Qərargah rəisi-Əsəd…
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Əsəd oldu. O, Əsəd ki, bütün varlığı ilə vətəninə bağlı idi .
Bütün şəhidlərimiz kimi o, da öz evinə qayıtmaqdan əvvəl cənnəti seçdi.
Həsənov Əsəd Fərhad oğlu 16 aprel 1988-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur.
1995-ci ildə Şahverdili kənd orta məktəbinin 1-ci sinifinə qəbul olunmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirib sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verərək oraya qəbul olunmuşdu. 2006-cı ildə həmin liseyi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuş və 2010-cu ildə oranı bitirmişdi.
Bir il təcrübə keçərək ona zabit sertifikatı və leytenant rütbəsi verilmişdir.
2011-ci ildə təyinatla Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinə göndərilmişdir. Üç il orada xidmət etmiş və baş leytenant rütbəsi almışdır.
2014-cü ildə Bakı şəhərində N saylı hərbi hissəyə batareya komandir vəzifəsinə göndərilir.
2017-ci ildə ona kapitan rütbəsi verilir. Ard-arda müxtəlif rayonlarda müxtəlif vəzifələrdə xidmət edir.
2020-ci ilin iyun ayında Ağdam rayonundakı N saylı hərbi hissəyə qərargah rəisi vəzifəsinə göndərilir. 2020-ci ilin 27 sentyabrında başlamış 2-ci Qarabağ müharibəsində Ağdamın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə oktyabrın birində düşmən snayperinə tuş gələrək, qəhrəmancasına şəhid olmuşdur.
Vətənə Mələk və Hüseyn adlı iki övladı əmanət olaraq qalmışdır.
Şəhid qərargah rəisi kapitan Əsəd Həsənov hərbi xidmətinə görə sağlığında “Azərbaycan Respublikasının 95 illiyi”, “ Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”ı ilə təltif olunmuşdur.
Şəhadətindən sonra isə “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə” medalları və “Rəşadət ordeni ilə təltif olunmuşdur. Anası Mələk xanımı şeirlərində öz dərin kədərini belə bildirir.
Balama deməyin, dərdli biriyəm,
Baxmayın canlıyam, diri kimiyəm.
Mən yaşasamda ölü kimiyəm,
Basımı qoymağa məzarım yoxdu.
Gəzdiyin yerlərdə izlərin qalıb,
Baxdığın hər şeydə gözlərin qalıb.
Mən necə dözürəm, vallah bilmirəm,
Sənə deyiləcək sözlərim qalıb.
Qaranlıq gecələrin yolçusuyam mən,
Yüyürürəm tikanların üstündə.
Bir ümidin, bir həsrətin ovçusuyam mən,
Yeriyirəm tikanların üstündə.
Bala adlı yaman dərdə düşmüşəm,
Yaşadığım bu dünyadan küsmüşəm.
Aldadıram hər gün özüm, özümü,
Eşidən yox, fəryadımı, sözümü.
Mən doymadım balamın gül ətrindən,
Torpaq aldı onu mənim əlimdən.
Bir quş kimi elimdən,
Oğul sözü heç düşmür ki, dilimdən.
Gəldi yenə çərşənbə,
Balalarım gəlmədi.
Neyləyərəm bayramı ki,
Ürəyimiz gülmədi.
Hanı mənim Əsədim?
Hanı igid Səbuhim?
Hanı mənim Rəşidim?
Hanı körpə Ülvinim?
Hanı Sənanım mənim?
Heç görmürəm Sübhanı?
Hanı Azadım, Eldarım?
Hanı Vüsalım?
Orucum da gəlmədi,
Yasəfim də gəlmədi.
Ağladı anaların,
Gözləri heç gülmədi.
Sən getdik qəlbimin sevinci getdi,
Sən getdin həyatım səninlə bitdi.
Sən getdin ömrümə gəldi qış, boran,
Dünyanın dəyəri gözümdə itdi…
PS. Bu günlərdə Mələk ana Həsənova “Natəvan” diplomuna layiq görülüb.>>> LAUREATLAR
Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA
AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.
NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru