Dilçilik İnstitutunun dilimizin başına açdığı dürlü-dürlü oyunlardan nə yazıq ki, doğma türk dilimiz itirir.Ancaq dostlarımızın bəxti yenə gətirmədi.Çünki “xoca” sözünün ərəbcə olmasına dair bir qənaət, bir versiya belə yoxdur.Farsca olması haqqında isə yetərincə mənbələr var, hərçənd 2 müəllif- Rəşidəddin və Fuad Köprülü “xoca” sözünün “koca”, yəni “qoca” sözündən, xalis türkcədən yarandığı variantını deyirlər.Amma böyük ehtimalla keçən dəfə yazdığım kimi “xoca” sözü Samanilər dövründə sıx-sıx işlənməyə başlayıb, əfəndi, böyük, bilgili mənasında.Səfəvilər dönəmində isə daha çox “tüccar” anlamında işlənib.Həmin vaxt “xoca” və “xacə” sözləri eyni kökdən ayrılıb müxtəlif məna çalarları ilə fərqləniblər.Əslində, hökmdar hərəmxanalarında da xacələr hörmətli və nüfuzlu sayıldığından bu sözün leksik mənasını bir o qədər itirməmiş saymaq olar.Son 200-300 ildə isə daha çox dini bilgilər verən, təlim edən, tərbiyə verən anlamında işlənib. O ki qaldı xocanın “hoca” kimi işlənməsinə, türk qardaşlarımız demiş: “Bu, heç sözkonusu deyildi axı!!!” Söhbət bu sözün dilimizdə işlənib- işlənməməsindən gedirdi, hərçənd elə “hocam” deyənlər bəlkə ən dürüst formada ifadə edirlər.Zira sözün kökü farscadan (təxminən 12 əsr öncə) hacə, hacəgan(cəmdə) kimi yaranıb. “H” hərfinin yeri gəldi-gəlmədi “x” hərfinə transferi “bizimkilər”in dilimizin başında dəlləkliyi deyil, bəs nədir?! Yeri gəlmişkən, ərəb-farsca mötəbər lüğətimi açdım. Demək olar ki, ərəbcə “h”-dan və “x” dan sonra “o” hərfinin işləndiyi söz tapmadım.Tək bir söz-“xof” sözündən başqa.Öz aramızdır, bu da türkcəmizdən xoflananlar üçün heç də xoş olmadı.
Aprel ayı olmasına baxmayaraq,havadan zəhrimar yağırdı.Üz-gözünü elə bozartmışdı ki,adamın lap zəhləsi gedirdi.Şəhərdə tək-tük nazik geyinən adam gözə çarpırdı.Hamının əynində pencək,gödəkçə,jaket vardı.Bir sözlə kimin nəyi vardısa geyinib çıxmışdı evdən.İş vaxtı bitdiyi üçün şəhərdə adam çox idi.Maşınlar da ki,tıxac yaratmışdı.Siqnal səslərindən,çığır-bağırdan qulaq batırdı.Havadan benzin,tütün,mazutqarışıq qəribə iy gəlirdi.Daha doğrusu havada hava yox idi.Rizvan da işdən çıxıb bu insan selinə qoşulmuşdu.Rəngi getmiş gödəkçəsinin düymələrini də bağlamışdı ki,soyuq olmasın.Çantasını çiynindən aşırıb(adətiydi,çantasız evdən çıxmazdı) basırıq küçələrlə evinə tələsirdi.Nə yaxşı ki,evi yaxınlıqdaydı..Yoxsa bu basabasda necə gedib gələ bilərdi işə?Nə maaşı vardı ki?450 manat.Onu da marşruta töksəydi çörək pulu qalmazdı ki.Bunları fikirləşə-fikirləşə evinə tərəf yol ölçürdü və ağlından keçirirdi ki,axı əvvəllər Bakıda bu qədər adam yox idi.Tələbə vaxtı küçələrdə tək-tük maşın görünürdü.Avtobusda da bu boyda basa-bas nə gəzirdi.Dərsdən kirayə qaldığı evə metroyla gəlirdi.Bax onda bir az tünlük olurdu.Onda da bu qatarı ötüşdürüb o biri qatarı gözləyirdi.Vəssalam.O da tələbələrin dərsdən çıxdığı vaxtlarda.Başqa saatlarda əminlik idi.Sonra ağlından keçirdi ki,rayonlarda,bölgələrdə işsizlikdi axı.İş yerləri yoxdu deyə hamı bir tikə çörək pulu üçün didərgin düşüb evindən,eşiyindən.Sıxlıq,tıxac da bu üzdən yaranmışdı şəhərdə.Tikintidə fəhlə işləyən kim,küçə süpürən,maşın yuyan,evlərdə qulluqçuluq edən kim.Düz əməlli iş yerləri açılsaydı insanlar belə pərən düşməzdi və şəhər də bu basırıqlarda boğulmazdı.Bu fikirlərlə həyətlərinə necə çatdığını bilmədi.Binaları köhnə və qəzalı vəziyyətdə olsa da buna da şükür edirdi.Evsiz,eşiksiz,küçələrdə,vağzallarda yatan adamları düşündükcə min dəfə Allaha şükranlığını bildirirdi.Elə cibində bir gecə gəzdirə bilmədiyi aylıq məvacibinə görə də.Heç olmasa kredit götürüb hansısa işini yola verə bilirdi ki.İşsiz adama mağazalar nisyə mal da vermirlər.Bu fikirlərlə binanın altındakı balaca ərzaq dükanına daxil oldu. Salam,qonşu.Necəsən? _Salam,Rizvan müəllim.Şükür.Dığırlana-dığırlana yaşayırıq.Siz necəsiz? Rizvan qonşusunun ona müəllim deməsindən böyük məmnunluq duya-duya: Şükür,bu günkü günümüzə,qonşu deyib alacağı ərzaqları rəflərdən götürməyə başladı.Çalışdı ki,hər şeyin ən ucuzunu götürsün. Nəhayət götürdüklərini hesablatdırdıqdan sonra: _Qonşu,yaz dəftərə.İnşallah ayın axırında hamısını birdən ödəyəcəm deyib satıcının nə deyəcəyini gözləmədən sellafon torbaları götürüb dükandan çıxdı. Ürəyində fikirləşdi ki,görəsən qonşusu söyüb söylənmədi ardınca?Axı niyə söylənsin?Mən ki,maaşı alan kimi borcumu qəpiyinəcən ödəyirəm. Bu fikirlərlə beşmərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilinin qapısını haçan döydüyündən xəbəri olmadı.Qapını oğlu açdı. Adəti idi.İşdən gələndə həmişə öpüşüb görüşürdülər.İndi nədənsə aldıqlarını qapının ağzına qoyub tələsik vanna otağına keçdi. Təngnəfəs olmuşdu.Töyşüyürdü.Üzünə su vurdu.Gözü güzgüyə sataşdı.Boğulmuşdu sanki.Qapqaraydı. Ordan çıxıb yataq otağına keçdi. Yoldaşı ütü ütüləyirdi.Salam vermək də yadından çıxdı. _Gəldin?Əynini dəyiş,keç mətbəxə.Yemək hazırdı. _Yox.Nəsə özümü pis hiss edirəm.Bir az uzanacam.Bir-iki şey almışam.Sən onları yerbəyer et -deyib yerinə uzandı. Fikirləşdi ki,yəqin işdə çox yorulub.Uzansa keçər.Baxdı ki,gödəkçəsi də əynindədi.Halsız-halsız düymələrini açdı.Əynindən çıxarmağa heyi olmadı.Sinəsi göynəyirdi.Otaqda hava yox idi sanki.Durub pəncərəni açmaq istədi.Qalxa bilmədi .Tumbanın gözündəki dərmanını tapıb atdı.İstədi Nazlını (həyat yoldaşını)çağırsın.Sonra fikirləşdi ki,bir az da gözləsin.Niyə təlaş yaratsın?Dərman təsir edincə yaxşılaşacağına ümid edib fikrindən daşındı.Ölümdən qorxan adam deyildi.Bircə oğlunun,yoldaşının yiyəsiz qalacağından qorxurdu həmişə.Vəssalam.Oğlu sonuncu kursda oxuyurdu.Universiteti bitirib əsgər gedəcəkdi.Sonra qayıdıb ixtisasına uyğun iş tapacaqdı və atasına kömək edəcəkdi.Yoldaşı isə tibb bacısı idi.Amma işləmirdi.Arada qonşuların iynəsini vururdu.Azdan çoxdan pulu olurdu.Allah bərəkət versin.Bunları beynində götür qoy edə-edə nə vaxt yuxuya getdiyini bilmədi.Yuxuda kəndlərini,anasını,bacılarını gördü.Hər yer çiçək açmışdı.Anası səhənglə su daşıyırdı Axmazdan.Bacıları da tullana-tullana,gülə-gülə onun ardınca gəlirdilər.Bir yanda toyuq cücə küllükdə eşələnirdi ,bir yanda da qoyun quzu mələşirdi.Alabaşları da quyruğunu qatlayıb oturmuşdu yorğun-arğın.Görünür o ki,var qaçmışdı nəyinsə dalınca. İt ki, it. Sonra anası süfrə açdı.Təzə motal pendiri,nehrə yağı,qaymaq,təndir çörəyi adama gəl-gəl deyirdi.Nə gözəl mənzərəydi,İlahi. Lap gerçəyə oxşayırdı. Sonra anası ağ güllü ləçəyini başına bağlayıb, Rizvanın ən çox sevdiyi yaşıl donunu əyninə geydi. Harasa getməyə hazırlaşırdı deyəsən: _Süfrəni sən yığışdırarsan,oğlum- deyib tələsik evdən çıxdı. Rizvan nə qədər yalvarsa da anası onu özüylə aparmadı: -Yox,oğlum.Mən getdiyim yerə uşaqları aparmırlar.Gələn dəfə mütləq səni də özümlə aparacam.İndi olmaz. Sonra anası gözdən itdi. Rizvan diksinib yuxudan oyandı.Qanın tərin içindəydi.Bir müddət yuxunun təsirindən qurtara bilmədi.Əl atıb sinəsini ovuşdurdu.Bir az ağrısı azalmışdı.Otaq qapqaranlıq idi.Görünür axşam düşmüşdü.Yavaş-yavaş ayağa qalxdı.Hiss etdi ki,acıb.Paltarını dəyişib təzədən vanna otağına keçdi,əl üzünə su vurdu ki,yuxusu qaçsın.Həm də bir növ adət etmişdi.Yatıb durandan sonra mütləq əl-üzünü yuyurdu.Günün hansı hissəsində olur,olsun.Sonra qonaq otağının qapısını aralayıb içəri baxdı.Oğlu kompyuterin arxasında nəyləsə məşğul idi.Sakitcə qapını çəkdi ki,fikri dağılmasın.Mətbəxə keçdi.Yoldaşı tez-tələsik yeməyi isitməyə başladı: _Birinci çay verim,yoxsa.. _Yox yemək yeyəcəm.Acmışam. Stolun üstündə göy-göyərti,duzlu xiyar,duz,istiot,bir də çörək vardı.”Allahın evi avadan” Adəti idi.İlahinin verdiyi hər nemətə görə şükr edərdi. Sonra yoldaşının çəkdiyi bir qab mərci supunu qaşıqlamağa başladı. Yuxu heç yadından çıxmırdı.Mütləq anasının qəbrini ziyarət edəcəkdi.”Görünür arvad darıxıb.Haçandı ziyarət etmirəm” Bir də maaşı alan kimi həkimə gedəcəkdi.Nə vaxtdı təzyiq onu düz-əməlli yaşamağa qoymurdu.Canını pula satmayacaqdı.Hələ işləri vardı.O işləri görmədən ölməyə haqqı yox idi. Yeməyi bitirəndən sonra sakitcə yoldaşına “Şağ ol.Dadlı idi.Əlinə sağlıq”deyib süfrədən durdu.Halsız idi bir az.Həm də yorğun.İstədi götürüb bir kitab oxusun .Sonra fikrindən vaz keçdi.Dincələcəkdi bu gün.Yataq otağının pəncərəsindən çölə baxdı.Yağış yağırdı.Həyətdə heç kim görünmürdü.Heç itlər,pişiklər də gözə dəymirdi. “Hamı yuvasına çəkilib.Görəsən yuvası olmayanlar neynir,İlahi?”Ağlından keçirdiyi bu fikirdən üşüdü.Yerinə uzandı,yorğanı başına çəkdi.Nəsə narahat idi.Bədəni uçunurdu. “Bircə səhər açılsaydı”.Ömründə səhərin açılmasını bu qədər istəməmişdi.Qaranlıq bu qədər qorxutmamışdı onu.Bircə onu bilirdi ki,yatmayacaqdı.Yuxusu da yadından çıxmırdı.O üz bu üzə çevrilə-çevrilə anasını düşünürdü.Yenə götürüb bir dərman atdı.Mətbəxdən səslər gəlirdi.Yoldaşı idi yəqin.Gecə keçənəcən sil süpürlə məşğul olurdu.”Zalımın qızı bir dəfə kitab oxumur.Həyatı,evliliyi ancaq yır-yığışda,biş-düşdə görür.Zərrəcən romantikası yoxdu.Heç mənim hansı rəngi,hansı musiqini,hansı fəsli sevdiyimi belə bilmir”Ömründə ilk dəfə özünə yazığı gəldi.Tələbəlik illəri,eşqə düşdüyü vaxtlar,Nüşabə yadına düşdü.Sevgisinə yiyə dura bilmədi.Anası qoymadı.”Nə tanıyırıq xalxın qızın “deyib sevdiyi qızı ona almadı.O da susdu.Anasından keçmədi,sevdiyindən keçdi.Qonşuları Əjdərin qızını gözaltı etmişdi anası və Rizvanı da birtəhər razı saldıqdan sonra el adətincə elçi gedib üzük taxdı.Atası hələ Rizvan uşaqkən böyrək çatışmazlığından dünyasını dəyişmişdi.Anası onu və iki bacısını zülümlə böyüdüb oxutmuşdu.Bəlkə bu əziyyətinə görə də Rizvan onun sözündən çıxa bilməmişdi və qonşuları olsa da ömründə bircə dəfə də kəlmə kəsmədiyi bir qızla ailə qurmuşdu.Allah tərəfi pis qız deyildi.Hər şeyə qane olan,başını aşağı salıb öz işini görən qız idi..Bir oğlanları olandan sonra da Rizvan bütünlüklə ailəsinə bağlı birinə çevrildi və gözünü açıb yumdu ki,50 ni haqlayıb.Hər şeyə şükr edə-edə gəlib çıxıb yolun yarısına.Başı işinə,problemlərinə elə qarışmışdı ki,vaxtın necə keçməsindən xəbəri olmamışdı.Ara-sıra keçmişi,gəncliyi,tələbəlik illəri ,Nüşabə yadına düşsə də işin,qayğıların çoxluğu onu göz açmağa qoymamışdı.Hissizləşmişdi sanki.Elə bil o duyğulu,sevgisindən ötrü ölümə getməyə hazır olan,kitablarla yatıb duran,özünü əsər qəhrəmanlarına bənzədən gənc bu deyildi. ….”Adam nəyisə gözləyəndə vaxt niyə keçmir görən.Hələ gecə saat birdi.Zamandan daş asılıb elə bil.Ürəyim də ki,rahatlana bilmir.Görəsən bu gün nə olub bu çər dəymişə?”Gecə keçdikcə hiss edirdi ki,gözləri qapanır.Kirpiklərindən daş asılıb sanki.Öz- özünə bağlanır.Artıq yuxuya gücü çatmırdı.Almışdı gözlərini cənginə. ….Yenə anası əlində səhəng su gətirməyə gedirdi: _Ana qurban,gəl gedək su gətirək.Yorulmuşam.Bir az mənə kömək elə. İstədi etiraz edə.Səsi çıxmadı.Ayağını sürüyə-sürüyə anasının dalınca düşdü.Hər yer qaranlıq idi.Göz -gözü görmürdü.Kol-kosu yara-yara gedirdilər.Heç yer tanış gəlmirdi Rizvana.Bu yol hara aparıb çıxaracaqdı onları?Bilmirdi.Eləcə diqqətlə baxırdı ki,anasını itirməsin.Geriyə qayltmaq gözünə durdu.Bu yolu necə qayıdacaqdılar,İlahi? “Bircə səhər açılsaydı”.
Dəyərli qələm adamları! III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında (24-31 may/AMEA park) İmza Günləri Bizim Media stendində keçiriləcək. Xəbərlər və fotolar anında Bizim.Media saytında yerləşdiriləcək. İmza Gününüzü və saatınızı müəyyənləşdirib, qeydiyyatdan keçə bilərsiniz. Ödəniş tələb olunmur. Bir müəllif ən azı 3 müxtəlif gündə İmza Günü edə bilər.
Qeydiyyat üçün Bizim Media koordinatorunun nömrəsi +994 55 752 40 40 ( Zəng saatları 10.00-18.00/həftə içi)
Həyat niyə belədir? Bir günü sevincdirsə, beş günü kədər, qəmdir. Dərdlər vardır çarəsiz, ahlar vardır naləsiz, Sirlər vardır açılmaz, yollar vardır aşılmaz… Baxırsan… kim kimədir? Həyat niyə belədir?
Ağılla duyğu düşmən, Ruh duymur yansa bağrın, Yazıq qəlbə qalansa ağrı üstünə ağrı… Vaxt keçir, vaxt tələsir, Ömür dediyin yuxu ağacda son yarpaq tək qopdu-qopacaq… əsir, gözündən düşüb sınır… sınıqlar əli kəsir… Nə şənlik var, nə büsat, yana düşür qol-qanad… ağlasan, gülür həyat…
Deyirsən, yaşamağa dəyməzdi yaşananlar, sonrası beləydisə olmayaydı olanlar… qədəhdəki şərab tək ya ağ, ya qıpqırmızı üzünə durur yalanlar… durub baxırsan mat-mat… Niyə belədir həyat?
Jan-Jak Russonun “ictimai müqavilə” nəzəriyyəsi fərdlərin cəmiyyət yaratmaq üçün dövlət və bir-biri ilə sosial müqavilələr bağladığını müdafiə edir. Bu müqavilədə fərdlər qalan hüquqlarının müdafiəsi, hüquq və dövlət sisteminin qurulması müqabilində təbii azadlıqlarının bir qismini tərk edirlər. Russo hesab edirdi ki, xalqın ümumi iradəsi dövlətə rəhbərlik etməlidir. Bu nəzəriyyə kollektiv yaxşılığın vacibliyini və qanun qarşısında bütün fərdlərin bərabərliyini vurğulayır.Azadlıq və sosial həyat qarşıdurma içərisindədir. Amma biz ümumi həyatdan qaça bilmərik.Yalnız ümumi iradəyə uyğun yaşamaqla bu ziddiyyətli dəyərləri uzlaşdıra bilərik. Russo bizə biz tamamilə azad fərdlər kimi doğulduğumuzu izah edir. Fərdilik cəmiyyətdən əvvəl gəlir. Ailədən tayfaya, şəhərdən millətə bütün ictimai formalar fərdlərdən ibarətdir. Biz təqiblərə, məhdudiyyətlərə, təzyiqlərə və istismara məruz qalmadan, istədiyimiz kimi yaşamaq hüququ ilə doğulmuşuq. Bu təbii hüququ məhdudlaşdıran yeganə şey hər bir insanın malik olduğu eyni fitri hüquqdur. Biz başqalarının azad fərdiliyinə hörmət etmək anlayışını onların da eyni şəkildə etməsini istədiyimiz qədər inkişaf etdiririk. Bunu şəxsi həyatın toxunulmazlığı hüququ adlandıra bilərik, çünki Russo əslində maarifçi filosofların irəli sürdüyü “İnsan Haqları”ndan daha çox tək qalmaq hüququ ilə maraqlanırdı. Russoya görə, bu qarşılıqlı anlaşma müqaviləni təşkil edir. Müqaviləni sadə razılaşma və ya vəddən fərqləndirən cəhət odur ki, tərəflər müəyyən fayda əldə etmək müqabilində dəyərli bir şeyi əvəzləyir və ya itirirlər.Qarşılıqlılıq burada hər birinin digərinə and içdiyi qarışmamaq vəzifəsidir. Bu məqamda qarşılıqlı anlaşma hüquqi ölçü əldə edir və prinsipcə tətbiq oluna bilir. Russoya görə, bu müqavilə bütün cəmiyyətlərin, onların hüquqi institutlarının və hökumətlərinin əsasını təşkil edir. “İctimai Müqavilə” insanların fərdi fərqlərinə baxmayaraq qruplar halında getmələrinə imkan verən şeydir.
Bakı Slavyan Universitetinin məzunu (86-cılardan), gözəl şair Səhlədar Hidayətoğlunun bir neçə şeiri rus dilinə tərcüməmdə. Şadam ki, “tələbə-müəllim” münasibətlərimiz “şair-tərcüməçi” münasibətlərinə çevrilib.
Стихи выпускника Бакинского славянского университета (год выпуска 1986), ныне прекрасного поэта Сахледара Идаятоглу в моём переводе на русский. Рада, что отношения “студент-преподаватель” переросли в отношения “поэт-переводчик”.
Səhlədar HİDAYƏTOĞLU Сахледар ИДАЯТОГЛУ
Gündüzlər aldığım yaralar Məni gecələr incidir. Gecələr ağrılarıma Zilləyirəm gözümü. Gecələr sarıyıram Sınmış ürəyimi, Qanamış dizimi. Yalvarıb ümidimə yenə Köksünə söykəyirəm üzümü. Gecələr yenidən doğulub ağlayıram, Yenidən dil açıb deyirəm İlk sözümü. Gecələr dünyanın bir küncüdür, Qısılıb bura Ovuduram özümü…..
Раны, днём полученные, Ночами мучают меня. Вглядываюсь пристально Ночами в свои раны я. Перевязываю я ночами Сердце разбитое, Колени, что в крови. Вновь уповаю на надежду, Прижавшись лицом к её груди. Ночами, заново рождаясь, плачу, Заново учусь говорить И первые слова произносить. Ночи – это уголочек мира, Приютившись здесь, Утешенье нахожу для себя…
Sahil qayalarına çırpılıb çiliklənən Dalğalar kimiyəm Bilirsənmi? Yenidən yaranıb, Yenidən doğulub, Yeni-yeni ümidlərə, Yeni-yeni sevgilərə bələnən dalğalar kimiyəm, Bilirsənmi? Mən yaşamaq istəyirəm Xəyallarda yaşadığım O bir anı, O bir dəmi. Ömürsə beləcə kecəcək, deyəsən. Sahil qayalarına çırpılıb Çiliklənən dalğaların ömrü kimi.
Знаешь ли ты? Я, как волна, что бьётся о берег и разбивается вдребезги. Знаешь ли ты? Я, как волна, заново созданная, заново родившаяся, окрыленная новыми надеждами и новыми любовями. Прожить хочу я хотя б один момент, одно мгновенье так,, как в мечтах их проживаю. Но жизнь, наверное, так и пройдёт. Пройдёт, как жизнь волны, что бьётся о берег и разбивается вдребезги.
Göylərə salam
Göy üzündə uçan quşlar! Göyə məndən salam deyin! Gəlin qoparın sinəmdən Bütün dustaq arzuları. Aparın o göy üzünə Yollarını bilməsəniz, Düşün mələklərin izinə. Siz də nurdan libas geyin Siz də nurlu qanadlarla Göy üzünün qapısını döyün-döyün…. Göy üzündə ucan quşlar, Göyə məndən salam deyin. Deyin orda bir şair var dərdi bitməz, qəmi bitməz Hacandı ki, o yazığın Deyin sizə əli çatmır, Deyin sizə ünü yetmir. Uçun, quşlar,göy üzündə Nazlı-nazlı ,qərib-qərib. Neynim , qanad əvəzinə Tanrım bizə bir ömürlük Arzu verib, xəyal verib. Uçun, gözəl quşlar, uçun, Uçun bəxtiyar-bəxtiyar. Yuva qurun buludlarda Qayıtmayın yer üzünə… Uçun, sizə açılmasa döydüyünüz o qapılar, qəmlənməyin mənim kimi. Bilin ki, qəza-qədərdi: Amma deyin o göylərə, Deyin orda bir şair var Sizə salam söyləyirdi, Sizə salam söyləyirdi…
Привет небесам
Птицы, плывущие по небу! Передайте небу от меня привет! Заберите из моей груди мечты, что в заключении томятся, их с собой на небо унесите, а чтоб узнать, куда они стремятся, путь ангелов вы проследите. В одеяния из света облачитесь и в небесные врата крыльями из света постучитесь… Птицы, плывущие по небу! Передайте небу от меня привет! Скажите ему, есть на земле один поэт, Бедам и печалям его счёта нет. Скажите ему, что до него не добраться, и голосом не докричаться. Летите птицы, в небе парите, вы ведь свободны, нам не подобны. Что делать, нам, людям, крылья не даны, и только в мечтах, как в небе, мы парить обречены. Летите, прекрасные птицы, в небе счастье найти старайтесь. вейте гнезда на облаках, на землю не возвращайтесь… И даже если небесные врата, в которые стучитесь, вам не откроются, не беда, не печальтесь, как я. Просто знайте, что это судьба. Но всё равно, скажите небесам: есть на земле один поэт, он вам передавал привет, он вам передавал приве
Dustağın azadlıqda olanlara məktubu
Hey,bəxtəvərlər! Mənə də biraz göy üzü saxlayın! Çox yox Pəncərə işığından qamaşan Bir cüt gözə sığışacaq qədər…. Biraz dan yeri saxlayın Biraz da qürub çağı. Bu qurumuş , sovuimuş ürəyimə doluşub axışacaq qədər… Sevgilər saxlayın, Qayğılar saxlayın. Həyata təşnə Ruhumla göz-gözə baxışaçaq qədər… Bir qadın ürəyi də mənə saxlayın, ey aşiqlər! Məni beləcə sevib Günahlarımı bağışlayacaq qədər… Bircə də bir ana saxlayın. Bir doğma ana… Başımı köksünə sıxıb Qoxlayıb, oxşayacaq qədər…
Письмо заключенного тем, кто на свободе
Эй, счастливчики! Оставьте для меня кусочек неба! Не много, столько, сколько вместиться в пару глаз, которых слепит даже свет из окна… Оставьте для меня немного восхода, и немного заката, столько, сколько сможет принять, и через себя пропустить моё высохшее, охолодевшее сердце… Любви оставьте, забот оставьте, столько, сколько сможет выдержать, глядя им прямо в глаза, жаждущая жизни моя душа… И одно женское сердце оставьте, эй, влюбленные! Такое, чтобы полюбив меня, грехи мои смогло бы простить… А ещё одну мать мне оставьте, Одну родную мать… Такую, чтобы, прижав мою голову к груди, могла меня пожалеть и приласкать…
Gərək
Sən getdin, arxanca hönkürdü yollar, Sən getdin, qarşında büküldü yollar. Qaynadı gözümdə, söküldü yollar, Mən heç .. o yolları ovudan gərək.
Arxanca kövrəlib qaçmışdım axı, Sənə qollarımı açmışdım axı. İndi sızlayırlar , düşüb yanıma , Mən heç…. o qolları ovudan gərək…
Нужно
Ты ушла, вслед тебе зарыдали дороги, Ты ушла, пред тобою свернулись дороги, Я видел, как эти разрушались дороги, Что я … дорогам этим утешенье нужно.
Я со слезами на глазах за тобой бежал, Словно обнять желая, я руки раскрывал, Теперь они болят, опущены вдоль тела, Что я… рукам болящим утешенье нужно.