Ata evinə qayıdandan bəri anası onu tək qoymaz, gecələr qızıyla yatardı. Həyat gecələr qəribə yuxularla sayıqlayardı. Qızı sayıqlayanda ana onu yuxudan oyadar, üç dəfə “bissimillah” – dedizdirib bir stəkan su içirdərdi. Yastığı altına çörək, bıçaq qoymuşdu ki, pis yuxular ondan kənar olsun. Anası da bunları qoca nənəsindən öyrənmişdi. Deyirlər bir vaxtlar anası da möhkəm sayıqlayardı. Hətta yuxulu-yuxulu durub hara gəldi gedərmiş. Arx üstündəki körpüdən keçəndə ayılarmış. Məzarlıqdan qayıdandan sonra gecə anasına dedi ki, gecələr tək yatmaq istəyir. Anası: -Elə niyə, qızım? Qorxarsan. – deyib etirazını bildirdi. -Narahat olma, ana. Atamın tək yatmağı məni üzür. Bir də ki… Çimib, krem vurub, ətirləndi. Yatağının döşək üzünü dəyişib yatağına uzandı. Gözlərini yumsa da, yuxusu ərşə çəkilmişdi. Qəbir üstündə Vüqarın ruhu ilə etdiyi söhbəti düşünürdü… Birdən hiss etdi ki, gecə köynəyi sığallanır. Ona xoş gəldi. Heç gözlərini açmaq istəmirdi. “Kamına çat, əzizim” deyə-deyə pıçıldayırdı… Qadın ehtirasının son həddinə çatanda artıq özündə deyildi. Qapının səsindən gözlərini açdı. Kölgə kimi gördü arxadan. O qapını örtüb getdi. *** Səhəri günü atasının “Alapaqı”dan gətirdiyi xəbər üzücü oldu. Cəmil Şuşa həbsxanasında yataq mələfəsi ilə özünü asmışdı. Həyat bu xəbəri eşidib hönkür-hönkür ağladı. Onun ölümündə hardasa özünü günahkar sayırdı…
Kənd adamlarının əksəriyyəti kolxozda çalışırdı. Kolxozun qoyun sürüləri hər ilin aprel ayında dağa – yaylağa qalxar, oktyabr ayında dağdan enər – kəndə, kolxoza dönərdi. Atası ferma müdiri olduğundan bu vədələr vaxtaşırı dağa gedər, bir neçə gün qalardı. Bu dəfə də atası qardaşı ilə getmişdi. Evdə kişi xeylağı olmadığından Həyat bu günlərdə anasına qoşulub evin bütün işlərini görürdü. Dünən əkin sahəsinin alağın etmişdilər. Bu gün isə anası: -Qızım təndir qalamalıyam. – dedi. – Odun-ocaq yoxdu. Bağın ayağında quru çırpı var, bəlkə bir şələ gətirəsən… Bağ ilə evin arası xeyli məsafəydi. Həyat toxunma yaylığını başına çalıb, kəndir də götürüb yola düzəldi. Yol boyu Cəmilin həbsxanada intahar etməsini düşünürdü. Onunla keçirdiyi yarım illik ailə həyatı, indi yadına düşdükcə nisgilə çevrilirdi. Belə… zalım həyat Vüqar kimi onu da əlindən aldı. Görünür, ərli olmaq qismətimdə yoxmuş…
Bəs atası, qardaşı Cəmilin yasına niyə getmədilər. Yoxsa..? Eşitmişdi ki, həbsxanada ölənlərin meyitini sahiblərinə vermirlər. Onlar üçün hardasa məzarlıq var. Qəbirlərə ad da yazılmır. Eləcə nömrələyirlər. Bəlkə o heç ölməyib, şaiyədi yayılıb? O qədər belə hadisələr olur ki. Axı ölən məhbusun sahibinə ölüm haqda arayış göndərilir – özü də rus dilində. Rus dilini bilməyən qaynatasıgildə kim oxumuşdu o arayışı. Nə bilim… Bir də onda ayıldı ki, gəlib durub odun topasının yanında. Kəndirin arasına gücü çatacaq qədər odun yığıb kəndirlə sıxıb kürəyinə şəllədi. Gəldiyi kimi də evlərinə gedən yola düzəldi.
Yenə də başında min bir fikir dolaşırdı. Xeyli yol gəlmişdi. Birdən hiss etdi ki, bədəninə nəsə toxunur. Əhəmiyyət vermədi, fikirləşdi: şələdəki odunlardan hansısa toxunur yəqin. Bir az da getmişdi ki, qarın nahiyəsindən onu sıxan canlını aydınca duydu. İlan!..
İlan onun bədəninə dolanmışdı. Arxadan çiyni üstündən durub ona baxırdı. Həmin andaca düşündü ki, ilan odun şələsi arasına necə düşüb? Necə olmuşdu ki, onu görməmişdi? Demək ilan hər yerdə onu dabanqırma izləyir. “Bu nə zülmdür çəkirəm?” öz-özünə dedi. Həyat ağlamaq istəyəndə ilan haça dilini çıxarıb onun boyun-boğazını yaladı. Odun şələsini təndirxananın yanında yerə qoydu. İstədi ilanı da bədənindən aralasın, ondan azad olsun. O, ilanı aralamaq istədikcə ilan onu daha da möhkəm sıxırdı. Az qalırdı ağrıdan nəfəsi kəsilsin. Qəribəydi… Sanki Həyat bir qızılgüldü, ilan da sarmaşıq gülü. Bir-birinə yaraşıq qatırdılar. Anası qızına dolaşan ilanı gördükdə vahimələndi. Cikkə çəkib çığırdı. Həmin andaca qonşular haya gəldilər. İnsanlar bu qəribə mənzərədən donub qalmışdılar. Hamı susurdu. Handan-hana kişilərdən kimsə dilləndi: -Gəlin ilanı güllələyək. -Bəs qız? Nə bilirsən güllə dəyəcək-dəyməyəcək? Kimsə ona yaxınlaşmaq istəyəndə ilan Həyatı sıxır və Həyat ağrıdan tezcə qışqırırdı: -Uzaq durun. O, sizi təhlükə sanır. Neçə gün olardı yaxın-uzaq el-obadan eşidənlər bu möcüzəni görmək üçün axın-axın Həyatgilin evlərinə gəlirdilər. İstəyirdilər Həyat çölə çıxsın, bu qeyri-adi hadisənin canlı şahidinə çevrilsinlər. Sofu Usub da gəlmişdi. Oxuduğu ilan duası ilk dəfə idi kara gəlmirdi. Sofu üzünü Həyatın ata, anasına tutub: -İlan tilsimlidi. Bu ilan cildinə girmiş bəni-insandı. – dedi və qara atın tərkinə qalxıb, gəldiyi kimi də getdi.
Gecələr ilan Həyatın sinəsi üstündə uzanar, ya da yanında qıvrılıb qalardı. Eləcə Həyatın keşiyini çəkərdi. Bir ay olardı ki, onlar bir yerdə yaşayırdılar. Həyat indi ilanı canının bir parçası sanırdı. Səhərlər yuxudan duran kimi mürgülü gözlərini açmamış əli ilə ilana toxunardı. Hətta ilanın nəfəsini üzündə, boyun-boğazında hiss etməyəndə darıxardı. Sanki aşiq-məşuq idilər. Anası hər gün ilana mis camda süd bişirirdi. Qızına isə yemək bişirib qapı ağzına qoyurdu. Həyat yeməkləri götürər, ilanla birgə yeyərdi. Atası, qardaşı isə ilanı heç görmək istəmirdilər. Kolxozun baytar həkimi Telman Həyatın atasına belə təklif etdi: -Bu ilan ömürlük qıza dolaşıb qalmayacaq ki, gəlin südün içinə zəhər qatıb verək ilan yesin. İlan ölsün. Qızın da bu bəladan qurtulsun. Atası, qardaşı razıydı. Amma… İlan, elə bil, onların bu bəd niyyətindən duyuq düşmüşdü. Neçə gündü camdakı südə yaxın durmurdı. Həyat da ilanın süd içməməsini min bir yerə yozdu. Nəhayət, köhnəlmiş südü götürüb tut ağacının koğuşuna tökdü. Üstündən bir neçə gün keçməmiş ağacın yarpaqları qurudu. Onda Həyat barmağını dişləyib hər şeyi başa düşdü. Bir gecə Mir Sədi Baba yenə yuxusuna gəldi: -Qızım, dedim axı onun boğazında quş sümüyü qalıb. Onu yalnız sən çıxara bilərsən. İlanın boğazını sığalla, sümük düşəcək. -Baba, mən çöpçü deyiləm axı… -Dedim elə. Sənin əlin şəfalıdır. Sən ilan ocağısan. Özünün xəbərin yoxdur. Sofu Usub sənin qeyri-adi insan olduğunu bildiyindən bir söz demədi.
Həyat yuxudan qan-tər içində ayılıb sinəsi üstündəki ilanın başını sığalladı. Sonra ilanın boğaz hissəsinə iki barmağı ilə sığal çəkdi. O, sığalladıqca ilan başını dik qaldırıb gözlərinə baxırdı. Sanki Həyatdan razı olduğunu bildirirdi. Həyat hər dəfə barmaqları ilə ilanın boğazını sığalladıqca ilan da ağzını gen açırdı. İlan bircə dəfə asqırdı. Həmin andaca sümük ağzında göründü. Həyat sümüyü götürən kimi ilan haça dilini çıxarıb onun əlinə sürtdü. Xilaskarına minnətdarlıq edirdi. İlan həmin andaca onun sinəsindən düşdü. Sürünə-sürünə pəncərə ağzına getdi, sonra bir də çevrilib Həyata baxdı və pəncərədən sürüşüb düşərək oradan uzaqlaşdı. Həyat ilanın arxasınca xeyli baxdı. İlan kəpirliyə enib yox oldu.
Həyat yenidən yatağına uzandı. Səhərin şirin yuxusunun dadını çıxarırdı. Mir Sədi Baba yenidən yuxusunda göründü: -Hə, qızım, o mənim qoruyucu mələyimdi. Sən onu xilas etdin. İnnən belə hər kəs səndən şəfa tapacaq. Sən də yarına yetişəcəksən. *** Poçtalyon Hüseyn dayı son aylar tez-tez onların həyət çəpərində qardaşına məktub verirdi. Qardaşı da məktubu alan kimi cibində gizlədir, tezcə dam evinə girirdi. Məktubu oxuyar, sonra ocaqda yandırardı. Həyat dəfələrlə görsə də qardaşından soruşmurdu ki, o məktublar kimdəndir. Bir gün qardaşı evdə olmayanda poçtalyon Hüseyn dayı yenə çəpərin o üzündə göründü: -Ay ev yiyəsi! – deyən kimi anası hayına hay verdi. -Məktub var, məktub. Anası məktub əlində evin artırmasına qalxanda Həyat dilləndi: -Ana, o nə məktubdu? Məktubun nə məktub olduğunu anası bildiyindən istədi gizlətsin. Onsuz da bu illər ərzində qızının başı çox qovğalar çəkmişdi. Bu məktub da yeni bir dərdə qapı açırdı. Həyat israr edincə ana qəmli görkəmlə, əli əsə-əsə məktubu könülsüz qızına uzatdı. -Heç nə qızım, heç nə! – deyib hönkür-hönkür ağladı. Həyat məktubu alıb üstündəki yazıları görən kimi çaşıb qaldı. Bu onun xəttidir. O, sağdırmı? Həyat öz otağına keçib məktubu açdı. Məktubda yazılmışdı: “Həyat, əzizim, salam. Artıq neçənci məktubdur ki, yazıram. Özüm də bilmirəm ki, niyə cavab vermirsən? Mənim məhkəmə işimə yenidən baxıldı. Cəza müddətim qalmaqla məcburi əməyə təhkim olundum. Şuşa həbsxanasından azad oldum. İndi cəzamı xüsusiləşdirilmiş komendaturada çəkirəm. Qaradağda yerləşir. Burada daş karxanasında işləyirəm. Yataqxanada qalıram. Səhər də, axşam da milis yoxlamasından keçirik. Məhdud ərazidə hərəkət etmək imkanımız var. Kənar yerə getməyimiz qadağandır. Ona görə də kəndə gələ bilmirəm. Həbsimdən sonra ailəmin, doğmalarımın sənə olan ögey münasibətindən üzüldüm. Üstəgəl sənin ata evinə dönüşünü eşidib məyus oldum. Əzizim, mən sənsiz bu dünyada tənhayam, təkəm.
Eşitmişəm ki, atan, qardaşın mənim həbsxanada intahar etdiyimi yayıblar. Bu şaiyədir. Mən elə də ağılsız deyiləm ki, özümü öldürəm. Bu müvəqqəti çətinlikdir. Mən azad olub yenidən xoşbəxt həyatımızı davam etdirəcəyəm. Mən hələ də bilmirəm ki, atanın, qardaşının mənə bu qədər kini, kudurəti haradan qaynaqlanır? Onlar həbsxanaya gəlib, zorla mənə ərizə yazdırıblar ki, səni boşayım. Məni buna məcbur ediblər. Yazmasaydım “xüsusi cəllad” əliylə öldürüləcəkdim. Həbsxanada belə işləri görmək üçün xüsusi məhbuslar saxlanılır…”
Həyat məktubu sonacan oxuya bilmədi. O, oxuduqca həyəcanlanırdı. Göz yaşları məktuba töküldükcə məktubu isladırdı. Özünə toxtaqlıq verib məktubu sonacan oxudu. Sonra anasının yanına gəlib: -Ana, qurbanın olum. Poçtalyonun məktub gətirdiyini atama, qardaşıma demə. – dedi. -Yaxşı, qızım, demə deyirsən, demərəm. Ana qızını qucaqlayıb bağrına basdı. Qızının yenicə dən düşmüş saçlarını oxşayıb “şirin, şəkərim” – deyib içdən ah çəkdi. Bir il olardı qızını bu qədər sevincək görməmişdi. Bir vaxtlar şirin gülüşü evi, həyət-bacanı başına götürərdi. Qonum-qonşunun qəlbində sevgi yuvası quran qızı indi ilan kimi soyuq olmuşdu. Hamıdan qaçır, az danışırdı. -Mehriban balam, hansı ana istəməz ki, qızı xoşbəxt olsun? Onunla yenidən xoşbəxt olacaqsansa, mən razı. Həyat anasını bir də öpüb yenidən öz otağına tələsdi. O yerimirdi, sanki quş olub göydə uçurdu. İstəyirdi Cəmilinin nəfəsi dəymiş, qoxusu hopmuş o bir vərəqli məktubu yenidən oxusun. Məktubun gəldiyindən bir xeyli vaxt ötmüşdü. Anası poçtalyona tapşırmışdı qızına məktub verdiyini ərinə, oğluna deməsin.
***
Cəmilin gəlməsinin hələlik mümkün olmadığını bilən Həyat gecə-gündüz onun yanına getmək üçün özlüyündə plan qururdu. O, gedib yarına qovuşmalıydı. Bunun üçün fürsət gəzirdi. Hətta özü üçün boxça da hazırlamışdı. Bir gün… Həyat anası ilə halallaşdı, boxçasını da götürüb yola çıxdı. Anası arxasınca bir qab su atıb “Aydınlığa çıxasan, balam!” – dedi.
Magistral yola xeyli vardı. Özü də gizlin yerlərlə getməliydi ki, kimsə onu görməsin. Vay onda qardaşı, atası qarşısına çıxa… Magistral yola çıxıb şəhərə gedən avtobusa minəcək, oradan da Qaradağ daş karxanasında yerləşən komendatura yataqxanasına gedəcəkdi. Mənzil başına yetişmək ona elə asan gəlirdi ki…
Gizlin yerlərlə; kol-kos arasıyla, arx qırağıyla, dar cığırlarıyla keçib magistrala çıxasıydı. Elə bil kimsə dedi: sağ tərəfə bax. Çiçəklərin arasında iki ilanın bir-birinə sarıldığını görüb yerində dondu. Ağ ilana qara xallı gürzə dolaşmışdı. Bu, o idi… Həyat ilanların sevişməsinə elə maraqla baxırdı ki, sanki Cəmillə şəhvani bir gecə yaşayırdı. İlanlar sevişdikcə onun bədəni gizildəyirdi. Az qalırdı huşu başından çıxsın.
…Birdən ayılan kimi oldu. Qara xallı gürzə ayaqlarına dolaşmışdı. Ağ ilan çəmənlikdə görünmürdü. “Budu eh… yenə başladı. Dəli sevgilim” – deyib gülümsədi.
İlanlar yolu üstünə təsadüfən çıxmamışdılar. Qara xallı gürzə hətta özünə sevgili də tapmışdı… Yoxsa insan ruhu ilan cildində təcəlla etmişdi? Ağ ilan da Həyatın ruhunu daşıyırdımı? Axı bayaq ağ ilanla özü arasında bir bağlılıq-rabitə olduğunu hiss etdi. İlanlar bilirmişlər o, el yolu ilə yox, bu dar, əyri-üyrü cığırla gələcək. Demək, qara xallı gürzə Həyatın nə düşündüyünü də oxuya bilir. Görünür, onu da bilir ki, Həyat buralardan birdəfəlik gedir. Ərinə – Cəmilinə qovuşsun deyə. Yoxsa… “Getmə… getmə! Sənsiz mən məhv olaram. Bir də ki, Mir Sədi baba deyib axı. Sən şəfa ocağı – ilan ocağı olacaqsan. Mən sənin o şəfa ocağında yaşayacağam. Həkimlərin, loğmanların bacarmadıqlarını sən əlinlə sığal çəkməklə bacaracaqsan”.
Həyat bu tilsimli sözləri eşitdi. Eynən Vüqarın qəbri üstündəki qeybdən gələn səsin özü idi. Özü-özündən xoflandı. Həmin andaca “Bəlkə dəli oluram, özümdən xəbərim yoxdu. Qulağımı deşən, beynimi, ürəyimi oynadan bu sözlər məni qeyri-adi dünyaya səsləyir. Bəlkə, mən heç yer adamı deyiləm? Başqa dünyadan gəlib anamın bətninə düşmüşəm, o da məni bu dünyaya gətirib?”.
Bu düşüncələrdə olduğu anda əli boşalıb boxçası yerə düşdü. Əyildi ki, boxçasın yerdən alıb yoluna davam etsin. Əlisə boxça əvəzinə ilanın par-par parıldayan yastı başına dəydi. İlanın bumbuz, soyuq başı əli dəydikcə istiləşirdi. İlan başını, dilini onun əllərinə sürtür, onları oxşayırdı. -Yaxşı, deyirsən həyat yoldaşıma yetişməyim? Ömür boyu ərsiz qalım? Sən bilirsən ərsiz qadınların arxasınca nə danışırlar? Hər addımına bir şər-şəbədə qoşurlar… Qəbrinə getmişdim. Orada necə də sevgiylə danışırdın. Lap əsgərlikdən gələndən sonra kəndimizin qızlarının ağlını başından alan sözlər düzüb-qoşduğun kimi. Sənə olan eşqimi məktub halında yazıb mərmər güldana qoymuşam. Düşüncəsində yeni bir dünya səhifələnirdi. Yeni-yeni fikirlər, duyğular doğulmağa başlayırdı. Üzünün cizgilərində suallar, nidalar işarələnirdi. “Cəmilə qovuşmaqla nə əldə edəcəyəm axı?! Ailəm olacaq ona görəmi? Özü də nə tez-tez “ərim”, “həyat yoldaşım” deyirəm. Axı biz rəsmən boşanmışıq. Bəlkə molla kəbini kəsdirək? – deyib özünə güldü.
Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa… Bilirdi ki, bir daha dünyaya uşaq gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdursa, o ailə körpüsü yanıb kül ola bilər. Uşaqsız evlərin divarları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə uçura bilmir… Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun. Axı Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırdı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.
Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın. Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayacaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?.. Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı. Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. İllər keçir, Surxay həkimin yaşı ötürdü… Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qıza Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar. Evlilikdən aylar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.
Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir. Surxay həkim deyir ki, mənə bu qədər bağlısansa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm. Qadın buna da razı olur. Onlar qocalıb öz əcəlləri ilə ölənə kimi birgə yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar. …Həyat: -Cəmil!!! – deyə ah çəkib sızıldadı. Qara xallı gürzə bayaqdan getmişdi.
Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yenidən qovuşacağına tələsirdi. Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı. Əsas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki… Arxadan kimsə donunun ətəyindən dartdı. Arxaya çönüb baxdı, kimsə yox idi. Bir neçə addım da atmışdı ki, yenidən donunu dartışdırdılar. İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi. -Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də… Ərim məni çağırır axı… Burax, gedim. Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək. Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırdılar. Elə bil eyni ruhun daşıyıcılarıdırlar. Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözlər az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qıvrılıb, açılır, fısıldayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi. Həyatsa ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin. …İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dolanan bədəniylə onu sıxmağa başladı. Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düşdü. İlan etdiyi hərəkətindən utanırmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi. İlan onu sancmışdı, ayağından sısqa qan axırdı. Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmışdı. Handan-hana ayılan kimi oldu. “Bu da ilanın etibarı…” – deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: “Bala, ilanın ağına da lənət, qarasına da…”
Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırdı. Tez evlərinə qayıdıb bu acı xəbəri doğmalarına çatdırmaq… …Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. “Bu gələn kim ola, bəlkə, qızımdı?” – deyib pıçıldadı. Qaraltı yaxınlaşanda yanılmadığına sevindi. Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı. Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörtmüşdü. -Məni ilan çaldı! – deyib anasının qucağına yıxıldı. Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi: -Səbirlə danış! De görüm nə baş verib?! -İlan!.. İlan topuğumdan çaldı. Bir andaca anası qıyya çəkdi. Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 “Volqa”sı həyətdə göründü. Tez Həyatı “Volqa”nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər. Bəhmən müəllimin “Volqa”sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmasın. Həyat şişmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırdı; başı gicəllənir, ürəyi bulanırdı. Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlanın dişləri topuqdakı sümüyə toxunduğundan, zəhər də sümüyü, qanı çürüdürdü. Bayaqdan İsgəndər dayının “Zis” maşınının kuzovunda gələn qohumlar xəstəxananın həyətində toplaşıb təşviş içindəydilər. Hər içəridən çıxan həkim, tibb bacısını görcək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnanırdılar, həkimlər çarəsini qılacaqlar. …Həkimlər konsiliuma yığışmışdılar. Son qərarı baş həkim Soltan Həsənli verdi: -Dərhal Cərrahiyyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.
Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı. Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi. Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çəkdi. Gecə-gündüz ağladı. İlana lənətlər yağdırdı. Taleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu. *** Yatdığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahıl yaşda şux qalmasının səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır. O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürüdə bilər. Məsrəfli bir işin qulpundan yapışıb özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib. Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir. Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır. Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağaclarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı. Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlaşar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi. Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da: -Qızım, səbirli ol. – dedi. – Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan, deyirlər, bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyanı bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza. -Nə deyirəm, ay baba? – deyib gülümsədi. Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıb çarpayısına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi: -Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? – Qoltuqağacları canlıymış kimi sual etdi. *** Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın bağında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasiləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri – tut ağacının dibi olduğundan pəncərədən görünmürdü. Həyat qayıdıb yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındakı cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasilə verib səsinin cavabın almadığından aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü. Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırdı ki, çıxmırdı. -Ay yazıq, sən də mənim kimi yar sorağındasan? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh… bülbül, ilan məni çalmasaydı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, paltarlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım… İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaq doğa bilməyən arvada kim sahib durar? *** Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündən yumru qarnı, qabaran döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastığa yayılmışdı. Başını sağ tərəfə – qapı tərəfə əyib mışıl-mışıl yatırdı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam fırçası gərək idi bu halı çəkə. Dahiyanə əsər yaranardı. Həmişə çox oyaq yatırdı. Adi bir pıçıltıya, xışıltıya da oyana bilirdi. Amma bu dəfə elə bil əcəl yuxusuna getmişdi… Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzı-tamarzı baxırdı. Yanaqlar, dodaqlar, qaşlar, gözlər, saçı… – hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç… Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağrına basıb atəşli eşqin dadını çıxarardılar… Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı. …Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlərini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi. -Kimsən? Niyə gözlərimi bağladın? – deyib yazıq-yazıq dilləndi. Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü. -Ürəyim üzüldü axı… kimsən? -Mənəm, gülüm, sənin Cəmilin! Gəldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular görürdüm. Sən demə, nigarançılığım əbəs deyilmiş… – deyərək əllərini gözlərindən çəkdi. Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çaşqınlıq içində Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsin. -Cəmilim!.. – deyib qollarını onun boynuna sarıdı. Tibb bacıları, həkimlər qapı ağzında durub heyran-heyran onlara baxırdılar. Həyatın amansız sınaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdıqları anlar idi. Sanki indi uçub göylərin ənginliklərinə qalxacaqdılar – sonsuzluqlarda yaşamaq üçün. *** Daş karxanasındakı ağır iş şəraiti Cəmili çox arıqlatmışdı. Dolu sifətindən, düz qamətindən əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi. Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda dururdu. Hər bir nazını çəkməkdən zövq alırdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə güllər alıb gətirir, sevgilisini oxşayırdı. Hardansa tapıb gətirdiyi kolyaskada – əlil arabasında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz. Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi. -Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin şikəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar – sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..
Həyat çiyinlərini çəkdi. Cəmil həmin an yarının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çevrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılgüllər olan yerə sürdü. Qızılgüllərdən dərib onun saçlarına düzdü. Həyat Cəmilin bu dəcəlliyindən şaqqanaq çəkib güldü. -Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! – deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırdı, sonra da güclə eşidiləcək səslə pıçıldadı. – Darıxmırsan ki, bunlara yetişmək üçün?.. -Şahzadəm… sən özün elə gülsən də. Görmürsən, güllər də sənə qısqanclıqla baxırlar?! – deyərək onun dodaqlarından öpdü. -Bəsdir də… – Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola. *** Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. “Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq”. Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi. Qoca bağban bayaqdan qızılgül kolları arasına başın soxub eşələndikcə nəsə danışırdı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı. -Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. – deyərək kiminsə qarasına acı söyüşlər yağdırdı. -Baba, o nədi elə? -Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar. -Uyy… baba, yazıq, binəva. Nə günahın sahibidir o… Həyat içindən bir ah çəkdi. Tamarzı qaldığı uşaq… -Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!.. -Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən? -Ver, baba, ver, bağrıma basım. Mən də sinəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin. Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi. -Allahın bəxşişidi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim gələcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq. Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı. 17.03. 2018. Atakənd, Gözətçi Odası.
İnsan Allahın (məğzi mənada) bir surətidir. Allah özünün bir sıra əlamətini insanın görkəmində zahir edib. Sadəcə, insan bu fitrətin fövqünə vara, öz cismində Allahın cizgilərini görə bilmir…
…İlk dəfə Məmməd Arazı yaxından görəndə elə bilmişdim ki, olduğum hücrə hər gün ümidlə əl uzatdığım səmadır, (orada) bir topa buludda şimşək təlatüm edir. Həyəcan məni necə çulğamışdısa nitqim qurumuşdu. Qarşımdakı adamın çöhrəsində çırpınan işıqlı təbəssümləri sezdikcə gözlərim hədəqəsindən çıxmışdı. Nə üçün də belə olmamalı idi; mən illərdir Məmməd Arazın – varlığıma atom bombası kimi təsir edən parlaq (bir) simanın surətini canlı görmək arzusu ilə yaşayan bir kənd uşağı idim, indi onunla qabaq-qənşər durmuşdum… “Azərbaycan təbiəti” jurnalının otaqları bu səhnəyə canlı şahiddir… Məmməd Araz məni baş redaktoru olduğu jurnala işə götürmüşdü. Hər gün nəşriyyatın ikinci mərtəbəsindən o məsum insanın gəlişini izləyir, yeridikcə çəkdiyi əzabın rənglərini yaddaşıma köçürürdüm. Hər dəfə Məmməd Araz mənə o qədər nəhəng görünürdü ki, ona iyirminci mərtəbədən baxmaq lazım gəlirdi. Redaksiyanın işlərindən qabaq əsas məşğuliyyətim Məmməd dədəni otağına qədər müşayiət etmək, çöhrəsində ləngər vuran sadəliyi, bakirə baxışları sezmək olurdu. O da sanki bunu hiss edir, təbəssümünü artırırdı. Məmməd Araz işə gəlməyəndə (səmimi deyirəm) narahatlığım artır, özümə yer tapa bilmirdim. Elə sanırdım ki, nəsə itirmişəm. Yazı-pozuya (da) əlim yatmırdı… Məmməd dədənin son günlər necə sarsıntı keçirdiyinin, yerimək və danışmaq əzabının canlı şahidiyəm. Onun sadəcə, uğultulu və bir az da boğuq səsdən ibarət olan danışığından heç nə başa düşmürdüm. Ancaq özümü elə aparırdım ki, sanki nə dediyini anlamışam. Bir gün bəlli oldu ki, uşaq və yeniyetmə çağlarımın poeziya fatehi, hazırda isə başımın üstündə bir Günəş kimi çırpınan Məmməd dədə şeirlərim haqda nəsə yazmaq istəyir. Qarşı çıxdım, əziyyət çəkməsinə razı olmadım. Çünki onun qələmi əlinə götürənə qədər necə sarsıntı keçirdiyini görürdüm. O isə israrından dönmədi, “Ədəbiyyat qəzeti”ndə çıxan şeirlərim haqda (dörd günə) bir vərəq yazı yazdı. Məmməd dədə o yazıda məni şeirimizin pünhan buludu Əli Kərimlə müqayisə edir, bir növ, (məni) ona bənzədirdi… “Azərbaycan təbiəti” jurnalının redaksiyasında (Məmməd dədəyə görə) Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Hüseyn Abbaszadə, Əlibala Hacızadə, Gülhüseyn Hüseynoğlu, Abbas Abdulla, Afaq Məsud, Əmir Mustafayev, Nazim İbrahimov, Şahmar Əkbərzadə və digərləri ilə tanış oldum, onların məsləhətlərini eşitdim, xeyir-dualarını aldım. Məmməd dədə ona ehtiram göstərmək üçün redaksiyaya gələn görkəmli şəxslərə məni göstərir, təbəssümlə nəsə deyirdi… Onlar da mənə sarı çevrilib: – Şamaxıdandır, Xaqani, Nəsimi xələfidir, inşallah, ondan yaxşı şair çıxacaq, – deyirdilər. Mən də həyəcan boğmuş çöhrəmi onlardan gizlətməyə çalışır, arada Məmməd dədəyə baxırdım… Beləcə, bir neçə müddət Məmməd Araz şəxsiyyətinin fövqündə ədəbi düşüncəmi, poetik əzmimi (və s.) cilaladım, qələmimin süzgəcindən düşən hər şeirə təkrar-təkrar diqqət etdim. Bir müddət sonra ölməz şairimiz Bəxtiyar Vahabzadə “Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirlərimi oxuyub mənə dedi: “Məmməd Araz yanılmayıb…”. Onun bu israrda dediyi sözlər qulaqlarımda raket mərmisi kimi uğultu qopartdı… Məmməd Araz mənim üçün bu gün də bir fatehdir. Onun narahat gözləri, hər gün salamlaşarkən yumşaq bulud sandığım əlləri, işə gələrkən və gedərkən arxası ilə sürüdüyü ayaqları, təbəssüm dolu, lakin o təbəssümün fonunda kədər doğranan çöhrəsi, məsum – bakirə sifəti… indi də gözlərimin içində təlatüm qoparır. Mən onu ilk gün bu görkəmdə gördüm. O, anadan bu tərzdə doğulmamışdı, nizamsız həyat, harın-yaltaq adamlar, haqsızlıq, şəxsi maraqlara daha çox meyl edənlərin saxta təbəssümləri və s. onu bu günə salmışdı. Bütün hallarda Məmməd Araz mənim üçün nəhəng insan idi, onun fiziki zəifliyi ona olan hislərimdə heç bir məna kəsb etmirdi (və etmədi də). Nə yaxşı ki, uşaq ikən umduğum arzu həyata keçdi – mən Məmməd Arazı yaxından gördüm, ünsiyyət qurdum, hətta onunla bir redaksiyada işlədim… Əlbəttə, Allah böyükdür! Və təkrar deyirəm: Məmməd Araz mənim üçün bu gün də bir fatehdir!
Soyadını bilmirəm. Heç özündən soruşmamışam da. Adıyla tanımışam ilk dəfə. Elə adıyla da möhürünü vurub dostluğa. Çox sual verməyi sevmir. Elə çox sual almağı da. Bir az sirlidi. Amma səsi özünü ələ verir. Mən də sərrafam bu sarıdan. Söz adamları haqqında yazdığım yazılar da belə doğulub. Təsvirlərim heyrət yaratsa da bu belədi. Bir sözün işığından tutub keçmişəm aydınlığa. Zülmət mənlik deyil. Bu dəfəsə bir az fərqli alınacaq söhbətim. Bu dəfə səsinin işığında özümü, ruhumu tapdığım bir insan haqda danışmaq keçdi könlümdən. Nədənsə bütün fərqlilər məni tapır deyəsən. Ya özüm fərqli görürəm dünyanı, içindəki insanları. Həmişə işıqlı tərəflərindən baxmaq istəyimdəndi bəlkə insanların iç dünyasına ? Bəlkə də.. Əvvəlcə icazəylə bir şeirimi səsləndirdi, sonra yenə, yenə…Baxıb gördüm ki, şeirlərim dil açıb bu adamın səsində. Nöqtəsinəcən, vergülünəcən, nidasınacan. Bütün hisslərim, duyğularım hopub bu səsə. Düşündüm ki, həddən artıq həssas adamdı bu səsin yiyəsi. Bir işıqlı tərəfini kəşf etdim. Sonra öyrəndim ki, sevdiyi şeirlərə və dəyər verdiyi insanlara Tanrının gözüylə baxır. Təmənnasız və heç nə ummadan. Gözü toxdu dünya malından. Bu da bir işıqlı tərəf dedim. Əməyinə yerində və ürəkdolusu dəyər verməyəndə bir köşədə sakitcə oturar. Bütün həssas adamlar ki, qırılqandı deyə fikirləşdim. Beləcə inana-inana, öyrənə-öyrənə , işığından tuta-tuta daha bir dostu kəşf etmiş oldum özlüyümdə. Asif Babanı. Bəlkə də çoxlarına tanışdı bu ad. Bəlkə də onu illərlə tanıyıb hiss etməyənlər, duymayanlar var. Bu yazıdan sonra təzədən kəşf olunacaq onlarçun Asif Baba. Bilmirəm. Bəlkə də. Hər insan özünü qısa müddətdə ələ verməz. Amma tez zamanda öyrəndiyim, iç dünyasına bələd olduğum insanlar da var. Nə yaxşı ki, az da olsa var. Sadə, təvazökar , özündənnarazı, tərifə qaçmayan, ədalətsizliyə və haqsızlığa üsyankar, həmişə sözünə və özünə güvənən Asif Baba da qısa zaman çərçivəsində tanıdığım , doğmalaşdığım və güvəndiyim həmin o azlardandı. Yazıya qısa giriş etdim. Çünki bir başa mətləbə keçmək Asif Babaya haqsızlıq olardı. Onu bir neçə aydı ki, tanıyıram . Amma əgər məni bu yazını yazmağa vadar edirsə, demək onunla uzun bir yol yoldaşı olmuşuq. Bu qısa vaxtda özü də bilmədən , hiss etdirmədən onu müşahidə etmişəm, qıraqdan izləmişəm. Müəyyən qənaətlərə gəlmişəm. Səsləndirdiyi poeziya nümunələrin saf -çürük edə -edə öyrənmişəm ki, ürəyincə olmayan şeirləri özününküləşdirə bilmir. Nəyinsə və kiminsə xatirinə şeir söyləmək onluq deyil. Başa düşmüşəm ki, məqsədsiz dostluğa önəm verir. Məqsədi yalnız insan olmaq və insan qalmaqdı. Fikirlərinin alt qatında gizlədir demək istədiklərini.Amma səsiylə ələ verir yaşadığı acıları. Həyatın bütün əzablarından keçmişəm deyir səsi. Özü dilinə gətirməsə də. Vaxtı ilə ədəbiyyat və incəsənətdə müəyyən iz buraxmış insanlarla yol yoldaşı olduğunu da, onlarla əməkdaşlıq etdiyini də hamı kimi özünü öyə-öyə dilinə gətirməz. Söz düşəndə danışar. İncəsənətə və sözə vurğundu. Onunçun diplom önəmli deyil. Əsas istedaddı , savaddı. Bəs dostu necə seçir? İstedadınla şəxsiyyətin birləşəndə olursan Asif Babanın dostu. Həddən artıq üsyankarlığı və hövsələsizliyi olmasa qızıl kimi adamdı. Ən qorxduğu şey dost itirməkdi. Dostu ələkdən keçirənlərdəndi axı. Torpağa, Vətənə , yurda bağlıdı. Bir də övladlarına. Səsiylə anladar duyğularını. Ürəyindən keçənləri səsindən duyarsan. Sürpriz etməyi sevər. Adamı sevindirməkdən xüsusi zövq alar. Dedim axı məqsədi insanlıqdı. Mükafat gözləməz. Bircə laqeydlik olmasın. Getdisə dönməz. Ona görə də hələ-hələ getməz. Hərdən sonda demək istədiyini əvvəldə , əvvəldə demək istədiyini sonda deyər . Bağışlaya-bağışlaya yadlaşar. Adam sərrafıdı. Bircə adına, səsinə , bir də Tanrısına sığınar. Heç kəsi yarı yolda qoymaz. Yarıyolda qalmağı da sevməz. Poeziya həyatının bir parçasıdı. Əlbəttə əsl poeziyadan gedir söhbət. Payızı şeirlərdən sevər. Qəribə darıxmağı var. Səsindən bilirəm. Bizim şeirlərimizin bir müəllifi də Asif Babadı. Ən az bizim qədər haqqı çatır sözümüzə. Ona görə də sözümü ona sevə -sevə etibar edirəm. Çünki bilirəm ki, onun kitabında əmanətə xəyanət yoxdu. Səsində qəribə yanğı var. Həsrəti, kədəri yaşamasa çatdıra bilməz. Sözü hərf-hərf, cümlə -cümlə səsinə köçürənlərdəndi. Tanrı səsinə bərəkət versin.
Heç sevmirəm payızı. Necə sevim axı? Yağış, soyuq, günəşsiz günlər. Bilmirəm onun nəyinə qızıl payız deyirlər. Qızıl a! Heyif deyil yay? Offf! Yay yadıma düşəndə ağlamağım gəlir. Ağlamaq dedim yadıma qonşum düşdü. Qonşumuzda bir qadın var payız gələn kimi başlayır ağlamağa. Zalımın qızı nə dərdini deyir, nə səsini kəsir. Elə ha ahı deyir. Səsini də eşidirik hərdən. Payızın ilk yağışı yağan kimi bu qadın başlayır gözünün yaşını tökməyə. Biz kişilər də ağlayan qadın görəndə onun bütün dərd-qəminə bais olduğumuzu sanırıq axı. Bilmirəm, bəlkə tək mən beləyəm? Bu gün gedib danışdıracam onu. Əvvəl axır bilməliyəm axı bu qadının dərdini. 3 ildir köçmüşəm bu evə. Qadın tək yaşayır və deyir ki, heç kimi yoxdur,amma hərdən bir kişinin gəlib ona bazarlıq etdiyini görmüşəm. Budur, gəlir əlində dəsmal gözünü silə-silə.. Heç neçə yaşı olduğunu da bilən yoxdur. Bəlkə də 70-i haqlayıb. Mən də gənc deyiləm. Dünən 53 yaşımı qeyd etmişəm. Təklik pis şeydir. Mənim oğlum olmasaydı dəli olardım yəqin. Oğlum mənimlə yaşamasa da varlığını həmişə hiss edirəm. Nə isə,gedim yaxına, görüm bir söz ala bilərəmmi bu qadından.
Salam.
Salam, salam.
Necəsən ?
Ehh. Necə olacam ? Payız gəldi də.
Deyəsən sevmirsən payızı?
Yox!- deyib qapını bağladı. Yenə bir şey çıxmadı. Elə təzəcə pilləkənləri qalxmaq istəyirdim ki, qadın qapını açıb:
Gəl. Gəl bura,-deyə məni çağırdı. Mən qalxdığım iki pilləkəni düşüb qadının evinin açıq qapısından onun otağına daxil oldum. Otaq səliqə-səhmanlı idi. Hər şey öz yerində.
Gəl. Otur. Yaxşı insansan. Sən yeganə adamsan ki, mənim payızı sevmədiyimi görürsən. Heç kim buna fikir vermir. Elə bilirlər qocalmışam ona görə ağlayıram. Amma mən qoca deyiləm.
Neçə yaşın var?
Səncə?
Yetmışı keçərsən eləmi?
55
Nə?
Hə. 55 yaşım var mənim. Mən halımın dəyişdiyini qadına bildirməmək istəsəm də təəccübümü gizləyə bilmədim.
Siz nə danışırsınız?! -Payızlar belimi bükdü mənim.Öldürdü məni payızlar. O, divardaki şəkilləri göstərib:
Bax bunların hamısını payızda itirmişəm. Atam bir gün işdən qayıtmadı. O payız bərk yağış yağırdı. Onu çox gözlədik .Yağışda maşını çöndü, gəzada öldü. Anam iki il sonra payızda gecə yatıb səhər oyanmadı. Məni və qardaşımı xalam böyütdü. Bir payız onu da itirdim. Amma payızın işi bununla bitmədi. Əvvəl sevdiyim insanı, sonra oğlumu da əlimdən aldı. Mən hər şeyi payızda itirirəm. Şəhərin mərkəzində evim var idi. 5 il əvvəl payızda onu satdım. Bura gəldim. Bu isə son payızdır. Bilirəm özüm. Hiss edirəm. Bu payız mənim dalımca gəlib.Əzrayıl göndərib,- dedi
Elə deməyin. Siz həll etmirsiniz ki, bunu
Orası elədir, mən həll etmirəm, amma bu payız əvvəlkilərdən fərqlənir. Mən görürəm. Yordum səni, bağışla. Dərdimi deməyə bir kəsim də yoxdur. Qardaşım olmasa ölərdim. Hərdən gəlir yanıma. Bax belə.
Deməli o kişi qardaşınızdır?
Hə. Qardaşımdır. Çay verim sənə.
Yox. Əziyyət çəkməyin. -Qəribədir.
Nə?
Mənə həmişə “sən” deyə müraciət edirdin indi isə “siz” deyirsən.
Hə. Bilmirəm niyə belə oldu.
Mən bilirəm. Çünki əvvəl məni dəli hesab edirdin. Hamı kimi. İndi isə tanıdın. Mən qeyri-ixtiyari ayağa durdum.
İcazənizlə, mən gedim.
Buyur!- deyə o əlləriylə mənə qapını göstərdi.
Evə gəldikdən sonra uzun müddət bu qadının anlaşılmaz bir cazibədarlığını hiss edirdim. Bu qədər dərd içində olmasına baxmayaraq gözlərində sanki hələ həyat eşqi var idi. Amma heç özünə baxmırdı. Geyimi, həyatı artıq dünyadan küsmüş bir qoca həyatı idi. Ertəsi gün işdən qayıdanda gül mağazasının yanından keçərkən ağlıma bir fikir gəldi. Bir dəstə gül aldım və qonşu qadının qapısını döydüm. O, qapını açdı, məni gördükdə donub qaldı. Gözlərini əlindəki dəsmalla silib mənə baxdı və:
Sizin qapı bir mərtəbə yuxarıdadır,- dedi.
Qəribədir. İndi də siz mənə “siz” dediniz. Qadın gülümsədi. Bu 3 ildə ilk dəfə görürdüm onun gülümsəməsini. Necə gözəl gülüşü var bu qadının!
Bu güllər sizindir. -Mənim?
Bəli. Sizin.
Çox sağ olun. Lap bahar güllərinə bənzədi. Güllərin ətrini unutmuşdum. Buyurun içəri.
Yox. Gedim. İşdən gəlmişəm.
İstəsəniz gəlin çay içməyə. O gün çay içməyə getmədim. Amma bu qadının təbəssümü heç yadımdan çıxmırdı.Özümə təəccüblənirdim. Mən niyə ona gül aldım? Gülür, ağlayır. Axı deyən gərək ki,sənə nə var? Bu düşüncələrlə də yatdım. Səhər işə gedəndə onun qapısını döydüm. Qapını açan olmadı. İşdə bütün günü nigaran idim. Axşam yenə qapını döydüm. Qapını gözəl bir qadın açdı.
Bağışlyın, mən… burda yaşayan…
Qoca qadını deyirsiniz?
Bəli..
O yoxdur. Öldü -Siz nə danışırsınız?Mən onu dünən… -Elə siz gül verəndən sonra öldü,-deyə qadın gülümsədi. Mən onu təbəssümdən tanıdım. Bu gözəl qadın o idi.illərcə gözəlliyini, təbəssümünü hamıdan gizlədən, hər payızı dərd- qəm içində keçirən həmin qoca sandığımız qadın idi. -Tanımadınız eləmi?
Siz….siz çox gözəlsiniz!
İdim. İndi daha yox.
Siz gözəlsiniz. -Bəlkə içəri keçəsiniz? Mən içəri keçdim. Otaqda güllərin ətrinə qarışmış gözəl bir təravət var idi. Hər şey dəyişmişdi.
Qınamayın məni. Yorulmuşam. Şəkillərlə, ruhlarla danışmaqdan bezmişəm. Öz həyatımı həmişə başqalarına həsr etmişəm. Dünən siz gətirdiyiniz güllər məni sanki yuxudan oyatdı.Axı, mən də insanam.Mən də qadınam.
Özü də çox gözəl qadınsınız!
Bəlkə də. Otaqda mənim çox sevdiyim bir mahnı səsi eşidilirdi. Çox həzin bir musiqi və gözəl sözləri var idi bu mahnının.
Bu mahnını çox sevirəm. Gözəl mahnıdır!-dedim.
Doğrudan? Bəs sözləri və bəstəsi kimin olduğunu bilirsiniz?
Yox. Maraqlanmamışam heç.
Bu mahnını mən yazmışam.Sözləri də, musiqisi də mənimdir. Mən danışmağa çətinlik çəkirdim. Nə deyəcəyimi bilmirdim. Ürəyimin dərinliyindən isə “Mən sizi sevirəm” sözləri gəlirdi.
Bu il məzuniyyətimi payızda götürdüm. Biz onunla evlənib səyahətə getdik. İndi payızı çox sevirik. İkimizdə. Çünki bu payızı sevgiylə qarşıladıq. Sevib sevilənlər üçün fəslin fərqi olmasa da, payıza sevgi qatmaq çox gözəldir.
Ümidlərin doğrulmadığı, qisasın alınmadığı 30 ilə yaxın bir müddətdə öz həyatını başqa şəkildə davam etdirmək məcburiyyətində qalan Ümidin axtarıb-aramağa, fikirləşməyə, tarixi öyrənməyə çox vaxtı olmuşdu… O, daim oxuyur, axtarışlar aparır bu fəlakətlərin hardan qaynaqlanması haqqında düşünürdü… Öz praktikasından gözəlcə bilirdi ki, dünyanın görkəmli şəxsiyyətlərinin erməni xisləti haqqında yazdıqları qətiyyən uydurma deyil, həqiqətdir. Ümid bu həqiqətləri indiki məqamda bütün dünyaya çatdırmaq gücündə deyildi… Ona görə istəyirdi ki, hər şeyi öz yeni evindən başlasın… Ancaq bu yeni evin dağıdılmış, məhv edilmiş bir ailənin bünövrəsi üstündə bərqərar olması onu fikrən çox incidirdi… Ancaq başqa bir çarə yox idi… Ümid heç olmasa bu müsibətlərin tarixçəsini öz varisi olan oğlu vasitəsi ilə gələcək nəsillərə ötürmək fikrində idi. Arabir oğlunu bu əzab¬larla yükləmək, onun uşaqlıq dünyasını əlindən almaq istəməsə də, amansız zaman öz işində idi. Ümid qorxurdu ki, birdən bu faciələri oğluna danışmadan dünyadan köçə… Ona görə İntiqam böyüdükcə, ona atasının danışdığı ağrılı xatirələr öz işini gö-rürdü… Dərd insanı tez böyüdür, – deyirlər. İntiqamı da atasından eşitdiyi ailə faciəsinin tarixçəsi tez böyütmüşdü… O, yaşıdların-dan əhəmiyyətli dərəcədə fərqlənirdi… Boy-buxunca yox, xasiy-yətcə… O, uşaq kimi yox, böyüklər kimi düşünürdü… Özü də dünyanın ağrı-acısını dadmış böyüklər kimi… İntiqam atasının, onun ailəsinin, bütün Qarabağ camaatı-nın başına gətirilən müsibətlərdən xəbərdar idi. Ancaq kişiyə yenidən o məşəqqətli günləri yaşatmamaq üçün onu sorğu-suala tutmurdu. Mətbuatı izləyir, o günlərin məşəqqətlərini əks etdirən yazıları oxuyurdu. Bu yazılar oğlanın içini göyüm-göyüm göynədir, qəlbindəki intiqam hissini alovlandırırdı. Bax budur, o yazılardan biri… İndi sakitcə oxu görüm necə oxuyursan? Bir qızcığazın faciəsi analarımızın, bacılarımızın başına gətirilən¬lərin hələ dillə demək mümkün olan bir damlası idi. O zavallı insan yazırdı: “Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım. Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim! Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalış-dığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm! Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar… İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Gözlərim qan çanağına dönür ağlamaqdan… Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram! Dünyaya qız doğulduğum üçün yaradanı lənətləyirəm! 13 yaşım var idi. 12 il keçirdiyim o müdhiş qış fəslinin 13-cü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi! Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey “kaş o səhər, heç açılmazdı” dediyim gün dəyişdi… Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular. Səs hamımızı qorxutdu. Atam qapını açan kimi, avtoma¬tın arxası ilə sinəsindən vurdular. Zərbənin təsirindən, qeyri-ixti¬yarı olaraq atam yerə sərildi! Sonra silahı bizə tuşlayaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi. Bir qədər sonra hərbi maşınlardan 20-yə yaxın əsgər düşüb, bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, maşınlara çıxmağımız üçün əmr verdilər. Meşənin yaxınlığında hərbi hissənin bazasına gətirdilər. Elə maşından düşəndə, gördüklərimdən şoka düşdüm. Dörd bir yanda işgəncə var idi. Qadınlar zorlanır, kişilər döyülürdü. Avtomatın arxası ilə kişilərin cinsi orqanına vururdular. Bir daha uşaq dünyaya gətirə bilməməkləri üçün…. Yeni doğacaq nəslin, onlardan olacağını deyirdilər. Bir qədərdən sonra kişiləri maşından düşürdülər. Atam gözə dəymirdi. Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədə-nimlə insanların arasında özümü unudulmuş kimi hiss etməyim isə bir az təsəlli verirdi. Sanki kiçik olmam, avantajım idi. Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar. Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, göydən yağış əvəzinə qan yağmışdı. Ortalıqda düşmən ordunun əsgərləri görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər. Daha əvvəl görmədiyim yerə gətirdilər bizi. Burada da xeyli əsir və eyni işgəncələr gördüm. İnsanları diri-diri yandı-rırdılar. Bəzi kişilər irəli çıxıb, hansısa qadını qorumaq istəyəndə güllələnirdi! Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində 20-yə yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, sanki etiraz edib güllələnməyi daha üstün tuturdu-lar! İnsanlıq tarixinin o mənzərəni görməyə hazır olmadığına əminəm! Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə, ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, yatmaq, yox olmaq istəyirdim. Gənc qızlara atala-rının gözünün qarşısında təcavüz edir və qorxulu filmlərdə, əcaib rol ifaçısı kimi qəhqəhə çəkirdilər. “Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıya-caqsınız”, – deyib, qadınlara hücum çəkirdilər. Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda o vahimənin içində gözüyaşlı anamı gördüm. Orda qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. O vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi. Növbəti gecə idi. Göyün üzü qırmızı idi. Sanki yerdəki qanın rəngi, göydə əksini tapmışdı. Qaranlıq, pis qoxulu otağın bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Amma titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən sonra gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün! Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdir-dim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, “onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu! Hündür, kök, 45 yaşlarında, saqqalı, saçında tək-tək ağ tük görünən adamla göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə üzümə baxdı. Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı. Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırp¬mışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi. Alnımdan axan qan da, üzümdən süzülərək gözümə dol-muşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəh¬şətli ağrı, bütün ağrılarımı unutdurmuşdu! Bədənim keyi-mişdi! Hərəkət etmədən fikirləşirdim. Anamın niyə nalə etməsini indi daha yaxşı başa düşürdüm! Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın! Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı. Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi. Özümə gəlmədən növbəti dəfə eyni adam daxil olmaqla, digər əsgərlərin təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacını üstümə tökürdü, “sizi belə məhv etmək lazımdır”, – deyirdi! Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur! Amma hər dəfə diksinib özümə gəlirdim! Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi. Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonradan öyrəndim ki, əsgər-lərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutul-muşdu. Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu… Nə uşaqlığımı yaşaya bildim, nə gəncliyimi, nə qadın-lığımı. Sevişmə sonrası qadın olmadım mən! Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim! Əsir oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim! Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, özümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağım-dan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim! Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi. 12 il yaşadığım Xocalı, 4 gün və bir adla yadımda qaldı. Təcavüz! Türkan Turan”
Dəhşət, dəhşət, dəhşət… İndi oxu görüm necə oxuyursan bu yazıları? İndi döz görüm necə dözürsən bu ağrılara? İndi xoşbəxt ol görüm necə xoşbəxt olursan içində bu qədər ağrılar, əzablar, iztirablar ola-ola?! İntiqamı ən çox dəhşətə gətirən isə özünü ziyalı sanan canilərin etirafı idi. Bütün etiraflarda bir peşmançılıq hissi olur bu və ya digər şəkildə. Bu şərəfsizlər isə etdikləri cinayətlərdən zövq, ləzzət ala-ala danışırdılar… Namuslu bir xalqı təhqir eləməyə, alçaltmağa, ələ salmağa çalışırdılar. İntiqam erməni xisləti ilə bağlı yazıları oxuduqca elə bil ki, ona hər şey aydın olurdu. Dünyanın cikini-bikini yaxşı bilən Karl Marks təsadüfi yazmırdı ki: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur”. Marksın dostu, əqidə yoldaşı Firidrix Engelsin qənaətləri də göydəndüşmə deyildi, faktlara əsaslanırdı. O, yazırdı: “Korinfdə və hətta Hindistan məbəd-lərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar”. Müasir dövrdə Kardaşyanların at oynatması göstərir ki, nəsillər nə qədər dəyişsə də, bu zatıqırıqlar öz məqsədlərinə çatmaq üçün hər bir rəzilliyə hazırdırlar. Biz isə sadəlöhvcəsinə onlardan şərəf, ləyaqət, humanizm umurmuşuq. Hamı bilir ki, bizdə isə namus, qeyrət məsələsi tamam fərqlidi… Namus ləkəsini ancaq qanla yumaq olar. Düşmən əsirliyinə düş¬məsin deyə özünü qayadan atıb öldürən qadın-larımızın, qızlarımızın ruhu qarşısında baş əyirik… Ölməyi namus ləkəsiylə yaşamaqdan üstün tutan qadınlarımız xalqın şərəf, ləyaqət simvolu sayıla bilər… Atasıyla bu haqda söhbət eləyəndə Ümid həmişə oğluna deyirdi ki, erməniyə etibar yoxdur. Biz çörək kəsdiyimiz insana qətiyyən xəyanət eləmərik. Onlar üçün isə duz-çörəyi tapdamaq su içimi kimi asan bir şeydi. Dost sandığımız, mehriban qonşuluq şəraitində yaşadığımız bu haylar ağır sınaq məqamında nəinki bizə qahmar çıxdılar, əksinə etibarımızdan istifadə eləyib bizi tələyə saldılar. Xocalı soyqırımında cəlladları fitləyib üstü¬müzə göndərən də elə onlar idi… Həmişə bu mövzuda söhbət düşəndə Ümidin ürəyində intiqam hissi baş qaldırır, onun gülüşü yadırğayan qara gözlə-rininin dərinliyində nifrət qığılcımları oynayırdı… Oğlu onun haldan-hala düşdüyünü, məşəqqət ocağında qovrulduğunu görəndə araya başqa söhbət salmağa çalışırdı. Ancaq Ümid göynəyə-göynəyə deyirdi: -Ay oğul, bəlkə də mənim sözlərim sənə qəribə gəlir, elə bilirsən ki, başıma gələnlərə görə qisas məqsədiylə belə deyirəm, ancaq fakt faktlığında qalır. Düşünərsən ki, bir para cəlladın hərəkətinə görə bütün xalqı nankor adlandırıram. Ancaq bu, həqiqətdir. Görünən dağa nə bələdçi? -Düz deyirsən, ay ata. Mən oxumuşam, ayıq düşüncəli ermənilərin özləri də özlərinin, yəni öz xalqlarının nümayəndələrinin düşüncəsiz hərəkətləri, genetik xəstəlikləri haqqında az söz deməyiblər. -Nə deyiblər? Mən heç onların da səmimiyyətinə inanmıram. Söz ayrı, əməl ayrı. Ancaq bir fikirlə mən də şərikəm ki, ermənilərin düşməni elə onların özləri olub həmişə… -Hə, elə ermənilərin özləri də bu fikirdə olublar çox zaman… -İlanın ağına da lənət, qarasına da. Ay oğul, onlara inanma heç vaxt. Söz ayrıdı, əməl ayrı. Danışanda elə danışırlar ki, düşünürsən ki, bunlardan ağıllı millət yoxdur… Ancaq tarix boyu olan hadisələr göstərir ki, onların göz yaşları da timsahın göz yaşları kimi bir şeydir… -Elə olmağına elədi, ata. Ancaq onların dedikləri bəzi sözlərdə həqiqət var. Ümid əsəbiləşdi: -Nədi axı bu həqiqət? -İcazə versən, onlardan bəzilərinin fikrini sənə oxu-yardım… Ümid susdu. İntiqam bunu razılıq əlaməti hesab elədi və oxumağa başladı: -Ay ata, gör erməni tarixinin atası sayılan Movses Xoronesi hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında nə deyirmiş: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”. Ümid kişi dilləndi: -Ə, bunu erməni deyir? -Bəli. -Heç adamın inanmağı gəlmir ki, erməni sözün düzünü deyə. -Yox, ay ata, deyənlər var. Yeqişe Çarens adlı bir erməni şairi olub, bəlkə də adını eşitmisən. -Ad tanış gəlir, ancaq xatırlaya bilmirəm. -Onun şeirlərini Mikayıl Müşfiq bizim dilimizə tərcümə eləyib. -Bu da Müşfiq! Adam tapmayıb şeirlərini tərcümə eləməyə? İntiqam söhbətin istiqamətini dəyişməyə imkan vermədi: -O şair yazır ki, bizdə riyakarlıq hələ ana bətnindən əmələ gəlir… -Bax bunu düz deyir. -Bir başqası, Petroni Qay Amatuni deyir ki… -Ə, belə də erməni adı olar? Gürcü adına oxşayır. -Yox, sovet dövründə yaşayan bir yazıçı olub. O yazır ki, ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər… -Heç insan olan da Xocalı faciəsini törədərdimi? Heç insan olan da arvada, uşağa, qocaya, xəstəyə ağılagəlməz işgən-cələr verərdimi? Kökü kəsilsin hamısının! Yer üzündə bu qədər əzazil, qəddar millət görməmişəm. Həyasızlıqları o dərəcəyə çatıb ki, törətdiklərinə görə utanmaq əvəzinə, hələ bir utanmaz-utanmaz fəxrlə də danışırlar. İnsanlıq simasını itirən Balayan kimi… Onlar oğrudurlar, quldurdurlar, canidirlər… -Bu doğrudur. Heç nəyi olmayanlar oğurluqla məşğul olurlar. -Bu nankorlar torpaqlarımıza göz dikirlər, malımızı-mülkümüzü talayırlar. Musiqimizi, mahnılarımızı, xalçaçılıq sənətimizi, hətta mətbəximizi belə oğurlayıb öz adlarına çıxmağa çalışırlar. -Elədi, ay ata, elədi. Ermənilərin özlərinin arasında da elə adamlar var ki, bunu etiraf eləyirlər. Məslən, Kerar Patkanov adlı bir erməni şərqşünas alimi yazır: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”. “Türkmənçay” müqaviləsi imzalanandan sonra (10 fevral 1828-ci il) Paskeviçin rəhbərliyi ilə Azərbaycana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürüldü. Birlikdə götürül¬dükdə 1828-1896-cı illərdə İrəvandan və Türkiyədən köçürülən¬lərin sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985 min 460 nəfəri Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə Qarabağ və Yelizavetpol (Gəncə) quberniya¬sında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların qarətçilik əməlləri adi hal almışdı”. Erməni tarixçisi Qevorq Aslanın “Ermənistan və ermənilər” (1914) kitabında gör nə yazılır: “Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də onlarda vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali “böyük Ermənistan” yaratmaq ideyası dünyanın bütün haylarını birləşdirmək yolunda ümummilli konsepsiyadır”. Hələ bu harasıdır? Erməni yazıçısı X.Abovyan yazır: “Erməni dilinin yarısı türk, yarısı da fars sözləridir”. Erməni jurnalisti R.Açaryan isə söyləyir ki, erməni dilində 4200 türk sözü var. Erməni tarixinə dair bir çox əsərlərin müəllifi profes-sor Leo bütün uydurmalarına rəğmən etiraf etməyə məcbur olub ki: “Erməni aşıq yaradıcılığının yalnız kiçik, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onun böyük hissəsi (dastanlar, qəhrəmanlıq nəğmələri) mahnılar türk dilindədir. Nağıllarda və nəğmələrdə əks olunan həyatı ifadə etmək üçün türk dili daha əlverişli, obrazlı və zəngindir”. -Bunlar köhnə söhbətlərdi, a bala. İndiki ermənilər ta¬mam başqa cür düşünürlər. Onlar əsrlər boyu uşaqlarını bizə nifrət ruhunda tərbiyə eləyirlər. Elə yalan uydururlar ki, adamın matı-qutu quruyur. Soyqırım törədən onlardı, bütün dünyaya deyirlər ki, türklər bizi qırırlar. Havadarları da onların tərəfini saxlayır həmişə. Atalar çox doğru deyiblər ki, arxalı köpək qurd basar. -Bunlar düzdü, ay ata, ancaq onların arasında da həqiqəti dərk eləyən, bunu dilinə gətirməkdən qorxmayanlar var. -Yox, heç inanmağım gəlmir. Onların həqiqi sözlərinin də arxasında bir riyakar məqsəd gizlənir… -Vaqe Avetyan adlı erməni yazıçısının Xocalı soyqırımı ilə bağlı söylədikləri erməninin erməniyə verdiyi ən yaxşı dəyərdi. Onun verdiyi müsahibədəki sözlər əslində ittiham sənədidir: “Biz o səviyədə vəhşiləşmişik ki, artıq kimsə özünü normal aparanda buna təəccüblənirik… Ermənilərin öz səsini duyura bilməsi üçün, əvvəlcə onları son 25 ildə düşdükləri konslagerdən azad etmək lazımdır. Ermənistanda adamı azad sözə görə şikəst edə, hətta öldürə də bilərlər”. “Bilin ki, ermənilər heç vaxt öz ölkəsinin siyasəti ilə məşgul ola bilməyiblər, yeganə istisna dövlət müstəqilliyinin elan edilməsi olub. “Qarabağ münaqişəsi” məhz bunun bədəlidir ki, onu ödəyirik”. Ümid ümidsizliklə dedi: -Heç bədəl ödəyənə oxşamırlar bunlar. Ən dəhşətlisi odur ki, özlərini ziyalı hesab eləyən başqa millətin nümayəndələri də haqqın yox, haqsızlığın tərəfində dayanırlar. Onların iftıra dolu həyasız çıxışları adamı lap əsəbiləşdirir. Heç o zatıqırıq Zatulini demirəm, haqq-ədalət, humanizm carçısı olan Lev Tolstoyn soya-dını daşıyan bir yekəpərin yava-yava danışığı adamı lap əsəbiləşdirir. “Oddan kül törəyər” belələri üçün deyilib e… -Onu düz deyirsən. Heç bilirsən Lev Tolstoyun doğmaca qızı ermənilər haqqında nə deyib? -Deyərsən, bilərəm. -Bir maraqlı məqaləyə rast gəlib surətinı çıxarmışam. Bir az, gözlə, gedib gətirim. Bir az keçəndən sonra İntiqam əlində bir necə vərəq yazı gəlib çıxdı. Ümid səbrsizliklə dedi: -Hə, oxu görüm nə yazırlar orda? -Ata, dahi yazıçının qızı Aleksandra Tolstoya 1915-ci ildə Türkiyənin Van şəhərində ermənilərin törətdikləri cinayətlər haq-qında yazır. -Yəqin bunu da kimsə uydurub. Tolstoyun qızı Vanda nə gəzirmiş axı? -O, Qırmızı Xaç cəmiyyətinin xətti ilə Rusiya İmperi-yasının təmsilçisi kimi ora göndərilibmiş. Şəxsən görüb şahidi olduğu hadisələrdən yazıb. Ona görə də Aleksandra Tolstoyanın qeydlərini həyəcansız oxumaq olmur. Qulaq as gör, o, nə yazır: “…Yerlə yeksan olmuş Van şəhəri… Bizim gəlişimizə qədər bu şəhərdə ermənilərlə türklər arasında dəhşətli döyüşlər baş vermişdi. Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi üçün vəhşi kimi vuruşurdular. Qadınlar gecələri gündüzlərə qataraq mərmi-lər düzəldir, türklərə atırdılar. Onlar bu vəziyyətə çox tab gətirə bilməzdilər, ərzaqları bitmişdi, silah-sursat, barıt ehtiyatı tükənmək üzrəydi. Əgər bizim kazaklar vaxtında onların köməyinə yetişməsəydi, şübhəsiz, ermənilər təslim olacaqdı. Hər iki tərəfdən xeyli sayda insan tələfatı ilə nəticələnən qanlı döyüşlər oldu. Ölənlərin meyitlərini gölə atırdılar… Türk əsgərləri şəhəri tərk edəndə, təxminən 1000 nəfər Vandan çıxa bilmədikləri səbəbdən əsir götürüldü…”
“…Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurdular, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yan-dırdılar…”
“…Məni burada görəcəyim işlərlə bağlı təlimatlandırmışdılar… İki böyük məktəb binası. Tamamilə bomboş qalmış iri otaqlarda nə çarpayı, nə stul var. Döşəmədə üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənlər. Türklərdir… kişilər, qadınlar, qocalar, cavanlar, uşaqlar… Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar… Bəzilərinin sifətində şübhəli ləkələr var. Bu nədir? Cüzam? Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır… Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad dilə-yirlər… Gözüm, bir küncə qısılmış, qolları, sanki ölmüş kimi qəribə şəkildə yanlarına düşən bir qadına sataşdı. Onun lap asta-dan gələn iniltisi güclə eşidilirdi… Mənim sual dolu baxışlarıma cavabında mister Yar-rou vəziyyəti izah etdi: – Onun qollarını dartıb kökündən çıxarıblar. – Bunu kim edib? Nə səbəbə? – Ermənilərlə qarşıdurmalar zamanı… – Ermənilər edib? Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – heyrətlə soruşdum. – Amma qəzetlərdə oxu-muş¬dum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğra-yan türklərdir. Heç nə anlaya bilmirəm… –Qırğın hər iki tərəfdən olub. Təbii ki, hərbi qarşıdur-mada başqa cür ola da bilməz. Türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam edir. Amma burada – Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi ol¬duq. Ermənilər qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb çıxarır, ayaqlarını sındırırlar… Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmü¬şəm…” Ümid yazılanları həyəcanla dinlədi. Gözlərinin önündə buludlar oynadı. Yenə özünü insan cəsədləri ilə dolu o qanlı düzdə təsəvvür elədi. Handan-hana özünə gəlib dedi: -Biz də insanlıq adına ləkə gətirənlərdən insanlıq ummuşuq, onlara inanmışıq. Sən demə qəddarlıq elə onların qanında, canında imiş… Bu sözləri deyən Ümid əsəbiləşdi. Əlləri əsdi, gözləri alacalandı… Dili də topuq vurdu. Kəkələyə-kəkələyə nəsə de-mək istədi… İntiqam atasının səhhətindən nigaran olduğu üçün söhbətə ara vermək qərarına gəldi. Mövzunu dəyişməyə çalışdı. Alınmadı. Atasını çətinliklə sakitləşdirib, öz otağına keçdi… O da əsəbiləşmiş, həyəcanlanmışdı. Onun da əlləri əsirdi. Barmaqları elə bil tətik gəzirdi… Oğlan erməni vəhşiliyi ilə bağlı elə yazılar oxumuşdu ki, ürəyindəki intiqam hissi bir an da olsa səngimirdi… Elə məqalələr var idi ki, atasının qüruruna toxunar deyə onları gizləmişdi İntiqam. O yazılardan biri adamın içini göyüm-göyüm göynədirdi. Əsir düşən qızlarımızın başına gətirilən müsibətlər adamın ürəyinə çalın-çappaz dağ çəkirdi… Ümid dəhşətləri öz gözləri ilə görsə də, bu dəhşətin o biri üzündə daha dəşətli hadisələr var idi… Yaxşı ki, hələ bu hadisələrin çoxundan Ümid kişinin xəbəri yox idi… Ancaq bu, onun oğlu İntiqama elə gəlirdi. Xəbəri yox idi ki, onun internetdə görüb çap etdiyi həmin məktubu atası göz yaşı içində dönə- dönə oxuyubmuş… Bu məktubu Facebookda “Möcüzəli dünya” adlı bir istifadəçi paylaşmışdı və həmin dəhşətli məktub bu cümlələrlə başlayırdı: “Salam, Azərbaycan, salam, əziz və qeyrətli xalqımın nümayəndələri… İnanıram ki, bu məktubumu bütün Azərbaycan oxuyacaq və ürək agrısı ilə oxumayanlara da yayımlayacaq… Mən 1992 -ci ildə Xocalıda əsir götürülən qızlardan biriyəm. O zaman mənim 15 yaşım var idi, artıq 40 yaşındayam… Mənimlə bərabər burda bir çox əsirlər olub və var, bəziləri isə artıq dünyalarını dəyişiblər. Sizləri çox yormaq istəmirəm, sadəcə bizə görə narahat olanlar və olmayanlar üçün, özümüz və burdaki vəziyyət haqqında, çox çətin və göz yaşı içində məlu¬mat vermək niyyəti ilə bu məktubu yazıram… Düzdür, mən hər şeyi, Xocalıda və ondan sonra olan¬ların hamısını bir məktuba sıgdıra bilmərəm, çünki bizim hər günümüz sizdən fərqli olaraq XOCALI faciəsi günü kimi keçir. Beləliklə, mən əsir düşəndə anamla birlikdə idim, bizi o soyuq və şaxtalı havada günlərlə ac- susuz saxladıqdan sonra yerimizi dəyişdilər, bir hərbi hissəyə gətirdilər və əsgərlərin qablarında artıq qalan tulantı yeməkləri bir böyük qazana töküb gətirib atdılar qabağımıza, inanın, elə həvəslə elə iştahla yeyirdik ki… O tulantıları “bayram aşı” kimi yeyir¬dik… “Sag olsunlar” bizə bir vedrə su da verdilər, amma vedrənin içinə 4-5 erməni tüpü-rəndən sonra gətirib qoydular qabagımıza… Çarəmiz yox idi, günlərlə susuz qaldıgımız üçün məcbur idik o suyu içməyə… Bir neçə gün sonra bizə “şad” xəbər verdilər, dedilər ki, hazırlaşın, sizi yuyunmanız üçün hamama aparırıq… Çox sevin-mişdik, çünki artıq 2 ay olardı yuyunmurduq, ayaqyolu da əsir qaldıgımız padvalın içində olduguna görə çox pis halda idik. Bizi hamama gətirdilər, əsgərlərin yuyundugu hamama. Hardasa 30 nəfərə yaxın müxtəlif yaşda qadın əsirlər idik və ən kiçiyi mən idim… Hə, əzizlərim, bizi saldılar hamama, hamamda isə bizi hardasa 80, 90 nəfərə yaxın erməni əsgəri gözləyirmişlər… O hamamda nələrin oldugunu, nələrin baş verdiyini, nə zülmlər çəkdiyimizi, necə qışqırıb agladıgımızı yazıb sizi ürək agrısına salmaq istəmirəm, sadəcə bunu deyim ki, bizi ermənilər “çimizdirdilər” və hardasa təkcə 20, 30 nəfər tərəfindən mən zorlandım, digərlərini bilmirəm… Bu hal bir neçə dəfə baş verdi, sonra bizi ermənilər öz aralarında paylaşdırdılar… Yaşlı əsirlər əsgərlərin, cavanları zabitlərin… Gündüzlər bizi çölə çıxardırdılar hava almaq üçün, çox vaxt əynimizi soyundurub musiqi qoşaraq oynamağa məcbur edirdilər, ilk günlərdə oynamaga etiraz etsək də, sonra hər etiraz etdikdə döyərək bizi vərdiş etdirdilər hər şeyə… Artıq nə deyirdilər edirdik və o qədər şey etdirirdilər ki, yaza bilmirəm, utanıram… İllər keçdikcə yerimizi dəyişdilər, bəzilərimizi ayırıb harasa başqa yerə apardılar, anamın ürəyi partdayıb dünyasını dəyişdi bir iki il sonra, mənim qara günlərim daha da çoxaldı, çünki çox vaxt anam məni qorumaq naminə çox şeyi öz üzərinə götürürdü… Dəfələrlə özümü öldürmək istədim, edə bilmədim… Hər dəfə intihar etmək istədikdə içimdə bir ümid yaranırdı ki, bir gün bitər bu əsarət… Mən xalqımın qeyrətinə, qeyrətli ogullarına, qızlarına bələdəm… Bilirəm ki, çoxunuzun ürəyi yanır orda və əlinizə fürsət düşərkən nəsə edirsiz… Xalqımın, Ramillər kimi, Fəridlər kimi, Mübarizlər kimi, Çingizlər və digər bu kimi ogullarının çox oldugunu bilirəm və buna əminəm ki, bir gün o ogullar bizi bu əsarətdən qurtaracaqlar… Keçən il Aprel döyüşləri başladıq¬da o qədər sevinmişdik, o qədər sevinc içində idik ki, artıq torpaqlarımızın və bütün əsirlərin azad olunacagı ümidi¬miz daha da çoxaldı. Allahın izni və qeyrətli ogullarımızın vasitəsi ilə tezliklə bu ümidimiz gerçəkləşər və biz də ürəkdən sevinərik. Hal-hazırda adını qeyd edə bilmədiyim yerdə Azərbaycan televiziya kanallarını izləyə bilirəm. Azərbaycanın və ümümən xalqımın ugurlarını əsirlikdə olsam da, sevinirəm, amma bu sevincim elə də çox sürmür. Televiziya kanallarında olan gündəlik proqramlara baxdıqda bəzən elə bilirəm ki, biz əsirlərə acıq verilir… Şou proqramlar, əyləncəli proqramlar, mügənnilərin dartışmaları, şou biznesdə baş verən qarşıdurmalar, mügən-nilərin yekə-yekə danışmaları, mənasız seriallar, təmtəraqlı konsertlər, bayram tədbirləri və digər bu kimi çox verlişlər… Bununla mən xalqıma və tv kanallarına hər gün matəm içində olmalarını demək istəmirəm və bu, mümkün də deyil, çünki biz insanıq, hər şeyə amin deyib gülmək fitrətimizin təcəssümüdür… Bayram da keçirin, əzizlərinizlə deyin-gülün, həyatınızı, işlərinizi xoş əhvali-ruhiyədə keçirin, bu sizin haqqınızdır… Amma nə olar, o verlişlərlə yanaşı, Qarabag haqqında da, verlişlər yayımlayasız, əsir düşənlərin axtarıl¬masın¬dan danışa¬sınız, biz də orda vətəndə bizi düşünənlər var deyə sizə güvənək… O şou biznes xəbərləriniz, mügənnilər və onların sərgü¬zəştləri haqqında olan xəbərlərinizlə yanaşı, Vətəndən didərgin düşüb canını Vətənə fəda edən igid oğullar və qızlarımızdan da söhbət açıb onları xatırlayasınız! O mənası, amalı bilinməyən, insan mənəviyyatına və insanların psixologiyasına bir başa zərbə vuran seriallarınızla yanaşı – su əvəzinə erməni tüpürcəyi içən əsir qadınları¬mızdan da serial çəkmək olar… Amma yox çəkmək istəsəniz də sizə sponsorluq edən olmaz, çünki o zəngin, paralı kişilərimiz bizi əsla düşünməzlər, Azərbaycan qadınının əsirlikdə erməni təcavüzünə necə məruz galdığını bilsələr belə!” Bu məktubu paylaşan oğlanın hayqırtıları getmirdi İntiqamın qulağından: “P.S. Bu məktub bəlkə də heç əsirlikdən yazılmayıb. Bəlkə də kimsə tərəfindən düşünülüb, amma biz bu faciəyə göz yumduq. Bizim biqeyrətlər erməni harsınlarını, bəlkə də xala-larını gətirib Azərbaycanı gəzdirirlər. Bilin, son erməni dünyada var ikən biz bu millətə iltimas qurmamalıyıq. Çünki hələ ana bətnində olan erməni cocuğu da düşməndir. Bunu bu illər ərzində anlamayan varsa, onun geni haydan gəlir. Bu yazını verməkdə tək məqsədimiz vicdanı olanları sızlatmaq deyil, vicdanı yatmışları oyatmaqdı. Ən yaxşı erməni “ölü ermənidir”…
Bu məktub İntiqamın, eləcə də onun kimi qeyrətli oğul-ların qəlbindəki İntiqam alovunu sönmək bilməyən bir qaynar lavaya döndərmişdi. Hamı səbirsizliklə müharibə olacağı günü gözləyirdi… Müharibə isə başlanmaq bilmirdi ki, bilmirdi. ATƏT deyilən qurumun vecsiz nümayəndələri tez-tez gəlib qarın otarır, heç nə olmayıbmış kimi qayıdırdılar öz xarabalarına. Xəbərləri yox idi ki, təkcə işğal altında qalan qədim bir torpaq kimi onun övladlarının da daxili dünyası viranəyə çevrilmişdir. O uçub dağıdılan evləri pul-para hesabına bərpa etmək o qədər də çətin məsələ deyildi. Ancaq könül xərabələrini heç nə ilə bərpa etmək mümkün olmayacaq… İntiqamın gizlədiyi bu dəhşətli məktubu oxuyan Ümidin ürəyi param-parça olmuşdu. Zəngəzurda doğulub boya-başa ça-tan bu bədbəxt taleyli insanın gecə-gündüzü yox idi. Dərdinə çarə, sağalmaz yaralarına, dərmansız dərdinə məlhəm axtarırdı.
Ata ilə oğul arasında bu mövzuda söhbətlər bitmək bilmirdi ki, bilmirdi… İntiqam rusiyalı məşhur tarixçi alim, şərqşünas Andrey Zubovun mühazirə zamanı dediklərinin sosial şəbəkələrin rusdilli auditoriyasında böyük rezonans doğurması haqqında atasına məlumat verdi. Ermənilərin satqınlığı, rəzilliyi haqqında söylədiyi mülahizələr alimin tarixi faktlara vicdanlı münasibətinin ifadəsi idi. Zubov Osmanlı İmperiyası barədə mühazirə deyərkən, o dövrlərdə ermənilərin türklərə qarşı satqınlıq etdiklərini xüsusi vurğulayıbmış. Alimin faktlara istinadən söylədiyi sözlər erməni xislətini açmaq baxımından olduqca maraqlıdır. Alim deyirmiş ki, türklərin ermənilərə kömək və dəstək olduğu dönəmdə belə ermənilər gizli yollarla silahlanaraq, rusların hücumu zamanı silahlarını türk ordusuna tuşlayıblarmış: “Daşnaklar öz istədiklərinə əvvəl-axır nail oldular. Onların əsas istəyi türk torpaqlarında erməni dövləti yaratmaq idi. Əvvəlcə ermənilər türklərə qarşı düşmənçilik etdi. Onlar Ənvər Paşaya və bütün Osmanlı İmperiyasına xəyanət etdilər. Bunun adı cinayətdir. Siz təsəvvür edin, o dövrlərdə sadə müsəlmanlar minlərlə erməniyə qucaq açıb, öz evinə salmışdı. Bunu ermənilərin özləri də qeyd edirdilər. Tarixdə belə hallar nadir olur.” Alim öz mülahizələrini söyləyəndən sonra qənaətlərini bu fikirlərlə yekunlaşdırmış, dinləyicələrini düşünüb nəticə çıxarmağa səsləmişdi: “Türklər minlərlə xristianı xilas edib. Sizcə, biz ruslar bu hərəkəti çeçenlərə və yaxud Krım tatarlarına qarşı etmişik? Fikirləşin…” Xeyli fikirləşəndən sonra Ümid alimin söylədiklərinə münasibətini bircə cümlə ilə ifadə elədi: -Kim haqqın tərəfindədirsə, haqq özü ona kömək olsun! Əslində haqqın tərəfdarları az deyidi. Onlar da ayrı-ayrı zamanlarda erməni xisləti haqqında öz fikir və mülahizələrini söyləmiş, bəşəriyyəti ayıq, diqqətli olmağa, bu deyilənlərdən nəticə çıxarmağa səsləmişdilər… Görkəmli rus tədqiqatçısı V.L.Veliçkonun “Qafqaz” əsərindəki bu fikir mülahizlər təsadüfi ola bilməzdi: “…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər.” V.Veliçkonun ermənilər haqda söylədiyi bu qənaətlər də faktlara istinadən yaranmışdı: “Ermənilər yerli əhalinin qanını içirlər. Bundan razı qalmayaraq gələcəkdə onları öz yerlərindən qovub torpaqlarına sahib olmaq məqsədilə yerli müsəlman əhalini hörmətdən salmaq siyasəti həyata keçirirlər”. “Erməni qadınları digər xalqlarla zorla, məcburən də olsa, əlaqədə olmuşlar. Şərəf və ləyaqətlərini itirmiş erməni qadınları ilə münasibətdə olan İran əsgərləri, türklər, gürcülər və dağlılar görünür onlardan heç bir ədəb-ərkan gözləməmişlər. Bu səbəb-dən də ermənilərin damarlarından hər cür qan axır”. “Biz hələ “böyük Ermənistan” adlı dərdli ölkə haqqında yazılan, qonşu ölkələri də bundan agah etmək missiyasını öz üzərinə götürən erməni dərsliklərini demirik. Kilsə məktəblərində hətta “böyük Ermənistanın” xəritələri verilir, paytaxtı Tiflis şəhəri göstərilir və onun sərhədləri Voronejədək uzanıb gedir”. Ümid kişi həqiqətlə dolu bu mülahizələri dinləyib əsəbi, emosional şəkildə dedi: -Nankorlar Azərbaycanın ən səfalı yerlərində yaşayır¬dılar. Ən yaxşı evlərin, ən yaxşı maşınların sahibi idilər. Bu Qarabağ söhbətini salmasaydılar, Bakının, Sumqayıtın, Gəncə¬nin yarısı elə onların idi. Xan kefində yaşayırdılar… Şadlıqlarına şitlik elədilər. Min fitnə-fəsad törətdilər. Nə qədər günahsız insanın qanına bais oldular… Atasıyla bu tipli söhbətləri aparanda Ümid kişinin haldan-hala düşməsi İntiqamı qorxudurdu bir az. Kişinin əsəbiləşdiyini görən kimi ya söhbətin məcrasını dəyişməyə çalışır, ya da bir bəhanə ilə durub gedirdi. Atasına vermək istədiyi saysız-hesabsız sualların cavabını erməni xisləti ilə bağlı yazılan kitablarda, məqalələrdə axtarırdı. Bu yazıları oxuyanda dəhşətə gəlirdi oğlan. Düşünürdü ki, yaxşı, Qarabağ faciəsini, Xocalı facısini özüm görməsəm də, bu haqda atamdan, anamdan, başına müsibətlər gətirilən kəndçilərimizdən çox eşitmişəm. Onu bilirəm ki, insanlıq simasını itirənlər çox böyük faciələr törədiblər mənim ata yurdumda. Nəslimizi, kökümüzü yer üzündən silmək istəyiblər bu cəlladlar. Əsirliyə düşüb qayıdanlar, hadisələrin iştirakçısı, şahidi olanlar, təsadüf, Allahın möcüzəsi nəticəsində sağ qalanlar elə şeylər danışır, elə şeylər yazırlar ki, adamın lap matı-qutu quruyur. Bəs bu hadisələri görməyən dünyanın görkəmli adamları erməni xisləti haqqında bu qənaətlərə hansı hadisələr əsasında gəlibmişlər görən? Görünür çox-çox əvvələr belə bunlar yaramaz, insanlığa layiq olmayan işlər görübmüşlər. “Aşıq gördüyünü çağırar” deyiblər. Bəs bu dahilər ermənilərin hansı alçaq cəhətlərindən xəbərdar imişlər görən? Bu fikirlər, düşüncələr oğlanı axtarışlar aparmağa sövq edirdi. Bir dəfə internetdə rast gəldiyi bir yazı onun bütün varlığını titrətdi. Həyəcanla oxuduqca faktlara istinadən yazılmış bu tarixi həqiqətlər oğlanı dəhşətə gətirdi…
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
BİZ BİRLİKDƏ GÜCLÜYÜK… (AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündən gələn soraq)
Əvvəlcə Mingəçevirdə, sonrasa paytaxt Bakıda özünün 25 illik yubileyini keçirmək istəyiylə hazırlıq işlərini sonuclamaqda olan AYB Mingəçevir bölməsinin bu dəfəki (15.10.2024) yaradıcılıq günü də bir sıra əlamətləriylə hamını məmnun etdi.
Bölmə rəhbəri, şair-publisist İsmayıl İmanzadə qısa zaman ərzində görülməsi nəzərdə tutulan bir sıra vacib işlərdən söz açdı və onun təklifiylə yaradılan yubiley komissiyasında təmsil olunanlara,- bütövlükdə isə ayrı-ayrı yazarlara tapşırıqlar verildi. Bölmə rəhbərinin sözlrindən aydın oldu ki hazırda Bakıdakı nəşriyyatlardan birində “Bənövşə” ədəbi-bədii dərgisinin “25-Cİ ADDIM” adlı xüsusi buraxılışı çap olunan kimi hər iki yubiley tədbiri reallaşacaqdır. Bölmə rəhbəri bu əlamətdar hadsəni mingəçevirli yazarlar üçün həm yubiley sevinci, həm də yaradıcılıq hesabatı kimi dəyərləndirdi və : “Dostlar, unutmayın ki, biz birlikdə güclüyük!”-deyərək həmkarlarına uğurlar arzuladı… Tədbirin sonrakı məqamlarında Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov və bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulov xeyir-dualarıyla söz məclisinə sevinc dolu anlar bəxş etdilər… “Ahıl və cahıl” şair dostumuz Ağabala Salahlının məhəbbət mövzusunda oxuduğu şeir də diqqətdən kənarda qalmadı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Elçin Məhərrəm, Nicat Hunalp, Eldəniz Cəfəroğlu, Mahir Musanın müxtəlif mövzularda qələmə aldıqları şeirləriylə, gənc yazıçı-dramaturq Şamil Həsənsə təzəcə yazdığı pyesindən bir parça oxumaqla könül xoşluğuyla keçən anların yaddaşında iz saldılar. Elvin Rəfaeloğlunun bu il aprel ayında dünyasını dəyişən atası, AYB-nin üzvü Rəfael Dəmiroğlunun bir neçə şeirini söyləməklə yadda qaldı… Bölmə rəhbəri İsmayıl İmanzadə də sonda iki şeirini oxudu və: “İnşallah, oktyabrın 27-də, saat 11-də “Palitra” Ədəbi Klubunda yenidən birlikdə olacağıq!”-deyərək, yazarlara uğurlar dilədi…
Yay çox isti keçirdi. Qızmar günəşdən, bürkülü havadan qorunmağa özümə yer gəzirdim. Ağac kölgəsi də daha kara gəlmirdi. Evdəki kondisaner gecə-gündüz işləsə də otaqlara isti külək püləməkdən başqa bir şeyə yaramırdı. Dəniz qırağına yollanıb qırçınlı dalğaların yaratdığı sərin mehdən sərinlik tapa, ya da ki, dağ rayonlarının birinə gedib orada rahatlıq tapa-dincələ bilərdim. Axı hər il belə vaxtlarda işdən məzuniyyətə çıxar, xarici ölkələrin birində istirahət edərdim. İndi isə maddi vəziyyətim buna imkan vermədi. Ölkəmizdə istirahət ediləsi yerlər çox olsa da, hələ ki, qiymətlər at oynatdığından insanlarının çoxu bu isti havadan hərə bir yana “qaçırdı”. Ən yaxın xarici ölkə Gürcüstanı seçənlər də deyir ki, ordakı qiymətlər bizimkindən dəfələrlə ucuzdur. Xülasə, bu isti şəhərdən adamlar var ki, rayonlarına gedirlər, kimisi də… Mənimsə doğma yurd yerim erməni işğalında olduğundan o cənnət yurd yerinə neçə illərdi tamarzıyam.
Beləcə, həyətdəki oturacaqda oturub tək-tənha bu cür fikirlərlə başımı qatırdım ki, kənardan dilxorçuluğumu görən, uzun illərin qonşusu, dostum Uğur yaxınlaşdı. -Sabah rayona, bacı oğlumun toyuna gedəcəm. Bəlkə sən də bizimlə gedəsən? Canını bir-iki günlüyə bu istilərdən qurtarasan?
Bilirdim ki, Uğurgil aran rayonların birindən olsalar da, bacısı dağ rayonuna ərə gedib. İndi o bacısı oğlunun toyu olacaq. Bu mənim üçün göydəndüşmə oldu. Axı Uğurla birgə bacısıgildə bir kərə olmuşam.
Dağ kəndinin adamları toylarını muğamsız, aşıqsız keçirməzlər. İndi də elədir. Uğur dedi ki, Bakıdan xanəndə dəvət olunub, aşıq da Borçalıdan gələsidi. Bu lap ürəyimcə oldu. Üstəgəl mağar toyu. Mağar toyları ilə bağlı uşaqlıq illərimin şirin xatirələri hələ də yaddaşımda ilişib qalır. Biz tərəflərdə toy üç gün, üç gecə olardı. Belə toylarda oğlanlar özlərinə istəkli qızlar seçərdilər. Qızlar toya ən gözəl paltarlarını geyinib gələrdilər. Mağar toyları demək olar ki, sevgililərin görüş yeri olardı… Uşaq olanda mağarda yer tapmayanda çadırın cırılmış yerlərindən toya tamaşa edərdik.
Kəndə gəlib çatanda səhər gözünü yenicə açmışdı. Kəndin səhərçağı bir başqa aləmdi. Adamlar mürgülü gözlərini ovuşdura-ovuşdura mal-qarasın, qoyun-quzusun qabağına qatıb örüşə aparır və ya nobata qoşurlar. Mal-heyvanın mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışmışdı. Boxçasını götürən iş-güc adamları fermaya, tarlaya tələsirdilər.
Bərli-bəzəkli, yaşıllıqlar ahətəsində olan bu kəndi uca, şiş qayalı dağlar üzük qaşı kimi bürüyüb. Kəndin dərə adlanan yerindən çay axırdı ki, buna “dərə çay” deyirlər. Dupduru bu dağ çayı elə gözəl şırhaşır axır ki, sanırsan gecə-gündüz kəndin laylasını çalandı, musiqisini bəstələyəndi. Əbəs yerə deməyiblər ki, təbiət ən gözəl rəssam, şair, heykəltaraş, bəstəkardır.
Toy sahibinin evi də çaydan bir az aralıdakı təpə döşündədir. Böyük bir mağar qurulub. Süfrəyə müxtəlif təamlar düzülüb. Məslisi Borçalıdan gələn ustad aşıq ustadnamə ilə açdı. Ardınca da Bakıdan gələn üçlük – tar, kamançanın müşahiyəti ilə xanəndənin seygahı əvəz etdi. Hamı yeyib-içir, toy sahibinin, səbəbkarların şəninə badələr cingildəyirdi. Masabəyinin tərif dolu şeirləri, sağlıqları məclisi rövnəqləndirirdi. -Həzarət, onu da deyim ki, yemək-içmək başa çatandan sonra meydan cavanların ixtiyarına veriləcək. Şamaxıdan gələn Rəhman Rasimoğlunun zurnaçılar dəstəsi gecə keçənə kimi gənclərimizin zövqlərini oxşayacaqlar. Oturduğumuz stol mağarın sağ tərəfində, özü də girəcəyində olduğundan bayaqdan gözüm mağarın çölündə sınıq-salxaq stolda oturmuş qocaya tez-tez sataşırdı. Köhnə, nimdaş paltarda olan bu qocanı hardasa görmüşdüm. Amma yaddaşımı ələk-vələk etsəm də yada sala bilmirdim. Harda? Nə vaxt?
Qocanın qabağındakı stol da oturduğu stula oxşayırdı. Stolun üstündə qənd qabı və pürrəngi çay buğlanırdı. Çay bayaq buğlanırdı, indi soyumuş olar yəqin, – deyib özlüyümdə düşünürdüm. Qoca çayı isti-isti içməkdə elə bil tənbəllik çəkirdi.
Qoca mağara daşınan yeməklərə gözucu baxır və hərdən də qənddən birini ağzına atıb çaydan qurtum-qurtum içirdi. O bir stəkan çay qurtarmırdı ki, təzəsin süzsünlər. Elə bil bu bir stəkan çayın qurtarmasını qoca da istəmirdi. Hamı bir-biri ilə salamlaşıb, hal-əhval tutsalar da ona salam verən də yoxuydu. Bir kimsə də ona yaxınlaşmırdı. Qocasa əsasını dizi üstünə qoyub laqeydcəsinə harasa baxırdı.
Hamı bayaqdan yemək yesə də onun qabağına yemək qoymaq, sanki yeməkpaylayanların yadından çıxmışdı. …Toy sahibi bizim stola yaxınlaşanda fürsəti fövtə verməyib xahiş etdim ki, qocaya da yemək versinlər. Mənim bu sözümü eşidən ətrafdakılar gözucu mənə baxıb, bir-birinə nəsə dediklərini qulağım çaldı. Toy sahibi isə arxayın – arxayın bildirdi: -Narahat olma. Bizim kəndin bütün xeyir-şər məclislərində onun yeri kənardadır. O, məclisə qarışa bilməz. Kənarda oturub baxmalıdır. Yəni, yemək versən də yeməz. -Niyə? Xəstədirmi, dəlidirmi? Sahibi yoxdurmu o qocanın?! Bəs niyə məclis əhlinə qarışmır? -Başqa vaxt söhbət edərəm, – deyən toy sahibi məndən uzaqlaşdı.
Verilən cavabdan sonra bir kimsədən söz soruşmaq həvəsim qalmadı. İçimdəsə neçə-neçə sual baş qaldırmışdı. Uğur da ağzına su alıb susurdu. Danışmırdı ki, bu nigarançılıqdan canımı qurtarım. Əksinə üzünün ifadəsindən hiss edirdim ki, qocanı o görkəmdə mən yadın görməsindən narahatçılıq keçirir. Bu yerdə “ev bizim, sirr bizim” kəlamın yadıma salıb gülümsədim. Heç evin sirrinin faş olmasını mən də istəməzdim. Amma… Məclisdən tez durdum. Həyətə çıxıb bağ-bağatı gəzərək, qarşı dağların əsrarəngiz gözəlliklərinə maraqla baxırdım. İçimdəsə nigarançılığa cavab tapmaq istəyim bayaqdan məni tərk etmirdi. Bu qoca ilə bağlı idi. Dönüb qoca oturan yerə baxanda onu yerində görmədim. Gözüm onu axtarmağa başlamışdı ki. qocanın əsasına söykənib ağır-ağır həyət qapısından çıxmaq üzrə olduğunu gördüm. Tez ona yaxınlaşdım. -Baba, sən niyə məclisdə oturub yemək yemədin? Heç sənə qulluq edən də olmadı. Bəlkə deyim yemək… -Ay oğul, mən bu kəndə elə zülm etmişəm ki, indi etdiklərimin cəzasını çəkirəm. Sanki məni elektirik cərəyanı vurdu. Qoca nə deyir, nə edib adamlara, fikri beynimdə dolaşa-dolaşa onun qoluna girib həyətin kənarından axan arxın yaxınlığındakı kəsilmiş gər ağacının yanına gəldik. -Necə? Ay baba? Axı sən nurlu kişiyə oxşayırsan? Özü də danışığının şirinliyi, məntiqi söhbətindən anladım ki, alicənab insan xarakteri daşıyırsan. -Bala, mən Sosialist Əməyi Qəhrəmanıyam. Bolluca orden-medalı olan birisi olmuşam. Görmürsən indi də varam. – deyib azca gülümsədi. Bayaqdan üzündən, gözlərindən kədər yağan kişi elə bil nurlaşdı və sözünə davam etdi. – Bu kəndin kolxoz sədri olmuşam. -Həə, baba, tanıdım səni. Məhşur pambıq ustası. Televizorda sənə həsr olunmuş sənədli filmə də baxmışam… -Hə, bala, məhşur adam idim. Nəyin sayəsinə? Bu kəndin uşağından tutmuş, qocasına kimi hamısının ağır zəhmətinin bəhrəsini mən yeyə-yeyə, zülm edə-edə. Oğlum, Sovet hökuməti dağılsa da tutdurduqlarım, sürgünə yolladıqlarım gəlib çıxmır ki, mən rahat öləm. Evlər dağıtmışam. Mənim zəhmimdən hamilə gəlinlər uşaq salardı. -Baba, bu dağ yerində pambığı harda əkirdiniz? Eşitmişəm ki, pambıq isti yerlərdə, aran zonasında əkilər. -Bala, pambıq ölkəni zülmətə çevirəndə bu dağ rayonuna tapşırıq verildi ki, kənddən iyirmi kilometr aralıda yerləşən, aran deyilən əkin-biçin yerində pambıq əkək. Pambığın baş kəsən vədəsində kimin nə ixtiyarı vardı dinib-danışa. Hər səhər üstü açıq maşınlarda işçiləri oraya daşıyır, qaranlıq düşənə kimi işlədirdik. Özü də bütün işlər əl əməyi ilə görülürdü. Bol pambıq yetişdirib respublikamıza keçici qırmızı bayraqlar gətirməliydik. Qul əməyidir pambıq… Özü də bizim əkin sahəmiz rəsmi qeydiyyatda deyildi. Matım-mutum qurumuşdu. Söz tapmırdım danışmağa. Qocasa əsasını qaldırıb dağın döşündəki evi göstərib dedi: -O təpə döşündəki ikimərtəbəli imarət mənimdir. Bir vaxtlar övladlarım orada xoşbəxt yaşayırdılar. İndi orada gecələr bayquşların matəm marşı çalınır. Etdiklərim pisliklərdən uşaqlarım da baş götürüb bu kənddən qaçaq düşdülər. Heç bilmirəm hansı haradadır? Məni burda arvadımın qəbri saxlayır. Yazıq tənəli baxışlara dözməyib öldü. Qorxuram mən də bir gün bu kənddən gedəm, arvadımın qəbri sahibsiz qala. Tək-tənha qalmışam. Yuxusuzluqdan gecələri dirigöz açıram. Gündüzlər də bu kəndin torpaq yolların ələk-vələk edirəm. Nə gəzirəm bu yollarda, heç özüm də bilmirəm. Allahın quruca salamına da möhtacam. Qoca danışdıqca gözləri oturduğumuz qurumuş kötüyün yanlarından çıxan yaşıl-yaşıl zoğlarına dikilib qalmışdı. Titrəyən əlini kötüyün üstünə sürtüb “uf…uf” – deyirdi. Niyə belə edirdi? Bəlkə, bir vaxtlar kölgəsinə xeyli insan toplaşan, yağışdan qorunmaq üçün bu ağacın altını seçənlər yadına düşdü. Elə bil bu ağacın qırılmasında da qocanın suçu var. Qoca durub gedəndə heç mənlə sağollaşmadı da. Eləcə başını bulaya-bulaya, dodaqaltı mızıldana-mızıldana getdi. Arxasınca bir xeyli baxdım. Qocalıq qəddini əymişdi, yoxsa bu kəndin tənəli baxışlarından beli bükülmüşdü? Bu suallar beynimdə dolaşa-dolaşa mən də durub toy mağarına üz tutdum. *** Toy günün başa çatdırıb, bir gün də istirahət etdikdən sonra evə qayıdırdıq. Toydan qəribə halla geri dönürdüm. Dostumsa hələ də ağzına su alıb susurdu. Qoca və kənd əhlinin ona qarşı olan mənfi münasibəti bir an da olsun məni tərk etmirdi. Xeyli yol qət etdiyimiz Bakı ilə toy evi arası uzun bir məsafədi. Yəni neçə yüz kilometr. Rayonları, qəsəbə, kəndləri geridə qoya-qoya mənzil başına yaxınlaşırdıq. Məhşur dörd yol ayrıcı deyilən yerə çatanda dostum təklif verdi ki, burada bir az yorğunluğumuzu çıxarıb yolumuza davam edərik. -Burda “Söyüdlü arx” deyilən çayxana var. Pürrəngi çayı dillər əzbəridi. Maşını bir söyüd ağacının kölgəliyində saxlayıb çayxanaya gəldik. Cavan oğlan olan çayxana işçisi: -Xoş gəldiniz. Bəyəndiyiniz yerdə oturub istirahət edə bilərsiniz. – deyib bizi qarşıladı. Gözəl kənd həyatını özündə ehtiva edən bu çayxana ərazisində yaşıllıqlar bollucadır və iki-üç yerdən su dolu arxlar axırdı. Salxım söyüdlər xüsusi gözəlliklər yaradır. Stolumuz olan yerin altından da arx dolu su axır. Salxım söyüdlər başın əyib, elə bil indicə arxdan su içəcək. İki, üç yerdə mis simovarlar pıqqapıq qaynayır, boş dəm çaynikləri ocağın yanında müştərisin gözləyirdi. Əlimizə, üzümüzə su vurub sərinliyin ləzzətini daddıqdan sonra yenidən stolumuza əyləşdik. -Müəllim. çayınız necə olsun? – deyən bayaqkı oğlan bizdən cavab gözləyirdi. -Kəkotulu, yarpızlı, – deyən dostum sifarişi verdi. Şırhaşır axan arx suyu ruhumuza qida verirdi. Xoruzquyruğu çaydan içdikcə yol yorğunluğumuz da canımızdan çıxırdı.
Bayaq söyüdün kölgəsində maşın saxlayanda birdən aralıda da “Volqa Qaz-21” maşını gördüm. İndiki zamanda, nadir hallarda rast gəlinəsi “Volqa Qaz-21” elə bil indicə zavoddan istehsal olunub çıxıb. Qızılı rəngli olan maşına günəş şüası düşdükcə elə bil yerdən də bir günəş çıxırdı. Lap adamı valeh edirdi. Burun hissəsində ağ ceyran heykəlciyi maşının gözəlliyinə gözəllik qatırdı. Ceyran heykəlcik mənə ötən illəri xatırlatdı…
…Kəndimizdə bircə minik maşın vardı ki, o da Bəhmən müəllimin idi. Kəndimizin bütün toylarında gəlin gətirilmə mərasimi o maşınla yerinə yetirilirdi. Bir gün yenə toy keçirilir, gəlin gətirmə olur. Bəhmən müəllim siqaret çəkdiyindən səhərdən maşını yuyur, təmizləyir və qapıları açıq qoyur ki, siqaret iysi çəkilsin. Həmin vaxt… Maşında gəlin özünü narahat hiss edir. Bəy evinə gətirildikdən sonra bilinir ki, gəlinin ayaqları şişir. Sən demə, maşında olanda gəlin ayağını nəsə sancdığını bilsədə dillənmir. Qara gürzə ilan maşında varmış. O gəlini sancıb. Həkimin qıt vaxtında onu rayon mərkəzinə çatdırınca gəlin ölür… Bəhmən müəllimin maşının qabaq hissəsində də eyniliklə bu qızılı maşındakı kimi ceyran heykəlciyi vardı. Kəndimiz işğal olunanda “Volqa Qaz-21” xarab olduğundan Bəhmən müəllim onu ot tayasının altında gizlədib gəlmişdi. Neçə il sonra maşın alveri ilə məşğul olan Səməd mənə Bəhmən müəllimin maşınını Tiflisdən alıb gətirmişdi. O deyirdiki, ermənilər gəlib ot tayasının altında gizlədilmiş maşını tapır. Maşını oradan çıxardanda maşında gizlənmiş ilan erməninin birini çalır.
-Bu köpəkuşağı türklərdən biz nə xeyir görmüşük ki, maşınlarından da xeyir görək. Od vurun, yandırın. – qəzəblənmiş ermənilərdən biri təklif edir. -Dur! – Başqa böyük vəzifəli erməni deyir. – Biz bu qədər ev, anbar yandırmışıq. Nə xeyir tapmışıq? Maşını yükləyin başqa bir maşına. Aparın Gürcüstana. Orada gicdən, səydən birini tapıb sırıyın özlərinə. Qoy bundan sonra da maşına həris ilanları özlərini sancıb öldürsün. Beləcə, Səməd həmin maşını alıb gətirir. İndi də “Volqa Qaz-21” Bakının küçələrində şütüyür… Yola düşmək məqamında dostumla qızılı rəngli “Volqa Qaz-21”ə yaxınlaşdım. Dostum diqqətlə baxdığımı görüb “tankdı” – deyərək maşını təriflədi. “Yoxsa ikdiki maşınlar? Elə bil könserv qutusundan düzəldilib? Əl dəydi əyilir. O tankdı elə bil poladdan düzəldilib”. Bizim maşına heyranlıqla baxdığımızı görən bir qoca “salaməleykü” edib bizə yaxınlaşdı. -Hə, qardaş oğulları, mənim maşınımdı. Nə qulluq edə bilərəm? -Yox dayı, sadəcə maşına baxırıq. – dedim. -Həə, bu maşının yaşı yəqin ki. sizin yaşınızdan çoxdur. Əlli yaşın kürəyini yerə vurub. – deyən bu nurani qocanın sualına dostum dilləndi: -Mənlə yaşıddır ki… Sən də yol adamısan? Yoxsa buralarda yaşayansan? -Qardaş oğulları, bəli, mən buralıyam. Odey o bağlı-bağatlı ev mənimdir. Qonağım ola bilərsiniz. – deyib yaxınlıqdakı kəndə tərəf əlini uzatdı. -Demək, sən də taksilik edirsən. Axı indi sənin istirahət edən vaxtındır. Nəvələrinlə birgə… -Yox, bala, taksilik etmirəm. Amma bu yoldan da yığışa bilmirəm. Elə bil göbəyim bu yolda kəsilib. Bu yolun 42 il “QAİ”si olmuşam. – dedi. Elə bu zaman yaxınlığımızda bir bahalı maşın saxladı. Sandım ki, yolun o üzündəki türbəyə ziyarətə gələnlərdəndir. Amma maşından düşən kök, bığıburma, tosuq kişi yolun qarşı tərəfindəki nəzir qutusuna deyil, bizə yaxınlaşıb salam verdikdən sonra qoca ilə əllə görüşdü. Hal-əhvalın soruşub əlini cibinə saldı, deyəsən, pul qoydu və sağollaşıb getdi. -Dayı, onda pulun çox olar? – deyib zarafat etmək istədim.. – Axı, “QAİ”şnik olmusan. -Qardaşoğlu, pis yaşamıram. İndi necədirsə, onda da elə idi. Bu durduğumuz yerdə bir vaxtlar “QAİ postu” vardı. Mən də burda dururdum. Burdan ölkəmizin hər yanına yollar ayrılır… Çox hadisələrin şahidi olmuşam. Amma insanlıq hissləri heç vaxt məni tərk etməyib. Dədə-babadan mərdiməzar olmamışıq. Halallıqla yaşamışıq. Halal qazancımın bəhrəsin bu gün də görürəm. -Necə, dayı? – deyib qocadan daha çox söz eşitmək azarına tuş olmuşdum.
-Bu yolda çox hadisələrə şahidlik etmişəm. Vaxt olub sürücünü içkili, ağzının sözünü bilməyən vədə də saxlamışam. Görmüşəm bu halda başına qəza gələr, mənzil başına gedib çıxa bilməz, evimə aparıb onu yatızdırıb, ayılandan sonra tənbeh edib yola salmışam. Bir gün bir ailə avtomobil qəzasına uğradılar. Ata, ana öldü. İki azyaşlı oğlu, qızı salamat qalmışdı. O uşaqları evimə gətirib saxladım. Sonra da övladlığa götürdüm. Böyütdüm… -Onda ailən böyük olar? – deyib qocanı növbəti sual yağışına tutdum. -Yox, bala. Allah mənə züryət vermədi. Övlad istəyimiz baş tutmadısa övladlığa götürdüyümüz Surayyə və Hidayət elə bizə şipşirin övlad oldular. Ağılla-kamalla ərsəyə yetirdik. İndi hər ikisi ailə qurub oğul-uşaq sahibidirlər. Məni də beş nəvənin babası etdilər. Allahımdan çox razıyam. -Dayı, bəs niyə yenə də bu dörd yol ayrıcında “QAİ”şniklik edirsiniz? -İndi təqaüdçüyəm. “QAİ”şniklik də etmirəm. Sadəcə olaraq bu mənim həyat tərzimdir. Bir gün burda olmasam, bura ayağım dəyməsə, o günü elə bil nəsə itirmişəm. Var olsun xalqımızın yaxşı insanları. Cibxərcliyimi də əskik etmirlər. – deyib qoca gülümsədi. Qoca “QAİ”şniklə söhbət edirdik ki, bir uşaq qaça-qaça gələrək “baba, baba” deyib onun boynunu qucaqladı. Qoca da onu bağrına basaraq üzündən-gözlərindən öpüb qucağına aldı. -Nəvəndi? – soruşdum. -Hə, qızımın uşağıdı. Odey anası da gər ağacının yanında durub məni gözləyir. Yenə valdeynlərinin qəbrini ziyarətə gəlib. – deyib bizdən təxminən 50-60 metr aralıda gər ağacının yanında qara libaslı, başı örtüklü gəlini göstərdi. – Ata, anası öldüyü yerdir. Rəmzi qəbirlərini düzəldirmişəm. Hər cümə günü gəlir… Di, salamat qalın. Gedim yanına. – deyib qoca sağollaşdı. …Dostumla mən tənbəllik etməyib gər ağacına doğru getdik. Biz ora çatanda qoca “fatiə” surəsini oxuyub qurtardı, salavat çevirib getdilər. Gər ağacının dibində iki yerdə daş topası yığılmışdı. Ağaca isə qara mərmər lövhə vurulmuşdu. Qara mərmərdən iki nəfərin – qadın və kişi şəkilləri bizə baxırdılar. 30-35 yaşları ancaq olarmış. Şəkillərin altında “Jiqulu” markalı maşın şəkili çəkilmişdi. Qəribə mənzərə idi. Kədərli, üzücü… *** -Hə, dünyanın belə-belə işləri olurmuş. Qoca dünyanın iki müxtəlif qocaları bizə bu həyatda necə yaşamağın sanki bir daha dərsin keçdilər. – dedi dostum Uğur. -Hə, özü də ilin bu isti yay günlərində. İbratəmiz hekayətlərdir. Nəticə də göz qabağında. -Düz deyirsən. Bəlkə yenə istedadını, yazıçılığını işə salasan. Axı nə vaxtdandır sənin hekayələrini oxumuram. Özü də gerçək həyatın yaşantılarıdır. -Oldu. Yazaram, Uğur. İndi haydı evimizə, bürkülü şəhərimizə gedək. -İndi yəqin Xəzərin mehi şəhərin bürkülü havasını sərinləşdirib. Axı şəhərimizin bir adı da küləklər şəhəridir. – deyib maşına doğru getdik. Yolçu yolda gərək deyib yola düşdük. Qocaların ömür yolları bizim getdiyimiz bu yol kimidir. Yolların da kələ-kötürü, hamarı var. Bu yollar bomboz səhralardan, ya da yaşıllıqlar qoynundan keçir. O qocalar kimi… Xüsusən Sosalist Əməyi Qəhrəmanı, kolxoz sədri işləmiş o qocaya olan münasibət məni ağrıdırdı. Yaxşı ki. “QAİ”şnik kimi dayılar da var.