20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.

Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Dövlətimiz qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin etdi.

2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla yerinə yetirilən əməliyyat nəticəsində erməni təcavüzkarları müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Qəhrəman Azərbaycan oğullarının inamını, cəngavərliyini, qorxmazlığını görərək özləri, orduları haqqında mif uyduran vandallar silah-sursatı atıb qaçdılar. Beləcə, müharibənin əvvəlindən Ermənistan ordusunun 11 min əsgəri fərarilik edərək, qorxaqcasına silahını qoyub qaçmışdı.

Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.

Bəli, Dövlət Suverenliyimiz bərpa olundu. Artıq hər il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış.

Sahibə Musayeva,
Şəhid Sahib Musayevin qızı, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi

“Azərbaycan türk el nəğmələri” kitabı

1927-ci ildə görkəmli bəstəkarlarımız Üzeyir bəy Hacıbəyov və Müslüm bəy Maqomayev ilk dəfə olaraq “Azərbaycan türk el nəğmələri” kitabını cap etdirirlər. 33 xalq mahnısından ibarət topluda xalq mahnılarını Üzeyir bəy və Müslüm bəy nota almlşlar. Kitab Müslüm bəy Maqomayevin ümumi redaktorluğu ilə çap olunub.
Bu nadir kitabın əldə olunmasında göstərdiyi əvəzsiz xidmətlərinə görə araşdırmaçı – jurnalist Dilqəm Əhmədə təşəkkür edirik!

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub

Etibar Babayev adına Qax şəhər 4 nömrəli tam orta ümumitəhsil məktəbi adından böyük sevinc hissi ilə bildiririk ki, məktəbimizin iki dəyərli müəllimi müsabiqənin qalibi olublar!

Şahin Abdurrahmanov “Əmanətlərin sağlam gələcəyinin keşiyində” layihəsi və Nurlanə Əzimova “Rəqəmlərin dünyasında addımla” layihəsi fərqlənib.

Əmink ki, bu layihələrin uğurlu icrası, təhsilin inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.

Dəyərli müəllimlərimiz, sizinlə fəxr edir, uğurlarınızın davamını arzulayırıq!

Etibar Babayev adına Qax şəhər 4 nömrəli tam orta ümumitəhsil məktəbi

ŞAİR MÜBARİZ SÜLEYMANLI YARADICILIĞINDAN

ŞAİR MÜBARİZ SÜLEYMANLI YARADICILIĞINDAN

BAL KİMİ GƏTİRİN DİLƏ HÖRMƏTİ

Gədalar, nadanlar meydan sulayır,
Yaltaqlar ortada quyruq bulayır…
Acgözlər kasıbın malıın talayır,
Güyaki edirlər belə hörməti.

Binamus danışır abır-həyadan,
Oğru kündə tutur haram mayadan…
Kimlər razı qalar belə dünyadan?!
Odurki veririk yelə, hörməti!

Nə böyük bilinir, nədə ki kiçik,
Tula tək hürməyə tələsir küçük..!
Ömür çox qısadır,könülsə incik,
Bəs nədən atırıq çölə hörməti?

Kəsəri azalıb kişi sözünün,
Yeri çox görünür elin gözünün…
İnsandı varlığı bu yer üzünün,
Qaytarın yenidən elə hörməti!

Sözə slğal çəkin, haqqı səsləyin,
Dosta sadiq olub,sevgi bəsləyin…
Ağsaqqal, ağbirçək yolun gözləyin,
Bal kimi gətirin dilə hörməti !

Vəfasız zamandan bezdi, Mübariz !
Yaşayıb,hər dərdə dözdü, Mübariz !
Dünyanı dolaşıb, gəzdi Mübariz !
Çalışdı hər kəslə bölə hörməti!

YAXŞILIQ EYLƏSƏN, YARADAN BİLƏR

Heç vaxt könül qırıb ,ürəyə dəymə,
Sən qəlbi sevindir, onu şad eylə!
Varına güvənib , özünü öymə,
Axırı ölümdür ,onu yad eylə.

İsit fəqirlərin soyuq komasın,
Yoxsulun halını duymağı bacar!
Eşitsən, sızlayan bir körpə səsi,
Əl uzat, yardım et, qalmasın naçar !

Bir yardım edəndə elə car çəkmə,
Düşünki, Yaradan hər şeyi bilər!
Dünyanın varına gözünü dikmə,
Günahın olsada, mələklər silər !

Tanrını tanıyan ümidsiz olmaz,
O, arzu-istəyi Allahdan dilər…
Etdiyin yaxşılıq cavabsız qalmaz,
Saxla ürəyində, Yaradan bilər!

” Mülkü – Süleymana qalmayan dünya ” ,
Bəxti bağlılara qapılar açar….
Mübarizi yada salmayan dünya,
Axırda özüdə bil,qalar naçar!

BİR ŞEİR QALACAQ ELİN YADINDA

Bir koma görünür şair ocağı,
Bir şair ömrünün başlanacağı,
Ömrün bahar fəsli xoşbəxtlik çağı,
Bir elin obanın haray səsidi.

Bir tale görünür qapısı bağlı,
Bir sinə görürəm necə də dağlı,
Bir damla göz yaşı sirli-soraqlı,
Bir çayın çağlayan zümzüməsidi.

Bir günəş bəs edir cümlə-cahana,
Bir misra bəs edir onu duyana,
Kiçik hədiyyədir Azərbaycana,
Bilsinlər şairin bu haqq səsidi.

Bir hikmət yaşayır onun adında,
Bir sevgi qüruru var inadında,
Bir şeir qalacaq elin yadında,
Ömür karvanının fəlsəfəsidi.

B İ L M İ R Ə M

Əynimdə bir yırtıq çuxa,
Gəlləm yoxuş çıxa-çıxa.
Dünya adlı alaçığa,
Mən sahib ola bilmirəm.

Gördüm dostu, kirvəni də,
Badalağı, zərbəni də…
Mən lap uca zirvəni də,
Alınmaz qala billmirəm.

Ömrüm-günüm döyüş, cəngdir,
Ruhum göydə çərpələngdir.
Mənimki şirdir, pələngdir,
Mən tazı, tula bilmirəm

Ulayıram bir qurd kimi,
Qocalıram Qorqud kimi,
Hərdən qara bulud kimi,
Dolub boşala bilmirəm,

Dərddir o yanım, bu yanım,
Yoxdur həyanım, duyanım
Mən özümü bu dünyanın,
Yadına sala bilmirəm.

KİŞİLƏR

Yaşayar mərdanə ömür payını,
Haramı ömürdən silər kişilər!
İtirməz dünyanın haqqı –sayını,
Düşmənin bağrını dələr kişilər!

Dayanar kişitək sözünün üstə,
Çörəyi saxlayar gözünün üstə.
Qoymaz ləkə düşə izinin üstə,
Dünyanın dərdini bölər kişilər!

Qoruyar yağıdan doğma elini,
Qamətin düz tutar, əyməz belini..!
Uzadar kasıba kömək əlini,
Yurdunun qədrini bilər kişilər.

Unutmaz kəsdiyi duzu, çörəyi,
Köksündə döyünər məğrur ürəyi…
Yaxına buraxmaz hiylə-kələyi,
Dar anda hayına gələr kişilər!

Tanıyar soyunu, ulu babasın,
Qoruyar vicdanla, elin ,obasın!
Qalayar , içində insaf sobasın,
Yaltağa,rəzilə, gülər kişilər!

Papağı qeyrətdir,namusdur, ardır,
Vətənə arxadır ,sipərdir, yardır…!
Nə yaxşı həyatda kişilər vardır,
Bir dəfə yaşayıb,ölər kişilər!

SÖZÜN SÖZ OLSUN GƏRƏK

Başında papağın, altında atın,
Məqsədin, niyyətin düz olsun gərək.
Könlünü ram etsin ağıllı qadın
Sevincin, xoş günün yüz olsun gərək

Yediyin çörəyi etməsin zəhər,
Üzünə açılsın hər gün xoş səhər,
Canında qüvvətin,dizində təpər,
Kişitək hər sözün söz olsun gərək

Tanısın yerini, bilsin həddini
Qoymasın bükülə ər tək qəddini,
Aşmasın heç zaman sözün səddini
Küsüb barışmağa üz olsun gərək.

Gərəkdir nazını sən də çəkəsən,
Qayğıya, diqqətə, eşqə bükəsən.
İzi düşən yerə güllər əkəsən,
Atdığın hər addım öz olsun gərək.

ÇIXAR YADINDAN

Belə qandıraram səni,
Külə dandıraram səni,
Elə yandıraram səni, Odun da çıxar yadından.
Dumanını cinlədərəm,
Bir dərdini minlədərəm
Sazı bəmdə inlədərəm,
Udun da çıxar yadından
Qarsız edərəm qışını,
İlişdirərəm xışını, Dağıdaram yaddaşını,
Adın da çıxar yadından.

YAZILIB YADDAŞIMA

Atam ev tikən olub,
Ev yıxan olmayıb ki…
Yıxılandan yapışıb,
Xor baxan olmayıb ki….

Qabarlı əlləriyə,
Sığal çəkib başıma.
Hər müdrik nəsihəti,
Yazılıb yaddaşıma.

Anamın ocağında,
Qazanımız qaynayıb.
Nənəmin qucağında,
Xəyallarım oynayıb.

Qoymayıb utanaq biz,
Qonum – qonşu yanında.
Canı sızıldayanda,
Gizlədibdir canında.

Eldə, evdə ,eşikdə,
Sahib olub sözünə.
Alnı açıq, üzü ağ,
Baxıb elin gözünə !

Sözündə, söhbətində,
Məğrur bir kişi idi.
Yıxılana əl tutmaq,
Onun vərdişi idi.

MƏNSİZ

Yaşadığın ən uca dam,
Ən çox sevdiyin bir adam,
Bir gün sənə deyər,yadam
Nazlı sənəm ,gözü badam,
Gedər bir gün ,qalar sənsiz .

Verən yoxsa bir təsəlli
Ömür yolu olmaz bəlli,
Gözəl,göyçək şirin dilli
Tənha qalıb solar sənsiz

Zalımda heç olmaz vəfa
Xəbis adam tapmaz şəfa
Ömür boyu çəkər cəfa
Boyun büküb ölər sənsiz

Namərdin olmaz ürəyi,
Hey qurar, hiylə,kələyi,
Dizinin üstə çörəyi,
Halal malı bölər sənsiz

Ad da, san da ,şöhrət də,
Dil də,söz də,hikmət də,
Mal da,mülk də,sərvət də
Bir gün səndən gedər mənsiz

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, teleradiojurnalist


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu təbrik edir

Ədəbiyyatımızın zadəgan qızı

ZEMFİRA MƏHƏRRƏMLİ 70

Yüksək mədəniyyət, mehriban davranış, xeyirxahlıq kübarlıqdan irəli gəlir. Kübarlıq isə zadəganlıq əlamətidir, əsilzadələrə xas olur. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə nəzakətli və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb…

Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən milli qeyrət, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…

Deyir ki:- “Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. “Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,-deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi. Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik…”

1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları hazırlayaraq dərc etdirib. 2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır. 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…

“Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. “Bakı” qəzetində işlədiyim zaman xalq şairi Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan “General” və “Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. “Ulduz”, “Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, “Söz”dərgisındə,”Ədəbiyyat”, “525-ci qəzet”, “Kaspi” və “Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.”- söyləyir.

Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm tarixi hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz, elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…

Deyir ki:- “Bəzən gənclərin “hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir. Indiki Bakı Dövlətt Universitetinə qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı-canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı. Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam. Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz Nəsir İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. Bu xüsusiyyətimə görə də inanın ki, bütün yazılarıma divan tuturam…”

Çox gözəl xanımdır. Onun yardımsevər, həssas, nəcib və incə olması bu gözəlliyə xüsusi rəng qatır. Bundan əlavə başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun üçün əsl həyat nümunəsidir. Odur ki, xoş duyğularla yaşayan insanlara qarşı nəzakətli və mehribandır. İşlərini elə qurur ki, uğur yolunda gərəksiz maneələrlə üzləşmir. Problemsiz bir həyat onun ən böyük arzusudur. Xaraktercə zərif və cəlbedicidir. Cazibədarlığından necə istifadə etməyi bilən bu insanda uşaq səmimiyyəti var. Yalan danışmağı, bayağılığı, fiziki gərginliyi sevmir. Düşüncələrində müstəqil, fəaliyyətində azaddır. Bir sözlə, haqqında söhbət açdığım yazıçı-publisist Zemfira Məhərrəmli necə deyərlər, istiqanlı, insanpərvər xanımdır…

Tezliklə Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın 70 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür

Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın anım günüdür

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın anası, görkəmli şərqşünas alim və tərcüməçi, ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günüdür.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandıran ilk azərbaycanlı qadın alimdir.

Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın xatirəsi bu gün də yaddaşlarda yaşayır, əsərləri müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır. Onun təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları dövrümüzdə də aktuallığını qoruyub saxlayır.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat edib.

Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı.
Bu gün onun həyatını övladları və nəvələri davam etdirir. Xatirəsi isə şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən insanların qəlbində yaşayır.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi

Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi

Kabildə fəaliyyət göstərən Əfşar Ulduzu Tədris Mərkəzinin Azərbaycan bölməsi şagirdi (solda) Həyatullah Əfşar Azərbaycan bayrağının təsvir olunduğu gözəl bir xalça toxuyub.
Əməyi incəsənətə çevirən soydaşımıza təşəkkürlər.

Qeyd edək ki, 2004-cü ildə qəbul edilmiş Əfqanıstan Konstitusiyasında Qızılbaşlar ölkədə ayrıca bir Xalq kimi tanınır və bu etnik birlik daxilində ‘Əfşar’, ‘Bayat’, ‘Cavanşir’ kimi tayfaları birləşdirir. 2006–2021-ci illər arası Əfqanıstan Dövlət Himnində Qızılbaşların adı da çəkilirdi. Araşdırmalara görə, Əfqanıstan əhalisinin təxminən 1%-ni Qızılbaşlar təşkil edir.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sərin baxışlarının işığı

Qoy gözlərimdə otursun
sərin baxışlarının işığı,
ruhumu isidən iqlimin
örtük kimi sarılsın çiynimə.

Dodaqlarının çiçək balı
zindan qapısına düşsə belə,
yenə də içimdə
azadlıq qönçələri açdırar.

Həsrət kor sabahlarıma,
Yadlığın kar nəbzimə
Buruq fəryad qoparır.

Unutmağın damlasını içməyi
Qovrulmuş qəlbim arzulayır.

Dünənin soyuq qar çiçəkləri
Bu gün qırmızı qan ləçəklərinə dönüb…
həm üşüyürəm, həm də havalanaram
Dəftərə söykənən qələmin üstə.

17.09.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları