www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Fariz Çobanoğlu – İslam Sadıq – 70


Koroğlu coşqusu, cəngi ruhu ilə…

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şair, folklorşünas, tədqiqatçı alim İslam Sadığın əsərlərinin 4 cildliyinin təqdimatı və 70 illik yubileyi keçirildi. İslam Sadıq Azərbaycan ədəbiyyatına, Azərbaycan ədəbi-elmi fikrinə öz möhtəşəm yaradıcılığı ilə çox zəngin səhifələr qatıb. İndiyədək alimin 30-dan çox bədii-elmi, tədqiqat xarakterli əsərləri və şeir kitabları nəşr olunub.
Sevə-sevə oxuduğumuz bu kitablardan bir çoxunun adını da çəkə bilərik. “Torpaq səxavəti”, “Dəyişmə havanı, könlüm”, “Layla bulağı”, “Susmaq qızıl deyilmiş”, “Ermənilərin I Pyotrla görüşü”, “Ağrı, ürəyim, ağrı”, “Koroğlu kim olub?”, “Qanlı saz”, “Qanlı çay daşı”, “Yelimə uçan buludlar”, “Dumanı daşan dərələr”, “Koroğlunun sazı və sözü”, “Ovcuma yazdığım yazılar”, “Şumerdə izim var”, “Elmdə erməni virusu”, “Bir gözüm Bakıdı, bir gözüm Təbriz”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan Koroğlu eposu”, “Ocağı közündən tanıyıram”, “Dədə Qorqudun dili və poetikası”, “Nizami Gəncəvi türkdürmü?”, “Səməd Vurğunun özü və sözü”, “Nizami Gəncəvi türkdür” və s. kitablarının adlarını sıralamaq kifayətdir ki, İslam Sadığın çoxşaxəli, zəngin, ədəbi yaradıcılığı gözümüz önündə canlansın.
Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə İslam Sadığın işığına toplaşanlar da elə bu zəngin ədəbi irsdən və bu irsi yorulmadan xüsusi bir həvəs, şövqlə nəsillərə təqdim edən alim və şair şəxsiyyətindən danışdılar. Tədbirdə Azərbaycanın görkəmli ziyalıları – ədəbiyyatşünaslar, tənqidçilər, yazıçılar, şairlər, elmin müxtəlif sahələrini təmsil edənlər və media nümayəndələri iştirak edirdi. Çıxış edənlər tanınmış şairi, cəfakeş alimi ürəkdən təbrik etdilər, onun yaradıcılığının elmi-bədii məziyyətlərindən, sənətkarlıq xüsusiyyətlərindən danışdılar, qeyd etdilər ki, İslam Sadıq həm də dövrün ən yaxşı Koroğluşünas alimidir. Onun təbiətində, mənəvi simasında bir Koroğluluq var. Tədbirdə, çıxış edənlər arasında Həzrəti Mövlananın bir sözü də xatırlandı: “Yüz dil bilərsən, hərgah əməlinlə sözün üst-üstə düşmürsə, demək ki heç bir dil bilmirsən”.
İslam Sadıq sözlə sənətin vəhdətini yaradan ziyalılardandır. O üzdən təbli, ilhamlı bir şair kimi bildiyi dillər də sevgidən, həyat sevərlikdən, vətəndaşlıq yanğısından qaynaqlanır. Demək ki, o koroğluluğun, mərdliyin, sevginin, vəfanın, sədaqətin, etibarın, inamın, vətənkeşliyin, yurdkeşliyin ünvanıdır və bu ünvanların dilini də çoz gözəl bilir. Cəmiyyətlə özü arasında yaratdığı bütün ünsiyyət körpülərini də bu dillər vasitəsilə qurub-yaradır.
İslam Sadığın əsərlərinin 4 cildiyinin təqdimatı həm də sazlı-sözlü bir məclis idi. Məclisdə sözün həqiqi mənasında Koroğlu coşğusu, Cəngi ruhu vardı. Təbrizdən gələn aşıqlar da İslam Sadığın Koroğlu ruhunda yazdığı şeirləri sazın və səsin tellərində xüsusi bir coşğu ilə havalandırdılar.
İslam Sadığın 70 yaşının ədəbi-elmi ictimaiyyətə verdiyi hesabat da mənəvi yaddaşda zamanlar içrə Koroğlu havası, Koroğlu ahəngi, Koroğlu ritmiylə oxunacaq. Şimşəklər çaxanda yada düşən Koroğlu qılıncının işığı kimi…

Müəllif: Fariz Çobanoğlu


YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ALLAHVERDİ MƏMMƏDLİ – AYRILIQLA GÖRÜŞƏ GEDƏN ŞAİR

ALLAHVERDİ MƏMMƏDLİ – AYRILIQLA GÖRÜŞƏ GEDƏN ŞAİR

Bu dünyada 51 il yaşayan Allahverdi Məmmədlinin yaşı artıq 70-i ötüb. Lerik rayonunun Yuxarı Amburdərə kəndində dünyaya göz açmışdı. Uşaqlığını dağların daşlı-kəsəkli yollarında azdırıb arana dəyişirlər. Beş yaşı olanda ailələrini kəndin bir neçə ailəsiylə birgə Biləsuvar rayonunun (o zaman Puşkin) Əmənkənd kəndinə köçürürlər. Əmənkənddə məktəbə gedir. Səkkizilliyi bitirdikdən sonra Lənkəranda Pedaqoji Texnikumda təhsilini davam etdirir. Lənkəran ədəbi mühiti tələbə oğlanın formalaşmasında mühüm rol oynayır. Texnikumu bitirib kəndlərində müəllimlik edir. Dərs hissə müdiri olur. Hərbi xidmətə yollanır. Qayıdıb sənədlərini ADU-nun (BDU) Jurnalistika fakültəsinə verir və qəbul olunur. Say-seçmə tələbələrdən olur. Tələbə ikən imzası təkcə şair kimi yox, publisist, tərcüməçi kimi də diqqəti cəlb edir. Poeziya axarından publisistika axarına düşür. Universiteti bitirib Kənd Təsərrüfatı Nazirliyinə nəşriyyat redaktoru vəzifəsinə təyinat alır. Orda peşəkar jurnalist olaraq işgüzarlığı üzə çıxır. «Kənd əməkçisinin təqvimi» həmin dövrlərdə diqqətçəkən nəşrlərdən idi. Şair Fikrət Sadığın təklifiylə Bədii Ədəbiyyatı Təbliğ Bürosuna dəvət alanda öz ərizəsi ilə işdən azad olunur. Həmin illərdə imzası daha çox tanınınır. «Ədəbiyyat və İncəsənət», «Bakı», «Baku», «Azərbaycan müəllimi», «Molodyoj Azerbaydjana», «Sovet kəndi», «Azərbaycan», «Ulduz» və digər mətbu orqanlarla əməkdaşlıq edir. Doxsanıncı illərin əvvəllərində Səhiyyə Nazirliyi, Şəfqət və Mərhəmət Fondunun təşəbbüsü ilə «Şəfqət» qəzeti fəaliyyətə başlayır. 1991-ci ilin yanvarında işıq üzü görən «Şəfqət» milli azadlıq hərəkatının davam etdiyi dövrdə, 20 Yanvar qırğınından sonra Allahverdi Məmmədli üçün bir növ söz meydanı, söz tribunası olur. Səhiyyə, qaçqın, köçkün, şəhid problemləri onun qələmiylə öz həllini bu qəzetdə tapır. Baş redaktorun müavini olaraq qəzetin bütün ağırlığı onun çiyinlərində idi. «Şəfqət»lə əməkdaşlığı davam etsə də, «Ulduz» jurnalına dəvət alır. Bir neçə ay şöbə müdiri, sonra məsul katib, baş redaktorun müavini olur.

1998-ci ilin dekabrında vəfat edib. Son mənzili Lənkərandadır.

Uşaqlığından zahirən sakit görünən Allahverdi içi dolu, püskürməyə hazır olan vulkan kimiydi. Tanıyanların dediyi kimi, istedadıyla bərabər, qeyri-adi savada malik Allahverdi Məmmədli hansı peşənin qulpundan yapışsaydı, uğur qazanacaqdı. Əvvəl müəllimliyi seçib. Lakin orta məktəbdə uzun müddət dərs deməyib. Jurnalist peşəsini seçib – bütövlükdə yazıb-yaratdıqları ilə müəllimə çevrilib. Onun “dərs”ləri bu gün də bizə gərəklidir. Zaman-zaman da gərəkli olacaq.

İ𝙘̧𝙞𝙢 𝙙ə𝙧𝙙-𝙦ə𝙢𝙡ə 𝙝𝙤̈𝙧𝙪̈𝙡𝙪̈𝙗,

𝘾̧𝙤̈𝙡𝙪̈𝙢 𝙨𝙚𝙫𝙞𝙣𝙘𝙡ə 𝙨𝙪𝙫𝙖𝙣ı𝙗…

Bu misralar onun ömür nəğməsinin nəqaratıdır.

Amma ömrün şad-xürrəm, xoşbəxt çağları da az olmayıb – ailə xoşbəxtliyi, yaradıcılıq sevincləri… Nə vaxtsa: Dedim gətirmir mənimki… də söyləyib… İnanaqmı?.. Nə bilim?..

İlhamı, işləmək yanğısı sonsuz idi. Nə yazıq ki, ömür payı qısa imiş…

Şair, publisist, tərcüməçi Allahverdi Məmmədlinin vəfatından 25 il ötür.

𝙈ə𝙣𝙞 𝙖𝙮𝙧ı𝙡ı𝙦 𝙜𝙤̈𝙯𝙡ə𝙮𝙞𝙧,

𝙂𝙚𝙙𝙞𝙢, 𝙜𝙤̈𝙧𝙪̈𝙢 𝙣ə 𝙨𝙤̈𝙯 𝙙𝙚𝙮𝙞𝙧…

𝙂𝙚𝙙𝙞𝙢, 𝙨𝙤𝙧𝙪𝙨̧𝙪𝙢, 𝙜ə𝙡𝙞𝙢…

– deyib getdi. Ayrılıqla görüşdü. Fəqət gəlmədi…Elə bildik, vədinə xilaf çıxdı… Yox, yox qayıtdı – daha kamil, daha müdrik. Ömrün 70 illik zirvəsində dostlarını, onu sevənləri bir araya gətirdi. Ayrılıq görüşlərini haqqında yazılan “Haçandı görüşmürük” kitabında sevdiklərilə paylaşmaq üçün.

***

Allahverdi Məmmədlinin neçə kitaba sığası yaradıcıq irsi qalıb.Ən zəngin, dəyərli irsi isə ailəsi, övladlarıdır. Bu ocağın hərarətini “nənəqızı” dediyi Ofelyası qoruyur. Böyük oğlu Xəyal BDU-nu bitirib.

Sankt-Peterburq şəhərində yaşayır. Azad sahibkarlıqla məşğuldur. Böyük qızı Ayan bu il orta məktəbi qızıl medalla bitirib,

İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. Bacısı Leysan orta məktəbdə oxuyur. Əlaçıdır.

Evin sonbeşiyi Tural Bakıda ata ocağında yaşayır. Neft və Sənaye Universitetini bitirib. O da azad sahibkarlıqla məşğuldur. Qızı Qumru Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alır. Oğlu Ayxan məktəblidir. Dərs əlaçısıdır.

Allahverdi Məmmədlinin ömrü yarımçıq qırılsa da, cəmiyyətdə ləyaqətli mövqeyə malik övladlarının, üzlərini görmədiyi nəvələrinin ömründə yaşayıb davam edir.

Məkanı cənnət, ruhu şad olsun.

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru.


YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YASAMAL RAYONU HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİ ŞAİR-PUBLİSİST SEVİNDİK NƏSİBOĞLUNUN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR ETDİYİ KİTABIN TƏQDİMATI KEÇİRİLDİ

YASAMAL RAYONU HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİ ŞAİR-PUBLİSİST SEVİNDİK NƏSİBOĞLUNUN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR ETDİYİ KİTABIN TƏQDİMATI KEÇİRİLDİ
 
15 dekabr 2023-cü ildə “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, 15 yaşlı gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimatı keçirildi. Kitab təqdimatına incəsənət xadimləri və ictimai xadimlər, respublikamızın ədəbiyyat və jurnalistikasının parlaq simaları, ziyalılar, müharibə iştirakçıları və s. iştirakçılar qatılmışdılar. Tədbirin aparıcılığını sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə Eldarqızı etmişdir. Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra isə tədbir iştirakçıları Ulu Öndərimizin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə Zülfiyyə Eldarqızı tədbiri açıq elan edərək ilk sözü filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə verdi. Asif Rüstəmli çıxışında Sevindik Nəsiboğlunun yaradıcılığından geniş söz açaraq onun ədəbiyyat sahəsinə gəlişi, ilk kitablarının çap edilməsi və s. haqqında məlumat verdi, həmçinin yaradıcılığa uşaq yaşlarından başlayan ədiblərimizdən misallar çəkdi və müəllifə uğurlar arzuladı. “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı çıxışında müəllif və onun növbəti kitabı ilə bağlı qiymətli fikir bildirərək “Heydər Əliyev ili”ndə çap edilən və təqdimatı keçirilən “Ulu Öndərin işığında” kitabının əhəmiyyətini vurğuladı. Pərvanə xanım gənc yazarın Cənab Prezidentimiz İlham Əliyevə həsr etdiyi “Ulu Öndər yadigarı” adlı şeirini söyləyərək çıxışını sonlandırdı. “Tərəqqi” medallı yazıçı-publisist Nəzakət Əhmədova-Kərimova da çıxışında müəlliflə bağlı xoş fikirlərini tədbir iştirakçılarına çatdıraraq onun yaradıcılıq yolundan söz açdı. Həmçinin onun İki ay öncə “Azərbaycan Kütləvi İnforma­siya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Ulu öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə” me­dalı ilə təltif olunduğunu qeyd etdi. Müəllifin 8 noyabr 2020-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunmasını Ulu Öndərimizin məzarı başında raport verdiyi anlardan təsirlənərək yazdığı “Ata, ruhun şad oldu!” adlı şeirini səsləndirdi. Nəzakət xanım sonda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladovayla birgə gənc müəllifə sözügedən qurumun Gənclər Təşkilatının sədr müavinliyi vəsiqəsini təqdim etdi. Ruhiyyə xanım qısa çıxışında Sevindik Nəsiboğlunun yaşıdlarına və Azərbaycan gənclərinə nümunə olduğunu bildirdi və gənc müəllifi bir daha təbrik etdi. “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında “Carçı” jurnalında Sevindik Nəsiboğluna da yer verdiyini, onun “Heydər Əliyev və Azərbaycan dili” məqaləsinin jurnalda dərc edildiyini və bir çox ictimai xadim tərəfindən maraqla qarşılandığını dilə gətirdi. O, “Carçı” jurnalının Ulu Öndərimizə həsr olunan daha bir buraxılışında da müəllifə yer verdiyini bildirərək jurnalın sözügedən buraxılışını gənc yazara təqdim etdi. C.Novruz MM-nin əməkdaşı, “Gün az” saytının redaktoru Rəsmiyyə Heybətağaqızı gənc müəllifin gələcəyinə inamla dolu fikirlərlə çıxış edərək Sevindik Nəsiboğlunun lokal antiterror əməliyyatlarında şəhid olan, anasız böyümüş şəhid əsgər Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi. Şair-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və həmçinin “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac çıxışında Sevindik Nəsiboğlunun “Yazarlar” jurnalı ilə səmərəli əməkdaşlığından danışdı. Peşəkar ədəbiyyat xadimi kimi gənc müəllifə dəyərli məsləhətlər və nəsihətlər verərək ona yaradıcılıq uğurları arzuladı. Zaur Ustac sonda Sevindik Nəsiboğlunu İsa Muğanna mükafatı ilə təltif etdi.
“Zirvə” İslahatlara Dəstək Mərkəzi İB sədri Elçin Axundzadə çıxışında Ulu Öndər Heydər Əliyevin dühasından söhbət açdı və Vətən müharibəsindəki şanlı qələbəmizlə lokal xarakterli antiterror əməliyyatlarında qazandığımız parlaq zəfərin fonunda Cənab Prezidentimiz İlham Əliyevin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olduğunu bildirdi. Elçin müəllim sonda müəllifə yaradıcılıq uğurları arzuladı. Tədbirdə müəllifin sayca 7-ci kitabı olan və təqdimatının keçirildiyi “Ulu Öndərin işığında” kitabı ilə bağlı slayd yer aldı. Müharibə veteranı olan İsa Musayev də çıxışında gənc şairimizə yaradıcılıq tövsiyələri verərək ona yeni-yeni uğurlar arzuladı. Çıxış üçün söz gənc müəllifin atası, istefada olan polis polkovniki, Vəkillər Kollegiyasının üzvü Nəsib Əliyevə verildi. Nəsib Əliyev gənc müəllifin kitabı araya-ərsəyə gətirmə prosesindən söhbət açdı və Ulu Öndərimizin gənclər üçün, Azərbaycan gəncliyi üçün çalışdığını bir daha vurğuladı. Nəsib Əliyev Azərbaycandan olan fəhlə-kəndli ailələrindən birinin gənc üzvü olaraq 1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin SSRİ məkanında təşəbbüsü nəticəsində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsində oxuduğunu və bunun üçün Ulu Öndərimizə borclu olduğunu söylədi. Nəsib Əliyevin universitet yoldaşı, sabiq prokurorluq işçisi, Vəkillər Kollegiyasının üzvü Allahverdi Səfərov da yaxından tanıdığı gənc şairi və onun yaradıcılıq yolunu bir daha dəyərləndirdi və uşaq yaşlarından onun yaradıcılığa, ədəbiyyata və Ulu Öndərimizin irsinə maraqla, həvəslə yanaşdığından söhbət açdı.
Sonda söz “Ulu Öndərin işığında” kitabının müəllifi Sevindik Nəsiboğluna verildi. Sevindik Nəsiboğlu kitabı haqqında ətraflı məlumat verərək bildirdi ki, “Ulu Öndərin işığında” kitabının Lənkəran şəhər 5 saylı tam orta məktəbində təqdimatı olmuşdur. Kitab Azərbaycanın Milli Kitabxanasına, Prezident Kitabxanasına və Bakı Kitab Mərkəzinə təqdim olunmuşdur. Azərbaycan Milli Kitabxanasının “2023 – Heydər Əliyev ili” sərgisində “Ulu Öndərin işığında” adlı kitabı da sərgilənmişdir. Gənc müəllif tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Sonda gənc yazar kitabının nüsxələrini imzalayaraq oxucularına təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkli çəkdirdi.
Tədbirdə ümumi olaraq “Ulu Öndərin işığında” kitabı 15 yaşlı müəllifin Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə verdiyi ən böyük töhfə olaraq qiymətləndirildi.
 Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik:
“Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olub “. Fotolar:

