
Bilirsən, saatın əqrəbin qırıb,
Keçən bu zamanı dayandırmışam.
Nələr hafizəmdən silinib gedib,
Səni unutmağı bacarmamışam…
Sənin yoxluğunu unutmaq üçün,
Mən qərib ölkəyə yol da ölçmüşəm,
Artıq heç qalmayıb taqətim, gücüm,
Səni unutmağı bacarmamışam.
Görən hayandasan, görürsən məni?
İndi xatirəmlə vidalaşmışam.
Mən sənə xəyanət etməmişəm ki,
Səni unutmağı bacarmamışam.
Yollar da qırılıb, körpülər yanıb,
Sən olan yerlərə qayıtmamışam.
Meylimi salmışdım kitab, dəftərə,
Səni unutmağı bacarmamışam…
Bəlkə də acizəm sevgi yolunda,
Məni nə gözləyir yolun sonunda?.
Çıxmısan önümə şeytan donunda,
Qorxudan yerimdə donub qalmışam,
Səni unutmağı bacarmamışam…
Müəllif: Şəlalə CAMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru