UŞAQLARLA DOSTLUQ ETMƏYİBACARMAQ LAZIMDIR

UŞAQLARLA DOSTLUQ ETMƏYİ
BACARMAQ LAZIMDIR

Günəş tək hər yanı nura boyadı,
Müəllim tək dünyanı nura boyadı.
Böyük məhəbbətlə çəkilir adı,
Xalqın ürəyində, qəlbindədir o.

Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bidirir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Haşiyə: Əhmədova Xatirə Nizaməddin qızı 9 may 1961-ci ildə Zərdab rayonunda kolxozçu ailəsində anadan olub.
1968-ci ildə Zərdab rayonu, Maksim Qorki (indiki Həsən bəy Zərdabi ) adına 1 saylı məktəbin birinci sinfinə gedib.
1978-ci ildə orta məktəbi bitirib sənədlərini V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə verib, amma müsabiqədən keçə bilməyib.
Həmin ildən kolxozda çalışmış və bir neçə il ardıcıl olaraq müsabiqədən keçə bilməmişdir.
1983- cü ldə sənədlərini yenidən Lenin adına APİ-nin filologiya fakültəsinin qiyabi şöbəsinə verib və həmin il instituta qəbul olunub.
Xatirə Əhmədova qabaqcıl pambiqçı kimi 1983- cü ildən Zərdab rayon komsomol təşkilatına irəli çəkilib və 1988-ci ilə qədər rayon komsomol təşkilatında çalışıb.
1988-ci ildə APİ-ni uğurla başa vurub və Zərdab rayonu Albəyli kənd orta məktəbinə pedaqoji fəaliyyətə başlayıb.
Sonra Zərdab rayon Həzi Aslanov adına 3 saylı məktəbdə işləmiş, daha sonra Zərdabi adına 1 saylı məktəb litseydə pedaqoji fəaliyyətini davam etdirmişdir.
Xatirə müəllimə deyir ki, ilk növbədə uşaqları sevən, onlara ilk gündən isti münasibət göstərən, özünü sevdirməyi bacaran hər bir uşaq cəmiyyət üçün yaxşı insan ola bilər. Bəli, o, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini bölüşə bilir, uşaqların qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.
Xatirə müəllimənin dediklərindən: “Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilməlidir. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında biliyin, fənnin, tədris prosesində aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər…
Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss və dərk edən insan olmalıdır”.
Bu barədə dahi Ü.Hacıbəyov belə yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili – tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəşhi – ruzi vasitəsi axtarsın”.

…Xatirə müəllimə hazırda doğulduğu Zərdab rayonunda, Həsən bəy Zərdabi adına 1 saylı məktəb liseydə gənc nəslin təlim-tərbiyəsi üçün fəaliyyətini uğurla davam etdirir.
O, işlədiyi müddətdə məktəb rəhbərliyi tərəfindən müxtəlif diplom və fəxri fərmanlarla təltif olunub.
Xatirə müəllimənin yetişdirdiyi şagird böyüyüb bu təməl üzərində yeni bir fəaliyyət mexanizmi qurur, şagirdlərinin ölkəmizə verdiyi əmək töhfələri dövlət dəyərləri kimi təcəssüm edir.
Elin-obanın böyük hörmətini, məhəbbətini qazanan Xatirə müəllimə hər bir şagirdə öz doğması kimi yanaşır, onların layiqli vətəndaşlar kimi yetişməsində bilik və bacarığını əsirgəmir. Onun üçün şagirdlərin təbəssümündən, insanların gülüşündən qiymətli heç nə yoxdur.
Və ən nəhayət, demək istəyirəm ki, Xatirə Əhmədova elin-obanın fəxr ediləsi, öyünüləsi, ümid ediləsi müəllimlərindən, ziyalı insanlarından biridir. Onun kimi ziyalı qadınlar olan yerdə mehribançılıq da olar, halallıq da, bin-bərəkət də, böyük sevgi də, ülvi məhəbbət də…


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir