Azərbaycan ədəbiyyatının fədakar dostu, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, əzizimiz İmdat Avşarın ailəsinə ağır itki üz verib. Bu gün İmdat bəyin əzizi, Kırşəhir ülkü ocakları eski başqanlarından olan milli düşüncəli aydınlarımızdan Yavuz Akçı Haqq dünyasına qovuşub.
Bu münasibətlə Azərbaycandakı dostları: Pərvin Nurəliyeva, Xəyalə Zərrabqızı, Zərrab Əfəndiyev, Təranə Vahid, Elşən Cəfərov, Elçin İsgəndərzadə, İbrahim İlyaslı, Asif Rüstəmli, Azər Turan, Qulu Ağsəs, Emin Piri, Aqil Camal, Zaur Ustac, Şəhla Qəmbərova, Ceyran Cəfərli, Nilufər Abdulova, Şəfa Vəli, Aygün Yaşar, Sevinc Muğanna və başqaları çox hörmətli İmdat bəy Avşara və ailə üzvlərinə – mərhumun xanımı Meral xanım Akçıya, Ziya Avşara, Canan xanım Avşara, Bekir Avşara, Hakan Avşara əzizləri Yavuz Akçının vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun övladlarına, ailəsinə, doğmalarına, bütün yaxınlarına səbir diləyir, dərin hüznlə başsağlığı verirlər.
ŞUŞAYA QAPI AÇDIN (Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə.)
Zülmət boğan torpağa, Günəş kimi nur saçdın. Canını qurban verib, Şuşaya qapı açdın. * * * Baxmadın uzaq yoldu, Gəlib çıxdın köməyə. Zəfər qismətin oldu, Çatdın arzu, istəyə, * * * Müqəddəslik guşəsi, Elin şərəf-şanısan. Xalqın uca zirvəsi, Vətən Qəhrəmanısan. * * * Demişdin: Kəlbəcərə, Bayraq sancmaqdır əhdim! Yandıq acı xəbərə, Beş dil bilən şəhidim! * * * Tez savaşa atıldın, Torpaq seçməz hər oğlu. Naxçıvandan qatıldın, XTQ-nin nər oğlu. * * * Yapdın, qala, xanə sən, Adı əbədi igid. Nağılsan, əfsanəsən, Gəncliyə örnək şəhid. * * * Anar deyir, el-oba, Bu Vətənin fəxrisən. Adın döndü kitaba, “Yeni tarix” dərsisən.
DÖNDÜ (Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunur.) Necə yazmayasan bu xoş günlərdən?! Xalqımın qüruru özünə döndü. Qurtulduq o ağır, çətin illərdən, Millətin sevinci üzünə döndü. * * * Sərkərdəmiz əzdi düşmənin başın, Çıxdı azadlığa torpağım, daşım. Dəmir yumruq oldu hər vətəndaşım, Cənabın bir kəlmə sözünə döndü. * * * Haqq yolunun dözdülər hər anına, Vəlvələ saldılar düşmən canına. Vətən şəhidlərin axan qanına, Qazinin qaranlıq gözünə döndü. * * * Yağının xülyasın tamam çöndərdi, Torpaqdan rədd etdi, gora göndərdi. İgidlər dağları yola döndərdi, Dağlar Pənahəli izinə döndü. * * * Yüksək saxlayırıq hər an xidmətin, Qardaşın qardaşa böyük hörmətin. Naxçıvan, Zəngəzur atdı həsrətin, Yolumuz Laçın dəhlizinə döndü. * * * Azad etdi hər kəndi, hər şəhəri, Öz gücüylə heyran etdi bəşəri. Əldə silah Azərbaycan əsgəri, Doğma ocağına, közünə döndü. * * * Hər uğurda Öndərimiz dayandı, 44 günə Böyük Zəfər yarandı. Mehriban xanımla gəzib dolandı, Şükür, Paşam Cıdır düzünə döndü.
QARABAĞIN DƏRDİNİ GÖRDÜK ÖZ GÖZÜMÜZLƏ Bu torpaqdan anadan olmamış qovulmuşuq, Anamızın dərd dolu südüylə yoğrulmuşuq, Gəlib çatdı vədəmiz, gör necə oğulmuşuq. İz açdıq cığırlarda öz köhnə izimizlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Qarabağ Azərbaycan, söylədi Baş Komandan, Səsinə səs verdilər, keçdi igidlər candan, Qisas aldı Ordumuz murdaryan, rəzilyandan. Qaralan ocaqları yandırdıq közümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Hay verin Zəngilanın, Qubadlının hayına, Ağdərə, Xocalını axtarın, arayın ha, Xarı bülbül yolmasın, saçını darayın ha. Qucaqlaşıb ağladıq özümüz özümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Burda Cəbrayıl, Ağdam, burda Füzuli vardı, Kəlbəcərim üşüyür, yanır, tonqal da qardı, Daş üstdə daş qalmadı, Laçınımı apardı. Tərtərdən Xankəndinə yol aldıq dizimizlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Baxıb Şuşa qürurla ürəyində ağladı, Hələ də açıq qalmış, yarasını bağladı, Salam, Şuşa, azadsan!!! Gur səsimiz çağladı… Bilirdim, gələcəksiz, gülürdü üzümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Bir yumruqda birləşdi zəfər soraqlı ordum, Azadlığa qovuşdu Qarabağ, ana yurdum, Şəhidlik zirvəsində son məkanımı qurdum. Son qəmin olsun, Vətən, dedik öz sözümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. 8.12.2020.Zərdabi. Müəllif: Mövlud AĞAMMƏD