Fazil Aydın – İlk qar

İLK QAR
( 2000- ci illərin şeirlərindən…)

Payızın son ayı, qış hələ gəlmib,
sorağı surətlə qaçıb gəlibdir.
O köçəri quşlar yola düzəlmib,
küləkli soyuq qar uçub gəlibdir.

Hər tərəf ağappaq donunu geyir,
bəlkə, təbiətin bir qız toyudur.
Yer, göy bir ağızdan ” mübarək” deyir,
coşğun ürəklərin şadlıq ayıdır.

Uşaqlar bir topa bal arısı tək,
dolanır başına şaxta babanın.
Hər qar dənəsinin tən yarısı tək,
ümüdü soyuqdur elin- obanın.

Kiməsə səadəd, şöhrət gətirib,
kiməsə sonu yox zülmət gətirib.
Kimi xəz paltoda isti tər tökür,
kimi qollarını qoynunda bükür.

Adi insan kimi bilinmişik biz,
ancaq pula görə bölünmüşük biz.
Donub əl- ayağı bax o uşağın,
mənası budurmu,şən yaşamağın?

Ata kasıblıqdan soyuq tər tökür,
əriyən biz buzun damlası kimi.
Büzüşür bir yanda içini çəkir,
qurd vurmuş ağacın alması kimi.

Heç bu təbiətin insafı yoxdur,
payızın ömründən pay verdi qışa.
Payız duyğularmı son anda boğdu
özümdən xəbərsiz çevirdi qışa…

Müəllif: Fazil Aydın

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Fazil Aydın – İlk qar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir