
GÜNƏŞİN NURUNU İÇİB YAŞAYIR
O, haqqa söykənib, haqqa ucalıb,
Haqqın yollarında təzə iz salıb.
Günəşin özündən bir işıq alıb,
Günəşin nurunu içib yaşayır.
Həyatın nizamı müəllimin verdiyi biliklə tənzimlənir. Məhz Quliyeva Natiqə də elə
Dünya şöhrətli filosof Sokrat də yaxşı deyib: ” Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla deyər verilə bilməz.” -Aristotel isə belə bir fikir söyləyib: ” Atam məni dünyaya gətirib, müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib.
Bəli, müəllimlər cəmiyyətin maariflənməsinə, tərəqqisinə və bəşəriyyətə faydalı olmasına şərait yaradan ən yaxşı bələdçilərdir. Biliklərini şagirdlərinə, tələbələrinə ötürən, şam kimi yanıb ətrafını işıqlandıran müəllimlər ömrü boyu uşaqlara bilik və müdriklik öyrətməyə, yaşadıqları cəmiyyəti daha da irəli apara bilən insanlar yetişdirməyə çalışırlar. Buna nail olmaq üçün hər gün öyrənir və daim özlərini təkmilləşdirməyə çalışırlar.
Müəllim ömrü boyu nəyisə öyrətməyə, düzgün yol göstərməyə, cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirməyə çalışan şəxsiyyətdir, uşaqların təlim- tərbiyəsində ailədən sonra ən önəmli şəxslərdən biridir, bəlkə də birincisidir.
Natiqə Quliyevanın (Cəfərovanın) ömür yarpaqlarından: 20 sentyabr 1965- ci ildə Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olub. 1972-ci ildə Əmirzeyidli kənd tam orta məktəbinin birinci sinfinə gedib.
1982-ci ildə boya-başa çatdığı Əmirzeyidli kənd tam orta məktəbini bitirib, sənədlərini V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə versə də, ancaq həmin il müsabiqədən keçə bilməyib.
1982 – ci ilin sentyabr ayından Əmirzeyidli kənd məktəbində kitabxanada işləyib. 1983-cü ildə yenidən sənədlərini Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin qiyabi şöbəsinə verib və həmin il qəbul olunub.
1985-ildən həmin məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
1988- ci ildə institutu bitirəndən sonra həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 1990-c- ildə ailə həyatı qurub. Ailə vəziyyətilə əlaqədar olaraq Bakı şəhərinə köçüb.
1991-ci ilin fevral ayından Mərdəkan qəsəbəsində ki, 181 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb.
Natiqə müəllimənin dediklərindən: – Cəmiyyətin inkişafı üçün təhsilə önəm verilməlidir. Müəllim təhsilin ən vacib hissəsidir. Müəllimə dəyər verən cəmiyyətdə təhsilin səviyyəsi yüksəlir ki, cəmiyyət inkişaf etməyə davam etsin.
Müəllimlik sevinci yaşamış, müəllimlik peşəsini böyüklüyünə inanan bir müəllim kimi bütün həmkarlarıma müraciət etmək istəyirəm. Təhsil səviyyəsi aşağı olan cəmiyyət heç vaxt inkişaf edə bilməz, bir adam da irəli gedə bilməz.
Müəllimin yeganə qayğısı öyrətmək və təhsil strategiyaları, bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarət olmalıdır.
Bəli, Natiqə Quliyevanın müəllim qüruru, eyni həvəslə dərs keçmək əzmi kollektivi razı salır. Məktəb rəhbərliyi tərəfindən ictimai işlərdə onun təcrübəsindən söz açır, onun fəal, çevik müəllim vətəndaş fəaliyyətini yüksək qiymətləndirir.
Natiqə Quliyeva kimi əzəmətli, vüqarlı müəllimlər müasir dövlətimizin təməli daşları, günümüzün təbii reallıqlarıdır. Çünki müəllim bir şərəf məktəbidir.
Natiqə müəllimə hal-hazırda Mərdəkan qəsəbəsindəki 181 saylı məktəbdə fəaliyyətini davam etdirir. Ailəlidir, 3 övladı var!

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında