Ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Mənfur düşmən üzərində əldə olunmüş Qələbəyə imza atan, yeni tarix yazan Şəhid oğullar Müstəqil Azərbaycanın qorunmasınına öz töhfələrini verdilər. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.
15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş GünüAzərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ökədə vətəndaş həmrəyliyi, sabitliyi son dərəcə vacib idı:-Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ölkəmizin müstəqilliyi qorundu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməli qoyuldu.
Zəkalı insanın iradəsi parlaq və güclü olur. Özünü dərk etməyən xalq güclü dövlət yarada bilməz. Dövlətçilik tarixindən bəllidir parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər içərisində Heydər Əliyev fenomeni vardır. Heydər Əliyev nümunəsində xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdandir. Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür. Heydər Əliyev fenomeninin xarakteri onun fəaliyyətini, dünyada Azərbaycanı bir respublika kimi azərbaycanlıları isə bir xalq kimi tanıtması səyləri, onun parlaq zəkası və qüdrətli xarakteri hansı şəraitdə işləməsindən asılı olmayaraq rəhbər və insan kimi fəaliyyəti, həyatının bütün sahələrində müdrikliyi və qətiyyəti zəka və iradəsinin ən ali, bitkin və kamil formalarını nümayiş etdirmiş, dövlətin möhkəmləndirilməsi, xalqa xidmət etmətlə rəhbər, dövlət başçısı və şəxsiyyət kimi öz xalqına bağlı olduğunu daim əməlləri ilə sübut edib!-Elə arxalanmağı, ona arxa olmağı, Millətini, dövlətini dünyaya tanıtmağı! Müstəqil olan dövlət bəli, yaşasın deyə,
Bəxş olunan müstəqillik əbədi olsun deyə! Onun böyük həvəsi, özünü yox, elini düşünməyi, Öz canından əl götürub xalqına qurban olmağı, Bunun üçün arxada yox, daima öndə olmağı! Eləcə sayıq olmağı, nələr olub, nədir olan, Olacağı bilməsi, bilmək azdır, ona təkan verməsi. Baş qaldıran qüvvələri yada salın:
O, silahsız bircə qəti söz söylədi:
– Qalxın bir əsgər kimi Vətəni qoruyağın!!!
Bircə anda milyonlarhazıroldu,
KörpədəƏsgəroldu!
Yalınəlləbəli, dövlətQorundu!!!
MillətözüözəliyləQorundu!!!
GərəkmöhkəmQorunsun! Daxildədəxaricdədə möhkəm əllə Qorunsun! Əliyalın, xalqın, elin, dövlətin, Bircəkəlməqətisözlə, qətiyyətlə, Cəsarətlə, sözüvaxtındademəklə Qoruyanının sözünə diqqət edib hesabı götürün:
– “Acolub, narahatolubayaqüstəqalmaqolar,
Şəhidolubölməkolar!
Müstəqilolandövlətbəli, yaşasındeyə,
Bəxşolunanmüstəqillikəbədiolsundeyə”!!!
İstedadlıolanmillətgərəkdirki, Qorunsun!
Dövlətini, dilini, özsimasınıQorusun! (Z.V)
Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim. Akademik M.Mehdizadə mükafatı laureatı.