Müəllif: Nəzakət EMİNQIZI

Yazıçı-publisit, AJB-nin üzvü, ”Yazarlar” jurnalının əməkdaşı, DAMM -nın Ekspertlər Şurasının sədri.

NƏZAKƏT EMİNQIZININ YAZILARI


YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Səadət Qərib – Sənsizlik

Görəsən mən sənsiz yaşayım necə?…

Ayrıldıq vidasız, ayrıldıq qəfil,
Deyirdim yaşaya bilmərəm sənsiz.
Dərd verən Allahım səbr də verir,
Amma, bircə günüm keçmir kədərsiz.

Desəm ki alışdım yoxluğuna mən,
Hərkəs inansa da, tək sən inanma.
Geridə qaldı o bəxtəvər günlər,
İndi qara bulud çöküb dünyama .

Yandırdı canımı belə gedişin,
Göynətdi yaramı bu zalım həsrət.
Elə bir yerdəsən, elə uzaqsan
Sənsiz hər yer mənə qürbətdir, qürbət .

Nəfəs alırdım mən sənin yanında ,
İndi boğuluram sənsiz hər gecə
Özüm özümə hey sual verirəm,
Görəsən mən sənsiz yaşayım necə?…

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İslam Sadıq 70 – möhtəşəm yubiley tədbiri – Fotolar.

20 dekabr 2023-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında tanınmış şair, Filologiya elmləri doktoru İslam Sadığın əsərlərinin ilk dörd cildinin təqdimat mərasimi keçirildi.

Elm və ədəbiyyat adamlarının iştirak etdiyi mərasimi özünün “Vətən” şeiri ilə açıq elan edən səbəbkar ilk olaraq sözü Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayevə verdi. Natiq İslam Sadiq yaradıcılığına səyahət edərək, ədibin Azərbaycan elmi və ədəbiyyatı üçün gördüyü işlərdən danışdı.

Sonra söz çıxışçılara verildi. Professorlar – Məmməd Əliyev, Nizami Tağısoy, İlham Həsənov, Əlizadə Əsgərli, Asif Rüstəmov, Qüdrət İsaqov, Yaqub Babayev, Yaşar Qasımbəyli, Filologiya elmləri doktoru Vaqif Yusifli, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Əlövsət Ağalarov,  yazıçı və şairlər – Tahir Tais, Əkbər Qoşalı, Qalib Sailov, Əli Rza Xələfli, Zəki Bayram, Səfər Alışarlı, Siyasət elmləri üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə və başqaları çıxış edərək İslam Sadığın yaradıcılıq yolundan söz açdılar, səbəbkarı yeni kitabları və 70 illik yubileyi münasibətilə təbrik etdilər.

Mərasimdə İslam Sadıq uzun müddət ədəbi yaradıcılıq və elm sahəsində səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə şair-tərcüməçi, Mahmud  Kaşqari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlının təqdim etdiyi  “M.Kaşğari Xidmət Madalyası”na və şair-publisist Zaur Ustacın təqdimatı ilə “Bayram Bayramov” mükafatına layiq görüldü.

Gəbəydən Sahib Camal Məmmədin, Tovuzdan Çingiz Qəriblinin yubilyara həsr etdiyi təbrik şeirlərini İslam Sadıq böyük sevgiylə ifa etdi.

Təbriz aşıqlarının və Aşıq Samir Pənahovun ifası söz məclisini rövnəqləndirərək saz-söz məclisinə çevirdi.

Sonda İslam Sadıq AMEA-nın Mərkəzi Elmi kitabxanasının əməkdaşlarına və mərasim iştirakçılarına minnətdarlığını bildirdi. Fotolar:

Müəllif: İradə Aytel

İRADƏ AYTELİN YAZILARI

ƏSƏD CAHANGİRİN YAZILARI

KAMAL CAMALOVUN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə

Kəndimizə qаr yаğır

Kəndimizə yеnə qаr yаğır
qаr yаğır, аğır-аğır,
tоrpаğı örtən qаrdа
аddım izləri yох.
Quşlаr ləpir sаlır
ilk qаrın sinəsinə,
gün kеçir qаr üstündən
gün kеçir, sinə-sinə.
Ağаclаr sаnki şəkil çəkdirir
аğ vərəq qucаğındа,
оdunlаr çürüyür
еvlərin sönmüş оcаğındа.
Qаrаtоyuqlаr qаrtоpu оynаyır budаqdа,
uşаqlıq хаtirələrim büzüşüb
uçmuş еvdə, оtаqdа.
Xəyаllаrın səs-küyü
təpənin о tаyındа,
hərəsi öz hаyındа.
Üşüyən bаrmаqlаr hеykəl əlləri.
Içimi üşüdür göz yаşının sırsırаsı,
dоn vurmuş sifət qürubа sаrı,
təpələr qаr tаyаsı,
yаnmış еvlər qаrаlır аğ qаrın içində,
hərəsi bir biçimdə.
Bəyаz qаr tаlеyi аğаrdа bilmir
qаr, qаrа günə nеyləsin?
Uzаq хаtirələrdən gəlir
sənin səsin.

Caroline Laurent Turunc – Her kar yağdığında !

Her kar yağdığında !

Çocukluğumdan beri gökyüzünde
“Kışlar bulutluydu ve çok kar yağıyordu.”
Bahar gelince toprak yeşerir,
“Şafak iki nehir arasına yerleşir”
Yeşillikler arasında belirsiz çığlar her şeyi ıslatırdı.

Uyku öncesi sessizliğin sesi son derece keskindi; Dağların en yüksek zirvelerini ve çıplak ağaçları ipeksi beyaz örtüsüyle kaplayan kar, doğanın tek kraliçesiydi. Her ne kadar mutsuz bir ruh halinde olsam da beyaz prensesi izlemek beni mutlu ediyordu.

“Yıldızlar içlerinde hüzün çığlıklarıyla baharın gelişini beklemekten yorulurlardı.”

Ay yıldızlardan uzaklaşıyor
“Gül bahçesindeki güllerin yaprakları solar.”

Gün ilerledikçe yağmur bulutları yağan karın üzerine yağmur yağdırırdı .”

Şafakta gece biterken güneş nehirle buluşuyor.
“Güneşin yansımaları nehre düşen yapraklara gümüş rengi veriyordu.”

Sisin içinde kaybolup zamanını kaybetmiş iki nehir, akşamın sessizliğinden çıkıp kuşların cıvıltılarıyla güne mutlu akmanın tadını çıkarıyor.

“Kışın huzursuz soğuğu, sonbaharın esintisine yenik düşüyor.”
Karanlık bilinmeyene doğru akar..

Kendini yenileyen doğa, çılgın coşku balonunu kucaklamaya başladıkça tuhaf bir duyguya kapılırdım.

Ve ruhumda nereden geldiğini bilmediğim bir hıçkırık

İçim yağmurdan korkan bir bulut gibi çığlık atmaya başlıyor.

Güneşin haylaz gölgeleri yağmur bulutlarına karışıp onlarla gülüyor

Kendimi ağacın dallarındaki altın yaprakların sessizce birbirini gıdıklamasını izlerken bulurdum.

Kışın yağmayı seven kar, düştüğü yerden yükselmeyi sevmez ve olduğu yerde kalmakta ısrar eder.
Bahar’a kızar ve onun geri döndüğünü asla kabullenmek istemez.

Bir süre sonra kar kendi kendine yoruluyor
“Haliç’in dalgaları arasında ağlayarak kayboluyor.”

Deniz kabukları baharı kumsaldaki dalgaların üzerinde süzülen martılarla mutlu bir şekilde dans ederek karşılıyor.

18/12/2023-Paris.

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Kəndim…

NƏ O KƏND O KƏNDDİ,
NƏ DƏ MƏN MƏNƏM

Köçəri quş imiş insan sən demə,
Xəyal köhlənimi minib çapıram.
Sevinclə dönürəm doğma kəndimə,
Xaraba yurdumda saray yapıram…

Dözə biləcəkmi qəlb bu sevincə? –
İlk vüsal gününü düşünürəm mən.
Qəlbim yarpaq kimi titrəyir necə! –
Həsrət sazağında üşüyürəm mən…

Orda kim olacaq dərdimə şərik? –
Suallar pərt edir adamı necə?
O evin yerində ev də tikərik,
Geri qaytaracam anamı necə?
Geri qaytaracam atamı necə?

Xiffətdi qəlbimdə gur ocaq çatan
Babam, nənəm varmış, atam var imiş…
Bu daşa, torpağa gözəllik qatan
Bizə doğma olan adamlar imiş…

Elə bil həyat da olub mənasız,
Məni cəlb eləyən nə yer, nə göydü…
Babasız, nənəsiz, ata, anasız,
Doğma kənd elə bil mənə ögeydi…

Yuvası boş qalan quşlar uçubdur,
Bu doğma dağ-dərə mənə bəs etmir…
Sanki çörəyimin duzu qaçıbdır,
Ən qaynar ocaq da məni isitmir…

Atalar, analar, nənələr köçüb,
Niyə ögey oldum axı mən mənə?
Aradan ağrılı sənələr keçib,
Nə o kənd o kənddi,
nə də mən mənəm…

17.12.2020

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Professor Kamal Camalovun 2023-cü ildə gördüyü elmi işlərin H E S A B A T I

2023-cü ildə gördüyüm elmi işlərimin H E S A B A T I aşağıdakı kimidir:

ELMİ MƏQALƏLƏRİM

  1. Tədris işinin təşkilində didaktik konsepsiya və paradiqmaların öyrənilməsi yolları. «Azərbaycan məktəbi» jurnalı, 2023, №1, səh.62-68
  2. İbtidai sinif şagirdlərinin psixologiyasının formalaşmasında müəllimin rolu. Məktəbəqədər və ibtidai təhsil (jurnal), 2023, №1, səh.9-17
  3. Əhməd Cavad yaradıcılığında milli tərbiyə nümunəsinin yeri və rolu. «Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalı, 2023, №2, səh.116-123
  4. Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr. NMİ-nin Elmi əsərlər jurnalı, 2023, №2
  5. Tədris işinin quruluşunda didaktik konsepsiya və paradiqmaların öyrənilməsinin üsul, vasitə və tərzləri. NMİ-nin Elmi əsərlər jurnalı, 2023, №3
  6. Heydər Əliyevin təhsil siyasəti. Peşə təhsili və insan kapitalı (Elmi-praktiki, metodiki jurnal). Bakı: №2, 2023, səh.6-11

BEYNƏLXALQ KONFRANS

  1. Təlim prosesində keyfiyyət təminatının spesifik xüsusiyyətləri. Naxçıvan, dekabr, səh.

İNTERNET SAYTLARINDA İŞIQLANDIRILAN YAZILARIM:

  1. Xurşidbanu Natəvan: incə ruhlu şair və fədakar xeyriyyəçi https://525.az/news/196930-xursidbanu-natevan-ince-ruhlu-sair-ve-fedakar-xeyriyyeci–kamal-camalov-yazir (21.07.2023)
  2. Zəmanəsinin qabaqcıl ziyalısı, maarifçisi – Xurşidbanu Natəvan https://ntv.az/news/cemiyyet/67313-zemanesinin-qabaqcil-ziyalisi-maarifcisi-xursidbanu-natevan (26.07.2023)
  3. İstiqlal şairi Əhməd Cavad. https://mektebgushesi.az/2022/09/28/istiqlal-sairi-%C9%99hm%C9%99d-cavad/?fbclid=IwAR3D6vet1m1g0y3EzXbrflFFyidiu6bqoFpxMpvH7DlBYuRlez5KczxGXg4 (28.09.2023)
  4. Əhməd Cavadın mövzu notlarından biri maarifpərvərlikdir. https://aia.az/65678-ehmed-cavadin-movzu-notlarindan-biri-maarifperverlikdir.html (01.10.2023).
  5. Ömər Faiq Nemanzadə: görkəmli şəxsiyyət, mübariz jurnalist və taninmiş ictimai xadim https://aia.az/66082-omer-faiq-nemanzade-gorkemli-sexsiyyet-mubariz-jurnalist-ve-taninmis-ictimai-xadim.html (12.10.2023)
  6. Vətən sevdalısı Əhməd Cavad https://manera.az/index.php?newsid=14786&fbclid=IwAR0Um-xXV2za_1jeCeWNkBKGif7g4SYRihUxEhZ2SeNhdEdIziOHsTeI4uc (16.10.2023)
  7. Naxçıvanın bənzərsiz təbiətini nəğmə dili ilə ifadə edən İslam Səfərli. https://sabaha-inamla.az/edebiyyat/37848-naxcivanin-bnzrsz-tbtn-nm-dl-l-fad-edn-slam-sfrl-slam-sfrl-100-kamal-camalov.html (11.02.2023)
  8. Nəğməkar şair İslam Səfərli – 100 https://aia.az/70943-islam-seferli-100-negmekar-sair-islam-seferli.html (12.02. 2023)

ELMİ REDAKTORU, RƏYÇİSİ OLDUĞUM KİTABLAR

16 Əsgər Qədimov. Azərbaycan ədəbiyyatı Zaqafqaziya rusdilli mətbuatında. Bakı: ADPU-nun nəşriyyarı, 2023, 296 s. (rəyçi Kamal Camalov)

  1. Pərvin Cəfərova. Azərbaycanda məktəbəqədər pedaqogika elminin inkişafı və onu şərtləndirən amillər. Bakı: (rəyçi Kamal Camalov).
  2. Pərvin Cəfərova. Məktəbəqədər yaşlı uşaqların əqli təhsilinin nəzəriyyə və metodikası. Bakı: 2023, (elmi redaktoru Kamal Camalov).
  3. Pərvin Cəfərova. Körpəlik dövründə inkişaf və tərbiyə. Bakı: 2023, (elmi redaktoru Kamal Camalov).

ELMİ YARADICILIĞIM HAQQINDA DƏRC OLUNMUŞ MATERİALLAR
(Qəzet və internet saytlarında)

  1. Əbülfət Pələngov. Məktəb və pedaqoji fikir tarixinin yorulmaz tədqiqatçısı. Azərbaycan müəllimi qəzeti. 04 iyun 2023
  2. Akif Abbasov. Mənalı səmərəli həyat yolu. Kultur.az/?p=18 (18.05.2023)
  3. İramin İsayev. “Kiçik torpağın” elm fədaisi. Yazarlar.az/2023 (05.10.2023)
  4. Elza Mollayeva. Öz yaradıcılığı ilə gələcək illərin prioritetlərini müəyyənləşdirən alim. Yazarlar.az/2023
  5. Nuralı Çələbiyev. Zəhmət və istedadın vəhdəti yardıcılığın əsas şərtidir. Kultur.az/?p=18
  6. Sevinc Vəliyeva. Öz fədakarlığı ilə mənəvi yüksəliş zirvəsinə çatmış professor Kamal Camalov. https://www.mektebgushesi.az/2023/11/28/oz-f%c9%99dakarligi-il%c9%99-m%c9%99n%c9%99vi-yuks%c9%99lis-zirv%c9%99sin%c9%99-catmis-professor-kamal-camalov/

AVTOREFERAT VƏ ELMİ SEMİNARA VERDİYİM RƏYLƏR

  1. Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının doktorantı Şəhla İbrahim qızı Mirzəyevanın “Yuxarı sinif şagirdlərinin idrak fəallığının yüksəldilməsində yeni təlim texnologiyalarından istifadə” adlı avtoreferatına rəy.
  2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının doktorantı Xatirə Zakir qızı Qocayevanın “XX əsrin əvvəllərində Azərbaycanda təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məmməd Əmin Rəsulzadənin rolu” adlı avtoreferatına rəy.
  3. Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dissertantı Baxşəliyeva Tamara Şirzad qızının pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Ali pedaqoji təhsil müəssisələrində şəxsiyyətyönümlü təhsilin məzmunu üzrə bilik və bacarıqların sistemi” adlı dissertasiyasına seminar rəyi.

Professor: Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mehman İsmayılov – Azərbaycan müəllimlərinin qurultaylarının tarixi

Azərbaycan müəllimlərinin qurultaylarının tarixini (araşdırma)

XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər kəskin bir durumda olarkən bunların həllinə milli birlik kontekstində nail olmaq zərurəti meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai və mədəni-sosial bir prosesə çevrilib. Xalqın inkişafını təmin edən dünyəvi təhsil, xalq müəllimi hazırlığı, qadın təhsili, ali təhsil məktəblərinin açılması, təhsilin ana dilində aparılması, dərslik və dərs proqramlarının hazırlanması və sair məsələlər bir qrup ziyalının deyil, bütövlükdə Azərbaycan məkanının (çar Rusiyası tərkibində) müzakirə etməli olduğu milli- tarixi problemə çevrilib. Dövrün müdrik və uzaqgörən ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə edib daha yaxşı yol tapmaq məqsədilə Zaqafqaziya müsəlman müəllimlərinin (Zaqafqaziya miqyasında ) qurultayını keçirmək təşəbbüsünü ortaya atıblar.


1906-cı ilin 15 avqustunda başlanıb 30 avqustda başa çatan Azərbaycan müəllimlərinin I qurultayı ilə bağlı geniş hazırlıq işləri görülüb. Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İlk qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.
İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə başlayıb. Qurultayda 1906-cı ildə çağırılan qurultayın tərtib etdiyi proqramlara, Azərbaycan dili və hesab kitablarına, Azərbaycan dilində tədris üsulunun işlənilməsinə və s. məsələlərə baxılıb.
Əvvəlki qurultaylardan fərqli olaraq 1919-cu ilin avqustunda (20 avqust-1 sentyabr) başlayan III qurultay artıq dövlət səviyyəsində keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırıb.
Sayca IV qurultay 1925-ci il mayın 25-də öz işinə başlayıb. 250 nəfər nümayəndənin iştirak etdiyi bu ali məclis Şuralar İttifaqının beynəlxalq vəziyyəti, Şura quruluşunda maarif məsələləri, müəllimlərin cəmiyyətdə rolu məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul edib.
V qurultay 1931-ci il yanvarın 25-də keçirilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov giriş sözü ilə çıxış edib. ASSR Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadənin məruzəsi dinlənilib, kənd müəllimləri üçün əlavə güzəştləri əks etdirən qətnamə qəbul edilib. Qurultay ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə məsələlərə xüsusi əhəmiyyət verib.
1946-cı ilin 26 avqustunda başlayan VI qurultay ağır və dəhşətli müharibədən sonra respublika məktəblərində təlim və tərbiyə işlərinin yüksəldilməsi; müəllim hazırlığı və ixtisasının artırılması məsələlərini müzakirə etməyi gündəliyə salıb. Birinci mövzuda Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov məruzə edib, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin ixtisasının təkmilləşdirilməsi, pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və s. haqqında real vəziyyət təhlil olunub.
1960-cı ilin 14 noyabrında Azərbaycan SSR EA-nın binasında işə başlamış VII qurultayda respublika maarif naziri, professor M.Mehdizadə məktəblərin yenidən qurulmasının ilk yekunlarını təhlil edən məruzəsində “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və ölkədə xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” qərarla bağlı Azərbaycan müəllimlərinin qarşısında duran vəzifələri şərh edib.
1967-ci ilin 26 yanvarında öz işinə başlayan VIII qurultayda Azərbaycan SSR maarif naziri M. Mehdizadənin “Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında” geniş məruzəsi dinlənilib müzakirə olunub.
Azərbaycan SSR müəllimlərinin 18-19 may 1978-ci il tarixlərində Bakıda keçirilən IX qurultayı Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açılıb. Azərbaycanda müvafiq qərarla bağlı görülən işlər və vəzifələr nitqdə şərhini tapıb. “Ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında” partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə bağlı geniş məruzə dinlənilib.
1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında keçirilmiş X qurultayda Azərbaycan SSR maarif naziri, professor K.Rəhimov və Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli çıxışlarda 1984-cü il təhsil islahatı istiqamətləri ilə bağlı görülən işlərə aydınlıq gətirilib.
Azərbaycan müəllimlərinin XI- XVI qurultayları müstəqillik dövründə keçirilən ali məclislər kimi səciyyəvidir.
XI qurultay 1998-ci il sentyabrın 25-də Heydər Əliyev sarayında keçirilib. 1995 nəfər nümayəndə qeydiyyatdan keçib, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni məhz həmin qurultayda səsləndirilib.
Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər Əliyev sarayında keçirilən XII qurultayı ulu öndər Heydər Əliyevin təbrik məktubu ilə açılıb. Qurultayda milli təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən söz açılıb. Vurğulanıb ki, böyük siyasətçi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.
2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. Qurultaydakı çıxışlarda qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə rəhbəri İlham Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda öz əksini tapıb.
2013-cü il Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. Azərbaycan Respublikasının ümumi təhsil sistemində 4 min 513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti vardır. 2013-2014-cü dərs ilində 137 mindən çox şagird ilk dəfə məktəbə qədəm qoymuşdur.
İlk peşə-ixtisas təhsili pilləsində mövcud olan 108 müəssisədə 29 min 337 nəfər şagird tədris prosesinə cəlb edilmişdir. Orta ixtisas təhsili pilləsində 64 min 116 nəfər tələbə 59 müəssisədə təhsil alır. Hazırda 44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682, magistratura səviyyəsində isə 11 min 245 nəfər təhsilini davam etdirir.
Çıxışlarda, həmçinin, müəllim nüfuzu, idarəetmə, yeni maliyyələşdirmə mexanizminin tətbiqi, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və digər vacib məqamlardan söhbət açılıb. Müzakirələr zamanı müvafiq təkliflər səsləndirilib, qarşıda duran vəzifələrin həllinə dair mülahizələr irəli sürülüb.
Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sistemləri sırasında yer tutması üçün həyata keçiriləcək islahatların yeni mərhələsinin müvafiq hədəflərə çatmağa imkan verəcəyinə əminlik ifadə olunub.
2018-ci il Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya¬sı”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib.Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət təltifləri təqdim edilib. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib.
2023-cü il Dekabrın 15-16-sı tarixlərində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.
“Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.
Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul etmişdir:

  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi;
  • təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması;
  • ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun daxil edilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması;
  • gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;
  • uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və müəllim heyətinin peşəkarlığının arıtılması;
  • ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin nəticələrinin yüksəldilməsi;
  • təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması;
  • təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və diferensial əməkhaqqı sisteminin tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi;
  • əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması;
  • ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;
  • bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin təşkili mexanizminin yaradılması və tətbiqi;
  • istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması;
    Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, elm və təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”.
    Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 6 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 16-cı, müstəqillik dövründə 6-cı qurultayıdır.

Müəllif: Mehman İsmayılov 

.

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru