Etiket arxivi: ƏSGƏROV FƏRHAD RAMİZ OĞLU

ÖMRÜMDƏN İZLƏR SİLSİLƏSİNDƏN


ARXASI BAĞLI VƏ KİMLƏRƏSƏ GÜVƏNƏNLƏR
1983-cü ildən başlayaraq indiyədək 3 minə yaxın informasiya və məqaləm 50-dən çox adda qəzet və jurnallarda dərc edilmişdir. Bəli, düz eşitdiniz. Nümunə üçün qəzet və jurnallardan saxlamışam. Kitablar müəllifiyəm. İşimlə əlaqədar olaraq uzun illər ərzində yüzlərlə müxtəlif idarələrin rəhbərləri ilə görüşmüşəm. Onlardam müsahibə almış və fəaliyyətlərini qəzetlərin səhifələrində işıqlandırmışam. Qeyd etmək istəyirəm ki, bəzi idarə rəhbərlərinin insanlarla münasibətdə mədəni səviyyələri çox aşağıdır. Baxmayaraq ki, idarə rəhbərlərinin əksəriyyəti ali təhsillidir, onların bəzilərinin davranışında etik normalardan kənara çıxılır, işçilərlə münasibətdə söyüş söyülməsinə, işçinin təhqir olunmasına, alçaldılmasına, bəzən əxlaqsızlığa rast gəlinir. Bir kollektivə rəhbərlik edən şəxs o kollektivin bütün üzvləri üçün nümunə olmağa çalışmalıdır. O, mədəni səviyyəsinin yüksəldilməsinə, insanlara qarşı hörmətlə yanaşılmasına, mənəvi, əxlaqi dəyərlərin özündə toplanmasına səy göstərməlidir. Məmurların içərisində ünsiyyət və davranışı normal olanlara çox rast gəlmişəm. Bəzən də etik qaydalara riayət etməyən, qarşısındakı şəxslə kobud danışanlar da olub…
…1994-cü ilin payız ayı idi. İşində onlarla nöqsanı olan, iş prosesində qanunsuzluqlara yol verən, işinə şəxsi qazanc mənbəyi kimi baxan bir kişi məmurla görüşüb müsahibə aldım. O, hiss edəndə ki, tənqidi məqalə yazacağam, əsəbi şəkildə dedi:
-Mən elə-belə adam deyiləm. Arxam da bağlıdır. Sənin yazınla mənə nə edəcəklər ki?
Oradan uzaqlaşdım. Bir neçə gündən sonra qəzetlərin birində “Arxası bağlı” başlıqlı tənqidi məqaləm dərc edildi. O dövrlərdə qəzet oxuyanların sayı çox idi. Bir neçə gündən sonra “arxası bağlı” olan şəxs redaksiyaya gəldi, mənimlə kobud danışdığına görə üzr istədi və söhbətində vurğuladı ki, tənqidi məqaləyə görə artıq onu prokurorluğa çağırıblar…
…2001-ci ildə Bakının Sabunçu rayonunun bir məktəbində oldum. Səhər saat 8 radələrində dərslər başlasa da, direktor saat 10-da işə gəldi. Kənardan onu müşayiət edirdim. Qadın direktor o qədər kök idi ki, hərbi hazırlıq müəlliminin “Jiquli” markalı maşınından düşə bilmədi. Təsəvvürünüzə gətirin: məktəbin iki nəfər xadiməsi maşına yaxınlaşdı, onlar direktorun qoluna girib maşından çıxardılar. Direktor maşından düşdükdən sonra, yavaş addımlarla təxminən 4-5 pilləkanı yuxarı çıxdı və məktəbin birinci mərtəbəsinə daxil oldu. Xadimələr onun qolundan bərk-bərk yapışmışdılar, sanki yıxılacağından qorxurdular. Direktor çox kök olduğundan güclə yeriyirdi. O, kabinetə daxil oldu. 10 dəqiqədən sonra mən onun kabinetinə daxil oldum və qəzet üçün məqalə yazmaq istədiyimi bildirdim. O, bir neçə sualıma cavab verdi. Sonra ona bir sual verdim:
-Siz maşından çətinliklə düşdünüz və çətinliklə öz kabinetinizə gəldiniz. Rəhbərlik etdiyiniz məktəb üç mərtəbədən ibarətdir. Heç olmasa ayda bir dəfə ikinci və üçüncü mərtəbəyə çıxıb siniflərə daxil olursunuzmu? Axı, məktəbin hər bir sinfində sizin iziniz olmalıdır.
Sualımı eşidən direktor bərk əsəbiləşdi:
-Mən göbələk deyiləm, yerdən də çıxmamışam. Çox yerdə mənim dostlarım var. Başa düşdün?
Sonra o, mənim tanıdığım bir neçə məmurun, jurnalistin, nazirlik işçilərinin adını çəkərək məni qorxutmaq istədi.
Bir neçə gündən sonra “İnsan hüquqları” qəzetində “Mən göbələk deyiləm, yerdən də çıxmamışam” başlıqlı tənqidi məqaləm dərc edildi. Məqalədə onun güvəndiyi “dostlarının” da adını çəkmişdim. Yazıda digər faktlar da var idi. Tənqidi faktlara tədbir görməkdən ötrü qəzeti üç yerə ünvanladım. Bir aydan sonra direktor işdən çıxarıldı…
…İnsan mənəviyyatının bir tərəfi də insanın yalan danışmamasıdır. Yalan ailədə və cəmiyyətdə bir çox mənfi fəsadlar törədir. Ləyaqətli insan yalan danışmamağa çalışır. Lakin cəmiyyətdə rastlaşdığımız yalanlar yetərincədir. Rastlaşdığım belə yalanlardan biri haqqında danışmaq istəyirəm.
1998-ci ilin söhbətidir. Qəzet üçün material hazırlamaqdan ötrü Bakının Sabunçu rayonunun böyük səhiyyə müəssisələrindən birinə getdim. Müdirənin yanında adam olduğu üçün qəbul otağında gözləməli oldum. Onu da deyim ki, müdirənin başı söhbətə qarışdığından qəbul otağında gözləyənlərin sayı səkkiz nəfərə çatmışdı. Mən düz bir saat gözləməli oldum. Gözlədiyim müddət ərzində qəbul otağındakı telefon beş dəfə zəng çaldı. Hər dəfə də telefonun dəstəyini götürən katibə müdirənin yerində olmaması haqqında müxtəlif cavablar verirdi: “Müdirə nazirlikdədir”; “Kimdir soruşan? Müdirəni İcra Hakimiyyətinə çağırdılar, günortadan sonra olacaq”; “Kimdir soruşan? Xanım ərazidədir. 15 dəqiqədən sonra olacaq”…
Bir saatdan sonra müdirənin yanındakı şəxs çıxdı. 15-20 dəqiqə ərzində müdirə qəbul otağındakı vətəndaşları qəbul etdi. Növbə mənə çatdı. İçəri daxil oldum. Kresloda qəşəng, cavan bir qadın əyləşmişdi. Onunla salamlaşdım, qəzetdə müxbir kimi çalışdığımı və qəzetin növbəti nömrəsi üçün materiaı hazırlamaq istədiyimi bildirdim. Katibəsinin onun təkidi ilə yalan danışmasının mənə çox pis təsir bağışladığını ona söylədim. Və müdirəyə dedim ki, əgər gənc qız işdə yalan danışmağı öyrənirsə, gələcəkdə şəxsi həyatında da yalan danışmaq onun üçün çətin olmayacaq. Sizin isə tabeçiliyinizdə olan işçilərə yalan danışmağı öyrətməyiniz, sizin öz işinizdə yalanların kifayət qədər olduğuna dəlalət edir. Yalan isə insanın ləyaqətini alçaldır, ona inamı, etibarı azaldır.
Mənim sözlərim müdirəni bir qədər qeyzləndirdi. O, qadına, ümumiyyətlə, insana yaraşmayan kobud sözlərlə əsəbi şəkildə:
-Mənə heç kim bu vaxta qədər belə irad tutmamışdı, mən elə-belə adam deyiləm, arxam da tam bağlıdır, sən kimsən ki, mənimlə belə danışırsan, – dedi və özünə bəraət qazandırmağa çalışdı.
Həmin qadının rəhbərlik etdiyi müəssisə barədə müsbət rəy dolansa da, sonradan onun işində çoxlu nöqsanların olduğu aşkarlandı. Bu isə yalanın ayaq tutub yerimədiyini sübut edir. Həqiqətin bir üzü var, yalanın min. Min yalan danışmaqdansa, bir həqiqəti söyləmək daha düzgündür…
…Rəhbərlik etdiyi müəssisədə qanunsuzluqlara, nöqsanlara yol verən bəzi kiçik çinli məmurlar hansısa vəzifəli bir, hətta bir neçə şəxsə güvənirlər. Bu, yolverilməzdir. Hər bir müəssisə rəhbəri işinə ciddi yanaşmalı, saxtakarlıqdan, hiyləgərlikdən uzaq olmalı, vəzifəsinə şəxsi qazanc mənbəyi kimi baxmamalıdır. Özünə hörmət qoyan, şərəfini, ləyaqətini gözləyən şəxs heç kəsə güvənməməlidir…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Фархад АСКЕРОВ (РАМИЗОГЛУ)

ВОСПРИЯТИЕ КУЛЬТУРНОГО ЧЕЛОВЕКА

За годы своей жизни я общался с самыми разными людьми. Среди которых, наравне с нравственными, достойными, обладающими мировоззрением простыми людьми, встречал и невоспитанных, высокомерных, лживых, мошенников, хитрых, амбициозных, жадных и обладающих другими качествами, недостойных людей. И поэтому, когда вижу недостатки у некоторых людей различных профессий, с которыми встречаюсь и общаюсь, то неизбежно отдаляюсь от них. Даже когда вижу или замечаю у некоторых людей, работающих на разных должностях, нечестность, безответственное отношение к своей работе, дискриминацию, отношение к занимаемой должности как к источнику личной выгоды, я не отношусь к этому человеку с уважением. Я не эгоист. Но, когда общаюсь с чистыми, чистосердечными, объективно мыслящими, правильно и объективно оценивающими происходящие процессы, далёкими от лести людьми, когда их лучше узнаю, я ещё больше укрепляю и продолжаю поддерживать с ними отношения. Это ещё что? Иногда также можно встретить образованных и необразованных бесстыжих мужчин. Такие люди без зазрения совести выполняют свою работу и добиваются желаемого. Лично мне становится неловко, когда я сталкиваюсь с бесстыдными мужчинами.
За последний год я хорошо узнал некоторых людей, которых знал много лет, но не был хорошо знаком с их внутренним миром. Например: я раскрыл человека, который на первый взгляд казался человеком обычной профессии, а оказалось, что на предприятии, где он работал, незаконным путём держал в одной руке несколько «арбузов», и в разные годы умудрялся «войти в доверие» руководителей предприятия, и тем самым совершать ошибки в рабочем процессе. Читатель может сказать: “кто может, тому зелёный цвет”. Нет, зарабатывание денег незаконным путём противоречит нашим законам. Мужественность, человечность измеряются не только богатством и деньгами. Действительно, богатство необходимо для хорошей жизни, и это желание преследует человека на протяжении всей его жизни. Но превратившись в его пленника уничтожает себя. Когда я вижу людей, которые жадны и алчны, мне становится жаль и стыдно за то, как они живут.
При общении с некоторыми женщинами и мужчинами, их действия и речь производят впечатление культурного человека. Однако, когда узнаёшь таких людей поближе, становится ясно, что это совсем не так. Культурным назову того человека, который культурным выглядит не только по внешнему виду, но чтобы и его внутренний мир соответствовал этому. То есть, цивилизованный человек должен держаться подальше от мошенничества, обмана, хитрости, незаконного заработка, принимая совесть и честность в качестве своих главных критериев.
Был последний месяц 2025 года. Я разговаривал со знакомым, который работал в Баку. В ходе беседы он упомянул нескольких чиновников и сказал: «Он очень культурный человек». Поскольку я хорошо знал этих “культурных людей”, я быстро завершил разговор. Из-за его поверхностного мышления, я не посчитал нужным в продолжении беседы с ним…


Фархад АСКЕРОВ (РАМИЗОГЛЫ),
писатель-журналист

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TƏFƏKKÜR DƏYİŞİLMƏLİDİR

TƏFƏKKÜR DƏYİŞİLMƏLİDİR
(İxtisarla)
Yaşadığım illər ərzində nələr görmədim, nələr eşitmədim. Son illərdə isə cılız düşüncəli insanların həyata keçirtdikləri neqativ işlər dərk edən insanı düşünməyə vadar edir. Kiməsə güvənənlər düşünürlər ki, həyat onlar üçün həmişə belə davam edəcək. Xeyr, haçansa elədiyi, gizli yollarla həyata keçirdiyi işlərə görə cavab verməli olacaqlar. Həyatda neçə-neçə insan tanıyıram ki, vəzifədə işləyətkən, yaxud vəzifədən çıxdıqdan bir neçə il sonra qanun qarşısında cavab verməli olublar. Son illərdə bir neçə icra başçısının həbs olunması buna sübutdur. Kim inanardı ki, Ramiz Mehdiyev haçansa məsuliyyətə cəlb edilər? Əlbəttə, heç kim. Amma nələr baş verdi? Hətta Ramiz Mehdiyevin müdafiə etdiyi insanlar da dindirildi.
…Hər bir nazir, rayon icra başçısı, məsul vəzifədə çalışan kadr öz işi, rəhbərlik qabiliyyəti ilə seşilir. İstər savadlı, istərsə də savadsız insanlar öz aralarında vəzifədə çalışan şəxslərin işini təhlil edir və kimin yaxşı və pis olduğunu, hansı prinsiplərlə işləməsini yaxşı anlayırlar. Ağıllı insan ona deyərəm ki, vəzifədə işləyən zaman öz işinə məsuliyyətlə yanaşsın, işində bürokratçılığa, ədalətsizliyə, saxtakarlığa, yerlibazlığa, ayrı-ceçkiliyə yol verməsin. Müxtəlif peşə sahibləri ilə fikir mübadiləsi aparan zaman məlum olur ki, onların əksəriyyəti işlədikləri müəssisələrin rəhbərlərindən narazıdırlar. Sosial şəbəkələri izləyərkən giley-güzar edən şəxslərə qulaq asanda, dərk edən vicdanlı şəxsin ürəyi ağrıyır. Məlum olur ki, kiçik çinli məmurların bəziləri yaltaqları, ona təzim edənləri, onun dediklərini, sifarişlərini canla-başla yerinə yetirənləri müdafiə edir. Məmurların ürəyincə olan belə işçilər iş prosesində nöqsana, qanunsuzluğa yol versələr də, müəssisə rəhbəri tərəfindən müdafiə olunurlar. Vay o gündən ki, yaltaqlıqdan uzaq olasan, işinə məsuliyyətlə yanaşasan, müəssisə müdirinin etdiyi nöqsanı üzünə deyəsən, bax, belələri müdir tərəfindən gözümçıxdıya salınır və əgər onun işində kiçik bir nöqsan olduqda, müdir, onun alçaldılması, hörmətdən salınması üçün öz cılız prinsipini həyata keçirməyə çalışır. Bəzən də haqlını haqsız, haqsızı isə haqlı çıxaranlar da olur.
Bəs, bəzi müəssisə rəhbərləri niyə hədlərini aşırlar? Niyə qorxmadan, çəkinmədən öz çirkin, heç bir mənəviyyata sığmayan mundar prinsiplərini həyata keçirirlər? Niyə özlərindən ağıllı, səviyyəli, savadlı insanları ləkələmək üçün yollar axtarırlar və ləkələməyi də bacarırlar? NİYƏ? Günahkar kimdir?
Bildiyimiz kimi, yerlərdə kadrlar çox şeyi həll edirlər. Bu səbəbdən də məsul vəzifələrə kadrların seçilməsi çox önəmlidir. Kadrlar vəzifəyə təyin olunduqda onların ancaq ali təhsilli olmaları nəzərə alınmamalıdır. Məsul vəzifədə çalışan kadr ali təhsilli olması ilə bərabər, həm mədəni, həm tərbiyəli, həm öz işini, vəzifəsini yaxşı bilən, həm də insanlar arasında gözütox olan bir şəxs olmalıdır. Bəzən isə kadrlar vəzifəyə təyin edilərkən bu amillər nəzərə alınmır. Nəticə isə işin ziyanına olur. Hətta bəzən elə hallara rast gəlinir ki, təcrübəsi olmayan bir şəxs rəhbər vəzifəyə təyin edilir. Şair Qabil demişkən:
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz…
Məsul vəzifədə çalışan şəxs öz yerində olmadıqda, o sahədə saxtakarlıq da, rüşvətxorluq da, ədalətsizlik də yaranır. Kadr vəzifəyə təyin olunduqda tayfabazlıq, dostbazlıq, yerlibazlıq, nə bilim nə bazlıq və digər neqativ amillər nəzərə alınmamalıdır.
Saf ürəkli insanlara böyük hörmətim var. Ədsuslar olsun ki, belələri azdır. Bu yazını yazarkən Xaqani Şirvaninin neçə illər bundan əvvəl yazdığı nəsihət yadıma düşdü:
İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin,paxıllıq, tamah,
HİYLƏ, yalan, həsəd, ƏDAVƏT, kələk…
Bəzi insanlarda təfəkkür dəyişilməlidir. Kimisə şantaj etmək, yalan danışmaq, hiylə, ədavət, saxtakarlıq bəzi insanların beynindən “silinməlidir”. Böyük çinli məmurun tabeçiliyində olan kiçik çinli məmuru müdafiə etmək yolverilməz olmalıdır…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əsgərov Fərhad Ramiz oğlu

ƏSGƏROV FƏRHAD RAMİZ OĞLU

Fərhad Əsgərov — Azərbaycan Jurnalistlər Birliyinin (1997) və Azərbaycan Yazıçılar Birliyinin (2002) üzvü, “Ziyadar”, “Qızıl qələm” və “İti qələm” mükafatları laureatıdır.
HƏYATI
Əsgərov Fərhad Ramiz oğlu 1960-cı il dekabr ayının 24-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Mərdəkandakı 181 saylı orta məktəbi bitirib. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun məzunudur, ixtisasca texniki əmək və rəsmxət müəllimidir. Sonralar jurnalistika ixtisası üzrə də ali təhsil alıb. İlk əmək fəaliyyətinə 1980-ci ildə Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim kimi başlayıb. Həmin məktəbdə üç ay işlədikdən sonra könüllü olaraq əsgəri xidmətə gedib. 1980-82-ci illərdə Qazaxıstan Respublikası, Kızılorda vilayətinin Leninsk şəhərində – Baykonurda həqiqi hərbi xidmətdə olub. Əsgəri xidmətdən sonra Kəlbəcər rayonunun Seyidlər kənd orta məktəbində çalışıb. Daha sonra isə Bakının bir neçə məktəbində müəllim işləyib.
Fərhad Əsgərovun ilk məqaləsi 1978-ci ildə hələ tələbə ikən “Azərbaycan müəllimi” qəzetində dərc edilmişdir. Onun 1983-cü ildən başlayaraq mütəmadi olaraq informasiya və məqalələri işıq üzü görüb. Keçmiş İttifaqın dövründə onun müxtəlif sahələrlə bağlı informasiya və məqalələri “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “İdman”, “Bakı”, “Vışka”, “Bakinskiy raboçiy”, “Molodyoj Azerbaydjana” qəzetlərində, eləcə də “Mədəni maarif işi”, “Təşviqatçı” jurnallarında dərc edilib. Respublika radiosunda xeyli yazıları səsləndirilib. Respublikamızın müstəqilliyi illərində isə müxtəlif səpkili yazıları “Səhər”, “Açıq söz”, “7 gün +”, “Sərbəst düşüncə”, “Hürriyyət”, “Mozalan”, “Maarifçi”, “Yurddaş”, “Yeni dünya”, “Azərbaycan dünyası”, “Karvan yolu”, “İnsan hüquqları”, “İncəsənət”, “Mühakimə”, “Demokratiya”, “Ümman press”, “El qəzeti”, “Hakimiyyət”, “Yeni təfəkkür”, “Paklıq”, “Nəbz” qəzetlərində işıq üzü görüb. O, bir qəzetdə çalışsa da, adları çəkilən qəzetlərlə əməkdaşlıq edib. 2005-ci ildə “Nüanslar” ictimai-siyasi publisistik qəzetini təsis edib. Qəzetin hər bir sayında verilən informasiya, məqalə və bədii yazılar öz obyektivliyi, maraqlı olması və oxunaqlığı ilə oxucuların diqqətini cəlb etmişdir.
Fərhad Əsgərov ədəbi yaradıcılığa hələ gənclik illərindən başlayıb. O, alleqorik janrda nağıl və poemalar, sənədli povestlər, monoloq, novella, olmuş hadisələr, gənclər, eləcə də kiçik yaşlı uşaqlar üçün hekayələr yazmışdır. O, həmçinin 50-dən çox oçerkin müəllifidir. Onun bədii əsərləri “Yazarlar”, “Ulduz”, “Xəzan” jurnallarında, “Mir literaturı”, “Yeni təfəkkür”, “Nüanslar”, “Türk dünyası ağsaqqalları” qəzetlərində dərc edilmişdir. Fərhad Əsgərovun müxtəlif illərdə “Tale”, “Ötən günlər”, “Yurd həsrəti, Vətən sevgisi”, “Ya iskal Lyudmilu”, “Neslomlennıy repressiyami”, “Filin dərdi böyükdü”, “Ömür elə qısadır ki…”, “Prokuror-ümid qapısı”, “El ağsaqqalı”, “Ürəklərdən gələn səs”, “Qaranlıq meşədə gizli oyunlar”, “Əsl dost”, ”Seçilmiş əsərləri”, “Ömürdə izlər”, “Qara qızıl fatehi”, “Tyomnıye iqrı v tyomnom lesu” adlı kitabları işıq üzü görmüşdür. 2014-cü ildə 288 səhifəlik “İllərin nəfəsi” adlı kitabı çapdan çıxmışdır. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayələr, olmuş hadisələr, alleqorik nağıl və poemalar, oçerklərdən nümunələr, monoloq, novella toplanmışdır. Kitabda həmçinin yazıçı-jurnalistin müxtəlif qəzetlərdə dərc edilmiş məqalələrindən nümunələr də verilmişdir. Oxucuların ixtiyarına verilmiş bu kitabdakı əsərlər oxucuları düzlüyə, ədalətə, işdə məsuliyyətli olmağa və digər insani keyfiyyətlərə səsləyir.
Onun 96 səhifədən ibarət olan “Vicdan və nəfs” kitabı 2018-ci ildə çapdan çıxmışdır. Bu kitabda toplanmış 12 hekayəni və “Təsirləndiyim məqamlar” başlığı altında dərc edilmiş həyat düşüncələrini oxuyarkən məlum olur ki, müəllif yaşadığı cəmiyyətdə daim ədalət, düzgünlük, halallıq, insanlıq axtarır. “Vicdan və nəfs” kitabı 2021-ci ildə Azərbaycanda rus dilində də işıq üzü görmüşdür. O, həmçinin Rusiyanın Moskva şəhərində nəşr olunan “Rossiyskaya literatura” jurnalı ilə də əməkdaşlıq etmişdir. Rusiyada, Belarusiyada nəşr olunan jurnallarda və almanaxlarda, eləcə də Qazaxıstan Respublikasının Turkestan şəhərində nəşr olunan “Sara söz” jurnalında hekayələri, alleqorik əsərləri dərc edilmişdir.
Fərhad Əsgərov 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildə birillik Prezident təqaüdünə layiq görülmüşdür. “Qızıl qələm” və “İti qələm” mükafatları laureatıdır.
Bir qız övladı var.

Dərc edilmiş bədii əsərləri
ALLEQORİK NAĞILLAR
Qaranlıq meşədə gizli oyunlar (azərbaycan və rus dillərində)
Boz Pələngin yuxusu (azərbaycan, qazax və rus dillərində)
ALLEQORİK POEMALAR
Filin dərdi böyükdü (azərbaycan və rus dillərində)
Ditdili şantaj edir (azərbaycan və rus dillərində)
UŞAQ HEKAYƏLƏRİ
Əkiz qardaşlar (azərbaycan və rus dillərində)
Yad cücələr (azərbaycan və rus dillərində)
Yalanın üstü açıldı (azərbaycan və rus dillərində)
Uşaqların borcu (azərbaycan və rus dillərində)
Samirin arzusu
NOVELLA
İki qızın anası
MONOLOQ
Desəm öldürərlər
Mənə tupoy deyirdilər (azərbaycan və rus dillərində)
SƏNƏDLİ POVESTLƏR
Yurd həsrəti Vətən sevgisi
Ürəklərdən gələn səs
Prokuror – ümid qapısı
El ağsaqqalı
Neslomlennıy repressiyami (azərbaycan və rus dillərində)
HEKAYƏLƏR
Qız atasını tapdı
Əzizim, bəxti yarım (azərbaycan və rus dillərində)
Kələklə gələn, küləklə gedər (azərbaycan və rus dillərində)
Qatilin aqibəti
Şantaj
Çıxış yolu həmişə var (azərbaycan və rus dillərində)
Boş sinifdə dərs danışan müəllim (azərbaycan, qazax və rus dillərində)
Tamahkar
Yelləncəklərin taleyi
Tale (azərbaycan, qazax və rus dillərində)
Məchul qonağın xeyirxahlığı (azərbaycan, qazax və rus dillərində)
Təmtərağa uymayın
Qısqanc kişilər (azərbaycan və rus dillərində)
Rüşvət necə gizlədilirdi
Sirri torpaq apardı (azərbaycan və rus dillərində)
Çıxış yolu tükənəndə (azərbaycan, qazax və rus dillərində)
Kolxoz (azərbaycan və rus dillərində)
Vicdan və nəfs (azərbaycan, qazax və rus dillərində)
Vicdanlı “baba” (azərbaycan və rus dillərində)
Demokratik iclas
Xəyanət
Tələbələrin söhbəti
Mayor Şahbazovun “səmimiliyi” (azərbaycan və rus dillərində)
Alimin oynaya bilmədiyi mahnı
Hay-hayla gələn vay-vayla gedər (azərbaycan və rus dillərində)
Bu məntəqədən o məntəqəyə

Yazarlar cameəsi adından tanınmış yazıçı və jurnalist Fərhad Ramizoğlunu 24 dekabr doğum günü və 65 illik yubileyi münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Fərhad müəllim!

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Fərhad Əsgərov (Ramizoğlu) – QATİLİN AQİBƏTİ

QATİLİN AQİBƏTİ
(hekayə)
Sahilini mavi Xəzərin sularının yuduğu Abşeronun özünəməxsus gözəlliyi var. Burada ilin bütün fəsilləri ürəkaçandır. Xüsusilə yazda və yayda buralar daha gözəl olur: quşların cəh-cəhi, Xəzərin sahilə can atan dalğalarının ahəngdar səsi, çimərliklərdəki uşaqların, gənclərin şən qəhqəhələri insanda xoş ovqat yaradır. Üzüm tənəkləri, ağaclardakı meyvələr olduqca dadlı, ləzzətli olmasından savayı, elə təkcə görünüşü ilə də ürəkləri xoşhallandırır.
Yarımadanın yaraşıqlı kurort qəsəbələrinin birində Zahid kişi adlı ağlı, kamalı, dünyagörüşü ilə seçilən bir nəfər öz ailəsi ilə şad-xürrəm yaşayırdı. Oturuşuna-duruşuna, ağsaqqalına görə hamı ona hörmətlə yanaşırdı. Zahid kişi bu hörməti hələ gəncliyində qazanmışdı. Zahidin dörd uşağı vardı: ikisi oğlan, ikisi qız. Uşaqların anası Gülsurə xanım da əri kimi ailəcanlı idi. Uşaqlarının hamısına təhsil vermişdilər. Ata-ana övladları ilə fəxr edirdilər.
Uşaqlar böyüdükcə valideynləri onların gələcək həyatını təmin edirdi. Artıq ailənin bir oğlu və bir qızı ailə həyatı qurub ayrıca yaşayırdılar. Hərəsinin öz evi vardı. Təkcə qardaşların ən kiçiyi Elman və bacılardan acı dili olan Elyanora valideynləri ilə yaşayırdılar.
Elyanora da çoxdan ailə həyatı qura bilərdi, lakin onun düşünmədən danışmağı, düşünmədən hərəkət etməsi, böyük-kiçik tanımaması, bir sözlə, özünü idarə edə bilməməsi qonşulardan, qohumlardan da məxfi qalmamış və ona heç kəs elçi düşməmişdi. İllər ötdükcə Elyanoranın xasiyyəti lap dözülməz şəkil aldı. Artıq tibb bacısı işlədiyi poliklinikada da onun əlindən bezmişdilər.
Elman isə ailə həyatı qurmaq istəmişdi. Lakin bacısı Elyanoranın xasiyyətini yaxşı bilirdi. Elman Elyanora ilə bir evdə yaşayırdı və evlənəndən sonra da, həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayacaqdı. O, bilirdi ki, Elyanora əsassız olaraq gəlini incidəcəkdir. Nəticədə isə ailə dağıla bilər. Bunları bildiyinə görə, Elman ailə həyatı qurmamışdı.
Bütün bunlarla kifayətlənməyən Elyanora əxlaqsızlığa da qurşanmışdı. İş o yerə gəlib çatmışdı ki, yaxın qohumu Səfiyarla da guya “dostluq” edirdi.
Qızının belə hərəkətlərinə dözə bilməyən Zahid kişi əsəb xəstəliyinə tutuldu. Həkimlər ona xeyli dava-dərman yazdılar. Tibb işçisi olmasına baxmayaraq Elyanora atasına hətta iynə vurmaqdan da imtina etdi. Xəstə ata naəlac qalaraq hər gün “təcili yardım”a müraciət edirdi.
İllər ötdükcə Elyanoranın xasiyyəti daha dözülməz olurdu. Onun artıq 40 yaşı vardı. Hərəkətlərinə tam sərbəstlik vermişdi. Valideynləri, qardaşları, bacısı, yaxın qohumları xəcalətdən adam arasına çıxa bilmirdilər. Son vaxtlar onda mal-mülk, var-dövlət hərisliyi də baş qaldırmışdı.
Zahid kişinin yaxşı evi vardı. Ömrü boyu işləmişdi, zəhmət çəkmişdi. O, sağlığında yaşadıqları evi oğlu Elmanın adına saldırdı. Bunu bilən Elyanora həm qisas almaq, həm də nəyin bahasına olursa-olsun evə sahib çıxmaq arzusunu həyata keçirmək üçün yeni planlar, yeni yollar axtarışına başladı. Bundan ötrü yalnız özünün bildiyi, öz ürəyindən keçirdiyi üsullarla hərəkət etməyi düşündü.
Günlərin birində Zahid kişini pristup tutdu. Elyanora çoxdan gözlədiyi məqamın yetişdiyini hiss etdi və nə vaxtdan bəri fikirləşdiyi cinayəti həyata keçirməyi qərara aldı. Ağrıdan qovrulan, hamıdan imdad diləyən ataya güya Elyanoranın yazığı gəldi və onu sakitləşdirmək məqsədilə damarına zəhərli iynə vurdu. Qarşısında qovrulan atanın keçirdiyi əzablar görəsən Elyanoraya təsir edirdimi? Onu boya-başa çatdıran atanın zəhməti müqabilində, törətdiyi bu cinayətdən ürəyinin ən dərin bir küncündə belə təəssüf hissi vardımı? Həmin anda azacıq da olsa Allah qorxusu onu narahat edirdimi? Sanki Elyanoranın öz aləmi, öz dünyası, yalnız özünəməxsus əxlaqi, etik normaları vardı. O, bu normalara uyğun yaşayır, hərəkət edirdi.
Bir neçə saatdan sonra Zahid kişi keçindi. Elyanoranın bu əməlindən heç kəs xəbər tutmadı. Axı, bu hərəkət kimin ağlına gələ bilərdi?..
Elyanora isə öz işində idi. Fikirləşirdi ki, əməliyyatın çətini ötüb keçib. Artıq evin sahibi yoxdur. Qalır anası və qardaşı Elman, onları isə aradan götürmək olduqca asandır. Anası Gülsurə sadəlövh qadın idi. Qardaşına da bir çarə tapacaq. Sonra bu boyda mülk də onunkudur, içindəki avadanlıq da…
Atasının ölümündən üç ay sonra anasının çayına nə qatdısa, qadın havalandı. Sonra da onu döyə-döyə öldürdü. Növbədə isə qardaşı idi…
…Bir gün sakitcə küçə ilə gedən Elmanı polislər saxlayıb şübhəli şəxs qismində şöbəyə aparırlar. Axtarış zamanı cibindən narkotik maddə tapılır. Elman narkotik maddə ilə əlaqəsi olmadığını bildirsə də, onu heç kəs eşitmək istəmir. Məhkəmə Elmana 7 il həbs cəzası verir.
Və beləliklə, bu məsələ də şübhəli, müəmmalı qalır. İki il ötür, həbsxanadan xəbər gəlir ki, bəs Elmanı öldürüblər…
Ev qeydiyyatında tək özü qalan Elyanora istədiyinə nail olur və böyük bir ailənin uzun illərdə qurub yaratdığı evi əlinə keçirir.
Öndə qeyd etdiyim kimi, Elyanora tibb bacısı işləyirdi. Bir məsələ aydın idi ki, işindən tez-tez yayınardı və alver məqsədilə xarici ölkələrə gedib-gələrdi. Onun tez-tez işindən yayınmasına da barmaqarası baxırdılar. Güman ki, kollektiv onunla birgə işləməkdənsə, onsuz işləməyi üstün tuturdu. Yəni iş yoldaşları özlərini Elyanorasız daha sərbəst hiss edirdilər. Beləliklə, illər ötür, yaş üstünə yaş gəlirdi…
İndi Elyanoranın hər şeyi vardı: evi, həyəti, hələ üstəlik son illərdə alver etməklə xeyli pul da qazanmışdı. Lakin xoşbəxtliyi yox idi. Özünü gündən-günə pis hiss edirdi. Qardaşı, bacısı, yaxın qohumları onunla bütün əlaqəni kəsmişdilər. İş yoldaşları ondan uzaq gəzməyə çalışırdılar. Ömrü boyu arzusunda olduğu, min bir fırıldaqla ələ keçirdiyi var-dövlət də, ev də ona xoşbəxtlik gətirməmişdi.
Əvvəllər fikirləşirdi ki, varlı olduğuna görə kimsə onunla ailə həyatı qurar. İllər ötdükcə gördü ki, nəinki onunla ailə həyatı qurmaq istəyən, hətta onun üzünə baxmaq istəyən belə yoxdur.
…Elyanora dodaqları altında astadan nəsə danışa-danışa küçələrdə gəzər, hara getdiyinin, haradan gəldiyinin fərqinə varmadan qəsəbəni dolaşardı. Heç kəs ona fikir verməzdi. Belə bir adamın bu qəsəbədə yaşayıb-yaşamaması heç kəsi maraqlandırmazdı. Elyanora artıq diriykən ölüyə çevrilmişdi. Elə hamı üçün…
Bir gün səhər Elyanora yenə də adəti üzrə evdən çıxdı. Əvvəllər zövqlə geyinən Elyanoranın əyin-başı pis kökdəydi. Baş yaylığını necə gəli bağlamışdı, əyninə nə geydiyinin fərqinə varmamışdı. Corabları ayaqqabılarının üstünə düşmüşdü. Bir sözlə, görkəmi adamda pis əhval-ruhiyyə yaradırdı.
Adəti üzrə evlərinin yaxınlığından keçən yola tərəf üz tutdu. Elyanora həmişə dəmir yolundan keçib mərkəzi küçədə məqsədsiz şəkildə gəzər, axşam geri qayıdardı.
Elektrik qatarı artıq yaxınlaşmaqdaydı. Qatar uzun-uzadı siqnal çalmağa başladı, yəqin ki, maşinist bir nəfərin yola yaxınlaşdığını görüb ona xəbırdarlıq edirdi. Lakin Elyanora öz aləmindəydi. Bundan da qat-qat güclü siqnal səsini belə eşitmək iqtidarında deyildi. Qatar gəlib çatanda Elyanora artıq düz yolun ortasındaydı. O, yaxınlıqda bir neçə nəfər adamın onu səslədiyini belə eşidə bilmədi…

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

FƏRHAD ƏSGƏROV – GİZLİ OYUNLAR – PDF KİTAB

“Gizli oyunlar” 

Kitabı oxu >>>>Fərhad Əsgərov – “Gizli oyunlar” pdf

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

FƏRHAD ƏSGƏROV – RAMİZOĞLU

“Gizli oyunlar” 

ƏSGƏROV FƏRHAD RAMİZ OĞLU “GİZLİ OYUNLAR” PDF:

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru