SİRLƏRİN TARİXİ – Abbas ƏLİZADƏNİN LAYİHƏSİ
Uşaqların “Xaçlı Yürüşləri”
1212-ci ildə uşaqların “Xaçlı Seferi” , Etienne adlı bir fransız uşaq tərəfindən başlanmışdır. Bir çoban olan bu uşaq, Isanı gördüyünü və onun özünü, “Müqeddes torpaqların” xilas edilməsi üçün təyin etdiyini iddia edirdi. Yürüşə başlayan Etienneye yolda minlərlə qız və oğlan uşaqları qatıldı. Bunların bir qismi silahlı idi. Bütün Fransanı bir çılğınlıq dalğası bürüdü. Valideyinlər uşaqları ilə bacarmadılar. Nəhayət bütün uşaqlar, Marsel yolu üstündə sahilə toplandılar və Etiennenin tapşırığı ilə dənizin çəkilib yol açılmasını gözlədilər.Belə bir şey olmayınca da gəmilərə dolub dənizə çıxdılar. Yeddi gəmi dolu uşaq “Müqeddes Torpaqları” xilas etməyə gedirdilər. Ancaq, yolda gəmilərdən ikisi batdı. Sağ qalan uşaqlar ise gəmiçilər tərəfindən İskendəriyyədəki əsir bazarlarına aparılıb, kölə olaraq satıldılar. 1237-ci ildə Erfurta buna bənzər bir hadisə baş vermişdi. Uşaqların “Xaçlı Yürüşləri” Fransada 1458-ci ilə qədər davam etmişdir.
Müəllif: Abbas ƏLİZADƏ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru