HACI VAHİD ÇƏMƏNLİNİN AD GÜNÜ

HACI VAHİD ÇƏMƏNLİ VƏ ZAUR USTAC

Bu gün AYB-nin üzvü, tanınmış şair Hacı Vahid Çəmənlinin doğum günüdür! Şad günü münasibəti ilə şairi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Firuzə Bisavad – Məni

Firuze Elesgerova

MƏNİ

Əyilib, alçalıb enən deyiləm,

Qorxuram, sındıra ədalar məni!

Hanı o sərraf ki, seçə gövhəri,

Ayaq külü sanır gədalar məni!

<<<< Firuze Elesgerova >>>>

Düşmüşəm fələyin yığıncağına,

Dönmüşəm əlinin oyuncağına,

Baxmayır ömrümün ahıl çağına,

Sirmayı yağıynan vədələr məni!

<<<< Firuze Elesgerova >>>>

Gah məni mindirir köhlən atına,

Qaldırır göylərin yeddi qatına,

Gah zərbinən vurur yerin səthinə,

Qarğalar-quzğunlar didələr məni!

<<<< Firuze Elesgerova >>>>

Huşa gəlməyəni başa gətirir,

Baxmır ahıl-cavan yaşa, gətirir.

Vızıltıynan keçir, guşa gətirir

Salır təlatümə sədalar məni!

<<<< Firuze Elesgerova >>>>

Deyir: nə yatıbsan fil qulağında?!

Nüfuzdan salarlar el yığnağında.

Ətrafımın dəliqanlı çağında,

Üsyana çağırır nidalar məni!

<<<< Firuze Elesgerova >>>>

Allahım, min iraq, min uzaq elə,

Nə boran, nə çovğun, nə sazaq elə,

Qoru şər-böhtannan, nə “yazıq” elə,

Nə qəfil tapmasın qadalar məni!

<<<< Firuze Elesgerova >>>>

Yellər cürət edib ötməz yanımnan,

Alışıram ətəyimnən, donumnan,

Firuzəyəm, usanıram canımnan,

“Sapı bizdən olan” zədələr məni!

24.06.2018. – Gəncə şəhəri.

Müəllif: Firuzə BİSAVAD

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – AYRILIQ ŞEİRİ

ŞƏLALƏ CAMALIN YAZILARI

AYRILIQ…

(Cabir Novruz “Üzü dönsün ayrılığın” şeirindən ilhamlanaraq)

Yavaş- yavaş gecə keçmir,
Keçsə belə  gün bitməzdi…
Ay dolanıb il çatmazdı,
Ahım Allaha yetməzdi…

Şirin günlər, şirin aylar,
Göz qırpımında  olmazdı…
Bu eşq ilə nəfəs alıb,
Həsrətindən qocalmazdım…

Ay çəkilər,  günəş gələr,
Başımıza min iş gələr…
Qızıl gedər, gümüş gələr,
Mən gəlmərəm gümüş kimi….

Şirin günlər, şirin aylar,
Göz qırpımında olmazdı.
Bu eşq ilə nəfəs alıb,
Həsrətindən qocalmazdım.

Çöldə ildırımlar çaxar,
Donan çaylar, sular axar,
Həsrət ilə mən baxaram,
Ürəyin yanıb yaxılar.

Şirin günlər, şirin aylar,
Göz qırpımında olmazdı.
Bu eşq ilə nəfəs alıb,
Həsrətindən qocalmazdım.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru