Etiket arxivi: MİLLİ QƏHRƏMAN

Rövşən Hüseynov haqqında

Rövşən Hüseynov haqqında
Bu gün Azərbaycan Milli Qəhrəmanı Rövşən Hüseynov anadan olduğu gündür! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin.
22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

“YAZARLAR” jurnalı tərəfindən xatirəsini əbədiləşdirmək məqsədilə “25 YARPAQ” LAYİHƏSİ həyata keçirilir (2018-ci ildən).

Layihənin rəhbəri “YAZARLAR” jurnalının baş redaktoru, AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİNİN, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist Zaur Ustacdır.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qucağını geniş aç… – Şəhidlik ruhunun poetik zəfəri

Qucağını geniş aç… – Şəhidlik ruhunun poetik zəfəri

(Zaur Ustacın yaradıcılığında Vətən sevgisi və qəhrəmanlıq ideallarının poetik təcəssümü)

Azərbaycan ədəbiyyatında Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə həsr olunmuş poetik nümunələr hər zaman mənəvi yaddaşımızın ayrılmaz hissəsi olmuşdur. Bu əsərlər yalnız bir şəhidin taleyini deyil, bütöv bir millətin ruhunu, azadlıq eşqini və torpaq sevgisini ifadə edir. Zaur Ustacın “Qucağını geniş aç…” adlı şeiri də belə poetik abidələrdən biridir. Şeir gizir Pəncəli Teymurova həsr edilmişdir – Vətən uğrunda canını fəda etmiş igid bir Azərbaycan əsgərinin müqəddəs xatirəsinə ithaf olunmuş bu əsər həm poetik dərinliyi, həm də mənəvi gücü ilə seçilir.

Şeirdə Zaur Ustac yaradıcılığına xas əsas xüsusiyyətlər çox aydın görünür. “Şehçiçəyim” şeirində olduğu kimi “Qucağını geniş aç…” şeirində də şair real həyatda mövcud olan predmetləri böyük ustalıqla bədiiləşdirir. Zaur Ustac sevgi şeirlərində olduğu kimi vətənpərvərlik mövzusunda olan şeirlərdə də hər bir kəlmə ilə yerində ustaca davranmağı bacarır. Əgər “Şehçiçəyim” şeirində şair özünü bioloq kimi təqdim edirsə, “Qucağını geniş aç…” şeirində biz peşəkar hərbçi, qazi şairlə üz-üzə qalırıq:

“Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,”

və ya

“Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,”

Hərbçi-şair hərbçilərin səhər-axşam hərbi marş oxuya-oxuya sıra addımları ilə addımlamasını təsvir edir. Bu sadə təsvir isə çox dərin məna çalarları aşılayır.

Şeirin mərkəzində şəhidin vətənlə mənəvi söhbəti, onun torpağa dönüş anı dayanır. “Qucağını geniş aç, gəlirəm Ana Torpaq” misrası artıq bu mənəvi qovuşmanın poetik başlanğıcıdır. Burada Vətən “Ana” obrazı kimi təqdim olunur – şəhid oğul anasının qoynuna dönür, yəni torpağa qovuşur. Bu qovuşma ölüm deyil, əbədiyyətə keçid kimi təsvir olunur.

Zaur Ustacın poetik dili burada sadə, lakin dərin simvolik məna daşıyır. “Qapını döymək”, “bayraq”, “sancağ” kimi obrazlar həm mübarizəni, həm də azadlığın müqəddəsliyini ifadə edir. Şair şəhidin dilindən deyir:

“Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…”

Burada “bayraq” həm azadlıq, həm də şəhidlik simvoludur. O, əbədiyyətə gedərkən bu əmanəti – yəni Vətənin müstəqilliyini qoruyaraq gedir.

Zaur Ustacın bu şeiri sadəcə emosional ağı deyil, patriotizmin fəlsəfi poetikasıdır. O, şəhidin dilindən xalqın ruhunu danışdırır. “Bayraq olsun kəfənim” misrası Vətən sevgisinin son həddidir – şəhid öz həyatını bayrağa, torpağa, inama çevirir.

“Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim…”

Bu sətirlərdə həm qəhrəmanlıq fəlsəfəsi, həm də milli qürur hissi var. Şair şəhidin dilindən düşmənə nifrət deyil, qalibin təmkinli məğrurluğunu ifadə edir: “Sevinməsin düşmənim” – bu, kin deyil, qələbənin etik ölçüsüdür.

Azərbaycan poeziyasında torpaq – ana obrazı çoxəsrlik ənənəyə malikdir. Ustad Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”ında, Bəxtiyar Vahabzadənin “Ana dili”, “Gülüstan” poemalarında, Məmməd Arazın “Azərbaycan” şeirində də bu ruh var. Lakin Zaur Ustac bu motivi müasir milli mübarizə kontekstində yeni poetik çalarla təqdim edir.

Burada torpaq yalnız vətən deyil, həm də müqəddəs məzar, əbədi qovuşma yeri kimi təqdim olunur. Şəhid oğul torpağın qucağında rahatlıq tapır, çünki borcunu yerinə yetirib:

“Sancmışam Sancağımı, rahat gəlirəm indi…”

Bu misra poetik baxımdan zirvə nöqtəsidir. Burada həm mübarizənin tamamlanması, həm də ruhi rahatlıq var. Sancağın sancılması – yəni niyyətin hasil olması – artıq şəhidin missiyasının tamamlanması deməkdir.

Şeir üç bölmədən ibarətdir, hər bölmə bir mərhələni təmsil edir:

  1. Torpağa qovuşma anı – ruhun Vətənlə görüşü.
  2. Döyüş xatirəsi və əsgər yoldaşlarına sədaqət – vətənpərvərlik və birliyə çağırış.
  3. Əbədiyyətin qapısı – şəhidin ruhani rahatlığı və anaya təsəlli.

Şair klassik xalq poeziyasına xas qafiyə və ritm sistemi qurur, lakin müasir sintaksis və leksika ilə onu yeni nəfəsə çevirir. Hər bəndin sonunda emosional kulminasiya yaranır: “rahat gəlirəm indi”, “yer ver girək qoynuna”, “qurban gedər torpağa” – bu misralar həm ritmik, həm də mənəvi cəhətdən yekun vurğusudur.

Zaur Ustacın yaradıcılığında şəhidlik mövzusu təkcə bir hadisə deyil, dünya duyumunun özəyidir. Onun şeirlərində şəhid – sadəcə itirilmiş insan deyil, millətin diriliyinin simvoludur. “Qucağını geniş aç…” şeiri bu xəttin ən parlaq nümunələrindəndir. Burada fərdi taledən ümummilli yaddaşa keçid baş verir: Pəncəli Teymurovun simasında bütün şəhidlər ucaldılır.

“Qucağını geniş aç…” Zaur Ustac yaradıcılığında Vətən sevgisi, şəhidlik və milli ruhun poetik sintezidir. Bu şeir həm bir igidin ruhuna dualı ithaf, həm də bütöv bir xalqın qəhrəmanlıq salnaməsidir.

Zaur Ustac bu əsərlə göstərir ki, torpaq yalnız üzərində yaşadığımız məkan deyil, onun uğrunda ölənlərin ruhudur. Şəhid oğulun Vətənə dönüşü, torpağın onu bağrına basması – millətin əbədiliyinin simvoludur.

Beləliklə, “Qucağını geniş aç…” həm ədəbi, həm publisistik, həm də mənəvi sənəd kimi dəyərlidir. O, bir daha sübut edir ki, Azərbaycan poeziyasında Vətənə sədaqət mövzusu nə keçmişdə solub, nə də gələcəkdə sönəcək – çünki hər yeni şəhid, hər yeni bayraq, hər yeni şeir bu ruhu yaşadır.

Müəllif: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

ZAUR USTAC – QUCAĞINI GENİŞ AÇ – ŞEİR

12 mart Milli Qəhrəmanımız Natiq Qasımovun anım günüdür

Qəhrəmanımızı tanıyaq və tanıdaq

12 mart Milli Qəhrəmanımız Natiq Qasımovun anım günüdür.

Natiq Səlim oğlu Qasımov 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçüb. Orta təhsilini başa vurduqdan sonra peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət keçib.
1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hücumları zamanı könüllü olaraq Ağdamda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna qoşulub və Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonunun Pirlər (Xramort) kəndi yaxınlığında yerləşən Alban kilsəsi uğrunda gedən döyüşdə erməni hərbçiləri tərəfindən əsir götürülüb. Beş gün ac-susuz mühasirədə qalsa da, təslim olmayıb və Azərbaycan bayrağını əlindən düşürməyib.
Natiq Qasımovun əsir götürülməsi faktı rusiyalı jurnalist Konstantin Smirnov və italiyalı fotojurnalist Enriko Sarzinin şahidliyi ilə sənədləşdirilib. Onun əsir götürülməsi “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
2024-cü il iyunun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Hər il 2 yanvar tarixində Natiq Qasımovun doğum günü münasibətilə anım mərasimləri keçirilir. 2025-ci ilin yanvar ayında Mingəçevir şəhərində onun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi təşkil edilib.
Bu gün, 12 mart 2025-ci il, Natiq Qasımovun əsir götürülməsinin və itkin düşməsinin 33-cü ildönümüdür. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rövşən Hüseynov haqqında

Rövşən Hüseynov haqqında
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov anadan olduğu gündür! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin.
22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

“YAZARLAR” jurnalı tərəfindən xatirəsini əbədiləşdirmək məqsədilə “25 YARPAQ” LAYİHƏSİ həyata keçirilir (2018-ci ildən).

Layihənin rəhbəri “YAZARLAR” jurnalının baş redaktoru, AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİNİN, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist Zaur Ustacdır.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Natiq Qasımov haqqında film

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında film: “Oğul” (The Son) tam versiya.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QUBADLIDA DOGAN GÜNƏŞ. Gülbəniz ABBASOVA.

GÜLBƏNİZ ABBASOVANIN YAZILARI

QUBADLIDA DOGAN GÜNƏŞ
(Milli Qəhrəman Şükür Həmidova ehtiramla)
Məndən soruşdular bir film çəksən
Söylə, qəhrəmanlardan kimi seçərsən?
Bu çətin sualın qarşısında mən
Çox götür-qoy etdim, seçdim birini .
Yüksələn şəhidlər uduzum, ayım
Çalışın siz məni heç qınamayın
Oxucum, beləki, təqdim edirəm
Şükür Həmidova film çəkərəm:
Tumurcuqlar yazda çiçək açanda
Şükür kimi oğlan gəldi dünyaya
Nənəsi sevinib muştuluq etdi.
Şükür balam olub! – Sevincək dedi.
Qara qoçu kəsdi babası dərhal
Şükür-səna üçün paylandı qurban
Beşiyi başında Şərqiyyə ana
Vətən Anamızdır! – Zümzümə etdi.
Şükür! Şükür etdi! Nəriman ata.
Həmidovlar evi döndü büsata
İllər ötdü…
Uşaqlar oynayır, qaçışırdılar
Birinci olmağa çalışırdılar.
Xatirlərdə qaldı gözəl uşaqlıq
Armud ağacları, dəcəl qoçaqlıq
Ağacın başına dolaşırdılar
Daşlayaraq yeyir, oynaşardılar
Beləcə illəri verər baş-başa
Uşaqlıq illəri gozəl tamaşa.
Başarat məktəbi-qoynuna aldı
Yazıb oxumağı çox nizamladı
Məktəbi bitirən Şükür Həmidov
Kədərli illərə vəsiqə aldı.
Quzğunlar şığıdı torpaqlarına
Qubadlını aldı caynaqlarına.
1993-cü il çox nəs il oldu
Nəsillər kəsildi, gör nələr oldu
Ruhunu canından ayırdı yağı
Taladı, yandırdı yenə doymadı
Xatirlərdə qaldı meşəsi, dağı
Yenə o cığırlar, eli-obası
Neçə didərginlər pənah apardı
Azərbaycan özü bərk çalxalandı
Sumqayıta gəldi qaçqın, didərgin
Taleyi puç olmuş insanlar üçün
Verilən suallar saysız-hesabsız
Həmidovlar üçün bunlar mənasız
Yoxdu! Yoxdu! evim heç demək olar
Cah-calal qalıbdı heç demək olar
Özgələri sahib oldu yurduna
Şükür and içdiki, yol verməz buna
Vətəndən-Anadan əl üzmək olmaz
Bir gün dönəcəyəm mən Qubadlıya!
-Deyərək özünə o, fərman yazdı
Hər gecə yuxusunda Vətən eşqiylə
Doğma torpağına sual verirdi:
-Ey Qubadlım mənim gözəl diyarım!
-Sən kiminsən?-söylə eşitsin Tanrım?
Mən səninəm! Sən mənimsən!
Bax mən sənin övladınam, şükür edirəm Yaradana!
Əks səda torpaq səsi: Ey oğullar xilas edin!
Bombaları, minaları sinəmizdən təmizləyin
Cavabdehlik sizə qalır balalarım
Ermənıdən Xocalının, Qarabağın qisasını alın! Alın!
Torpaq baxdı öz oğluna məyus-məyus
Yenə ona öyüd verdi, dilə gəldi:
Qoç igidlər oylağıdır mənim qoynum
Gözləyirəm mən sizləri dogma oğlum
Artıq sizı gözləmişəm neçə qışı,neçə yazı
Şükür artıq anladıki, düşmənini əzmək üçün oxumalı
Silahları canavarın ürəyinə tuşlamalı
O and içdi, aman etdi haqsızlarla savaşmağa zaman seçdi
Ey Qubadlım! AnaYurdum!
Canımı qurban etməyə, bayrağımı yüksəltməyə
Ulduzlarla cəng eyləyib çiynimə bərkitməyə
Müntəzirəm! Müntəzirəm!
Babalardan öyrəndiyi şükranlığa adət alan
Ya Allahım! Ya Peyğambar! – deyə-deyə
Hərbi təhsil aldı o vaxt şükür etdi
Zamanını səsləyərək halay çəkdi
Aprel gəldi 2016-cı ildə
Cəbrayıilın harayına Şükür getdi
Qisasına sus demədi, Lələtəpə zirvəsində
Yeddi başlı əıgdahanı minalarla dəlib-deşdi
Ohanyan düşməz deyən bənd-bərəni yıxdı keçdi…
***
Millətindən sağlığında ad qazanan qəhrəmanım!
Bir adına şükür edirəm, bir zamana.
Sən millətin qəhrəmanı uca dağsan
Başımızın üzərində dalğalanan bir bayraqsan.
2020 payız idi
Yəhərlədin dəmir atı, sürdün yağının üstünə
Azad etdin Cəbrayılı, Füzulini, Zəngilanı
Qubadlıya çatacaqdın-yer yarıldı lərzə qopdu!
Səni uddu! Dağı-daşı silkələndi Qubadlının.
Şükür kimi qoç igidlər nərə çəkdi
Mahmudluya yetişəndə nəfəs çəkdin
Sən xalqına həyat verdin, özün getdin
Son arzunu qardaşların tamam etdi
Qubadlını, QARABAĞI AZAD ETDİ
20 OKTYABR 2020
Bir-birindən doymadı ata-oğul…
Bu sevinci bölmədi ata-oğul…
Nə ata oğula sağ ol deyə bildi,
Nə oğul, bu günə şükür ata, deyə bildi…
Ata-oğul… Qubadlıda… Şükür heykəli
Ürəklərdə “Zəfər” ordeni
Sən zəfər ordenisən Şükür Həmidov!
Anaların dualarında Şükür Həmidov!

Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Milli Qəhrəmanlarımız – Əhmədov Riad

https://www.youtube.com/watch?v=WC8gLSiB9Vs

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEV

MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEV

Bu gün MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEVin doğum günüdür! Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QARDAŞ ŞEİRİ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

QARDAŞ
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

MÜƏLLİF: ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAHVERDİ BAĞIROV HAQQINDA

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

AĞDAMIN QƏHRƏMAN ÖVLADLARI
(Allahverdi Teymur oğlu Bağırov haqqında)
Altı min şəhidi olan Ağdamın qaziləri, qəhrəmanları da təbii olaraq bu saya mütənasibdir. Azərbaycanın hələ ötən əsrin səksəninci illərin sonlarından məlum münaqişəyə cəlb olunduqdan sonra Ağdam daim baş verənlərin mərkəzində olduğuna görə daim hadisələr burada sürətlə cərəyan edir, vəziyyət tez-tez dəyişirdi. Bütün bunların fonunda isə Ağdamın qorxmaz, sözübütöv mərd oğulları sözün əsl mənasında yurdsevər qəhrəmanlar kimi tanınmağa başladılar. Hələ şiddətli döyüşlərin getdiyi doxsanıncı illərdə Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov (Fred Asif), İxtiyar Qasımov, Natiq Əhmədov, Rövşən Hüseynov kimi ölümündən sonra Milli Qəhrəman adını almış onlarla igid Azərbaycanın ilk Milli Qəhrəmanlarının sırasında idi. Bu yazımda Ağdamın belə qəhrəman övladlarından biri olan Azərbaycanın Milli Qəhrəmanı Şəhid Allahverdi Bağırov haqqında söhbət açacam.
ALLAHVERDİ BAĞIROV HAQQINDA
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həmdə onun babasının (anası tərəfdən) adıdır.
O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi.Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi.Məmmədova hər yerdə fəxrlə deyirdi ki, “mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə “Qizil sünbül” kubokunda Ağdam – Cəbrayıl oynunda kapitan olmuşdur.
1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:
“İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi.”
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun Allahverdi Bağırov imza atıb.
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir.
1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik.
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə o 100 erməni məhv olunmuş və 10 düşmən əsir götürülmüşdür.
O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.
Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev:
“Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.”
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.
2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
“Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi.


Allahverdi Bağırovun məzarı.
1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlı kəndindən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu “ancaq sənədlərindən tanıya bildik.”
Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.
2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən:
” Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi…


Hamının gözlədiyi o gün yetişdi. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Allahverdi Bağırovun övladları onun məzarını ziyarət edə bilirlər. Yaxın gələcəkdə bizi daha möhtəşəm qələbələr gözləyir. Biz buna əminik!

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru