Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı işıq üzü görüb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı çapdan çıxmışdır. Yeni nəşr türk dillərinin qrammatik sistemində mühüm yer tutan köməkçi nitq hissələrinin nəzəri və müqayisəli aspektdə araşdırılmasına həsr olunmuşdur. Əsərdə köməkçi nitq hissələri müxtəlif türk dilləri materialları əsasında təhlil edilir, zəngin faktoloji bazaya söykənən elmi ümumiləşdirmələr aparılır. Monoqrafiyada köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri, struktur-morfoloji göstəriciləri və dil sistemində tutduğu yer ardıcıl şəkildə şərh olunur. Tədqiqat türkoloji dilçilikdə nitq hissələri probleminin öyrənilməsi baxımından aktual elmi nəticələrlə diqqət çəkir. Kitabın baş redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Sevil Mehdiyeva, professor İsmayıl Kazımov və filologiya elmləri doktoru, dosent Aynel Məşədiyevadır. “Türk dillərində köməkçi nitq hissələri” əsəri türkoloji dilçilik, ümumi dilçilik və qrammatika problemləri ilə maraqlanan tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr üçün dəyərli elmi mənbə kimi nəzərdə tutulmuşdur.
Elboy QULMONOV 1992-ci il 29 may tarixindəÖzbəkistan RespublikasıQəşqədərya vilayətinin Koson rayonunda anadan olmuşdur. Qarşı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
Yaradıcılıq nümunələri respublika və bir sıra xarici ölkələrin dövri mətbuat orqanlarında dərc olunmuşdur. Onun özbək–qırğız dillərində nəşr edilən “Duyğular şəhəri” (2019), “Könül sarayı” (2021), “Qəlbimin Kəbəsi – anam” (2022) adlı şeir kitabları, eləcə də “Eldə əziz tutulanlar”, “Maarifət işıqları” adlı publisistik kitabları çapdan çıxmışdır.
2023-cü ildə Rusiya “Qızıl Qələm” Milli Ədəbiyyat Mükafatı beynəlxalq müsabiqəsində iştirak etmişdir.
2025-ci ildə TÜRKSOY beynəlxalq təşkilatının “Ahmet Baytursunov” adına ədəbi mükafatı ilə təltif olunmuşdur.
Hazırda Asiya Texnologiyaları Universitetində tarix ixtisası üzrə magistratura pilləsinin I kurs tələbəsidir.
Eyni zamanda Özbəkistan Yazıçılar Birliyinin Qəşqədərya vilayət bölməsində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir.
Özbəkistan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Salam, çox dəyərli “Qəribə dünya” TV-nin izləyiciləri, “Onun həyat yolu” proqramının daimi qonaqları! Hamınızı xoş gördük! Vaxtı çox uzatmadan ilk qonağımıza yaxınlaşıram:
– Fağır müəllim, salam! İlk öncə nəzərinizə çatdırım ki, canlı yayımdayıq. “Qəribə dünya” TV-nin milyonlarla izləyicisi bizi bu qəribə dünyanın internet olan bütün nöqtələrindən izləyir. Bilirik ki, siz fizika-riyaziyyat elmləri doktoru, professorsunuz və bir də indiki, sizi bütün dünyaya tanıdan, məşhurlaşdıran fəaliyyətiniz var. Özünüzü bizim çoxmilyonlu izləyicilərimizə necə təqdim edərdiniz? Buyurun, zəhmət olmasa.
– Əvvala, “ilk” də, “öncə” də eyni şeydi. Bu iki sözdən birini işlətsəniz daha yaxşı olar. Fəaliyyətimizə gəlincə, deməlini dediniz. Təkrara yol vermək istəmirəm. Düşünürəm ki, “Gözündə tük var” kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyev kimi təqdim etsəniz daha məqsədəuyğun olar. Buyurun.
– Bəli, çox dəyərli, izləyicilər, gördüyünüz kimi qonağımız “Gözündə tük var” kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyevdi və o tək deyil. Bu barədə bir az sonra. İndi isə qısa bir ara: Reklamlar. … Bəli, qısa fasiləmiz bitdi. Söhbətimizi qaldığımız yerdən davam edirik. Buyurun, Hacı – icazənizə sizə kəsədən belə müraciət edəcəm – davam edin. Zəhmət olmasa, maraqlı, nümunəvi və eyni zamanda ibrətamiz həyat yolunuz barədə “Onun həyat yolu” proqramının izləyicilərinə danışın.
– Deməli belə, universiteti bitirən ildən öz ixtisasım üzrə institutda əmək fəaliyyətimə başladım. Nə qədər ki, subay idim, tələbə yataqxanasında qalırdım. Elə ki, ailə həyatı qurdum, köçdük ailəlilər üçün olan yataqxanaya. Doxsanlarda vəziyyət çətinləşəndə həyat yoldaşım məni iki qızımla həmin o yataqxana otağında atıb getdi Türkiyəyə. Onu təqsirləndirmək istəmirəm. Bəlkə də zamanında özü üçün düzgün qərar vermişdi. Onu qınamıram, axı həmin vaxt orada da elm-təhsil işçilərinə böyük təlabat var idi. Yataqxanamız da çox şəraitsiz idi. İndi oranı söküb, yerində yeni bina tikiblər. Yasamalda yerləşirdi. Adına “Elçibəyin binası” deyirdilər. Mən uşaqları böyütdüm, oxutdum. Hal-hazırda Almaniyada yaşayırlar. Təqaüdə çıxana qədər elə o yataqxanada subay-salıq yaşadım. İlk gündən təqaüdə çıxana kimi bütün əmək fəaliyyətim dövründə yalnız bir müəssisədə çalışmışam. Elə həmin institutda işləyən dövrdə də indiki fəaliyyətimlə bir xobbi kimi məşğul idim. İş deyəndə, əslində elə bir iş də yox idi. Bütün gün kabinetlərdə oturub vaxt öldürməklə məşğul idik. Yəqin ki, sizin də bu adətdən xəbəriniz var? Adamın gözündə tük olanda, kirpiyi üzünə, gözünün altına düşəndə bunu görən digər şəxslər ailədə, kollektivdə gözündə tük olan adama ürəyində bir arzu tut deyib, tükün hansı gözdə olmasını soruşurlar. Bununla da arzunun çin çıxacağına, niyətin hasil olacağına inanırlar. Bizimkilər, mənim iş yoldaşlarım uzun illər bu adəti öz bildikləri kimi interpretasiya edərək arzunu özləri tutub, tükün mənim hansı gözümdə olduğunu soruşurdular. Mən də həmişə düz tapırdım. Və ən asası onların arzuları həyata keçir, niyətləri hasil olurdu. İlk vaxtlarda birlikdə çayla içməyə alınan şokoladla və akademiyanın bufetindəki kiçik qonaqlıqlarla başlayan iş, sonda maşın, ev, ofis kimi təşəkkür hədiyyələrinə qədər inkişaf edərək böyüdü. İndi mənə xaricdə adalar hədiyyə edirlər. Sözüm onda deyil. Təqaüdə təzə çıxmışdım. İnstitutumuza 30-35 yaşında yeni gözəl, hər şeyi yerində ağıllı-kamallı bir xanım labarant təyin olunmuşdu. Məharətimdən xəbərdar olan kimi o da ürəyində arzu tutub mənim masama yaxınlaşdı. Hamı kimi o da məndən soruşdu ki, tük hansı gözümə düşüb? Mən əlimi qaldırıb tük olan gözümün üstünə qoymaqla, bu xanım sevinclə necə ucadan qışıraraq, atlanıb düşdüsə, otağımızda hamı “nə oldu” deyə-deyə bir-birinə qarışdı. Nə başınızı ağrıdım, otaqda əməlli-başlı həngamə qopdu. Sən demə, elə bu dəmdə akademiyanın prezidenti və müavinlər, institutumuzun direktoru ilə birlikdə təasadüfən bizim otağın qarşısından keçirmişlər. Elə həmin məqamda bütün deleqasiya tam heyətlə girdi içəri və heyrətlə bir xeyli bizi təpədən dırnağa süzərək, çıxıb getdilər. Otağı hamıdın sonra tərk edən institutumuzun direktoru mənim masama yaxınlaşıb, elə bircə kəlmə dedi ki, ikiniz də gedin ərizənizi yazın. Biz də getdik ərizəmizi yazdıq. Öz xahişimizlə işdən çıxdıq. Mən heç, pis-yaxşı yataqxanada bir otağım, az-çox dövlətimizn gücünə görə öz aliminə verə biləcəyi ən yüksək təqaüdüm var idi. Xanım isə, tək-tənha və bütün bunların hamısından məhrum idi. İşdən çıxdığına görə kirayə pulunu da ödəyə bilməyəckdi. İlk məvacibini belə almamış mənə görə, daha doğrusu mənim tükümə görə öz işindən olmuşdu. Necə deyərlər yazığın karyera yoluna tir düşmüşdü. Daha doğrusu, tir yox, tük. Özü də mənim tüküm. Xanıma təklif etdim ki, özünə yeni iş tapana qədər mənimlə birlikdə yaşasın. Xanım razılaşdı. Və növbəti həftəsonu köçdü mənim yanıma. Uşaqlar da böyüyüb məni tərk etdiyinə görə neçə vaxt idi susuz dəyirmanı xatırladan o bir otağım saraya dönmüşdü. İndi bu balaca otaqda həyat eşqi qaynayırdı. Bir-birimizi hələ yaxşı tanımadığımıza görə danışmağa çox sözümüz var idi. Həm də söhbətimiz tuturdu. Hansı mövzudan söz düşsə, yorulub əldən düşənə qədər söhbət edirdik. Beləcə bir həftənin tamamına gəlib çatdıq. İkimiz də halımızdan məmnun idik. İşdən çıxmaq heç vecimizə də deyildi. Ancaq, bir məsələ var idi ki, getdikcə ciddiləşir və düz bir həftənin tamamında pik həddə çatmışdı. Bu bir həftə ərzində xeyli sayda niyyəti gözündə, arzusu ürəyində qalan dost-tanış hər gün ardı-arası kəsilmədən fasiləsiz olaraq bizə zəng edirdi. Artıq mobil telefonlarımızın nömrəsini dəyişmək barədə belə düşünürdük. Yaxşı ki, belə tələsik qərar verməmişik. İnsanlarda belə hallar olur axı, qapı açılır özün örtüb, kip-kip bağlayırsan, ruzi pəncərədən girmək istəyir, aman vermirsən, bacadan gəlir oranı da basdırırsan. Hə, yaxşı ki, bizdə belə olmadı. Necə deyərlər, “bir tərəfdən bağlayan, bir tərəfdən açar” məsəli bizim üçün düz çıxdı. Birlikdə olduğumuz birinci həftənin sonu idi. İnstitutda bizim iş otağına hər gün baş çəkməyə vərdiş eləmiş institutumuzun direktorunun sürücüsü zəng elədi ki, bəs sabah istirahət gününə heç nə planlaşdırmayın sizi gəlib bir yerə aparacam. Biz də razılaşdıq. Zatən elə bir planımız da yox idi. Danışdığımız kimi ilk istirahət günümüz səhər saat 10:00 sürücü həmin o yataqxananın yanından, bildiniz də hansı binanı deyirəm, buradan bir az yuxarı, o qaçqınlar qalan yataqxanalar var ha, bax oradan, “Kaktus” restoranının düz qabağından bizi götürdü və apardı indi həm yaşayıb, həm işlədiyimiz “Gənclik”də “Milyonerlər məhəlləsi” adlanan yerdə olan “osabnyaka”…
– “Xüsusi mülk”ə, çox-çox üzr istəyirəm işlətdiyimiz söz və ifadələrə diqqət edək.
-Bəli, bəli. Olsun elə. Siz deyən kimi. Bu obyekt bizim institumuzun direktorunun sürücüsünün öz halal zəhməti ilə qurub yaratdığı bütün Azərbaycan üzrə səpələnmiş sayı-hesabı məlum olmayan istirahət guşələrindən biri idi. Elə həmin obyektin açarını verdi bizə, sənədləri də keçirdi bir həftənin içində təsis etdiyimiz “Gözündə tük var” kooperasiyasının adına və bura oldu bizim həm rəsmi iş yerimiz, həm də evimiz.
– Nə gözəl. Nə yaxşı ki, Azərbaycanımızın belə xeyirxah, mərd oğulları var. Hacı, bəs sürücü bu xeyirxahlığı nəyin müqabilində etdi?
– A zalım, xeyirxahlığın müqabili olur? Adı üstündə xeyirxahlıq. Varlığa nə darlıq? Var idi bağışladı də. Bir də ürəyi istədiyi vaxt növbədənkənar rahat gəlib-gedə biləcəyi bir ünvan oldu. Bunun nəyi pisdir? Biz yataqxanada yaşasaq indiki fəaliyyətimiz heç cür mümkün olmazdı axı… Hə, onu deyirdim axı, girdik “villa”nın, – üzr istəyirəm, – “xüsusi mülk”ün həyətinə arxamızca da bir avtobus institutumuzun işçiləri, dost-tanış … İş demək olar ki, öz-özündən yarandı. Xanım məcbur oldu ki, girişdəki masada əyləşib, gələnləri bir-bir buraxsın…
– Üzr istəyirəm. Bəlkə xanımı da izləyicilərimizə təqdim edəsiniz. Məncə tam zamanıdır.
– Bərəkət xanım! Bərəkət xanım, mənim qoruyucu mələyim, həm xanımım, həm köməkçim, başımın tacıdır. Şirkəti, əmlakı, bütün digər işləri sənədləşdirən zaman rəsmi olaraq nigaha da girdik. İndi hərtərəfli xoşbəxt və halımızdan məmnunuq.
– Bəs, heç soruşmadınız ki, xanımın bütün bu hadisələrin baş verməsinə səbəb olan arzusu nə imiş?
– Xeyr! Düzü hadisələr elə sürətlə baş verdi və sonralar da hər gün yeni mövzular… Heç bu barədə soruşmaq ağlıma belə gəlməyib. İstəyirsiniz indi bu barədə özündən soruşaq.
– Şok, şok, şok! İndi uzun illər sirr kimi qalan bir məsələnin üstü “Qəribə dünya” TV-nin izləyicilərinə məlum olacaq. Paylaşın, paylaşın ki, qoy digər bixəbərlərin də bu məsələdən xəbəri olsun!
Salam, Bərəkət xanım! Nəzərinizə çatdırım ki, biz canlı yayımdayıq. İndi bütün dünya bizə baxır. Həmin günü, o məlum hadisə baş verən vaxt, siz ilk dəfə institutda iş otağında Fağır müəllimə, – üzür istəyirəm, – Hacı Fağır Naxırçıyevə yaxınlaşıb, “tük hansı gözünüzə düşüb?” sualını verəndə ürəyinizdə hansı arzunu tutmuşdunuz? Zəhmət olmasa. Çox dəyərli “Onun həyat yolu” proqramının daimi izləyiciləri, diqqətiniz bizdə olsun, indi çox vacib, bir məlumat olacaq. Uzun illər sirr kimi qalmış bir olayın üstü açılacaq!
– Olar ki, bu məsələ elə belə də sirr olaraq qalsın?
– Xeyr! Xeyr! Siz nə danışırsınız? Elə iş olmaz! Deyin! Bərəkət xanım, çox xahiş edirik, izləyicilərimizi intizarda qoymayaq. O nə arzu idi ki, belə bütün həyatı kökündən dəyişdi.
– Yaxşı deyəcəm.
– Ura! Diqqət! İndi çox vacib bir məsələdən xəbərdar olacağıq! Buyurun Bərəkət xanım!
– Hacını ilk gördüyüm gündən, – düzdü, onda hələ hacı deyildi, – onun alicənablığına, səmimiliyinə, insanlığına vurulmuşdum. Savadı, ziyalılığı da öz yerində. Subay olduğunu və tək yaşadığını bildikdən sonra isə sözün əsl mənasında istəyirdim onu… Həmin gün də tam olaraq arzum belə idi: “Ey böyük Allahım, bu kişi mənim olsun!”
– Eşq olsun! Nə gözəl, nə gözəl! Demək xəyyallarınız gerçək oldu?
– Bəli! Özü də bir göz qırpımında.
– Doğrudan, Fağır müəllim! Üzr istəyirəm dəyərli, çox hörmətli Hacı, gözdən söz düşmüşkən, bəs necə olur ki, siz həmişə tükün hansı gözünüzdə olduğunu düz tapırsınız?
– Əşi, bu tük lap yeniyetməlik vaxtından sol gözümün altında bitib, həmişə də ordadır.
Şamsız Zəngəzurun qədim kəndidir Şamsız (Dzorak) – Zəngəzur mahalının qədim tarixə malik olan kəndlərindən biridir. Şamsız kəndi Qafan – Gorus yolunun sağ tərəfində Ağbulaq, Qurdqalaq və Şurnuxu kəndlərinə yaxın, meşənin içərisində, Daşbaşı – dağın ətəyində, Gorus – Qafan yolu ilə Ağbulaq kəndi arasında yerləşir.
Ata yurdum olan Şamsız kəndi Zəngəzur mahalının Gorus rayonuna aid olan beş azərbaycanlı kəndindən biridir. Bu kənd ata – babalarımızın bizə qoyub getdiyi ən böyük sərvətdi. Qədim tarixə və zəngin mədəniyyətə malikdir. Bu toponim P. Zelinskinin tədqiq etdiyi qeydlərdə vardır. Q. Qeybullayev o adın Qızılbaş tayfasından olduğunu qeyd etmişdir. Kənddə 1897-ci ildə 124 nəfər, 1914- cü ildə 186 nəfər, 1916 –cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918 –ci ildə kəndin əhalisi erməni quldur dəstələrinin hücumuna məruz qalaraq kəndi tərk etməyə məcbur olmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi etnik torpaqlarına dönmüşlər . Burada 1926 – cı ildə 54 nəfər, 1931- ci ildə 52 nəfər, azərbaycanlı yaşamışdır. 1949 – cu ilin oktyabr ayına qədər kəndin 26 evdən ( bəzi evlərdə 2- 3 ailə yaşayıb) ibarət əhalisi kənddən çıxarılmış, deportasiya olunmuşdur. Deportasiya olunanlar əsasən Yevlağın Malbinəsi, Salahlı kəndlərində, Bərdənin Cijimli kəndində və Ağdamda məskunlaşmışlar. 1941 – 1945 – ci illərdə Böyük Vətən müharibəsi zamanı şamsızlılarda müharibədə iıtirak etmişdir. Onlardan 13 nəfəri müharibədən qayıtmış, 4 nəfəri isə qayıtmamışdır. 1935 – ci ildə kənddə “26 komissar” adına kolxoz qurulmuş, ibtidai sinif, klub, mağaza 1949- cu ilə qədər fəaliyyət göstərmişdir. Deportasiyadan bir neçə il sonra vətən həsrəti ilə yaşayan şamsızlı ailələrdən bəziləri Şamsız kəndinə qayıdıb və orada yaşamışlar. Lakin kəndin kolxozu Ağbulaq kəndinin kolxozu ilə birləşdirildi. Ferma isə Şamsız kəndində yerləşirdi. İbtidai sinif yenidən açıldı və 1974 –cü ilə qədər fəaliyyətini davam etdirdi. Mağaza isə bir evin zirzəmisində yerləşmişdir. 1988-ci ilə qədər fəaliyyət göstərmişdir. 1988- ci ildə isə kəndin əhalisi yenidən erməni təcavüzünə məruz qalaraq kəndi məcburən tərk etmişlər.
Təbiətin bütün gözəlliklərini özündə əks etdirən Şamsız kəndini, Ağbulağa gedən yol iki yerə ayırır. El arasında yoldan yuxarıda olan hissəyə yuxarı məhlə, yoldan aşağıda olan hissəyə isə aşağı məhlə deyilir. Kənd dağın ətəyində, daşbaşının altında meşənin içərisində yerləşir. Kəndin toponimlərinə Yuxarı məhlə, Aşağı məhlə, Süleyman bulağı, Ağ bulaq, Xor-xor bulaq, Soyuq bulaq, Ayna bulaq, Xallava bulağı, Qəhrəman bulağı, Taxta körpü, Daş körpü, Qum dərəsi, Sulu dərə, Kəpəz dağı, Daşbaşı, Kaha, Dəf yalı, Kotan yalı, Üç ağac, Alçalıq, Armudluq, Almalıq, Cilli çəmən, İsmayıl çəmənliyi, Şamolu yurdu, Təpəsər və Biçənək daxildir. Kənd sakinləri deyirdilər ki, Qaçaq Nəbi dəstəsi ilə dağın başında yerləşən kahada gizlənirmiş. 1949 – cu ilə deportasiyaya məruz qalan, vətən həsrəti ilə dünyadan köçmüş Şahsuvar Cəfərov yazdığı bayatılarında kəndə aid toponimlərin adlarını çəkmiş dir. Şamsız bayatıları Əzizim Daşbaşına, Çıxaydım daş qaşına, Ordan hər yana baxıb, Güc verib göz yaşına.
Əzizim Kəpəz qaldı, Baxmadıq Kəpəz qaldı O bahar köç eylədi Yurdunda Kəpəz qaldı.
Əzizim Suludərə Su vermə, sulu dərə Vətən düşmənə qaldı Qalasan quru, dərə.
Əzizim Cərgədaşı Tarixdir Cərgədaşı Biz köçdük, sən qalırsan Cərgələn , Cərgədaşı. Əzizim Kotanyalı Böyük yer, Kotan yalı El köçdü, oba köçdü Hər yanın qaldı xalı.
Əzizim Təpəsərdən Yel əsdi mənə sərdən, Mikoyan hiylə qurdu Milləti etdi sərgən.
Əzizim Qanlı gədik Qədimdən Qanlı gədik Erməni qan axıtdı, Sən qaldın qanlı, gədik.
Əzizim ay Niyadar, Hökumət Verdi qərar Elimiz köç eylədi Yurdu qaldı tarimar.
Əziziyəm boy otu Kəklikotu, boyotu Çayına mən həsrətəm Söyləyirəm bayatı.
Əzizim Qalaboynu, Çay zəmi, Qala boynu, Rusun fitvası ilə Erməni qurdu oynu.
Əzizim ay bənövşə Lalə, nərgiz, bənövşə Biz köçdük, siz qaldınız Bəzək vurun dağ döşə
Doyunca gəzim, meşə. Əzizim uzun meşə Bu dərdə dözüm meşə Arzum budur səndə bir Doyunca gəzim, meşə.
Əzizim zirə qaldı Qantəpər, zirə qaldı Şamsıza qayıtmağım Qiyamət günə qaldı.
Əzizim div damları, Daşdandır div damları Şamsız xaraba qalıb Yox imiş adamları.
Şamsız haqqında Təvəkkül Goruslu “Şamsız”, kənd sakini Zərifə Əliyeva “Kəndimiz” adlı şeirlər, Qiyas Quliyev “Şamsızdan gələn köç” adlı əsər yazmışdır. I Qarabağ döyüşləri zamanı Şamsızda anadan olmuş Quliyev Seymur Misir oğlu 02. 09. 1992 – ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəman casına şəhid olmuşdur. Şamsız kəndində anadan olmuş orada böyümüş 1949 -cu ildə deportasiya olunan 1934 – cü il təvəllüdlü mülki şəxs Əliyeva Sürəyya Bayram qızı Xocalı faciəsi zamanı şəhid olmuşdur. Əslən Şamsız kəndindən olan daha 3 nəfər Qarabağ döyüşlərində şəhid olub, 6 nəfər isə müharibə Onlar döyüşlərdə iştirak edərək medallarla təltif edilmişdir. Görkəmli alim, tex.e.d. professor Xansuvar Fərzəli oğlu Cəfərov, (Azərbaycan Milli Ensiklopediyasında adı var), Sosialist Əməyi Qəhrəmanı Tamara Bəbir qızı Heydərova ( Azərbaycan Sovet Ensiklopediyasında adı var), Beynəlxalq dərəcəli hakim, Boks üzrə SSRİ idman ustası Məmməd Fətəli oğlu Eyvazov(ibtidai sinfi Şamsızda, 8-ci sinfə qədər isə Ağbulaq kəndində oxuyub. Azərbaycan Milli Ensiklopediyasında adı var), Şamsız kənd sakinləridir. Əslən Şamsızdan olan bir çox tanınmış şəxsiyyətlərdən biri də Filologiya elmləri doktoru, professor Zahid Xəlildir. Şamsız kəndində 1988 –ci ildə əhali kəndi tərk etməyə məcbur olmuşlar. Ermənilər Ağbulaq kəndindən olan Əsgərov Bərxudarı da qətlə yetirmişdilər. Hələ 1944- cü ildə Şamsiz kəndinin kolxoz sədri Sona Məmmədova (quçağında körpə uşağı), sovet sədri Adıgözəlov Usub və kəndin ibtidai sinif müəllimi İsa Quliyev rayon mərkəzindən qayıdarkən taxta körpüdə erməni əsilli qaçaq Levon onların qarşısını kəsmiş və atəş açmışdır. Bu zaman Sona Məmmədova atdan yıxılmış başından xəsarət almışdır. Qızı Zərqələm isə heç bir xəsarət almamışdır. Zərqələm hal –hazırda Yevlax şəhərində yaşayır. Kənd ta qədimdən ermənilərin təcavüzünə dəfələrlə məruz qalmışdır. Qəbrista lıq Gorus –Qafan yolundan kəndə tərəf döndükdən sonradaş körpüdən kənd istiqamətində, yolun sağ tərəfində 150 – 200 m məsafədə dağın döşündə yerləşir. Qəbristanlıqda yeni məzarlarla yanaşı köhnə məzar da əhali tərəfindən qorunub saxlanırdı. Əhali kəndi tərk etdikdən sonra məzarlar ermənilər tərəfindən dağıdılmışdır. Hal – hazırda peyk vasitəsilə baxdıqda evlərin də ermənilər tərəfindən dağıdıldığı aydın görünür. Kənddə yerləşən ferma binasının (kolxoz birləşsə də ferma Şamsız kəndində idi) dağıdılmaması aydın görünür. Fermanın qarşısında maşınların olması onu göstərir ki, ermənilər fermadan istifadə edirlər. Vətən həsrətilə yaşayan şamsızlılar ümid edirlər ki, tezliklə dədə – baba torpaqlarına qayıdacaqlar. O günü səbirsizliklə gözləyirlər.
Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək!
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. . 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycanın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi! İgid oğulların göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz oldu! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları!.
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirəsən! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz! Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən üçün nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Hər bir insan üçün əvəz olunmaz məkandır onun Vətəni. Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.Qarabağ uğrunda şəhid olan generalımız Polad Haşımovun, yüksək rütbəli zabit və əsgərlərimizin, mülki vətandaşlarımızın, nigaran ruhlarımızın rahat olmas üçün bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilərdi. Şükür bu baş verdi. Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşmuş şəhidlərin məzarı başında hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağıtək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
Gözün aydın Azərbaycan Dünyası! Yolumuz Haqq yoludur! Bir yumruquq, Birliyimiz Əbədi! Sözümüzün var kəsəri! Dünya nizamına imza atırlq! Azərbaycan Türkiyə modeli yaradırıq! Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır! Dünya üçün Böyük İpək Yoludur! Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ! Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!Tarix yazan Ali Baş Komandanımız! Şəhidlər Ölməz, Vətən Bölünməz! Qarabağda dalğalanan Bayraq, Bir daha enməz!
Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir.Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti!Vətən müharibəsinin 44 günə başa catmısı üçün Xalqımızın birliyi, igid oğullarimizin göstərdikləri rəşadətlər Qürurvericidir!
Yurd yerinin həsrətinə son verildi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması birliyimizin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında imzası olan oğullarımızla yanaşı Dünya Azərbaycanlıları xaricdə aksiyalar keçirmiş, döyüş bölgəsinə maddi, mənəvi dəstək göstərilmişlər. Azərbaycandan kənarda yaşayan şəhid ailələrinə mənəvi və maddi dəstək göstərmiş soydaşlarımız vardır.
Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir!Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 30 ildən sonra azad etməsi bizim üçün:
-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış ruhumuzun qaytarlması, Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası, mənfur düşmənə verdiyimiz tarixi dərsdir! Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq!Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğullarımız , Qazilərimiz cəmiyyətin həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdi onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər!
Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətlərinin yeni səhifəsində Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir! Vətən müharibəsində ömrünü, sağlamlığını xalqına, Dövlətinə, dövlətçiliyin möhkəmləndirilməsndə həsr etmiş, böyük zəhmətlər bahasına əldə olunan uğurlara imza atmış oğulların ömür yolu gənclər üçün öyrənilməli nümünədir!
Dünyada yaşayan bütün azərbaycanlılar bu gün qüdrətli, Qalib,müstəqil Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edirlər! Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Dünyada yaşayan bütün azərbaycanlıların dünya xəritəsində Azərbaycan kimi dövləti var, öz sözünü deyir, deyəcək, uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir. Dünyamızı qorumaq, İnsanığın qorunsası üçün bir olaq birləşək! Türk xalqları arasında birlik və dostluğun gücləndirilməsi birgə əməkdaşlıq, dəyərlərin qorunması və təbliği, Vətənə və İnsana sevgi! Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, mənəviyyatdan ,halal və düz yolda olmaqdadır! Yeni Era Türk erasıdır.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əmin amanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.Əziz Vətən Övladları:-Həmrəylik günü hər bir azərbaycanlı üçün birlik!İnsanlığın qorunması üçün bir olaq!
EY HURİCAMAL “Gərçi məndən surətin qaibdir, ey huricamal, Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!” İmadəddin Nəsimi Camalın pünhan sanıldı, Çünki, gözlər görməz onu. Gözlər görməz, könül görər, könülsə, hərfə möhtac… Mən səni gözlə gəzmədim, Çünki, göz zahiri görür. Bütün zahirlərsə, hicab. Səni hərflərdə gördüm — “əlif”də qaim vücudun, “be”də bükülən sirrin var. Həqiqətlər “nöqtə”də cəm… Hərf oxunur, yox olmur, oxunmadan da, mövcuddur. Sənin camalın da belə: nə görünməklə var olur, nə də gizlənməklə itir. Mən sənə heç “gəl” də deməm, Çünki, “gəlmək” də bir hicab… Üfurdüyün ruh canımda, Dik tutan iliyimdəsən! 27.12.2025. Bakı.
Cahangir Namazov – “Milli dəyərləri qoruyan şair”, “Bütöv Azərbaycan” qəzeti, 10 yanvar 2025-ci il, say: 01 (550), s.10.
Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 16-22 yanvar 2025-ci il, say: 02 (3563), s.7.
Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Olaylar” qəzeti, 17-23 yanvar 2025-ci il, say: 02 (5024), s.19.
Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Yeni təfəkkür” qəzeti, 24 yanvar 2025-ci il, say: 02 (669), s.3.
Südabə Məmmədova “Debüt”lə debüt edib, “Yazarlar” jurnalı, Aprel – 2025, say: 04 (52), s.84.
Zaur Ustac – “Uğurlu “debüt”” (Südabə Məmmədovanın eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 17-23 aprel 2025-ci il, say: 14 (3575), s.6
Təhmasib İsayev – “Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru, “Bütöv Azərbaycan” qəzeti, 18 aprel 2025-ci il, say: 10 (559), s.13.
Cahangir Namazov – “Katren” duyğuların incə ahəngidir (Zaur Ustac yaradıcılığında sonetlər), “Həftə içi” qəzeti, 24-30 aprel 2025-ci il, say: 15 (3576), s.7.
“Biz işığa doğru irəliləyirik…”(Zeynəb Mustafazadənin müsahibəsi), “Olaylar” qəzeti, 2-8 may 2025-ci il, say: 15 (5037), s.18.
Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər), “525-ci qəzet”, 6 may 2025-ci il, say: 77 (6607), s.15.
Zaur Ustac – “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində” (Ayətxan Ziyad – İsgəndərovun eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 8-14 may 2025-ci il, say: 17 (3578), s.7.
Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər, “Yeni Təfəkkür” qəzeti, 9 may 2025-ci il, say: 09 (676), s.4.
Ə.Əliyev “40 gün – 40 şeir” kitabı haqqında, “Xalq qəzeti”, 3 iyun 2025-ci il, say: 114 (30808), s.14.
Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Həftə içi” qəzeti, 5-11 iyun 2025-ci il, say: 17 (3578), s.8.
Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Olaylar” qəzeti, 6-12 iyun 2025-ci il, say: 19 (5041), s.23.
“Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim” (Cahangir Namazovun müsahibəsi), “Həftə içi” qəzeti, 3-9 iyul 2025-ci il, say: 24 (3585), s.7.
Günnur Ağayeva təqdim edir: Zaur Ustac, “Yazarlar” jurnalı, İyul – 2025, say: 07 (55), s.48-59.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə birinci yazı), “Olaylar” qəzeti, 11-17 iyul 2025-ci il, say: 23 (5045), s.17.
Zaur Ustac – “Tarixin borclu olduğu adam” (Yunus Oğuzun 65 yaşına), “Olaylar” qəzeti, 18-24 iyul 2025-ci il, say: 24 (5046), s.14.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə ikinci yazı), “Olaylar” qəzeti, 18-24 iyul 2025-ci il, say: 24 (5046), s.18.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə üçüncü yazı), “Olaylar” qəzeti, 25-31 iyul 2025-ci il, say: 25 (5047), s.19.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə dördüncü yazı), “Olaylar” qəzeti, 1-7 avqust 2025-ci il, say: 26 (5048), s.17.
Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin doğum gününə, “Yazarlar” jurnalı, Avqust – 2025, say: 08 (56), s.90 – 91 (təbriklər).
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə beşinci yazı), “Olaylar” qəzeti, 8-14 avqust 2025-ci il, say: 27 (5049), s.19.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə altıncı yazı), “Olaylar” qəzeti, 15-21 avqust 2025-ci il, say: 28 (5050), s.18.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeddinci yazı), “Olaylar” qəzeti, 22-28 avqust 2025-ci il, say: 29 (5051), s.19.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə səkkizinci yazı), “Olaylar” qəzeti, 5-11 avqust 2025-ci il, say: 30 (5052), s.18.
Zaur ustac, “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə), “Yazarlar” jurnalı, Sentyabr – 2025, say: 09 (57), s.48 – 64.
Günnur Ağayeva, “Şeirdə Ana obrazı: Sözün poetik incəlikləri” (Zaur Ustacın “Anam” şeiri haqqında qeydlər), “525-ci qəzet”, 12 sentyabr 2025-ci il, say: 164 (6694), s.14.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə doqquzuncu yazı), “Olaylar” qəzeti, 12-18 sentyabr 2025-ci il, say: 31 (5053), s.19.
“Üzeyir Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “525-ci qəzet”, 17 sentyabr 2025-ci il, say: 167 (6697), s.9.
Günnur Ağayeva “Üzeyir Hacıbəyov -140” (Zaur Ustacın xatirə-monoqrafiyasına baxış), “Həftə içi” qəzeti, 18-24 sentyabr 2025-ci il, say: 35 (3596), s.7.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə onuncu yazı), “Olaylar” qəzeti, 19-25 sentyabr 2025-ci il, say: 32 (5054), s.18.
“Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “Olaylar” qəzeti, 19-25 sentyabr 2025-ci il, say: 32 (5054), s.22.
Əli Nəcəfxanlı “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat, “Xalq qəzeti”, 19 sentyabr 2025-ci il, say: 200 (30894), s.10.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə birinci yazı – giriş), “Olaylar” qəzeti, 3-9 oktyabr 2025-ci il, say: 34 (5056), s.19.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə ikinci yazı – bayatılar), “Olaylar” qəzeti, 10-16 oktyabr 2025-ci il, say: 35 (5057), s.18.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə üçüncü yazı – şeirlər), “Olaylar” qəzeti, 17-23 oktyabr 2025-ci il, say: 36 (5058), s.19.
Əli Nəcəfxanlı “Böyük Zəfərin poetik salnaməsi” – Zaur Ustacın “Övladıyam” şeiri, “Xalq qəzeti”, 18 oktyabr 2025-ci il, say: 224 (30918), s.13.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə dördüncü yazı – hekayələr), “Olaylar” qəzeti, 24 oktyabr – 6 noyabr 2025-ci il, say: 37 (5059), s.19.
Флора Наджи, «Война и природа» (Размышления об азербайджанской поэзии, посвященной войне за Карабах), «Мир литературы» № 9 (204), октябрь – ноябрь 2025 г. Стр. 4-5.
Ə.Əliyev “Bir ömrün salnaməsi” – Zaur Ustacın “Mahirə Nağıqızı – 65” (monoqrafiya) kitabı haqqında, “Xalq qəzeti”, 5 noyabr 2025-ci il, say: 236 (30930), s.15.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə beşinci yazı – yekun), “Olaylar” qəzeti, 7-13 noyabr 2025-ci il, say: 38 (5060), s.19.
Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – birinci hissə), “Olaylar” qəzeti, 14-20 noyabr 2025-ci il, say: 39 (5061), s.18.
Zaur Ustac, ““Qaraqaşlı” – Qarabağ həqiqətlərinin uğurlu bədii salnaməsi (Vüsal Nurunun “Qaraqşlı” kitabı haqqında qeydlər (ixtisarla)), “525-ci qəzet”, 19 noyabr 2025-ci il, say: 210 (6740), s.11.
Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – ikinci hissə), “Olaylar” qəzeti, 21-27 noyabr 2025-ci il, say: 40 (5062), s.19.
Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – üçüncü hissə), “Olaylar” qəzeti, 28 noyabr – 4 dekabr 2025-ci il, say: 41 (5063), s.19 .
Zaur Ustac – Hekayə, “Yazarlar” jurnalı, Dekabr – 2025, say: 12 (60), s. 54-63.
Günnur Ağayeva, Zaur Ustacın “Beyin qurdu” hekayəsi… , “Yazarlar” jurnalı, Dekabr – 2025, say: 12 (60), s. 64-65.
Zaur Ustac “Yunus Oğuz felyeton ustası kimi” (“Səssiz gurultunun gumbultusu” felyetonu haqqında), “Olaylar” qəzeti, 5-11 dekabr 2025-ci il, say: 42 (5064), s.13 .
Zaur Ustac “Duyğuların yürüşü” (Vəfa Bağırzadə yaradıcılığında emossianın musiqiyə çevrilişi), “Olaylar” qəzeti, 5-11 dekabr 2025-ci il, say: 42 (5064), s.23 .
Zaur Ustac “Şuşa tək ocağın mübarək, dağlar!” (Adilə Nəzərin “Şuşanın azadlığı” əsəri haqqında qeydlər), “Olaylar” qəzeti, 12-18 dekabr 2025-ci il, say: 43 (5065), s.19 .
Zaur Ustac “Gözündə tük var” (novella), “Olaylar” qəzeti, 19-25 dekabr 2025-ci il, say: 44 (5066), s.22 .
Zaur Ustac “Sonuncu tapşırıq” (Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə), “Olaylar” qəzeti, 26 dekabr 2025 – 8 yanvar 2026-cı il, say: 45 (5067), s.23 .
Zaur Ustac – “Şair səmimiyyətinin poetikası” (Ramiz İsmayılın “Ömrün qışına doğru” şeirlər kitabı haqqında qeydlər), “Xəzan” jurnalı, noyabr-dekabr – 2025, say: 7 (70), s. 74-75.
“The MT. KENYA TİMES”, №01333, June 30 2025, pg. 21 Zaur Ustaj.
“Classico opine”, June 2025, pg. 8 Zaur Ustaj.
Antologiyalar – 2025
“Dağlarda izim qaldı”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 368 səh. Zaur Ustac s. 355-358.
“Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 328 səh. Zaur Ustac s. 311-314.
“Qarabağ Zəfərindən Turana doğru”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 400 səh. Zaur Ustac s. 59-61.
“Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 328 səh. Zaur Ustac s. 311-314.
“Mən bir Vətən səsiyəm”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 296 səh. Zaur Ustac s. 276-280.
“Dünya şairləri” (birinci kitab – antologiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 102 səh. Zaur Ustac s. 7-18.
“Mənim Vətənim”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 312 səh. Zaur Ustac s. 68-75.
Müəllif əsərləri – 2025
Zaur Ustac, “Vaqif Mustafazadə”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 32 səh. (I, II, III nəşrlər)
Zaur Ustac, “Katren”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 80 səh.
Zaur Ustac, “Gəzdim”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 50 səh.
Zaur Ustac, “40 gün – 40 şeir”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 70 səh.
Zaur Ustac, “A1”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 68 səh.
Zaur Ustac, “Üzeyir Hacıbəyov – 140” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 96 səh.
Zaur Ustac, “Mahirə Nağıqızı – 65” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 68 səh.
Zaur Ustac, “Qələmdar – 3”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 142 səh.
Zaur Ustac, “Şeir şəkillər”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 22 səh.
Zaur Ustac, “Qələmdar – 4”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 84 səh.
Haqqında yazılanlar (Ədəbiyyat) – 2025
Vaqif İsaqoğlu, “Zaur Ustacın poetik dünyası” (monoqrafiya), Bakı, “İmza” nəşrlər evi, 2025-ci il, 192 səh.
Günnur Ağayeva, “Munis yazılar-2” (Zaur Ustac – 50), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 100 səh. (I, II, III nəşrlər)
Tehran Əlişanoğlu, “Ədəbiyyatda Ali Baş Komandan” (Zaur Ustac səh. 57) Bakı, “Elm”, 2025, – 184 səh.
Tərtibçilik – 2025
Zaur Ustac, “Sultan Rayev və Azərbaycan” (Birinci Türkoloji Qurultayın 100 illiyinə), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 42 səh. (I, II, III nəşrlər)
Redaktorluq – 2025
Südabə Məmmədova, “Debüt”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 102 səh. (I, II , III nəşrlər)
Günnur Ağayeva, “Munis yazılar-1” (Yunus Oğuz -65), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 86 səh. (I, II nəşrlər)
Gülü, “Munis yazılar-4” (Mahirə Nağıqızının 65 yaşına), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 92 səh. (I, II nəşrlər)
Yunus Oğuz, ““TÜRK” etnonimi və törələri”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 138 səh. (I, II nəşrlər)
Həcər Atakişiyeva, “Əbdürrəhim bəy Haqverdiyev -155”, “Ustac.Az” nəşrləri, 2025-ci il, 98 səh. (I, II nəşrlər)