Şairi söhbətə çağırıb bu qar
Qış qonaq olubdu budaqlar üstə,
Şairi söhbətə çağırıb bu qar.
Meşə qırov taxıb dəstəbədəstə,
Gözlər gözəllikdə tapıbdır qərar.
Saçımın rənginə oxşayır bu ağ,
Ruhumda varıymış qar qarışığı.
Şaxta sinəm üstə yandırdı ocaq,
Əlimi qızardıb odun işığı
Üzü bir rəng alıb aranla dağın,
Torpaq üzərinə ütü çəkilib.
Qorxursan sığalın pozar ayağın,
Sevincin ağ gülü yurda əkilib.
Müəllif: Azər Laçınlı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
2 thoughts on “Azər Laçınlı – Qar…”