HƏMİNQUEY – HƏMİDQUEY

HƏMİNQUEY- HƏMİDQUEY
Çəkdim sinəmə
Raziyanaların qoxusun
Tarix kitablarıni axırdan,
Arxivlərdən oxudum.
Məzarıma axdı
Narın qum.

Ovsun idimi bu?
Ovsun?
Ən uzaq park skamyalarında oturdum.
Ala buluddan nəsə…
Pəstə, çox aşağı səslə
Deyəsən yolu soruşdum.
Qulagımdaydı
Ruhu xəstə
Uzaq musiqili bəstə…
Ovsun idimi bu?
Ovsun?

Nəm oldu tamam
Əynimdəki qara kastyum
Ayaqqabıma
Mərcanqulular doldurdum.

Şeir dəftərçəmi o sahillərdə unutdum.
Halal olsun.
Halal olsun.

Müəllif: Həmid Herisçi

Həmid Herisçinin digəri yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir