
ƏHSƏN
Bir gün çanaqlı bağa
Səsləyib qurbağanı,
Dedi: – Dostum, yaxın gəl,
Gör qənimin ilanı
Nə hala salmışam mən.
Qanına qəltan edib,
Canını almışam mən.
Qurbağa dedi: – Əhsən!..
Afərin, qardaş, sənə.
Öldür, ye o ilanı,
Yaxın gəl, demə mənə.
ZƏRGƏR
Zərgərlik peşəsinə
Qurşanmış bir Sağsağan,
Qızıla misi qatır, –
Qışqırır: “Daşqaş” alan.
ÖZGƏ KÖLGƏSİ
Bir qaya kölgəsində
Tirlənib yatan köpək,
Deyirdi: – Kölgəmi var –
Baxın mənim kölgəm tək (kölgəmtək)!
Müəllif: Mikayıl Məxfi
MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI