www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Mir Cəlal adına IV Hekayə Müsabiqəsinə təqdim edilən hekayələrin ilkin qiymətləndirilməsinə başlanıldı!

Mir Cəlal adına IV Hekayə Müsabiqəsinə təqdim edilən hekayələrin ilkin qiymətləndirilməsinə başlanıldı!

Siz də “Ədibin Evi” tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyirsinizə, şərtlərimizlə tanış olun. Təqdim edilən hekayələr:

✅ Azərbaycan dilində yazılmalı

✅ həcmi 1500 (min beş yüz) sözdən çox olmamalı

✅ yeni olmalı-əvvələr çap və ya elektron şəkildə yayılmamalı

✅ müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir

✅hekayə mövzusu sərbəstdir.

Qələmənizi siz də sınayın! 🖊
Müsabiqəyə yekun 2024-cü il aprelin sonunda vurulacaq.

Mükafat fondu❗️
💎1-ci yer üçün 3000 AZN
💎2-ci yer üçün (2 nəfər) 2000 AZN
💎3-cü yer üçün (3 nəfər) 1000 manat AZN

Bütün müəlliflərə uğurlar arzulayırıq!

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sadıq Qarayev – Yolun rəngi

YOLUN RƏNGİ

Bir saatdan çox idi ki, yol qırağında dayanıb, gözləyirdi. Aftomobillər dayanır, sürücülər getdikləri rayonların adını , neçə nəfərlik boş yer olduğunu ucadan deyirdilər. Elə bil buradan hər yerə, lap marsa da gedənlər var idi, bircə onun gedəcəyi istiqamətə bu gün heç kim getməyəcəkdi…
Gözləməkdən yorulsa da bunu hiss etmirdi. Əksinə, vaxt keçdikcə, əsəbləşir, intizarı artır və bundan sanki ayaqlarına güc gəlirdi, bəlkə də günlərlə burada dayanıb gözləyə biləcəyinə inanırdı. Axı birinci sinifdə oxuyan qızına söz vermişdi ki, üç saata onun yanında olacaq. Bu gün onun ad günüydü. Bura çatanda telefonla danışmışdılar..

  • Ata, nə vaxt gəliysən?
  • bu gün, indi yola çıxıram. Uzağı üç saata çataram.
  • Gözlüyüyəm ata..
    Gedəcəyi yolun iki saat yarımlıq oduğunu, aftomobil gözləməyi nəzərə alıb, üç saat demişdi.
    Geciksəydi Nigar ondan küsəcəkdi. O qəribə qız idi, bir ay öncə verilən sözü də unutmaz, atasının yadına salardı. Əməl edilməsini istəyərdi. Bu söz verilmələr əsasən gəzməyə getmək, oyuncaq alma ” sürpirizləri” olardı. Belə vaxtlarda ata həmişə öz- özünə deyərdi ki, daha söz verməyəcək. Çünki, Nigar sonra əl çəkmir.
    İndi də özünü qınadı ki, gərək vaxt deməyəydi, gedib çatanda sürpiriz olaydı, həm də rahat gedib çıxaydı, yol işini bilmək olmur axı. Dəqiq bilirdi ki, Nigar artıq bir saatdır ki, onu gözləyir, saata baxır, oynayır, özü- öz başını qatır…
    Əslində günortadan yola çıxmışdı, vaxtının çoxunu bazarda Nigara don və şlyapa axtarmaqla keçirmişdir. Məsələ burasında idi ki, hər ikisi də gərək “pəmbə” rəngdə olaydı, Nigarın istəyi belə idi. O da donu tapırdı rəngi uyğun gəlmirdi, pəmbə olanda ölçüsü düz olmurdu. Bir qədər də vaxt dona uyğun şlyapanı tapmağa sərf olundu.
    Niyə məhz “pəmbə” rəng? Bayaqdan özünə verdiyi sual yenə ağlına gəldi. Nigarın, elə bir çox qız uşaqlarının niyə pəmbə rəngdən daha çox xoşu gəlir? Yaxşı bəs cəmiyyətdə “qız uşaqlarına pəmbə, qırmızı rəngli paltarlar, oyuncaqlar almaq olar, oğlanlara isə yox” fikiri formalaşıb?
  • qardaş oğlu hansı tərəfə gedirsən?
    Nisbətən kök, başı yarımçıq keçəl, qalın qaşlı, orta yaşlı sürücü boynunu elə uzatmışdı ki, sağ tərəfindəki oturacaq yerini keçib, aftomobilin aşağı endirilmiş şüşəsi yerindən bayıra çıxacaqmış…
    Onunla eyni istiqamətə gedirmiş, qiymətdə çənə- boğaz etmədi, nə dedisə, razılaşdı. Qara rəngli mersedes boş idi, qabaqda sürücünün yanında əyləşib, saata baxdı. Nigarla danışandan artıq saat yarım keçmişdi. Elə təsləsirdi ki, imkanı olsa, sürücünün yerinə keçib, radar zad bilməz, ən yüksək sürətlə sürüb gedərdi.
  • hə əmi, yolumuz açıq olsun, gedək.- bunu deyib, sürücünün üzünə baxdı.
    Sürücünün də üzü qırmızıya çalırdı, bilmək olmurdu ki, bu onun təbii rəngidi, ya dağ adamlarının sağlam, “qan daman” yanaqlarındandır, ya təzyiqi vardır, ya da pərt olub, pörtüb qızarıb?
    Sürücü onun üzünə baxıb, gülümsədi, qızıl dişləri göründü. Bu an qızılı rəng, qırmızı rəng və topa qaşlarının qara rəngi yenə onun diqqətini cəlb etdi. Bir insanın simasında nə qədər rənglər olarmış…? Başı da üç rənglidir… keçəl yeri, ağ, qara tüklü yerləri. Gözləri isə göm- güy idi…
  • qardaş oğlu, mən xaltura eləmirəm. Sadəcə olaraq, yoldu gedirəm, Bakıda işim var idi. Dedim qulaq yoldaşı olsa yaxşı olar. Daha keçib, sən rahat otur, düşüm aşağı, baxım görüm, gedən varsa bir nəfər də götürüm gedək. Həm də savab işdir, bəlkə kimsə tələsir, yolda qalıb…5 dəqiqəyə gəlirəm, olar- olmaz gedərik…
    Heç nə deməyə üzü gəlmədi. Ağlına gələn o oldu ki, görəsən bu savab iş deyilən əməlləri canlandırsaydılar, nə rəngdə olardı? Əgər bunu bilsəydik, insanların rəngindən hansı əməllərin, düşüncələrin yiyəsi olduğunu bilərdik?
    Saatına baxdı, iyirmi dəqiqə keçmişdi, sürücü hələ də yol qırağında o yan- bu yana gedir, müştəri axtarırdı. Az qala hamıya yaxınlaşıb, hara getdiklərini soruşmuşdu.
    Aşağı düşüb, üzünü sürücüyə tutaraq:
  • ay əmi, getməyəcəyik?
  • bu dəqiqə gəlirəm, səbr elə, qardaş oğlu.
    Doğurdan da o gəldi, yanında da çəlimsiz, əlində balaca bir selofan torba olan gənc oğlan.
  • otur bala, otur, yolda qalma. Bundan sonra çətin maşın olar deyib, arxadan sol qapını açdı, özü isə cəld sükan arxasında əyləşdi.
    -A bala, niyə minmirsən? Nə gözləyirsən?
  • əmi, beş manat verəcəm ha..
  • yox da bala, danışdıq axı, 7 manat.
  • yox əmi 5 manatım var, axı Sizə dedim.
  • yaxşı eybi yox, 6 manat verərsən.
  • əmi VALLAH yoxdu, fəhlə adamam. 5 manatım var, zəng ediblər, anam xəstədi, təcili rayona getməliyəm. Müdir pul vermədi, işləmişəm, alacağım da var. Vermirlər ki, qaçarıq , bir də qayıtmarıq.
  • ALLAH şəfa versin anana, amma 5 manata apara bilmərəm, 10 manatlıq yoldu e…
    Bu söhbətə qulaq asa- asa bir az da əsəbləşdi, acıqla üzünü sürücüyə tutub:
  • o bir manatı mən verərəm. Qoy əyləşsin gedək.
  • Sən niyə verirsən, özü verər.
  • sənə nə fərqi vardı, kim verdi?
  • 5 manata yol olmaz, bilirlər axı. Ondansa götürmərəm, maşına nə qədər ağırlıq, güc düşür, sabah bir yeri qırılsa mən düzəltdirəcəm…
    İstədi düşüb yerə qapını çırpıb:
  • rədd ol get! – desin.
    Nigar gəldi gözü önünə, evdən gəlib darvazanın deşiyindən bayıra, geri evə gedib, saata baxırdı.
  • 5 manat o verir, 5 də mən qoyuram onun əvəzinə 10 edir, otursun gedək…
    Qara mersedes üzü qərbə, günbatana tərəf gedirdi. Qürubdakı günəş görsənirdi, elə bil batmağa azalmış daha da böyümüşdür. Günəşdən çox, üfüqdə, dünyanın qurtaracağına qoyulmuş qırmızə kürəyə bənzəyirdi..
    Çönüb arxaya baxdı, gənc oğlan yatmışdı, yorğunluq və gedişhaqqı söhbətinin nəticəsi olan pərtlik simasında cizgilər formasında donub qalmışdır. Ona nədənsə elə gəldi ki, oğlanın siması yetişməkdə olan açıq qızılı rəngli buğda dənəsi rəngindədir.
    Oğlandan gözünü çəkib, sürücüyə tərəf baxdı, təcübbləndi, onun simasının ilk gördüyü qırmızımtıl rəngi getmiş, sarımtıl 5-lik kağız pul rəngi almışdır.
    Sürücü onun baxdığını hiss edib, üzünü çevrib , gülümsəyərək dedi:
  • Günəşi görürsən, elə bil yolumuzun üstündə dayanıb, doğma adam kimi bizi gözləyir. Bu yaxşı əlamətdir. Bu cür anı görmək, ona tərəf getmək hər vaxt adama nəsib olmur.
  • o niyə qırmızımtıl rəngdədir?- qəfil ağlına gələn sualı verdi.
    Sürücü bir az susub, dedi:
  • mövcud olan hər şey öz rəngini mahiyyətindən alır. Zaman daxilində tez- tez dəyişir. Bunun çoxlu səbəbləri var. Bu ALLAHIN hikmətidir.
  • qızıl, elə cə də bir çox şeylərin rəngi dəyişmir axı, göy üzü və ya dəniz də həmişə mavidir.
  • sürücü yola tərəf baxa- baxa, astadan gülərək dedi:
  • işığı keçirsən, qızılı nə rəngdə görərsən? Və ya gecə göy üzünü gündüzdən fərqli görmürsən? Dəyişməzlik, sabitlik ALLAHA məxsusdur.
    Sürücü bu sözləri danışdıqca səsi mülayimləşir, elə bil elm, hikmət dolu, bir xəzinə sahibi danışırdı. Bir az əvvəl onun fəhlə oğlanla 1 manat söhbətini, eşitməsəydi, onu mömin bir adam sayardı.Xeyli təcüblənmişdi.
    Araya sükut çökdü. Birazdan yenə maraq onu bürüdü. Yenə üzünü sürücüyə çevrib sual etdi:
  • Niyə yarapaqlar məhz yaşıldır?
    Üzüm qorası göy olur, yetişəndə qara, sarımtıl, qırmızı olur?
  • hər hansı bir şey üzərinə düşən işıq şüalarının hamısın udursa qara, hamısını qaytarırsa ağ, hamısını udub, yaşılı qaytarırsa yaşıl, qırmızını qaytarırsa qırmızı görsənir.
    O başı ilə sürücünün dediklərini təsdiq edib, dedi:
  • doğrudur, bunları mən də bilirəm. Amma yarpaqlar niyə məhz yaşıl, qan qırmızdır?
    Sürücü yenə düşünə- düşünə yola tərəf baxmağa başladı.O isə başını çöndərib, sürücüyə tərəf baxdı. Təcübbləndi, heyrətdən gözünü yumub, açdı. Ona elə gəldi ki, sürücünün sükanı tutan əlləri, qolları ağ- appaq idi, sanki quş qanadlarını xatırladırdı.
  • sənin bu sualının cavabını mən bilmirəm, bəlkə də elmin sərhəddir. Daha doğrusu elm izah edər yarpaq niyə yaşıl görsənir, ancaq onun məhz niyə yaşıl görsənən quruluşda olması, qanın qırmızı olması ALLAHIN hikmətidir.
    Yenə araya sükut çökdü. Sürücü aftomobilin sürətini azaltdı, yavaş- yavaş yolun sağ tərəfinə çəkərək, bir kafenin həyətində saxladı.
  • qardş oğlu, bir çay içək, yoruldum, həm də hara tələsirik ki?…
    Nə deyəcəyini bilmədi, məcbur razılaşmalı oldu.
    Geri çönüb, oğlanı oyatmağa başladı:
  • qardaş, oyan, düşək bir çay içək.
  • onu oyatma.
  • niyə?
  • onsuz da pulu yoxdu. Qoy yatsın.
    Sürücünün bu sözündən yenə əsəbləşdi. Onun kafenin həyətindəki işıqlardan aydın görsənən simasına baxdı.” İlahi bu nə əcaib sifətli adamdı. Gecə adamın qabağına çıxsa nə qədər ürəkli olsan da qorxarsan”- deyə düşündü.
  • eybi yox, pulunu mən verəcəm.- dedi.
    Yenə yollarına davam edirdilər. Fəhlə oğlan çaydan içib, dalba-dal iki siqaret çəkib, yenidən yatmışdı. Bu dəfə xoruldayırdı. Elə bil dünya yaranandan o da yaranmış, bu ana qədər yuxusuz işləmişdir.
  • çaya nə qədər verdin?- sürcü soruşdu.
  • 5 manat . Halal xoşunuz olsun.
  • sağ ol. Halalıq nə rəngdədir, bilirsən?
    O təcübblə başını yırğalayıb dedi:
  • bir az əvvəl ağlıma gəlmişdi ki, savab iş nə rəngdədir? İndi Siz halallığın rəngini soruşursuz.
    -biz haradayıq?
    Arxadan səs gəldi, fəhlə oğlan yuxudan oyanmışdı. Heç cavab da gözləmdən dedi:
  • əmi, zəhmət olmas yavaşlayın, o qabaqdakı yol keçidində saxlayarsız.
  • hansı, o maşınlar dayanan yerdə?
  • bəli.
    Oğlan aftomobildən düşdü. Utana- utan sarı rəngli 5- manatlıq çıxarıb, sürücüyə uzatdı.
  • onu ver bu qardaş oğluna, mən ondan pulu bir yerdə, kom alacam.
    Oğlan pulu ona verib, xeyli təşəkkür edib, sürücüyə “sağ ol” demədən, çıxıb getdi.
    ” belə pulgir, qanmaz, insanlıqdan kənar adam olar?”- O ürəyində qəzəblə sürücü haqqında belə düşünürdü.
  • sənə maraqlı bir söhbət edim?
    O acıqla, heç sürücünün üzünə baxmadan, könülsüz halda dedi:
  • edin.
  • rənglərin çox sirrli xüsusiyyətləri var. Bir gəlin dünyaya oğlan uşağı gətirir. Bundan sonra gənc ailədə, qohum- əqrabada aləm dəyir bir- birinə. Ata, ana babalar, nənələr qaraşin, uşaq sap- sarı, göy göz, elə bil rus balası idi.
    -gəlin xəyanət etmişdi?
    Sürücü gülüb dedi:
  • hamı belə düşünürmüş. Bir ağsaqqal kişi gəlib gəlindən soruşur:- hamilə vaxtlarında sarışın kimləsə söhbət etmisən? Gəlin deyir:- qonuşumuzda bir rus xanım var idi. Çox gözəl insan idi, həmişə peraşki bişirəndə məni çağırırdı. Məni peraşkiyə, çaya qonaq edirdi. Həm də onun söhbətlərindən doymurdum, saatlarla qulaq asırdım. Ən çoxda anasından, qardaşlarından danışırdı. O qədər onları təsvir etmiş, haqlarında danışmışdı ki, mən sanki gözümün önündəymiş kimi həmən insanları görürdüm.
    Bundan sonar ağsaqqal camaatı başa salır ki, bu uşağın sarışın və gözlərinin göy olması gəlinin həmən rus xanımla çoxlu söhbətləri, üzünə baxması və danışdığı hekayələrin təssüratının nəticəsidir.
    Bax oğul, kərtənkələ, çəyiritkələr yaşıl çəmənliklərdə yaşıl, boz qırlarda boz olurlar. Alimlər bunu təbii seçmə ilə izah edirlər, guya ki, boz və yaşıllar düşmənlər tərəfindən görünmürlər, mühitə uyğun rəngləri olanlar seçilib sağ qalır. Əslində isə onların hər gün gördükləri rənglər göz vasitəsilə vücuda keçir, öz rənglərinə təsir edir.
  • maraqlıdır, necə?
    Sürücü gülüb dedi:
  • necəsini biz bilmirik. ALLAH bilir. O yerdə və göydə hər nə varsa yaradıb, hər şey onundur və keçmişi, gələcəyi bilir.
    Sürücü danışdıqca çönub ona baxırdı. İndi lap heyrətə gəlmişdir. Ətrafda gecənin zil qaranlığı fonunda sürücü tərəf elə bil nurlu, işıqlı idi. Sükandan isə dörd ağappaq quş qanadına oxşar qollar tutmuşdur.
    Sürücü mülayim səslə söhbətinə davam erirdi:
  • biz infraqırmızı və ultra bənövşəyi şüalar arasındakı rəngləri görürük. Amma bəzi həşəratlar ultrabənövşəyi, infraqırmızı şüaları, bəlkə başqalarını da görürlər . Bax aləmlər, məxluqlar arasında pərdə var, ona görə biz insanlar mələkləri, cinləri, şeytanları, virusları və başqalarını görə bilmirik. Biz onları görə bilsəydik, sözün əsl mənasında aləm qarışardı bir- birinə. 20 herslə 20 min hers arasınada dalğa uzunluqlu səsləri eşidirik. Daha kiçik səsləri eşitsəyďik digər məxlulqların səsindən çaş- baş qalardıq, kainatın daha uca, bədheybət səslərini eşitsəydik lərzəyə gələrdik, dəhşətdən diz üstə çökər, bağrımız çatlayardı. Amma ALLAH bizə yaxın göyü hər cür bəlalardan, pisliklərdən, o cümlədən bədheybət səslərdən qoruyur, qulağımızı və gözümüzü bizə zərər gəlməsin deyə sərhədləndirib. Sonsuz şükürlər olsun ALLAHA.
  • qarşıdakı döngədə saxlayın, mən çatmışam.-
    Sürücü heç nə deməyib, onun dediyi yerdə maşını saxladı.
    O yuxu görürmüş kimi, nə deyəcəyini bilmədən sürücüyə tərəf baxdı, qap- qarnlıq idi, heç nə görümürdü.
    Aşağı endi, əlini cibinə salıb özünün və fəhlə oğlanın pulunu üst- üst qoyub, başını qaldırıb, aftomobilə tərəf uzatdı.
    Aftomobil çıxıb getmişdi…
    İndi xatırladı ki, elə arxada yatan yorğun fəhlə oğlan da, aftomobildən düşdükdən sonar belə sakitcə yoxa çıxmışdı…
    Gəlib evə çatmışdı, Nigar onu görən kimi üstünə atıldı, çox sevinirdi.
    Pəmbə donunu və şlyapasını gördükdə sevinci, fərəhi daha da artdı, gülə – gülə:
  • ata, vaxtında gəydin. Saata bax, düz üç saat keçib…
  • o başını qaldırıb, divardakı, sonra qolundakı saatına baxdı.
    Nigar düz deyirdi. O həmişə düz danışırdı…

14.01.2024.

Müəllif: Sadıq QARAYEV

SADIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÖMRÜN QIŞ ÇAĞINDA QUBADLI QIŞI

ÖMRÜN QIŞ ÇAĞINDA
QUBADLI QIŞI

Otuz il getmədi yuxu gözünə,
Doğmalar qoynundan uzağa düşdü.
Qubadlım, biz həsrət qaldıq üzünə,
Ümid çiçəyimiz sazağa düşdü…

Gözümdən sıçrayan həsrət qorudu –
Mürgülü ocağı oyatmaq üçün.
Şükür yaradana, bizi qorudu
Təzədən qoynuna qayıtmaq üçün…

İçimi yurd etdi həsrət qoşunu,
Ağrı mərmiləri başıma düşdü.
Otuz ildən sonra sənin qışını
Görmək ömrümün də qışına düşdü…

Üstündə var imiş Tanrı nəzəri,
Qışın da gözəldi, yazın da gözəl…
Sənin çaylarının varmı bənzəri?
Çardaxlı düzün də, Yazın da gözəl.

Çaylağın kol-kosu meşə olubdur,
Bərgüşad ağlayır hey için-için.
Elə bil təbiət meşə salıbdır,
Yurdu bəd nəzərdən qorumaq üçün…

Həkəri kövrəlib, bulud tək dolub,
Doğma övladların axıb dalınca.
Çaylaqda hər ağac cəngavər olub,
Hər budaq çevrilib iti qılınca…

Qayıtsa ömrümün güllü baharı,
Hönkürən ürəyim kiriyə bəlkə.
İllərin üst-üstə qalanan qarı
Vüsal günəşiylə əriyə bəlkə?

İzn ver, nazını çəkim, Qubadlı,
Ömrün qış çağında ürək yar umur.
Ağ xalat geyinib həkim Qubadlı,
Bəlkə o sağalda könül yaramı…

Həsrət şimşəkləri bəzəyib göyü,
Kömür arzuları nura bələdi.
Çox şükür, Yaradan bu gözəlliyi
Görməyi bizə də qismət elədi…

20.12.2020.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÖZÜMÜZ DÜZƏLSƏK, DÜZƏLƏR DÜN

ÖZÜMÜZ DÜZƏLSƏK,
DÜZƏLƏR DÜN

(“Dünya düzəlmir ki, düzəlmir, babam”… Məmməd Araz)

Sevdalı qəlbimiz düşər tilsimə,
Yarpağı çevirər xəzələ dünya.
Ona “düzəlmir ki, düzəlmir” – demə,
Özmüz düzəlsək,
düzələr dünya…

Əsrlər, nəsillər düzülüb səfə,
Allah yurd eləyib dünyanı bizə!
Qoynunda dönmüşük əziz-xələfə,
Biz ona borcluyuq,
dünyamı bizə?

Arxa, dayaq olub yetim-yesirə,
Kimin bostanına daş atıb dünya?
Qoynunda yer verib neçə nəsilə,
Yedirdib, içirdib, yaşadıb dünya!

Çoxdur bu yazıqdan inciyən, küsən,
Haqqı var yandırsa,
dünyamı yaxsa…
Özü oturduğu budağı kəsən
İnsan günahkardı,
Dünyamı yoxsa?

İşinə qarışsan, qırğın eləyər,
Saat əqrəbi tək fırlanar dünya…
Gecə qaranlığı yorğan eləyər,
Günəş boylananda nurlanar dünya…

Odur qovuşduran bizi sabaha!
Qəlbin bülbül kimi ötməyi də var…
O yazıq bizimçün neyləsin daha? –
Dünyaya gələnin getməyi də var…

Həmişə yanında dilimiz gödək,
Borcluyuq ona da, elimizə də…
Başqa bir yer varmı dünyadan gedək? –
Qoynunda yer verir ölümüzə də…

Kim dönə bilib ki, ömrün qışından?
Ölüm mələyinin əli yaxamda…
Odur insan kimi bizi yaşadan,
Odur qəbrimizə sahib çıxan da…

Bizi xilas edər dardan, çətindən,
Sərrafı tapılsa, bir incidir o.
Çıxmaz zərrə qədər öz orbitindən,
Mizan-tərəzidə birincidir o!

Bostanın öz yeri, bağın öz yeri.
Böcəyi yerində, quşu yerində…
Dərənin öz yeri, dağın öz yeri,
Payızı yerində, qışı yerində…

Dənizi yerində, çayı yerində,
Necə çirkin deyək gözələ, şair?
Günəşi yerində, ayı yerində,
Dünya əyridi ki, düzələ, şair?!

09.08.2019

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Laçınlı – Qar…

Şairi söhbətə çağırıb bu qar

Qış qonaq olubdu budaqlar üstə,
Şairi söhbətə çağırıb bu qar.
Meşə qırov taxıb dəstəbədəstə,
Gözlər gözəllikdə tapıbdır qərar.

Saçımın rənginə oxşayır bu ağ,
Ruhumda varıymış qar qarışığı.
Şaxta sinəm üstə yandırdı ocaq,
Əlimi qızardıb odun işığı

Üzü bir rəng alıb aranla dağın,
Torpaq üzərinə ütü çəkilib.
Qorxursan sığalın pozar ayağın,
Sevincin ağ gülü yurda əkilib.
Müəllif: Azər Laçınlı


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QIŞA – BƏRƏKƏT – DEYƏK

QIŞA -BƏRƏKƏT- DEYƏK

(Şair dostum Xəlil Zeynalova…)

Bir az sonra yazı var,
Qışa- bərəkət- deyək.
Keçir, çoxu azı var,
Yaşa -bərəkət- deyək.

Çəmən- gülü bitirən,
Zaman- dərdi ötürən,
Bizə ruzi gətirən
İşə- bərəkət- deyək.

Əl-kündəni unlayan,
Arı-şanı mumlayan,
Yeri əkən, şumlayan
Xışa-bərəkət-deyək.

Tut arağı, ol, olsun,
Görüşə bir yol olsun.
Qoy ruzumuz bol olsun,
“Nuş”a -bərəkət- deyək.

Demə-yardı doyulan,
Qəlb həsrətdən soyulan.
Pis şeirə qoyulan
“Quş”a- bərəkət- deyək.

Adil qaldırsın səsin,
Xəlil xəngəldən yesin,
Qəzənfər sağlıq desin,
“Tuş”a -bərəkət- deyək.
14.01.2024

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DAHA QAR YAĞIIR,QAR YAĞIR.

DAHA QAR YAĞIIR,
QAR YAĞIR.

Yağışlar yağdı, qurtardı,
Daha qar yağır, qar yağır.
Kimin evinə qəm- kədər,
Kimin çölünə var yağır.

Kövrək olur güllər nədən,
Boylananda pəncərədən.
Qəmli-qəmli tül pərdədən,
Baxan gözlərə qar yağır.

Ömrün gülşəni qaralıb,
Yamyaşıl orman saralıb.
Yollar yamanca qaralıb,
Daha izlərə qar yağır.

Gəlib yetdi elə zaman,
Baxışı ox ,sözü kaman.
Yanağından qanı daman,
Daha üzlərə qar yağır.

Dağ bürnüb duman-çənə,
Saç bələnib girov, dənə.
Yusifoğlu, ta ömrünə,
Daha qar yağır, qar yağır.

MÜƏLLİF:İBRAHİM YUSİFOĞLU

İBRAHİM YUSİFOĞLUNUN YAZILARI


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İSLAM SADIQ – ŞEİR YAĞIR YENƏ GÖYDƏN

ŞEİR YAĞIR YENƏ GÖYDƏN

Göyün üzü bir alaçıq,
Qar dayanmır bir azacıq.
Şairlərin əli açıq,
Şeir yağır yenə göydən.

Sözlə dolub ağ sinəsi,
Sözdü qarın hər dənəsi.
Kim susası, kim dinəsi,
Şeir yağır yenə göydən.

Boxçasını sökür Tanrı,
Sözü göydən tökür Tanrı.
Pay-püşünə şükür, Tanrı,
Şeir yağır yenə göydən.

Salxımlanır üzüm-üzüm,
Sətirlənir düzüm-düzüm.
Qalır bircə sapa düzüm,
Şeir yağır yenə göydən.

Şair dostum üzə düşdü,
Ovçu kimi izə düşdü.
Nə düşdüsə, bizə düşdü,
Şeir yağır yenə göydən.

Gah ilişir saçıma da,
Kirpiyimə, qaşıma da.
Gəlib qonur ovcuma da,
Şeir yağır yenə göydən.

Kəsmək bilmir, yağhayağdı,
Bir əl göyü sağhasağdı.
Vurhavurnan yığhayığdı,
Şeir yağır yenə göydən.

14 yanvar 2024
Novxanı

Müəllif: İslam Sadıq


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cavanşir Qənbərin şeiri

Qar…

Deyirlər, torpağa- daşına yağır,
Əkinçi dədənin xışına yağır,
Qar yağır… adamın başına yağır,
Qar yağır, quşların lələklərinə.

Qar yağır , damların xınası üstə,
Qar yağır, kasıbın koması üstə,
Qar yağır, fəhlənin sobası üstə,
Qar yağır, səkinin bəzəklərinə.

Bu qar bu şəhərə bir kərə yağmır,
Bu qar bu axşama, səhərə yağmır,
Bu qar topa- topa səngərə yağmır,
Qar yağır, Analar ürəklərinə…

Qar yağır, o dağa, bu dağa baxın,
Qar yağır… bir azca uzağa baxın ,
O suyu quruyan bulağa baxın,
Qar yağır, evlərin dirəklərinə…

Müəllif: Cavanşir Qənbər 

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fazil Aydın – İlk qar

İLK QAR
( 2000- ci illərin şeirlərindən…)

Payızın son ayı, qış hələ gəlmib,
sorağı surətlə qaçıb gəlibdir.
O köçəri quşlar yola düzəlmib,
küləkli soyuq qar uçub gəlibdir.

Hər tərəf ağappaq donunu geyir,
bəlkə, təbiətin bir qız toyudur.
Yer, göy bir ağızdan ” mübarək” deyir,
coşğun ürəklərin şadlıq ayıdır.

Uşaqlar bir topa bal arısı tək,
dolanır başına şaxta babanın.
Hər qar dənəsinin tən yarısı tək,
ümüdü soyuqdur elin- obanın.

Kiməsə səadəd, şöhrət gətirib,
kiməsə sonu yox zülmət gətirib.
Kimi xəz paltoda isti tər tökür,
kimi qollarını qoynunda bükür.

Adi insan kimi bilinmişik biz,
ancaq pula görə bölünmüşük biz.
Donub əl- ayağı bax o uşağın,
mənası budurmu,şən yaşamağın?

Ata kasıblıqdan soyuq tər tökür,
əriyən biz buzun damlası kimi.
Büzüşür bir yanda içini çəkir,
qurd vurmuş ağacın alması kimi.

Heç bu təbiətin insafı yoxdur,
payızın ömründən pay verdi qışa.
Payız duyğularmı son anda boğdu
özümdən xəbərsiz çevirdi qışa…

Müəllif: Fazil Aydın

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru