Etiket arxivi: SEVİNDİK NƏSİBOĞLU

NƏRİMAN HƏSƏNZADƏ 95

NƏRİMAN HƏSƏNZADƏ 95
Bu gün Azərbaycanın xalq şairi NƏRİMAN HƏSƏNZADƏNİN yubiley doğum günüdür!
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub.
HÖRMƏTLİ XALQ ŞAİRİMİZ NƏRİMAN HƏSINZADƏNİ GÖRDÜYÜM ÜÇÜN, ONUN DƏYƏRLİ MƏSLƏHƏTLƏRİNİ EŞİTDİYİM ÜÇÜN ÇOX SEVİNİRƏM.HƏMİŞƏ NƏRİMAN HƏSƏNZADƏNİN AD GÜNÜNÜ ONU ŞƏXSƏN TANIMADAN TƏBRİK EDİRDİM.GÖRÜŞƏNDƏ ÖZÜNƏ BU HAQDA MƏLUMAT VERDİM VƏ DEDİM Kİ, ARTIQ SİZİ ŞƏXSƏN TANIYARAQDAN AD GÜNLƏRİNİZİ TƏBRİK EDƏCƏYƏM.
XALQIMIZIN CANLI ƏFSANƏSİ NƏRİMAN HƏSƏNZADƏNİ YUBİLEY DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR VƏ CAN SAĞLIĞI ARZU EDİRƏM!

SEVİNDİK NƏSİBOĞLU,
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

EYVAZ HÜSEYNOVUN doğum günüdür

Bu gün Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü, Vətənpərvər, çox hörmətli EYVAZ HÜSEYNOVUN doğum günüdür.
O, 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Eyvaz müəllimdən yaradıcılığıma və özümə qarşı daima yüksək hörmət və diqqət görmüşəm. 07.12.2022-ci ildə “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma Xocavənd rayonunda yüksək səviyyədə təqdimatın keçirilməsi buna ən yaxşı misaldır. Həmçinin müvafiq sərəncamlarına əsasən 2 dəfə Xocavənd Rayon İcra Hakimiyyətinin FƏXRİ FƏRMANINA layiq görülmüşəm.
Hörmətli Eyvaz müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzu edirəm.
7 dekabr 2022-ci ildə Xocavənd rayonunda Eyvaz müəllimin şəxsi təşəbbüsü ilə keçirilmiş “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimat mərasiminə həsr etdiyim “ANA VƏTƏNİMDƏ UNUDULMAZ BİR GÜN” adlı məqaləmdən bir parçanı əziz oxucularımın diqqətinə çatdırıram:
“Çıxışımı bitirdikdən bir neçə dəqiqə sonra tədbirin rəsmi hissəsini sona çatdırmaq üçün söz tədbirin birinci dərəcəli təşkilatçısı, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Eyvaz müəllim Hüseynova verildi. Cənab başçımız ilk olaraq hər kəsi salamladı, sonra Xocavənd Rayon İcra Hakimiyyəti rəhbərliyinin Vətən müharibəsindən sonra gördüyü və görəcəyi işlər, proyektlər, layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. O, bildirdi ki, Xocavənd rayon rəhbərliyi Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək, yad etmək, yaddaşlarda saxlamaq üçün öz səyini heç bir zaman əsirgəməyib və əsirgəməyəcəkdir. Şəhərciyin bir neçə yerində Xocavənddən olan və Xocavənddə Şəhidliyə ucalan qəhrəmanların xatirəsinə həsr olunan abidələr buna misaldır. İştirakçıların bir az əvvəl izlədikləri Xocavənddə Şəhid olan qəhrəmanlar üçün hazırlanan video-rolikin hər anı, hər saniyəsi bilavasitə cənab başçının rəhbərliyinin, təşkilatçılığının, yuxusuz gecələri, gərgin əməyi, sona qədər əsirgənməyən səyi və təşəbbüsü nəticəsində hazırlanmışdır. Həmçinin cənab başçı 44 günlük şanlı Vətən müharibəmizdən sonra dəyişən geosiyasi maraqlardan, yerini tapan haqq-ədalətdən, bütün dünyaya məlum olan əsl reallıqlardan və həqiqətlərdən söhbət açdı. Ölkəmizə, dövlətimizə və millətimizə açıq-aşkar düşmənçilik siyasəti yeridən qərb ölkələri, o cümlədən Fransa və cənub qonşumuz İran haqqında da fikirlərini, bu məkrə qarşı hansı tədbirləri almağımız haqqında tövsiyələrini bildirdi. Eyvaz müəllim qeyd etdi ki, mənfur düşmənin dərsini alıb geri otuzdurulmasına görə, qələbəmizə görə bizə qısqanclıqla düşmən fikirlər bildirən qərb ölkələrinin bizim hədəflərimizlə, etdiklərimizlə və reallığımızla qəti razılaşması və nəhayət, 30 ildən sonra Qarabağımızın azad edilməsi – bütün bunlar Şəhidlərimizin, Qazilərimizin və cənab Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sayəsində həyata keçdi. Biz də öz növbəmizdə sona qədər çalışırıq ki, onların ruhlarını şad edək, xatirələrini əbədiləşdirək, əmanət olan ailələrinin yaşayışları ilə maraqlanaq və onlara əlimizdən gələn köməyi əsirgəməyək. Eyvaz müəllim çıxışında vurğuladı ki, hazırda təqdimatı keçirilən kitabın respublikamızda bir neçə mədəniyyət ocaqlarında, kitabxanalarda təqdimatı keçirilib. Növbəti təqdimatı isə bir qədər gec olsa da doğma el-obasında, yəni burada, bu məkanda keçirilir. Mən isə fikirləşdim ki, bu heç də gec deyil. Bir fikir var ki, tez olan yaxşı olmaya da bilər, əsas odur ki, gec olsun, güc olsun. Eyvaz müəllim mənim haqqımda hazırlanmış video-rolikdə olmayan bir çox məlumatları ― əlaçı olduğumu, pianoda ifa etdiyimi və sərbəst şəkildə ingilis dilində danışa bildiyimi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cənab başçımızın dəyərli vaxtını ayırmaqla mənim yaradıcılığımı, ümumilikdə, fəaliyyətimi bu qədər diqqətlə, dərindən izləməsi, sosial şəbəkələrdəki paylaşımlarıma diqqətlə nəzər yetirməsi, izləməsi məni təəccübləndirdi və çox sevindirdi. Hörmətli Eyvaz müəllim söhbəti valideynlərimə də yönəldərək onlara da təşəkkürünü bildirdi. Sonra yaradıcılıq, həyat fəaliyyətimdə olan nailiyyətlərimə görə mənə təşəkkürünü bildirərək, gələcək həyatımda və yaradıcılığımda uğurlar arzulayaraq çıxışını bitirdi və tədbirin rəsmi hissəsi bununla da yekunlaşdı. Tədbir iştirakçıları ilə bərabər mən də gözəl, ətraflı, səmimi çıxışa görə Eyvaz müəllimi dayanmadan sürəkli alqışlarla alqışladım”.

SEVİNDİK NƏSİBOĞLU,
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SEVİNDİK NƏSİBOĞLU YAZIR

SÖZARDI
(Dirçələn Xarıbülbül adlı kitabıma sözardı)

Tarix elminin həvəskarı kimi hər zaman öncə vətənimin, sonra isə digər dünya ölkələrinin tarixini, müəyyən dövr ərzində baş vermiş önəmli hadisələrini oxumağa, öyrənməyə çalışmışam. Xüsusilə də yaşıdlarım kimi tək çətinliyimin mənə verilən ev tapşırıqlarını çatdırmaq olduğu bir vaxtda tariximizin qürur dolu səhifələrini vərəqləyərkən özümü o səhifələrdə yazılanların bir hissəsi kimi hiss etməyə çalışardım. Azərbaycana vaxtilə fəxarət dolu bir irs, bir tarix qoyub getmiş ulu babalarımızın şəkillərinə baxıb onların həyat yolunu öyrəndikcə özümü onların yerinə qoyardım. Eldənizlər, Baharlılar, Bayandurlular, Səfəvilər dövrünü öyrəndikcə o dövrdə yaşayıb o tarixə şahidlik etmiş insanlara istər-istəməz qibtə edərdim. Əzəldən bizim olsa da çata bilmədiyimiz, illərlə xəyalı ilə yaşadığımız torpaqlardan dəfələrlə çox ərazi üzərində hökmran olub o torpaqları bir əlində qılınc, digərində qələmlə idarə edən o ulu babalarımızın yerində olmağı çox istərdim. Nələri yaşaya biləcəyim halda yaşaya bilmədiyim, hətta həsrət, intizar, qaçqınlıq əzabı ilə, qan yaddaşı ilə dolu dövrana düşdüyüm üçün çox fikir edir, çox kədərlənirdim. Ancaq “Heç olmasa, işğal olunan 20 faizdən çox torpağımızın bizə qayıtdığı, ərazi bütövlüyümüzün bərpa olunduğu o günlərə qayıda biləcəyikmi?” sualını özümdən soruşub cavabsız qoyduğum bir gün də yox idi.
O suala minlərlə qəhrəman vətən oğlunun kişi qeyrətli bacılarının dəstəyi ilə cavab verdiyi gün təqvimlər 27 sentyabr 2020-ci ili göstərirdi. O vaxt mənim 12 yaşım, 2 ay idi ki, tamam olmuşdu. Amma yaşı göstərən bu ədəd mənim üçün o vaxt heç nəyi ifadə etmirdi. Düzünü desəm, indi də nə isə ifadə etmir. O vaxtdan bəri hamı kimi məni də maraqlandıran əsas məsələ torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzə qovuşmağımız idi. Ona görə də hansı yaşda, hansı yerdə, hansı vəziyyətdə olmağımın mənə görə heç nə ifadə etmədiyi o günlərdə mənim üçün əsas olan o zəfərli günlərin sonsuz sevincini yaşamaq və xüsusilə də o günləri özümdən bir iz qoyaraq yaşayıb sona yetirmək idi.
İndi düşünür, gah inanır, gah da inana bilmirəm ki, o günlərin üzərindən 5 ildən çox zaman keçib. 5 il çox insana az gələ bilər, ancaq bu, bir insanın başına yaxşı, ya pis – hər şeyin gəlməsi üçün çox uzun müddətdir. Hər gələn xatirə köhnəsinin mənasını azaltmağa, onu unutdurmağa çalışır. Ancaq mən üstündən 50 il keçsə də müharibənin ilk günü dayanmadan, dincəlmədən bu son dərəcə aktual mövzu ilə bağlı yazdığım ilk 4 şeiri də, o 4 şeiri yazarkən sərf etdiyim uşaqlıq enerjisini və sətirlərə möhürlədiyim böyük sevinci də – bunların heç birini unuda bilmərəm. Ömrümdən keçən hər gün, hər saat, hər dəqiqənin, saatlarla ekran qarşısında ağac kimi dayanıb gözləyərək həyəcanla aldığım hər xəbərin təzə şeir və məqalələr yazmaq üçün mənə verdiyi əvəzsiz ilham və həvəsi də unuda bilmərəm. Azad olunan hər kəndimizin, qəsəbəmizin, şəhərimizin xəbərini eşidəndə sevincimdən bir yerdə qərar tuta bilmədiyim o xoş dəqiqələri unuda bilmərəm. Bununla birlikdə şəhərimizdən, qəsəbəmizdən, kəndimizdən cəbhəyə yollanan cavanların qəhrəmancasına Şəhidlik zirvəsinə yüksələrək, üçrəngli bayrağımıza bükülərək qayıtdıqlarını eşidib kədərləndiyim vaxtları da unuda bilmərəm. Gecə-gündüz odun, alovun, mühasirələrin içində qalan yaxınlarımızdan xəbər aldığımız vaxtları da unuda bilmərəm. Dəfələrlə əvvəl Tərtərə, Gəncəyə, Bərdəyə, Ağcabədiyə və digər bölgələrimizə, sonra isə hamımızın ürəyinin düz ortasına atılan, səsi qulağımızdan, acısı qəlbimizdən hələ də getməyən o raketləri, onların aldığı neçə-neçə canları unuda bilmərəm. Amma raketlərlə açılsa da Ali Baş Komandanımızın zəfər xəbərləri ilə bağlanan neçə-neçə günləri də unuda bilmərəm. Oktyabrın sonlarını noyabrın ilk günlərinə bağlayan o soyuq, amma vətən eşqi və qisas hissi ilə qızındığımız vaxtları, birdən-birə Qarabağın göz bəbəyi, alınmaz qalası olan Şuşamıza nəfəs qədər yaxın olduğumuz vaxtları, sonda isə Şuşamıza və Zəfərimizə çatdığımız, yuxuda, yoxsa gerçəklikdə olduğumuzu bilmədiyimiz o 8 Noyabr gününü unutsam, özümü unudar, bütün yaddaşımı itirmiş olaram. Bu sətirləri yazanda Vətən müharibəsinin son günü hər kəs kimi Bakı küçələrinə axışıb Zəfər sevincini qeyd etməyim yadıma gəlir. O vaxt hərbi forma ilə, hərbi formanın yaxasında, əllərində Azərbaycan-Türkiyə bayrağı ilə gördükləri bir oğlan uşağını, yəni bu sətirlərin müəllifini tanımasalar belə, dərin səmimiyyətlə, bir dost, qardaş, oğul kimi salamlayıb xoş sözlər söyləyən o cavan oğlanların, yaşlı adamların gözündəki böyük qürur və sevinc işartıları indi də bütün parlaqlığı ilə yadımdadır və həmin anlar indi də nə yadımdan, nə də gözümün qabağından getmir.
Bəli, Vətən müharibəsindən bu vaxta qədər 5 ildən çox vaxt keçdi. Bu 5 il çox xatirələr yaşamaq üçün uzun müddət idi ki, yaşadıq da. Ancaq elə hadisələr tariximizə, yaddaşımıza yazıldı ki, hərəsi özündə bir dastan saxlayır. Elə anlar xoş xatirələrə çevrildi ki, bu dəfə təzə gələn köhnəsini unutdurmur, əksinə, yaddaşımıza daha çox bərkidir. Azərbaycan xalqı eynən bizə tarix dərsində öyrədildiyi kimi şanlı, şərəfli dövrlərin tarixini təkrarladı. Düzdür, o vaxt üstündə gəzdiyimiz torpaqlar indikindən çox idi, ancaq fikrimcə, indi yaşadığımız sevinc o vaxtkından az ola bilməz. Xalqımız bir əlinə müasir qılınc olan silah, digərinə qələm alaraq bu günlərə gəldi.
Mən də bu günlərə qələm tutan tərəf olaraq gəlməyə çalışdım. Əlinə silah alıb bir güllə atmamış uşaq kimi gəlsəm də əvəzində o gülləni düşmənlərin düz ürəyinə vuran böyük qardaş-bacılarımın, vətən övladlarının həyatını, qəhrəmanlıq salnaməsini öz silahım olan qələmə almaqla… Yazdım, yazdım, yaza-yaza ürəyimdəki nifrəti düşmən üzərinə, sevinci, qüruru, məhəbbəti isə vətən övladlarına ünvanlamaqla ağ kağız üzərində qələmimlə iz salaraq hislərimi ifadə etdim, yaşımın üstünə yaş gətirdim, böyüdüm. Dastana dönən günlərin dastanından yaza-yaza böyüdüm… Bir gün anladım ki, 12 yaşında məktəbli yox, bir azdan 18 yaşına çatacaq tələbə olmuşam. Keçən illərə bir anlıq köks ötürüb düşündüm. İndi daha da dərindən anladım ki, əlimə alsam, daşımaqda çətinlik çəkməyəcəyim kiçicik ürəyim özündə dörd kitablıq söz saxlayırmış… Biri 700, o biriləri 140 və 300, digəri isə 600 səhifədən çox olan kitablıq söz… Və bu kitabların hamısının da mövzusu birdir: Azərbaycan xalqına 200 ildən sonra Cavanşir, Babək fəxarəti yaşadan zəfərin canı ilə, qanı ilə memarına çevrilən Şəhidlərimiz…
Bu yolda çox maneələrlə qarşılaşdım. Belə ki, Şanlı Vətən müharibəmizə və qəhrəman vətən övladlarının həyatı və döyüş yoluna, həmçinin işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı 708 səhifəlik kitabım ailəmizin şəxsi vəsaiti ilə 2021-ci ildə işıq üzü gördükdən sonra həmin vaxtdan dərhal materialını topladığım və qələmə aldığım bu kitabımı müəyyən subyektiv səbəblərdən ancaq indi Sizlərə təqdim etməli oldum. Kitabın son hissəsində gördüyünüz, Şəhidlərə həsr etdiyim, gecəmi-gündüzümü sərf edib qarşılığında mənəvi qazancdan başqa heç nə istəməyib heç nə də götürmədiyim, qəhrəmanlara olan borcun əvəzi kimi kompüter arxasında saatlarla gözümün nurunu əridib hazırladığım yüzlərlə “Vikipediya” səhifələri bir gün ərzində igidlərin yatdığı vətən torpağının üstündə gəzib doğma torpağımız, doğma xalqımızın düşməninə çevrilən bir ovuc satqın tərəfindən “Vikipediya”dan heç düşünmədən silindi. Yaxşı ki, mən o vaxt sonradan baş verəcəkləri görürmüş kimi hazırladığım “Vikipediya” səhifələrini fləşkarta köçürüb saxlamışdım. İndi də o səhifələr elektron ensiklopediyanın arxivində durmaqdadır. Nə olsun ki? Əsas odur ki, Allahın izni və bu kitabın vasitəsi ilə qəhrəmanlarımızın bir qisminin həyatı Sizlər tərəfindən oxunacaq, öyrəniləcək, tanınacaq və tanıdılacaq. Bu, mənə ən çox çətinə düşdüyüm vaxtlarda belə böyük sakitlik, rahatlıq verəcək. Lakin sərf etdiyim bu qədər illərin, zamanın sonunda bu sahədə gördüyüm işləri kiçik əmək hesab edir və düşünürəm ki, Şəhidlərimizin qəhrəmanlıqları ilə müqayisədə bu kiçik əmək böyük dəryada ən kiçik damcıdan da qat-qat kiçikdir. Şəhidlərimizin həyat yolunun işıqlandırılması ilə bağlı fəaliyyətim çox əziz Şəhid ailələri, hörmətli ziyalılarımız və Siz dəyərli oxucuların dəstəyi ilə bundan sonra da dayanmadan davam edəcəkdir.
Son olaraq onu demək istəyirəm ki, mən vaxtilə ulu babalarımıza nə qədər həsəd aparsam da düşünürəm ki, gələcək dövrün övladları bu günləri görmədikləri üçün heyfsilənməyəcəklər. Çünki onlara əvvəlkindən də gözəl, fəxr, sevinc və ilham dolu günlər nəsib olacaq! Çünki onlar bu kitabın qəhrəmanlarının davamçılarıdır. Eşq olsun canını vətən yolunda fəda etmiş qəhrəman vətən övladlarına!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

17.01.2026

SEVİNDİK NƏSİBOĞLU,
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur

Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilini Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür. 2023-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyim “Ulu Öndərin işığında” adlı kitabımın Yasamal rayon Heydər Əliyev Mərkəzində və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən təqdimatında iştirak etmiş və gözəl nitq söyləmişdir. Həmçinin məni İsa Muğanna mükafatı və 2023-cü ilin yekunlarına əsasən “İlin gənc şairi” nominasiyası üzrə İldırım Əkbəroğlu adına diplomla təltif etmişdir.
Zaur müəllim əsl ədəbiyyat fədaisidir! Ədəbiyyatımızın inkişafı yolunda yorulmadan fəaliyyət göstərir. Yazıçılarımızın, şairlərimizin həyat və fəaliyyətini işıqlandırır, onları unudulmağa qoymur.
Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edir və onunla fəxr edirəm!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SEVİNDİK NƏSİBOĞLU – PAYIZ SEVGİSİ

PAYIZ SEVGİSİ

Yenə gəldi soyuq payız,
Göylər yalqız, yerlər yalqız.
Heyif, əlim yetmir sənə,
Ürəyimin yetdiyi qız.

Yağış yağanda bir gecə,
Su çiləyir ürəyimə.
Həyat verir o, gör necə,
Ölüb-dirilən sevgimə.

Kədər sıxanda qəlbimi,
Duyğularım aşıb-daşır.
Yadıma salanda səni,
Ruhum birdən rahatlaşır.

Ayaqlarımın altında,
Səsi gəlir xəzəllərin.
Yalnız hər an qulağımda,
Eşidilir sənin səsin.

Keçdiyimiz o yerlərdən,
Hərdən ötüb keçəndə mən,
O günlər düşür yadıma,
Min bir söz keçir qəlbimdən.

O qədər uzaqsan ki, sən,
Yuxumdan da əl çəkmisən.
O qədər yaxınsan ki, sən,
Həyatıma çevrilmisən.

Taleyin istehzası var,
Bu gün varam, sabah yoxam.
Hər bir dərdin dəvası var,
Mənim isə yoxdur dəvam.

Qoy belə keçsin saatım,
Qoy belə keçsin illərim.
Necə keçsə də həyatım,
Mənim hələ var ümidim,
Bu sevgiyə var ümidim…
18.10.2025.

Müəllif: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İLHAM PƏRİSİ İLƏ GÖRÜŞ

İLHAM PƏRİSİ İLƏ GÖRÜŞ
(şeirsiz həyat)

İki aydır şeir yaza bilmirəm,
Təbim uzaqlaşıb, tanımır məni.
Vaxtmı əngəl olub buna, bilmirəm,
Sanki hər ötən gün sınayır məni.

Neçə kağız yazılmağı gözləyir,
Məlul-məlul baxır yazı masası.
Şeirsiz ürəyim ancaq qəm yeyir,
Axı sözdür hər anımın mənası!?

Düşünürəm bəzən mən öz-özümə,
Bəlkə, bir az dinclik istəyir ürək?
Axı şeir dinclikdir mənə görə!?
Şeirə dönməyən duyğu nə demək?

Nə mavi göy üzü cəlb edir məni,
Nə çöldən, çəməndən alıram ilham.
Qəsbkar duyğular qəsb edir məni,
Axı mən nə vaxtdan şeirə yadam?

Axı hələ qələm tutur əllərim,
Amma aram dəyib kağız-qələmlə.
Niyə yazmağa yanaşmır ürəyim?
Keçir günlərim fərəhsiz, ələmlə.

Qəlbimin böhranını son günlərdə,
Özümə ən böyük dərd hesab etdim.
Bürkülü keçən bir yay gecəsində,
Bir söz həsrətiylə yuxuya getdim.

Bir anda elə bil bulaq qaynadı,
Axdı ordan şeirlər sətir-sətir.
Yazacağım şeirlərim dil açdı:
“Eşit, gör ilham pərisi nə deyir?”

“Ey sözün quluna çevrilən insan!”
İlham pərisi başladı sözünə:
“Sən ki olmamısan şeirə nadan,
Niyə əziyyət verirsən özünə?

Şeir şəkər deyil, gəzmir ağızda,
Şeir əlçatmazdır, dürrdür, incidir.
O, şairi qovurur öz nazında,
Bir sətir üçün nə qədər incidir.

İttifaqdır şeirlə şair təbi,
O, sınayır dəfələrlə şairi.
Gərək sakit olsun şair əsəbi,
Yazanda bir-iki sətir şeiri.

Şeir yazmaq asan gəlməsin sənə,
Bu yolla yerisən, çək əzabını.
Onda dəyərli olar şeirin də,
Bir düşün, götür özün hesabını.

Şair təbi nadir qaynayan bulaq,
Şeir alın təri, şeir əməkdir.
Bircə sətir cızma-qara da olsa,
Onu yazmaq üçün səbir gərəkdir.

Odur ki, heç nədən narahat olma,
Həsrətə dözməyi öyrənməlisən.
Şeir özü gələcəkdir yanına,
Sən onu gözləməyi bilməlisən.

Bu sözüm hamının ünvanınadır,
Heç kəs narahat olmasın heç nədən.
Dünya əbədi yox, fani dünyadır,
Heç nə önəmli deyil öz ömründən.

Sən ki sazsız-sözsüz almırsan nəfəs,
Şeir sənə hər an nəfəs verəcək.
Şair, səndə olan şeirə həvəs,
Səni son anda da tərk etməyəcək”.
23.08.2025 (saat 20:00).

Müəllif: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN MEHRİBAN XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini MEHRİBAN XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR.
HÖRMƏTLİ MEHRİBAN XANIMIN VƏTƏNİMİZ VƏ XALQIMIZ ÜÇÜN ƏVƏZSİZ XİDMƏTLƏRİ VARDIR.XALQIMIZ ONUNLA FƏXR EDİR!
MƏN MEHRİBAN XANIMI DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.ONA MÖHKƏM CAN SAĞLIĞI,ƏZİZLƏRİ VƏ VƏTƏNİ İLƏ BİRLİKDƏ XOŞBƏXT HƏYAT ARZU EDİRƏM.
“Ulu Naxçıvanım” (2020) adlı kitabımda yer almış “NAXÇIVANLILAR ÖNDƏRİN YOLUNDADIR!” adlı 13 səhifəlik yazımda hörmətli Mehriban xanımdan da bəhs etmişəm. (səh-69-81)Həmin məqaləmdən bir parçanı nəzərinizə çatdırıram:
“Bilirəm ki, bu kitabda qeyd edilən gözəlliyin, firavanlığın yaradılmasında Prezidentimizlə çiyin-çiyinə Azərbaycanımızı qurub-yaradan, hər zaman Prezidentimizə dəstək olmuş, gözəl ana, gözəl nənə, dünya miqyasında öz xeyirxahlığı ilə tanınmış, Azərbaycan Anasının simvolu, Heydər Əliyev Fondunun rəhbəri, Xoşməramlı səfir Mehriban xanımın da böyük rolu olmuşdur. Tarixən belə olmuşdur ki, qurucu, yaradıcı qəhrəmanlarımızın xanımları həmişə onların yanında olmuşdur, olur və olacaqdır. Mehriban xanım bizim xalqımızın fəxridir!”

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Azərbaycanın xalq şairi Fikrət Qocanın anadan olduğu günüdür

FİKRƏT QOCA 90
Bu gün Azərbaycanın xalq şairi Fikrət Qocanın doğum günüdür.
Fikrət Qoca 1935-ci il avqust ayının 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilmişdir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi.1998-ci ildən AYB-nin birinci katibi seçilmişdir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etmişdir. Onun bir sıra nəsr əsərləri də vardır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, — qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa tərcümələri vardır.Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995).
5 may 2021-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin. Amin.

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin doğum günüdür

Bu gün əmim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin doğum günüdür.
Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır.
“Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı: həyatı və mühiti”, “Mütərcim Cəfər Cabbarlı” ,” “Cümhuriyyət məfkurəsi”, “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” və s. kitabların müəllifidir.
Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.
Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta o, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.
Asif Rüstəmli mənim fəaliyyətimi və yaradıcılığmı sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan, mühitə dəyər verən müdrik bir alimdir. Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm. Həmin gün uçmağa qanadım olmur. Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı”, Şəhid Sahil Məmmədova həsr etdiyim “Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm.Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.
Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Ona can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm!
XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustacın doğum günüdür! – Yubiley

ZAUR USTAC-50
Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın yubiley doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilini Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür. 2023-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyim “Ulu Öndərin işığında” adlı kitabımın Yasamal rayon Heydər Əliyev Mərkəzində və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən təqdimatında iştirak etmiş və gözəl nitq söyləmişdir. Həmçinin məni İsa Muğanna mükafatı və 2023-cü ilin yekunlarına əsasən “İlin gənc şairi” nominasiyası üzrə İldırım Əkbəroğlu adına diplomla təltif etmişdir.
Zaur müəllim əsl ədəbiyyat fədaisidir! Ədəbiyyatımızın inkişafı yolunda yorulmadan fəaliyyət göstərir. Yazıçılarımızın, şairlərimizin həyat və fəaliyyətini işıqlandırır, onları unudulmağa qoymur.
Hörmətli Zaur müəllimi 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edir və onunla fəxr edirəm!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru