
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

21 qramlıq bioenerji və Kosmopolit
1907-ci ildə Haverhill Massaçusetdə olan Duncan MacDougall adlı həkim müəyyən təcrübə üzərində çalışmış və ruhun çəkisini ölçmək istəmişdir. Bir çox ölüm anında olan insanlar çox həssas tərəzilər üzərində böyük həssaslıqla ölçülmüş və ortaya maraqlı nəticə çıxmışdır. Aparılan ümumi təcrübə sonunda insanların ölüm anında 21 qram ( daha düzü 21,3 qram) çəki itirdikləri məlum olmuşdur, ancaq daha maraqlı hal isə çəki itirilməsi ölüm anında müəyyən zaman sonra yenidən bərpa olunmaqda idi.
Haqqında söz açdığımız 1907-ci ildə aparılan təcrübə bizlərə nəyi göstərməkdədir? Ruhun müyyən çəkisi ola bilərmi? Tarix boyu bütün dinlərdə də insanın maddi və mənəvi tərəfləri olması barədə fikirlər mövcud olmuşdur, amma indiyə qədər ruh barədə tam sübutlu dəlil gətirə bilən olmamışdır. Şəxsən mənim düşüncəmə görə ruhumuzun cismimizdən ayrı olması fikri düzgün gəlməməkdədir.
Maddənin təməli olan atomun təməli enerji tezliklərinə, yəni enerji dalğalanmalarına söykənməkdədir, yəni sərt cisimlər əslində sərt deyildir, enerji tezlikləri vasitəsilə yaradılmış sistemlərdən ibarətdir. Bizim ruhumuz ətrafı anlayan, analiz edən şüur olaraq vardır və bu bizim hüceyrələrimizdən etibarən formalaşaraq gəlməkdədir. Hüceyrələrimiz ibtidai şüur olaraq, öz ətraflarını təhlil edərək, ətrafa uyğunlaşaraq yaşamağı öyrənən mexanizmlərdir. Bəs belədirsə, ərtaf özü nədir?
Gerçəkdə ətraf fəzanın və ya kainatın özü ümumi şüur olaraq varlığını saxlamaqdadır. Hər bir hüceyrə isə kainatda yerləşdiyi məkan-zamana uyğun olaraq öz ibtidai şüuruna sahib olur. Bunu isə hüceyrə ətraf fəza ilə qarşılıqlı təsirdə olaraq etməkdədir. Geniş miqyasda nəzər yetirsək, hüceyrənin də atomlardan təşkil olunduğunu görərik, yəni hüceyrədə öz təməlini sonucda enerji tezliklərinə söykəməkdədir. Hüceyrə sistemi özü-özlüyündə kainata bağlanmaqdadır, ondan gəlməkdədir. Bu əsnada abzasın əvvəlindəki cümləni daha düzgün anlamış oluruq. Əgər hüceyrələrin və onlardan yaranmış bizlər şüura sahib oluruqsa, demək ki, ümumi kainat fəzası da şüur sisteminə sahibdir. Şüurumuz fərqli yerdən deyil, yerləşdiyimiz kainatın özündən gəlməkdədir. Bu mövzu ilə bağlı hüceyrə bioloqu olan Bruce H.Liptonun “İnancın biologiyası” kitabındakı fikrini qeyd etmək düzgün olar. Qeyd olunmuş fikir bu şəkildədir: “Hüceyrə membranının quruluşu məni vücudlarından ayrı olaraq düşünüldüyündə ölümsüz və mənəvi varlıqlar olduğumuza inandırmışdır.”
Bizlər dünyəvi deyil, kosmik varlıqlarıq, yəni Kosmopolitə daxil olaraq varlığımızı saxlayırıq. Bəs bizlərin ayrı-ayrı fərdlər olmağımızı nə formalaşdırır. Bu məqamda yenidən hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabındakı başqa qeydini vermək yerinə düşər. Fikir bu şəkildədir: “Hər bir insanın hüceyrələrinin qruplaşmaları özünə spesifik hala gətirən şey nə idi? Hüceyrələrimizin xarici qatında qruplar halında şəxsiyyət qəbulediciləri vardır və bunlar bir fərdi digərindən ayırır.” Bu bilgiləri fiziki çəhətdən incələsək, hüceyrələrin xarici qatında yerləşən şəxsiyyət qəbulediciləri və kainatın bunlara verdiyi cavablar, hər biri tək gerçəyi ortaya qoymaqdadır. Kainat enerji alanından cismani alana enmişdir. Şəxsiyyət qəbulediciləri enerji tezliklərinin uyğunlaşması ilə mümkün olmaqdadır. Kainatda yerləşən ümumi şüur sonsuz sayda tezliklərə bölünməkdədir və hüceyrə qruplarının yerləşdikləri konuma münasib olaraq uyğunlaşan enerji tezliyi həmin hüceyrənin şəxsiyyətini təyin etməkdədir. Qısacası kainatdan gəlməkdəyik.
Indi isə 1907-ci ildə aparılan təcrübəni xatırlasaq, ölüm anında itirilən 21 qram və sonra onun bərpasının nə anlama gəldiyini araşdıraq. Məqalədə öyrəndiklərimizə əsasən hüceyrələr kainatda olduqları məkan və zamana uyğun olaraq enerji tezliklərinə uyğunlaşır və formalaşır. Insan ölüm anında onun cisminin hüceyrələrinin toplam şüuru kainatın müəyyən tezliyindən ayrılaraq, fərqli tezliyə keçməkdədir. Bu halı fizika elminə əsasən təcil ilə əlaqələndirmək mümkündür. Təcilin düsturu aşağıdakı kimidir:
a = F/m
Düsturda yer alan a – təcili, F – qüvvəni, m – kütləni xarakterizə etməkdədir. İlk öncə təcilin nə olmasını qeyd edim.
Təcil – sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir. Təcil sürətin dəyişməsinə, daha artıq sürət əldə olunmasına deyilir. Və düstura fikir versək, cismin təcili artdıqca, kütləsi azalmaq üzrə getməkdədir. Kütlənin azalması ilə birlikdə tətbiq olunan qüvvə də artmaqdadır. Bu bilgiləri ölüm anındakı kütlə itirilməsinə tətbiq edərsək, belə bir fikir irəli sürə bilərik:
– ölüm anında insanın sahib olduğu enerji tezliyi alaraq yüksəldiyi üçün insan bədənində kütlə azalması olmaqdadır.
Enerji tezliyimiz yüksəlir və daha üst məkan zaman ölçüsünə keçid etdiyi üçün daha dünya ölçüsündə fəaliyyətdə ola bilməməkdə və biz buna ölüm deməkdəyik. Qaldı ki, ölümdən sonra itirilən 21 qram kütlənin bərpa olunması, bunu isə vücuddan itirilən enerji tezliyinin yerinə fərqli tezliyin yüklənməsi kimi açıqlaya bilərik,sanki dənizdə müəyyən zonadan su götürülər və götürdüyü zonaya yenidən fərqli su kütləsi gələrək zonanı doldurması kimi insan vücudu da itirilən enerji tezliyinin yerini dolduraraq itirilən kütləni bərpa etməkdədir.
21 qram təcrübəsinin tam izahının məqalədəki kimi olması ehtimalı olduqca yüksəkdir. Indi isə, mövzunu bir az da genişləndirərək insanlığın kosmopolit nəslini izah etmək yerində olacaqdır. Məqalədə qeyd etdik ki, insan şüuru hüceyrələrdən gəlməkdədir və kainatın uyğun gələn enerji tezliyi ilə formalaşır. Hüceyrələrin də molekulyar sistemlərdən təşkil olunması bilinən bilgidir. Kimya elminə əsasən isə molekulların sonlu sayda qruplaşmalarının olması məlumdur, yəni yaranmış müəyyən molekul qrupları fərqli məkan və zaman aralığında yenidən formalaşmaq ehtimalı vardır. Bu ümumi kainat üzrə bu şəkildə davam etməkdə və kainatın dərinliklərində müəyyən məkan və zaman intervalında fərqli, amma bizimkinə çox bənzər olan Yer kürəsi daha ola bilər. Bu Yer kürəsi cüzi fərqliliklərə sahib olmaq şərti ilə bizimki kimi Günəş sisteminin daxilində ola bilər. Belə olduğu halda orada da hüceyrələr sisteminin yaranması və bizlərin eyni kopyaları cüzi fərqlər ilə yaranması ehtimalı da vardır. Belə olduğu halda, kainat daxilində var olan fərqli Yer kürələrində olan mənim cüzi fərqlər ilə yenidən yarana bilmə ehtimalım var, amma heç var olmaya da bilərəm. Hamısı molekulyar qruplaşmalarından asılı olaraq davam etməkdədir, amma fərqli mənlər heç də eynilə mən olmuram, çünki yerləşdiyi məkan fərqi səbəbi ilə enerji tezlikləri tam eyni olmayacaqdır. Xarici quruluş baxımından və xarakterik baxımdan cüzi fərqlər ilə mən orada da özümü burada olduğu kimi hiss edəcəyəm.
Bu bilgi bizlərin kainata yayılmamızı və beləliklə, kosmopolit nəslini yaratmağımızı göstərən ehtimal faktlardır. Ehtimal olaraq niyə qeyd edirəm, çünki bilgilərlə təsdiq olunsa belə, konkret təsdiqi hələ ki tapılmamaqdadır.
ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ
Müəllif: Məhəmməd KƏRİMOV
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Ваську выгнали. Опять. Третий раз за его ещё короткую жизнь. Не везло ему как-то, не вело. Только годик исполнился, а уже из тёх семей выбросили. Ну, как выбросили. Сперва его передавали из рук в руки. А потом. Потом, просто вынесли на улицу и отойдя подальше от дома. Опустили в мусорный бак и убежали. Чтобы он не мог найти путь домой. А он и не искал.
Он всё понял. Сразу понял. По выражению лица мужчины. Жена его очень огорчилась, когда Васька поцарапал новый, кожаный диван. Очень дорогой. Она и вынесла приговор. А муж? А, что муж?
Он всегда и со всем соглашался.
Взял под мышку годовалого кота и пошел к мусорке в соседнем дворе.
Васька и не побежал бы за ним. Нет Не побежал. Он видел приговор в его глазах и понимал
Всё бесполезно. Попрощался бы хоть по человечески. Погладил на прощанье. Извинился. А так.
Как-то не по человечески получилось. Будто ведро с мусором высыпал.
Васька вздохнул и попытался найти в мусоре что-нибудь съестное, Перекусив старыми кусочками курицы. Он выбрался и усевшись рядом с большим зелёным баком. Стал смотреть на Солнце.
Он щурился, но не отворачивался. От этого большого, светлого круга шло тепло. И ему очень это нравилось.
Это были последние солнечные лучи. Лучи лета, осени, зимы. Небольшое потепление. И корочка льда растаяла.
А в душе Васьки замёрзла.
Вечер и ночь были холодными. После захода солнца. Ветер и мороз принялись за своё дело.
Рыжий кот замерзал. Он понятия не имел куда идти и как прятаться, а поэтому.
Нашел большую кучу пожухлых, рыжих листьев и забравшись в них. Свернулся клубочком. Сперва было очень холодно и он дрожал, но потом.
Потом, когда от ветра с мокрой ледяной крошкой. Его рыжая шубка задубела. Ему почему-то стало теплее и дрожь прошла. Какой-то голос в глубине нашептывал хорошие слова. Которые убаюкивали его и предлагали закрыть глаза и забыть обо всех горестях и несчастьях.
Свернись ещё, и спи. Спи, спи, спи.
Слышал он и тепло.
Тепло разливалось по его окоченевшему тельцу.
Ведь это так просто. Надо только сдаться и всё пройдёт. И наступит покой и вечность. Уйдут обиды и огорчения.
Васька последний раз вздохнул и согласился. А зачем бороться? Ради чего?
Ведь завтра его ждёт тот же самый холод и голод. И то же самое желание. Закрыть глаза и никогда больше. Никогда.
Никогда не открывать их.
Фонари на улице зажглись сперва там, вдалеке. И Васька последний раз взглянул на них. Он часто смотрел на их свет из своего окна. Тёплого.
Рыжий кот последний раз вобрал в себя этот свет и глаза его.
Вспыхнули в угасающей темноте.
Этот последний огонёк и привлёк внимание маленькой рыжей девочки. Шедшей домой с папой.
Она дёрнула его за рукав.
-Там.
Сказала она.
-Там в листве, кто-то есть.
-Нет там никого.
Зябко поёжился папа.
-Идём скорее домой. Я замёрз.
И он попытался увести её от большой, тёмной кучи прелых и обледеневших листьев. Рыжая девочка, дёрнула плечом.
-Я видела.
Сказала она.
-Я видела свет.
-Свет в куче старой листвы?
Удивился папа.
-Не может быть такого. Не может.
Но.
Она уже была рядом и разрыв верхний слой. Наткнулась на него. Рыжего кота.
-Папа!
Закричала она.
-Я же видела. Это он.
-Кто он?
Удивился папа, подойдя.
-Вот он.
Сказала девочка и попыталась поднять обледеневшее тельце.
-Оставь его.
Сказал папа.
-Он уж умер. Не будем же мы нести домой мёртвого кота.
-Он не умер.
Ответила рыжая девочка.
-Я знаю. Я знаю. Он жив. Я же видела свет в его глаах.
-Свет в глазах кота?
Пожал папа плечами.
-Свет в кошачьих глазах?
Он подошёл ещё ближе и подняв тельце попытался услышать или нащупать биение сердца.
А Ваське так хотелось спать. Так хотелось. Сон смежил его веки и тепло наполнило его тело. И голос внутри шептал ему.
Спи, спи, спи… Не открывай глаза.
Но это голосок. Тоненький детский голосок всё повторял и повторял упрямо.
-Свет в его глазах.
-Что они от меня хотят? Почему опять мучают? Почему не дают спокойно уснуть?
Он с огромным трудом раскрыл глаза, чтобы увидеть тех. Кто даже сейчас мешает ему.
-Вот!
Закричал детский голосок.
-Вот!!! Я же говорила. Ты видел? Опять. Свет!!!
-Да какой свет?
Удивился он, но. Снял с себя куртку и завернув в неё рыжее тельце. Пошел по направлению к дому.
Дочка побежала рядом с ним. Она торопила его.
-Папа, папочка. Пожалуйста, быстрее. Ему же холодно.
Они исчезли в подъезде, а потом. В окнах пятого этажа зажегся свет.
Ваську купали тёплой водичкой и поили согретым молочком. А девочка.
Девочка уговаривала.
-Ты только не умирай. Не умирай, пожалуйста.
И лёд на его шерстке растаял. И в душе растаял.
И большой рыжий кот с удивлением наблюдал. Как папа с дочкой обхаживает его. Он уже проснулся и теперь тепло.
Тепло наполняло всю его сущность. Нет. Не от батарей. А от маленького детского сердечка.
А снаружи стоял он. Тот, кто иногда приходит на помощь.
Он стоял и смотрел на светящиеся окна пятого этажа.
Он стоял и говорил.
-Всё, что могу. Всё что могу.
Он постоял и немного подумав добавил.
-Свет. Не каждый его видит. Не каждый. И не каждый, кто видит, может сохранить.
А Васька, смотря на девочку с рыжими волосами. Не думал о величии человека. О таких вещах думают люди. Он думал о своём.
Он видел свет. Свет в её глазах.
Автор: Олег Бондаренко
Первоисточник : Женский Журнал
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Parisin fəthi davam edir!
Fransa dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş edən ölkədir. Elmin, incəsənətin, ədəbiyyatın elə bir sahəsi yoxdur ki, dünya şöhrətli fransız müəlliflər həmin sahələrdə ölməz əsərlər yaratmasın. Amma eynən ümumbəşəri dəyərlərə Fransa qədər zərbə vuran ikinci ölkə də tapmaq çətindir. Hiyləgər və simasız fransa keşişləri səlib yürüşlərinə, milyonlara günahsız insanların qanına bais olmalarına imza atmış, məzlum və suçsuzların ah-nalələri üzərində öz çürük taxtlarında xanədanlıq edən hökmdarları isə təkcə Fransanın yox, eləcə də bəşəriyyətin üzqaraları kimi tarixə düşmüşdür. Dünyada günahsızların ən kütləvi qanı axıdılan dini zəmində ən böyük qətliam da məhz 24 avqust 1572-ci ildə Parisdə baş vermişdir. Vorfalamey gecəsində Paris küçələrində bir gecədə 30 min insan öldürülmüşdür. Satqınlıq, dönüklük simvolu kimi yenə də fransız keşişləri hətta öz doğma torpağını qoruyan sadə kəndli qızı Janna Darkı yadellilərə satmışdır. Bəlkə də ziddiyyətlər burulğanı bütün zamanların tarixi boyu fransadakı kimi dünyanın heç bir bölgəsində özünü bunca çılpaqlığı ilə göstərə bilmməmişdir. Heç cürə inanmaq olmur. Necə olur ki, əsrlər boyu insanlığa sevgi bəsləyən fransız mədəniyyəti bu qədər çirkab içərisdən pərvaz etmişdir. Dünən və bu gün uşaqdan böyüyə hamının bildiyi həkimlik ən hümanist peşədir sadə həqiqəti fransada təzadın özünü belə heyrət içində boğmuşdur. İxtisasca həkim olan Gilyotin insan başı kəsmə “ixtirası” ilə bəşər tarixinin ən qanlı “kəşfinə” imza atmışdır.
Patrik Süskindin “Parfümer” əsərində canlandırılan XVIII əsr Fransası, ələlxüsus Parisin üfunət içində boğulması əfsuslar olsun ki, bu gün daha dəhşətli formada özünü göstərir. Sözün həqiqi mənasında çırkab qoxuyan Paris öz siyasi yetiklilərinin sərsəm siyasətində də miskinliyinin pik məqamını yaşayır. Yüz milyonlarla vəsait xərcləyib dünyanın ən mötəbər idman yarışına açılış yapır. Amma necə!
İnsanlığın indiyə qədər nail olduğu, oturuşmuş mənəvi dəyərlərini aşağılanması ilə. Sanki Yelisey kurarlarındakı söz sahiblərinin mənəviyyatı hər gün çirkab köpüklü Senada yuyunaraq bir az da artıq üfunət qoxuyur. Paradoksun özü belə təəccüb içində. Dünyanın valehedici ətirlərini istehsal edən Fransa mənəvi çirkinliyin içərisində üfunət qoxuyur.
Bəlkə də təəccüblü deyil, Əlcəzairdə milyonlarla insanı qətlə yetirənlər Xocalı cəlladlarına qucaq açır. Sülhə, barışa meydan oxuyur. Görünür xislət naqisliyi onların qanına hopub.
ABŞ-nin siyasi orbitində vurnuxan müasir Fransa, daha doğrusu müasir Fransanın siyasi kursunu həyata keçirənlər bütün bəşəri dəyərləri ayaqlamaqdan çəkinmir. Haqsızlıq, utanmazlıq sindromunun ağuşunda çabalayan fransa siyasi yetikliləri əslində ilk növbədə fransız xalqına, bütün qaranlıq dönəmlərinin çirkab bataqlığından əsil mədəniyyəti, ülvi dəyərləri cücərdən öz dahilərini də aşağılayır. Gerçəkdən onların ruhunu simasız davranışları ilə təhqir edir.
Ölkəmizə, xalqımıza qarşı çirkin maraqlarının doğurduğu siyasəti sərgiləyən Yeliseyin mövqeyinə əhəmiyyət vermədən azərbaycanlılar Fransanı, tərəqqipərvər Fransanı, yaxşı dəyərlər yaradan Fransanı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına maraqlı olan Fransanı fəht edir.
Fransanın 54-ci baş naziri Jorj Klemanso hələ 1918-ci ildə qətiyyətlə Azərbaycan istiqlalını tanımaqdan imtina etdiyi halda Böyük siyasətçi, XX yüzilliyin nəhəng diplomatı Əlimərdan bəy Topçubaşovun siyasi gedişləri qarşısında geri çəkilib, əvvəl inkar etdiyini iqrar etdi. Necə ki əvvəl heç cür qəbul edilməyən görkəmli şərqşünas professor Məhəmməd Sadıq bəy Ağabəyzadəni Faransada şərqşunaslığın sütunu adlandırlmaqla onun elmi naliyyətlərinə baş əydilər. Heç şübhəsiz zəngin ənənələrə malik fransız ədəbiyyatı Ümbülbanu qələminin qüdrətinə pərəstiş etdi. Generalını əsgər zəfərinin kölgəsində addımlağa diqtə edən əfsanəvi Əhmədiyyə Cəbrayılov igidliyinə təzim edən Fransa eynən də rəssamlıqda əsrlərlə şedevrlər yaradan fransız rəngkarlığı Toğrul Nərimanbəyov fırçasının sehrinə alqış dedi, bu gün də siyasət, elm, ədəbiyyat, incəsənət sferasındakı fəht marafonunu idmanda da öz şahanəliyini yaşadı.
Hidayət Heydərov 33-cü yay olimpiya oyunlarının qızıl medalını qazanmaqla, Topçubaşov və məsləkdaşlarının vaxtı ilə siyasi meydanda əldə etdikləri uğurun təntənəsi, Azərbaycan Bayrağını Parisdə dalğalandırdı. Məhz bu azərbaycanlı bahadırın sayəsində dahi Üzeyir bəyin nakam Əhməd Cavadın sözlərinə bəstəsi, himnimiz səslənərək bizləri qürurlandırdı.
Biz sevinirik, fəht edirik, qürbət səmalarında dolaşan Əlimərdan bəyin, Seyhun bəyin ruhlarını şad edirik, biz şərə düz yolla, əsil Qafqaz insanına xas mərdliklə qalib gəlirik.
Eloğlu, vətən adını uca edən Hidayət özündən əvvəlki siyasət, elm, ədəbiyyat, şücaət, incəsənət fatehlərinin fəht sıralamasını idmanda dedi.
Fikrimcə müasir fransa qeyrimüəyyənliyində narahatçılıqda olan Əlimərdan bəy, Ümbülbanu, Seyhun ruhları da Hidayətin qalibiyyət təntənəsinə alqış deyir. Eşq olsun:






Müəllif: Pərviz YƏHYALI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

İbn Sina və Qərb fəlsəfəsi
İntellektual tarix səltənətində Şərq və Qərb fəlsəfələrinin görüşü dünyanı dərk etmə tərzimizi formalaşdıran zəngin düşüncə qobeleninə gətirib çıxardı.Ənənələrin bu birləşməsində əsas fiqurlardan biri, ideyaları təkcə İslam fəlsəfəsinə deyil, həm də Qərb fəlsəfi fikrinin inkişafında rezonans tapmış İbn Sinadır. İbn Sina, İslamın Qızıl dövründə yaşasa da, onun təsiri mədəni və coğrafi sərhədləri aşaraq Qərb fəlsəfi diskursunun ürəyinə çatdı. Onun Qərb təfəkkürünə verdiyi ən mühüm töhfələrdən biri Aristotel fəlsəfəsinin islam teologiyasına inteqrasiyası idi ki, bu sintez sonralar orta əsrlər Avropasında sxolastik fəlsəfənin inkişafını formalaşdırmışdır.
İbn Sinanın fəlsəfi sistemi təbiət dünyasının dərk edilməsində ağıl və məntiqin vacibliyini vurğulayırdı.Onun “uçan adam” konsepsiyası – insanın hissiyyat təcrübəsi olmadan mövcud olduğu xəyali bir ssenari – Dekartın məşhur “Cogito, ergo sum” (“Düşünürəm, deməli, varam”) ifadəsinin əsasını qoydu və insan varlığının müəyyən edilməsində özünüdərk və şüurun mərkəziliyi vurğuladı.İbn Sinanın əsərləri ən böyük Qərb mütəfəkkirlərinin bəzilərində silinməz iz qoymuşdur. Onun fəlsəfi fikirləri İbn Sinanın arqumentlərini teoloji çərçivəsinə daxil edən Tomas Aquinas əsərlərində rezonans tapdı. İbn Sinanın fəlsəfi fikirləri Qərb fəlsəfəsinin, xüsusən də Orta əsrlərdə kursunun formalaşmasında mühüm rol oynamışdır ki, “Tanrının zəruri mövcudluğu” konsepsiyası Tomas Aquinas kimi mütəfəkkirlərə təsir etdi və iman və ağıl arasındakı boşluğu aradan qaldırmağa kömək etdi.
İbn Sinanın metafizika, məntiq və varlığın təbiəti ilə bağlı yazıları Con Lokk, Devid Hum və İmmanuel Kant kimi sonrakı filosoflara da təsir göstərərək, Qərb fəlsəfi fikrinin gələcək əsrlər boyu trayektoriyasını formalaşdırmışdır. Fəlsəfi töhfələri ilə yanaşı, İbn Sinanın tibb sahəsindəki fəaliyyəti də Qərb düşüncəsinə davamlı təsir göstərmişdir. Onun hərtərəfli tibbi ensiklopediya olan “Canon of Medicine” əsəri Avropada əsrlər boyu standart tibb dərsliyi kimi istifadə edilmişdir.
Bütövlükdə, İbn Sinanın irsi mədəni və coğrafi sərhədləri aşaraq onu həm İslam, həm də Qərb intellektual tarixində əsas şəxsiyyətə çevirir. Onun ideyaları bu günə qədər filosoflar, ilahiyyatçılar və həkimlər arasında rezonans yaratmaqda davam edir.
Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
Müəllif: Zaur USTAC
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Gözəl Şuşamıza bu dəfə də qızımla bərabər getmişdim, həm də dumanlı, çiskinli havada. Bu dəfə günəşli, isti havasıyla yandırmadı bizi, ehtiyacımızı bilirmiş kimi dumanın sərini qarışıq nurlu yağışıyla üzümüzü, saçımızı yuyub yol yorğunluğumuzu canımızdan çıxartdı qadasın aldığım, hər halıyla gözəlim. Küçələrinə ayaqyalın düşmək istəyirsən, tütyə üstündə gəzirsənmiş kimi . Gözlərini qırpmaq istəmirsən ki, birdən xəyal olub uçar, bir anlıq xoşbəxtlik kimi. Ömrümüzün nağılı bildiyimiz həqiqəti oldu şükr Allaha, min şükür. Dəniz ilk dəfə gördüyü Cıdır düzünü duman-duman gəzib dedi ki, buranın nəsə ayrı bir sirri var, elə bil burdan batıb başqa bir zaman portalından çıxa bilərsən, ya da tamam yox olarsan… Nə isə, bir konkretliyə sığışdıra bilmirik gördüklərimizi hələki. Təki uçduğumuz göylərdən bizi yerə endirən cırlıqlarımız olmasın. Bu dəfə tam əmin oldum ki, biz Şuşaya bütün paklığımızın səfərbərliyi ilə dualarımızla, gözyaşlarımızla gedib qayıdırıq, Həcc ziyarəti kimi.
Gəzinti turlarının sağolsunlar, əlçatan variantlarının sayəsində yəqinki, camaatımızın əksəriyyətinin artıq Şuşanı görmək imkanı oldu, ürəyimizdən tikan çıxartdıq heç olmasa.Bu yollarda gəzinti avtobusları sanki bir məbəd guşəsinə çevrilir, hamı bir-birinə munis, hamının dilində şəhidlərimizin ruhuna, qazilərimizin canına dualar, gözlər, ürəklər dolu, sözlər, ifadələr münasibətlərin yüksəkliyi qarşısında açiz… Aşırımlı yolların sonuna doğru Şuşanı qucağına almış qayalardan yonulmuş “vazası” görünməyə başlayanda nəfəsin daralır, gözlərinin görmə rakursu dəyişir elə bil. Nə bilim, bu da bizim yeni sınağımızdır yəqin. Qoy olsun bizim Yüksəliş sınağımız.
Amma diqqətimizi də əldən verməyək, hələ Qarabağımız sağlamlığını bərpa dövrünü keçir, nəvazişimizi üstündən əskiltməyək. Bütün ərazidə, əsas da Şuşada böyük tikinti işləri gedir. Qədim abidələr bərpa olunur, küçələr salınır, yeni binalar tikilir. Çox gözəl. Amma elə hər dəfə gedəndə göbələk kimi çoxalan kababxanalar, bahalı restoranlar da görürük. Olsun, turizmin inkişafı bunu da tələb edir, məlumdu. Amma hələ yolları, küçələri tam qaydaya düşməmiş bir yerdə buna çoxmu ehtiyac var? Açıq deyəcəyimə görə üzr istəyirəm, belə imkan varsa bu şəhərin ilk növbədə heç olmasa ödənişli,təmiz ictimai tualetləri tikilməlidir axı. Şəhərə hər gün heç olmasa 3-4 avtobus adam gəlir. Niyə onlar təzə bərpa olunmuş Yuxarı Gövhər Ağa məscidinin dəstəmaz yerində növbəyə dayanmalıdırlar? O restoranları işlədib pul qazananlar heç olmasa, bu məsələyə bir yardım göstərsinlər. Belə getsə, susuzluq, natəmizlik, adi insani məişət ehtiyaclarının imkansızlığı elə qorxuram, görülən işləri belə gözdən salar. Hər gələn hələ nabələd qonaqdır, bəlkə də maddi imkanını aşaraq neçə yüz kilometrlərlə yol gəlib ki, həsrətində olduğu yerləri görsün. Naxçıvandan nəvələrini, övladlarını yığıb Şuşaya gələn bir yaşlı xanımla yol yoldaşıydıq, düz yeddi nəfər idilər.Camaatın hisslərinə hörmətlə yanaşılmalıdır məncə. Hamı böyük imkanlar sahibi olmur, bunu nəzərə almaq lazımdır.
Hörmətlə: Güldəniz Qocayeva
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
Tarixdən: “Xosrov şahənşah elan edilsə də, ətrafına ümid etmədiyindən Mədaini tərk etdi. Əvvəl Azərbaycana getdi, oradan Bizans imperatoru Mavrikinin sarayına… “
Bizans imperatorundan kömək alsın deyə, Xosrov nə edə biləcəyini, hansı güzəştlərə gedə biləcəyini düşünmüşdü… Bizansla müttəfiq olan Hun qoşunlarını özünə tərəfdaş edə biləcəkmi? Bizanzdan alınan türk torpaqlarıni da Bizansa qaytarar,təki taxt-taca sahib olsun… Daha nələr olacağını bilərmi?..
Bizans sarayında sığınacaq tapmış Xosrov, imperator Mavriki ilə danışıqlar apararaq, ona hərbi yardım göstərəcəyi təqdirdə, gürcü və ərmən vilayətlərini Bizansa güzəştə gedəcəyinə söz verdi…
Mavrik də düşündü ki, baxmayaraq ki, bu vilayətlərin əhalisi əsasən ər saklar, qıpçaqlar, oğuzlar-türklərdi, eyni dildə danışan əhalidi, ancaq onlarla hardasa dil tapmağı bacarar… Əqidəsi zəifləri,var-varidat hərislərini,vəzifə düşkünlərini öz tərəfinə çəkməklə, idarəetməsini yarada bilər… Qafqaz türkləri xristianlığı ilk qəbul edən ellər olsa da, Bizans elə bu dindən istifadə etməklə bu əraziləri özünə tabe etməyə çalışacaq…Artıq uzun illərdi ki, Bizans dövləti bu yolla- hətta xristianlığı parçalamaq yolu ilə, bəli, dini
paçalamaqla belə özəl məqsədinə çatmağa çalışır…Bizansda hazırlanmış xüsusi dini nümayəndələrin iştirakı ilə bu iş heç də pis getmir: Bu ərazilərin kilsələri Bizansın təsirində olacaq. Bu da bir imkandı…Bu imkanı əldən vermək olmaz… Bunları edə bilsə, idarəetmə asanlaşacaq…Hər necə olsa, illik vergiləri toplayacaq… Addım-addım da irəli gedə bilər. Bu ərazilərdə yaşayan qədim-qaim türk ellərindən Bizansı qoruyan yeni qoşun hissələri də yaranacaq… Bu qoşunlarla ən güclü düşmənlərlə də vuruşa bilərlər. Elə türklərin özü ilə də vuruşmaq olar!..
Bu ərazilərdə hələ Şumer dövründən güclü dövlətlər yaratmış, buradan Batiya, Doğuya yayılmış türklərin burada müstəqil dövlətlər yarada biləcəyini nə bizanslılar, nə də sasanilər nədənsə ağıllarına gətirmirlər, bəlkə də o fikri heç özlərinə yaxına buraxmaq istəmirlər… Tarixdən məlumatları yox kimi görünməyə çalışırlar…
Xosrov ümidli baxışlarla hökmdar Mavrikə baxaraq:
-Mənə hər hans bir tapşırığın olsa, oğul kimi yanındayam.
-Bilirəm, oğul kimi yanımdasan, danışdıq axı… Darıxma, qızım Məryəmlə toyunuz olsun, beləliklə, sən mənim ən yaxın ailə üzvüm olursan, mənim də borcum sənə yardım etməkdi. Toydan sonra Bizans qoşunu da hazır olacaq. Dediyin, kömək almaq istədiyin cəngavər hunlar da bizim qoşunun tərkibindədi, bizimlə müttəfiqdi… Hakimiyyət sənin olmalıdı, narahat olma…
…Bəhram Çubin bir ciddi müqavımətlə rastlaşmadan Mədainə daxil oldu. O, vəzirlə, saray əyanlarıyla ilk görüşdə:
-Mən intiqam almaq üçün gəlməmişəm, ancaq haqsızlığa etraz etməyə gəlmişəm. Mənə olan münasibətə aydınlıq gətirilməsini istəyirəm. Yaxşı, siz mənə olan haqsızlığa niyə etraz etmədiniz, siz Hörmüzün yanında deyildiniz? Mənə özümü tərifləmək yaraşmaz. Mənim İran üçün nələr etdiklərimi nədən unutdunuz?.. İpək yolun İrana biz qazandırmadıqmı? Bugün bu İranın istifadəsində zaman-zaman bizim türk ellərinin gücü ilə açılan yollar var!..İndi siz nə fikirləşirsiniz?.. Biz yollar açdıq,o yolların çoxu da böyük türk ellərindən keçən yollardı.Bunu fikirləşin… Söhbət tək mənə olan haqsızlıqdan getmir, döyüşən igid oğulları düşünün… Belə görürəm, siz yaxşılığa qiymət verməyi bacarmırsınız… Yaxşılığa pislik edənlərin də bir adı var… Xosrov Pərviz hanı? Kor edilmiş atanı atıb gedib, onu kor edənlərin onu qətlə yetirəcəklərini də düşünməyib?.. Hətta belə fikir yaranır ki, Xosrov Pərviz hakimiyyətə gəlmək üşün atasını kor edib…
Vəzir ayağa qalxaraq:
-Hörmətli Şahənşah, bu səhv fikirdi…Bu hadisələrdə Xosrov Pərvizin iştirakı olmayıb…
-Burada kim nə edib, ola bilər, siz məndən yaxşı bilərsiniz… Aydındı… Yaxşı, bizim Bizansa uduzmağımızın səbəbini düşündünüzmü? Bizans hunlarla-türklərlə dost oldu, müttəfiq oldu, biz də döyüşdə, əsasən hunların qarşısında dayana bilmədik…Uduzmağımızın səbəb budu!.. Hunlar deyəndə hunların ünlü sərkərdəsi Atillani da yadınıza salın. Avropa imperatoru Atillanı!.. Bunu da düşünün…
Yaxşı,nəyə görə mərhum Hörmüzün da olduğu nəsil türkzad adlanır? Bilərsiniz, babaları Ənüşürəvan Adil Xəzər xaqanının qizi ilə evlənmişdi. O da bunu bu əraziləri qorumaq, dövləti gücləndirmək üçün etmişdi. Bəs indi sizin türklərə münasibətiniz necədir?..
Siz türklərə dost münasibətinizdən necə danışa bilərsiniz, mənə deyin. Türklərə aid əraziləri ələ keçirmək, yer adlarını dəyişmək- buna dostluq deyəcəkniz?..
Bir eli öz yurdundan başqa yerə köçürməkdə sizin məqsədiniz nədir? Azərbaycanlılar-türklər yaşayan əraziyə farsları, kürdləri köçürüməklə qarşıdurma yaratmaqdı niyyətiniz?
Millətləri bir-biri ilə vuruşdururb, tamaşaya baxmaq, budu istəyiniz?.. Millətin əsəbləri ilə oynamayın! Xəbərdar edirəm, belə yaramaz əməllərə bir mənalı son qoyulsun!
Bu dediklərimi unutmayın!.. Ancaq indiki halda mən təqsirkar axtarıb,cəzalandırmaq fikrində də deyiləm… Sağlam münasibət, anlaşma olmalıdı idarəetmədə… Ədalətli idarə etmə güclü ölkə deməkdir.Qanunları pozanların uyğun cəzası verilməlidi… Kəndliyə şərait yaradılsın, kömək edilsin, torpağı becərə bilsin… Döyüşdə həlak olanların ailəsinə yüksək səviyyədə qayğı olmalıdı…
Qəbula gələn insanları diqqətlə dinləməli, problemlərini həll etməliyik.. Hansı eldən olmasından asılı olmayaraq bacarıqlı adamlar dövlətin idarə edilməsində iştirak etməlidi… Dövlət maraqları şəxsi maraqların ayaqları altında qalmalı deyil!.. Mən türkəm, İranı müdafiə edirəm, mənə qarşı, ümumən türklərə qarşı niyə haqsızlıq edirsiniz?! İranı qorumaq istəyirsinizsə, belə haqsız əməllərə son verin!.. Mən bu fikirlərlə şahənşahlıq taxtına əyləşdim…
…İlk olaraq Naxçıvanda Bəhram şahın adına sikkələr zərb edilib,dövrüyəyə buraxıldı…
Azərbaycandan, vilayətlərdən nümayəndələr Mədainə dəvət edildi. Yeni əmrlər yazıldı, tapşırıqlar verildi…
…Bəhram şah düşünür, kimlərlə, hansı dövlətlərlə dostluq münasibəti yaratmalıdı? Uzun illər Göy türklərlə vuruşub… hansı üzlə onlara yaxın getsin?… Qarşısında həlli çətin suallar var… Azərbaycan- doğma eli-ər sak elləri, Şumerlərdə tarix yazan kuti elindən-Albaniyadan Varaz Qor ona necə kömək edə bilər.Bayandur xan, Qazan xan, oğuz eli bu çətin məqamda ona necə əl uzada bilər?..
Düşdüyü vəziyyəti hər tərəfli düşünəndən sonra Bəhram Çubin ilk əvvəl Bayandur xana məktub yazdı.
“Oğuz elinə, Bayandur xana,salam. Siz oğuz eli olaraq zaman-zaman bizlə-ər saklarla bir hərəkət etmisiniz. Azərbaycan ocağının közü ilə zirvələrdə birlik, döyüş tonqalı qalayan şanlı elsiniz. Bu gün bizi birliyə,birləşməyə çağıran tonqallara daha çox ehtiyacımız var.
Mənə qarşı Sasani şahənşahı Hörmüz haqsızlıq etdi. Bu haqsızlıqla barışa bilmədim. Mədainə gəldim, indi şahənşah taxtındayam… Hörmüzün oğlu Xosrov kömək almaq niyyəti ilə Bizans hökmdarı Mavrikin sarayına sığınıb. Bildiyimə görə bir ortaq fikrə gəliblər, Bizans qoşunu şahənşahlıq taxtını Xosrova geri almaq üçün döyüşə hazırlaşır. Çox təəssüf ki o qoşunun tərkibində türklər də-Hun cəngavərləri də var… Mən də bir türk oğluyam, sasani deyiləm! Etraf edim ki, mən də özümüzə qarşı- göy türklərə qarşı vuruşmuşam.Ən böyük səhvimdi bu… Bilmirəm, məni bağışlayan olacaqmı?.. Səhvlərimi düzəltməyə imkan olacaqmı, bilmirəm…
Sizin Göyçə gölü sahillərindəki hərbi düşərgələrinizin olduğunu, Bizansla qarşılaşdığınızı, vuruşduğunuzu bilirik. Ölçüb-biçib, indi daha güclü, birləşmiş qüvvələrlə Bizansın üstünə getsəniz, mənə ən yaxşı kömək, yardım etmiş olarsınız… Bizans qoşununun bir hissəsi sizə görə bölünər, bizim üstümüzə bütün gücü ilə gələ bilməz… Bizansın diqqətini mümkün qədər bizdən ayirmağa çalışın. Hörmətlə: İran şahənşahı Bəhram Çubin.”
Məktub yaxın bir adamla Bayandur xana göndərildi…
Çapar ehtiyatla yola çıxdı. Xudafərindən keçdi, bir neçə elə- obaya döndü, soraq aldı… Bayandur xan Göyçə gölünün kənarındakı oğuz düşərgəsində idi…
Məktubu Bayandur xana təqdim etdilər. Məclis çağrıldı…Məktub oxundu, müzakirə edildi…
Bayandur xan:
-Bəhramın üstünə Bizansla bərabər hun qoşunu da yeriyəcək…Bu, milli faciədi!.. Bunun qarşısı alınmalıdı… Bacarsaq…
Ancaq ola bilər, ər sak eli ilə bərabər, türk elləri Bəhram Çubini müdafıəyə qalxsın.
Dədə Qorqud da məclisə üz tutdu:
-Oğuz eli, igidimizi yalqız qoymayaq… Bəhram təklənməsin!..
Biz ona arxa olmalıyıq, Tanrı yolun uğurlu etsın…
Qazan xan:
-Mən də Bəhram Çubinin təklifin qəbul edirəm. Bu bir imkan ola bilər, işğalçılara qarşı birləşmiş qüvvələrimizi yarada bilərik. Bizans ərazilərimizi işğal etmək üçün tez-tez basqın edir. Çavabını da alır… Güclənmiş, birləşmiş döyüş qüvvələri ilə Bizansa daha layiqli cavablarımız olmalıdı.
…Bəhram Çubin hərbi vəziyyətlə bağlı sərkərdə Mehranın məlumatlarını dinlədi. O,oğuz elindən, Bayandur xandan gələn cavab məktubunu da Mehranla oxuyub, müzakirə etdi.
Bəhram Çubin:
-Mehran, oğuz elinin köməyi bizə uğur gətirər, ancaq başqa türk elləri ilə də birlik yarada bilsələr, bir də əks tərəfin bizə qarşı türklərdən istifadəsinin qarşısı alınsa!..
Ancaq Mədaində vəziyyət Bəhram Çubinin xeyrinə deyildi.
Sasani-fars nəslindən olmayan bir şəxsin hakimiyyətə yiyələnməsi, əyanlarından haqq-ədalət tələb etməs, sarayın oturuşmuş təbəqəsinin ona qarşı hərəkətə gətirmişdi. Zahirən özlərin Bəhrama yaxın göstərsələr də gizlində ordu haqqında, ordunun harada yerləşməsi, Bəhramın nə etdiyi, nə edəcəyi haqda Xosrova məlumatlar göndərirdilər…
…Bizans hökmdarı Mavrikidən hərbi yardım alan Xosrov sərhədləri keçərək, Mədain istiqamətində yürüşə başlamışdır.
Bu zaman Bəhramdan üz çevirmiş, əllərinə sərvət toplamış bəzi İran feodalları ələ aldıqları adamlarla Xosrovun tərəfınə keçməyə başlamışdılar. Azərbaycanın- Atropatenanın Mədain şəhəri civarında, Qanzaka yaxınlığında baş vermiş həlledici döyüşdə, təəssüf ki o vaxt Bizansa müttəfiq olan hunların köməyi ilə Xosrovun ətrafında olan ordu qalib gəlmişdir…
Müəllif: Musa ASLANXANLI
AYB-in üzvü. Prezident təqaüdçüsü.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

YAZARLAR cameəsi adından AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİnin üzvü, tanınmış şair Zübeydə Heydərqızını doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun, ZÜBEYDƏ xanım!!!
Hörmətlə: Zaur Ustac
ZÜBEYDƏ HEYDƏRQIZININ YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Tolstoy, Qorki və Çexov.
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru