
“İsaq belə İsaqdı” – yeni şeirlər kitabı
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

“İsaq belə İsaqdı” – yeni şeirlər kitabı
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

DOXSAN DÖRDÜNCÜ YAZI
Müharibə xoşbəxtliyi və insan ağrısı
(Vaqif İsaqoğlunun “Qırmızı yağış” hekayəsi)
Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizi yenicə əldə etdiyim, tanınmış söz adamı, hər iki cəbhədə silahdaşım, rütbədə və təcrübədə məndən böyük olan Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabından seçdiyim eyni adlı hekayə əsasında qurmağa çalışacağam. Kitab adı ilə diqqətimi cəlb etdi. Bu ifadə anında “Qırmızı yarpaqlı ağac” hekayəmi xatırlatdı. Nəzərinizə çatdırım ki, Vaqif İsaqoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabitlərindən biridir. Ordunun, eyni zamanda Azərbaycanın ən ağır günlərində qələmin süngüyə çevirib cəbhədən cəbhəyə qaçan, əsgərlərlə bir qazandan yeyib, eyni kazarmada yatan döyüş zabitidir. Şübhəsiz ki, onun şərəfli döyüş yolu yazdıqlarına yansıyır.
Azərbaycan ədəbiyyatında müasir dövrün ictimai-siyasi ağrılarını, müharibə travmasını və insanın daxili sarsıntılarını psixoloji dərinliklə təqdim edən müəlliflərin çoxundan fərqli olaraq, onun yazdıqları yazıçı fantaziysından daha çox, bədii don geyinmiş real həyat həqiqətləridir. Maraqlıdır ki, yaradıcılığının məhz bu cəhəti Vaqif İsaqoğlunu həm sevdirir, həm də müəyyən dairələrdə açıq publisist mövqeyinə görə həzm olunmasını çətinləşdirir. Hərbçi həyatının bütün xırdalıqlarına bələd olan, Azərbaycan əsgərinin şücaətini öz gözləri ilə görən Vaqif İsaqoğlu ən yaxın tariximizin ən dəqiq salnaməçilərindən biridir desək, yanılmarıq. Onun “Qırmızı yağış” hekayəsi yalnız bir fərdin faciəsi deyil, bütöv bir nəslin taleyini, müharibənin insan ruhunda açdığı sağalmaz yaraları əks etdirən təsirli bədii nümunədir.
Hekayənin mərkəzində Nadir obrazı dayanır. O, müharibədə ayağını itirmiş, fiziki şikəstliklə yanaşı, mənəvi sarsıntı da yaşamış bir qazidir. Müəllif qəhrəmanın daxili aləmini incə psixoloji detallarla açır. Papirus tüstüsünün tavana doğru yayılması, güzgüdə özünə baxarkən yaşadığı sarsıntı, kəsilmiş ayağına zillənən baxışlar – bütün bunlar zahiri təsvir deyil, ruhun içində qopmuş fırtınanın əlamətləridir.
“Qırmızı yağış” ifadəsi rəmzi məna daşıyır. Bu, sadəcə qanı xatırladan bir obraz deyil; bu, müharibənin göydən yağan bəlasıdır – insan talelərinə çökən faciədir. Qırmızı rəng burada həm qanı, həm də qəzəbi, həm də utancı simvolizə edir.
Hekayənin ən ağrılı məqamlarından biri Nadirin cəbhədən qayıtdıqdan sonra qarşılaşdığı münasibətdir. Müharibədə sağlamlığını itirən bir insanın dinc həyatda işsiz qalması, zavod direktorunun laqeyd və kinayəli münasibəti cəmiyyətin mənəvi deformasiyasını göstərir. “Sənə veriləcək işimiz yoxdur” – cümləsi təkcə bir fərdin deyil, bütöv bir sistemin qəddarlığını ifadə edir.
Daha ağır olan isə “Qarabağ? İndi hanı o Qarabağ? Onu niyə qoruya bilmədiniz?” kimi ironiya dolu sualdır. Bu sual bir qazinin yarasına duz səpməkdən başqa bir şey deyil. Müəllif burada müharibənin yükünü daşıyanlarla kabinetlərdə qərar verənlər arasındakı uçurumu ustalıqla göstərir.
Vaqif İsaqoğlu hekayədə psixoloji realizm üslubundan istifadə edir. Nadirin öz-özü ilə mübarizəsi, ağlaya bilməməsi, səsini içinə gömməsi, qəzəbini yumruqla sinəsinə çırpması – bunlar travmanın təbii təzahürləridir. Müəllif hadisələri pafosla deyil, sakit, lakin sarsıdıcı dillə təqdim edir. Bu da əsərin təsir gücünü artırır.
Güzgü motivi xüsusi diqqətə layiqdir. Qəhrəmanın güzgüyə baxaraq özünü tanımaması, saç-saqqalının ağardığını, alnında qırışların dərinləşdiyini görməsi zamanın və yaşananların insanı necə dəyişdirdiyini simvolizə edir. Güzgünün sındırılması isə daxili parçalanmanın vizual ifadəsidir.
“Qırmızı yağış” hekayəsi yalnız Qarabağ savaşının kontekstində deyil, ümumilikdə müharibə və insanlıq dilemması fonunda oxunmalıdır. Müəllif göstərir ki, müharibə təkcə səngərdə olmur; o, insanın evinə, yataqxanasına, iş yerinə, hətta güzgüsünə qədər gedib çıxır. Fiziki savaş bitə bilər, lakin psixoloji savaş davam edir.
Nadir obrazı bir fərd olmaqla yanaşı, simvolik xarakter daşıyır. O, itirilmiş sağlamlığın, sındırılmış arzuların, dəyərsizləşdirilmiş qəhrəmanlığın təcəssümüdür. Onun timsalında müəllif cəmiyyətə sual verir: Vətən uğrunda canından keçməyə hazır olan insanı sülh dövründə necə qarşılayırıq?
Vaqif İsaqoğlunun dili sadə, lakin obrazlıdır. Təbiət təsvirləri, məkanın qaranlıq atmosferi, tüstü, güzgü, qırmızı rəng kimi detallar mətnin emosional fonunu gücləndirir. Dialoqlar qısa, lakin kəsərlidir. Hər cümlə arxasında böyük bir ağrı dayanır.
Müəllif publisist ruhunu da qoruyur; hekayədə ictimai mesaj açıq şəkildə duyulur. Lakin bu mesaj bədii çərçivəni aşmır, didaktikliyə yuvarlanmır. Əksinə, oxucunu düşünməyə, vicdanı ilə üz-üzə qalmağa məcbur edir.
“Qırmızı yağış” müharibə mövzusunda yazılmış adi bir hekayə deyil. Bu əsər insan ləyaqəti, sosial ədalət, vicdan və məsuliyyət haqqında dərin düşüncələr doğuran bədii manifestdir. Bir gəncin deyil, bütöv bir nəslin manifesti, harayı, fəryadıdır: “Yazığın ayağını itirdiyi vətəndə heç qəbri də olmadı”… Vaqif İsaqoğlu bu hekayə ilə sübut edir ki, ədəbiyyat təkcə estetik zövq üçün deyil, həm də yaddaş üçündür – unutmamaq, unutdurmamaq üçün.
Kitabda “Qırmızı yağış”ın həmən ardınca “Yuxu” hekayəsi gəlir. Bu düzülüşn təsadüf olmadığına inanıram. Bu peşəkar qələm adamının hər bir kəlməyə, detala, sonuncu güllə həssaslığı ilə əsl döyüşcü yanaşmasıdır. Vaqif İsaqoğlu bu hekayəsi və ümumilikdə kitabda yer almış eyni ruhlu digər mətnləri ilə oxucunu oyatmağa çalışır. Düşündürür. Oxucuya bir həqiqəti xatırladır: qırmızı yağış dayansa belə, onun izi torpaqdan və insan qəlbindən uzun müddət silinmir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabını mütləq oxuyun! Hələlik.
19.02.2026. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Vaqif İsaqoğlu – Qırmızı yağış – hekayələr kitabı
Kitaba daxil edilmiş hekayələr cəmiyyətin iç üzünü əks etdirir. Mütləq oxuyun! Oxu!
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Yesterday Is Already Past
Is Fame Superior to Human Dignity?
In societies where public reputation and social prestige are prioritized over the future of young women, endurance becomes not a choice but a destiny imposed upon them. In his short story “Yesterday Is Already Past,” Shukur Kholmirzaev presents the character of Sobirova as a woman trapped in ideological nostalgia, whose unwavering concern for social recognition prevents her from confronting present realities. It would not be an exaggeration to argue that her moral vision is clouded by ambition. By surrendering her daughter’s life to social judgment, she allows collective opinion to dictate a deeply personal fate. Her persistent attachment to outdated political ideals—most notably her obsession with Communist Party membership—along with her indulgence in hollow aspirations, gradually leads her into profound psychological and ethical torment.
Had Sobirova been capable of interpreting Unsinova’s post-dismissal visits with greater awareness, she might have recognized the validity of her son Kamol’s warnings. Unrestrained ambition, as the narrative suggests, inevitably draws individuals into the quagmire of remorse. However, the story transcends the personal tragedy of a single mother and daughter. At its core, it offers a critical examination of society’s treatment of women. What is destroyed is not merely a young woman’s emotional state, but the totality of her existence. Her happiness is subordinated to social gossip and moral surveillance, leaving her deprived of agency, autonomy, and the right to choose her own life path.
Through this narrative, Kholmirzaev exposes how the relentless pursuit of fame, status, and ideological legitimacy gradually erodes fundamental human values and dignity. Parents may reassure themselves that their actions are justified, yet the pain suppressed within, the tears shed in isolation, and the silence stretched across a lifetime remain unarticulated. This silence, the author suggests, constitutes the most devastating form of tragedy.
Most importantly, the relevance of this narrative is not confined to the past. Similar patterns of control, judgment, and sacrifice persist in contemporary societies. Therefore, “Yesterday Is Already Past” should be read not merely as a historical reflection, but as a timeless social critique that continues to resonate today.
In conclusion, fame and social recognition—however fiercely contested—must never be elevated above human dignity. When societies sacrifice the futures of young women in the name of reputation, the moral failures of the past are inevitably reproduced in the present. Human worth, personal freedom, and emotional integrity are far more valuable than any form of social prestige.
Autor: AZİZA
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

BİZİM “QARABAĞ”
“Qarabağ” uduzdu. Udsaydı daha yaxşı olardı, əlbəttə. Amma bizə sevinc yaşatdığı oyunları unutmayaq. “Qarabağ” Avropanın bütün futbol cameəsində, “var imzamız imzalar içərisində” deməyimizə vəsilə oldu. Btün Avropa, elə bütün dünya “Qarabağın” inadlı mübarizəsinin şahidi oldu, adın ardınca düşdü, haqqımızda bilgilər əldə etdilər, xəritədə ölkəmizin yerini bilməyənlər ölkəmizi daha yaxından tanıdı. Bu dəfə Azərbaycan “ağ qızılı”, “qara qızılı”, kəhrəba salxımlı üzümü, kürüsü ilə deyil, Ağdamın “Ağdam” çaxırı ilə deyil, Ağdamın “Qarabağ” futbol komandası ilə tanındı.
İllər boyu işğal altında qalan, 2020-ci ilin 27 sentyabrından sonra cəmi 44 gün ərzində azad olunan Qarabağımızın dünyada bizə məxsus olduğunu tanıtmağımız üçün aparılan siyasi, mədəni, elmi, tarixi təbliğatımızdan daha hər bir oyununda sərgilədi.
Sevdik “Qarabağı”, Qarabağımız, bütöv Azərbaycanımız qədər.
Bəli uduzduq. Amma uduzanda da udduq, Qarabağın əlbəttə bizim olmağına hər oyunu ilə möhür vurudu “Qarabağ”ımız.
şair, AYB-nin üzvü, “Müstəqil.az” saytının baş redaktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

XIZIR AĞA USTACLI — TARİXİN YADDAŞINDA YAŞAYAN FƏDAKARLIQ VƏ VƏTƏN SEVGİSİ
(Çaldıran döyüşündə Şah İsmayıl Səfəvinin həyatını xilas etmiş igid haqqında)
Azərbaycan tarixi qəhrəmanlıq salnamələri, Vətənə sədaqət nümunələri, igidlik və fədakarlıq hekayələri ilə zəngindir. Bu tarixin səhifələrində elə şəxsiyyətlər var ki, onların adı bəzən geniş tarixi mənbələrdə ətraflı işıqlandırılmasa da, xalq yaddaşında yaşayır, nəsildən-nəslə ötürülən rəvayət və xatirələrdə özünə əbədi yer tutur. Belə şəxsiyyətlərdən biri də Çaldıran döyüşündə mühasirəyə düşmüş yaralı Şah İsmayıl Səfəvini fədakarlıqla xilas etdiyi bildirilən Xızır ağa Ustaclıdır.
Bu gün onun Sədərək rayonunda yerləşən məzarı (bu abidə yerli əhali tərəfindən “Ağoğlan” piri – türbəsi – ziyarətgahı kimi tanınır) yalnız bir insanın son mənzilini ziyarət etmək üçün üz tutulan məkan deyil. Bu məzar, eyni zamanda, qəhrəmanlıq, sədaqət, fədakarlıq və tarixi yaddaş haqqında düşünməyə çağıran mənəvi ünvan kimi diqqəti cəlb edir. Dağların əhatəsində, sadə, lakin özünəməxsus memarlıq görkəminə malik məqbərədə uyuyan Xızır ağa Ustaclının adı insanı Azərbaycan tarixinin mürəkkəb və taleyüklü səhifələrinə aparır.
Tarixin sınağından keçən sədaqət
Tarixdə böyük şəxsiyyətlərin həyat yolu heç də həmişə asan qələbələrdən, təntənəli yürüşlərdən və rahat günlərdən ibarət olmayıb. Bəzən bir dövlətin, bir siyasi hərəkatın və ya böyük bir tarixi missiyanın taleyi döyüş meydanında verilən saniyəlik qərarlardan, sədaqətli insanların cəsarətindən və fədakarlığından asılı olub.
Xızır ağa Ustaclı haqqında qorunub saxlanılan məlumatın mahiyyətində də məhz belə bir məqam dayanır: təhlükə qarşısında geri çəkilməmək, yaralı vəziyyətdə və çətin şəraitdə qalan bir insana yardım etmək, öz həyatını riskə ataraq onu xilas etməyə çalışmaq.
Bu hadisənin qəhrəmanı kimi təqdim olunan Xızır ağa Ustaclının adı Şah İsmayıl Səfəvinin taleyi ilə əlaqələndirilir. Söhbət Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan, Səfəvilər dövlətinin banisi və qüdrətli hökmdarlarından biri olan Şah İsmayıl Xətainin həyatında baş verdiyi bildirilən ağır döyüş anından gedir.
Belə əhvalatların mənəvi dəyəri təkcə onların iştirakçılarının kimliyində deyil, həm də ifadə etdiyi insani keyfiyyətlərdədir. Çətin anlarda sədaqətli qalmaq, təhlükə qarşısında cəsarət göstərmək və başqasının həyatını öz həyatından üstün tutmaq hər dövrdə yüksək qiymətləndirilən mənəvi xüsusiyyətlərdir.
Xızır ağa Ustaclı haqqında yayılan məlumat da bu baxımdan xalqımızın qəhrəmanlıq düşüncəsinin ifadəsi kimi diqqətəlayiqdir.
Çaldıran döyüşü və tarixin mürəkkəb mənzərəsi
1514-cü il avqustun 23-də baş vermiş Çaldıran döyüşü Azərbaycan və region tarixinin mühüm hadisələrindən biridir. Səfəvi hökmdarı Şah İsmayıl ilə Osmanlı sultanı I Səlimin orduları arasında baş vermiş bu döyüş Yaxın Şərqin siyasi və hərbi münasibətlərinə ciddi təsir göstərmişdir.
Döyüşün nəticəsi Səfəvi dövlətinin hərbi-siyasi vəziyyətinə təsir etsə də, Şah İsmayılın tarixi şəxsiyyət kimi nüfuzu və Azərbaycan dövlətçilik ənənələrindəki yeri sonrakı əsrlərdə də qorunub saxlanılmışdır. O, yalnız bir hökmdar deyil, həm də şair, sərkərdə və dövlət qurucusu kimi Azərbaycan tarixində özünəməxsus mövqeyə malikdir.
Çaldıran döyüşü haqqında danışarkən həmin dövrün hərbi texnologiyasını, siyasi qarşıdurmalarını və mürəkkəb geosiyasi şəraitini nəzərə almaq lazımdır. Döyüş meydanında odlu silahların tətbiqi, qoşunların təşkilatlanması və hərbi taktika məsələləri tərəflərin taleyinə ciddi təsir göstərirdi.
Belə bir şəraitdə sərkərdələrin və hökmdarların həyatı birbaşa təhlükə altında olurdu. Döyüş meydanında yaranan qarışıqlıq, qoşunların hərəkəti, yaralanma və mühasirə kimi hallar ən təcrübəli hərbçiləri belə çıxılmaz vəziyyətə sala bilərdi.
Xızır ağa Ustaclı haqqında danışılan hadisə də məhz bu tarixi şərait fonunda mənəvi məna qazanır. Rəvayət edilənə görə, o, Çaldıran döyüşündə mühasirəyə düşmüş yaralı Şah İsmayılın xilas edilməsində fədakarlıq göstərmişdir. Bu məlumatın tarixi mənbələr əsasında ayrıca araşdırılması vacib olsa da, onun xalq yaddaşında qorunması həmin şəxsin adının qəhrəmanlıq ənənəsi ilə bağlandığını göstərir.
Tarixi həqiqətə hörmət etmək keçmişdən gələn hər bir məlumatı diqqətlə araşdırmağı tələb edir. Eyni zamanda, xalq yaddaşında yaşayan rəvayətlərin, ailə və nəsil xatirələrinin öyrənilməsi də tariximizin mənəvi qatlarını üzə çıxarmaq baxımından əhəmiyyətlidir.
Bir igidin fədakarlığı — böyük mənəvi dəyər
Qəhrəmanlıq anlayışı bəzən böyük orduların qazandığı qələbələrlə, bəzən dövlətlərin taleyini dəyişən qərarlarla əlaqələndirilir. Lakin tarix göstərir ki, böyük hadisələrin arxasında ayrı-ayrı insanların cəsarəti, iradəsi və sədaqəti dayanır.
Hərb tarixində yaralı yoldaşını döyüş meydanından çıxaran, təhlükəyə baxmayaraq komandirini qoruyan, mühasirədə qalan insanı xilas etmək üçün həyatını riskə atan döyüşçülərin xidmətləri xüsusi qiymətə malikdir. Çünki bu cür davranış yalnız fiziki güc deyil, həm də yüksək mənəvi məsuliyyət tələb edir.
Xızır ağa Ustaclının adı ilə bağlı məlumatı da bu mənəvi ölçülər əsasında dəyərləndirmək mümkündür. Onun haqqında danışılan əhvalatın əsas ideyası sədaqət və fədakarlıqdır. Bu ideya zaman keçdikcə öz aktuallığını itirmir. Əksinə, hər yeni nəsil üçün insanlıq, vətənpərvərlik və mənəvi bağlılıq nümunəsinə çevrilir.
İnsanın böyüklüyü təkcə tutduğu vəzifə, daşıdığı titul və ya malik olduğu sərvətlə ölçülmür. Bəzən onun adı bircə fədakar hərəkəti ilə yaddaşlarda yaşayır. Əgər bir insan təhlükəli anda başqasının həyatını xilas etmək üçün özünü riskə atırsa, həmin hərəkət onun mənəvi portretinin əsas cizgisinə çevrilir.
Bu mənada Xızır ağa Ustaclının xatirəsinin yaşadılması həm də fədakarlığın unudulmamasına xidmət edir. Onun adı ətrafında formalaşan yaddaş insanlara xatırladır ki, tarix yalnız hökmdarların və böyük sərkərdələrin deyil, onların yanında dayanmış, ağır sınaqlardan keçmiş, sədaqəti ilə seçilmiş insanların da tarixidir.
Ustac – Ustaclı adı və nəsil yaddaşı
Azərbaycan xalqının tarixi yaddaşında nəsil, soy və kök anlayışları xüsusi yer tutur. İnsan öz keçmişini tanıdıqca yalnız ailəsinin tarixini deyil, yaşadığı bölgənin, mənsub olduğu xalqın və dövlətin tarixini də daha dərindən anlamağa başlayır.
Ustac – Ustaclı adı ilə bağlı xatirələrin qorunması da bu baxımdan əhəmiyyətlidir. Xızır ağa Ustaclının adı ətrafında yaşadılan məlumatlar nəsil yaddaşının araşdırılması, tarixi şəxsiyyətlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin öyrənilməsi üçün maraqlı mövzu yaradır.
Nəsil tarixi yalnız şəcərə ağacındakı adların ardıcıllığından ibarət deyil. O, eyni zamanda, insanların həyat tərzini, mənəvi dəyərlərini, ictimai münasibətlərini və tarixin müxtəlif mərhələlərində üzərinə götürdükləri məsuliyyəti əks etdirir. Bir nəslin yaddaşında qəhrəmanlıqla bağlı hadisənin qorunması həmin nəslin keçmişə münasibətini göstərən mühüm əlamətlərdən biridir.
Bu cür xatirələrin gələcək nəsillərə çatdırılması üçün şifahi məlumatların yazıya alınması, yaşlı nəslin nümayəndələri ilə söhbətlərin aparılması, ailə arxivlərinin araşdırılması və mövcud tarixi mənbələrlə müqayisəli təhlil edilməsi vacibdir.
Əgər Xızır ağa Ustaclı haqqında əlavə sənədlər, şəcərə məlumatları, kitabələr və ya qədim əlyazmalar mövcuddursa, onların elmi şəkildə araşdırılması bu tarixi şəxsiyyətin həyatının daha dolğun öyrənilməsinə kömək edə bilər.
Beləliklə, nəsil yaddaşı ilə ümumxalq tarixinin qovuşduğu nöqtədə yeni araşdırmalar üçün imkan yaranır. Bu araşdırmalar həm keçmişə işıq salır, həm də milli-mənəvi irsimizin qorunmasına xidmət edir.
Sədərəkdəki məzar — ehtiram və yaddaş ünvanı
Yuxarıda təqdim etdiyim fotoşəkildə Naxçıvanın Sədərək rayonunda yerləşdiyi bildirilən Xızır ağa Ustaclının məzarı təsvir olunur. Açıq rəngli kərpiclə tikilmiş, günbəzli və tağlı girişə malik məqbərə ətrafdakı dağlıq mənzərə ilə ahəng təşkil edir. Məzarın sadə, lakin diqqətçəkən memarlıq quruluşu bu məkanın ziyarət yeri kimi əhəmiyyətini ön plana çıxarır.
Ətrafdakı ağacların kölgəsi, quru dağ yamacları və məqbərəyə aparan pillələr insanda sakitlik və düşüncə ovqatı yaradır. Burada insan istər-istəməz tarix, zaman və yaddaş haqqında düşünür. Bir vaxtlar həyatın qaynar hadisələrinin içərisində olmuş insanların bu gün torpaq altında uyuması, onların adlarının isə yaşamaqda davam etməsi tarixin ən təsirli həqiqətlərindən biridir.
Məzarlar bəzən yalnız bir insanın həyatının sona çatdığı yeri deyil, onun xatirəsinin yaşadığı mənəvi məkanı ifadə edir. Xüsusilə tarixi şəxsiyyətlərlə əlaqələndirilən məzarlar xalqın keçmişə münasibətini, ehtiram hissini və yaddaş ənənəsini özündə birləşdirir.
Xızır ağa Ustaclının Sədərəkdəki məzarı da bu baxımdan diqqətəlayiqdir. Bu məkanın qorunması, tarixi kimliyinin dəqiqləşdirilməsi və haqqında məlumatların toplanması gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıya bilər.
Belə abidələrə münasibət yalnız ziyarətlə məhdudlaşmamalıdır. Onların tarixi pasportunun hazırlanması, mövcud kitabə və yazıların qeydə alınması, memarlıq xüsusiyyətlərinin öyrənilməsi, foto və sənəd materiallarının toplanması da vacibdir. Çünki qorunan hər bir abidə keçmişdən gələcəyə uzanan yaddaş körpüsüdür.
Tarixi yaddaşın qorunması milli məsuliyyətdir
Tarixə sahib çıxmaq yalnız keçmişlə fəxr etmək demək deyil. Bu, həm də keçmişi düzgün öyrənmək, tarixi şəxsiyyətlər haqqında məlumatları dəqiqləşdirmək və gələcək nəsillərə etibarlı bilik ötürmək məsuliyyətidir.
Azərbaycanın müxtəlif bölgələrində elə ziyarətgahlar, məqbərələr, qədim qəbiristanlıqlar və tarixi məkanlar var ki, onların ətrafında maraqlı rəvayətlər, ailə xatirələri və yerli ənənələr formalaşıb. Bu məlumatların bir qismi yazılı mənbələrdə əksini tapıb, digər qismi isə şifahi şəkildə qorunub saxlanılır.
Belə irsin araşdırılması tarixçilərin, etnoqrafların, folklorşünasların, arxeoloqların və yerli tədqiqatçıların birgə fəaliyyətini tələb edir. Tarixi məlumatlar müxtəlif mənbələrlə tutuşdurulduqda, rəvayətlərin hansı hissələrinin sənədlərlə təsdiqləndiyini müəyyənləşdirmək mümkün olur.
Xızır ağa Ustaclı haqqında məlumatın da sistemli araşdırılması məqsədəuyğundur. Çaldıran döyüşü ilə əlaqələndirilən hadisənin ilkin mənbələrdə necə əks olunduğu, Ustac adının tarixi mətnlərdə hansı kontekstdə çəkildiyi, Sədərəkdəki məzarın hansı dövrə aid olduğu və bu məkan haqqında yerli yaddaşda hansı məlumatların qorunduğu ayrıca tədqiqat mövzusu ola bilər.
Bu araşdırmaların aparılması tarixi rəvayətin mənəvi dəyərini azaltmır. Əksinə, onun hansı tarixi şəraitdə yarandığını və necə yaşadığını daha dərindən anlamağa imkan verir. Tarixə sevgi ilə yanaşmaqla elmi dəqiqliyə riayət etmək bir-birinə zidd deyil. Əslində, bu iki yanaşma bir-birini tamamlayır.
Keçmişdən gələcəyə uzanan mənəvi körpü
Xızır ağa Ustaclı haqqında danışılan əhvalatın müasir oxucuya ünvanladığı əsas mesaj sədaqət, cəsarət və fədakarlıqdır. Zaman dəyişir, dövlətlər və cəmiyyətlər yeni mərhələlərə qədəm qoyur, həyatın şərtləri yenilənir. Lakin insanı insan edən mənəvi keyfiyyətlər öz dəyərini qoruyub saxlayır.
Bu gün gənc nəslə qəhrəmanlıqdan danışarkən yalnız döyüşlərin tarixini öyrətmək kifayət deyil. Həmin hadisələrin arxasında dayanan insan talelərini, verilən qərarların mənəvi tərəflərini və məsuliyyət anlayışını da izah etmək lazımdır.
Xızır ağa Ustaclının xatirəsi bu baxımdan düşünmək üçün bir fürsətdir. Onun adı ilə bağlı məlumat gənclərə göstərir ki, tarixi yaddaşda yer almaq üçün mütləq böyük bir dövlətin hökmdarı olmaq lazım deyil. Bəzən bir insanın çətin anda göstərdiyi cəsarət onun adını əsrlərin o tayına daşıya bilər.
Vətən sevgisi də məhz belə fədakar davranışlarda özünü göstərir. Vətən yalnız xəritədə sərhədləri müəyyənləşdirilmiş ərazi deyil. Vətən həm də onun tarixidir, insanlarıdır, şəhidlərinin və qəhrəmanlarının xatirəsidir, ata-babadan miras qalan mənəvi dəyərləridir.
Bu dəyərləri qorumaq hər bir nəslin borcudur. Tarixi şəxsiyyətlərin həyatını öyrənmək, onların xatirəsinə ehtiram göstərmək, qədim məzarları və abidələri mühafizə etmək, unudulmaqda olan rəvayətləri toplamaq milli yaddaşın yaşamasına xidmət edir.
Nəticə
Sədərək rayonunda yerləşən Xızır ağa Ustaclının məzarı haqqında təqdim edilən məlumat bizi Azərbaycan tarixinin qəhrəmanlıq və sədaqət ənənələri üzərində düşünməyə çağırır. Çaldıran döyüşündə yaralı Şah İsmayıl Səfəvinin xilas edilməsində onun fədakarlıq göstərdiyi barədə yayılan məlumat isə tarixi mənbələr əsasında daha ətraflı araşdırılmağa layiqdir.
Xızır ağa Ustaclının adı ətrafında yaşadılan xatirə bir həqiqəti xatırladır: xalqın tarixi yalnız böyük döyüşlərin və hökmdarların salnaməsindən ibarət deyil. Bu tarix həm də sədaqətli insanların, adsız qəhrəmanların, çətin anda məsuliyyətdən qaçmayan igidlərin həyat hekayələrindən yaranır.
Bu gün onun məzarına baxarkən insan yalnız keçmişi xatırlamır. O, həm də gələcək qarşısında məsuliyyətini dərk edir. Çünki tarixi yaddaşın yaşaması üçün onu qorumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq lazımdır.
Xızır ağa Ustaclının xatirəsinin yaşadılması, onun haqqında məlumatların toplanması və tarixi həqiqətlərin üzə çıxarılması bu istiqamətdə atıla biləcək dəyərli addımlardandır.
Keçmişini tanıyan xalq gələcəyinə daha inamla baxır. Qəhrəmanlarını unutmayan xalq isə öz mənəvi dayaqlarını qoruyub saxlayır. Tarixin yaddaşında yaşayan fədakarlıq nümunələri də məhz bu səbəbdən zamanın sərhədlərini aşaraq nəsillərdən-nəsillərə ötürülür.
Xızır ağa Ustaclının Sədərəkdəki məzarı da belə bir yaddaşın ünvanı kimi diqqətimizi cəlb edir. Onun adı ətrafında qorunan xatirənin elmi əsaslarla öyrənilməsi, tarixi irsin qorunması və gənc nəslə çatdırılması həm milli tariximizə ehtiramın, həm də gələcək qarşısında məsuliyyətimizin ifadəsi olardı.
Tarixi yaşadan yaddaşdır, yaddaşı yaşadan isə ona sahib çıxan insanlardır.
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
filosof, tarixçi, hərbçi
Oxuyun >> Gözündə tük var

Yaşasaydı
Çox təvazökar insan idi. Necə deyərlər, başını aşağı salıb öz işi ilə məşğul olurdu. 2022-ci ilin söhbətidir, həmin il yubiley yaşı olduğunu hamıdan gizlətdi ki, tədbir keçirmək üçün heç kim narahat olmasın. Və beş-altı nəfərdən başqa heç kim bilmədi ki, onun 60 yaşı tamam olur…
Geniş təxəyyülə malik, dərin düşüncəli, dəyişikliklərə meyilli, öz dünyası olan birisi idi. Araşdırma, tədqiqat onun ən çox sevdiyi fəaliyyət növlərindəndi. Öz hisslərini sərbəst ifadə etməyi bacarırdı. Cəsarətli və qorxmazdı. Heç təəccüblü deyil ki, diskomforta, rahatsızlığa qarşı dözümlülük göstərirdi. Ona xas olan şəfqət hissi heç də təxəyyülündən geri qalmırdı. Diqqətli, kövrək və mərhəmətli idi. Necə deyərlər, kimsə ağrıyır və ac qaiıbsa, kiməsə soyuq və ya istidirsə, o, bunu tamamilə öz üzərində oiduğu kimi aydın, canlı şəkildə hiss edirdi…
Qısa xronika
Söhbətimin qəhrəmanı Nəsiman Yaqublu 1962-ci ilin fevral ayının 22-də Zəngilan rayonunda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə oranı bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını ərsəyə gətirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabların, o cümlədən “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” adlı kitabın müəllifidir…
…Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən, biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsiləsə heç bir don geyindirilmədən, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsinə həvalə edilir. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi…
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüydü. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilmişdi. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı. Tarix üzrə fəlsəfə doktoruydu…
…Hərəkət onun üçün çox vacib idi. Odur ki, daim axtarışdaydı. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi və bu mövzuya sədaqətliydi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi. Bəli, onun ərsəyə gətirdiyi hər bir əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır. Heyf ki, 2024-cü ildə amansız ölüm onu 62 yaşında aramızdan apardı…
Deyirdi ki:- “Nazirlər Kabinetini yanında Terminologiya Komissiyasının rəsmi tövsiyyəsi var ki “Məmməd” kəlməsi Məhəmməd olaraq yazılsın. Əgər bir şəxsin rəsmi sənədlərində və yazılarında Məhəmməd Əmin Rəsulzadə yazılıbsa, onu necə Məmməd Əmin Rəsulzadə adlandırmaq olar? Hər kəsi öz adıyla təqdim etmək lazımdır. Rəsulzadə nə Mamed Əmin olub, nə Məmməd Əmin, onun bir adı var- Məhəmməd Əmin… ”
Yaşasaydı, fevralın 22-də tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun 64 yaşı tamam olacaqdı. Ruhu şad olsun!
Dərin hüznlə, Elman Eldaroğlu
Elman Eldaroğlunun digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında