HACIQABUL ŞƏHİDLƏRİ YAD EDİLİB

Bu gün Hacıqabulda ümumrespublika anım tədbirləri çərçivəsində şəhidlər yad edilib. Birinci Qarabağ və Vətən Müharibəsində həlak olmuş döyüşçülərinin adlarının əbədiləşdirildiyi xatirə lövhəsinin açılışı olub. Xatirə kompleksini əhali öz vəsaiti hesabına yaradıb. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, el ağsaqqalları, qazilər, uşaqlar, gənclər və digər qonaqlar iştirak ediblər. Mədəniyyət kanalı çəkiliş aparıb. Fotolar:


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “HACIQABUL ŞƏHİDLƏRİ YAD EDİLİB”

  1. Hacıqabulun Xilə yaşayış massivinin sakinləri həmişə bir olmaqlıqları ilə üzdə olublar. Xatirə-kompleksin ərsəyə gəlməsində də bu birlik özünü göstərdi. Kompleks 4 aya, saat 22:00-yə qədər gərgin işləmək sayəsində ərsəyə gəlib. İşin gedişinə, əksər işlərdə olduğu kimi, hacı Ağamalı nəzarət edib.
    Xilə camaatının bir yumruq kimi birləşə bilmək cəhəti burda da özünü göstərib. Hər kəs imkanı daxilində maliyyə köməyi göstərib. Və nəhayətdə, bu tarixi yaddaş ərsəyə gəlib.
    Halal olsun bu birliyə.
    İndi bütün hacıqabulluların ziyarət ünvanı var.

  2. Saytın rəhbəri Zaur Ustaca da minnətdarlığımı bildirirəm ki, bu ucalığı anındaca izləyicilərə çatdırıb. Var olun. Allah qorusun bu müqəddəs mövqeyi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir