QATİLİN AQİBƏTİ (hekayə) Sahilini mavi Xəzərin sularının yuduğu Abşeronun özünəməxsus gözəlliyi var. Burada ilin bütün fəsilləri ürəkaçandır. Xüsusilə yazda və yayda buralar daha gözəl olur: quşların cəh-cəhi, Xəzərin sahilə can atan dalğalarının ahəngdar səsi, çimərliklərdəki uşaqların, gənclərin şən qəhqəhələri insanda xoş ovqat yaradır. Üzüm tənəkləri, ağaclardakı meyvələr olduqca dadlı, ləzzətli olmasından savayı, elə təkcə görünüşü ilə də ürəkləri xoşhallandırır. Yarımadanın yaraşıqlı kurort qəsəbələrinin birində Zahid kişi adlı ağlı, kamalı, dünyagörüşü ilə seçilən bir nəfər öz ailəsi ilə şad-xürrəm yaşayırdı. Oturuşuna-duruşuna, ağsaqqalına görə hamı ona hörmətlə yanaşırdı. Zahid kişi bu hörməti hələ gəncliyində qazanmışdı. Zahidin dörd uşağı vardı: ikisi oğlan, ikisi qız. Uşaqların anası Gülsurə xanım da əri kimi ailəcanlı idi. Uşaqlarının hamısına təhsil vermişdilər. Ata-ana övladları ilə fəxr edirdilər. Uşaqlar böyüdükcə valideynləri onların gələcək həyatını təmin edirdi. Artıq ailənin bir oğlu və bir qızı ailə həyatı qurub ayrıca yaşayırdılar. Hərəsinin öz evi vardı. Təkcə qardaşların ən kiçiyi Elman və bacılardan acı dili olan Elyanora valideynləri ilə yaşayırdılar. Elyanora da çoxdan ailə həyatı qura bilərdi, lakin onun düşünmədən danışmağı, düşünmədən hərəkət etməsi, böyük-kiçik tanımaması, bir sözlə, özünü idarə edə bilməməsi qonşulardan, qohumlardan da məxfi qalmamış və ona heç kəs elçi düşməmişdi. İllər ötdükcə Elyanoranın xasiyyəti lap dözülməz şəkil aldı. Artıq tibb bacısı işlədiyi poliklinikada da onun əlindən bezmişdilər. Elman isə ailə həyatı qurmaq istəmişdi. Lakin bacısı Elyanoranın xasiyyətini yaxşı bilirdi. Elman Elyanora ilə bir evdə yaşayırdı və evlənəndən sonra da, həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayacaqdı. O, bilirdi ki, Elyanora əsassız olaraq gəlini incidəcəkdir. Nəticədə isə ailə dağıla bilər. Bunları bildiyinə görə, Elman ailə həyatı qurmamışdı. Bütün bunlarla kifayətlənməyən Elyanora əxlaqsızlığa da qurşanmışdı. İş o yerə gəlib çatmışdı ki, yaxın qohumu Səfiyarla da guya “dostluq” edirdi. Qızının belə hərəkətlərinə dözə bilməyən Zahid kişi əsəb xəstəliyinə tutuldu. Həkimlər ona xeyli dava-dərman yazdılar. Tibb işçisi olmasına baxmayaraq Elyanora atasına hətta iynə vurmaqdan da imtina etdi. Xəstə ata naəlac qalaraq hər gün “təcili yardım”a müraciət edirdi. İllər ötdükcə Elyanoranın xasiyyəti daha dözülməz olurdu. Onun artıq 40 yaşı vardı. Hərəkətlərinə tam sərbəstlik vermişdi. Valideynləri, qardaşları, bacısı, yaxın qohumları xəcalətdən adam arasına çıxa bilmirdilər. Son vaxtlar onda mal-mülk, var-dövlət hərisliyi də baş qaldırmışdı. Zahid kişinin yaxşı evi vardı. Ömrü boyu işləmişdi, zəhmət çəkmişdi. O, sağlığında yaşadıqları evi oğlu Elmanın adına saldırdı. Bunu bilən Elyanora həm qisas almaq, həm də nəyin bahasına olursa-olsun evə sahib çıxmaq arzusunu həyata keçirmək üçün yeni planlar, yeni yollar axtarışına başladı. Bundan ötrü yalnız özünün bildiyi, öz ürəyindən keçirdiyi üsullarla hərəkət etməyi düşündü. Günlərin birində Zahid kişini pristup tutdu. Elyanora çoxdan gözlədiyi məqamın yetişdiyini hiss etdi və nə vaxtdan bəri fikirləşdiyi cinayəti həyata keçirməyi qərara aldı. Ağrıdan qovrulan, hamıdan imdad diləyən ataya güya Elyanoranın yazığı gəldi və onu sakitləşdirmək məqsədilə damarına zəhərli iynə vurdu. Qarşısında qovrulan atanın keçirdiyi əzablar görəsən Elyanoraya təsir edirdimi? Onu boya-başa çatdıran atanın zəhməti müqabilində, törətdiyi bu cinayətdən ürəyinin ən dərin bir küncündə belə təəssüf hissi vardımı? Həmin anda azacıq da olsa Allah qorxusu onu narahat edirdimi? Sanki Elyanoranın öz aləmi, öz dünyası, yalnız özünəməxsus əxlaqi, etik normaları vardı. O, bu normalara uyğun yaşayır, hərəkət edirdi. Bir neçə saatdan sonra Zahid kişi keçindi. Elyanoranın bu əməlindən heç kəs xəbər tutmadı. Axı, bu hərəkət kimin ağlına gələ bilərdi?.. Elyanora isə öz işində idi. Fikirləşirdi ki, əməliyyatın çətini ötüb keçib. Artıq evin sahibi yoxdur. Qalır anası və qardaşı Elman, onları isə aradan götürmək olduqca asandır. Anası Gülsurə sadəlövh qadın idi. Qardaşına da bir çarə tapacaq. Sonra bu boyda mülk də onunkudur, içindəki avadanlıq da… Atasının ölümündən üç ay sonra anasının çayına nə qatdısa, qadın havalandı. Sonra da onu döyə-döyə öldürdü. Növbədə isə qardaşı idi… …Bir gün sakitcə küçə ilə gedən Elmanı polislər saxlayıb şübhəli şəxs qismində şöbəyə aparırlar. Axtarış zamanı cibindən narkotik maddə tapılır. Elman narkotik maddə ilə əlaqəsi olmadığını bildirsə də, onu heç kəs eşitmək istəmir. Məhkəmə Elmana 7 il həbs cəzası verir. Və beləliklə, bu məsələ də şübhəli, müəmmalı qalır. İki il ötür, həbsxanadan xəbər gəlir ki, bəs Elmanı öldürüblər… Ev qeydiyyatında tək özü qalan Elyanora istədiyinə nail olur və böyük bir ailənin uzun illərdə qurub yaratdığı evi əlinə keçirir. Öndə qeyd etdiyim kimi, Elyanora tibb bacısı işləyirdi. Bir məsələ aydın idi ki, işindən tez-tez yayınardı və alver məqsədilə xarici ölkələrə gedib-gələrdi. Onun tez-tez işindən yayınmasına da barmaqarası baxırdılar. Güman ki, kollektiv onunla birgə işləməkdənsə, onsuz işləməyi üstün tuturdu. Yəni iş yoldaşları özlərini Elyanorasız daha sərbəst hiss edirdilər. Beləliklə, illər ötür, yaş üstünə yaş gəlirdi… İndi Elyanoranın hər şeyi vardı: evi, həyəti, hələ üstəlik son illərdə alver etməklə xeyli pul da qazanmışdı. Lakin xoşbəxtliyi yox idi. Özünü gündən-günə pis hiss edirdi. Qardaşı, bacısı, yaxın qohumları onunla bütün əlaqəni kəsmişdilər. İş yoldaşları ondan uzaq gəzməyə çalışırdılar. Ömrü boyu arzusunda olduğu, min bir fırıldaqla ələ keçirdiyi var-dövlət də, ev də ona xoşbəxtlik gətirməmişdi. Əvvəllər fikirləşirdi ki, varlı olduğuna görə kimsə onunla ailə həyatı qurar. İllər ötdükcə gördü ki, nəinki onunla ailə həyatı qurmaq istəyən, hətta onun üzünə baxmaq istəyən belə yoxdur. …Elyanora dodaqları altında astadan nəsə danışa-danışa küçələrdə gəzər, hara getdiyinin, haradan gəldiyinin fərqinə varmadan qəsəbəni dolaşardı. Heç kəs ona fikir verməzdi. Belə bir adamın bu qəsəbədə yaşayıb-yaşamaması heç kəsi maraqlandırmazdı. Elyanora artıq diriykən ölüyə çevrilmişdi. Elə hamı üçün… Bir gün səhər Elyanora yenə də adəti üzrə evdən çıxdı. Əvvəllər zövqlə geyinən Elyanoranın əyin-başı pis kökdəydi. Baş yaylığını necə gəli bağlamışdı, əyninə nə geydiyinin fərqinə varmamışdı. Corabları ayaqqabılarının üstünə düşmüşdü. Bir sözlə, görkəmi adamda pis əhval-ruhiyyə yaradırdı. Adəti üzrə evlərinin yaxınlığından keçən yola tərəf üz tutdu. Elyanora həmişə dəmir yolundan keçib mərkəzi küçədə məqsədsiz şəkildə gəzər, axşam geri qayıdardı. Elektrik qatarı artıq yaxınlaşmaqdaydı. Qatar uzun-uzadı siqnal çalmağa başladı, yəqin ki, maşinist bir nəfərin yola yaxınlaşdığını görüb ona xəbırdarlıq edirdi. Lakin Elyanora öz aləmindəydi. Bundan da qat-qat güclü siqnal səsini belə eşitmək iqtidarında deyildi. Qatar gəlib çatanda Elyanora artıq düz yolun ortasındaydı. O, yaxınlıqda bir neçə nəfər adamın onu səslədiyini belə eşidə bilmədi…
LÜTFEN BU YAZIYI OKUYUN, OKUTUN! “Anadolu’nun çeşitli yerlerinde yapılan kazılarda çıkan kemiklerin DNA analizleri şaşırtıcı gerçekleri ortaya koyuyor.
Herodot tarihi der ki;
M.Ö.625 yılında Zile yakınlarında Pers ordusu bir hile ile Saka/iskit ordusunu (Alper Tunga’yı) yenene kadar tüm Anadolu’ya Saka’lar hakimdi.
Saka’lar MÖ. 5. Yy.da Altından elbise yaparken, o tarihte ne Rus vardı, ne Alman ne de Fransız vardı.
Biraz daha geriye gidelim…
Sümerlere (yani orta Asyalı Kengerler)
Turukku’ya, “Türk” Turku krallığına gidelim…
Çünkü Anadolu medeniyetini kuranların eski Yunan Medeniyeti olduğu tezi bize yıllardır yutturulmuştu ya. Biraz öfkeliyiz bu tarihi yalanlara karşı!
Işte, şimdilerde dünya çapında Arkeoloji Profesörleri topraktan çıkardıkları kemiklerin DNA’larıyla o yöredeki köylülerin DNA’larını karşılaşınca şok geçiriyorlar çünkü DNA’ları yüzde 97 uyumlu.
Örneğin;
Antik Burdur -İsparta tarihi Ağlasun kazılarından…
Burdur ve Isparta’da ki SAGALASSOS uygarlığı da Ön-Türk uygarlığı çıktı.
Belçika LEUVEN Katolik üniversitesinden Prof. Dr. Matc WAELKENS, Ağlasun kasabasında yaptığı kazılar esnasında ortaya çıkan kemiklerin DNA’sını köylülerle karşılaştırınca şok oldu. Toprak altından çıkan 6-8 bin yıl öncesinin kemikleriyle çalıştırdığı işçi-köylülerin DNA’sı yüzde 97 aynı çıktı) yani onlar da Ön-Türklerin bir kolu olan SAGALASSOS çıktı.
Frigya’sı da böyle Yazılıtaş’ı böyle,
Urartu’su da böyle Hitit’ i de böyle…
Eskiden Batılı Arkeologlar buluntuları çalıp çırpıp ülkelerine kaçırıp, Anadolu tarihini uyduruk Helen diye bize kakalasalar da bizimkiler de aksini ispat etmeyi başarıyor hele şükür…
buna bir örnek de Assos;
Assos’u kuranlar da Ön-Türklerin bir kolu Lelegler ve Pelasglar çıktı….
Ey Atatürk sen ne büyük adam çıkıyorsun her geçen gün böyle…
Teee Alacahöyük kazılarını yaptırdığında bunları söylemiştin, sana inanmayanlar utansın!
Kemalist tarih tezi diye küçümseyip kenara atılan “Türk Tarih Tezinin Ana Hatları” kitabını okullardan kaldırtanlar utansın!…
Anadolu uygarlığını eski Yunan’ın kurduğu tezi bize yutturuldu demiştik!
Oysa Helenlerin bile 3/4’ü Ön-Türk çıktı.
Ön-Türk Pelasglar ile Kuzey Batı Avrupa topluluğu olan Dorların karışımından oluşmuş Helenler.
Daha sonra da bu karışıma diğer Ön-Türk halkları Traklar ve Mekadonlar eklenmişti.
Sırada ne var?
Tabi ki Göbeklitepe Ön-Türk uygarlığıyla, Turukku Krallığı ve yine Urumiye deki Urmu teorisini de halkımıza öğreteceğiz..
S.N Kramer ile Prof. Osman Turan hoca,
Sümerce ‘deki 950 kelimenin kökeni Türkçedir dedi ve batıda ki diaspora tarihçileri sus pus oldular….
Ahh bu kelimeler Türkçe değilde, örneğin; Yunanca yada Ermenice çıksaydıııı….
o zaman dünyayı ayağa kaldırırlardı…
Anladınız sebebini de değil mi?…
Sonuç:
Bugün Hun/Macarlardan,
Almanlara, İtalyanlardan (Etruksler=Ön-Türklerin bir kolu), İspanyol’a, hatta İngiliz ve İskoçlara kadar neredeyse tüm batı tarihini Sakalara /İskitlere bağlama telaşında…
Hemen hepsi köklerini Azerbaycan’ın Gobulistanına, Albania’sina, Gabanasına ve daha kuzeyine bağlamaya başladı…
çünkü biraz geri gidince tarihleri kökleri olmadığını öğrendiler.
Antik Yunan tanrılarının bile Mısırdan çalıntı olduğunu öğrendiler.(bunu ilk kez Herodot da demişti ama her ne hikmetse unutmuslardı…)
Batı artık “Kara Atena” yı yazdı…
tarihi ile yüzleşip köklerini Türklere bağlıyor….
Bu aslında iyi bir şeydir, ticari açıdan da tarihi bir firsat olabilir. İş bilenin demiş atalarımiz…
Artık Türklüğümüzle Atatürk gibi gurur duyabileceğiz, tabi Atalar kültüne inanan bizim gibi köklü hissiyatı olanlar duyacak… “
Ən dərin quyuda nə var? Kola quyusu – Yer qabığının sirrini açan layihə
İnsan həmişə kainata baxıb ulduzlara çatmaq istəmiş, amma bəzən ən böyük sirrlər ayaqlarımızın altında gizlənmişdir. 1970-ci ildə SSRİ alimləri Kola yarımadasında Yer qabığının dərinliklərini araşdırmaq üçün tarixi bir layihəyə başladılar. Məqsəd neft və ya qaz tapmaq yox, Yer qabığının strukturunu birbaşa öyrənmək idi. Bu, elmin sərhədlərini genişləndirən bir macəra idi.
1970-ci ildə qazılmağa başlayan quyu 1989-cu ildə 12.262 metr dərinliyə çatdı. Bu, insan tərəfindən qazılmış ən dərin quyu olaraq hələ də rekorddur.
Dərinlik artdıqca istilik 180°C-yə çatdı. Bu qədər yüksək temperaturda qazma alətləri əriməyə başladı və işləmək çox çətinləşdi.
10 km-dən aşağıda suyun izləri aşkarlandı. Bu, geoloqlar üçün sürpriz oldu, çünki bu dərinlikdə suyun olması gözlənilməz idi.
6 km dərinlikdə 2 milyard il yaşında mikroskopik canlı fosilləri tapıldı. Bu, dərin Yer qabığının əvvəllər düşünüləndən daha canlı olduğunu göstərdi.
Amma qazma zamanı qayalar çox sıx idi, sanki Yer nəfəs alırdı. Təzyiq 4.000 atmosferi keçirdi, bu da alətlərin sınmasına səbəb olurdu.
Bütün uğurlara baxmayaraq, texniki səbəblər layihənin davam etməsinə imkan vermədi. Alətlər yüksək istilik və təzyiq altında sıradan çıxırdı. Hər yeni qazma mərhələsi daha bahalı və riskli idi.
1991-ci ildə SSRİ dağıldı və maliyyə çatışmazlığı səbəbilə qazma da dayandı. Beləliklə, 1992-ci ildə quyu rəsmi olaraq bağlanır, 2008-ci ildə isə ağzı möhürlənir.
Kola superdərin quyusu Yer qabığının dərinliklərini birbaşa göstərən yeganə layihədir. Quyu qabığın struktur və tərkibi haqqında çox dəqiq məlumatlar verdi.
P.S. Quyudan qorxunc səslər gəlirdi söhbəti isə tamamilə uydurmadır.
AMERİKA KITASINA ADINI VEREN TÜRKLER Atatürk’ün “EMERİK” kelimesine gözü ilişmişti. Atatürk, elimizde bulunan bazı tarihi verilerden hareket ederek ( Piri Reis Haritaları gibi ) Türklerin K.Kolomb’dan önce Amerika’yı keşfetmiş olabilecekleri tezi üzerinde durmuştur. Özellikle 1930′lardaki tarih ve dil çalışmaları sırasında bu yöndeki bazı ip uçlarıyla ilgilendiği anlaşılmaktadır. Örneğin,yine bir gece tarih ve dil üzerine çalışırken Amerika ve Türkler konusunda bir ip ucuna rastlamıştır. Sonrasını o sırada Atatürk’ün yanında bulunan yaveri Cevat Abbas Gürer’den dinleyelim. “Böyle bir gecenin yarısından sonra idi. Meşhur Rus alimi Pekarsky’in Yakut Lügatını tetkik eden Atatürk’ün “EMERİK” kelimesine gözü ilişmişti.
Durdu ve kendi kendine gülmeye başladı. Derin bir haz ve neşe içinde gözlüğünü çıkardı. “Birer sigara ve kahve içelim” emrini verdi. Meğer bulduğu “emerik” kelimesi Türk Yakut dilinde “denizle ayrılmış arazi parçasını” ifade eden manaya geliyormuş. Haz ve neşe yaratan mütaalasını da acizden esirgemedi. Emerik kelimesinin Amerika’nın kaşiflerinin tarihiyle,Yakut Türklerinin kıdemleri tarihini mukayese ederek,”Amerika’nın adını büyük ecdad koymuştur”dedi.
“Evet;Kristof Kolomb’dan sonra Amerika’ya muhtelif zamanlarda dört defa seyehat eden Floransalı gemici “Ameriko Vespuçi” adına izafe edilen Amerika kıtasına,Avrupa Kaşiflerinden çok evvel Asya’dan geçenlerin yeni tetkiklerle kıdemlerini (kökenlerini) biliyoruz.” buyurdurlar. Yani Atatürk, “Amerika” adının, Ameriko Vespuçi’den değil, Yakut dilinde halen kullanılan Türkçe “Emerik” (Amerik) sözcüğünden geldiğini tespit etmiştir. Onun bu tespiti,III. Türl Dil Kurultayı üçüncü gün birinci toplantısında sunulan Genel Sekreterlik Raporunda şöyle ifade edilmiştir.
(DEVAMI 1) “Bu kıtaya Amerika isminin Ameriko Vespuçi’nın adına göre verildiği iddiasıyna karşı, daha bundan önce Nikaragua yerlilerinin Amerika adını kullandıklarını yine Avrupalı coğrafya ve tarih uzmanlarının kitaplarında buldukları, Yakut Lügatı’ndaEmerik kelimesine de hala yaşayan bir söz olarak rast geldikten sonra…”
Atatürk, yaptığı araştırmalar sonunda Amerika’yı Kolomb’dan önce Türklerin keşfettiğini, hatta Amerika’nın ilk yerli halkları arasında Türklerin olduğunu düşünüyor, bu düşüncesini her fırsatta dile getirmekten de çekinmiyordu. Örneğin, bir keresinde bu düşüncesini Amerikalı bir gazeteciyle paylaşmıştı.
Atatürk bir gece Ankara Palas’ta Kızılay’ın düzenlediği bir baloya katılmıştı. Bir süre sonra balo salonunda elinde viski bardağıyla dolaşan uzun boylu bir adam dikkatini çekmişti. Adamın duruşundan bir yabancı olduğu anlaşılıyordu
Atatürk yavaş yavaş yaklaşan adama yaklaşmış ve önce yanında bulunan Tevfik Rüştü Aras’a: “Bu mösyö kimdir?” diye sormuştu. Tevfik Rüştü: “Paşam amerikan Gazetecisidir” diye yanıt verince Atatürk,o gazeteciyle tanışmak istemişti. Tanışmanın ardından Atatürk’le Amerikalı gazeteci arasında şu konuşma geçmişti:
Atatürk Amerikalıya:”Hangi Irktansınız?”diye sormuş. “Amerikalıyım” yanıtını alınca. “Hayır,siz Amerikalı Değil Türksünüz!”diye karşılık vermişti.
Amerikalı önce şaşırmış, bir yanlış anlaşılma olduğunu düşünerek yine “Ben Amerikalıyım” diye diretince Atatürk:
“Cristof Colomb’tan elli yıl önce Türkler Amerika’yı keşfetmişler!” diye söze başlayarak, müzelerimizde ceylan derisinden yapılmış Amerika haritalarının bulunduğunu,Amerika’ya giderken rastlanan Kayık Adaları’nın Türkçe Olduğunu,Türkçede kayığa sandal da dendiğini, Kanarya Adalarının adının “KANARİ” olarak yazıldığını,Kanari’nin bizim Türkçede KANARYA olduğunu ve Amerikan yerli halklarının Bering yoluyla Orta Asya’dan Amerika’ya gittiklerini anlattıktan sonra Amerikalıya: “Siz Amerikalılar Orta Asya’dan hicret ettiniz. Olsanız olsanız Türk olabilirsiniz. “diyerek sözlerini bitirmişti.
Amerikalı gazeteci şaşkındı. Atatürkün tarihe olan ilgisini gördükten ve Amerikan tarihi hakkındaki ilginç sözlerini duyduktan sonra bir kaç günlüğüne geldiği Türkiye’de daha uzun süre kalmış;günlerce müzelerde incelemeler yapmış,kitaplar okumuş,notlar almış ve Amerika’ya gidince de: “Biz Amerikalılar Türk’ten başka bir şey değiliz…” diye yazılar yazmıştı.Türk Gazeteleri de Amerikalının Yazılarını Türkçeye çevirerek yayımlanmışlardı.
Yığıb əlifbanın hər hərfindən, İllərdir mən sənə şeir yazıram. Çox şey istəyirəm görəsən səndən? Mən indi xeyri də şərə yozuram…
Zəhrimara qalsın ülvi məhəbbət, Söylə bizdə olan sevgidir, nifrət? Dedin haqq dövrüdür, hanı ədalət? Mən özüm özümə tələ qururam…
Açıb məktubumu oxumamısan, Bir kərə mənimtək darıxmamısan. Görəsən heç məni soraqlamısan? Mən belə suala cavab tapmıram.
****
Sən gedəni tozmu basıb buraları? Qovlayıram, güllərimin üstündəki milçəkləri. Sən gedəni ağlım uçub, elə bil olmuşam dəli… Göz yaşımla sulayıram sən verdiyin çiçəkləri.
Sən gedəni xatirələr qalaq-qalaq, Söyləmişdim “Belə getmə, bir azca mehriban olaq”… Sən gedəni yuvamın da damı uçdu, Sən gedəni xarabalıq oldu bu ev. Sən gedəni sevməyin də daşın atdım, Axı sənə deməmişdim ki, məni sev. Sən gedəni yox demişəm mən hər kəsə, Bu səbəbsiz ayrılığa ad qoymadıq. Tale necə gətirdisə, qovuşmadıq, bir olmadıq… İndiyədək çarpayım belə olmayıb, Sən gedəni ağlamaqdan, islanmaqdan qurumayıb… Getmisənsə daha dönmə, Sənin də işığın sönər, darıxma, Sənin də damın sökülər Ona görə çox öyünmə.
****
Görəsən mən səni hara çağıırım, Axı haram var ki, ora çağırım. Bəlkə mən görüşə sonra çağırım? Yer də Allahındı, göy də Allahın.
Xəlvəti yerim yox, de nə gizlədim? Mən sənin yolunu hər gün gözlədim… Darıxdım, mən səni necə özlədim, Şəhər də Allahın, köy də Allahın.
****
Görəsən mən səni harda axtarım? Büsbütün dünyanı dolaşdım, yoxsan. Sənin ucbatından keçdi qatarım -Bəlkə qatardasan, ya orda yoxsan?
Azı mən hayanda arayım səni? Gələsən, saçını darayam sənin. Sənsən bu həyatda gərəyim mənim, Gözüm yolda qaldı, hardasan? Yoxsan.
Niyə yox olmusan, niyə görmürəm? Niyə əllərini tuta bilmirəm? Niyə əllərimi boş qoyub getdin? Xəbər də etmədin, bilim ki, yoxsan.
Bilsəydim, gözlərim yolda qalmazdı, Bilsəydim, bəlkə də belə olmazdı… Bilsəydim, gözümü yumub yatmazdım, Bilərdim getmisən, bilərdim yoxsan.
****
Ömrümə ötəri bir xəyal kimi, Gəlişin nədənsə heç xoş olmadı. Elə hey özümə sual verirəm, Yerin ürəyimdə heç boşalmadı?
Mənim tənhalıqdan dərd daşım olub, Dərdə söykənmişəm – qardaşım olub. Qardaş dediyim dərd – sirdaşım olub, Sirrimi görəsən heç danışmadı?
Getdin, bir sağ ola dəymədi vida, Üç nöqtə… ya da ki, biryolluq nida! Ayrılıq yolunda azanda sevda, Allahın işinə heç qarışmadı?
****
Ömrümə ötəri bir xəyal kimi, Gəlişin nədənsə heç xoş olmadı. Elə hey özümə sual verirəm, Yerin ürəyimdə heç boşalmadı?
Mənim tənhalıqdan dərd daşım olub, Dərdə söykənmişəm – qardaşım olub. Qardaş dediyim dərd – sirdaşım olub, Sirrimi görəsən heç danışmadı?
Getdin, bir sağ ola dəymədi vida, Üç nöqtə… ya da ki, biryolluq nida! Ayrılıq yolunda azanda sevda, Allahın işinə heç qarışmadı?
****
Sənli fikirlərim dolam-dolaşıq, Bütün xatirələr yadıma düşür. Bir az alatoran xatırlayıram, Elə bil başıma bir qaya düşür.
Mən sənsiz təkliyin içində idim, Gedişin ömrümün yayına düşür. Bütün mövsümləri qışa döndərdin, Gündüzüm gecənin payına düşür.
Bütün sözlər boğazımda ilişib, Udqunanda ürəyimə hey düşür. Qıfılladın ürəyimi nədənsə, Açmaq olmur, bu canıma küy düşür.
Naşı oldum bu sevdaya, bilmədim, Bütün darıxmağım qanıma düşür. Nağıl idi eşq, məhəbbət beləcə, Sonunda göydən də üç alma düşür…
****
Mənim ürəyimə xal düşüb axı, Şəklini öpürəm günəşə sarı. Haçansa üzünü döndərsən bəri, Göz yaşımı əllərinlə silərsən.
Bu sevginin yük etmişəm dərdini, Kaş vaxtında bilərdik biz qədrini. Bu sevdanın ömrü bura qədərmi? Vaxtı gələr… Darıxanda bilərsən.
Mən səni xoşbəxtlik bilirdim axı, Sən demə, bədbəxtlik, dərd, qəm, kədərsən… Mənim işığımı söndürüb getdin, Ay insafsız, söylə görüm nətərsən?
Ramiz İsmayılın “Ömrün qışına doğru” kitabı haqqında qeydlər – o çox səmimidir
Salam olsun , dəyərli oxucum! Ramiz İsmayıl Azərbaycan ədəbiyyatının (həm sovet dövründə, həm də indi) azman simalarından biridir. Söhbətimizin mövzusu Ramiz İsmayılın yenicə işıq üzü görmüş “Ömrün qışına doğru” kitabı olsa da, onun dünyaya göz açdığı diyara, ocağa, adına qısa bir baxış təqdim edib, sonra yeni kitabına Allah mübarək eləsin yazacam. İnşəAllah!
Haşiyə:
Ramiz İsmayıl (İsmayılov Ramiz Məmməd oğlu) 1948-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan, sazın, sözün, halal zəhmətlə yaşayan səmimi, saf insanların vətəni – Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Ona Ramiz adı veriblər. Qaramuraddakı iki “RA“, adındakı “RA” ilə (QaRAmuRAd + RAmiz = SONSUZ GÜC) birləşərək ona sonsuz güc, qüdrət bəxş etmişdir. Ramiz İsmayılın bir fərd kimi istənilən sahədə uğur qazanmaq imkanı və potensialı olub. O isə ömrünü sözə həsr etdi. Əsl söz sərrafları bilir ki, bax, bu dildə – mənim ana dilimdə – yazıb, yaradan Ramizlərin içərisində ən çox sözə hörmət edən, sözün boyunu oxşayan, sözün nazını çəkən, sözlə səmimi davranan Ramiz İsmayıldır.
1965-ci ildən dövri mətbuatda şeirləri, hekayələri, povestləri ilə bu günə qədər fasiləsiz olaraq çıxış edən Ramiz İsmayılın “Payızda xatırla məni”, “Gözü yolda qalan var”, “Gədəbəyim” və digər kitabları ilə çıxdığı ömür yolunda artıq qış mənzilinə yetişdiyini hiss edir və ən yeni kitabını məhz belə adlandırır:
“ÖMRÜN QIŞINA DOĞRU”
Kitabın adı və başlıq təsiri “Ömrün qışına doğru” — bu başlıq artıq özü ilə müəyyən bir ruh halını, dövrü, metaforik üslubu gətirir. “Ömür” sözü canlı bir yolçuluğu, keçmiş zamanları, arzuları, yaşananları xatırladır. “Qış” isə məhrumiyyət, solğunluq, tənha ilham, düşüncə və introspeksiya çağırışıdır. Yəni, əsərdə şairin yaşlılıq mərhələsinə, düşüncələrinin həssaslaşmasına, yaddaşın yükünə, həyatın son yollarına yönəlmiş təmaslar olması ehtimalını yaradır:
İl ötür, yaş gəlir yaşımın üstə, Qırışlar iz salır qaşımın üstə, Canımı almağa bəhanə gəzir – Əzrayıl dolanır başımın üstə!
Ancaq yenə də üç “RA”-lı şair həyata təslim olmaq istəmir (olmur). Kitabın adına diqqət: “Ömrün qışı” və ya “Qışında” deyil, “Doğru”… Yolun daim açıq və gül-çiçək olsun, Ramiz İsmayıl! Bütün xəyallarınız gerçək olsun İnşəAllah!
Ömrün qışına doğru Bu cür titul həssas bir dövrə işarə edir — insana qarşılıqlı münasibətlər, itkilər, zamanla savaş, xatirələr və kədər kimi mövzular. Şair bu kitabında bəlkə də ömrün son yarısına — insanın yaşlanmasına, “buzların əriməsinə” qarşı iç dünyasının qışına çevrilən halına baxır:
Vaxt və yaddaş – keçmiş günlərə dönmə, xatirələrə bürünmə, yoxluq hissi.
Yalnızlıq və susqunluq – insanın zamanla danışmağa gücünün azalması, iç dünyaya çəkilmə.
Tənhalıq və əlaqə arayışı – insanın başqaları ilə olan bağlarının zəifləməsi, ancaq bu zəif bağların önəmi.
Mənəvi dərinlik və meditasiya – poetik düşüncələrə, mistik təsəvvürlərə meyl, insanın özü ilə ünsiyyəti.
Müqayisə və məzmun – gənclik və yaşlılıq arasında paralellər, həyatın verdikləri və aldıqları.
Üslub və poetik vasitələr
Kitaba,
Payızda ayrıldıq, istəməsək də Nə olar, payızda xatırla məni.
misraları ilə başlayan Ramiz İsmayıl qəlbinin dərinliklərindən süzülüb gələn, uşaqlığın, yeniyetməliyin, gəncliyin izlərini daşıyan bu şeirlərində bir üslub var. O da fərdilik. O şeirlərində də özüdür. Bəzən ədəbiyyat tənqidçilərinin “şair səmimi olmamalıdır” kimi qeydləri ilə rastlaşırıq. Bu da bir fikirdir. Kimin nə düşünməyindən asılı olmayaraq, Ramiz İsmayıl bütün mətnlərində səmimidir. O ki, qaldı şeirləri ola… O şair kimi səmimidir. Fərdi üsluba sahibdir:
Metaforalar və simvollar – qış, payız, səhər, axşam, dağ, qaya və s.
Sadə, lakin təsirli dil – ağır obrazlardan qaçaraq minimalistik formalarla dərindən hiss etdirmə.
Ritmik pauzalar, qısa misralar – şeirə nəfəs verən boşluqlar, suallarla qapalı misralar.
İç monoloq və nitq tonu – şairin öz düşüncəsi ilə oxucu arasında dialoq (“Ömür bircə an imiş, Göz açmamış bitdi ki…”).
Dil və əsas xüsusiyyətlər
Hiss olunan emosional dərinlik və səmimiyyət.
Oxucunu düşünməyə, xatırlamağa çəkən qatmanlı söz dünyası (dilimizin milyon illik yaddaşından süzülüb gələn fikirlər).
Zaman və insanlıq mövzusuna yeni, fərqli baxış bucaqları.
Formada təmizlik — çox bəzəkdən qaçma, duyğunu sözlərlə hiss etdirmə bacarığı.
Bütün şeir kitabında olduğu kimi, burada da çatışmazlıqlar ola bilər:
-Bəzi şeirlər çox qapalı obrazlarla yazılıbsa, oxucu üçün anlaşılmazlıq yarada bilər.
-Məsələn, ünvanlı şeirlər müəyyən təbəqə oxucuları ciddi narahat edə, diskomfort yarada bilər. Ancaq bu Ramiz İsmayıldır. Unutmayaq ki, o həyatda da, yaradıcılıqda da həddindən artıq səmimidir.
-Şeirlərin əksəriyyətində mövzu oxşarlığı repetitivlik hissi (təkrar-təkrar payız, qış, dağ, dərə, xatirə mövzları).
-Deyişmələr müasir oxucuya maraqlı gəlməyə bilər (halbuki BudaqbTəhməzlə – rəhmətlə anırıq – olan deyişmə ibrətamizdir).
-Bəzi şeirlərdə şairin dili, ifadə tərzi müasir oxucunu yora bilər (qəribə gələ bilər) — elə misralar ola bilər ki, şair bir fərd, insan kimi öz daxili ağrı-acısını yüklədiyi sözlərlə fikrini (əslində oxucunu yormaq, öz problemləri ilə yükləmək istəmədiyindən irəli gəlir) oxucuya tam çatdıra bilməz.
Bütün bu yuxarıda sadaladıqlarım təbii olduğu üçün və bir də həyat özü də təkrarlardan ibarət olduğuna görə elə də böyük “nöqsan”, “qüsur” hesab olunmur.
Ramiz İsmayılın “Ömrün qışına doğru”kitabı ömrün sonunda insanın duyğu-yüklənməsini, yaddaşla mübarizəsini, iç dünyadakı lal səsləri kəşf edən bir şeir toplusudur. Bu kitab şeir sevənlərə, yaşama və zaman mövzularına dərin məna verən oxuculara çox təsir edə bilər. Bəzi məqamlarda ibrətamiz və olduqca faydalıdır.
Ramiz İsmayılın bu il – 2025-ci ildə, Bakı şəhərində, “İmza” nəşrlər evinndə, 168 səhifədən ibarət olduqca nəfis şəkildə çap olunmuş “Ömrün qışına doğru” kitabı ilk olaraq bir şair taleyinin təcəssümü, sonra əmtəə məhsuludur. Bu kitaba məhz bu prizmadan baxdıqda hər şey (bütün pazl hissəcikləri) öz yerinə oturur və həyat öz axırında davam edir. Qışa isə hələ çox var, Ramiz İsmayıl! Böyük Allah Sizi qorusun! Yazın, yaradın!
Savadlılar savadsızdır və Savad yalnız yazı-pozu bilməkdirmi?
“Savad” sözü ərəbcə “qara yazı” (mürəkkəb rəngi) mənasından gəlir. Orta əsrlərdə “qara yazını tanımaq” ifadəsi “oxumaq-yazmaq bacarığı” kimi işlədilib. Zaman keçdikcə bu sözün mənası genişlənib “məktəbli olmaq”, “maariflənmək”, “dünyagörüşə sahib olmaq” məzmunu daşımağa başlayıb. Müasir elmi yanaşmada isə savadlılıq 3 mərhələ ilə ölçülür:
Funksional savadlılıq – yazmaq, oxumaq, ibtidai hesabı – riyaziyyatı başa düşmək;
İctimai-intellektual savadlılıq – təhlil etmək, qərar vermək, ünsiyyət bacarıqları;
Emosional və mədəni savadlılıq – estetika, davranış mədəniyyəti, empatiya və peşəkar bacarıqlar. UNESCO-nun 2023-cü il hesabatına görə:
Dünyada 15 yaşdan yuxarı insanların 86 %-i oxuyub-yaza bilir;
Azərbaycanda bu göstərici 99 % olaraq göstərilir, lakin funksional və tətbiqi savadlılıq statistikası aparılmır;
OECD ölkələrində incəsənət və idman sahəsində çalışanların 63 %-i ali diplom sahibi deyil, amma 78 %-i peşəkar sertifikat, akademiya və ya yaradıcı təhsil alıb. Məsələnin mahiyyəti nədədir? Bizim “savadlı” dediyimiz adam oxumağı bilən, amma analiz edə bilməyən, dünyagörüşü olmayan, fərdi bacarığı zəif biri də ola bilər. Eynilə diplomu olmayan, amma yüksək intellekt, yaradıcılıq, estetik zövq və ictimai təsir gücünə malik bir rəssam, idmançı və ya aktyor “savadsız” sayıla bilməz. Əslində, problem şəxslərdə deyil, sistemdədir. Bəli, məhz sistemdə!..
Təhsilimizdəki qiymətləndirmə meyarları peşə seçiminə tam uyğun deyil;
Demək olar, qabiliyyət mərkəzli məktəblər zəif fəaliyyət göstərir və ya heç göstərmir;
Savad anlayışı hələ də kağız-kuğuzla ölçülür;
Valideyn, müəllim, media və cəmiyyət bu stereotipi gücləndirir. Qısası, məsələ idmançıların və ya sənət adamlarının savadsız olmasında deyil, savadlılığın ölçülmə metodunun köhnə və yanlış olmasındadır. İstedad, praktiki bilik və yaradıcılıq potensialı da savadın formalarından biridir. Məsələn, Messi, Yo-Yo Ma, Pikasso, Çarli Çaplin, Van Qoq və bir çox dünya miqyaslı sənətkarlır diplomları olmasa da, intellektual nüfuz sahibidirlər. Təəssüf ki, bizdə belə insanlar bir səhv etdikdə dərhal “təhsilsiz” damğası ilə qiymətləndirilirlər. Düşünürəm ki, əsl islahat bu suallardan başlamalıdır:
Diplom savad göstəricisidirmi?
Qabiliyyətə əsaslanan təhsil niyə zəifdir?
Peşə məktəblərinin keyfiyyəti niyə aşağıdır?
Savad yalnız yazı-pozu bilməkdirmi? Cəmiyyətdə illərdir formalaşmış ən primitiv yanaşma belədir: “Savadlı adam odur ki, oxuyub-yaza bilir”. Bu fikir, bəlkə, 19-cu əsrin kütləvi savadsızlıq dövrü üçün doğru ola bilərdi, amma müasir dünyada bu anlayış həm məhdud, həm də köhnədir. Daha açıq desək, yazıb-oxumaq – savadlılığın ilkin, ən aşağı mərhələsidir. Bu gün Azərbaycanda əhalinin 99 %-i oxuyub-yaza bilir. Ancaq bu hamının “savadlı” olduğu anlamına gəlmir. Əksəriyyət yazı-pozu bilir, amma:
Mətnin mənasını qavramır;
İnformasiyanı analiz edə bilmir;
Tənqidi düşünmür;
Duyğu və davranış savadına malik deyil;
Mədəni və ictimai biliklərdən xəbərsizdir. Bu insanlar texniki olaraq “oxuyur”, amma funksional olaraq savadlı sayılmır. Günümüzdə savad anlayışı necə dəyişib? Müasir dünyada savadlılıq təkcə “əlifbanı tanımaq” və ya “oxuyub-yaza bilmək” kimi qəbul edilmir. Statistika və elmi yanaşmalar bu anlayışı daha geniş mənada – aşağıdakı əsas sahələr üzrə qiymətləndirir:
Rəqəmsal savadlılıq;
Maliyyə savadlılığı;
Hüquqi savadlılıq;
Media və informasiya savadlılığı;
Emosional-psixoloji savadlılıq;
Ekoloji savadlılıq;
Mədəni-intellektual savadlılıq. Məsələn:
ABŞ-də 2023-cü ildə aparılan tədqiqat zamanı məlum olub ki, əhalinin 52 %-i yazıb-oxusa da, hüquqi və maliyyə savadlılığı yoxdur.
Avropada “oxumağı bacarır” deyə qeyd olunan insanların 26 %-i mətnin mənasını başa düşmür.
Azərbaycanda PISA nəticələrinə əsasən 15 yaşlı şagirdlərin təxminən 38 %-i oxuduğu mətndən nəticə çıxara bilmir. Yazıb-oxuyan, amma savadsız olan nəsil necə yaranır? Savadlılığın yanlış ölçülməsi bu cür nəticələr doğurur: diplom var, bacarıq yoxdur; telefon istifadə edir, lakin informasiya süzgəcləyə bilmir; rəqəmi yazır, amma plan qura bilmir; yazır, amma düşünmür; oxuyur, ancaq dərk etmir. Bu səbəbdən müasir pedaqogika deyir ki, oxumaq – texniki, savadlılıq isə intellektual və sosial bacarıqdır. Savad yalnız yazı-pozu bilməkdirmi? – Xeyr. Savad insanın dünyanı anlaması, düşünməsi və tətbiq edə bilməsi qabiliyyətidir. Oxumaq bu yolun başlanğıcıdır, sonu yox.
Milli poetik kodların çağdaş təzahürü: Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatı janrının interpretasiyası
Bayatı janrı poeziyamızın ən qədim, sadə və anlaşıqlı janrlarından biri hesab olunur. Müasir Azərbaycan ədəbiyyatında bayatı janrına müraciət milli ənənələrin davamı olmaqla yanaşı, bu janrın xalqın yaddaşında və mədəni kodlarındakı xüsusi yerinin ifadəsidir.Müasir poeziyamızın gənc nümayəndələrindən biri hesab olunan şair Elroman Əlizadə bayatılar silsiləsindən ibarət “Bayatınamə” şeirində bayatıların yalnız strukturuna deyil, eyni zamanda semantik kodlarına müraciət edir. Şeir milli poetik kodların, bayatı janrının müasir interpretasiyası kimi çıxış edir. Tədqiqat zamanı məqalədə əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.
Bayatı məhəbbət və ayrılıq mövzularını, dərin duyğuları, emosional yaşantıları daha aydın ifadə edə bilən poetik janrdır, xalqın ruhuna yaxınlığı ilə fərqlənir. Bayatının qafiyə quruluşu aaba şəklindədir, şeir dörd misralı, yeddi hecalıdır. Bu janrda yazılmış nümunələrdə zaman və məkan şərti xarakter daşıyır, eyni zamanda mətnin daxili aləmi keçmişə yönəlik olur, tarixiliklə fövqəlzamanlıq birləşdirilir. Bədii təfəkkürün məhsulu olan bayatılarda reallığın olması əsas şərtdir. Belə ki, şüuraltında kodlaşdırılan ənənələr cəmiyyətə nüfuz edir və mühit daxilində yaşadılır. Bu səbəbdən bayatılar sosial davranışların tənzimlənməsində və psixoloji gərginliyin minimuma endirilməsində mühüm rol oynayır. Zahirən monoloji, daxilən dialoji formada olan bayatılarda lirik qəhrəman daxili ikiləşmə prosesindən keçir, ikinci “mən”i ilə ünsiyyət qurur və ruhani aləminə yönəlir. Filologiya elmləri doktoru, professor Asif Hacılı “Bayatı poetikası: struktur, semantika, praqmatika” adlı monoqrafiyasında yazır: “Lirik qəhrəman kənarı daxildə, dünyanı özündə, həyatın qanunlarını öz ani yaşantılarında görür. Bayatının belə eqosentrik mahiyyəti nitq subyektini əsas qüvvə kimi ortaya çıxarır (eposda isə aparıcı qüvvə – müstəqil epik personaj və nəql edilən kənar hadisələrdir) və bayatı sintaksisi mətndəki subyekt tipi ilə təyin olunur”. Qapalı və ənənəvi janr hesab edilən bayatılarda fərdi hisslər real səhnələrlə yenidən mənalandırılır. Lirik qəhrəman (əsas subyekt-söyləyici şəxs) ümumiləşdirilmiş obraz və konkretliyini itirmiş fövqəlsubyektdir. O, özünü oxucuya üçüncü şəxs kimi təqdim edir, yəni “müəllif” ikiləşir, həm söyləyici, həm də lirik qəhrəman cildində çıxış edir. Asif Hacılının fikrincə, “Bu obraz formal olaraq mətn “müəllif”i ilə eyniləşir (təbii ki, şifahi sənətdə müəllif özünəməxsusluğu nəzərə alınmaqla). Lakin lirik “mən”lə müəllifin qovuşuqluğu mütləq deyil və bəzən bayatı mətninə “kənar” sözlər, başqa şəxslərin nitqi də daxil edilir. Ancaq bu “kənar” şəxslər də əslində “müəllif” obrazının – lirik qəhrəmanın fərqli psixoloji transformasiyalarının (metampsixoz), daxilən ikiləşməsinin nəticəsidir.Belə hallarda söyləyici özündən təcridlənir, özü haqqında başqa şəxs kimi danışır (ikinci və ya üçüncü şəxs kimi)”. Bayatılarda lirik qəhrəman ətraf aləmi antropoloji cəhətdən dəyərləndirərək, hər şeyi şəxsləndirir. (təşxis) Bu poetik nümunələrin daxili aləmi ənənəvi formullar (modellər) – ana, bacı, ata, qardaş, dost, düşmən, çay, dərə və s. əsasında qurulur. A. Hacılıya görə, “Formul konkret əsərdən üstün və əslində bədii mətni yaradan semantik amildir. Belə demək mümkünsə, bayatını elə bayatı (formul) yaradır, daha doğrusu, bayatı elə bayatı haqqında olur, formulun ifadəsi kimi gerçəkləşir”.
Müasir poeziyamızın gənc nümayəndələrindən biri olan Elroman Əlizadənin yaradıcılığında xalq ruhuna yaxınlıq, milli ənənələrə, keçmişə bağlılıq hissi, xalq mahnılarına (“Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Küçələrə su səpmişəm”) və atalar sözlərinə müraciət motivləri (“Axır qəmin olsun”, “Güvəndiyim dağlara qar yağdı”, “Atsan atılmaz, satsan satılmaz”, “Od olmayan yerdən tüstü çıxmaz”, “Cücəni payızda sayarlar”, “İnanan daşa dönsün”, “Ölənlə ölmək olmaz”) aydın şəkildə hiss olunur. Şair ritmik musiqi təsiri bağışlayan, paralellizm və təkrarlardan ibarət, sevgi, ayrılıq, yaddaş itkisi, tənhalıq kimi bir sıra mövzularla zəngin şeirlərin müəllifidir. Məsələn, “Altıncı hiss”, (və ya “Sevgi elegiyası”. Bədii dillə riyazi dilin sintezi, rəqəmlərlə poetik oyun, xalq mahnısının (“Sarı gəlin”) şeirə gətirilməsi, dəyər-dəyərsizlik qarşılaşması. (səni ucaldıb kitab edən, müqəddəs bilən, qoruyan birini səni kiçildərək, səninlə sıradan biri kimi davranıb sənə xitab edən birinə dəyişmisən) Şair şeirdə sevgidən sonluğa doğru geriyə saymağa başlayır, melodik və ritmik musiqi atmosferi yaradır, sevginin tədricən azalıb yox olmasına işarə edir. (dekreşendo-səsin tədricən azalması) Şairin həyatından gündüz, yəni işıq, nur getdiyi üçün gündüz, işıq onun üçün mənasını itirib, işığı da qaranlıq kimi qəbul edir) “Sənsizliyin baş hərfi”, (xatırlamaq və unutmaq dilemması, xatirələrdə yaşayan, (“kitabın arasında”) amma daha canlılığını, saflığını itirmiş (“qurudulmuş”) sevginin poetik təsviri, tənha qalan bədənin və duyğuların metaforik ifadəsi. Şair ayrılıq və boşluq hisslərini bir nöqtədə, yəni ilk hərfdə cəmləyir, yalnız fiziki deyil, həm də emosional tənhalığa işarə edir. Həmçinin, ayrılığı başlanğıc nöqtəsi kimi verməklə hər ayrılığın bir başlanğıc olduğunu da ifadə etmiş ola bilər. Şeirdə sanki “S” hərfinin səsi eşidilir və bu hərf leqato (fasiləsiz, axıcı və rabitəli ifa üsulu) səs effektini yaradır, “S” səsi səssiz, uzanan, ardıcıl bir melodik xətt kimi “yataqda tək qıvrılan bədən”lə paralel gedir və bu təsvir tənha ton və zərif toxunuş (“subtile”) yaradır. “S” hərfinin səs tembri incə və xışıltılı olduğu üçün oxucu şeirin hər misrasında bu səsi həm vizual, həm də akustik olaraq, duya bilir) “Axır qəmim”, “O qədər uzağıq ki”, “Məktub”, (burada ev metaforası daxili evə-ruha, ürəyə işarədir) “Ağac”, (“O qədər ağlamışdım, kirpiyim oruc olsa, cəhənnəmlik olardım”) “İki Tanrı”, (“İki tanrım var mənim, biri səndən üstündü,biri sənin büstündü”) “Tanrının gözü”, “Arzu”, (“Kim deyir ki, tabutu sevgililər daşımır? çiynimdə aparmışam. O gün tabut boş idi, səni geyib əynimə əynimdə aparmışam”) “Pəncərədən daş gəlir”, “Sənsizliyə riayət et”, “Bağışla”, “Qadınsan”, “Gedənlərin tanrısı”, “Unutqan”, (“Mənim dalğalarımda mənsiz niyə üzmüsən?”) “Bu bazar”, “Səhv sevgi”, “Bayatınamə”. Elroman Əlizadənin yaradıcılığı bugünə qədər akademik səviyyədə tədqiq olunmayıb. Tədqiqat zamanı əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.
Folklorun qəlbində müasir aşiqin səsi – ayrılığın laylası
Bayatı janrına müraciət edən şair Elroman Əlizadə “Bayatınamə” şeirində duyğularını, fərdi görüşlərini, milli poeziya ənənələrinə bağlılığını daha təbii və təsirli dillə ifadə edə bilir, sevgini və ayrılığı bayatının misralarına, poetik cövhərinə hopdurur, janrın çoxqatlı struktur imkanlarından istifadə edərək, ənənə ilə müasirliyi vəhdətdə təqdim edir. Onun yaradıcılığında bayatı sevgi və ayrılıq mövzularının poetik təqdimatı, təkrarlar və paralel strukturlar kimi ifadə olunur, folklor element və motivləri fərqli şəkildə işlənir. “Bayatınamə” şeiri bayatı formasında yazılıb, monoloq üzərində qurulub, nakam məhəbbət, hicran və ayrılıq duyğuları ön plandadır. Şeirin lirik qəhrəmanı aşiq obrazıdır. O həsrət çəkir, çarəsizdir, ümidlə ümidsizlik arasında çırpınır, daxilən tənhadır və bu vəziyyətlə barışmaq üçün mübarizə aparır, itki ilə barışmağa çalışır. Lirik qəhrəman daxili “mən”i ilə söhbətləşir, hisslərini ruhunun süzgəcindən keçirərək, yaşadığı duyğulara anlam verməyə və baş verənləri dərk etməyə çalışır. Bayatının klassik strukturu qorunub saxlanılır, lakin ona psixoloji və fəlsəfi qatlar əlavə edilir. Şeir poetik məktub təsiri bağışlayır, bədii dili axıcı, çağdaş və orijinaldır. Bayatı nümunələri arasında emosional bağlılıq və bütövlük mövcuddur. Bayatıları postmodernist kontekstdə işləyən müəllif janrı fərdi poetikasına və eksperimental axtarışlarına uyğunlaşdırır. Hər bayatı bir fikrin davamıdır. Heca vəzninin elementləri nəzərə çarpsa da şeir sərbəst vəzndə yazılıb, bayatı silsiləsindən çox kompozisiyalı şeiri xatırladır. “Bayatınamə” şeirinin ilk bəndində aşiqlə məşuqə həm cismən, həm də mənəvi olaraq, ayrılığın astanasında qalıblar. Lirik qəhrəmanın həyatının mərkəzində sevgi dayanır və sevgisizlik onun heçliyidir. O, sevgini o qədər müqəddəs və dərin duyğu kimi qəbul edir ki, onu “göy” ilə eyniləşdirir. (kosmik transpozisiya – insan sevgisinin kainata köçürülməsi, kainatla eyniləşdirilməsi) Şeirdə “göy” metaforik mənada ucalıq, sonsuzluq və müqəddəsliyin simvoludur. “Göy” məfhumu ilahiləşmiş sevgilidir, yəni İlahi güc “sən”də cəmlənib. “Göy” kişi (Tanrı) arxetipidir, yəni sevgi Tanrı ilə eyniləşdirilir. Lirik qəhrəmana görə, həyatın səsi də, ürəyin ritmi də, küyü də “sənsən”. (Nəsiminin “İnsanpərvərlik konsepsiyası”) O, başqasının toyunda öz ölümünü yaşayan bir “mən” olur. (“buxarlanmış” subyekt) Deməli, toy mərasimi məna yükünü itirir, çünki yalnız bir varlıq qalıb – O. Subyekt öz “mən”ini sevdiyi şəxsin varlığında əridir, özünü fəda edir. Bayatı nümunəsində sevginin məhvedici gücü, məşuqənin ilahiləşməsi və aşiqin metafizik ölümü ifadə olunub. (fədakarlığın semiotikası) Onun dünyasında sevgi “göy” kimi uca və toxunulmazdır, adi bir hissdən daha artıq – kainatı anlamağın açarıdır. (metafizik səviyyə) Sevgi varlığın mərkəzində dayanır: sevdiyi şəxs olmasa, nə “göy”ün, nə də yerin mənası qalar. Burada fantaziya ilə reallıq bir-birinə qarışıb, gerçəkliklə bağlantı qopur. Şeirin lirik qəhrəmanı tərk edilib və ruhən parçalanıb, özünü ölmüş biri kimi hiss edir, hətta öz ruhunu “dəfn edib”. Nəticədə “duasını oxumaq” da oxucuya qalar:
Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən. Sən indi göydəsənsə, deməli, göy də sənsən. Əzizim, göy də sənsən, Ən gözəl küy də sənsən. Mən ölmüşəm, toyunda Gəlin də, bəy də sənsən.
Lirik qəhrəmanın qəlbi həm yaralı, həm üsyankar, həm də həssasdır, dərin sevginin təsiri altında öz keçmiş “mən”indən uzaqlaşaraq hisslərini ifadə edir. Sevgi onun üçün həm ilham, həm də təlaş mənbəyidir. Bayatılarda ayrılıq ağrısı və insan psixikasındakı mürəkkəblik ustalıqla qələmə alınıb. Şeirdə işlənmiş “daş”, “yaş”və “baş” kimi elementlər göydən gələn əzabı, emosional ağırlığı və duyğuların fırtınasını simvollaşdırır. Şeirdə “meydan” ictimai həyatın və mövcud sistemin simvoludur. Belə ki, subyekt öz fərdiliyini itirir, ictimai qaydalara və gözləntilərə boyun əyməyə məcbur qalır:
Gedişinlə özünü öyə-öyə haqlısan Göydən yerə daş yağsa, yerdən göyə haqlısan. Əziziyəm, yaş yağar, Meydanlara baş yağar. Üzümü göyə tutsam, Göydən yerə daş yağar.
Lirik qəhrəman həyatının mənasını və ekzistensial varlığını belə sorğulayır, çünki sevdiyi insan ondan uzaqdadır. (coğrafi deyil, duyğusal məsafə baxımından) Sevgi hissi insanı yaşada da bilər, yox edə də bilər. Qəhrəmanın həyatının mərkəzinə qoyduğu sevgi hissi itdikcə, tədricən öz “mən”ini də itirir. İnsan ruhunun kövrəkliyi ilə bərabər, sevgi hissinin dağıdıcı tərəfi də şeirə güclü dramatik təsir qatır. O, sevgisiz özünü natamam və yarımçıq hiss edir, özgə ilə “bütövləşmək” istəyir, əsl sevgini tamamlanmaqda görür. Bayatıda sevgi anlayışı sərhədləri aşmayan, eyni zamanda bu sərhədlər olmadan da yaşaya bilməyən mürəkkəb bir sistem kimi təqdim olunur:
Həddi qədər sevmədi, həddini də yar aşdı, Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı. Əziziyəm, yar aşmır, Sərhədləri yar aşmır. Sənə mənsiz yaraşan Mənə sənsiz yaraşmır.
“Daşlaşmış” dualar – “yaşlanmış” hisslər
Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatılar insanın daxili mübarizəsini və təkrar dönüşlərini ifadə edir. Şeirin hər bəndində lirik qəhrəmanın dünyasında tərk edilmənin yaratdığı psixoloji dağınıqlıq və sarsıntı aydın şəkildə hiss olunur. O, sevdiyi şəxsi həyatının mərkəzinə qoyur, sevgi onu bu həyata bağlayan tək səbəbdir və bu səbəb də ortadan qalxanda qəhrəman depressiyaya düşür, “əyyaş”a çevrilir, həyatında psixoloji çöküş başlayır. Burada “əyyaş” mənəvi sərsəmliyin simvoludur. Şeirin əvvəlində sevgili göylə eyniləşdirilir, orta bəndlərdə əzablarını çəkinmədən dilə gətirən qəhrəmanımız sonuncu bəndlərdə bütün inamını itirir, sanki ümidi, hətta sevgisi, ruhu “daşlaşır”:
Dedin səni unudub ta ən başa dönmüşəm, Sən unudan yol üstə mən əyyaşa dönmüşəm. Əzizim, yaşa dönsün, Baharım qışa dönsün. Dedin başa dönmüşəm, İnanan daşa dönsün…
Gənc şair Elroman Əlizadə “Bayatınamə” adlı bayatılar silsiləsindən ibarət şeirində folklorun bədii-estetik yükünü şəxsi hisslər kontekstində dəyərləndirərək, bədii müstəviyə daşıyır və oxucunu həm yaddaşın, həm də duyğunun dərin qatlarına endirməyi bacarır. Şeirdə folklor elementləri müasir lirika ilə birləşərək, şəxsi duyğuların ictimai yaddaşla vəhdətini yaradır. Müəllif xalqın poetik yaddaşına, milli şüuruna söykənərək, həm bayatı janrının strukturunu qoruyur, həm də bayatıya lirik monoloq səviyyəsində fərdi, psixoloji və fəlsəfi məna yükləyir. Şeirdə ritmik musiqinin təsiri aydın sezilir, səs effektləri emosional kontrastları ustalıqla ifadə edir. (leqato, kreşendo – səsin tədricən artması) “Bayatınamə” şeirində “əziziyəm” ifadəsi konotativ mənada “başqasına görə mövcud olan, amma tanımadığımız və inkar etdiyimiz daxili “mən”imizdir. Semioloji kontekstdə “əziziyəm” ifadəsi ilə lirik qəhrəman özünü ifadə edir, başqasının dünyasında yerini müəyyən edir. “Əziziyəm” həm də mövcudluğun inkarı, özünütəsdiqin ifadəsi, emosional və ontoloji üsyanın assosiasiyasıdır. (“Mən sənə görə varam”) Lirik qəhrəman yalnız o vaxt özünü “əziz” biri kimi qəbul edir ki, o sevilir, əks halda o, ontolojj tənhadır. “Əziziyəm” həm də varlığın ikiləşməsi və kodlanmış arzuların ifadəsidir. “Bayatınamə” şeirində bayatı janrı poetik təfəkkürün fəlsəfi dərinliyi ilə birləşir, zaman faktoru kosmik-məcazi mənada işlənir, kosmik metaforlara (göy, daş, yağış) yer verilir. Bayatının formal çərçivəsinə uyğun yeni lirika nümunələri yaradılır. Şeirdə göy-yer qarşılaşması, toy mərasiminin ölüm mərasimi ilə əvəzlənməsi, (dualizm prinsipi) lirik qəhrəmanın “əyyaş”a çevrilməsi sevginin əzablı və metafizik qatlarını ifadə edir. (emosional fırtına) Lirik qəhrəman yalnız fərdi eksperimentlərini deyil, eyni zamanda xalqın emosional yaddaşına çağırış edir, milli poeziya ruhunu müasir formada yaşadır. Şeirdə folklor motivləri yenidən canlandırılır, folklor həm struktur, həm semantik baza kimi ifadə olunur, müasir poeziyamıza transformasiya edilir və nəticədə yeni poetik dil formalaşır. Bu baxımdan Elroman Əlizadənin “Bayatınamə” şeirini çağdaş poeziyamız üçün ciddi nümunə hesab edirik.
László Krasznahorkai has won the Nobel Prize in Literature, according to BBC.
The Hungarian author was recognised “for his compelling and visionary oeuvre that, in the midst of apocalyptic terror, reaffirms the power of art”.
He has written five novels and won numerous other literary prizes, including the 2015 Man Booker International Prize, and the 2013 best translated book award in Fiction for Satantango, a postmodern novel about the end of the world.
He is the second Hungarian author to pick up the award following the late Imre Kertesz, who won in 2002.
Born in 1954, Krasznahorkai gained recognition in 1985 when he published Satantango, which he adapted for the big screen in 1994.
The black-and-white drama, by Hungarian film-maker Bela Tarr, is notable for its seven-hour running time.