Səma Muğanna – Tanrının elçisi

SƏMA MUĞANNANIN YAZILARI

Tanrının elçisi

Yenə saatın əqrəblərini sayıram.Sayıram ki,bəlkə geri dönüb yaşaya bilmədiyim ən gözəl xatirələri o saat əqrəbinin hər dəqiqəsinə qeyd edim.Bəzən anlatdıqca elə hiss edirəm ki,bu qəribə duyğular məni izləyir.Bəzən onlarla söhbətləşirəm,hətta danışıb gülürəm.Çox qəribədir.

Bu gün yenə saatın əqrəbləri bir-birini izləyərkən mən  susmuşdum.Nədənsə,saat 00:00 olan kimi saatın əqrəbləri də dayandı.Tik-tak səsləri duyulmadı.Hiss etdim ki,duyğularım da məndən qaçır.O an səs eşitdim.Gözlərimi qapadıb həmin anı yaddaşımın ən dərin hissəsində təsvir etdim və səslə birgə addımladım.Bu suala mütləq cavab tapmalıydım. “Mən hara gedirəm? Bu səs nədir?” Bu sualın cavabını tapmaq üçün heç nə demədən yalnızca addımlayırdım.

 Yolların hər birində məktublar vardı.Bu qəribə və gizli olan məktubların heç birini açmadan qaçırdım,ancaq birdən gözləyib qarşıma son çıxan məktuba diqqətlə baxdım.Qorxu və həyəcanla gözlərimi açıb məktubu oxumağa başladım.Məktubda yazılan:

Gənc qızın göz bəbəklərindəki yollar o qədər dərindir ki,hansı yoldan qaçacağını belə itirir.Yoxsa siz bilmirdiniz ki,göz bəbəklərində minlərlə yol var? Göz bəbəklərində açılan,yaxud qapanan yollar yoxdur,sirrli qalan və şirin yalanlara məhkum edilən insanlar var.Bu yolların zamanla hesablanması da elə fizika,riyaziyyat kimi dərindir.

  Sizcə,bu gənc qız kim idi? Kim onu izləyirdi?

  -Tanrım,səsimi duy! Saatın əqrəbləri niyə bir-birini izləmir? Niyə mən buradayam?

   Sanki Tanrı birdən səsimi duydu və göy üzünün ən dərinliklərindən göründü.Simasında gizlənən kədər qarışıq təbəssümlə məni izləyirdi.Əllərini mənə uzadıb buludların arasına aldı.

-Əzizim Səma,sənə göndərilən məktub da özü bir fəlsəfədir.Bu fəlsəfənin baş rolunda iştirak edən sənsən.Ancaq unutma ki,baş rolda olsan belə sənin bu gün burada olmağına bir səbəb var.

-Səbəb nədir axı,Tanrım?

-Sənin ruhunda gizlənən ölü bir bədən var.Bu ölü bədən sənin bütün varlığına yayılıb və səni yaşamağa icazə vermir.Bu ölü bədənlə necə yaşamaq olarmı?

-O haradadır? Mən niyə görmürəm?

-Sən onu heç vaxt görə bilməyəcəksən,əzizim Səma.İndi isə səni bu məktubla baş-başa qoyuram.Bir azdan qibləgahın da gələcək…

  O an hiss etdim ki,sanki bütövlükdə ölü bədən ruhumdan qopub düşdü.O ölü bədən kim idi? Baba,hardasan? Bax,saat yenə 00:00 göstərir.Saatın əqrəbləri susub.Sən olmadan yenə bu saatın əqrəbləri susub,ovuclarımda gizlənən insanların sözləri boğulub küçələrə qaçmaq istəyir.Hardasan?

  “Hardasan?” sözünü dediyim an etibarilə qibləgahım göy üzünün evində peyda oldu.Əlində sazıyla ruhani havasının sədaları altında mənə gülümsədi.O an hiss etdim ki,Tanrının da dediyi kimi ölü bədən ruhumdan çıxmadı,qopub düşdü…Ovuclarımda gizlənən yalan,acı dolu sözlər addımlayıb getdi.Saat 00:00 keçmişdi.Yenə saatın əqrəbləri bir-birini izləyərək rəqs edirdi.Sanki qibləgahımın gəlişi kainatı yuxudan oyandırmışdı!

  Bu gün qibləgahımın doğum günüdür.Göylərdəki doğum günün mübarək,əziz babam! Qələmimin padşahı sən olmusan,bu gündən sonra da elə olacaq! Tanrının da dediyi kimi fəlsəfi düşüncələr beynimdə gizlənən fikirlərin qatara minib getməyini gözləyirdi.Sənin gəlişinlə birgə onlar qatara,mən isə dünyama geri döndüm.Ruhən yanımdasan ki,mən özümü güvəndə hiss edirəm.Ruhun şad olsun,Tanrının elçisi!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir