Cəmiyyətin aynası olaraq gördüyüm o əsər : “OVOD”

Cəmiyyətin aynası olaraq gördüyüm o əsər : “OVOD”

Etel Lilian Voyniçin “Ovod” romanı insanın vicdanı ilə dövlərin mənafeləri arasındakı daimi toqquşmanı göstərən ağrılı bir aynadır. Romanın qəhrəmanı Artur– şəxsiyyət axtarışı, ədalət uğrunda apardığı mübarizə yalnız XIX əsrin Avropasını deyil, bu günkü dünyamızın dəhşətli suallarını da yenidən gündəmə gətirir. Arturun keçdiyi yol müəllimlikdən inqilabçılığa, təqiblərdən ölümə doğru – hüququn sadəcə əmr və qadağalardan ibarət olmadığını, onun mənəvi-prinsipsel əsaslara söykəndiyini xatırladır. Dövlətin yaratdığı qanunlar, bəzən insanın təməl ehtiyaclarını, azadlıq və ləyaqət hislərini boğmaq üçün alətə çevrilir; “Ovod” isə göstərir ki, əsl hüquq insanın vicdanından gələn dəyərsizləşdirilə bilməyən haqqıdır. Əsər azadlığın ikili mahiyyətini açır: o, bir tərəfdən xarici basqıya, diktaturaya, senzura və təqiblərə qarşı müqavimət deməkdirsə, digər tərəfdən insanın öz daxilindəki qorxu ilə üz-üzə gəlməsi, özünə xəyanət etməmək cəhdidir. Arturun təkcə hakimiyyət orqanlarına yox, həm də sədaqətsizlik, qorxu və mənəvi inamsızlıqla mübarizəsi, bugünkü cəmiyyətdə özünü “normal” göstərmək üçün hətta ədalətsizliyə xidmət edənlərin də vicdanında soraq salır. Müasir dünyada kadr islahatları, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi barədə danışarkən, əslində bu romanın vasitəsilə vurğulanan məsələni – hər bir fərdin özündə başlamalı olan vicdan və məsuliyyət hissini unutmamalıyıq.

Bu gün korporativ maraqların ön plana çəkildiyi və hüquqi demokratiyanın kağız üzərində qaldığı müasir reallıqlarda “Ovod”un səsi hələ də canlıdır. Saxta informasiya kampaniyalarının, sarsıdıcı sosial bərabərsizliklərin hökm sürdüyü bir dövrdə, Arturun fədakarlıq ideyası elə ilkin insani məqsəd – həqiqət və ədalət axtarışıdır. Bu, sadəcə tarixi inqilabın əks-sədası deyil, həm də bugünkü mənzərədə hələ də davam edən insan hüquqlarının pozulmasına qarşı kəskin etirazdır. Biz “Ovod”da ədalətin ən yüksək fəlsəfi zirvələrini görürük: qanunvericilik yalnız kağız parçası deyil, onun ruhunda insan ləyaqətinə hörmət dayanmalıdır.

Sonda demək olar ki, “Ovod” yalnız üsyan romanı deyil, həm də hüquqi və mənəvi seçimin metaforasıdır. Arturun taleyi bizə xatırladır: sükut və itaət seçimi hər zaman mümkündür, lakin ədalətsizliyə göz yummamaq, insan olmağın azadlıq təməlidir. Bu gün hər birimiz fərdi səviyyədə öz “daxili “Ovod”umuzla üz-üzə gəlməli, öz vicdanımızın sərhədlərini tanımalıyıq. Əsərin göstərdiyi ən vacib dərs budur: həqiqi dəyişiklik qanunların cərgəsində bitmir, o, hər birimizin içində başlaya bilər. Arturun yolu yalnız fiziki mübarizə deyil, həm də “öz-özünə qarşı dürüstlük” müsabiqəsidir, müasir cəmiyyətdə isə bu müsabiqənin qalibi olmaq üçün, əvvəlcə, özümüzü bütün sosial rol və etiketlərin arxasında gizlətməməliyik. Bu, həm hüquqi, həm də fəlsəfi məsələdir və Voyniçin romanı onu bütün bəşəriyyətə ünvanlayır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Unut!

****

Baş açmadım ürəyimdən,
Dərdə , ələmə uduzdum.
Boyun əydim taleyimə,
Əydim , şələmə uduzdum.

Dərə , təpə , dağ dolaşdım,
Qismət gəzdim , baxt dolaşdım,
Yazdım başıma iş açdım,
Susdum , qələmə uduzdum.

Ömrün başına dolandım,
Səbrin xoşuna dolandım,
Eşqin oduna qalandım,
Söndüm , külümə uduzdum.

Zaman baxmadı sözümə,
Durdu vaxt-bivaxt üzümə,
Bir quyu qazdım özümə,
Düşdüm tələmə , uduzdum.

Qədərdən qaça bilmədim,
Qərq oldum heçə, bilmədim ,
Yolumdan keçə bilmədim,
Gedib gələnə uduzdum.

Baş açmadım ürəyimdən,
Dərdə , ələmə uduzdum.
Boyun əydim taleyimə,
Əydim , şələmə uduzdum.

****

Dağından qopan qartalın
Qıyına yazığım gəlir.
Naləsinə , harayına,
Hayına yazığım gəlir.

Sevgiyə həsrət acların
Vüsal daramaz saçların.
Kökü çürük ağacların
Boyuna yazığım gəlir.

Söz ürəyi deşə gərək,
Söz yerinə düşə gərək,
Adam eşqdə bişə gərək,
Çiyinə yazığım gəlir.

Ruhudu payız xəzəlin,
Payız xəzəllə bəzənir.
Ürəksiz köçən gözəlin
Toyuna yazığım gəlir.

Gedirik düzlə , yoxuşla,
Yarı bəxt, yarı naxışla,
İlahi , məni bağışla,
Göyünə yazığım gəlir.

****

Küləklə birgə addımlayırdım sahildə,
Qollarımda tənhalıq,
gözlərimdə həsrət,
Saçlarımda payız,
Baxışlarımda töhmət.
Addımlayırdım dalğa -dalğa, ləpə -ləpə, dəniz -dəniz..
Ürəyimdə haray, dodağımda sükut.
Yanaqlarımı döyəcləyirdi qum dənələri külək -külək,
Səsi qulaqlarımda əks-səda verirdi dənizin-
“Unut! Unut! Unut!”

****

Sən məni dalğa-dalğa, ləpə-ləpə oxuyursan,
Mən səni misra-misra , vərəq -vərəq yazıram.
Sən məni ümman -ümman , nehir -nehir dinləyirsən,
Mən səni qaya-qaya , sahil-sahil susuram.
Qulağına şeir pıçıldayıram
Təptəzə, dupduru ,
tərtəmiz, ləkəsiz.
Çox bənzəyirik bir -birimizə ,
Bircə fərqimiz var,
Sən qayaya söykənirsən , mən sənə,
Anam dəniz , sonam dəniz !

****

Ayaq altında üşüyürdü yollar,
Sapsarı xəzəllər külək vurduqca qımıldanırdı yerlərində yorğun -yorğun.
Qollarını qucaqlayıb oturmuşdu yol qırağındakı üryan ağaclar ,
üst -başından tökülən ümidsizlikdən utana -utana dayanmışdılar ağac kimi.
Buludlar çətirini açmışdı torpağın üstə,
Sonuncu nəfəsini verirdi son bahar .

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Silahların yerinə gül bağçası yaradaq – Mina Rəşid

Minalar çiçəkləyib

Minalar çiçəkləyib, güllələr gül qoxulu,
Qan izinin üstündə çiçəklər qucaq-qucaq.
Müharibə sözünü biz bu gündən unudaq,
Sevincə, xoşbəxtliyə hamımız qucaq açaq.

Bir az qəlbini dinlə, dünya sənsən, dünya mən
Bəsdir daha qırğınlar, top səsi, güllə səsi.
İnsan insan öldürməz, axı cəllad deyilik,
Dünyamızı bürüsün quş səsi, körpə səsi,

Təbəssümü unudub çöhrələr gör nə vaxtdı,
Hamı dərdli, qəzəbli, düşmən gəzir özünə.
Analar qara geyib, uşaqlar yetim qalıb.
İnsan, nəyə uymusan, pərdə enib gözünə?…

Silahların yerinə gül bağçası yaradaq
Aləm cənnətə dönsün dünyamızın qoynunda.
Bu mülkün sahibi var, kimsə hökmran deyil,
Çox zalımlar dizini yerə qoyub sonunda.

May 2025

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

8 MAY ONUN ANADAN OLDUĞU GÜNDÜR – OXU!

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü.

Yazarın “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – FOTOLAR

Yazarın “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – FOTOLAR

Yazar Etibar Həsənzadənin “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – “Xudafərin BHOS” komandası bürünc medal qazandı.

Bu barədə yazar özü QHT.az-a məlumat verib. Onun sözlərinə görə, mayın 1-dən 4-dək Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş Teknofest Uzay, Havacılık ve Teknoloji Festivalında Azərbaycanın uğuru və mənəvi dəyərləri bir arada nümayiş olunub. Festival çərçivəsində yazar Etibar Həsənzadənin 44 günlük Vətən Müharibəsində iştirak edən Daşkəsənli şəhid və qazilərimizin döyüş yolundan bəhs edən “Vətən Uğrunda” adlı kitabı da nümayiş etdirilib. Eyni zamanda festivalda iştirak edən və ölkəmizi layiqincə təmsil edən Azərbaycan Xudafərin BHOS komandası böyük uğura imza ataraq bürünc medal qazanıb. Komandanı səmimi qəlbdən təbrik edən Etibar Həsənzadə, daha böyük uğurlar arzuladığını bildirib.

Yazar kitabının təqdiminə icazə verən və Teknofest festivalının keçirilməsində əməyi olan şəxslərə də təşəkkürünü çatdırıb:

  • Türkiyə Cümhurbaşqanı sayın Recep Tayyip Erdoğana,
  • Teknofestin təşkilində böyük rolu olan sayın Selçuk Bayraktara,
  • Baykar Teknoloji şirkətinin baş direktoru sayın Haluk Bayraktara,
  • Türkiyə Teknoloji Takımı Vəqfinin başqanı sayın Elvan xanıma,
  • İmanlı Vatan Evladi Derneğinin Genel Başkanı Etibar HəsənzadəninTürkiyə dəki  Gönül Elçisi sayın Mustafa Nazilli bəyə,
  • “Xudafərin BHOS” komandasının baş məsləhətçisi Aysel Məmmədovaya,

Komanda üzvləri Elnur İslamov, Elnur Məmmədov, İlham Kərimli, Nihad Səfərli və Nəzirin Əfəndiyevaya xüsusi minnətdarlığını ifadə edib.

Qeyd edək ki, komandanin layihəsi Dəniz və okean suyundan çevrəyə daha az zərər verəcək şəkildə və daha az xərclə litum istehsal etməkdir.

Pərvanə Fərhadqızı

QHT.az

Fotolar

«Heydər Əliyev və mədəniyyət» mövzusunda Xalq artisti ilə görüş keçirilib

«Heydər Əliyev və mədəniyyət» mövzusunda Xalq artisti ilə görüş keçirilib

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində İttifaqın Sədri Hacı İsmayılovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşü keçirilib.
«Heydər Əliyev və mədəniyyət» mövzusunda keçirilən görüşdə Xalq artisti Hacı İsmayılov, sədr müavini, Əməkdar artist Azad Şükürov, İttifaqın əməkdaşları və gənclər iştirak edib.
Hacı İsmayılov gəncləri salamladıqdan sonra ekranda Ulu Öndərin teatr xadimləri ilə görüşlərini əks etdirən videogörüntü əks olunub.
Hacı İsmayılov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb.
Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vətəni tərənnüm edən Yaqut xanım

Vətəni tərənnüm edən Yaqut xanım

Yaqut Tofiq qızı Nuriyeva 1977-ci ildə Mingəçevir şəhərində anadan olub və orta təhsilini burada alıb. 1995-ci ildə ailə həyatı qursa da sonra təkbaşına 3 övladını böyüdüb. Yaqut xanımın bir çox bacarıqları var, amma onun əsas sənəti dərzilik olub. Özü dediyi kimi, 27 ildən çoxdur ki, bu sənətlə məşğuldu. Dərzilik oturaq, çətin peşə olsa da Yaqut xanım işindən bezmir. Deyir ki, mən balalarımı bu işlə böyütmüşəm. Ancaq o tək dərzilik etməklə kifayətlənməyib. Dediyim kimi, onun başqa bacarıqları da var. O, rəssamlıq və heykəltaraşlıqla da çiddi məşğul olur. Özü dediyi kimi, dünyaya rəssam kimi gəlib. Uşaq yaşlarından bu günə qədər xoşuna gələnlərin rəsmini çəkə-çəkə böyüyüb. Rəssamlıq onun həyatda dolanışıq üçün pul qazanmaq yox, hobbisidi. Yaqut xanım çox bacarıqlı və istedadlı qadındı. Özünəməxsus fantaziyaları və əl qabiliyyəti var. Hazırda heykəltaraşlıq sənətinə daha çox üstünlük verir. Bu işə 7 il öncə başlayıb.
Yaqut xanımın bir sözü məni çox təsirləndirdi. O, sevdiyi işindən danışarkən arada köks ötürüb deyir ki, heyif, ali təhsilim yoxdu. Ali təhsilim olmadığına görə indiyədək istədiklərimi, arzularımı həyata keçirə bilməmişəm…
Yaqut xanım rəssamlıq və heykəltaraşlıq sənətinin incəliklərinə yiyələnmək üçün gecəsini gündüzünə qatıb və bu işi özününküləşdirib. Bu zəhmətkeş insan ona bəxş edilən bacarıqlara görə həmişə Allaha şükürlər edir və ona verilən isdedadı dəyərləndirib qədrini bilməyə çalışır. Yaqut xanımının nəzərində öz işinlə vətənə xidmət etmək hər arzudan üstündür. O, bunu təkcə düşünmür, həm də həyata keçirməyə çalışır. Onun əl işlərinə biganə qalmaq olmur. Bu insanın düşüncələri, düzəldib quruluş verdiyi sənət əsərlərində öz əksini tapır. O, düzəltdiyi maketlərə, eksponatlara, fiqurlara, çəkdiyi rəsmlərə baxanları düşündürür. Onun bacarığına, işinə heyran olanlardan biri də mənəm.
Yaqut xanım hazırladığı əl işlərinin satışını da özü edir. Əvvəlcə onların telefonla şəklini çəkib, əl işlərini reklam etmək üçün müxtəlif sosial şəbəkə səhifələrində yerləşdirir. Onun nəinki yaşadığı Mingəçevir şəhərindən, başqa rayonlardan da xeyli sifarişləri olur. Ona sifariş veriləndə deyir ki, həmin gecə yuxu gözünə getmir. Səhərə qədər o işin üzərində çalışır ki, heç bir qüsuru olmasın. Ona görə də, Ağdamdan, Yevlaxdan, Kürdəmirdən, Tərtərdən, Goranboydan, Bərdədən çox sifarişləri olur. Sifarişləri olanda daha da ruhlanır, həvəslənir. Deyir ki, nə yaxşı bu sənəti öyrənmişəm. Heykəltaraşlıq işinə başladığı gündən, bu vaxta qədər əl işlərini daha çox dost-tanışa hədiyyə eləyib. Ən çox da onları uşaqlara hədiyyə edəndə sevinir.


Heykəltaraş xanımın hazırladığı Ulu öndərimiz Heydər Əliyevin büstü çoxlarının marağına səbəb olub. Məkkə şəhərindəki müqəddəs Kəbə evinin fiquru da çox bəyənilir. Yaqut xanım ən çox Qarabağı işğaldan azad edən, bu yolda canlarını fəda edən igid, qəhrəman vətən oğullarının, şəhidlərimizin maketlərini hazırlayır. O, hər bir maketi özünəməxsus duruşda, görünüşdə elə real şəkildə hazırlayır ki, bu maketlərə baxanda düşünürsən sanki, qarşında həmin qəhrəman dayanıb. Yaqut xanımın ən çox hazırladığı işlərdən biri də milli atributlarımızdı. O, qürurumuz olan üçrəngli bayrağımızın maketini hazırlayır. Bayrağımızı həm də, ipək parçalardan tikir. Səkkizguşəli ulduz fiqurları isə onun sevimli əl işlərindən biridi. Mənfur düşmənimizin başını əzən Dəmir yumruq fiquru da təqdirəlayiq alınıb. Qəhrəman şəhərimiz Şuşada bitən, əfsanəvi Xarıbülbül fiqurlarını da çox sayda düzəldir. Deyir ki, hazırda bunlar daha çox marağa səbəb olur və satılır.
Milli bayramlarımızda Yaqut xanımın əl işlərindən ibarət sərgilər keçirilir. Bura toplaşan insanlar istər azərbaycanlı, istərsə də, başqa ölkələrin nümayəndələri olsun, sərgidə gördükləri bu gözəl sənət əsərlərinə çox diqqət yetirirlər. Onlar bu maraqlı əl işlərinə heyranlıqla tamaşa edir və onlardan gözlərini çəkə bilmirlər. Şəhidlərimizə aid əsərləri hər kəsin marağına səbəb olur. Xarici vətəndaşlar onlara toxunur və o eksponatları çox bəyənirlər. “Dəvə karvanı” adlı əsər də öz quruluş və rəngləri ilə diqqət mərkəzinə çevrilir. Milli bayramlarımıza aid əl işləri baxanların gözünü oxşayır.
Qeyd edim ki, Yaqut xanımın axırıncı sərgisi bu il Novruz bayramından əvvəl olub.
Bu gözəl işində ona uğurlar arzulayıram.

Bəsti CƏFƏRZADƏ

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEV – SƏYAHƏT

SƏYAHƏT

İmkan ola, bir ömür dünya səyahətinə çıxasan.
Gözlərini qıyıb, Yaponiyadan Amerikaya baxasan, elə oradan Nyu- Yorka, Vaşinqtona güllər atasan… Göylərindən atom- atom, çiçək yağa, ləçək yağa… Sonra gəlib, Amerikadan başlayasan utanmağa…

Keçəsən ordan Kanadaya, yaşıl çəmənliklərdə, möhtəşəm bir ağacın altda süfrə sərəsən, yeyib- içib dincələsən. Dincəlməkdən yorulasan, bezəsə, lap uzqlara baxasan, Avstraliyada kenqurulara göz vurasan… Gəlib çıxdın dünyadan ayrı düşmüş qitə- adaya, kisələrdə pul yox, colux- cocux görəsən. Öz- özündən fikir, xəyal hörəsən.

Üzüb gedəsən Antarkitidaya, buz dağlarda gəzəsən, qar yağa qar aləmlərə, üşüyəsən, sonra yavaş- yavaş sən də orda donasan, buz içində buz parçası olasan…

Erkən yazda əriyəsən, Afrikaya axasan. Qara- qara, başda lələy, əldə nizə gəzəsən, xəyalında keçmişini görəsən. Avropadan gələn ağlar, təbiəti, insanları qaralayır, yaralayır… Qucaq – qucaq qan içində hərnə gördü qamarlayır…

Ağarıb gedəsən Avropaya, çıxasan Eyfel qülləsinə Afrikadan üzr istəyəsən, baxıb Londona, Berlinə əsalı qitəyə gülümsəyəsən.
Gedəsən, gedəsən Evrestə çıxasan. Üçrəngli bayraq taxasan, görünsün dünyanın hər yerindən, öpəsən rənglərindən. Ordan Şuşaya əl eyləyəsən, Şəhidlərə rəhmət deyəsən!

Enib gələsən vətənə,
Görəsən dost- yoldaş çıxıb gedib,
Təkcə sən qalıbsan pir çinar,
Öpəsən üçrəngli torpağını,
Cənnət elə səniymişsən!- deyəsən,
Azərbaycanda öləsən.

Müəllif: Sadıq QARAYEV

SDIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Laçın şəhər sakini Pünhan Xanoğlan oğlu Laçın şəhərində yerləşən “Simurq” kitabxanasının qonağı olub

Hörmətli Laçın şəhər sakini Pünhan Xanoğlan oğlu Laçın şəhərində yerləşən “Simurq” kitabxanasının qonağı olub. O, #Kitabbəxşetmə kampaniyası çərçivəsində şəxsi kitabxanasından dəyərli kitablar hədiyyə edərək kitabsevərləri sevindirib.

Bu nəcib təşəbbüsünə görə Pünhan Xanoğlan oğluna dərin təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq.

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Leyla Mətinin “Sevgi mövsümü” adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Leyla Mətinin “Sevgi mövsümü” adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Leyla Mətinin “Sevgi mövsümü” adlı yeni kitabının imza günü 3 may tarixində Türkiyənin İzmit şəhərində, Kocaeli Bələdiyyəsinin akt zalında baş tutub.

Tədbirdə Türkiyənin tanınmış yazar və şairləri, həmçinin ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirin aparıcısı yazar ədəbiyyat araşdırmacısı Mehmet Asıf Işık sözün yükündən, şairin duyğulu baxış bucağından bəhs edib və tədbir boyunca müəllifin şeirlərini səsləndirib.

Çıxış edən qonaqlar Azərbaycanlı şairlə görüşdən məmnunluqlarını ifadə edərək, iki qardaş ölkənin ədəbiyyat sahəsindəki yaxın əlaqələrinin qürurverici olduğunu bildiriblər.

Kitabın nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və “Liz Yayınları”nın rəhbəri, şair Ramazan Seydaoğlu da çıxış edərək kitabın ərsəyə gəlmə prosesindən və sözün dəyərindən danışıb.

Leyla Mətin tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür edib, öz şeirlərindən nümunələr səsləndirib. Ənənəyə uyğun olaraq, sonda kitablar imzalanıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, “Sevgi mövsümü” müəllifin sayca üçüncü kitabıdır.

YAZARLAR olaraq, Leyla xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"