardı. Allah onları 10 il sonra vermişdi. Möcüzə idi. Bir – birindən yaraşıqlı bu igidlər, müharibə başlayar-başlamaz könüllü cəbhəyə yollandılar. Ata uşaqlar gedən günü ürək tutmasından keçindi. Yazıq ana nələr çəkdi, bir Allah bilir. Günlərlə övladlarından xəbər tuta bilməyən ana, təklikdə darıxıb xısın – xısın ağlasa da, insanlar arasında özünü tox tutur, ümüdlə uşaqların qayıdacağı günü gözləyirdi . Fateh kişi bir az ara verib, bir qurtum isti çaydan agzına alıb, armudu stəkanı nəlbəkisinə qoydu. – Bizim samovar çayının dadı – tamı bir başqadı, əsas da, içində limon, yanında qənd olanda-deyib gözünü yenə uzaqlara dikdi. Sanki nəyisə xatırlamağa qorxur, danışmağa çəkinirdi. -Hə, beləcə günlər keçib gedirdi. Cəbhədən ağır xəbərlər gəlirdi. Fatma arvad hər gün qapının ağzına çıxıb, əli qoynunda övladlarını gözləyirdi. – Bir gün kəndə xəbər yayıldı. Elsəvər şəhid olmuşdu. Nəşini gətirəcəkdilər. – Həmin gün Fatma arvadı bir görsəydiniz. O acını yaşayan bilər. Allah düşmənimə də övlad acısı göstərməsin. Fatma arvad qol götürüb oynadı. Hamı dəli oldugunu düşündü . Yox, yox, dəli olmamışdı. – Bəs niyə? – Deyəcəm. Elsəvərin 7- si çıxmamış Ehtiramın şəhid olma xəbəri gəldi. Onu da gətirəndə Fatma arvad qol götürüb oynadı. Çox ağır mənzərə idi. İki oğlunun cənazəsinə girən qəhrəman ana, onları yoldaşının yanında dəfn etdirdi. Oğlanların 4-ünün də cəbhədə düşmənə qarşı qəhrəmanlıqla döyüşdüyünü, neçə – neçə iti gəbərtdiyini bütün el-oba bilirdi. Fəxr ediləsi oğullar idi. Qalan iki oglundan; Etibar və Ehtimaddan xəbər yox idi. Günlər keçdikcə Fatma arvadın beli bükülür, saçları agarırdı. Artıq atəşkəs elan olunmuşdu. Uşaqlardan heç bir xəbər ala bilməyən ana, bir gün onları yuxuda gördüyünü bütün qohum – qonşuya sevinə – sevinə danışdı. Yuxusunda oğlanlarının sağ olduğunu, əsirlikdə olduqlarını görmüşdü. Həqiqətən də uşaqlar əsir düşüblərmiş. Ana çox qürurlu, mətin qadın idi. Bir dəfə ona niyə oğlanlarını gətirəndə oynadın, deyə sual verdilər. Cavabı bilirsiniz nə oldu? – Nə? – hər tərəfdən səs qalxdı. – Şəhid anası olduğum üçün oynadım . Sonralar Etibarın əsirlikdən ölüm xəbəri gəldi. Ehtimaddan heç bir xəbər olmadı. Ana yenə də səbrlə, inamla həyata davam edir, sonbeşik oğlunun qayıdacağı günü gözləyirdi. Bir gün ananın oğlanlarının adına bulaq tikiləsi oldu. Ana 4 oglunun şəklini də orda görmək istədiyini dedi. Bir oglunun sağ oldugunu bilə – bilə onu şəhid sayan ananın xətrinə heç kim dəymədi. – Gələndə gördüyün bulaq həmən bulaqdı, bala. Hər gün bulağın yanına gedən ana, orda əllərini göyə açıb, öz -özünə nəsə danışırmış. Əlləri göydə, dizləri yerdə elə ordaca gözlərini bu dünyaya əbədi yummuşdu. Orda gördüyün həmən qadın heykəli həmən ananın şərəfinə ucaldılıb. İllər keçdi Ehtimad əsirlikdən qaça bildi. Hamı təəccüblə Fateh kişiyə baxdı: – Nəəəə? -Hə, demişdim sizə xoş xəbərim var. Əsirlikdən qaçan Ehtimad kəndə qayıtmağa utanıb Rusiyaya üz tutur, orda ailə qurur. Hal-hazırda bir oğlu var. Adı Elsevərdi. – Ay Fateh baba, bizə bu haqda niyə deməmisən? Mətləb incik halda ağzını büzdü. – Oglum, dedim dostuna danışım, əsərinə yazsın. – Hələ bu harasıdı, Elsevər bu gün sizlərin arasındadı. – Harada, harada? – Oglum, bura gəl. Hündür gülərüz oğlan otağa gəldi. Hamı heyranlıqla, həm də təəccüblə gah cavan oğlana, gah da Fateh babaya baxırdı. – Ehtimad mənim oğlumla eyni şəhərdə yaşayır. Ehtimad orda vətənpərvər bir insan kimi tanınır. Əsirlikdə çox əziyyətlər çəkib . Oğlumla təsadüfən görüşüblər. Bir azərbaycanlı ailəni yanğından xilas edibmiş. Oğlum da bu qəhrəmanlığı Ehtimadın etdiyini öyrənib, tapıb onunla görüşüb. Sonra da bunları mənə danışdı. Mən də Ehtimadı kəndə dəvət etdim. Sağ olsun, Elsevəri göndərib . Bir – bir hamıyla görüşən Elsevər, Fateh babanın yanında oturdu . Fateh baba üzünü Rəşada tutub: – Oglum bax, mükəmməl bir əsər yaz. – Hə, yadımdan çıxmışdı, “daş adam” bilirsən kimdi? – Kim? – Həmin o ana. 4 oğlunu Vətənə qurban edən ana . Allahın verdiyi o boyda dərdə mərdliklə dözən, oğlanlarının şəkli önündə daşa dönən ana. O gündən o bulağın adı “Daş adam” olaraq qalıb.
ÖLÜM YÜKLÜ SEVGİ Qasım qapını çırpıb getdi. Gülşən otağa keçib burnunu çəkə-çəkə ağladı. 1 yaşlı qızı Zəhranın ona nəmli gözlərlə baxdığını görüb özünü ələ aldı. Tez Zəhranı qucağına götürüb, saçlarından öpdü. Bağrına basıb çarpayısının yanına gətirdi. Uşaqdan gələn o gözəl qoxu ruhunu oxşadı, bir az toxtayıb gülümsəməyə başladı. O dəqiqə Zəhranın gözləri güldü, öz dilində danışmağa başladı. Sevindiyindən gah atılıb-düşür, gah da Gülşəni qucaqlayırdı. Gülşənin ailəsi rayonda yaşardı. Qasımla tələbə yoldaşı olmuşdular. O vaxtdan aralarında münasibətlər ciddiliyə doğru getmiş, 2 – ci kursda nişanlanıb, 4 – ci kursda evlənmişdilər. Gülşənin valideyinləri müəllim idi. Gözlərinin ağı-qarası Gülşən də onların yolunu seçmişdi. Müəllimlik ixtisasına yiyələnib, rayona qayıtmaq, neçə – neçə evlərdə cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək arzusunda idi. Amma taleyin kompası ona tam başqa istiqamət göstərdi. Qasımla nişanlı vaxtlarında inciklikləri olsa da, çox uzun çəkməzdi. Hərdən Qasımın ona qarşı kobudluqları olurdu. Tezliklə Gülşənin könlünü alan, küsülülüyü aradan qaldırmağı bacaran Qasımda bu hərəkət, artıq adət halını almışdı. Qasımın ailəsi Gülşənlə evliliyə razı deyildi. Özlərinə yaxın bildikləri ailədən qız gözaltı edən valideyinlər Gülşən məsələsilə razılaşmamışdılar. Sonda Qasımın vaz keçməyəcəyini görüb, əlacsız qalmışdılar. Elə o vaxtdan da Gülşənə “oglanlarını onlardan alan düşmən“ kimi baxırdılar. Hər işini söz edir, evdə heç nədən söz-söhbət yaradırdılar. Qasım əslində sakit təbiətli bir insan idi. Ailəsini sevər, dəyər verərdi. Ata – anasının Gülşənə qarşı münasibətinə qarşı çıxar, Gülşəni müdafiə edərdi. Qasımın bir bacısı vardı. Evin erköyün qızı olan baldız ailə qurub getsə də, Qasımın ailəsinə müdaxilə etmək öhdəliyini üzərinə götürmüşdü . Gülşən deyib – gülən, şən qız idi. Hər sözü söz etməz, heç nədən dava etməzdi. İlk gündən bəyənilməyən gəlin evin qonagı idi sanki. Gülşənin valideyinləri heç vaxt onların ailəsinə müdaxilə etməzdi. Qızlarının xoşbəxtliyi üçün əllərindən gələni edən ata – ana qızlarına başını aşağı salıb uşagını böyütməyi məsləhət görürdülər. Ailədə gərginlik getdikcə artırdı. Qasım da artıq dəyişmişdi. Gülşəni haqlı olduğunu bilə – bilə haqsız çıxardır. 7 aylıq Zəhraya sığınan Gülşən gününü ağlamaqla keçirdirdi. Qaynana onu boşatdırmaqla hədələyir, hətta o günün çox da uzaqda olmadıgını deyirdi. Bir evdə yaşamagın mümkümsüzlüyünü anlayan Gülşən Qasımdan ayrı evə çıxmaq üçün xahiş etdi. Gülşənin bu istəyi böyük bir dava ilə nəticələndi. Məsələni ilk bilən qaynana əlini belinə qoyub gəlinə hücum etdi. -Mənim bir oğlum var, onu məndən almaq istəyirsən? Sən özünü nə sayırsan? – Yox, xala , bir müddət ayrı yaşasaq yaxşı olar deyə düşündüm. – Sən kimsən ki, mən dura-dura bu evdə qərar verirsən? – Xala, bütün günü söz – söhbətlə bir yerdə qalmaq olmur. Bu evdə ilk gələn gündən məni istəməmisiniz. Gözünüzün qabağından uzaqlaşsam yaxşı olar deyə düşündüm. – Uzaqlaşmaq istəyirsən, çıx get dədən evinə. Qulaqlarını aç yaxşı eşit. Onsuzda bu evdə sən artıqsan. İstənilməmisən, istənilməyəcəksən də! Səs küyə Qasım gəldi. -Nolub, ay ana? – Nə olacaq bundan artıq? Sənin bu gülməşəkər arvadın burada qalmaq istəmir. İstəməz də, görmədiyi günə düşüb. Tövlədən gətirib şəhərdə yaşadanda belə olur axırı. – Ay ana, bir az sakit ol. Gülşən də haqlıdı. Ev evə sıgmaz deyib atalar. Qoy bir ev tutaq, bir müddət orda qalaq. Sizi atmırıq ki, yenə də gəlib gedəcəyik. – Nə dedin? Səni yoldan çıxardıb bu gülməşəkər? Sənin evin buradı. Gedişin var, dönüşün yox ! Yaxşı fikirləş ya biz, ya da yad qızı . Qapı zərblə çırpıldı. İkinci mərtəbənin təzə düzəldilmiş pəncərələri yenə qaynananın hikkəsinin qurbanına çevrildi. İki tərəf arasında qalan Qasım bir söz demədi. Paltarını dəyişib işə getdi. Qara günlər bundan sonra başladı. Gülşənin evdə yeyib içdiyi zəhərə döndü. Pis yola düşmüş adamlar kimi evdə addımbaşı təqirlə üzləşdi. Valideyinləri dözüb oturmağı məsləhət gördülər. Vəziyyətin get-gedə agırlaşdıgını görən Qasım ayrı evə çıxmalı oldu. Gülşən həm sevinir, həm də pis olurdu. Nə qədər olmasa 2 ilə yaxındı ki bir yerdə yaşayırdılar. Bir xoş üz görməsə də üzü-gözü onlara öyrəşmişdi. Valideyinləri hər şeyin yaxşı olacağını deyir, səbrli olmağı məsləhət görürdülər. Gülşən taleyilə barışmışdı. Ayrı evə çıxmağın çıxış yolunu düşünən Gülşən qara günlərinin qabaqda olduğunu aglına belə gətirmirdi. Qasım evə gec-gec gəlməyə başlamışdı. Elə gecə olurdu ki evə gəlmir, müxtəlif bəhanələr uydurur, bəzənsə öz işimdi özüm bilərəm deyib dava salırdı. Çarəsiz qalan Gülşən dərdini heç kimə aça bilmirdi. Bilirdiki deyən kimi onu günahkar biləcəklər . 3 ay idi təzə evə köçdükləri. Qasım geri dönmək üçün israr edirdi. Heç nədən evdə qanıqaraçılıq yaradırdı. Gülşən çarəsiz qalmışdı. Bu gün də geri dönmək üstündə mübahisə etmişdilər. – Hazırlaş, geri qayıdırıq. – Qasım, bura rahatdı axı. – Orada sənə neynirlər? Əllərinin içində saxlayırdılar səni. – Qasım, bu sənsən ? İnana bilmirəm. – Nəyə inanmırsan? Sən yola getmədin, məndə gətirdim səni bura. Gördüm günah səndədi, mənimlə də yola getmirsən. – Niyə haqsız danışırsan? Mən sənə neynirəm ? -Bundan artıq nə edəcən? Mənimlə dil – dil ötürsən. Gülşən əlləriylə üzünü qapatdı. Uşagın yanında ağlamaq istəmədi. – Yaxşı fikirləş, ya dönəcəyik ata-anamın yanına, ya da zəng et gəlsinlər səni aparsınlar. Sənə görə valideyinlərimi atmayacağam! Gülşən yerindəcə quruyub qalmışdı. -Qasıma nə olmuşdu ? Gülşən əlacsız qalıb, əşyalarını topalamağa başladı. Ağlaya-ağlaya güzgünün qabağına keçdi, özünə güzgüdə baxd. Bu neçə ildə çox dəyişmişdi, sanki 10 il qocalmışdı. Yaşadığı mühit onu məngənəsində sıxıb balacalaşdırmışdı. Özünə qulluq etməyi belə yadırğamışdı. Bütün gününü uşaga qulluq etməklə keçirdirdi. Qasımın ona, uşagına qarşı biganəliyinə birtəhət dözür, üzə vurmurdu. Valideyinlərinə də heç bir şey demək istəmirdi. Alacagı cavab bəlli idi:- Özün getmisən, hamıda olan şeydi, döz otur düzələcək və s. Əşyalarını yığa-yığa aglayırdı. Keçmişə qayıtdı xəyallarında. Qasımla o qədər xoşbəxt idiki.. . Qasıma olan saf, ülvi sevgisi onun gözünü elə tutmuşdu ki, ətrafdan xəbəri yox idi. İnsafla , Qasımda ona qarşı çox yaxşı idi. -Bəs nə oldu? Nə dəyişdi? -Bəlkə səhv həqiqətən də ondadı? -Bəlkə özünü sevdirə bilmədi Qasıma? Bəlkə, bəlkə … Bəlkələrlə dolu bir ömür… Qapının zəngi çalındı, Qasım idi. Sir-sifətindən zəhirmar yağırdı. – Maşın gözləyir, uşağı götür, düş aşağı. Mənə bax, birdən orada artıq-əskik soz deyərsən ha! Başını aşagı salıb uşagınla məşgul ol. Elə etmə ki, uşagı əlindən alıb, əxlaqsız adıyla səni qovum.. Gülşən pilləkənlərdə quruyub qalmışdı, nə irəl, nə də geri addım ata bilirdi. -Yuxuda görürdü bunları? Qasımın davranışları qan qoxulu idi. Heç nə deməyib maşına əyləşdi. Sükutu hərdən Zəhranın qıgıltısı pozurdu. Ünvana çatdılar. Cəhənnəm yuvası qucaq açmışdı onlara. -Açmışdımı? -Bax o da sual altında idi.. Evə keçdilər. Qarşılayan olmadı. Mətbəxdən səslər gəlirdi. Deyəsən baldızı da burdaydı. Divarlar onu sıxmaga başladı . Əşyalarını götürüb otağa qalxmaq istəyirdi ki, Qasım hardansa peyda oldu. – Nə durmusan burada? Get anamla görüş. – Bilir gəldiyimizi, çölə çıxmadı axı. – Sən getməlisən, sən gəlinsən. Gülşən səsizcə mətbəxə keçdi. Qaynana, baldız görməməzlikdəm gəldilər. Gülşən salam verib qaynanasına yaxınlaşdı. – Uzaq dur, ifritə. Niyə qayıdıb gəlmisən? Gülşən qorxa – qorxa Qasıma baxdı. – Ana, bir səhvdi edib, söz verib, indən belə bu evdə səsi çıxmayacaq. Gülşən mat-məəttəl qalmışdı. —Burada nələr baş verirdi? Uşagı götürüb yataq otağına keçdi. Çox keçmədi, ” qəhrəman ər” özünü yetirdi. – Bax, bu gündən anamın qulusan. O nə dedi, o da olacaq. Gülşən ağzını açıb danışmaga heyifi gəldi. Heç nə deməyib Zəhranı yatızdırdı. Özü də durub ev işləri ilə məşğul olmaga başladı. Eyni həyat Gülşəni artıq bezdirməyə başlamışdı. Əvvəllər ayda bir dəfə də olsa valideyinlərini görməyə gedirdisə, artıq 3 ay idi ki, bu görüş ləğv edilmişdi. Gündə 1 dəfə anasıyla danışmağa icazə verilirdi. Küçəyə çıxışa da qadağa qoyulmuşdu. Qasımın bu hərəkətlərinə ad tapa bilməyən Gülşən Zəhrayla təsəlli tapırdı. Rəsmən türmə həyatı yaşamağa məhkum edilmiş zavallı Gülşən ruhunu cismindən ayrı hiss edirdi. Evə ruh kimi gəlib gedən Qasıma söz demək mümkün deyildi. Evdə demək olar ki hamı küsülü idi. Hərdən qaynananın deyinməsi olmasa Gülşən bu gedişatla razılaşmışdı. Demək olar ki o yaşamırdı. Məqsədsiz, arzusuz, ümüdsüz, ən əsası sevgisiz bir həyatla yol yoldaşı olmuşdu. Günlərin bir günü telefonuna gələn zəng bərbad olan həyatına “rəngarənglik” qatdı.. -Alo, buyurun. -Salam. Zəng vurdum ki, biləsiniz, biz Qasımla bir-birimizi sevirik. Yolumuzdan səssizcə çəkilib gedin. -Alo, alo… Dəstəkdən gələn səs itib batdı… Qara günlərin “hədiyyəsi” qabaqdaymış. Yox, bu qədər də olmaz-deyə düşünən Gülşən -bu gün hər şey bitəcək. Qasım yenədə səssiz-səmirsiz gəli, mətbəxə keçdi. Anasınım hazırladığı yeməyi yeyib, salona keçmək istəyəndə Gülşəni əli qoynunda mətbəxin qapısında dayanan gördü. Qaşqabağını sallayıb, nifrətlə Gülşəni süzdü. – Nə dayanmısan, məni güdürsən? – Yox. -Onda rədd ol get. Qasım ayaq üstə güclə dayanırdı. Gülşən onun düz yolda olmadığını görürdü. Amma nə edə bilərdi? Onun bu evdə özünə belə ixtiyarı çatmırdı. Acınacaqlı vəziyyət idi. Səs -küyə gələn qaynana Gülşəni güclə Qasımın əlindən ala bildi. Gülşənin iniltisi hər tərəfə yayılırdı. Ağrıdan gecələri yata bilmirdi. Qasım vurduğu təpik qabırgasını sındırmışdı . Üz-gözü də şiş içində idi, vəhşicəsinə döyülmüşdü. Evə çağırılan tibb bacısı nə qədər israr etsə də, xəstəni xəstəxanaya aparmaga ailə razı olmurdu. İşin böyüyəcəyindən qorxan Qasım iynə-dərmanla evdə sağalacaq deyib durmuşdu. Günü-gündən pisləşən ailə münasibətləri Gülşəni bezdirmişdi. Qasım yeni bir bəhanə tapmışdı. Gülşən çadraya keçməli idi. Hətta evdə belə, qaynatasına görə hicab taxmalıydı. Gülşən intihar həddinə çatmışdı. Axşamlar vaxt tapanda sızıldayan ayaqlarını qucaqlayıb çıxış yolu axtarırıdı. Evin pəncərələri dəmir barmaqlıqlarla örtülmüşdü. Pərdənin altından pəncərəyə qara üzlüklər çəkilmiş, həyətə düşməyə də qadağa qoyulmuşdu. Qasımın hansı məzhəbə qulluq etdiyi bəlli deyildi . Nə içkidən, nə narkotikdən, nə də əxlaqsız həyatından uzaqlaşmışdı. Maraqlısı o idiki, bu qadagalar ancaq Gülşən üçün idi. Çıxış yolu tapa bilməyən Gülşən uşagı da götürüb evdən qaçmaq qərarına gəldi. Amma necə, hara? Suallar onu boğurdu. Qasımdan da qorxurdu. Tapsa, tapdığı yerdə öldürəcəkdi. Lap canını qurtarsa belə, cəmiyyətin vurduğu damgadan qurtula biləcəkdimi? Filənkəsin arvadı evdən qaçıb. Müxtəlif mülahizələr, “ağıllı” məsləhətlər, geri qalmış fikirlər və ən əsası sərbəstlik axtarır ona görə qaçıb deyimi. Gülşən bunların hamısını yaxşı bilirdi. Eşidən deyəcək; – Özü sevib gedib. – Nə istəyir axı, evi – eşiyi . -Gül kimi balası var. – Hamımız elə arvad olmuşuq. – Arvad döyülər də, söyülər də. – Nolub, o cürə yoldaşı var, alıb gətirir. -Nə istəyir axı? Deyir çadra ört, ortməlisən də. – Yəqin başqasın tapıb və s. Bəs bu zavallı neynəsin axı? Axır vaxtlar Qasım hər gün demək olar ki onu döyürdü. Qasım gələndə qorxusundan gözünə görsənmirdi.Hətta onun da üstündə döyülürdü. Yemək niyə gec oldu, çay niyə qaynar deyil, duzqabı niyə əyri durub, palaz niyə belə sərilib, bir sözlə döymək üçün bəhanələr hər zaman tapılırdı. Problemləri həll etmək əvəzinə birinin üstünə beşini qoyub Qasıma çatdıran qaynana, Gülşəni təhqir etməklə yanaşı, onun bu vəziyyətindən istifadə edib acıq verirdi. – Görürsən, mənim qızımı necə saxlayırlar? Gülşənin hər yerdən əli üzülmüşdü. Ata – anasıyla əlaqə tamamilə kəsilmişdi. Evlərini satıb, başqa yerdən ev alan Qasım ünvanı heç kimə vermirdi. Beləcə bir ailə məhv olub gedirdi. Zəhra da günü gündən saralıb solurdu. Gülşən Qasımla danışmaga dəfələrlə cəhd etmiş, sonda günhakar çıxardırılaraq döyülmüşdü. Gülşən sonuncu dəfə Qasımla danışmaq fikrindəydi. Axşamı həsrətlə gözləyirdi. Bu gün evliliklərinin 3 ili tamam olurdu. Qasım yəqin çoxdan unutmuşdu onla olan xatirələri. Gülşən yenə də ümüd şamını yandırıb, pərvanətək başına dolanırdı. Qəlbindəki ümüd, dilindəki bəlkələr onun həyat hekayəsini 3 ilə beləcə gətirib çıxartmışdı. Qapı açıldı. Qasımın gəlişi Gülşəni çaşdırdı. Əlində gül dəstəsi, yanında şirniyyat .. Ola bilməz, Gülşən yuxu görürdü deyəsən. Dəli kimi qaçıb Qasımı qucaqlayıb, sevincdən doyunca aglamaq keçdi könlündən. Qorxdu, Qasıma xoş getməz deyə. Qasım onun üzünə baxıb gülümsündü. İlahi, neçə illərdi bu gülüşə həsrət idi Gülşən. Onun tanıdıgı Qasım geri döndü. Sevincindən nə edəcəyini bilməyən Gülşən əl – ayaga düşdü. Süfrə düzəltdi. Uşagı geyindirdi. Evdəkiləri süfrəyə dəvət etdi. Mızıldana – mızıldana gələn qaynana gözucu, agzını büzüb süfrəyə baxdı. İstədi süfrənin düzlüşünə mız qoya, Qasımın baxışları sözünü agzında qoydu. Qasım hər kəsə müraciət etdi. -Əyləşin, bu gün evliliyimin 3- cü ildönümüdi. Məsciddən gəlirəm, tövbə etdim.Bu gündən hər şey yoluna qoyulacaq. Gülşən, çadranı özün istəmiyənədək baglama. Pəncərələrdəki qara üzlükləri söküb atın. Ananın gözü az qalırdı yerindən çıxsın. Əlacı olsa idi, durub Qasımın agzını əli ilə tutardı. – Bu evdə səs – küy eşitməyim. – Başınızı aşagı salıb mehribancasına dolanın. Gülşən dili – agzı qurumuşdu. Qulaqlarına inana bilmirdi. Bir müddət evdə hüzur yerini tapdı. Heç kim Gülşənə dəyib dolaşmırdı. Qaynananın təhqirli atmacalarını qulaqardına vuran Gülşən Qasıma inanır, onun dediklərini edirdi. Xoşbəxlik quşu 3 ay onlarda qonaq oldu. Hər şey yaxşı idi. Evə bazarlıq edib gələn Qasımın Gülşənlə danışıgını eşidən qaynana, pislik donunu geyinib davaya hazır vəziyyətə gəldi. Qasım Gülşənə tezliklə işə çıxa biləcəyini, uşagı bagçaya yazdırdıgını deyirdi. Qapı zərblə çırpıldı. – Məni bu evdə sayan yoxdu. Mən bu evin böyüyüyəm. Heç nədən xəbərim yoxdu. -Ay ana, niyə əsəbləşirsən? Gülşən analıqdadı. Zəhra da bagçaya getmək yaşına çatıb. Bagçaya qoyaq, Gülşən işinə çıxsın. Burda nə varki? – Bagçada nə bilirsən necə baxacaqlar? Döyəcəklər, yemək vermiyəcəklər. – Bagça uşaq döymək üçün deyil, ay ana. – Otursun baxsın gülməşəkər arvadın evdə. işinin adı nədi? – Bəs deyirdin,baxa bilmir? -Eh, sənin də agzının kəsəri yoxdu. Neynədisə,çadranı atdırı, indi də işə çıxardırsan. – Ay ana, məhv olub getmişdim, həyata qayıtdım, səhvimi anladım. Sevinmirsən ki ailəm dagılmadı? – Hm, əvvəl axır dagılacaq! Qasım məsələnin uzandıgını görüb mətbəxə keçdi. Arxasıyca keçmək istəyən Gülşənə qaynananın sözü sillə kimi dəydi. – Sən də azadlıq istəyirsən də, Anan kimi pis yola gedəsən. Gülşən geri çevrilib; -Ay xala, o nə sözdü deyirsən ? Arvad himə bənd imiş, səsini atdı başına , aləm dəydi bir – birinə. Qasım nə qədər çalışsa da sakitlik yarada bilmədi. Qaynananın agzı necə qızmışdısa Gülşəni ən agır söyüşlərlə söyməkdən belə çəkinmirdi. Gülşən həm Qasımdan qorxurdu, həm də özündən böyüyə cavab qaytarmaq istəmirdi. Qaynana Gülşənin səssizliyini məglubiyyət kimi başa düşüb, daha da kükrəyirdi. Gülşən dözə bilməyib qışqırmaga başladı. Neçə vaxtı yaşadıgı stress vulkan çevrilib püskürməyə başlamışdı. Ürəyi yerindın çıxacaq kimi tez – tez vurmaga başlamışdı. Artıq dözə bilmirdi. Belə olmaz axı?. Gülşənin günahı nə idi? Sevib ailə qurmaq? Yoxsa hörmət edib cavab qaytarmamaq? Qasımın ona tərəf çıxmagından hiddətlənən qaynana əlini belinə qoyub çəmkirdi; – Səndə günah yoxdu, günah sənin ərindədi. Vaxtında dilini kəssəydi, indi cavab verə bilməzdin. – Mən sizə nə deyirəm axı? – Ta nə deyəcəkdin ki? – Siz mənim valideyinlərimi söyürsünüz. Mənim səssiz qalmagımı istəyirsiniz? – Sənin səsin niyə çıxmalıdır ki? Sən kimsən ? Gülşən sərhədi keçmək istəmədi. Hələdə qaynanasına siz deyə müraciət edirdi. Qasım çölə çıxdı. Gülşən də balaca Zəhranl götürüb yataq otağına keçdi. Qaynananın hələ də səsi gəlirdi. Get – gedə səsinin tonu daha da qalxır, sanki döyüşə rəqib çagırırdı. Gülşən səbrini basıb oturmuşdi. Yataq otagının qapısı zərblə açıldı. Budur, qaynana alov saçan 7 başlı əjdaha kimi içəri keçdi. – Sən, nə qədər arsız adamsan, bu qədər söyüşdən sonra hələ də burdasan?. Niyə çıxıb getmirsən dədənin xarabasına? – Mən ailəmin yanındayam. – Nə ailə, ailə salmısan? Səni əvvəl axır boşatdıracagam – Niyə, səbəbin bilmək istəyirəm. – Səbəbi bizim varlı, sizin kasıb olmagınız. Bu bəsdi, yoxsa davam edim? – O səbəb deyil axı? – Dilini kəs, elə etmə ki, bu evdə son gecən olsun! Gülşən ayag qalxıb əşyalarını topalamaga başladı.. Burada qalmagın mümkünsüzlüyünü dərk edirdi . Qasımın qəfil gəlişi qaynananı daha da alovlandırdı. -Hələ bitirməmisiniz? – Günah ondadı. Mənə bayaq bilirsən nə dedi ? – Nə? – Bala, söz etmə, amma mənə elə söz dediki onu boşamasan südümü sənə halal etmərəm. Gülşən ağzından artıq söz çıxartmadığını bilirdi. Amma nə fayda? Arvad dediyini deyirdi. Qasım artıq səs – küydən yoruldu. Sakitlik yarada bilmirdi. Gülşən cavab vermirdi, əlini üzünə tutub aglayırdı. Məkirli qaynana isə dediyini deyirdi. – Sən ananı onun ayağına verdin, sən yaxşı ogul olsaydın, o mənə cavab verə bilməzdi. Nifrət dolu sözlər Qasımın başı ətrafında fırlanır, qulaqlarına girmirdi. Birdən arvad yerə yıxıldı.Özünü elə göstərirdi ki, guya ürəyi gedib. Gözlərini yumub açmırdı. Gülşən bunun oyun oldugunu bilirdi. Evdə eri ilə də dalaşan kimi uzanıb yerə özünü bu vəziyyətə salırdı. Qasım qorxuya düşmüşdü. Gülşən su gətirdi. Nə qədər etsələr də arvad gözünü açmadı. Bu dəmdə Zəhra agladı. Gülşən onu qucagına götürüb gəldi. Qapının zəngi çalındı. Gələn Qasımın atasıyla, bacısı idi. Səhnə yenidən quruldu. Baldız səsini atdı başına. – Anama nə etmisiniz? -Niyə ayılmır? -İndi özünə gələr deyə Qasım qorxa – qorxa cavab verdi. – Hamısını edən sənin arvadındı. Anam burada ölür sən hələ də onun tərəfin tutursan. Sən sən olsan o heç nə edə bilməz. Sənsən günahkar, sənsən… Sözlər qulaqlarında cingildəməyə başladl Qasımın. Nə qədər etsə də özünü ələ ala bilmədi.Dəli kimi qışqırıb Gülşənin üstünə hücum çəkdi. Qaynana baldız baxışıb xısın – xısın güldülər. Qasım Gülşəni döyməyə başladı Balaca Zəhranın səsi aləmə yayılırdı. Gözü heç nə görməyən Qasım Gülşəni döyməkdə davam edirdi. Qasımın əlindən birtəhər qurtaran bədbəxt 2 – ci mərtəbəyə qalxdı. Qasım dəli kimi qışqırır, onu öldürəcəyi ilə hədələyirdi. 2 ci mərtəbədəki mətbəxin bir qapısı eyvana açılırdı. Otaqdan girişi olan mətbəxin qapısını baglaylb tir – tir əsən Gülşənin son ümüd yeri bura idi. Qasım nə qədər qışqırsa da qapını açmadı. Zəhrayla səs – səsə verib aglayırdılar. Qasım qapını açmagı bacardı. Gülşənin üstünə hücum çəkib söyüşlə bərabər sillə yağışına tutdu. İlahı, vəhşi Qasım qayıtmışdı. Eyvana qaçan Gülşən uşagını bərk-bərk qucaqlayıb imdad diləyirdi. Ağzı-burnu qan içində, ağrıdan yerdə qıvrılan bəxtsiz gəlini zorla ayağa qaldırıb yenidən döyən Qasım sanki havalanmışdı. Gülşən yalvarırdı. – Zəhraya dəymə, onu vurma. Qasım Zəhrsnı bir top kimi onun əlindən alıb kənara tulladı. Uşağının yanına yüyürən Gülşənin qarnına təpiklə vurub yerə yıxdı. Gülşən son gücünü topalayıb, sürünə – sürünə uşaga sarı getdi, onu qucaqladı. Bu dəmdə Qasımın təpiyi uşaga dəydi. Uşaq Gülşənin əlindən həyətə düşdü. Gülşən dəli kimi hayqırdı. Gözü qanla örtülən Qasım onu da vurub eyvandan saldı. Zəhra yerə düşən kimi mələyə çevrilmişdi. Gülşən Zəhradan sonra iki gün yaşamadı. Qızının ölümünü bilmədən bu dünyaya əlvida dedi. Ruhi xəstəxanaya yatırılan Qasım nə etdiyini indi anlayırdı. -O nə etmişdi? -Ailə qatili idi. -Onu yoldan kim çıxartdı? -İçindəki şeytan? -Yoxsa evdəki insan cildindəki şeytanlar? Bu acı ilə yaşaya bilməzdi Qasım. Fürsət tapan kimi damarlarını kəsib intihar etdi. Söz – söhbətin, müdaxilənin məhv etdiyi bir ailə məhv olub getdi. Ölüm yüklü sevgisini cəmi 3 il yaşada bildi bu bədbəxt cütlük…
HƏSRƏTİN İZİ İLƏ Uzanan, sonu bilinməyən bir yolu əlinə almışdı o bugün. Gedəcək, hey gedəcək , çatacaqdı o yol ayırıcına. 38 il bundan əvvəl ayrıldıgı o sevgi agacının altına. İllər öncə orda bir ömür qoyub gəlmişdi 12 illik sevgi ömürü. 17 yaşında, özüdə bilmədən , gözləmədən birdən – birə qıgılcımdan alova çevrilən adı dastan, özü həyat olan o sevgi 29 yaşında elə o agacın altındaca ümüd dolu bir yuxuya getmişdi . 67 illik ömrünün 12 ilini ömürdən gün sayırdı. Qalan ömürünü sadəcə nəfəs almışdı. 12 illik sevgisini yaşatmaq üçün. Əlindəki taqətdən düşmüş əsanın torpagın bagrından qopardıgı naləyə qarışan, həzin layla kimi ətrafa illərin sevgisini yayan taqqıltısı qəsəbəni hüzun dolu bir sükuta qərq etmişdi. Gedirdi, yox getmirdi qanadlanıb uçurdu. İllərdi yeriyə bilməyən ayaqları, əsa tuta bilməyən barmaqları ümüd çıragında isinmiş, sevgi bulagında yuyulmuşdu sanki. 38 il öncə bu qəsəbəni tərk etmişdi, etmişdi yox, tərk etməyə məcbur qalmışdı. Müharibənin əsən yeli onu özüylə uzaqlara aparmışdı. Son görüşünü xatırladı. Qovaq acagının altında üz – üzə dayanmışdılar. Gözlər danışır, dillər susmuşdu. Kədər dolu, ümüdli ayrılıga qol çəkmişdilər o gün. Xoşbəxt bir uşaqlıgı vardı . Sevgi dolu, hüzur dolu ailəsi, sevdiyi dostları, ən əsası qəlbinin başında yer ayırdıgı, İlknuru vardı. Ata – anasının ömrü vəfasız oldu. Onu 18 yaşında ailəsiz qoydu. Evin tək oglu idi Ərturqut. Əziz – xələf, sevimli, sevgi ilə böyümüş, ətrafına nur saçan bir oglu. Ata – anasının vaxtsız ölümü ona həyat dərsi oldu. İstənilən vaxt ona arxadan zərbə vuracaq qədər qəddar olan bu həyatla dostlaşmaq məcburiyyətində qaldı. Amma yenə də həyat ondan amansız zərbələrini əsirgəmədi. 17 yaşında sevmişdi İlknuru. Yox, yox bu sevgi deyildi əslində.. Ərturqut üçün yeni dogan günəş idi. Sevgi mələyini bulaqda görüb bəyənmişdi Ərturqut. Bulagın saf sularına daha da gözəllik atan, ürkək baxışlarıyla həyatdan qorxan, amma mübarizə aparmaga hər an hazır olan bu mələyi xatırladırdı İlknur. Ərturqut – qismətimi ilahi yer üzünə endirdi deyə, İlknuru öz həyat yolunun sakininə çevirmişdi. Ruh əkizi saydıgı İlknuru bir neçə il izləmiş, qəlbində daşıdıgı, nura boyanmış, gözəlliklərə bürünmüş sevgisini etiraf etməyə cürəti çatmamışdı.Və bir gün .. Özüylə kasıb, çətin tələbəllik illəriylə birgə daşıdıgı sevgisi ilə özündə cürət tapıb İlknurun qəlbinə bir uzun, möhkəm körpü salmaq qərarına gəldi. Tələbə, miskin, İlknura olan münasibətilə özünü dünyanın bəxtəvəri sayan Ərturqut utana – utana da olsa ona qəlbinin açarını verdi. O gün bu gün o açarı geri almadı, daha dogrusu almaq fikirinə düşmədi. O böyük sevgi 12 il sürdü. İlknurun təhsili,ailəsində ard- arda yaşanan faciələr onların bir birinə baglanan sevgisini rəsmiləşdirilməsi yolunda qara tikana çevrildi. Nişanlı cütlük toy xəyallarına qərq olarkən, müharibə qartal kimi şıgıdı. Ərturqutu ondan cismən ayırdı. Çatır artıq, tanıdı, həmən ağac . Qocalıb heydən düşmüş, budaqları sınmış, amma onların sevgilərini özündə bir əmanət olaraq saxlayan sevgi agacı. Adlarını yazdıqları qovaq agacı.. Dayanıb nəfəs aldı. Agaca yaxınlaşdı, heysiz qollarıyla onu qucaqladı, yox bu dəfə aglamayacaq. Budur Ərturuqutu İlknurdan ayıran müharibə geri vermişdi. Bəs gəncliyini, məhv olmuş o gözəl həyatını da qaytara biləcəkdimi? Müharibə,sonra əsirlik həyatı Ərturqutun beynindən, qəlbindən, ən əsası ruhundan İlknuru qopara bilməmişdi. İlknuru İlknursuz sevmişdi. Ailə qurmayan Ərturqut qovaq agacına öz acı həyat hekayəsini danışırdı. Yoldan keçən bir agsaqqal onun agılında problem oldugunu düşünüb ona yaxınlaşdı. Ag saç – saqqal içində nurani sifəti görsənən Ərturqutu görən kimi tanıyan Əlisahib kişi onu qucaqlayıb içini çəkə – çəkə agladı . – İlknura gəldim, Əlisahib qardaş ! Onu bircə dəfə görə bilsəydim. Əlisahib hönkürdü . Tale bizə çox agır zərbə vurdu, Əlisahib qardaş. Bilmirəm bəlkə də həyatda deyil, amma inanıram ki onun sevgisi bax buradadı, agacın köksündə. Əlisahib aram – aram danışmaga başladı. – İlknur sən gedəndən sonra hər gün bu agacın altına gəlirdi. Hamı onu bura gələndə şaqqanaq çəkib gülən, gedəndə aglayan görürdü. İllərlə bu agacı özünə sirdaş bildi. Səndən heç bir xəbər olmadıgını görən cavanlar elçilərini elçi daşının üstündə oturdurdular. Amma İlknur səni gözlədi, ailə qurmadı. Geri dönəcək deyib gördüyün o təpəyə hər gün çıxıb, saatlarla səni gözlədi. Aglamaqdan o gözəl gözləri tutuldu. Bilirsən nə deyirdi? – Bir gözki Ərturqutu gözləməyə mənimlə yoldaşlıq etmədi,onun dünyanı görüb – görməməsi mənə lazım deyil. Bəxtiqara İlknurun alın yazısı burada bitdi. Sənsiz sənli dünyasına gözlərini əbədi yumdu. Aglamaqdan gözləri şişmiş Ərturqutun son sualı; – Məzarına gedə bilərik? Əlisahibin cavabı onu yerlə – yeksan etdi. Sən onun məzarına gəlmisən, Ərturqut . – Bax,bu agac onun başdaşıdı. Onu burada dəfn etdik. Öz istəyi idi.Ərturqut mütləq bura gələcək deyirdi. Torpagı qucaqlayan 67 yaşlı Ərturqut ömrünün qoruyub saxladıgı gözəl, mənalı, sevgi dolu illərini sevgi mələyinin yanında dəfn etdi. Əlisahib kişiyə çeviriilib: – Mən öləndə məni də burada basdırın dedi. -Qoy buradan keçən cavanlar bilsinlər ki dastana çevrilən nakam sevgilər bu həyatın qurbanlarıdı. Hər qovuşmayan sevgi arxasında bir həsrət izi buraxır.