Kateqoriya arxivləri: www.USTAC.az

GÖYÇƏ YUXUMA GƏLIR – SONA ABBASƏLİQIZI

Sona ABBASƏLİQIZI – şair, yazıçı.

GÖYÇƏ YUXUMA GƏLIR
Kaş şərxin dönəydi, fələk tərsinə,
Dərdim güzgü tutur dərdin səsinə.
Basıb ayrılığı öz sinəsinə,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Ayrılıq yelləri öpür üzümdən,
Min ağrı boylanır hər bir sözümdən.
Açır qapısını keçir gözümdən,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Alnı qırışıbdı ümidlərin də,
Bu dərdin,ağrının kökü dərində.
ƏLƏSGƏR sazının pərdələrində,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Hünərim azıbdı dumanda, sisdə,
Ağrılar yurd salıb ləpirdə, izdə.
Dədə ƏLƏSGƏRİN məzarı üstən-
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Yaddaşı qalıbdı duman içində,
Arzusu çırpınır güman içində.
Harayı don vurub zaman içində,
Göyşə qərib-qərib yuxuma gəlir.
Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ONLARIN AD GÜNÜDÜR!

Yeganə Əbil Həsən qızı Mahmudbəyli

Bəşəriyyətin inkişaf mərhələsinə mütəmadi olaraq təkan verən, təfəkkür və təxəyyülləri ilə ölkəsinə, xalqına xidmət edən elm adamlarımızın – alimlərimizin, qələm adamlarımızın xidmətləri, oların keçdikləri ömür yolları tarix səhifələrində özünəməxsus möhtəşəm yer tutur.
Ölkəsini və xalqını dərin məhəbbətlə sevən, fəal ictimaiyytçi, gözəl alim xanım AMEA-nın Zoologiya İnstitutunda çalışan, elmlər doktoru,  Yeganə Əbil Həsən qızı Mahmudbəyli də məhz belə alimlərimizdəndir.  Vətənpərvər alim ömrünün ən dəyəri illərini elmə və xalqına həsr etmişdir.

QISA ARAYIŞ:
Yeganə xanım orta təhsilini Bakıdakı 52 saylı məktəbdə almışdır. Bakı Dövlət Universitetinin ( 1981-1986) biologiya fakultəsini bitirmişdir. 1987 – ci ildə Azərbaycan Milli Emlər Akademiyası Zoologiya İnstitutununu “Helmintologiya” laboratoriyasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.1997 –ci ildə bilogiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülənYeganə xanım 2000 – ci ildə böyük elmi işçi, 2007 – ci ildə dosent elmi adını almışdır.
Yeganə Mahmudbəyli hazırda AMEA –nın Zoologiya İnstitutunda çalışır. Çalışdığı İnstitutun Dissertasiya Şurasının Elmi Seminarının üzvü olan Yeganə xanım Mahmudbeyli mütəmadi olaraq elmi fəaliyyətini davam etdirir. O, 53 elmi məqalənin müəllifidir və məqalələrin bir çoxu xarici ölkə mətbuatında dərc olunub.

Bu gün Yeganə xanımın ad günüdür. Aldığımız məlumata görə xəstədir. Arzu edirik ki, yeni yaşı Yeganə xanıma sağlamlıq və uğur gətirsin.

Yeganə Mahmudbəyli “Nizami Gəncəvi” diplomu N: 03 – 03.03.2021. Bakı.

BU GÜN – GÖZƏL GÜN

Kənan HACI – YAZAR.

Təqvimin bu günü ikinci bir hadisə ilə də əlamətdardır. Bu gün sevilən, istedadlı yazar, mükəmməl insan  Kənan Hacının – Hacıyev Kənanın doğum günüdür.  Vətənpərvər, yurdsevər, xalqına bağlı yazarımız ömrünün ən dəyəri illərini – geridönməz gəncliyi yaradıcılığa həsr etmiş, qələmə adamışdır. Kənan müəllimi ad günü münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Kənan Hacı – Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi.

Həyatı
Kənan Hacı 1975-ci ildə martın 3-də Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.

Fəaliyyəti
1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “”İki sahil””, “”Ədalət””, “”Vətəndaş həmrəyliyi””, “”Yazar”” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “”Qanun”” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “”Aydın yol”” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “”Qərib axşamlar”” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.

Kənan Hacı – “Nizami Gəncəvi” diplomu N: 02 – 03.03.2021. Bakı.

Sonda hər iki ziyalımızı bir daha təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı və fəaliyyətlərində uğurlar arzu edirik! Uğurlarınız bol olsun!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR ƏHMƏD – BİR ŞEİR

Vüqar ƏHMƏD- Şair, alim.

SƏBR EDƏK

Ölkədə nə çoxdur şərəfsiz, nadan,

Bunlarla bacarmır, Vallah, yaradan.

Nə Allah bilirlər, nə də ki, Quran,

Səbr edək, bunların kökü kəsilər.

***

Bunların tumunda, yəqin, var calaq,

Acizin zalımı, güclüyə yalaq,

Sonumuz məzarda darısqal otaq,

Səbr edək, bunların kökü kəsilər.

***

Ailəsi, tayfası hazıra nazir,

Harın məmurlardır, milləti əzir,

Övladlar Dubayda, Parisdə gəzir,

Səbr edək, bunların kökü kəsilər.

***

Sapı özümüzdən olan baltalar,

Bunlar gecə-gündüz xalqı baltalar,

Çox dərd eyləsək biz bağrı çatladar,

Səbr edək, bunların kökü kəsilər.

***

Halal çörək ömrümüzün naxşıdır,

Vahid deyərdi ki, Vətən yaxşıdır,

Ədalət olmasa, kəfən yaxşıdır,

Səbr edək bunların kökü kəsilər.

***

Əcaib doğulsa insan anadan,

Məzarda düzəldər onu Yaradan,

Millət artıq seçir ağı qaradan,

Səbr edək, bunların kökü kəsilər.

***

Zaman bir qamçıdır, biz də fırfıra,

Fırlada-fırlada aparır gora,

Az qalıb həriflər düşürlər tora,

Səbr edək, bunların kökü kəsilər.

***

Bu dünyada kim çəkirsə zəhməti,

El içində o, qazanır hörməti,

Allahdan səs gəldi mənə xəlvəti,

Səbr edək, bunların kökü kəsilər.

Müəllif: Vüqar ƏHMƏD


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANS – MİRŞAHİN – KƏRİM KƏRİMOVLA SÖHBƏT

Kərim Kərimovla “Təmiz söhbət” – Mirşahin ANS.


GENERAL KƏRİM KƏRİMOV HAQQINDA

QISA ARAYIŞ: Kərim KƏRİMOV – Kərim Abbasəli oğlu Kərimov — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966—1991). Sovet kosmik proqramının banilərindən biri. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, Sovet İttifaqının dağılmasına qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.

https://www.youtube.com/watch?v=gbfx38KMExQ&feature=emb_title

Allah Kərim Kərimova və dünyasını dəyişən bütün atalara rəhmət eləsin. Ruhuna Fatihə:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏRİM KƏRİMOV HAQQINDA

General Kərim KƏRİMOV

GENERAL KƏRİM KƏRİMOV HAQQINDA

QISA ARAYIŞ: Kərim KƏRİMOV – Kərim Abbasəli oğlu Kərimov — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966—1991). Sovet kosmik proqramının banilərindən biri. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, Sovet İttifaqının dağılmasına qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.

Həyatı
Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Əslən Şamaxılıdır. Onun atası Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.

1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə İkinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişlər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmışdır. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdır. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdur. 1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarin]]in tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur.
1975-ci ildə uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi.
Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Kərim Abbasəli oğlu Kərimov

Xatirəsi
Xalq artisti Vasif Babayev general-leytenant Kərim Kərimova “Yüksəliş” adlı tammetrajlı sənədli film çəkmişdir. Moskvada sənədli filmin təqdimatı olmuşdur. Bakıda – Nizami Kino Mərkəzində də tammetrajlı sənədli filminin təqdimatı olmuşdur.

2017-ci ilin noyabrında AMEA]da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunmuşdur:


Allah Kərim Kərimova və dünyasını dəyişən bütün atalara rəhmət eləsin. Ruhuna Fatihə:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ATA HAQQINDA ŞEİR

Rasimə Könül – şair, pedaqoq.

ATA
Bu gün ad günündür, yenə yığışıb
Bir süfrə başına üç balan, ata!
Sənin də adına qablar düzülüb,
Darıxıb ev adlı bu qalan, ata!
* * *
Hələ otağından öz ətrin gəlir.
Dəftər-kitabından söz ətrin gəlir.
Əlinin saçımda naz ətrin gəlir.
Günbə-gün gözümdə ucalan ata.
* * *
Qəribsəyib sənin gəzdiyin yollar.
Qapımı döydüyün o gözəl anlar.
Hər kəlmə başında adını anar.
Xətrini istəyən el-oban, ata.
* * *
Hər zaman deyirdin yaxşı ki, varsan
Qəlbin üşüsə də üzdə baharsan.
Küsəyən qəlbimi tez ovudarsan.
Yamanca darıxıb bu balan, ata.
* * *
Yəqin atasızdı dünyanın özü.
Onunçün insafsız ayırdı bizi.
Sənsiz qarşılarıq bu ğələn yazı.
Məkanı ruhundan nur alan atam.
25.01.2021.
Müəllif: Rasimə Könül
Allah dünyasını dəyişən bütün atalara rəhmət eləsin.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU – ÜÇ ŞEİR

Təvəkkül Goruslu -şair.

QORXMURAM MƏN
Bir gün gələn bir gün gedər, doğrudur,
Salam, əcəl, səndən heç qorxmuram mən!
Bu ömürdən ötən illər oğrudur,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Sənin adın məzarlığa işarə,
Yetişdinsə insan olan nə karə,
Səndən ricam, gəl möhlət ver şairə,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Əl uzadıb bağladıqca gözləri,
Alıb bir-bir götürürsən bizləri.
Səndən ricam, yetim qoyma sözləri,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Düşündünmü burda qalan doğmanı,
Udanmırlar sənin zəqqu yaxmanı,
Gəl çaşdırma bu gün, sabah loğmanı,
Salam, əcəl, səndən heç qorxmuram mən!
23.02.2021.

ADAM
Qalıb əllərində dərdin, zillətin,
Soyuq palatada üşənən adam!
Unudub yarasın, ağrı, illətin,
Yenə də şairin düşünən adam!
* * *
Unudub taleyin ağır sitəmin,
Dəfn edib içində, aşıb matəmin,
Atınca həyata təkrar qədəmin,
Yenə də şairin düşünən adam!
* * *
Yenə də ruhunda qayğı çələngi,
Sevgi bulağında, əldə səhəngi,
Sevdanın çiçəyi, eşqin nəhəngi…
Yenə də şairin düşünən adam!
01.03.2021.

ÇIXAQ GEDƏK
Heç sordunmu qışı qışdan,
Arıtdınmı yaşı yaşdan,
Qorudunmu, saxladınmı,
Başı başdan, başı daşdan?
* * *
Yeridinmi altmışına,
Sur oldunmu yatmışına,
Əbədiyyət dadsız meyvə,
Rast oldunmu dadmışına?
* * *
Yollar uzun , ömür gödək,
Azı şirin, çoxu öddək,
Sevinc bizi bəyənmirsə,
Tut əlimi çıxaq gedək!!!
02.03.2021.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN DİGƏR YAZILARI

TƏVƏKKÜL GORUSLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NARGİSİN KİTABI

NARGİS – METAKƏDƏR


Nargis
– “METAKƏDƏR” və ya hər şey arxada qaldı, xoş günlər bizi gözləyir… Zülmətdən doğan işıq… Hər açılan səhərimiz metakədər…



Nargis
xanım filologiya üzrə fəlsəfə doktoru, özünəməxsus yaradıcılıq üslubu olan yazar, elmin dərinliklərinə cəsarətlə baş vuran alim, işinin ustası bacarıqlı təşkilatçıdır. “METAKƏDƏR” – i yaşayın…



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARZU – XƏYALƏ ZƏRRABQIZI

Zərrab Nizaməddin oğlu Əfəndiyev

ATAMA ƏN MÜQƏDDƏS ARZUM…

5 il öncə gözəl bir bahar səhəri idi… Universitetdəydik. Həyat yoldaşım bizim kafedraya gəlib təbəssümlə „indicə mətbuatdan oxudum. Zərrab əmiyə əməkdar kənd təsərrüfatı işçisi“ fəxri adı adı verilib – deyə müjdələdi. Qanadım olsaydı, həmin an Bakı Dövlət Universitetindən birbaşa Naxçıvana uçardım… Gücüm sadəcə yazmağa, mətbuatdan oxuduğumuz bu xoş xəbərlə bağlı Atamı elə mətbuatda təbrik etməyə çatdı… Bu sabah qəzetin elektron arxivi həmin yazımdan 5 il ötdüyünü xatırladır… o günü xatırladım, gözlərim yaşardı…

Atam  həyat yolumun başında dayanan İşıq və hər addımından örnək götürdüyüm Böyük İnsandı…

Atam mənə alın təri ilə çalışmağın və alın açıqlığı ilə yaşamağın bu həyatda ən uca dəyər olduğunu öyrədən Adamdı…

 Bu gün insanların bir il, beş il bir idarədə, təşkilatda sözsüz, söhbətsiz işləməyə təhəmmül edə bilmədiyi bir zamanda Atam düz 40 il eyni idarədə – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində zəhmətkeşliyi, əmək fəaliyyəti ilə hər kəsə örnək olacaq bir yol keçib.  Bu həyatda təkcə təmiz adını yox, Əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Atam sözün həqiqi mənasında işlədiyi bu 40 il ərzində bu ləyaqəti qoruya bilib, işini övladları kimi sevib, üzərinə düşən bütün vəzifələri vicdanla haqqa gətirib, hesabında, kitabında, yazısında, pozusunda, münasibətlərində, verdiyi sözündə, tutduğu əməlində son dərəcə dəqiq olub, dürüst olub, gördüyü hər işə məsuliyyətlə yanaşıb, fədakarlıqla çalışıb…

Dəyərli ağsaqqal, müdrik ziyalı, rəhmətlik cənnətməkan Fəttah müəllim bir söhbətimizdə Atam haqqında dediyi bu fikirləri heç unutmuram: „Qızım, dedi, biz fiqurların yerinin səhv düşdüyü bir şahmat taxtasının üstündə yaşayırıq. Amma böyük Səməd Vurğun deyib ki: Günəşi örtsə də, qara buludlar. Onun Günəş adlı bir qüdrəti var. Mən Zərrab müəllimə Günəş ömrü arzulayıram. Bütün şüurlu ömrünü, həyatını, sağlamlığını dövlətimiz və dövlətçiliyimiz yolunda vicdanla xidmət edib. Tanrı O böyük İnsanın başının üstünü, addımladığı yolunu qara buludlardan – qaramat düşüncələrdən hifz eləsin! Özü kimi işıqlı insanlar çıxsın qarşısına!“…

Allah Fəttah müəllimə qəni-qəni rəhmət eləsin, dəyərli insanlar, dəyərli fikirlər heç vaxt unudulmur. Elə Fəttah müəllimin arzuladıqlarını diləyirəm Atam üçün… Əslində, valideynin oyandığı hər sabah övladın Tanrıya şükranlığıdır. Bundan böyük səadət nə ola bilər ki?! Ata var, söykənəcəyin dağ, qürur duyacağın zirvən var… Allah o Zirvəmi qorusun!

Bu günə qədər doğma Naxçıvanımızın çiçəklənməsi üçün çalışıb, demək olar ki, cahanın nəqşi olan bu ulu diyarın bütün guşələrində Atamın zəhmətinin, əllərinin izi var.

Xəyalə xanım və Zərrab müəllim.

İnnən belə Atam üçün və Atamın kölgəsində özüm üçün bir müqəddəs diləyim var: Azad Qarabağımızın yeni həyat quruculuğunda Sənin əllərinin izi, əməyin olsun, Ata! Şuşada, Xankəndində, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə… bayrağımız qədər müqəddəs torpağımızın cana gəlməsində Sənin də iştirakın olsun, Ata! O torpağa həyat verən bəxtiyar adamlardan – kənd təsərrüfatı işçilərindən biri də Sən olasan, Ata! Bunu ürəkdən arzulayıram və ümid edirəm ki, o müqəddəs günə addım – addım yaxınlaşırıq…



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – SARITEL

Sona Abbasəliqızı – şair, yazıçı.

SARITEL

Daş qoynunda sarı-sarı dünən var,
Zülmət düşür, dodağını büzən var.
Havasına durna kimi süzən var,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
* * *
Sərt başlayıb qayaların davası,
Qırov tutub lal quşların yuvası.
Ürəyimə məlhəm olur havası,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
* * *
O nəğməni mən, söz kimi yayıram,
Çeşmə kimi, bulaq kimi duyuram.
Çalınanda, xoş oluram, uyuram,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
* * *
Neçə igid çınqı atıb qanından,
Göylər onu xəlq eyləyib danından.
Sonanın da can çıxarır canından,
Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.

Müəllif: Sona Abbasəliqızı

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru