BUNLARI BİLMƏK MARAQLIDIR

Abbas ƏLİZADƏ – tarixçi.

SİRLƏRİN TARİXİ – Abbas ƏLİZADƏNİN LAYİHƏSİ

Salam, hörmətli oxucular, sizlərə bu dəfə açıqlamaq  istədiyim məqam “Peel düzəlişi” haqqında olacaq. İnanıram bu da sizlere maraqlı olacaq. Bəlkə də bu haqda Tarixçilərin, İqtisadçıların məlumatı var. Olmasa da siz dəyərli oxucularım və onlar üçün bir qatqım, xeyrim olar. Gəlin tarixin bu sirli prosesini məqamını birlikdə oyrənək…
                        “Peel Düzəlişi”
Tarixə keçən bu dəyişiklik çox önəmli nəticələrə səbəb oldu.
1>Bu dəyişiklik Gümüşü-İngiltərə və dünyada pul qarşılığı olmaqdan çıxartmışdır.
2>Bank of England İngilis imperiyasında pul çapetmə inhisarını ələ keçirdi.
3>100% qızıl qarşılığı pul çapını məcburi hala gətirdi.
4>Bank of England İngiltərə imperiyasının dəyişdirmə mərkəzi halına gəlmişdir. İngilis Poundunu Dünya pulu halına daşımışdır.
5>Banka İngilis imperatorluğu və bir anlamda qiymətləri və əmək haqları səlahiyyəti verilmişdir.

Müəllif: Abbas ƏLİZADƏ

ABBAS ƏLİZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÜLVİ AYDIN – AY BÜLBÜL

Ülvi AYDIN – şair.

YANDIRANDA
Ürəyim döyünür əllərin əsir,
Hicran qovhaqovda vüsal tələsir,
Həyacan tıxanır lap nəfəs kəsir,
Deyə bilmədiyin söz yandıranda!
* * *
Gözündə qığılcım alışır sönür,
Gündüzün bir anda zülmətə dönür,
Solur yarpaq kimi alışan könül,
Həsrətdən içini köz yandıranda!
* * *
Gözlər gah ağlayır gahda ki gülür,
Həsrət göz yaşını əllərin silir,
Nələr çəkdiyini tək ürək bilir,
Çəkə bilmədiyin naz yandıranda!
* * *
Çox zaman fələyin gərdişi sərtdir,
Sevən bir ürəyə sağalmaz dərddir,
Ülvinin çəkdiyi lap müsübətdir,
Sevib almadığı qız yandıranda.!

LAYLA DE MƏNƏ
İzin ver başımı dizinə qoyum,
Layla de, əzizim,layla de mənə.
Təki hər günümüz beləcə keçsin,
Layla de, əzizim, layla de mənə,
* * *
Baxdıqca ay kimi hüsnü-camala,
Dalım gözlərində şirin xəyala.
Şirin vüsalından sal haldan-hala,
Layla de, əzizim, layla de mənə.
* * *
Sığal çək saçıma könlüm açılsın,
Günəştək şəfəqi elə saçılsın,
Aradan həsrətin səddi uçulsun,
Layla de, əzizim, layla de mənə.
* * *
Sən ol dərdlərimin çarə həkimi,
Götür üstümüzdən hicran yükünü,
Sən Allah,bacarsan lap anam kimi,
Layla de, əzizim, layla de mənə.

YAS TUTUR…

İçimdə ağladım gülə bilmədim,
Dərdimi heçkimlə bölə bilmədim,
O gəlin köçəndə niyə olmədim?!
Onsuz bu həyatda yaşayım necə?!
* * *
Ən saf duyğularım çırpıldı daşa,
Hisslərim mənimlə durdu savaşa,
Çırpılıb,çevrildim qəfəsdə quşa,
Onsuz bu həyatda yaşayım necə?!
* * *
Tavana dikilir gözüm hər gecə,
Yas tutur qəlbimdə ölən sevincə,
Gözümün yaşını silib gizlicə.
Onsuz bu həyatda yaşayım necə?!

TÖVBƏ…

Zər-ziba geyinə bu yerin üzü,
Tövbə, bu dünyaya bir də gəlmərəm.
Şah olacam,taxta sahib olacam,
Tövbə, bu dünyaya bir də gəlmərəm.
* * *
Çirkinlər gözümdə dönə göyçəyə,
Tutula hər günüm gülə,çiçəyə,
Yalanlar bir anda dönə gerçəyə,
Tövbə, bu dünyaya bir də gəlmərəm.
* * *
İnsanlar can deyə can da eşidə,
Barmaqlar bir ola, hətta beşi də.
Dil açıb danışa dağı, daşı da,
Tövbə, bu dünyaya bir də gəlmərəm!

