Kateqoriya arxivləri: Mikayıl Məxfi

Mikayıl Məxfi – Təmsillər

GÖZ ÜSTƏ
– Qurbandı sənə
Bu şirin canım,
Sənsən əzəldən
Dinim, imanım.
– Çox sağ ol, dostum,
Bilirsən nə var?..
Bircə aylığa
bir az borc…
olar?
– Eh, pul nədir ki,
Məndən can istə.
Pul can deyil ki,
Deyəm göz üstə.

ZƏNGLİ SAAT
Sübhdən elə bağırır
Maşınlar dar dalanda…
Susub zəngli saat da
Mat qalır həmin anda.

Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Məxfinin təmsilləri

ƏHSƏN
Bir gün çanaqlı bağa
Səsləyib qurbağanı,
Dedi: – Dostum, yaxın gəl,
Gör qənimin ilanı
Nə hala salmışam mən.
Qanına qəltan edib,
Canını almışam mən.
Qurbağa dedi: – Əhsən!..
Afərin, qardaş, sənə.
Öldür, ye o ilanı,
Yaxın gəl, demə mənə.

ZƏRGƏR
Zərgərlik peşəsinə
Qurşanmış bir Sağsağan,
Qızıla misi qatır, –
Qışqırır: “Daşqaş” alan.

ÖZGƏ KÖLGƏSİ
Bir qaya kölgəsində
Tirlənib yatan köpək,
Deyirdi: – Kölgəmi var –
Baxın mənim kölgəm tək (kölgəmtək)!
Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Məxfi – Görüş

GÖRÜŞ
Qonarar aşiqinin
Anbara düşdü yolu.
Bu həmin anbar idi,
Köhnə kitabla dolu…
Tozlu, solğun kitablar
Onu anbarda görcək,
Dedilər: xoş gəlibsən!
Sən, a mərəzi göyçək.
Yadındamı o vaxtlar
Arxalanıb dayına,
İldə bir kitab yazıb,
Saldın bizi oyuna.
Ağappaq üzümüzü
Elə etdin ki, qara,
Dükanları dolaşıb
Yenə düşdük anbara.
Oxucu həsrətiylə
Saralmışıq, solmuşuq.
Sən qonarar aşiqi,
Biz tullantı olmuşuq.
Axırı özün gəlib
Yaxşı keçibsən ələ.
İndi bizimlə birgə
Verilərsən utilə.

Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I