
Vətən üçün yaşanan ömür
Qəhrəmanov Ruslan Mehman oğlu 1988-ci il oktyabr ayının 6-da, Almaniyada, hərbiçi ailəsində dünyaya göz açıb.Atası Mehman Qəhrəmanov birinci Qarabağ döyüşlərində iştirak edib, müharibə Veteranıdır.
İki qızı və 1 oğlu olan qəhrəmanımız döyüşə yollananda üzünə, qoxusuna doymadığı Yusif balası 10 günlük idi ..
Üç balasını yadigar qoyan Ruslan Qəhrəmanov 05.10.2020-ci iıdə Fizuli uğrunda gedən döyüşlərdə Qəhrəmancasına Şəhid olub.
Şəmkir, Xuluf kənd qəbiristanlığında dəfn olunub.