DAĞLARA-DAĞLARA

Səhər-səhər yenə düşdü,
İzim dağlara-dağlara.
Coşdu təbim axıb getdi,
Sözüm dağlara-dağlara.
* * *
Zirvəsinə enmişdi Ay,
Sinəsinə duman lay-lay.
Heç bir yerdə tapılmaz tay,
Bizim dağlara-dağlara.
* * *
Gül çiçəkdi sağım,solum,
Xatirədir hər bir kolum,
Vüqarına qurban olum,
Özüm dağlara-dağlara.

SƏNDƏN NİGARANAM

Səndən nigaranam yenə bu axşam,
Səsin eşidilmir,sorağın gəlmir.
Həsrətdən ürəyim olubdu şan-şan,
Eynim açılmayır,gözlərim gülmür.
* * *
Çəkdirib bu qədər mənə intizar,
Çarəsiz canımdan eyləmə bezar.
Gəl bahar ömrümə yağdırma sən qar,
Hələ bu xəbəri çoxları bilmir.
* * *
Qurumaz gözündən süzülən yaşı,
Anlamaz Ülvini,duymaz bir naşı.
Ölməz ümidləri, bitməz savaşı,
Dərdini tək çəkir heç kimlə bölmür.

AY BÜLBÜL

Nədir yenə oxuyursan,
Qəmli-qəmli,sən ay bülbül.
Oxuduqca ələyirsən,
Saçlarıma dən ay bülbül!
* * *
Sinəmi oxlayıb keçdin,
Öz yuvandan niyə köçdün?
De nədən qürbəti seçdin?
Yolun tutar çən, ay bülbül!
* * *
Sevənlər murada çatdı,
Mənim”qaraçuxam”yatdı.
Sənsiz bu zülmət həyatdı,
Gəzmə məndən gen, ay bülbül!
* * *
Ülvi çəkər sənsiz zülüm,
Qan-yaş tökər zülüm-zülüm.
Duya-duya səni-ölüm,
Dərdin mənlə tən, ay bülbül!

Müəllif: Ülvi AYDIN (Qarayev Ülvi Əzizağa oğlu)

ÜLVİ AYDININ YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDUL – İTKİN

Fəridə ABDUL – şair, yazar, filoloq

İTKİN
Yuxusuzam hər gecə
Qələm, vərəq əlimdə
Saatlarla baxıram.
Açıb töksəm içimdən
Sağlam yer də tapmaram.
Yaram eşqimnən dərin,
Keçmir bütün gecəni
Dinləyirəm Sezəni .(Sezən-musiqiçi)
Ağla,ağla nə qədər?
İnsaf elə gəl bir az,
Nə dost olaq, nə düşmən
Bir fincan qəhvə içib,
Keçmişi xatırlayaq.
Gülüm bəzən gözünə,
Deyim yalan üzünə
Deyim ki unutmuşam,
Silmişəm,sovurmuşam
Sənlə baglı hərşeyi
İçimdə qurutmuşam.
Bir azcada sən danış
Ailəndən,evindən
Razısanmı de bilim
Mənə etdiklərindən?
Yalan demə bu dəfə
Səmimi ol,dürüstcə
De görüm bir bilim mən
Həyat belin əydimi?
Tapdığların həyatda
İtirdiyinə dəydimi?

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turunu elan etdi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (aztc.gov.az)

Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turunu elan etdi (aztc.gov.az) :
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turuna start verdi.
“DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsi
Müsabiqənin şərtləri
* Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:
nəsr əsərləri – 20.000 işarəyə qədər;
poeziya nümunələri – 100 misra;
* hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;
* bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur;
* əsərlər oktyabrın 1-dən, dekabrın 20-sinə qədər qəbul edilir;
* müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur.
Müsabiqənin gedişatı
* Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;
* əsərlərin dəyərləndirilməsi 5 – 10 bal sistemi üzrə həyata keçirilir;
* Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;
* qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur.
Müsabiqənin mükafat fondu
Nəsr üzrə
I yer – 2000 (iki min) manat
II yer ­ – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Poeziya üzrə
I yer – 2000 (iki min) manat
II yer ­ – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Əsərlərin göndərilmə qaydası
* əsərlər, müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsi ilə, yaxud kağız
formatında 5 nüsxədə təqdim edilməlidir;
* əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;
* müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.
Əlavə sənədlər
* şəxsiyyət vəsiqəsinin surəti;
* müsabiqə iştirakçısının əlaqə nömrəsi.
Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74
Email: musabiqe@aztc.gov.az
Telefon: (012) 595 10 69
Mob: (055) 988 89 30 (votsap)

İlkin mənbə: aztc.gov.az

Müəllif: Azərbaycan Dövlət Tərcümə Mərkəzi


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru