Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:
Gedib bu gün saçlarımı kəsdirdim, Bu arada telefonum susmadı. Təbriklərin kəsilmədi arası, Yazan yazdı, yazmayan da yazmadı. (Qoy bu dəfə kim yazıbsa sağ olsun!)
Yol boş, mən tək, tutub yolun əlindən, Uşaq kimi öz-özümü gəzdirdim. (45 yaşın ağırlığı altında) Nə ağladım, nə sısqadım, sadəcə, Gedib bu gün saçlarımı kəsdirdim.
Sentyabr, ümid gedir min yerə, Nə yaydandı, nə də sarı payızdan. Sarı, dedim, görün yada nə düşdü, Saçlarımı saraldacam bir azdan.
Gedib bu gün saçlarımı kəsdirdim, Ad günümdü, mən də belə dəliyəm. Kəsdirmərəm, söyləmişdim bir zaman, Öz andına xilaf çıxan biriyəm.
Neyləmişəm, nə etmişəm, suçmu bu? Bilmirəm ki, nə doğrudur, nədir səhv. Gedib bu gün saçlarımı kəsdirdim, Heç nə, heç nə hiss etmədim, maləsəf.
“Mixi yazılarından əvvəl türk maral buynuzu çəkib, ona “darax” deyib. Balıq çəkib, ona “balıx” deyib. Üz çəkib ona “üzğü” deyib. Bu, 8 min il bundan qabaq olubdur. Şəkilli yazı sisteminə avropalılar piktoqram deyirlər. Sonrakı 2 min ildə isə babalarımız özünün şəkilli yazılarını stilizə edərək onlardan mixi yazı sistemini yaradıblar, gil lövhələr də onların kağızları olub. Orada belə bir şeir də yazıblar:
“Əridə üdsiz kür deyə ki, arazu deyə, Gələ edə savab, hunca deyə, barı, hunca deyə. La bare kadramu, hecü edim u həküdə, Kaş ki, bida nukuş üri, Həmmədan kuku”.
Bunu 3200 il bundan əvvəl Həmədanda yaşayıb yaratmış ulu şairəmiz Bida (türkcə yeganə deməkdir) Həmmədani qazdırıb gil lövhəyə. Ona görə də tam haqlı olaraq olaraq deyə bilərik ki, mixi yazılar yarandığı gündən (6 min il öncədən) ulu türkün olub.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, türkoloq, tədqiqatçı.
Qeyd:
Dünyanın ən məşhur arxeologiya və tarix araşdırma mərkəzlərindən biri olan ANCİENT ORİGİNS’in paylaşdığı yeni bilgilərə görə Qobi çölündəki (Türküstanda-Mərkəzi Asiya) 15.000 illik petroqliflərin qədim türklər tərəfəndən çəkildiyi ortaya çıxmışdır. Bu araşdırmaya görə türklərin yayılma coğrafiyası və tarixdə var olduqları zaman daha qədim dövrlərə gedib çıxır. Araşdırmaçı elm adamlarına görə türklər var olan ən qədim millətlərdən biri, bəlkə də ən qədimidir. Bu məlumat mərkəzin rəsmi saytında yerləşdirilib.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏBƏDİ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA I QƏBƏLƏ KONFRANSI
Ülkər Psixologiya Mərkəzi
2023-cü ildən fəliyyət göstərən Ülkər Psixologiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi və rəhbəriJalə xanım Mirsaab (Ülkər onun yeganə övladıdır)ADPU -nin Sosial-psixoloji xidmətlər fakültəsinin məzunudur. Jalə xanım həm də tələbələrin asudə vaxtının səmərəli təşkili üçün yaratdığı Tələbə Cəmiyyətinin rəhbəri olaraq fəaliyyət göstərir. Ülkər Psixologiya Mərkəzi müasir psixologiya elminin nailiyyətlərinə əsaslanaraq, fərdlərin psixoloji sağlamlığının qorunması və inkişafı istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış mərkəzdir. Əsas fəaliyyət istiqamətləri:Psixoloji xidmətlər:-Fərdi psixoloji məsləhət, Ailə və nikah məsləhətləri,Uşaq və yeniyetmələrlə psixoloji iş, Stressin idarə olunması, fobiya və depressiyanın müalicəsi.Tədris və maarifləndirmə:- Psixoloji təlimlər, seminarlar və treninqlər, Müəllim və valideynlər üçün maarifləndirici proqramlar, Peşəkar psixoloqlar üçün ixtisasartırma kursları.Elmi-tədqiqat fəaliyyəti- Psixoloji problemlərin öyrənilməsi, Yeni metod və yanaşmaların tətbiqi, Müasir psixoloji test və diaqnostika üsullarının hazırlanması.Sosial layihələr:- Məktəblərdə və ali təhsil müəssisələrində psixoloji maarifləndirmə tədbirləri Sosial şəbəkələrdə psixoloji maarifləndirmə kampaniyaları, Aztəminatlı ailələrə və həssas qruplara pulsuz psixoloji yardım.Fərdlərin psixoloji sağlamlığını möhkəmləndirmək,cəmiyyətdə psixoloji mədəniyyəti artırmağa xidmət edir.Ülkər Psixologiya Mərkəzinin fəaliyyəti müddətində keçirdiyi tədbirlər-Maarifləndirici tədbirlər:- Məktəb və universitetlərdə psixoloji sağlamlıq mövzusunda seminarlar; -Stressin idarə olunması, İmtahan həyəcanı ilə mübarizə mövzularında mühazirələr; -Valideynlər üçün uşaq psixologiyası ilə bağlı maarifləndirici görüşlər. Mərkəzin xətti ilə keçrilən -Treninqlər və praktiki məşğələlər:-Emosional intellektin inkişafı üzrə treninqlər;
Qrup terapiyası məşğələləri;Ailə və nikah münasibətlərində ünsiyyət bacarıqlarını inkişaf etdirmə seminarları.Psixoloji dəstək layihələri-Yeniyetmələr və gənclər üçün pulsuz psixoloji məsləhət proqramları;Əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə yönəlmiş sosial psixoloji dəstək;- Müharibə iştirakçıları və onların ailələri ilə reabilitasiya görüşləri. Elmi-praktik konfranslar-Psixologiya elminin aktual problemlərinə həsr olunmuş elmi-praktik konfranslar; Beynəlxalq psixologiya mərkəzləri ilə müştərək tədbirlər;Müasir psixoterapiya metodlarının tətbiqi ilə bağlı diskussiya panelləri. Sosial kampaniyalar- Sosial şəbəkələrdə psixoloji maarifləndirmə layihələri;“Psixoloji sağlamlıq həftəsi” çərçivəsində kütləvi tədbirlər; İctimaiyyət üçün açıq psixoloji test və konsultasiya günlərihəyata kecrilir. Son illər Mərkəzin həyata keçirdiyi Layihər:-.”Uğura geden yol”, “Bizimlə birgə addımla” , “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara pedaqoji yanaşma”, “Xərçəng mənim gülüşümü ala bilməz”, “Tələbələrin asudə vaxtının səmərəli təşkili”, Ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr edilmiş “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsi uğurla həyata keçrilir.
Ülkər Psixologiya Mərkəzinin “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsin təqdimatı 20 Sentyabr 2025 ildə Qəbələ Mədəniyyət Mərkəzində keçilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi və Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsi sayğı ilə yad edilmişdir. Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən video çarx nümayiş olundu.Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Baş leytenant hərbi həkim Aqşin Ənvərlinin anası Dilrubə xanım, Anterror şəhid Mayor Səmədov Xəyyamın atası Mirkazım müəllim Layihənin uğurlar icra olunmasını arzu etdilər. “Tibb və Təhsildə Birgə İnteqrasiya”layihəsinin rəhbəri Jalə Mirsaab çıxışında Tibb və Təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olması üçün həyata keçirilir.
Konfransın işində təhsil işçiləri, pedaqoq və psixoloqlar, şəhid valideynləri, təşkilat rəhbərləri iştirak etmişlər. Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların biliklərinin inkişaf etdirilməsinə nail olmaq üçün Ülkər Psixologiya Mərkəzinə fəaliyyətində uğurlar diləyirik.