www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

İslam Sadıq -70

İslam Sadıq -70

“Yazarlar” İslam Sadığı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayır! Məlumatı oxuyan hər kəs dəvətlidir. Sizi gözləyəcəyik! Mütləq gəlin. Maraqlı olacaq. Oxu! :

İSLAM SADIĞIN YARADICILIĞI VƏ FOLKLOR

Çağdaş poeziyamızda öz dəst-xətti ilə seçilən şairlərimizdən biri də İslam Sadıqdır. O, öz üslubuna və mövzuya yanaşma fərdiliyinə, şeirlərindəki ahəngliliyə, həzinliyə görə seçilən şairlərimizdəndir. 16 oktyabr 1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində ziyalı ailəsində gələcəyin şairi dünyaya göz açır. Doğulub boya-başa çatdığı bölgə saza-sözə və şeirə yüksək qiymət verən bölgələrimizdən biridir. İslam Sadıq sazın və sözün yurd saldığı bir bölgədə boya-başa çatdığı üçün onun qanında, canında sazın və sözün təsiri olduqca böyükdür. İslam Sadıq lirik şairdir. Əlinə qələm aldığı ilk günlərdən şeirlərinə həzin, kövrək duyğular hakim kəsilib. Onun lirik məni yaşadığı mühitə, cəmiyyətdə baş verən mənfi hallara, ikiüzlülüyə, yaltaqlığa qarşı da susmur, sözünü deyir, üstəlik də cəsarətlə, qorxu-hürkü bilmədən deyir. İçini göynədən bu duyğular qəlbindən süzülüb şeirlərinə hopur. Şairin yaltaqlığa qarşı yazdığı “Yaltaq oğlanları sevməyin, qızlar” şeirindən bir bəndə fikir verin:

Gözündə mələk var – gözünə baxın,

Üzündə ələk var – üzünə baxın,

Sözündə kələk var – sözünə baxın,

Yaltaq oğlanları sevməyin, qızlar!

İslam Sadıq ədəbiyyata xalq şeirinin, aşıq poeziyasının içindən çıxıb gəlib. Hələ şeir yazmadığı vaxtlardan öncə onun ruhu saz havalarıyla qidalanıb. Onun istisinə qızındığı ocağın közü, suyundan içdiyi bulağın gözü saz üstündə köklənmişdi. Özünün beşiyi başından saz asılmışdı. Saz havası üstündə böyümək özü bir aləmdi. Çünki o sazda Dədə Qorqudun, Koroğlunun nəfəsi vardır. Şairin “Tökülübdü” rədifli gəraylısının ərişi-arğacı büsbütün aşıq şeirini yada salır. Adam istər-istəməz onu bir şairin yazdığını yox, ustad bir aşığın düzüb-qoşduğunu düşünür. Sözlər zərgər dəqiqliyi ilə seçilib, inci kimi ipə-sapa düzülüb. Dil gözəl, axıcılıq yerində, misraların da hamısı arı şanı kimi doludu:

Dağlar başı hələ qardı,

Ətəyinə yaz tökülüb.

Simlərini sındırmışam.

Pərdə – pərdə saz tökülüb.

Üzü məndən elə dönüb,

Bir qayıtmaz yelə dönüb,

Göz yaşlarım gölə dönüb,

Yenə deyir az tökülüb.

İslam Sadıq, dur keçibdi,

Yeli yolda yor, keçibdi.

Vallah burdan yar keçibdi

Yola, izə naz tökülüb.

İslam Sadığın “Ocağı közündən tanıyıram” kitabına ön söz yazmış Vaqif Yusifli bu gəraylı haqqında deyir: “Vallah, burdan yar keçibdi, Yola, izə naz tökülüb” – elə bil Aşıq Ələsgərin, Dədə Şəmşirin qələmindən süzülüb bu misralar. Amma yox! Bunlar ustad dədələrə “mən sizin varisinizəm” deyə bilən çağdaş aşıq-ozan təfəkkürlü şairimizindir-İslam Sadığındır”. Vaqif Yusifli doğru deyir. İslam Sadığın “Tökülübdü” gəraylısını Aşıq Ələsgərin, Dədə Şəmşirin gəraylıları ilə qarışıq salmaq olar. Bu, İslam Sadığın şair kimi böyüklüyünün təsdiqidir. İslam Sadıq dövrümüzün gözəl şairlərindən biridi. O öz duyğularını, hisslərini qələmə alır. Gördüklərini və ürəyindən keçənləri yazır. Şairin yaradıcılığında türkçülüyə aid şeirlərə tez-tez rast gəlinir. “Dünyanı gülə bələyən əsgər” adlı şeirini şair Quzey Kıbrısda səfərdə olarkən yazmışdır. Bu şeirində şair türk gücünün yenilməz bir qüvvə olduğunu vurğulayır. Şeirin bircə bəndini misal gətirmək bəs eləyir:

Yatıb yasdan toya, toydan yasatan,

Mənim qılıncımdı qında pas atan.

Buğasan – Buğacam, divsən- Basatam,

Mən bir türk oğluyam,

Türk əsgəriyəm!

Şair bu bənddə maraqlı bir məsələyə toxunmuşdur. “Buğasan-Buğacam, divsən-Basatam” misrasının fəlsəfi tutumu və buradakı tarixiliklə yanaşı, qarşılaşdırmanın özü təzədir və İslam Sadığa məxsusdur. Bu misra Azərbaycanın şah əsəri sayılan və mən belə deyərdim ki, “ədəbi bir məktəb” rolunu oynayan “Kitabi-Dədə Qorqud” dastanından süzülüb gəlir. “Dədə Qorqud” dastanından bilirik ki, türklər hər igidə ad vermirdilər. Həmin igid mütləq qəhrəmanlıq göstərməliydi və yalnız ondan sonra Dədə Qorqud ona ad verirdi. İstər Basat olsun, istərsə də Buğac, hər ikisi igidlik göstərdiyinə görə ad qazanmışdır. Dədə Qorqud Buğac buğanı öldürdürdüyünə görə ona Buğac, Oğuz elinə düşmən kəsilən Təpəgözü öldürüb Oğuz elini bu bəladan qurtardığına görə, Basata Basat adı qoymuşdur. Şair burada demək istəyir ki, düşmən buğa da olsa, onun qabağında Buğac kimi türk əsgəri var. Düşmən Təpəgöz də olsa, Oğuzun adlı-sanlı igidlərinə qan da qusdursa, bir gün qabağında Basat kimi türk əsgərini görəcək. Burada şair türk əsgərinin kim olduğunu çox gözəl ifadə etmişdir. Düşmən-Buğa-Təpəgöz və Türk əsgəri-Buğac-Basat paralelləri şairin uğurlu tapıntılarıdır. Bunlar onu deməyə əsas verir ki, İslam Sadıq şifahi xalq ədəbiyyatına yaxşı bələddir. İstər şair olsun, istərsə də yazıçı hər biri şifahi xalq ədəbiyyatını yaxşı bilməlidir. Çünki şifahi xalq ədəbiyyatı xalqımızın düşüncəsinin məhsuludu, onlarda ulu babalarımızın nəsihətləri, nəfəsləri yaşamaqdadır. İslam Sadıq şeirlərində çoxlu folklor motivlərindən istifadə etmişdir. Məsələn, onun “Üzün məndən, niyə döndü” şeiri “Koroğlu” dastanının motivləri əsasında düzülüb-qoşulmuşdur. Koroğlunun dəliləri ondan inciyirlər, bu zaman Nigar da Koroğludan üz döndərir. Bu, Koroğlunu coşdurur, sazı bağrına basıb deyir:

Ala gözlü Nigar xanım,

Üzün məndən niyə döndü?

Sənə qurban şirin canım,

Üzün məndən niyə döndü?

İslam Sadığın “Üzün məndən, niyə döndü” şeiri Koroğlunun eyni adlı gəraylısının notları üstündə köklənmişdir:

Ay könlümün yarı nigar

Üzün məndən niyə döndü?

Belə sevməz yarını yar,

Üzün məndən niyə döndü?

Bizi qoşa görən oldu,

Sirrimizi bilən oldu.

Aramıza girən oldu,

Üzün məndən niyə döndü?

Niyə susub deynən dilin,

İslam Sadıq deyən dilin.

Daşa dönüb eynən dilin,

Üzün məndən niyə döndü?

Elə şeylər var ki, yada düşəndə onlar insanı keçmişə aparır. Keçmiş də iki cür olur: birincisi xoş günlərlə dolu keçmiş, ikincisi də hər ili, hər ayı, hər günü, hər saatı, hər dəqiqəsi, hər saniyyəsi əzab və iztirablarla dolu keçmiş. İslam Sadığın “Xarı bulbul” adlı şeiri həmin acı keçmişi xatırladır. “Xarı bulbul” yalnız Qarabağda-Şuşada bitən bir güldü. Düşmən tapdağında olan Qarabağın bağrı qara olduğu kimi “Xarı bulbul”ün də bağrı qanla dolmuşdur. Bu şeirdə şairin həm poetik duyumunun gücünü, həm də sözü demək bacarığını, ustalığını aydın görürük:

Min sığal vururdu orda özünə,

Gecələr gülürdü ay da üzünə.

Mehrini salmışdı Cıdır düzünə,

Eşqini qayaya, daşa yazmışdı.

Həsrətdən köksü də sarı bülbülün,

Bilmədim kimiymiş yarı bülbülün?

Tanrı taleyini Xarı bülbülün

Şuşada Şuşayla qoşa yazmışdı.

Soyuqdan qorudum, yeldən qorudum,

Yağışdan qorudum, seldən qorudum.

Tikandan qorudum, güldən qorudum,

Yenə də əlimdən haşa yazmışdı.

İlk eşqi Şuşada qalan yarpaqlar,

Burda yalan oldu, yalan yarpaqlar.

Qovrula – qovrula solan yarpaqlar

Yan- yana düzülüb Şuşa yazmışdı.

Şair bu şeirdə Şuşanın taleyini Xarı bülbülün yarpaqlarının Bakıda qovrula-qovrula solmasına bənzətmişdir. Şuşanı görən də ağlayır, görməyən də. Görən ona görə ağlayır ki, gözündən nur, torpağından torpaq əskildi.

Görməyən də gözəlliyi ilə göz oxşayan o yerləri görmədiyi üçün ağlayır.

İslam Sadıq həm şair, həm folklorşunas, həm də müəllimdi. Ömrünün müdriklik çağlarını yaşayır. Ona görə şeirləri aforizmlərlə çox zəngindir:

Hər insan köçündə bir qorxu da var,

Hər qapı keçəndə bir sorğu da var.

***

Biri şərə qaçır, biri də şərdən,

Şərin də içində xeyir var hərdən.

***

Ovçununku ovu göz alıncadı,

Ocağınkı odun köz alınmcadı.

Aforizm yaratmaq hər kəsə və ya hər şairə nəsib olmur. Burada zəka və şairin lüğət fondunun zənginliyi şərtdir.

İslam Sadığın Azərbaycan bayrağına yazdığı şeirdə neçə-neçə igidlərimizin öz qanları ilə üç rəngli bayrağımıza boya çəkərək onu daha da ucaltdıqlarını görürük:

Çoxu soya, kökə çəkdi,

Qılıncını suya çəkdi.

Al qanından boya çəkdi

Azərbaycan bayrağına.

Neçə illərdi ki, düşmən əsarəti altında qalan torpaqlarımız Şuşa, Laçın, Qarabağ, Kəlbəcər üç rəngli bayrağımıza həsrətlə baxır:

Qollarımı açın, açın,

Yollarımdan qaçın, qaçın.

Həsrət çəkir Şuşa, Laçın

Azərbaycan bayrağına.

Şuşa, Laçın Azərbaycan bayrağına həsrətlə baxdığı kimi, bütün Azərbaycan da Şuşaya, Laçına, Kəlbəcərə, Qarabağa ana öz övladına həsrətlə baxdığı kimi baxır.

İslam Sadıq öz şeirlərində dastan qəhrəmanlarını, onların mərdliyini, igidliyini, namusunu dönə-dönə xatırlayır. Buna görə də yalançı, hiyləgər adamları “Həmzələşən dünya” adlı şeirində kəskin tənqid hədəfinə tutmuşdur.

Soruşma bu əməl, bu iş kimindi,

Həmzədən törəyən yüz- yüz, min- mindi.

Hər gün yüz on uşaq doğulur indi,

Yüzü həmzələşir, yüzü, Koroğlu!

Həmzə kimi hiyləgər adamlar Koroğlu kimi mərd adamları aldatmaqla dünyanı gözdən salırlar. Həmzə kimilərdən törəyənlər elə həmzələr olur.

Dünən “Cəngi”, “Misri” çalan dünyanın,

Nəfəsi yalandı, yalan dünyanın.

Keçəl həmzələrə qalan dünyanın

Özü həmzələşir, özü, Koroğlu!

Elə bir zaman varıydi ki, biləyin gücü basılmaz bir güc idi . “Koroğlu” və “Kitabi-Dədə Qorqud” dastanlarında biz qol gücünün nə qədər əhəmiyyətli olduğunu görürük. “Cəngi”, “Misri” çalan dünya bu gün namərdlər qarşısında böynu bükük qalıb. Bu dünya nə qədər keçəl həmzələrlə doludu, çətin haqq öz yerini tapsın.

“Koroğlu” havası üstündə yazılmış “Qalmışıq” şeirində İslam Sadıq qeyd edir ki, dünən bizim qarşımızda ikiqat olan düşmənlərimizin qarşısında bu gün biz boynubükük qalmışıq.

Sazla qoşa Misri qılınc dinəndə…

Elə bilmə hər şey qaldı dünəndə.

Bizə boyun əyənlərin önündə

Boynumuzu bura- bura qalmışıq.

“Sazla qoşa Misri qılınc dinəndə” deyərkən şair Koroğluya işarə edir. Koroğlu döyüşdə qılıncla yanaşı, sazla da döyüşürdü. Qılınc bədəni doğrayırdısa, söz də düşməni mənən parçalayırdı. Çox təəssüf hissi ilə qeyd edirik ki, bu gün nə sözün dəyəri var, nə də ki qol gücünün. Bu dünya zalımlar dünyasıdı.

İslam Sadığın yaradıcılığını bir məqaləyə sığışdırmaq imkansızdır. Buradakı şeirləri bir neçə kitab əsasında işlənmişdir. Halbuki onlarca kitabları var. İslam Sadıq təkcə Azərbaycan folkloru yox, türk və Şümer xalqlarının tarixi və folkloru haqqında çoxlu məqalə və kitabların müəllifidir. Şümerlərin mədəniyyətini, ədəbiyyatını, folklorunu, həmçinin şümer və Azərbaycan folklorunun ortaq motivlərini araşdırmışdır. “Koroğlu” eposunda Şumer motivləri”, “Şumer və türk folklorunda su motivi”, “Azərbaycan nağıllarında şümer motivləri”, “Şümer və türk folklorunda əbədi həyat ideyası.

Şumerin Həyat ağacı və Dədə Qorqudun Qaba ağacı, türk folklorunda ağac obrazı” və s. bu kimi yüzlərlə məqalələrin adlarını sadalamaq olar. “Koroğlu” eposunda Şumer motivləri” adlı məqaləsində şair maraqlı paralellər aparmış, çoxlu oxşarlıqlar üzə çıxarmışdır.

Bu yazını akademik Nizamı Cəfərovun İslam Sadıq haqqında dediyi bir sözlə bitirmək istəyirəm: İslam Sadıq Şumer dövrünün adamıdı.

İLKİN ELSEVƏR

Bakı Avrasiya Universitetinin

filologiya fakültəsinin tələbəsi

Ədalət  2017.- 21 dekabr.- S.6.

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Bayrağımız

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SİMVOLİSTLƏRİN QİBTƏ EDƏCƏYİ, NEOREALİSTLƏRİN ÖYÜNƏCƏYİ HEKAYƏ

SİMVOLİSTLƏRİN QİBTƏ EDƏCƏYİ, NEOREALİSTLƏRİN ÖYÜNƏCƏYİ HEKAYƏ
(Ədib deyə, müraciət etdiyim professor Rəhim Əliyevin
“İlan” hekayəsi üzərinə dşüncələrim…)

Bu başlıqda “simvolistlər”, “neorealistlər” anlayışlarını önə çıxarmağım səbəbsiz deyil. Rəhim Əliyevi biz əlahiddə olaraq həmişə tənqidçi, nəzəriyyəçi, axtarışda olan ədəbiyyatşünas, ədəbiyyat tarixçisi kimi tanımışıq. Profesordur, filologiya elmlər doktorudur, AMEA-nın Nizmi Gəncəvi adına Ədəbiyyat İnstitutunun çox lazımlı tədqiqat şöbəsinin, Xalq Yazıçısı, akademik Mirzə İbrahimovun təşəbbüs və təkidi ilə təsis edilmiş “Cənubi Azərbaycan Ədəbiyyatı” şöbəsinin müdiridir və Mirzə müəllimdən gələn ənənəni yeni tərzdə inkişafına ləyaqətlə əməl edir…
Rəhim Əliyev həm də, ədibdir, nasirdir, maraqlı, cəlbedici roman, povest və hekayə müəllifidir… Onun bədii yaradıcılığına “Xoruzun oğlu”, “Yük otağında möcüzə” hekayəsindən bələdəm və müntəzəm izləmişəm. Vaxtilə onun yaradıcılığı haqqında “Müasir Azərbaycan nəsrində feminizm və yaxud professor Rəhim Əliyev neorealist yazıçı obrazında.” ( Avanqard.az. saytı, “Kredo” qəzeti, 09.10.2015, say.41(849), s.05.- 1-ci məqalə; “Kredo” qəzeti, 16.10.2015, say 42(850), s.5, 7. 2-ci məqalə) məqaləsini də yazmışam…
Ədibin povest və hekayələrindən ibarət “Göndərilməmiş teleqram” (1984) və Zülmətdə çəhrayı” (2014) kitabları, “Bütövlənməyən borc” (1995), “Qoşulub qaçmayan qız” (1917), “Tağ ev” (2022) romanları oxuculara təqdim edilibdir. Hamısı oxunaqlı və orjinal mövzularda yazılmış ədəbi nümunələrdir. Yəni, görünən dağa nə bələdçilik?!..
Sonuncu “Tağ ev” romanı Bakıda 1820-1920 illərdə – bir əsrə formalaşmış Azərbaycan burjua sinfinin faciəli taleyinə həsr olunub. Mən bu romanı “Bir əsrə bərabər ömürün faciəsi” də adlandırardım… Lakin romandakı obrazların taleyi inersiya ilə 1959-cu ilə qədər gəlib çıxır… Romanın qəhrəmanları bolşevizm tərəindən məhv edilən məşhur burjua ziyalılarıdır, onların xələfləridir…
Romanda Nuru Paşa, Ə. Topçubaşov, M.Ə.Rəsulzadə, N.Nərimanov, H.Sultanov, L.Mirzoyan, Ə.Əhmədov, Mirzə Bala kimi tarixi şəxsiyyətlərin də surətləri var. “Tağ ev” romanının ictimai siqlətini artıran cəhətlərdən biri də, hələ də dərindən, hərtərəfli, yerli-yataqlı, obyektiv araşdırılmamış bir dövrünü, XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən Azərbaycan tarixinin ən dramatik zaman kəsiyini bədii nəsrin roman formatında obyektiv əks etdirməsidir…
Rəhim Əliyev marksist nəzəriyyə ehkamlarından imtina edən, tarixi ədəbi nəzəriyyələrə öz baxış bucağından yanaşan, klassik filologiyanın və semiotikanın elmi prinsiplərini əsas götürən, sözün, obrazın, mifin, yazı dilinin, mətn nəzəriyyəsinin, dilin mənşəyinin izahı ilə bağlı problemləri dərindən bilən nəzəriyyəçi-alim olduğundan bu cəhət onun yazdığı nəsr əsərlərinə də – roman, povest və hekayələrinə də yansıyır…
Onun lap bu yaxınlarda qələmə aldığı “İlan” hekayəsi qarşımdadır.(Bax: “525-ci qəzet, 23.10.23.). Mövzusu, süjeti, yazı üslubu, obrazları, ideya-estetik qayəsi ilə tamamilə yeni olan, əşəddi orjinal, kanonlardan uzaq bir ədəbi möcüzə… Hekayə belə başlayır: “Abi üç il qabaq Sabunçudakı quş bazarından beş dənə quş aldı. İri bir qutudakı quşları satan yaşlı bir kişi idi. Dedi ki, quşların yemi yoxdur, yoxsa satmazdı bunları. Abi tələsirdi, alver yeri deyildi. Quşlar da qağayı kimi tərtəmiz idilər, bilinirdi ki, əsl quşbaz satır bunları. Qiyməti də havayı kimi idi. Bir dənə də qırmızı boynugüllü, qoca erkək vardı aralarında. Alayı vaxt bu boynugüllü beş quşun qiymətinə dəyərdi. Abi pulunu verib quşları qutuyla götürüb gəldi bağa. Üç gün sonra aldığı beş quşun ikisini Zirədən gəlmiş qonağa bağışladı. Qaldı üçü. Qoca boynugüllü, onun ağ mayası, bir dənə də qaldı tək ondördlük, cırıq quyruq, ayağı çılpaq ağ maya. …Üzü payıza bir gün Abi gördü ki, ağ ondördlük maya bir cüt yumurtlayıb. Üç həftə sonra yumurtalardan bir cüt bala çıxdı, tez də tükləndilər. Bir gün Abi gördü ki, balaların hər ikisi qırmızı boynugüllüdür! Bu, möcüzəyə yaxın idi, çünki otuz ildə onun quşxanasında hələ bir dənə qırmızı boynugüllü bala çıxmamışdı. … Həmin gündən bu ağ maya oldu Abinin gözünün işığı. Boynugüllü balalar quşxanadan çıxan kimi Abi qanadlarını kəsdi. Anaş maya təzədən bir cüt yumurtladı, yenə bir cüt qırmızı boynugüllü ağ balalar verdi. Abi bu səfər balaların qanadını qayçılamadı. …Yengidə yayda Abi gördü ki, ağ mayanın qırmızı boynugüllü balaları qalmır. Hərəsi bir bəhanə ilə yox olur.”
Elə ilk cümlələrdən hekayə tutumlu, koloritli üslubu ilə oxucunu ələ alır və hekayənin konflikti başlayır, necə yanı, nə səbəbə ağ mayanın qırmızı boynugüllü balaları yoxa çıxır?? Oxucuya elə də, tanış olmayan situasiyada baş verənlərə marağı artır…
Bu hekayə neorealist hekayə – müşahidə edilən həyati fakt əsasında yazılan bir hekayə olmasına baxmayaraq, sözlə təsvir olunmuş həyati fakt özlüyündə simvola çevrilibdir… Yəni, qatı realist üslubda təsvir edilən həyat hadisəsi təbii axarda ümumiləşərək simvollaşır, başqa sözlə, müəllif, nasir qarşısına belə bir məqsəd qoymayıbdır ki, hadisəni simvollaşdırsın… Təsvir-təqdim olunan bədii mətnin özü təbii bir şəkildə, oxucu yozumunda simvollaşır, necə ki, Cənubi Amerikada Jorj Amadu, Qabriel Markes kimi yazıçıların əsərlərində özünü göstərən neorealizm özlüyündə simvolizm elementlərinə şevrilir…
Onu da xatırladaq ki, simvolizm XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmış, bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və A.Rembo, Belçikada – E.Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə O.Ouayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir… Və qəfildən, aydın səmada çaxan şimşək təkin XXI əsrin birinçi çərəyində Azərbaycan ədəbiyyatında peyda olur…
“İlan” adlandırılan hekayə elə də asan əsəyə gəlməyibdir, 2020-2023-cü illər arasında qələmə alınıb, 23.10.23-cü tarixdə “525-ci qəzet”də dərc edilib, Cənubi Azərbaycan yazıçısı Nasir Mənzuriyə ithaf olunub və belə də yazılıbdır: “Böyük ustad Nasir Mənzuriyə”. Rəhim Əliyev bu cənublu ziyalıya məqalə də həsr edibdir. (Bax: Rəhim Əliyev, Yazıçı və alim Nasir Mənzuri, “Ədəbiyyat Qəzeti” jurnalı. N 29 (4884), 2013.). Lakin bunu da qeyd edim ki, Ədibin Nasir Mənzurini ustad adlandırmasını anlamadım… Amma İlanın o taylı, bu taylı Azərbayana qənim kəsilməsi simvolikasını, əlbəttə, anladım…
Hekayədəki hadisə səlist bədii məntiqlə təsvir edilir, hadisələrin gedişində və sonunda öz-özünə qeyri səlist məntiqə çevrilir. Hadisələr daxili traqik dinamizm ilə, yığcam bir tərzdə təhkiyyə edilir… Bu da ondan irəli gəlir ki, hadisə və fakta Ədib özəl yanaşır, hekayədə təsvir edlən hadisə orijinallığı və təzəliyi ilə seçilir…
Kiçik, yığcam bir hekayədə zamanın, dövrün tragik gərdişi İlan obrazında simvollaşır… Göyərçin – Boynugüllü əbreşim və Su ilanı mübarizəsi milli tale səviyyəsində ictimai-siyasi məzmuna çevrilir, milli tragediyanın nədənliyini aşkarlayır…
Xalqda bir deyim-qarğış var – toxumun kəsilsin! Adını Su ilanı qoyan, yəni az, təsirsiz zəhəri olan ilan qılafına girmiş əzazil varlıq yuvamıza soxulur, milli varlığımıza, nəsilin artımına düşmən kəsilir, toxumumuzu kəsmək niyyəti güdür, Əbreşim adlanan ağ mayanın ayağı güllü ətcəbala balalrına qənim kəsilir, Əbreşim ağ mayanın yumurtalarını oğurlayıb udur… Abi diqqətini artırır, pusquya durur, dördkünc bellə ilanı yaralaya bilir…
“Abi düşündü ki, ilanı yaralayıb, yəqin bir-iki həftəyə gözlərin arxasında haradasa öləcək. On gün sonra səhər quşxananı açanda dəhşətə gəldi: qırmızı boyugüllü balalar verən ağ maya yerdə ölmüşdü. Yaxşı baxanda gördü ki, mayanın sol budunda qan ləkəsi var. Amma mayanın üçüncü mərtəbə gözdəki bir cüt yumurtasının biri yox idi. Abi anladı: gözə girib mayanın üstündə oturduğu yumurtaları yemək istəyəndə ana quş ilanla dirəşib, yumurtalarını qorumağa çalışıb. İlan isə mayanı budundan tutub dişləyib. Bəzən su ilanlarının da dişində zəif zəhər olur. İlan mayanı dişindən buraxanda ana quş gözdən düşməli olub, sonra yerdə ölüb.”
“Yengidə havalar qızanda Abi quşxanada hər şeyə göz qoyurdu: ilanın izlərini axtarırdı. Bir gün səhər boynugüllü qara çəpin dünən yumurtadan çıxmış balalarını yerində görmədi. Deməli, ilan yenə gəlmişdi. Amma bu, başqa ilan da ola bilərdi. İlanlar yaz başı qış yuxusundan oyananda aqressiv, qorxusuz və ac olurlar. Ancaq birinci ovdan sonra sakitləşib yatmağa gedirlər. Bir gün yayın birinci bərk istisində Abi gecə ilanı quşxanadakı su qabının qapı tərəfində qıvrılıb yatmış gördü. Bu dəfə daha lampasız hərəkət eləmək qərarına gəldi. Tiyəsi dördkünc beli əlində rahatlayıb qarasına, işıqdan istifadə etmədən gördüyü yerə bərk zərbə endirmək qərarına gəldi. Ayağı ilə qapını içəri itələyib zərbə endirdi…”
Hekayədə adi göyərçin damı Vətən, ocaq, yurd simvolu olur, quşbaz Abi isə bu yuvanın, ocağın, Vətənin qoruyucusudur, hamisidir…
Bir cəhəti də qeyd edim ki, bu göyərçin saxlamaq adəti, bizdə ancaq Abşeron -Bakı mühitində intişar edib. Abşerondakı kimi göyərçin xobbisi, dəhşətli dərəcədə göyərçinə vurğun olan quşbazlar dünyanın heç bir yerində yoxdur…
Başqa diyarlarda da göyərçin saxlamaq azartında olan adamlar var… Rus həyatında olan quşbaz obrazını əks etdirən, olduqca maraqlı, Rusiyda çəkilən və “Oskar” mükafatı alan üç filmdən biri olan “Məhəbbət və göyərçinlər” (Vladimir Qurkin-sissenarist, Vladimir Menşov – rejissor. 1984) bədii filmə dəfələrlə baxmışam… Bakı mühitini, məkanını təsvir-təqdim edən nasirlərimizin əsərlərinin, demək olar ki, hamısı ilə tanışam. Amma, 50 ildən artıq yaşadığım, dəfələrlə müşahidə etdiyim göyərçin damlarını, səmada pərvaz edən, oynaq göstərən göyərçinləri heyranlıqla seyr etməyimə baxmayaraq ədib Rəhim Əliyevin “İlan” hekayəsində təsvir edilən Bakı mühiti ilə ilk dəfə idi tanış olurdum və Ədib bu mühitin anatomik təsvirinə nail olub… Bu təkcə dəqiq , ehtiraslı, həyat tərzi deyil, həm də, olduqca maraqlı, Bakıda yaşaya-yaşaya bakılı ola bilməməkdir, yanımızda olan, amma görmədiyimiz, yan keçdiyimiz etnogenez mənasında koloritdir… Abşeronda, Bakıda quşbazlıq peşədir, sənətdir, sənətkarlıqdır…
Sən demə, Abşeronda dünyanın heç bir yerində olmayan göyərçin cinsləri yetişdirilibdir. Məsələn, bizim Boynuqırmızı və ikitərəfi qırmızı göyərçinimiz, Əbrəş adlanan cins nadir nüsxədir və qırmızı kitaba düşüb. Əbrəşdə 7-cür rəng olur…
Əsil quşbazların xüsusi qayda-qanunları da var. Hansı quşbaz qoyulmuş qaydalara riayət etmirsə, bu yoldaşına qarşı təhqiramiz hərəkət sayılır. Özünü əsl quşbaz adlandıran, göyərçin vurğunu olan adam göyərçini bəzəyinə görə yox, uçuşuna görə seçməlidir. Azərbaycandakı göyərçin saxlayanlar yaxşı uçan, pərvaz edən, təkrarsız oynağa çıxan göyərçinlərə daha çox üstünlük verirlər… Cins göyərçinlər 8-11-12 saat heç bir yerə qonmadan uça, eyni zamanda 11 km də yuxarı qalxa bilirlər…
Məlumat üçün bildirək ki, cins göyərçinlər ümumən 25 il yaşayırlar. Qocalıqda kor olur, 15 yaşından sonra törəyə bilmirlər. Yaşlı quşu qəfəsə cavan quşla cüt salırlar ki, xiffət etməsin, həm də yeni cins əmələ gəlsin… Elə quşlar da var ki, onların qanadlarını kəsib ta uçurtmurlar. Çünki sübut ediblər ki, yaxşı quşlardırlar, itirə bilərlər. Ancaq onların balalarını uçurdurlar. Göyərçinlər yumurta qoyandan 17 gün sonra bala çıxmalıdır. Bir ay ərzində də o böyüyürlər…
Abşeronda 32 kənd olub və bu kəndlərin hamısında məşhur quşbazlar olub, indi də var… Abşeronda Qırmızı boynugüllü, Sarı-sarı, Əbrəş, Qırmızı şeyqa, Sarıçil, Badamlələyi, Keçilli, Beş-düş və sarə göyərçin cinsləri var.
Boz rəngdə olan göyərçinlər çöl göyərçini adlanır və bəzən onu kəsib yeyirlər… Göyərçinin balası yumurtadan 15 günə çıxır. 2 aydan sonra bala göyərçin artıq çölə çıxa bilir. Deyilənə görə, göyərçinlər orucluq ayında yumurta qoymurlar. Yumurtlayanda da bala çıxmır, yumurtası lax olur. Bəzən göyərçinin yumurtasını gec dil açan uşaqlara verirlər ki, dil açsın…
Göyərçinin damlarda quşbazlar tərəfindən qurulan xüsusi xanələri olur, ancaq kişilər saxlayır… Məsələ budur ki, toylardan birində meyxanaçılar tərəfindən deyilən: “Quşu quşbaz quş edər, Quşbazı quş quşbaz edər” bu qafiyəsi, KİŞİ quşbazın ən sevimli ifadəsinə çevrilib…
Belə bir remarkadan sonra qayıdaq hekayəyə. Ədibin “İlan” hekayəsinin göyərçin qəhrəmanı Əbrəş cinsindən olan Ağmayadır. Bu da maraqlıdır ki, dilimizdə quş cinsindən olanlara xoruz, fərə deyilibdir. Abşeronda isə göyərçinin xoruzuna ərkək, fərəsinə isə maya deyirlər. Ərkək – erkək iribuynuzlu, xırda buynuzlu heyvanlara aiddir. Bakıda göyərçinlərə aid bu deyimin özü də bir fərqlilik, əlahiddəlik əlamətidir…
Üslubu və stixiyası ilə fərqlənən “İlan” hekayəsi belə bir sonluqla bitir: “Həmin gündən sonra Abi ilanı axtarırdı. Hər dəfə quşxananın qapısını açanda ilanı gördüyü yerə, qıraq sol gözə baxırdı. İlan yox idi. Hətta quşlardan biri o gözdə yumurta da qoydu, balalar çıxardı. Amma Abi hər dəfə həmin gözə nigaranlıqla baxırdı. İlan yox olmuşdu. Amma Abinin nigaranlığı yox olmadı, ilanı vurduğu yerə narahat-narahat baxmaq başında şakər kimi qaldı. Bəlkə də, ilan heç ölməmişdi…” Bu sonluq oxucunu dilemma qarşısıda qoyur, yəni onu düşünməyə vadar edir…
Bizim qəribə taleimiz var, bizə dadanan, yan-yörəmizdə, evimizin içində yaşayan ilanlar hec vədə ölmürlər, yox olmurlar… Fəndikirliklə içimizdə, aramızda sürünən, fiziki cəhətdən kökümüzü kəsmək üçün hər cür məqama əl atan, hətta balalarımızı udaraq sərməst olan bu ilan ölməyib … Ona görə də əlimizdə dördkünc bel – dəmir yumuruq həmişə yerində olmalı, özümüz də sərvaxt, ayıq-sayıq yaşamalıyıq…
Hekayədəki Abi obrazı da simvollaşır, quşbaz kimi tanıdığımız, qəbul etdiyimiz Abi (bakılılar böyük qardaşa Abi deyərlər), yuvamızın – ocağımızın hamisi olur, bizi toxumumuza qənim kəsilən düşmənlə – İlanlarla mübarizədə əzmikarlıq göstərir, dəmir yumuruq olur, hamımızın Abisi, hamisi olur…
Bu hekayə səni sən olmağa sövq edən ədəbi mətnlərdəndir… Bu hekayədə Ədibin – müəllifin cəməyyətə yönləndirdiyi mesajı var – genefondumuzu əfi ilanlardan qoruyaq… Əslində, hekayə sönük deyil, yazıçı qabliyyətindən süzülən enerjilidir. Bədii, obrazları canlı təsvir etmək, sətiraltı məna ilə dolu, həm də fəlsəfi… Yazıçı, əslində, belə olmalıdır…
Hekayədə bədii təfəkkür güclüdür, müəllifin şəxsi münasibəti – müdaxiləsi uzaqdan görsənir və üslubun unikallığı burdan da öznü göstərir… Cəmiyyətdə o qədər təzadlar var ki, bu da, simvolik fonda verilən onlardan biridir… Təsvir edilən dramatik-faciəvi situasiya oxucunu sona qədər təlatümdə, gərgin mübarizə halında yaşadır, başqa sözlə oxucu hekayənin qəhrəmanı Abiyə çevrilir, yaxud Abi ilə birləşir, gecə-gündüz, əlində dəmir bel (silah) Əbrəşimin qaravulunda olur… Burada stilizə edilən format yoxdur və mövzunun intiriqası – konflikti, yaratdığı aura hadisənin (həyatın) özündən gəlir. Oxucu axıracan bu intriqanın – konfliktin açılmasını gözləyir, ruhən rahatlıq tapmır… Həyati faciə qarşısında ruhən rahatlıq olarmı?!
Ədibin (Rəhim Əliyevin) dilinin axıcılığı, rəvanlığı, ümümi hadisələr, onlara yanaşma tərzi oxucunu özünə çəkir. Onu fərqləndirən əsas özəlliklərdən biri də adi quşxana pəncərəsindən bütöv Azərbaycan bəlasına boylanıb baxmasıdır. Və bu özəllik hər kəsə nəsib olmur… Fikrimcə, günümüzün ən aktual probleminə işıq tutan bu hekayə Müstəqillik dövrü Azərbaycan nəsrinin ən maraqlı örnəklərindən biridir…
Sağ ol, Ədib, Allah Əbrəşləri, Ağmayaları, Çılpaqayaqları, Qırmızışeydaları, Sarıçilləri, Badamlələyliləri (Abşerondakı göyərçin cinsləridir) = cəmi bizləri (Azərbaycanı), Su ilanı qılafına girmiş Əfilərdən qorusun…

        Qurban Bayramov,

tənqidşi-ədəbiyyatşünas, dosent.
03. 11. 2023 – 16.12.2023.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” VƏ “ÖLÜM YUXUSU”  ROMANLARI İNGİLTƏRƏDƏ YAYINLANDI

VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” VƏ “ÖLÜM YUXUSU”  ROMANLARI İNGİLTƏRƏDƏ YAYINLANDI

Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu”  (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilmişdir. Tanınmış ingilis yazarı və ədəbiyyat araşdırıcısı Dr.Maykl Brannokun redaktəsi ilə  yayınlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunmuşdur.

Qeyd edək ki, “İnsan dənizi” və “Ölüm yuxusu”romanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək, İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunmuşdur.

Vaqif Sultanlının yeni kitabına  daxil edilmiş “İnsan dənizi” və “Ölüm yuxusu”romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Könüllü döyüşçünün hekayəsi…

KÖNÜLLÜ DÖYÜŞÇÜNÜN HEKAYƏSİ…

Birinci Qarabağ müharibəsi qazisi Balaş kişi şəhid atası Kərim dayı haqqında mənə danışmışdı. Demişdi ki, onun oğlu Həci Hüseynov Vətən müharibəsində qəhrəmancasına həlak olub. Balaş əmi ilə Xocəsənə, şəhid atasına baş çəkməyə gedirik.

Kərim dayı ilə şəhid ailəsi kimi aldıq­ları evin qarşısında dolaşırıq. O, övladı haqqında ürək ağrısı ilə danışır: “Gene­ral-mayor Polad Həşimov şəhid olduq­dan sonra oğlum evdə heç kimə demə­dən hərbi komissarlığa gedib könüllü orduya yazıldı. Polad Həşimovun şəhid olmasını heç cür qəbul edə bilmirdi”.

Polad Həşimov şəhid olduqdan bir neçə ay sonra II Qarabağ müharibəsi başlanır. Vaxtilə Naxçıvan Muxtar Res­publikasının hərbi hissələrinin birində həqiqi hərbi xidmət keçmiş Həci Hü­seynov kəşfiyyatçı ixtisasının sirlərinə yiyələnir. Sentyabrın 23-də ordu sırala­rına könüllü qatılan Həcinin döyüş yolu kəşfiyyatçı kimi Füzulidən başlayır. Oktyabrın 23-də şəhidlik zirvəsinə uca­lır. Ölümündən sonra Füzuli, Hadrut, Xocavəndin azad edilməsinə görə və “Vətən uğrunda” medalları ilə təltif edi­lir. Komandirləri Həcini cəsur, Vətənini sevən əsgər kimi xarakterizə edirlər. 

Həci 1996-cı il iyunun 12-də Sumqa­yıt şəhərində doğulub. 1-ci sinfi də ora­da oxuyub. Ailə daha sonra Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçüb. 24 yaşında Vətən yolunda canını qur­ban vermiş şəhidimiz hələ evlənməmiş­di. Kərim kişinin sonbeşiyi – ikinci oğlu idi. Atası Həcinin son gedişini belə xatır­layır: “Günlərin birində həyəcanlı halda evə gəlib hərbi biletini axtarmağa baş­ladı. Dedi ki, Vətəni qorumağa gedirəm, nigaran qalmayın. Elə iş paltarındaca çıxıb getdi”.

Kərim dayı Həci ilə müharibə vaxtı telefon danışıqlarından da söz açır: “Hər dəfə bir nömrə ilə zəng edirdi. Axşam saatlarında ara-sıra danışırdıq. Həmişə hər şeyin yaxşı olduğunu deyirdi. So­nuncu dəfə oktyabrın 14-ü danışmışıq. Müharibə bitdikdən sonra öyrənmişəm ki, iki dəfə yaralı olub, hospitalda yatıb”. 

Həcinin silahdaşları ilə söhbət­ləşərkən bildirdilər ki, Qəbələdə, daha sonra isə Bakıda hərbi hospitalda müa­licə alıb. Ona deyiblər ki, vəziyyəti yaxşı deyil, amma müharibə üçün nə qədər çalışsalar da, fikrindən yayındıra bilmə­yiblər, qayıdıb cəbhəyə – Füzuliyə.

Kərim dayı oğlunun şəhid olması xəbərini necə almağından da söz açdı: “Oktyabrın 23-ü gecə saat 1-ə işləmiş rayondan dayım oğlu zəng etdi. Dəstəyi qaldırmamış hiss etdim alacağım xə­bəri. Dayım oğlu dedi ki, Həci yarala­nıb. Tez Füzuliyə getdik. Oğlum şəhid olmuşdu. İcazə verməsələr də, cansız cəsədinə baxdım. Sanki, üzü gülürdü balamın”. 

Şəhid atasının gözləri yol çəkir. Bir qədər susandan sonra deyir: “Mənə bircə təsəlli verən odur ki, nəvəmə Tu­ral adını şəhid balam qoyub. Həcini heç kim əvəz edə bilmir. Bir balaca çətinliyim olan kimi hiss edər, çatışmazlığı aradan qaldırardı. O, şəhid olduqdan sonra neçə adam gəlib deyib ki, mənə xeyli kömək­lik edib. Hələ yaşlı bir qadın deyirdi ki, evimin süpürgəsinə qədər alıb gətirirdi. Yaxşılıq etməkdən zövq alırdı…”

Kərim dayı ilə gəzintidən sonra ev­lərinə qalxırıq. Bizi şəhidimizin anası Rəna Hüseynova qarşılayır. Salamla­şırıq. Evin hər tərəfi Həci Hüseynovun və digər şəhidlərimizin şəkilləri ilə bəzə­dilib. Polad Həşimov hərbi salam verir. Diqqətimi daha çox çəkən isə divardan asılmış saat oldu. Üzərinə belə yazıl­mışdı: “Həcisiz keçən dəqiqələr”.

Rəna ana məyusluq içindədir. Lakin xüsusi bir qürur hiss olunur. Gözləri do­lur, şəhid oğlunun şəklini göstərir: “Bu şəkli əsgərlikdə çəkdirib. Elə gülərüz idi ki. Amma tez solan gül oldu balam… Təki Vətən sağ olsun”. 

Şəhid anası söhbətinə davam edir: “Bir dəfə atasının ayağı ağrıyırdı. De­mişdi ki, ata, mən özüm işə girib səni iş­ləməyə qoymayacağam”. Cəbhə dostla­rına deyib ki, əgər mənə bir şey olarsa, anama çatdırın ki, özünə yaxşı baxsın, anam yaxşı olsa, mən də məzarda rahat ola bilərəm. 

Mənzildən çıxanda şəhid qardaşımı­zın valideynləri ilə qucaqlaşırıq. Gözlərimi son dəfə divardan asılmış saata zilləyirəm. Rəna ana astaca qulağıma pıçıldayır: “Hiss edirdim, gözlərini saat­dan çəkmirdin. Bil ki, Həcisiz dəqiqələr də keçmir, orada yazılana çox da fikir vermə”.

Müəllif: Rizvan FİKRƏTOĞLU

RİZVAN FİKRƏTOĞLUNUN YAZILARI


Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hafiz Paşayev “Ədəbiyyat” haqqında

Azərbaycan müəllimlərinin XVI qurultayında ADA Universitetinin rektoru Hafiz Paşayevin çıxışından:
“Xüsusilə vurğulamaq istərdim ki, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Dövlət Strategiyasının tələbinə uyğun “demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, Azərbaycançılıq ideyalarına sadiq qalan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməyin” ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdir. Onların xasiyyətinin kamilləşməsi, müəyyən peşəni sevməsi, həyata münasibətinin formalaşmasında ədəbiyyatın, xüsusən də, klassik əsərlərin təsiri böyükdür. Bu yolla hətta tarixin də daha həvəslə öyrənilməsinə nail ola bilərik. Odur ki, ədəbiyyat dərsinin məzmununa, metodikasına, təşkilinə daha çox diqqət ayrılmalıdır.”

İlkin mənbə: Reshad Mecid

Mənbə: Rəşad MƏCİD

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Mustafazadənin anım günüdür…

VAQİF DÜNYASI
(Bu gün onun anım günüdür! Ruhu şad olsun!)
Vaqifin barmağından doğulan bir dünya var,
Səmədin qələmindən doğulan dünya kimi.
Yeddi qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.


Vaqifin barmağından doğulan bir dünya var,
Ana laylası kimi, nənə bayatısıtək.
Onun barmaqlarında dilə gəlir arzular,
Ata duası kimi, baba hayqırtısıtək.


Vaqifin barmağından doğulan bir dünya var,
Ta qədimdən bu günə, ilmə-ilmə toxunur.
Anamın hanasında olan sirli naxışlar,
Vaqifin barmağında kəlmə-kəlmə oxunur.


Vaqifin barmağından doğulan bir dünya var;
Azərbaycandır adı, – mənim yurdum bu diyar!
16.03.2022. Bakı-İçərişəhər.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – NƏ TƏHƏR DEYİM, NECƏ DEYİM…


NƏ TƏHƏR DEYİM, NECƏ DEYİM…
(hekayə)
Elmi Şuranın iclası idi. İnstitutun direktoru, Elmi Şuranın sədri Zakir Qarayev iclası açaraq:
-Xoş gördük, – dedi. -Yoldaşlar gündəliklə tanışdırlar. Gündəliyə nə kimi əlavə var?
Yerdən:
-Yoxdur, – cavabı gəldi.
-Elə isə iclasımıza başalayaq. Gündəlikdə duran birinci məsələ institut əməkdaşlarının ezamiyyələrdə olması ilə bağlıdır. Səməd müəllim, buyurun. Siz Moskvada olmuşdunuz. Məlumat verin, təkliflərinizi bildirin…
Səməd müəllimin qəribə danışıq tərzi vardı. O, bu və ya digər məsələ ilə bağlı məlumat verəndə adamın səbri tükənirdi. Söhbətə başlar, cümləsini tamamlamamış, növbəti fikrə keçirdi. Gəl indi başa düş ki, o nə demək istəyir. Yenə də başladı:
-Yoldaşlar, mən, deməli, Moskvada oldum.
Zakir müəllim söz atdı:
-Onu bildik. Hansı institutda oldunuz, mütəxəssislərdən kimlərlə söhbət etdiniz?
Səməd müəllim sözünə davam etdi:

– Mən, deməli, Moskvada oldum. Özü də Ümumi Pedaqogika İnstitutunda. Həmin institutun, … şeydi zaddı, institutun direktoru, nə təhər deyim, necə deyim?… sonra da Korreksiya pedaqogikası şöbəsində, … deməli, belə….Şöbə müdiri bildirdi ki, şeydi, zaddı,… Sonra şöbənin tədqiqatları ilə, …nətəhər deyim, necə deyim, şeydi, zaddı…Sonra kitabxanada, deməli, belə…Kitablara baxdım, qeydlər, nə təhər deyim, necə deyim…
Zakir müəllim başını qaldırıb baxdı. Səməd müəllimə qulaq asan yox idi. Qulaq asıb nə başa düşəcəkdilər ki?
Zakir müəllimin özünün də səbri tükənmişdi. Vaxt gedirdi. Səməd müəllim bir də “nə təhər deyim, necə deyim” söyləyəndə Zakir müəllim daha dözmədi, eynəyini çıxarıb stolun üstünə çırpdı:
-Səməd müəllim, rəhmətliyin oğlu, nə qədər “nə təhər deyim, necə deyim” olar? A kişi, bir təhər de də…
İnstitut direktorunun sözlərini eşidən Elmi Şura üzvləri uğunub getdilər. Yavər müəllim dilləndi:
-Amma yaman dediniz, Zakir müəllim! Səbir kasamız daşmışdı. Zalım oğlu fikrini deyib axıra çıxa bilmirdi. Nə qədər demək olar: “şeydi, zaddı”, “nə təhər deyim, necə deyim”?
Bu səfər Səməd müəllimin özünü də gülmək tutdu.
Şirvan şəhəri, 12 dekabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru