İlk “Nobel imtinaçısı” Lev Tolstoy

İlk “Nobel imtinaçısı” Lev Tolstoy
1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi.
Tolstoy fin dostu yazıçı və tərcüməçi dostu Arvid Järnefeltə yazıb ondan kömək istəyirdi. O məktubunda “Hərb və Sülh”ün müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə alanda ki, o dövr “Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, belə mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Järnefeltə yazdığı sonrakı məktublarında onu “böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığını bildirirdir.
Bütün dünyanı bu hadisə şoka salsa da və illərlə cavabsız qalsa da, o ölümünə bir il qalmış, yəni 1909-cu ildə nəhayət ki, Nobeldən niyə imtina etdiyini bir cümlə ilə izah etdi:

“Mən əsərlərimi mənə hansısa mükafat verilsin deyə yazmamışam, ona görə yazmışam ki, bəşəriyyət yazıqlarımdan az da olsa, nəticə çıxarsın…”

Mənbə və müəllif: Amina

AMİNANIN DİGƏR YAZILARI

KOR ATEŞ SANCISI

KOR ATEŞ SANCISI

Gönlümün neşvesi, canı yerine
Kederi, acısı olmak var mıydı
Bir alaz olup da düşüp derine
Kor ateş sancısı olmak var mıydı

Seninle elele dolaşamadık
Baharda parklarda buluşamadık
Şöyle bir sarılıp ağlaşamadık
Hasretin hancısı olmak var mıydı

Yılları yollara ekleyip durdum
Kaç seher umutla bekleyip durdum
Kavuşuruz diye hayaller kurdum
Elin yabancısı olmak var mıydı ?

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlber Ortaylı Naxçıvan barədə

Geçtiğimiz hafta dört gün boyunca Nahçıvan’daydım. Sevimli bir Güney Kafkas şehri… Binaların mimarisi, şehrin yeşilliği, bahçeli evler, üniversite ve resmi binaların mütevazı ama görkemli görünümü beni derinden etkiledi. İran, Avrupa ve Anadolu burada birleşiyor…

Fakat asıl dikkatimi çeken başka bir ayrıntı vardı: Köylerde bile müzik okullarının bulunması ve Nahçıvan Devlet Üniversitesi’nin 150 kişilik bir senfoni orkestrasına sahip olması. Gurur duydum, hayran kaldım ve ister istemez kendi kendime sordum: “Atatürk’ün musiki devrimi yaptığı ülkemizde niye yok?” Konferanslar, orada karşılaştığım sorular, gösterilen ilgi beni büyüledi. Rektör Prof. Dr. Elbrus İsayev ve Azerbaycan Ombudsmanı, değerli hukukçu Sabina Aliyeva’nın davetiyle çıktığım bu yolculuk içimi aydınlattı.

Nahçıvan, mutfağıyla, sanatıyla, kültürüyle bambaşka bir ruh taşıyor. Kafkasya, Azerbaycan’ın varlığıyla şekilleniyor. Haydar Aliyev’in de dediği gibi: “Bir millet, iki devlet.” Askerî, ekonomik ve diplomatik alanda sağlanan denge dikkat çekici. Cumhurbaşkanı temsilcisi Fuad Necefli Bey beni kabul etti. Bütün hemşerileri gibi musiki ve gramer bilgisinin getirdiği bir beceri var. İstanbul Türkçesi konuşuyor. Avrupa dillerine de hâkim. Türkçe anadilin verdiği bu özelliği maalesef bizim memleketimizdeki gençlik yanlış telaffuzla bozmaktadır. Yani artık Türkçeyi güzel konuşanları dinlemek için Azerbaycan’a gideceğiz. Azerbaycan halkı Türkiye’ye büyük bir ilgiyle bağlı; yayınlarımız takip ediliyor, tercümeler yapılıyor, üniversite gençliği Türk kültürüne gönülden yöneliyor. İki ülke arasındaki bağların en güçlü yönü sadece askerî ve ekonomik alanlar değil, aynı zamanda kültürdür. Bu da tarihsel mirasın doğal bir sonucudur.

Nahçıvan’ın havası, suyu güzel. Kırsal alandaki problemleri eskiye göre çok düzelmiş. Karayolları gelişiyor. Türkiye tarihiyle de derin bağlara sahip. Özellikle 15. yüzyıldan 20. yüzyıl ortalarına kadar süren yakınlık dikkat çekicidir. Bu özelliği her daim göz önünde bulundurmak gerekir. NDU her zaman hafızamda örnek üniversiteler arasında kalacaktır.

Mənbə və müəllif: İlber Ortaylı

İlber Ortaylının digər yazıları

29 sentyabr 2020-ci il – Biz

Bu fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb

  • Zaman: 29 sentyabr 2020-ci il
  • Məkan: Tərtərin Talış kəndi istiqaməti

Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.

“1353” adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanıdır) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.

Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən bir tank, bir BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.

Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə zirehli texnika sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.

Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.

Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərir. O, gözlənilmədən BTR-ə minərək, onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Düşmənin BMP-2 maşınındakı heyəti nəyin baş verdiyini anlayana qədər gizirimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirir və onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra hərbçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaraları tullayırlar. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Əbdurahmanovla Soltan Məmmədov da mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərə qaçıb “lyuk”dan içəri əl qumbaraları atırlar və beləcə zirehli maşında olan düşmən əsgərləri məhv edilir.

Mənbə və müəllif: Azad Musayev

Azad Musayein digər yazıları

Güldanə MEHDİYEVA – elmi məqalələr – XƏZAN – 68

Güldanə MEHDİYEVA – elmi məqalələr – PDF (XƏZAN – 68):

-Güldanə MEHDİYEVA – “Azərbaycan dili tədrisinin tarixi”


-Güldanə MEHDİYEVA – “Poeziyamızın Bəxtiyarı”


“XƏZAN”JURNALI

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AMEA MEK-DƏ “SUVERENLİYİMİZİ TƏMİN EDƏNLƏR” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLDİ

AMEA MEK-DƏ “SUVERENLİYİMİZİ TƏMİN EDƏNLƏR” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLDİ
26 sentyabr 2025-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında gənc yazar, 8 kitab müəllifi, AJB və AYB üzvü Sevindik Nəsiboğlunun 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan qəhrəmanlarımıza həsr etdiyi, sayca 8-ci olan “Suverenliyimizi təmin edənlər” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə elm və mədəniyyət xadimləri, şəhid ailələri və gənc fəallar iştirak etdilər. Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident təqaüdçüsü, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli tədbiri öz giriş sözü ilə açıq elan etdi və sonra Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əli Rza müəllim çıxışında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun unudulmaz qələbəsi və 19-20 sentyabr 2023-cü il tarixlərdə aparılmış lokal xarakterli antiterror tədbirlərində 23 saat 43 dəqiqədə qazanılan zəfərin təntənəsindən söz açdı. Həmçinin təqdimatı keçirilən “Suverenliyimizi təmin edənlər” kitabından və kitabın müəllifi, gənc yazar Sevindik Nəsiboğlundan danışan Əli Rza Xələfli çıxışında gənc yazarın timsalında Azərbaycan ədəbiyyatının yeni mərhələsində şanlı qələbəmizin önəmli yeri və ifadəsini də vurğuladı. Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vaqif Yusifli çıxışında Məhəmməd Füzuli kimi Azərbaycan dahilərindən misallar gətirərək vətənimizin qəhrəmanlar ölkəsi olduğundan və xalqımızın, dövlətimizin öz qəhrəmanlarına verdiyi yüksək dəyərdən danışdı. 18-19 yaşında sinəsini güllələrə sipər edən igidlərimizin yaşının kiçik olmasına baxmayaraq, ürəklərinin və vətən sevgilərinin böyüklüyünü vurğuladı. Təqdimatı olan kitabın müəllifi, gənc yazarın əməyini yüksək qiymətləndirərək, “Suverenliyimizi təmin edənlər” kitabının uzunömürlü, illər sonra da aktuallığını itirməyəcək ensiklopedik məlumat bazası olduğunu söylədi. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli 44 günlük Vətən müharibəsindəki və antiterror tədbirlərindəki qələbəmizdən, Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasından danışaraq gənc yazar Sevindik Nəsiboğlunun müharibədən əvvəlki və sonrakı dövrdə vətənpərvərlik istiqamətində gördüyü işlər və yaradıcı fəaliyyətindən söz açdı. O da öz növbəsində gənc yazara fəaliyyətində uğurlar arzuladı. AJB və AYB üzvü Nəzakət Kərimova-Əhmədova kitabın müəllifi olan Sevindik Nəsiboğlunun azyaşlı olmasına rəğmən gördüyü işlər və yaradıcılıq fəaliyyətindən söz açdı, onun yaradıcılıqla bərabər təhsilində də qazandığı uğurlardan və Milli Aviasiya Akademiyasının birinci kurs tələbəsi olmasından danışdı. “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə Heybətağaqızı çıxışında şəhidlərimizə Allahdan rəhmət diləyərək gənc yazara uğurlar arzuladı və onun antiterror şəhidi Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi.
Sonra söz tədbirdə ön sıralarda iştirak edən şəhid ailələrinə verildi. Onlar şəhid övladlarının kitabda yer aldığı səhifəni tədbir iştirakçılarına göstərərək özlərini təqdim etdilər və çıxışlarında Allahdan şəhidlərə rəhmət, gənc yazara və onun timsalında şəhidlərə dəyər verən, onları işıqlandıran vətənpərvərlərə can sağlığı və uğurlar dilədilər. Qəhrəmanlarımızın bir çoxunun Vətən müharibəsindən, eləcə də “Qisas” əməliyyatından alnıaçıq çıxdığı, antiterror tədbirlərində də düşmənə son zərbəni vurub Şəhidlik zirvəsinə ucaldığı vurğulandı. Şəhid polis serjantı Rasim Məmmədovun anası, Bakı şəhəri Xətai rayonu 254 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan sinifdə dərs deyən Xuraman xanım çıxışında bildirdi ki, şəhidləri tanımaq və tanıtmaq üçün ən yaxşı vəsait kitab, ən yaxşı yer məktəb və kitabxanalardır. Biz cənab Ali Baş Komandanın və şəhidlərimizin sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik. Xankəndi şəhərində Zəfər Paradı keçirildi. Həmçinin Xuraman xanım öz övladı Rasimin qəhrəmanlığından, polis orqanlarında 14 illik qüsursuz xidmətindən söz açdı. Hər gün övladının adını daşıyan sinifdə dərs keçməsinin onun üçün nə qədər ağır olduğunu söylədi. Gənc yazar Sevindik Nəsiboğlunun şəhidlərin tanınması yolunda gördüyü işi yüksək qiymətləndirərək ona öz dəstəyini və xoş sözlərini çatdırdı. Tədbir zamanı gənc yazarın fəaliyyətinin önəmli hissəsini əhatə edən video-çarx tədbir iştirakçıları tərəfindən maraqla izlənildi. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi, gənc fəal Əli Xudatzadə çıxışında gənc yazarla olan tanışlığından fəxrlə danışaraq, onun gənc yoldaşlarına bir nümunə olduğunu bildirdi. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin çox böyük təşəbbüs olduğunu söyləyərək bu yolda gənc yazara uğurlar arzuladı. Gənc yazar, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Şəhriyar Məmmədzadə müharibə mövzusunun və bu mövzuda yazı yazmağın, fəaliyyət göstərməyin çətin və bir o qədər də şərəfli olduğunu qeyd etdi. Vaxtilə müharibə zonasında yaşayan biri olaraq öz xatirə və təəssüratlarının əsasında bir daha şəhidlərin qəhrəmanlığından danışaraq onların valideynlərinin də qəhrəman olduğunu söylədi. Sevindik Nəsiboğlu ilə olan tanışlığından da söz açaraq onu çoxdan tanıdığını və fəaliyyətini izlədiyini söylədi, gördüyü işləri vurğulayaraq vətənpərvərliyini yüksək dəyərləndirdi və gənc yazar dostuna təhsil və yaradıcılıq yolunda uğurlar arzuladı. Bakı şəhəri 200 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi Günəş Ramazanova əvvəlcə tədbir iştirakçılarını, o cümlədən şəhid ailələrini salamladı, daha sonra musiqisi Xeyransa Ramazanlıya, sözləri gənc yazar Sevindik Nəsiboğluna məxsus olan “Azərbaycanımızsan” adlı mahnını ifa etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri üzrə şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva çıxışında dövlətimizin şəhidlərimizə, şəhid ailələrinə verdiyi böyük dəyər və qiymətdən söz açdı. Şəhidlərimizdən və onların qanları, canları bahasına əldə etdiyi zəfərimizdən danışdı. Gənc yazar Sevindik Nəsiboğlunun vaxtilə Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi kimi fəaliyyətini xüsusi vurğuladı və onun ictimai fəaliyyətini yüksək qiymətləndirdi.
Sonda kitabın müəllifi Sevindik Nəsiboğlu çıxış edərək kitabın yazılma prosesindən və məzmunundan danışdı, kitab təqdimatında əməyi keçən və tədbirdə iştirak edən hər kəsə, xüsusilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, AMEA MEK-in rəhbərliyinə və şəhid ailələrinə təşəkkürünü bildirdi. O, çıxışının sonunda müəllifi olduğu “Var ol, Azərbaycanım!” şeirini söylədi. Elm və mədəniyyət xadimləri olan Asif Rüstəmli və Əli Rza Xələflinin yekun çıxışları ilə kitab təqdimatı sona yetdi. Xatirə fotoşəkilləri çəkildi və gənc yazar oxucularına hədiyyə etdiyi kitablarını imzalayaraq təqdim etdi.
Biz də inanırıq ki, antiterror tədbirlərində şəhid olan qəhrəmanlarımızı tanıtmaq üçün edilən bu böyük təşəbbüs böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq, tədbirdə deyildiyi kimi bundan illər keçsə də “Suverenliyimizi təmin edənlər” kitabı bədii-publisistik, eləcə də bioqrafik və ensiklopedik mənbə kimi istifadə ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!
NƏZAKƏT EMİNQIZI
Yazar-publisist, AYB, AJB və PEN Klubun üzvü
27.09.2025

İNSAN, YURD VƏ ANA DİLİ

Mahirə Nağıqızı – 65

İNSAN, YURD VƏ ANA DİLİ

(altıncı yazı – yekun)

Əvvəli burada: Mahirə Nağıqızının publisistik məqalələri haqqında

Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr etdiyim “İnsan, yurd və ana dili” adlı silsilə yazımın yekun – altıncı bölümü ilə qarşınızdayam.

Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan ədəbi düşüncəsində milli dəyərlərin, mənəvi bütövlüyün və insanilik fəlsəfəsinin parlaq ifadəsidir. Onun poetik və nəsr əsərlərində “insan”, “yurd” və “ana dili” anlayışları yalnız bədii motiv deyil, həm də milli kimliyin, varlıq fəlsəfəsinin əsas dayaqları kimi təqdim olunur. Bu üç mövzu – insan, yurd, ana dili – Mahirə Nağıqızının bütün yaradıcılıq istiqamətlərini birləşdirən mənəvi üçbucaqdır. Biz bu çuğlaşmanı ümumilikdə “yurdsevərlik” – vətənpərvərliyin ən ali mərtəbədə təzahürü kimi dəyərləndirdik. Bu yekun yazımda bir daha Mahirə Nagıqızının yazdıqlarını bu üç aspektdən nəzərdən keçirib, ümumi tezislərlə silsilə yazımı yekunlaşdıracam.

İnsan – ruhun güzgüsü

Mahirə Nağıqızının əsərlərində “insan” anlayışı sadəcə bioloji varlıq kimi deyil, mənəvi dünyası, vicdanı və ruhu ilə dərk olunan canlı varlıq kimi təqdim olunur. O, insanı həm cəmiyyətin, həm də tarixin daşıyıcısı kimi görür. Yazıçının qəhrəmanları çox zaman daxili mübarizə aparan, mənəvi seçim qarşısında qalan insanlardır. Onlar həm öz “mən”lərini, həm də toplumun ağrısını daşıyırlar.
Nağıqızının qələmi ilə insanın həyat yolunun, taleyin və inamın toqquşduğu nöqtələr açılır. O, insanı əzabları ilə sevir, onun zəifliyində böyüklük, səssizliyində müdriklik görür. Beləliklə, insan Mahirə Nağıqızının yaradıcılığında bəşəri varlığın mənəvi güzgüsünə çevrilir.

Yurd – ruhun məkanı

Mahirə Nağıqızının ədəbi aləmində “yurd” anlayışı sadəcə coğrafi məkan deyil, sevginin, kökün və yaddaşın ünvanıdır. Onun şeirlərində və hekayələrində yurd həsrəti insanın ən dərin hisslərindən biri kimi ifadə olunur. Bu həsrət həm doğma torpağın itkisi, həm də mənəvi uzaqlaşmanın ağrısıdır.
Nağıqızı üçün yurd – təkcə torpaq deyil, həm də tarixdir, milli kimlikdir, keçmişlə gələcəyi bağlayan körpüdür. Onun qəhrəmanları vətənə qovuşmaq, torpağın qoxusunu duymaq, uşaq səsinə, ana nəfəsinə qayıtmaq arzusu ilə yaşayır. Yazıçı üçün yurd sevgisi millətin yaşamaq iradəsidir.

Ana dili – ruhun səsi

Mahirə Nağıqızının yaradıcılığında ana dilinə münasibət xüsusi bir sevgi və məsuliyyətlə ifadə olunur. O, dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, milli varlığın qoruyucu qalxanı kimi təqdim edir. Nağıqızının fikrincə, ana dilinə sevgisi olmayan xalqın gələcəyi də ola bilməz.
Onun şeirlərində dilin saflığı, milli sözün gücü, ana laylasının sehri təntənə ilə tərənnüm olunur. Ana dili onun üçün həm şəxsiyyətin formalaşması, həm də millətin öz kimliyini, milli mənsubiyyətini yaşatması və milli özünüdərkin tamamlanması üçün ən vacib amildir.

Yekun – yurdsevərlik

Mahirə Nağıqızının yaradıcılığında insan, yurd və ana dili bir-birindən ayrı mövzular deyil, bir bütöv mənəvi sistemin parçalarıdır. İnsan – o dili danışan, o yurdda yaşayan və o torpağın ağrısını duyan varlıqdır. Yurd – insanın ruhunda yaşayan torpaq, dil isə həmin torpağın nəfəsidir.
Nağıqızının yaradıcılığı oxucunu mənəvi oyanışa, milli özünüdərkə və insanlıq dəyərlərinə çağırır. Onun qələmində hər söz bir dua, hər obraz bir yaddaş, hər fikir bir çağırış kimi səslənir.

Mahirə Nağıqızı bu üç mövzunu — “insan”, “yurd” və “ana dili”ni — milli ruhun təməl sütunları kimi ucaldaraq Azərbaycan ədəbiyyatında özünəməxsus bir mənəvi xətt yaratmışdır.

Bununla da bu mövzuda söhbətimizin sonuna gəldik, əziz və çox dəyərli oxucum. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun!

Son

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru