www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

QARABAĞ – Vüsal Ağa

QARABAĞ…

Şirin yuxum yavaş-yavaş qaçırdı. Hiss edirdim ki, səhər açılır. Gözlərimi açmırdım. İstəmirdim ki, yuxu məni tez tərk etsin. Axı bu yuxunu zorla, gecədən xeyli keçəndən sonra tapmışdım. İstəyimin əksinə olaraq şirin yuxu məni tərk etdi. Yenə də gözlərimi açmayıb yerimdə qurcalanırdım. Gözlərimi açdım. Könülsüz yerimdən qalxıb su kranına doğru getdim. Yerimi yığışdırmadım. Sanki yenə də anamın: “Yekə kişisən, hələ də yerini mən yığışdırıram,” – deyə öz-özünə deyinməsini eşitmək üçün yerimi qəsdən yığışdırmamışdım. Otağın sükutunu su kranının şırıltısı pozdu. Candərdi yuyuyanaraq kranı bağladım. Yenə də sükut. Darıxdırıcı sükut məni sıxdı. Çay içməyə də həvəsim olmadı. Qapını bağlayıb pilləkənlərlə aşağı düşdüm. Sükut pozuldu. Avtomobillərin əcaib siqnalları, sirena səsləri… Bu səslərdən “qaçmağa” başladım. Sakit bir yer axtarırdım. Necə də qəribə adamam. Özüm özümü başa düşə bilmirəm. Elə bil evdən sükuta görə qaçmamışdım. İndi də səs-küydən sükuta döğru qaçıram. Marşuruta minib Bakıya getdim. Parka gəldim. O qədər də sakitlik olmasa da məni qane edirdi. Boş yer axtarırdım.. Skamyalarda oturan olsa da boş yerlər vardı. Mən isə bu böyük şəhərdə tək qalmaq istəyirdim. Dalda bir yerdə tamam boş skamya tapıb oturdum.
Yavaş-yavaş özümə gəlirdim…. Rahat nəfəs alıram, ürək döyüntülərim qaydasına düşüb, qan təzyiqim də, yaxşıdır. Xəzri də sərinlik gətirir. Ağaclarda oturmuş bülbüllərin, bəzək kollarının arasından qaratoyuqların cəh-cəhi eşidilirdi. Bir az aralıda qovaq ağacının kölgəsində ahılların kimisi şahmat oynayır, kimisi kəklikotulu çay içərək şirin-şirin söhbət edirdi. Nədənsə onlara qoşulmayıb, seyr etməklə kifayətlənirdim. Kəkliotunun ətri gül və çiçəklərin ətri ilə qarışaraq xoş rayihə yaradırdı. Bu rayihəni ciyərlərimə çəkməkdən doymurdum. Bir az aralıda bir neçə yaşlı qadın bir-birilərinin üzünə baxmayaraq, söhbət edə-edə nəsə toxuyurdu. Onlardan azca aralı uşaqlar oynayırdı. Arabir onlardan biri aralanaraq anasının yanına qaçır və barmağı ilə dəstədə hansı uşağısa göstərərək nəsə deyirdi. Ana əyilərək uşağın qulağına yavaşca, eşitmədiyim səslə pıçıldayır. Şikayətçi uşaq yenidən dəstəyə qoşulur. Mən də uşaqlara qoşulmaq istəyirəm. Gizlənpaç, qaçdı-tutdu, çiling ağac, bənövşə-bənövşə, qazlarım-qazlarım oynamaq istəyirəm. Anamın yanına qaçıb uşaqlardan şikayət etmək istəyirəm. Ağlamaq istəyirəm. İstəyirəm ki, anam başımı tumarlasın, qucaqlasın…

Qəfil bir səs məni xəyallardan ayırdı. Bir vaxt gerçək olan xəyallardan ayrılmaq istəmirdim. Fikrim məni xəyallardan ayıran, əlində yandırılmamış siqaret tutan 15-16 yaşlarında yeniyetmədə qalmışdı. Nə dediyini eşitmirdim. Qəribədir, diqqətim mənə lazım olamayan bu yeniyetmənin oğlan və ya qız olduğunu ayırd etməyə yönəlmişdi. Özüm də bilmirdim ki, bu, mənim nəyimə lazımdır? O səs bir də eşidildi: “Qaqaş”, səninləyəme, yandırmağa “zajqalkan” var?” Məni xoş xəyallardan ayıran yeniyetmənin üzünə baxa-baxa qalmışdım. Cavab vermək iqtidarında deyildim. Boğulmağa başladım, nəfəsim çatmırdı. Tərslikdən öskürək də başladı. “Niçeqo ne ponil”-deyərək çiyinlərini çəkərək uzaqlaşdı. Qulaqlarım uğuldayırdı. İki əllə qulaqlarımı tutdum. Əksinə qulaqlarımda səs-küy, dahada artdı. Bu səs-küydən “qaçmağa” başladım. Nağıllarda olduğu kimi, sağa getdim, sola getdim, düz getdim. Enli pilləkənlərlə, tələsə-tələsə aşağı düşən insanları gördüm. Bir az dayanmağa üstünlük verdim. Düşənlərin ardı-arası kəsilmirdi. Elə bil bu boyda şəhərin boyüklü-kiçikli bütün əhalisini doymaq bilməyən nəhəng bir əjdaha kimi udacaqdı. Bu pilləkənlərin nə olduğunu aydınlaşdırmaq istəyirdim. Girəcəkdə dairəvi lövhədə M hərfi yazılmışdı. İnsan axını çoxalmışdı.Geri qayıtmaq müşkül idi. Bir də gördüm ki, ”sehrli” pilləkənlərdəyəm. Yerimdə dayansam da məni həmin pilləkənlər aparırdı.

Birdən qəfil səs gəldi:”-hörmətli sərnişinlər”… Bu xoş səsin kəsilməyini istəmirdim. Qatar dayandı.Qapılar açıldı.Yenə o xoş səsi eşitdim: “-qapılar bağlanır”… Qatar sürətlə uzaqlaşırdı.Təkərlərinin səsi eşidilməz oldu. Yenə də sakitlik, sükut. Bu qədər geniş yerdə, yerin altında iki nəfər qalmışdıq. Bir mən, bir də əynində uniforma olan bir qız. Geyimi qızın gözəlliyini daha da artırırdı. Yadıma bir atalar sözü düşdü: “Gözəllik ondur doqquzu dondur” Ürəyimdə güldüm. Qəlbimin səsinə qulaq asmağa başladım. Qəlbimdəki səs get-gedə çoxalırdı:”- əzizinəm, Qarabağ… yaddan çıxmaz Qarabağ”. Bu, Seyidin səsi idi. Bu səsi elə bil anadan olanda həmişəlik beynimə həkk etmişdilər. Mənə elə gəlirdi ki,bu səs məni o dünyada da tərk etməyəcək. Gah Şuşa qayalarına dırmanır, gah Bazar düzündə at çapır, gah da İsa bulağının gözündən su içirdim.Yenə o xoş səs məni xəyallardan ayırdı. Bu sükutu pozan həmin o ikinci nəfər idi. İndi onu yaxından görürdüm. Qarşımda üzündə təbəssüm olan bir mələk dayanmışdı. Bu”mələk” dilləndi:

-Siz, hara getmək istəyirsiniz?

-Qarabağa.

Mələyin üzündəki təbəssüm kədərlə əvəz olundu…
“Az qalıb İnşəAllah gedəcəyik Qarabağa”…

Qəlbimdəki səs isə get-gedə yüksəlirdi: Əzizinəm, Qarabağ…yaddan çıxmaz Qarabağ…

PS: Şükürlər olsun artıq Qarabağa dönmüşük. Qradağ bizimdir. Qarabağ Azərbaycandır!
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad eləsin!

Hörmətlə: Vüsal Ağa

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlahəddin Əyyubi haqqında

Xristianların hegemonluğuna son qoyan, III səlib yürüşündə qalib gələn — Səlahəddin Əyyubi Azərbaycan türküdür!
Əbülfəz Elçibəy: Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda:
Tələbə: Hansı ölkədənsiniz?
Elçibəy: Azərbaycandan.
Tələbə: Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!
Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım.
Elçibəy: Haradan bilirsiniz?
Tələbə: Səhər mən sizə mənbəni gətirərəm.
Gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayındı, üzərində Səlahaddinin cəngavər geyimində rəsmi var idi.
-Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, Misirdə Əyyubilərin sülaləsinin hakimiy- yət əsasını 1177-ci ildə qoyan məğlub olmaz Komandir və Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan SƏLAHADDİNDƏN soruşmuşlar:
-Deyirlər ki; Siz kürdsünüz. Bu, doğrudurmu?
Sultan:
-Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Əz-zib tayfasındanıq. Birbaşa-doğruya, o zaman bunu oxuduqda məni çox həyəcana getirmişdi. Bir şeyə hayıflanırdım ki, tarix qaynağı gösterilməmişdi. Sonralar Bakıda Aspirantura’da oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımın davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikan’ın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində. İbn Hellikan yazır:
«Şirkuh demişdir ki, bizim nesebimiz (soykökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!».
Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçe’de geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır.
Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün arab elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi belə Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «menim qurd tinetli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı).
(C)Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164

XII-XIII əsrlərdə yaşamış ərəb şairi İbn Sənaülmülk bunu təsdiqləyir:
“Bi dovlət-it-Turki əzzət millətul Arab
Va bi ibni Əyyub zəllət şiətus sulub”

Tərcüməsi:
Türk dövləti ilə ərəb milləti izzətləndi
Əyyuboğlu əlində səlibçilər zəlil oldu (c)

Əkbər Nəcəf.
Tarixçi – Araşdırmaçı.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nuranə Rafailqızı Azərbaycan Yazıçılar Biliyinin üzvlərinin sıralarında

Jurnalımızın daha bir əməkdaşı Azərbaycan Yazıçılar Biliyinə üzv qəbul olunub. Tanınmış həkim – şair Nuranə Rafailqızı öz sevincini oxucuları ilə bölüşüb:

“Bugünlük, sevinc payım bir az çox olub. Və bu payı sizlərlə bölüşmədən dura bilmədim, əziz oxucularım!


Mənə dəstək olan hər kəsə, başda AYB-nin sədri Anar Rzayev, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, AYB-nin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, AYB-nin qəbul komisiyasının katibi Məlahət xanım Qəmbərova,Yazarlar jurnalının redaktoru Zaur Ustac olmaqla, böyük etimad göstərərək zəmanət verən dəyərli xanım yerlimiz qələm sahibi Südabə Sərvi, söz ustadlarıTofiq Nurəli, İsmayıl İmanzadə və İnqilab İsaqa dərindən minnətdarlığımı bildirirəm! Və sizlərin arasına qatıldığımçün böyük qürur hissi keçiriəm!”

“YAZARLAR”  JURNALI olaraq əməkdaşımızın nailiyyətlərinə sevinirik. Uğurlarınız bol olsun, Nuranə RAFAİLQIZI !!!

NURANƏ RAFAİLQIZININ YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİMİN MÜƏLLİFİ OLDUĞU “PARADOKS” KİTABININ TƏQDİMATI KEÇİRİLİB.-Fotolar

AYTAC İBRAHİMİN MÜƏLLİFİ OLDUĞU PARADOKS KİTABININ TƏQDİMATI KEÇİRİLİB.

18 oktyabr 2023-cü il tarixində Qax rayonu Qıpçaq kənd orta məktəbində Aytac İbrahimin müəllifi olduğu “PARADOKS” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərlinin iştirakı ilə keçirilən tədbirdə rayonun bir çox yazarları da iştirak ediblər.

Təqdimat mərasimində iştirak edən Qax yazarlarından Abdulla Şəhmir, Pərvanə Həşimova, Solmaz Elqızı, Nailə Hacıyeva, Rüfət Küskün, Qıpçaq kənd tam orta məktəbin direktoru, Şəhid qardaşı və şair Nadir Ziyad, gənc şairə Aytac İbrahimin doğmaları və şəhid ailələri, Şəki Zaqatala regional təhsil idarəsinin Qax rayon üzrə sektorunun müdiri Və həmkarların sədri Təranə xanım, Babək Heydərov da iştirak ediblər. Tədbir Azərbaycan respublikasının Dövlət himni səsləndirilidikdən və Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra başlayıb.

Tədbir Müstəqilliyimizin bərpasının növbəti ildönümü gününə təsadüf etdiyindən bu möhtəşəm günlə bağlı film nümayiş etdirilib. Daha sonra məktəbin direktoru Nadir müəllim sözü Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərliyə verib. Əlmaniz müəllim öz çıxışında gənc yazar Aytac İbrahimin yazdığı “PARADOKS” kitabının təqdimatını məhz doğulub boya-başa çatdığı kənddə, onun təhsil aldığı məktəbdə keçirilməsini xüsusi vurğulayıb:”düşünürəm ki, tədbirdə iştirak edən məktəbin pedaqoji kollektivi və şagirdləri bu görüşdən stimul alacaqlar və kimlərsə tərəddüd içərisindədirlərsə artıq motivasiya alaraq onlarda yazmağa başlayacaqlar. Bu tədbirdə Qax rayonunda tanınmış yazarlar Azərbaycan Yazıçılar Birliyinin üzvləri iştirak edirlər. Biz belə bir möhtəşəm tədbiri təşkil etməklə Aytac xanımın çiyinlərinə böyük məsuliyyət qoyduq, daha bundan sonra ona yalnız yaradıcılıq sahəsində irəliləmək qaldı.

Daha sonra Azərbaycan yazıçılar birliyinin üzvü Qaxda xüsusi çəkisi olan Abdulla Şahmir çıxış edərək Aytac İbrahimin yazdığı “PARADOKS” kitabının işıq üzü görməsini yaxşı hal olduğunu vurğulayıb və gənc yazara uğurlar arzulayıb. Tədbirdə çıxış edən digər yazarlar Nailə Hacıyeva, Solmaz Elqızı, Nüyvər Şərifova, Pərvanə Həşimova, Rüfət Küskün vəs. gənc yazara yaradıcılıq işlərində uğurlar arzulayıblar.
Aytac İbrahim ona göstərilən diqqət və qayğıya görə tədbirdə iştirak edən hər bir kəsə ayrıca minnətdarlığını bildirib və daha yaxşı çalışacağına söz verib.
Şəki Zaqatala regional təhsil idarəsinin sektor müdiri Babək Heydərov da çıxış edərək gənc yazar Aytac İbrahimin yazdığı şeirlərə öz münasibətini bildirib və gənc yazara yaradıcılıq uğurları arzulayıb.


Tədbirin sonunda gənc yazar Aytac İbrahimi Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli “Qax rayonunda gənc yazarlar arasında seçildiyinə görə Aytac İbrahimi Bölmənin Diplomu ilə təltif edib. Daha sonra Qıpçaq kənd tam orta məktəbin direktoru Nadir Ziyadlı və təhsil işçiləri həmkarlar ittifaqının rayon üzrə sədri Təranə xanım da gənc yazarımızı təltif etdi. Qax yazarları Nüyvər Şərifova və Solmaz Elqızı da gənc yazara öz hədiyyələrini bağışladılar.
Tədbir çay süfrəsi arxasında davam etdi. Tədbirdən fotolar:

“YAZARLAR”  JURNALI olaraq əməkdaşımızın nailiyyətlərinə sevinirik. Uğurlarınız bol olsun, Aytac İBRAHİM !!!

AYTAC İBRAHİMİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MUNCUQ: – “Xocalı Azərbaycandır!!!

Xocalının işğaldan azad olmasını görməyən başda Xocalı -Gədəbəy mədəniyyətinin görkəmli tədqiqatçısı elmi rəhbərim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyevin və bütün dünyasını dəyişmiş mərhum arxeoloqlarımızın əziz xatirəsinə ithaf edirəm.

MUNCUQ

(hekayə)

Düz otuz bir il susdum. Yaddaşımın üç min illik tarixini lal dinməz edib səssiz qaldım. Yan-yörəmdəki körpə uşaqların, azğın vəhşət qurbanı saysız-hesabsız günahsızların sızlayan ruhlarından utanıb kirimişcə durdum. Əslində öz dərdimi unudub ətrafımdan göylərə ucalan ahlara için-için ağladım. O müdhiş gecədə eşitdiyim fəryadları, qışqırıqları bir-birinə calanan əsrlər boyu nə görmüşdüm nə də təsəvvürümə gətirmişdim.
Ruhum bədənimdən ayrılanda elə bilirdim min illiklər boyu mənim dərdim kimi dərd olmayacaq. Sən demə yanılırammış. İndi səmalarından doğma Xocalıya enən ruhum nələrə şahidlik etmədi.
Uzaq zamanlarda, indi insanların İsanın doğulmasından hesabladıqları eradan min il əvvəl göz açmışdım bu dünyaya. Ağılım söz kəsəndə bildim ki,bura doğma yurdum Xocalıdır. Mənim tapındığım, inandığım tanrım bu yerlərdən heç bir gözəllik əsirgəməmişdir. Hər fəsli biri-birindən ecazkar yurdumda hamı xoşbəxt və qayğısız idi. Təbiəti kimi insanlar da bəxtəvər. Fəqət fələk qələm çəkib taleyimi qara yazdı. Bu dünyanın nakam eşqi qismətimə tuş oldu. Qəbiləmizin mənə elçi düşən say-seçmə igidlərinin içərisindən könül vediyim Azay bir gün Araz boyundakı Quzğun dərəsində namərd oxuna tuş gəldi. Hardan biləydim ki, ikicə gün əvvəl görüşümüz sonuncu vüsal günümüz imiş. O vaxt tanrı yerə nə Davudu nə İsanı nə də Məhəmmədi hələ elçi göndərməmişdi. Biz xocalılar öz ay tanrımıza sitayiş edirdik. Öz tanrımızın izni ilə də nişanlanmışdıq. Azayla sonuncu görüşümüzdə onun uzaq Dəclə sahillərindən mənə hədiyyə gətirdiyi mucuğu boynuma öz əli ilə bağladığı anları indi olubmuş kimi xatırlayıram.
-Selin, bizim Xocalıdan çox uzaqlarda Dəclə çayı axır. Onun sahillərində Assuriyalılar məskundur. Qüdrətli hökmüdarları Adadnirari Nil vadilərinin ən yaxşı sənətkarlarını öz ölkəsinə toplamışdır. Onun sarayında Urmiyə ətrafının ən adlı-sanlı sənətkarları da çalışır. Bu boyunbağını çox guman ki, bizim mannalı ustalar düzəldib. Bax, bu xətləri görürsən? Burada hökmüdar Adadnirarinin adı yazılıb.
-Nədən bilirsən ki mannalı ustalar düzəldib?
-Muncuqlar elə cilalanıb ki, Urmiyyənin suları kimi şəffafdır. Doğma gəlir mənə nədənsə
-Gözəldir. Yəqin çox qiymətlidir. Tanrı bilir bəlkə də bir dənəsinə bir sürü qoyun almaq olar. Bir de görüm necə aldın?
-Urmiyədən aşağı Su ellərində qalın meşələrin əhatəsində bir orman var. Orada bir çeşmə başında yorğunluğumu alırdım. Ayaq səslərinə oyandım. Yanımdan gur sürüsü keçdi. Köhlənimi çapıb, sürüyə çatdım. Gurun birinin üstə atılıb, buynuzlarından yapışdım. Hökmüdar mənim ov ovlamağımı seyr edirmiş. Öz dəstəsi ilə yaxınlaşıb haralı olduğumu soruşdu. Qafqazlardan olduğumu bilincə bu muncuğu mənə bağışladı. Sonra da dedi ki, madyanın nə vaxt qulunlasa onun qulununu mənim sarayıma göndər. Əgər igidliyini gözlərimlə görməsəydim atını alacaqdım əlindən. Sənin atın ildırım təki şığıyırdı gurların arxasıca.
Azayın yoxluğu ilə barışa bilmədim. Ağlamaqdan gözlərim tutuldu. Tezliklə mən də əbədiyyətə qovuşdum. Qəbiləmiz adətlərimizə xilaf Azayın hədiyyəsini boynumdan açmadı. O vaxtlar Xocalıda dəfn olunanların yanında bəzək, zinət əşyaları basdırmırdılar. Mən ilk oldum.
O vaxtdan ruhum göylərə qalxıb doğma yurdun üstə əbədi sakin oldu. İllər qərinələrə çevrildi. Qərinələr əsrlərə calaq oldu. Nəsillər dəyişdi, insanlar yeni-yeni inanclara tapındı. Zəlzələlər, tufanlar tüğyan etdi. Amma doğma yurdumuza yağı ayağı dəymədi. Hər yaz dağ döşündəki laləli düzə enib köhnə, təzə bütün ruhlarla yurd gözəlliyindən zövq alırdıq.
Çox sonralar bildim ki, insanlar bizim Azayla xoşbəxt çağlarımıza İsanın mövludundan min il əvvəl deyirmiş. Elə o miladın XIX əsrində, 1895-ci ildə bir Resler soyadlı əcnəbi arxeoloq ruhumun gözləri qarşısında muncuğumu tapıb nəşimin boynundan götürdü. Eşitdiyimə görə indi onu uzaq Şimalda Neva sahillərində, Piterdə Ermitajda saxlayırlar. Zamana buraxsam da hər gün, hər saat mucuğumun Xocalıma, Azayın uyduğu torpağa qayıdacağını həsrətlə gözləyirdim. Ta ki, O dəhşətli gecəyə kimi. 1992-ci ilin 26 fevralı. Üç min ildə görmədiyim vəhşiliyi gördüm həmin gecə. Bu yerlərə köçürülüb gətirilən erməni azğınları körpə uşaqlara belə aman vermədən qətliam yapırdılar. Bu insanların “günahı” yalnız türk olmaları idi. Faryad, ah, nalə, qışqırıq səslərindən göylər belə lərzəyə gəlirdi. İnsan cildində quduzlaşmış ermənilər bir xocalılıya belə aman vermirdi. Biz bütün zamanların ruhları göylərdə qərar tutmaqdan utanırdıq. Bəlkə biz bulud olub tanrının aşağıdakı zülmü görməsinə mane oluruq deyə.
Düz 31 il idi mənim üçün əziz olan hədiyyəmin xiffətini çəkmirdim. Düz 31 il idi yanımızadakı 613 günahsızın ruh gözlərindən axan yaşı silirdik. Düz 31 sinə narahatlıqdan sızım-sızım sızlayan ruhların əhatəsində Azay niskilimi düşüncəmin ucundan belə keçirə bilmirdim.

Bir payız günü, bir günəşli küz vədəsi 15 oktyabr 2023-ci il Xocalının səmasında üç rəng kombinasiyasından ibarət, mənim göylərə qalxdığım e. ə. X əsrdə olduğu kimi müqəddəs bildiyimiz hilallı bəlgə ucaldı. Adına bayraq deyilən üç rəngli gözəllik dalğalanan səma köks dolusu nəfəs aldı. Bu bayrağın göylüyü Urmiyənin bir vaxtlar dupduru rəngindən rəng almış, alı Xocalımın sızlayan yaralarından qan rəngli lalələrdən qızarmış, yaşılı Murovdan Savalana uzanan ormanlardan rişələnmiş. Lap mənim mucuğum kimi rəngli gözəl.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

.

                  

.

Фархад Аскеров (Рамизоглы) – РАССКАЗЫ

КАК ПРЯТАЛИ ВЗЯТКУ
(РАССКАЗ)

В советское время велась серьезная борьба с взяточничеством.
Однако склонные к взяточничеству придумывали различные методы уклонения, рационализаторские предложения, чтобы их не поймали, и с помощью этих методов и способов им удавалось уйти от ответственности. Как говорится, были и такие, которые попадались. Но это, даже не охватывало никакой процент общего положения.
Многие из этих взяточников ушли в мир иной. Однако есть те, кто еще жив и вспоминают ту эпоху с ностальгическими чувствами, а собираясь вместе, с восторгом рассказывают о тех днях.
В одной из чайханы, где обычно собираются пожилые и играют в нарды, несколько человек рассказывали о своих былых подвигах…

Из беседы первого:

Только устроился прокурором в один из районов. Всё искал, за кого взяться. Я же должен был вернуть то, что дал выше.
Бог свёл меня с председателем колхоза. Я много придирался к нему, говорил о присвоении, хищении социалистической собственности, чести, достоинстве… Бедняга, вероятно, каждый раз выпивал бутылку валерианы, когда уходил от меня.
Он давно предложил мне “прийти к согласию”, но я сам намеренно всё откладывал, чтобы немного повысить “ставку”. Наконец наступил такой момент, когда мы пришли к единому согласию и определили решающий день: на следующий день мы должны были встретиться в моём кабинете в оговоренное время.
Я ещё с юности был очень осторожен. Меня не так просто было обмануть, заманить в сети. В день назначения на эту должность под окном своего кабинета на втором этаже я разбил небольшой садик и огородил его. Была только одна маленькая входная-выходная дверь, которая открывалась прямо на улицу.
На следующий день, в назначенное время, ко мне в кабинет пришёл председатель колхоза. В руках у него был свёрток. В то время не было «дипломата», как сегодня. Да, мужчина дал мне свёрток и тут же вышел. Я что-то заподозрил. Но я всегда был предусмотрительным.
Я быстро открыл форточку окна и выбросил свёрток в маленький садик. В тот момент там стоял мой человек. Он сразу подхватил свёрток в воздухе и исчез, проскользнув в дверь сада, выходящую на улицу.
Не прошло и минуты, как вошли три человека. С ними и председатель колхоза. Они вежливо поздоровались, представились и сказали, что им следует обыскать кабинет. Я сразу понял, из какой организации они. Никто, кроме них, не имел права проводить обыск в кабинете прокурора.
Без каких-либо возражений я сказал, пожалуйста. И сказал, что могу оказать любую помощь, которая потребуется.
Поиск, который занял несколько часов, не дал никаких результатов. Не осталось места, чтобы они не проверили.
Наконец, все трое устремили взгляд на председателя колхоза. То есть, где? Вы бы видели бедного председателя. Лицо посинело, глаза были подобны глазам мертвой овцы, а сам он весь съёжился. А я за эти несколько часов ни разу не посмотрел в его сторону… Когда все трое устремили глаза на председателя колхоза, я тихо спросил:

Весь этот переполох из-за него? Ведь, я возбудил в отношении него уголовное дело. Он разорил и разграбил имущество колхоза!
Конечно, сотрудники органов чувствовали, что результат обыска вовсе не такой, каким должен был быть на самом деле. Но всё зависело от доказательств.
Они извинились и ушли. Спустя несколько дней, председатель колхоза был арестован за разорение колхозного имущества и «клевету» на меня.

Из беседы второго:

А у меня был очень простой и оригинальный способ. Работал начальником материальной базы. В день я получал много взяток. Невозможно было часто заходить и выходить. Я подумал и нашел метод, который никогда не оставлял меня в затруднительном положении. На глазах у всех, у входа в кабинет, я поставил большое урно для мусора. Кто бы что ни приносил, я указывал на это урно: то есть, пусть он бросит в него то, что у него есть. А когда уходил домой, забирал всё что было там. Это был очень эффективный метод…

Из беседы третьего:

Были очень напряженные времена. Я работал на такой должности, где взятки были «крупными». Я должен был вылететь в столицу. Самолёт должен был вылететь через пять-шесть часов. Рано утром мне должны были принести деньги. Горничная пришла пораньше и убрала мой кабинет. Поскольку была зима, она ещё и потопила железную печку. Дубовые дрова горели с треском.
У меня была одна привычка.
Я и сейчас получаю удовольствие, сидеть перед печкой и щипцами ворошить горячий огонь. Дверь открылась, вошёл человек, которого я ждал. Он достал из кармана бумажный пакет и протянул его мне.
Прямо у печки я взял пакет и открыл его. Были две пачки. Для того времени это была очень большая цифра. Я дал ему понять, чтобы он ушёл.
Но я увидел в его глазах беспокойство. Как только он вышел за дверь, не знаю, что взбрело мне в голову, я открыл дверцу печки и сунул внутрь два пакета, и обернутую ими бумагу. И только щипцами вновь начал ворошить огонь, как вошли два человека. Я закрыл дверцу печки и удивлённо посмотрел на них. А сам понял, что это подстава, и если печка привлечёт внимание, то мне конец.
Они усадили меня на один из стульев и обыскали весь кабинет. Но ничего не смогли найти. Ведь, кто бы мог подумать, что в очаге горит именно то, что они ищут.
Поиски не дали результатов, и поэтому они ушли. А я сел в служебную машину и направился в сторону аэропорта. Времени оставалось еще много. До прибытия на место, я подумал: «Ах, ты, бедолага, что ты делаешь? Ведь, позже им может прийти в голову, что они даже не посмотрели в печку. Если они вернутся и проверят, даже по пеплу могут распознать». И тогда, я сказал водителю, что забыл билеты в кабинете. Быстро, разворачивай назад.
Впопыхах вошёл в кабинет. К счастью, дверь кабинета ещё никто не открывал. Наспех открыв дверцу печки, что же я увидел: одна пачка полностью сгорела, а с другой ничего не случилось. Чистую пачку положил в карман. А пепел, завернув в газету, взял с собой, чтобы выбросить по дороге.
Несгоревшая пачка полностью окупила все мои расходы в столице…
Автор : Фархад Аскеров (Рамизоглы)

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAMİN LAÇINLI

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

ZAMİN LAÇINLI

Zamin Behbud oğlu Məhərrəmov 15 may 1973-cü ildə Laçının Cicimli kəndində anadan olub. 1990-cı ildə Cicimli kənd orta məktəbindən məzun olub. Bakı Maliyyə İqtisad kollecini bitirib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizdə yaranmış müharibə şəraiti ilə əlaqədar olaraq Laçındakı 811 saylı hərbi hissədə xidmətə başlayıb. 1993-cü ildə Laçın RPŞ-də polis serjantı kimi fəaliyyətini davam etdirib. Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərin iştirakçısıdır. “Çəkənə dərd-sərdi dünya” adlı kitabın müəllifidir.

Çəkənə dərd-sərdi dünya

Yavaş-yavaş, bala-bala,
Ver çəkim mən dərdi, dünya.
Sənlə mənimki tutmadı,
Yalan, böhtan, şərdi dünya.

Qaçdı dalınca haqladı,
Tutdu, yolundan saxladı,
Yalan düzü ayaqladı,
Heç sevmədi mərdi dünya.

Ta əzəl gündən belədi,
Yoxsulu dərdə bələdi,
Məzluma yükdü, şələdi,
Bilinməyən sirdi dünya.

Hardan əsdi bu ruzigar,
Gah ayrılıq, gah intizar,
Zamin, etmə giley-güzar,
Çəkənə dərd-sərdi dünya.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adil Cəfakeş – İrəlidə.

İRƏLİDƏ

Oturubdu yol gözləyir,
Özüm məndən irəlidə.
Gedirəm ki, danışılır,
Sözüm məndən irəlidə.

Soruşmayın gedən kimdi,
Nə işarə, nə him-cimdi?
Yol göstərən bələdçimdi,
İzim məndən irəlidə.

Hey axtarıb, gözüm gəzir,
Soraqlayıb sözüm gəzir.
Təntiyibdi, dözüm gəzir,
Dözüm məndən irəlidə.

Gah yumulur, gah izləyir,
Axan yaşın əzizləyir.
Neçə ildi yol gözləyir,
Gözüm məndən irəlidə.

Qoy göstərim nümunətək,
Yalan sanıb eyləmə şəkk.
Hələ çox üzlər görəcək
Üzüm məndən irəlidə.

Cəfajeşəm, neçə kərə,
Sallbdılar məni şərə.
Günahlanıb haqsız yerə,
Düzüm məndən irəlidə.

Müəllif: Adil Cəfakeş

LAÇIN ƏDƏBİ MÜHİTİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının OKTYABR (2023) sayı çapdan çıxdı.

“XƏZAN” jurnalının OKTYABR (2023) sayı çapdan çıxdı.
Sayca 53 olan 104 səhifəlik jurnal bədii əsərlərlə (nəsr və poeziya nümunələri ilə), publisistik məqalələrlə zəngindir.
YAZI DÜZÜMÜ aşağıdakı qaydadadır, buyurun, sevə-sevə oxuyun.

1.Redaktor guşəsi
-“Azərbaycan ədəbiyyatının rusdilliləri”

2.Publisistika
-Əli BƏY AZƏRİ – “Kapitan Surxay Noçiyevin son əmri: “Ölmək olmaz!””
-Nəzakət CAVADOVA – “Əlimdə bir cüt qərənfil”, “Mən eşqi bitirmişəm” (esselər)
-Dilbər RZAYEVA – “Satirik “Məşəl” jurnalı”
-Röya TALIBLI – “Azərbaycan mədəniyyətinin keşikçisi”
-Kifayət MƏMMƏDOVA – “Azərbaycan çağdaş xanım şairəsi” (Həmidə Rəiszadə – “Səhər”)
-Ruqiyə İSMAİLOVA – “Azərbaycan gəncliyinin xilaskarı”
-Zaur USTAC – “Tərəfsiz ədəbiyyat tarixdir”
-Əli BƏY AZƏRİ – “Cəfərqulu babamın ulu babası” (oçerk)

3.Poeziya
-Şahməmməd DAĞLAROĞLU – “Bir soyuq baxış”, “Bəlkə də utanardım”, “Ortaya”, “Səhvlərim”, “Sevgi şeiri yazsam”, “Yeridi” (şeirlər)

-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Müəllim adını şərəfləndirdin” (şeir)
-Təranə DƏMİR – “Poeziyanın payız çələngi”
-Ay Bəniz ƏLİYAR – “43 yaşıma gecikmiş məktub”, “O dam”, “Qızıma gecikmiş ad günü təbriki”, “Yoxluq”, “Hardan bilim”, “Qapısı”, “Qapının”, “Gəzərsən”, “Ölçüsü boyda”, “Ana olmaq” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – Müxəmməslər, qəzəllər, rübai və dübeytlər
-Seymur SÖNMƏZ PAŞAYEV – “Bəd nəzərlər çapdı bizi”, “Mən səni bu qədər sevməməliydim”, “Sənin”, “Nolar, qocalmasın anam, ay Allah”, “Gedirsən”, “Neynirəm ucuz ad-sanı”, “Məni bağışla”, “Getmisən”, “Sən hardan biləsən”, “Gördüm” (şeirlər)
-Mahir CAVADLI – “Payız”, “Qayıdarıq, inşallah”, “Salam, od-ocağım”, “Sənin axı nə yaşın ki…”, “Çəkilir”, “Qəhrəman Sivas”, “İsti bir yay günü” (şeirlər)
-Şərqiyyə BALACANLI – “Sevimli rəhbər”, “Hamı əzizimdir”, “Mənim İbrahim balam”, “Təvazökar adam”, “Bilmirəm”, “Zəfər qazanan şəhidlərə”, “Dünyanın”, “Tələbəlik illəri”, “Vətən”, “Sərkərdə oldun”, “Nəvələrimə”, “Məhəbbətim”, “Qələbə sevinci”, “Azərbaycan şəhidləri” (şeirlər)
-Zaur USTAC – “Ustacam”, “Araz”, “Bayraq, bizim bayrağımız”, “Nadanlıq”, “Mən zəfərə təşnəyəm”, “Bu payız”, “Tuncaya”, “Dağlar” (şeirlər)
-Səbuhi RƏHİMLİ – “Gileyli deyiləm”, “Özünlə apardın”, “Tənha bülbül”, “Yağan yağış”, “İtirdik”, “Şəhərə gedən yol”, “Darıxıram”, “Özümdən ağır”, “Torpaq” (şeirlər)
-Nəcməddin MÜRVƏTOV – “Şuşada”, “Çaşıb Nikol”, “Nə olub axı”, “Səslə”, “Dözər yəni”, “Səni anlamayan”, “Günahı nə dünyanın?”, “Heykəllərin günahı nə?”, “Necə inandırım?”, “Tələs” (şeirlər)
-Səyavuş VƏTƏNDAĞLI – “Orda bir kənd var”, “İndi sən hardasan, indi mən harda?”, “Bu qatar”, “Zəngilana” (şeirlər)
-Cahangir MİRZƏ – “Dünya rəngləri”, “Eşq”, “Vətən şəkli”, “Çəpik”, “Bircə şeirim” (şeirlər – özbəkcədən tərcümə Şahməmməd Dağlaroğlunundur)

4.Nəsr
-Xuraman ZAKİRQIZI – “Zəfər ətri” (hekayə)
-Vüqar ƏHMƏD – “Niqab” (hekayə)
-Damət SALMANOĞLU – “Mən səni unutmadım” (hekayə)
-Ayaz İMRANOĞLU – “Sevgilimin oğlu qardaşımdır” (roman, davamı – əvvəli ötən saylarda)
-Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Qulaq yoldaşı” (hekayə), “Beləsinə nə deyəsən?” (olmuş hadisə)
-Çərkəz NƏSİRLİ – “Qırx pilləkən” (hekayə)

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarix yazan  Sərkərdə!

Tarix yazan  Sərkərdə!

Qələbəmiz sərvətimiz,xalqımızın,dövlətimizin varlığıdır…

        Azərbaycam Müəllimi olaraq  qürurluyuq! Yetirmələrimiz Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında mənfur düşmən üzərində Şanlı Qələbəyə imza atmışlar! Cənnət  Məkan Qarabağ  torpaqlarının mənfur düşmən tapdağından azad olunması Azərbaycan respublikasının sərhədlərinin bərpası, torpaqlarımızın  mənfur düşmən tapdağından  təmizlənməsi, yeni Tarixin yazılması ,Xalqın, Ordunun, Güclü liderin birliyinin təntənəsidir! Ədalət Zəfər caldı! Həyata kecirilən  siyasi kursun böyük, möhtəzəm nəticəsidir:-Son 200 ildə torpaqlarımızın azad olunmasında  əldə edilmiş Qələbə! Güclü Liderin  siyasi arenada  səriştəli diplomatik fəaliyyəti,  siyasi iradə,  möhkəm Xalqın Birliyini əks erdirən Dəmir Yumruq  düşmənin bel sütünu qırdı! Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharıbə taktikasına heyrət etdi!   Öyrənilməli Nümünə!

         Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda  yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.

 Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın  namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq  vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!!Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların gös­tərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir!   Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! AZƏRBAYCAN BAYRAĞI QARABAĞDA DALĞALANIR! Eşit Dünya, Qarabağ Azərbaycandır!   Bunu  Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada ,Ağdərədə, Xocalıda, Xocavənddə, Xankəndində Dalğalanır! Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Qarabağsız Azərbaycan ola bilməz!  Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Bəli Azərbaycan ordusunun döyüş taktikası, az itki ilə düşmən ordusunun darmadağın etməsində yeni texologiyadan istifadə məharəti  dünya güclərinin heyrətinə, bu təcrübənin öyrənilməsi, ədalətli müharibə, yeni əsrin müharibəsi kimi dəyərləndirilir. Ordumuzla qürur duyuruq!.  Dünya buna şahid olsun: – Tarix yazır Azərbaycan! Allah bizə köməkdir! Dostlar bizə dəstəkdir! Dünya nizamına imza atır Azərbaycan – Türkiyə! Qarabağ Azərbay­candır, Nida! Ad günləri Xocalıda, Toy düyünlər Xan kəndində, Şuşada keçiriləcək! Birliyimiz Ən Parlaq Qələbəmiz! Qətiyyət və Şücaət Qələbəyə aparan yol!  
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirə bilmək! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz!Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin,dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən  üçün    nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün əvəz olunmaz  məkandır   onun Vətəni.  Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır
.   Qarabağda Vətənin azadlığı uğrunda   əbədiyyətə qovuşmuz şəhidlərin məzarı başında  hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

VƏTƏNİN OLMAQ GƏRƏK!
 Gözün aydın Azərbaycan Dünyası!
 
Tarix sevir güclüləri, onunla İtifaqdadır!
Acizləri bil sevməyir, onunla İxtilafdadır!
Güclü Lider, Güclü Dövlət, Güclü Xalq,
Güclü Ordu od ələyir, bax başına düşmənin!
Dünya sənin Qüdrətinə heyrət edir!
Nümünəni Öyrənir!!!
Ədalətli, haqqlı olan kəslərə,
Allah özü kömək edir!!!
Seçib sınayır, sınağından cıxanına,
Var  Allahın Məhəbbəti,  Mükafatı!!!
Başı üstə Allah dayanan,
Əlləri haqq dərgahında,
Dilində duası olan,
Qətiyyətı, Cəsarətli ,
Arxasında Xalq dayanan,
Qarşısında Qüdrətli Ordusu Var!
Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!!!
Sözümüzün var kəsəri!!!
Dünya nizamına imza atırlq!!!
Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!!
Dünya üçün Böyük İpək Yoludur!!!
Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!!
Qarabağın hər güşəsindədalğalanır Bayrağımız!!! 
Üzüyünün Qaşı, Başimizın Tacı, Qarabağ!
Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
Tarix  yazan Ali   Baş   Komandanımız! 
Şəhidlər ölməz, Vətən bölünməz!
Qarabağda dalğalanır Bayrağımız!!!

 Hec  Zaman Enməz!!!

                       Zülfiyyə VƏLİYEVA       

 ADPU-nun ETM-nin elmi işçisi, 

Respublikanın  Əməkdar müəllimi 

Azərbaycan Jurnalistlər Bliyinin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru