… oldu, nə də qapını açan. Bir qədər keçdikdən sonra qız qapını açdı. Qız bir əliylə dizini tutmuşdu. Onu dizindən axan qan ayağının üsüylə aşağıya doğru süzülürdü. Oğlan bunu gördükdə özünü itirdi. Topu və çiçəkləri yerə qoyub cibindən ağ dəsmalını çıxarıb qıza uzatdı. Qız əlini uzadıb dəsmalı ondan almadı. Oğlan arxaya çevrilib yaxınlıqdakı arxda dəsmalını islatdı, əyilib qızın ayağından axan qanı sildi. Qız bu an onun boynundakı medalı gördü və vedrədəki boynunu əymiş nərgiz çiçəklərindən birini götürüb oğlana verdi. Sonra əlini möhkəm sıxdı. Oğlan qızgildən uzaqlaşdı.
Növbəti gün səhər açılan kimi qız yenə içərisində çiçəklər olan vedrəsini və çiçəklərin şəklini çəkdiyi tablonu götürüb gül satmaq üçün yeni məkana yollandı.
O böyürtkən kolları ilə əhatələnmiş küçəylə irəliləyirdi. Hərdən qızarmış böyürtkənlərdən qırıb ağzına atır və üz-gözünü turşuda-turşuda saqqız kimi çeynəyirdi. Dəmir torla hasara alınan, yaşıl otlarla örtülən məktəb bağçasına yaxınlaşdıqda iki nəfər oğlan güləşirdi. Qız onların yanından keçərkən oğlanlardan birinin arxın kənarındakı oğlan olduğunu gördü. O, cəld geri qayıdıb, ot tayalarının arxası ilə irəlilədi ki, oğlan onu görməsin. Məktəb qapısının yanındakı oturacağı daşa yaxınlaşmışdı ki, dolu bədənli, orta boylu, ağbəniz, əynində qara don, başına qara ağ nöqtəli şal bağlayan qadının əlini-qolunu ölçə-ölçə, ucadan danışa-danışa oğlanlara yaxınlaşdığını gördü. Həmin oğlan arvadı uzaqdan görən kimi özünü ot tayasının arxasına atdı. O biri oğlan isə yaşıl çəmənlikdə oturmuşdu. Arvad oğlana yaxınlaşdı:
-Ay bala, Elçini görməmisən?
-Yox, görməmişəm.
-Necə yəni görməmişəm. Səhərdən axşama qədər it-pişik kimi bu çəmənlikdə boğuşursunuz.
Elə bu anda Elçin ot tayalarının arxasından çıxaraq:
-Ana, nə olub, nə üçün qışqırırsan?
-Nə olacaq, axşama kimi tərin içində güləşirsən, gah ayağın zədələnir, gah da əlin. Nədi-nədi bir parça dəmir alacaqsan.
Qadın bu sözü demişdi ki, Elçin əliylə sinəsini yoxladı. Medalı boynuynda yox idi.
Ana, medalım düşüb, qoy gedim onu axtarım.
-Gəl düş qabağıma, gedək evə. Bəsdir bu dəmir-dümürlə oynadın.
Oğlan kor-peşman anasıyla birlikdə evlərinə tərəf getdi.
Hava qaranlıqlaşırdı. Qız bu gün bir dəstə də olsun nərgizçiçəyi sata bilməmişdi. Qız içərisində gül olan vedrə əlində ot tayasının yanından keçdikdə qarşısında yerdə nəyinsə parıldadığını gördü. Əyilib onu
əyilib onu yerdən götürdü. Bu həmin oğlanın yaxasında gördüyü medal idi. Qız bundan sonra üç gün medalı sol tərəfdə ürəyinin üstündəki cibində saxladı. O, hər dəfə gül satmağa gedəndə gözləri Elçini axtarırdı ki, medalı ona versin, amma onu tapa bilmirdi.
Günlərin birində kəndə səs yayıldı ki, qonşu kəndlə bizim kəndin güləşçiləri, yəni Elçinlə Ceyhunun məktəbin həyətindəki yaşıl çəmənlikdə yarışı keçiriləcək. Qız bu xəbəri eşidəndə sevindi ki, medalı yarışdan sonra Elçinə verə biləcək. O gün yenə vedrəsi əlində məktəbə tərəf getdikdə həmin çəmənlikdə çoxlu insan toplaşdığını gördü və orya doğru getməyə başladı. Bu zaman çəmənlikdə qoyulan güləş döşəyi, yəni tatami üzərində Elçinlə Ceyhun güləşirdi. Elçin rəqibinə qarşı bir neçə fənd işlətdikdən sonra onun kürəyini yerə vurdu və qalib gəldi.
Ətrafdakı insanlar onun üstünə atılıb qucaqladılar və onu gül yağışına tutdular. Qız isə yerində donub qalmışdı. Müəllimi əlində tutduğu medalı Elçinin boynuna asdı və alnından öpdü. Oğlanın sevinc və həyəcan təri alnından süzülürdü. Yavaş-yavaş ətrafdakı insanlar ondan bir qədər aralaşdı. Bu vaxt gülsatan qız ona yaxınlaşdı. Vedrədəki gülləri onun üstünə atdı, çəkdiyi rəsmi və ovcunda tutduğu medalı ona tərəf uzatdı. Oğlan əllərini uzadıb, medalı və rəsmi götürdü. Qız ona heç nə deməyib getmək istədikdə oğlan onun qolundan tutub saxladı. Birdən onların baxışları toqquşdu. Göz-gözə gəldilər. Baxışları bir-birinə dikilib qaldı. Qız onun əlindən çıxıb, qaçaraq oradan uzaqlaşdı. Bir az keçdikdən sonra hamı dağılışdı. Məktəbin meydançasında heç kim qalmadı. Cığırla dostları ilə birlikdə addımlayan Elçin ovcunda möhkəm-möhkəm sıxdığı, ilk yarışda qazandığı həmin medal haqqında dostlarına danışırdı:
–