Etiket arxivi: Nigar Səttarzadə

Ədəbiyyat xalqın şüurudur

Ədəbiyyat xalqın şüurudur

Ədəbiyyatımız milli ruhu və milli düşüncəni amal etməli, millətə aid məsələləri kiçik də olsa insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir.
Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir.
Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.

26 sentyabr 2026 cı il tarixində Naxçıvan Muxtar Respublikası M.S.Ordubadi adına kitabxanada ədəbiyyatın ,sözün işığına toplaşanlar şahid oldular ki, cəmiyyətın tərəqqi etməsi hər şeydən əvvəl dil və ədəbiyyatın tərəqqisi ilə bağlıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist “Kitablar Birliyinin ” rəhbəri Esmira Abdullayeva və yazıçı-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Qadınlar ” -ədəbi qrupunun birgə layihəsi çərçivəsində “Söz sərhəd tanımır” adlı ədəbi tədbir həyata keçirildi.”
Bu tədbir sadəcə ədəbiyyatın, söz adamlarının görüşü deyildi.
Bu tədbir iki şəhərin, iki ədəbi mühitin, iki Qadın Birliyinin dostluğa, yoldaşığa atdıqları uğurlu addım idi.

Tədbirdə Kitablar birliyinin üzvlərindən Nigar Səttarzadə, Mehriban Məmmədova, Sevil Ülvi, Rəna Cəbrayılova, Elmira Kərəmova və digər üzvlər söz alaraq çıxış etdilər.
Sonra Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar tədbir iştirakçılarını salamlayaraq, Naxçıvanda yazıb-yaradan ədəbiyyat, söz adamları haqqında məlumat verdi.
O öz çıxışında həmçinin gənc şair və yazıçılara dəstək olaraq, onların daima yanında olduğunu bildirdi.
Tədbirdə şair-publisist Sevinc Azadlı, Naxçıvan ədəbi mühitinin dəyərli nümayəndələri, şair-qəzəlxan İman Naminin rəhbərliyi ilə fəaliyyət göstərən “Sehirli misralar” ədəbi qrupunun bəy yazarları da şeir ovqatları ilə tədbir iştirakçılarını salamladılar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən M.S.Ordubadi adına N.M.R kitabxanası qapılarını söz aşiqlərinin üzünə açmışdı.

Tədbirdə Naxçıvanın digər ziyalı, gənc yazıçı və şairləri də söz aldılar.
Ən böyük qürurumuz isə torpaqlarımız uğrunda şəhid igidlərimizin yaxınlarının tədbirdə iştirakı idi.
Tədbirdən sonra torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs məzarlarını ziyarət etdik. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhları qarşısında ehtiramla baş əydik, dualar oxuduq. Qardaş Türkiyə Cümhuriyyətinin şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdik.

Bu görüşdə “Kitabçılar Birliyi” və “Zərif Qadınlar”- ədəbi qrupu kitablar vasitəsilə insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpünün təməl daşını atdılar.
Arzu edirik ki, bizi bir araya gətirən bu mənəvi körpünün sütunları dərin və bərk olsun!

Yaşasın sərhəd tanımayan Söz!
Yaşasın Qadın birliyi!

Məlumatı hazırladı: Bahar Bəxtiyarqızı

Bahar Bəxtiyarqıznın yazıları

Gövhər Cəfərin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nigar Səttarzadə təltif olunub – Təbrik!

Tanınmış yazıçı Nigar Səttarzadə “Fəxri yazar” mükafatı ilə təltif olunub.

Mukafatı bu gün – imza günündə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib:

YAZARLAR olaraq  Nigar Səttarzadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Əsərimi yazıram” layihəsi uğurla davam edir – fotolar

Tanınmış yazıçı Nigar Səttarzadənin “Əsərimi yazıram” layihəsi uğurla davam etdir. “Əsərimi yazıram” layihəsi çərçivəsində gənc yazıçılar Bahar Bəxtiyarqızının və Mehriban Məmmədovanın yeni kitabıları işıq üzü görüb. Təşəkkürlər, Nigar Səttarzadə! Uğurlarınız bol olsun! Fotolar (05.10.2025, Bakı şəhəri, Bakı Ekspo Mərkəzi (ing. Baku Expo Center)):

Tanınmış yazıçı Nigar Səttarzadə layihənin uğurlu icrası və bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə “Fəxri yazar” mükafatı ilə təltif olunub.

Mukafatı bu gün – imza günündə “Yazarlar” jurnalının baş redaktoru ZAUR USTAC şəxsən özü təqdim edib:

YAZARLAR olaraq başda Nigar xanım olmaqla bütün yaradıcı heyəti təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Axıdılmış qanın izi ilə” romanı haqqında – Əli Rzazadənin qeydləri

Etiraf edək ki, çağdaş ədəbiyyat nümayəndələrimizin çox az qismi milli məfkurə tariximizə istinad edirlər. Mənə elə gəlir ki, çox da uzaq olmayan keçmişimizdə baş verən və əksəriyyətimizin şahidi olduğumuz hadisələri əks etdirən ədəbiyyat nümunələri çox azdır. Təkcə romançılıqda yox, hekayəçilikdə də, poeziyada da, dramaturgiyada da. Fikrimi təsdiqləyərsiniz ki, misal üçün 1990-cı il 20 yanvar hadisəsi ilə bağlı filmlər çəkilib, ssenarilər yazılıb, şeirlər qələmə alınıb, mahnılar bəstələnib, lakin bu  faciənin mövzusu bədii ədəbiyyatda kifayət qədər yer almayıb. Ola bilsin filmin gücünü, onun tamaşaçı auditoriyasının daha geniş olmasını nəzərə alaraq, bədii ədəbiyyatdan çox filmə üstünlük verilib.

Lakin unutmaq olmaz ki, ədəbiyyatın təsiri fərqlidir. Ədəbiyyat  xalıqn milli yaddaşıdır.  Düşünürəm ki, ədəbiyyatçıların 20 yanvar hadisəsi,  ümumiyyətlə, oxşar faciələrimizə mütəmadi müraciət etmələri vacibdir və bu, milli kimliyimizi qoruyub saxlamaq istiqamətində hər birimizin müqəddəs borcudur. 

Sevindirici haldır ki, yeni nəsil ədəbiyat nümayəndələri, gənc yazarlar arasında  qeyd etdiyim mövzuya laqeyid münasibət sərgiləməyənlər də var. Gənc yazar Nigar Səttar-zadənin qələmə aldırğı “Axıdılmış qanın izi ilə” romanı məhz 20 yanvar faciəsindən bəhs edir. Baxmayaraq ki, Nigarın yaşı, ona  hadisələrin canlı şahidi olmasına imkan vermir, lakin onun araşdırması, şahid ifadələrini diqqətlə tədqiq etməsi, hadisə şahidləri ilə bir başa ünsiyyəti, faciənin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu bir əsərin yaranmasına gətirib çıxardıb.

Nigar Səttarzadə qələmi ilə bu günlə tarix arasında hakim kəsilmiş sərhədləri kənara itələməyi bacarır, qloballaşan dünyanın axıtdığı güclü selə qoşulub gedən müasir insanı seldən ayıraraq, arabir geriyə,  Vətən tarixinə nəzər salmağa vadar edir. 

Nigar Səttarzadənin özünə məxsus yazı üslubu var. Onun romanını oxuyanda, oxucuya elə gəlir ki, əlindəki kitabı oxumur, dinləyir. Müəllif oxucu ilə oxucunun gündəlik istifadə etdiyi ifadələrlə danışır. O, danışarkən bəzən həyəcanlanır, hadisənin dəhşətlərini kövrələrək ifadə edir, bəzən də oxucuya qorxmamağı aşılayır, ona təsəlli verir, hətta oxucunun qulağına  pıçıldayır.  

Əsərdə diqqətimi çəkən digər bir məqam isə müəllifin döyüş silahlarının təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumatların mükəmməl şəkildə təqdim olunmasıdır. 20 yanvar faciəsində qətlama səbəb olan rus-sovet qoşununun istifadə etdiyi silahları, onların texniki xüsusiyyətlərini oxucuya aydın şəkildə təqdim etmək üçün müəllifin ciddi araşdıma apardığı açıq aşkar hiss olnur.   

Mənə elə gəlir ki, Nigar Səttarzadənin qələmə aldığı “Axıdılmış qanın izi ilə” romanı müasir Azərbaycan romançılığında  son  dövrdə yaranan tarixi romanlar içərisində ən yaddaqalan ədəbi hadisəsi hesab edilməlidir.

Müəllifə uğurlar diləyir, yeni-yeni ədəbi nümunələr ərsəyə gətirməsini arzulayıram.

www.Leqal.Az

Müəllif: Əli Rzazadə