Şərafət Şəfa – Həkimliyi və şairliyi ilə insanların qəlbinə boylanan Zakir Ağdamlı

TAİB-in aydınları – RUBRIKA

Həkimliyi və şairliyi ilə insanların qəlbinə boylanan Zakir Ağdamlı

Türk Ağsaqqallar İctima Birliyinin rəsmi saytı olan “Agsaqqallar.com” saytının start verdiyi “TAİB-in aydınları” rubrikasının növbəti qonağı İdarə Heyətinin üzvü, tanınmış həkim-şair Zakir Ağdamlıdır.

Əbu Türxan deyir ki, adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. Bəzi insanlar yalnız özləri üçün yaşarkən, bəzi insanlar da fədakarcasına xalqı, vətəni üçün yaşayır, millətinə, dövlətinə layiqli vətəndaş olmağa çalışır. Belə insanlar həm duyğulu, həm məsuliyyətli, həm də bütün işlərdə fəal olurlar.
Zakir Agdamlı kimi tanınan Zakir Hüseyn oğlu Əliyev 1946-cı ildə Ağdam rayonunun Papravənd kandində anadan olmuşdur. Gözəl Qarabağın cənnət guşəsi olan Ağdamın təmiz havasında, mehriban, ziyalı və sənətkar insanları arasında böyüyən balaca Zakir də hami kimi yurduna bağlı, vətənpərvər böyüyürdü. Onun ədəbiyyata olan marağı da məktəb illərindən başlayır. Tanınmış bir ailənin övladı olan Zakir Əliyevin ailəsində hər kəs təhsilə böyük önəm verir, elmin insan həyatında böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilirdilər. Ona görə də bu ailənin övladları bir müddət sonra Azərbaycanın ziyalıları arasında özlərinə məxsusi yer tuta bilirlər.
Qardaşı Həmzə Əliyev Ağdam rayonunda məsul vəzifəyə təyin olunur. Azərbaycan Ali Sovetinin deputatlığına kimi yüksəlir. Ağdamın sayılan-seçilən ağsaqqalları cərgəsinə qoşulur. Özü isə həkimlik sənətinə yiyələnir, ömrünü insan sağlamlığına həsr etməklə yanaşı, ədəbi mühitdə də sınayır. Ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə fəal ictimaiyyətçi olaraq cəmiyyətdə sevilir, əxlaqi keyfiyyətləri, dürüstlüyü, səbri və təmkinliliyi, işgüzarlığı ilə özünə olan ehtiramı artırır. Zakir Əliyevin ailəsinin daha bir üzvü də alimlik dərəcəsinə yüksəlir. Qardaşı oğlu Bəxtiyar Əliyev də tanınmış psixoloq-alim kimi yetişir, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi məsul vəzifələrə sahib olur. Dəyərli ziyalımız keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biri kimi tarixə düşür.
Zakir Əliyev 1972-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirir. Dövlət xəstəxanalarının birində işə başlayır. Şairliyindən və ictimai fəaliyyətindən də geri qalmır. 1966-ci ildən ədəbi yaradıcılığa başlayan şairin şeirləri dövri mətbuatda çap olunmağa başlayır. Görkəmli xalq şairimiz Məmməd Arazın xeyir-duası ilə ədəbiyyat üfüqlərini fəth etməyə başlayır. Xalq şairi Məmməd Araz onun haqqında fikirlərində deyir: “Zakir Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır. Həkim də insan qəlbinə “boylanır”, şair də. Poetik söz də dərman olur, qeyri- poetik həkim məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir”
Bir çox qəzet və jurnallarda şeirləri çap olunan şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. Daima ədəbi məclislərə qatılan şair iki şeir kitabının müəllifidir. Onu tanıyan hər kəs haqqında ehtiramla, məmunluq hissi ilə danışır. Dirili Qurbani Məclisinin rəhbəri Yusif Dirili onun haqqında belə deyir: ”Zakir Ağdamlı! Bu imzanı çətin ki, ədəbi mühitdə tanımayan olsun. … Bir şair olaraq poeziyasındakı fərqli məziyyətləri, şeirlərinin səmimliyi, ürəyəyatımlığı, yaxşı mənada çevrəsindəki insanlara sevgi aşılamaq eşqi nəyə desən dəyər şair Zakir Ağdamlının.”
Bir insan haqqında xoş sözlər eşitmək müsahibin də xoşuna gələn nüansdı. Həyatda insanlar müxtəlif olduğu kimi, xarakterlər də müxtəlifdi. Eqonun yüksək olduğu bir cəmiyyətdə əxlaq nizamını, davranış mədəniyyətini qorumaq böyük səbr tələb edir. Mən Əbu Türxanı çox sevirəm. Onun kəlamlarındakı hikmətin ruhən yaxınlığı yaradıcılığıma böyük stimul verir. Onun daha bir gözəl kəlamı var. Deyir ki, səbr insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. Bizim Zakir Əliyev də cəmiyyəti gözəlləşdirmək üçün tər tökənlərdəndir. 80 yaşının bir addımlığında olan dəyərli el ağsaqqalı bu gün də bütün tədbirlərdə, səfərlərdə, konfranslarda fəal iştirak edir. O, deyir ki, gənclərlə işləmək, onlara yol göstərmək mənə xoş təsir bağışlayır:” Özümü onlarla eyni yaşda hiss edirəm. Təmsil olunduğum bu təşkilatdakı gənclərin hamısı fəallıqları ilə yanaşı, həm də yenilik axtarışında olaraq, bayram, bazar günləri də çalışan gənclərdi. Onların ən böyük məziyyətləri ağsaqqal məsləhəti ilə hərəkət etmələridir. Türk Ağsaqqalları Birliyinin Gənclər Təşkilatında türk ölkələrindən də xeyli sayda gənclər var. Onlar da təşkilatın rəhbərliyində təmsil olunan müdrik ağsaqqallarımızla sıx əlaqədədirlər, özlərini ata ocağındakı kimi hiss edir, onlardan məsləhət alırlar. Bu nəsillərin dialoqu olmaqla, ağsaqqal-gənclik birliyinin göstərgəsidir”.
Zakir Əliyev təşkilat yarandığı gündən bütün işlərdə fəal iştirak edir, kollektivdə hamı tərəfindən sevilir. Onun doğma yurdu Ağdamın işğalından sonra nisgilə bürünmüş, heç zaman gülməyən gözləri Zəfər tariximizdən sonra gülməyə başlayır. İndi o, daha böyük həvəslə, qolunu çırmayıb təşkilatın bütün işlərində ön sıralardadır.


Fransız filosofu Dekart deyir ki, insan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. Faydalılıq əmsalı yüksək olan Zakir Əliyev kimi insanlar son nəfəslərinə qədər cəmiyyət içində yararlı olmağa çalışırlar. Onlar öz şəxsi mənafelərini, öz rahatlığını deyil, el üçün faydalı olmağı düşünürlər.
Bir zamanlar şeirlərində hayqıraraq, Allaha əl açan, ey Ulu Yaradan, qanad ver mənə, sərhəd dirəklərin keçim, qayıdım, cənnət Qarabağın havasın udum, onu dərman kimi içim qayıdım,- deyən şair indi yurd vüsalından yazır. Doğma Qarabağın çiçəklənməsindən yazır. Bu vüsalın ona verdiyi böyük həvəs, böyük sevinc ilə də təmsil olunduğu təşkilatın mərkəzi ofisini tez-tez ziyarət edir, bütün işlərdə fəal iştirak etməyə çalışır.
Biz də dəyərli üzvümüzə, elimizin dəyərli, duyarlı ağsaqqalına uzun ömür və fəaliyyətində bol-bol uğurlar arzulayırıq…
Elimizdən azan səsi, ozan səsi və ağsaqqal səsi əskik olmasın!

Şərafət Şəfa,
Agsaqqallar.com

Türk Ağsaqqallar İctima Birliyi

Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

1995-ci ildə  Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Milli Kitabxanada bu münasibətlə “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər   https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi  sərgidə isə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar,   Azərbaycan musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti,  Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Mənə qaçqın dedi dostum

SAKİTLƏŞİN!

1993-cü ildə Cəbrayıl rayonu Hovuslu kəndində daşnaklar tərəfindən tar-mar olunmuş ATA YURDUM…
Bir zamanlar bu görkəmdə idin… Hazırkı görkəmin isə ürəyimi param-parça edir… Hələ də göz yaşları ilə yaşayırıq… Ata-Anam yurdum deyə deyə köçdü həyatdan… De nələrini, kimlərini itirmədik… Kənardan baxana çox asn gəlir…
Məcburi köçkünlərə, Qaçqınlar heç nəyiniz olmayıb deyənlərə bu şəkili göndərirəm. Yaxşı-yaxşı baxın qaçqıların, məcburi köçkünlərin işğal altında qalan bu cür şəkildə gördüyünüz evlərinə və onların 30 ildə çadır şəhərciklərində, yarımçıq tikililərdə, yataqxanalarda çürütdükləri silinməz iz buraxan qara bəxtli talelərinə!
Allah bütün Şəhidlərimizə Rəhmət eləsin. Müharibə Veteranlarımızı, Qazilərimizi, bir sözlə Ordumuzu Allah qorusun.
Bir zamanlar yazmışdım…
“MƏNƏ QAÇQIN DEDİ DOSTUM” şeirimi 2017-ci ildə çap olunmuş “İÇİMİZDƏ YURD ADLI YARAMIZ VAR” şeirlər kitabından oxuyun…

Mənə qaçqın dedi dostum,
Huşsuz oldum, lap pis oldum.
Dedim “dostum” yaxına gəl,
Boş-boşuna danışma “bəy”…


Ardını şeir kitabımdan oxuyun (Bir çox kitabxanalarda kitablarım var)…
Oxuyduqdan sonra hər şeyi biləcəksiniz…
Tanrı Dünyamızı qorusun. Dünyanın malı, var-dövləti Dünyada qalacaq…
SAKİTLƏŞİN! SAKİTLƏŞİN! SAKİTLƏŞİN!

Müəllif: Ədalət ƏROĞLU

AYB və AJB-nin üzvü,
Hüquqşünas-şair
.

ƏDALƏT ƏROĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.

Sərgidə iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Qaynar xətt: (+99412) 147

📧 bakubookfair@culture.az
🌐 www.bakubookfair.az
📸 Instagram: @baku_book_fair

YAZARLAR.AZ
============

<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>