Etiket arxivi: Nəriman Nərimanovun yeganə oğlu baş leytenant Nəcəf Nərimanov

Nəriman Nərimanovun yeganə övladı – oğlu

Baş leytenant Nəcəf Nərimanov

Nəriman Nərimanovun yeganə övladı – oğlu Nəcəf Nərimanov Böyük Vətən Müharibəsində həlak olduqdan sonra tank korpusunun komandiri, general-leytenant K.Sviridovun anası Gülsüm xanıma yazdığı məktubdan sətirlər: “Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik – almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən- kəndə, şəhərdən – şəhərə qovduq… Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı… İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün öz həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”.
Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf Nərimanov cəbhədəki xidmətlərindən yazarkən ona “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunması xəbərini artıq vermişdi. “Əziz ana! Sən yazırsan ki darıxmısan. Ancaq nə edə bilərik. Mən ki axı cəbhədəyəm. Yazmısan xəstələnmisən. Nədən? Məndən narahat olma, öz sağlamlığın haqqında düşün. Bu yaxınlarda mənə məlumat göndəriblər. “İgidliyə görə” medalı ilə təltif olunmağım barədə, hətta, həmçinin “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə də. Mən orada 4 ay oldum, yadındadır sən mənə bağlama göndərmişdin—mən onu qışda, almanlar bizi düz Volqaya qədər qovan vaxtlarda almışdım. Ancaq sonradan, sənə yaxşı məlumdur ki, biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm…”
Nəcəf Nərimanov 1943-cü ildə, 23 yaşında həlak olmuş, atası kimi o da vətəndən uzaqda – Volnovaxada dəfn olunmuşdur.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nəriman Nərimanovun yeganə oğlu baş leytenant Nəcəf Nərimanov

Stalinqrad döyüşlərində fərqlənən azərbaycanlılardan biri də Nəriman Nərimanovun yeganə oğlu baş leytenant Nəcəf Nərimanovdur (rütbəyə diqqət).

Nəcəf Nərimanov Stalinqrad döyüşlərində göstərdiyi qəhrəmanlığa görə, “Birinci dərəcəli Vətən Müharibəsi” ordeni və “Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdu.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I