Zaur Ustac (1975)

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət UniversitetindəBakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  2.  “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  3.  “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  4.  “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  5.  “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  6.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  7.  “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  8.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  10.  “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 2016-02-08.
  11.  “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  12.  “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  13.  “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  14.  “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  15.  “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  16.  “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  17.  “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  18.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  19.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  20.  “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  21.  “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  22.  “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  23.  “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  24.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  25.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  26.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  27.  “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  28.  “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  29.  “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  30.  “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  31.  “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  32.  “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  33.  “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  34.  “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  35.  “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  36.  “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 24 dekabr 2020.
  37.  “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  38.  “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  39.  “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  40.  “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  41.  “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  42.  “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  43.  “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  44.  “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  45.  “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  46.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  47.  “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  48.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  49.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  50.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  51.  “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  52.  “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  53.  “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  54.  “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

MƏN SƏNƏTIN AŞIQIYAM

MƏN SƏNƏTIN AŞIQIYAM
Gülyanaq Məmmədova azərbaycanlı müğənni olmaqla yanaşı, Özbəkistanda da sevilən müğənniyə çevrilib. Onun ifasında Xorəzm ləzgisi və Müstəxzad mahnıları böyük səhnələri zəbt etmişdir. Özbəkistanın və Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın “Özbəkistanın xalq artisti” adını alması təəssüratları, özbək və Azərbaycan musiqi sənətinin oxşar cəhətləri barədə müsahibə ala bildik.
— Uşaqlığınıza nəzər saldıqda, o vaxtdan hansı xatirələriniz qalır?
— Uşaqlıq mənim həyatımın ən şirin və ən gözəl, xatirələrlə dolu vaxtıdır. O vaxtı xatırlayanda gah gözlərim yaş gəlir, gah gülürəm. Deyilənlərə görə mən dəcəl, şıltaq, gözəl, göyçək bir qız idim. Ailəmdə musiqi mühiti olduğundan 3-4 yaşlarımdan musiqiyə həvəsim yarandı. Əvvəlcə filmlərdən və seriallardan mahnılara qulaq asaraq zümzümə etməyə başladım. Ailədə mənim haqqımda mahnı oxuyurdular. Yaxşı oxuya bilməsəm də, ailəm üçün əyləncəli idi. Hamı yığışıb əl çalıb oxudu, mən isə rəqs edib oxudum. Ata-anamin musiqiyə olan sevgisi və bacımın müğənni olduğu üçün mən də sənəti sevdim. Məktəbdə hər kəsin sevimlisi idim: orta məktəbə ilk qədəm qoyduğumdan məzun olana qədər bütün tədbirlərdə fəal iştirak edirdim.
Ailəm musiqi sevgisi ilə böyüsə də, mənim xanəndəliyə marağımı yaradan şəxs sinif rəhbərim Xuraman olub. 7 yaşımda “Əlifbo” bayramında “Nargilə” mahnısını ifa etmişəm. Belə ki, ilk çıxışım “Əlifba” festivalında oldu. Uşaqlıqdan musiqiyə həvəsim olsa da, “Əlifba” bayramından sonra səhnəyə sevgim daha da artdı. 5-6 yaşımdan belə bir fikrim var idi: Bakıya gedəcəm, orada qalıb rəssam, aktrisa, müğənni, rəqqasə, ya da muğam ifaçısı olacam.
— İlk çıxışınız nə vaxt olub və hansı mahnını oxumusunuz?
— Vurğuladığım kimi, ilk dəfə səhnəyə çıxmağım “Əlifba” bayramında “Nargilə” mahnısı ilə, bacım Gülyaz Məmmədova ilə isə Bakıda keçirilən müsabiqələrdə Ələkbər Tağıyevin bastəsi altında “Azərbaycan gəncləri” mahnısı ilə iştirakımız zamanı olub. Bizi hamı Gülyaz-Gülyanaq bacı kimi tanıyır. İkimiz də Azərbaycanın xalq artisti olduq, amma mən Özbəkistanın xalq artisti adını da almışam. Amma sənətdə addımlarımız eyni idi. Biz iki muğam bacısını əvvəldən və peşəkar səhnədə heyran və sevmişik. Bizi həm dövlət başçısı, həm də xalqımız tanır.
— Bacınız Gülyaz Məmmədova əsasən teatr səhnəsində çalışır. Səhnədə çıxış etmək fikriniz də var idi?
— Uşaqlıqdan sənət yolunu tutmuşuq. Səhnədə birlikdə çıxış etmək xəyalımız da var idi. Bacım 1988-ci ildə Asəf Zeynallı adına məktəbə qəbul olub.Bacımdan 3 yaş kiçik olduğum üçün rayonda qaldım. Amma arzum bitmir, həmişə deyirdim ki, böyüyəndə mütləq bacımla səhnəyə çıxacağam. Səhnə mənim həyatımdır, mənə gözəllik, gənclik, xoşbəxtlik verir.


— Özbəkistanın xalq artisti adına layiq görüldüyünüz zaman təəssüratlarınız necə oldu?
— Bəli, o dövrün təəssüratları heç vaxt gözümdən getməyəcək. Bu xəbəri göz yaşlarımla aldım. Açığı, nə baş verdiyindən xəbərim yox idi. Bununla belə, bir-iki dəfə ürəyimə xoş xəbər verən kimi bir yuxu gördüm. Amma başlığın veriləcəyini ağlıma belə gətirmirdim. Həmin gün axşam saatlarında Samir müəllim mənə “WhatsApp” vasitəsilə “Özbəkistanın xalq artisti adını almısan” deyə mesaj göndərdi. Əvvəlcə inanmadım, dedim, düzdür? Və dedi: bəli, həqiqətən. Beləliklə, adı aldım və Özbəkistanda bir neçə konsert və tamaşalar verə bildim. Daşkənddə, eləcə də paytaxtdakı Nizami və Jurnalistika universitetlərində, Milli Kitabxanada, Nəvai, Tirmiz, Xorəzm, Buxara, Səmərqənd, Qaraqalpaqıstanda mühazirələr oxumuşam. Bu proqramların təşkilində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov yaxından köməklik göstərmişdir. Samir Abbasov və mərhum Qənirə Paşayevanın təşkilatçılığı ilə Daşkənddə və Səmərqənddə ansamblımla solo konsert də vermişəm. Özbəkistana sevgim başqa idi, çünki Səmərqənd şəhərini uşaq vaxtı nənəmdən eşitmişdim. Dəfələrlə Türkmənistanda olmuşam, amma Özbəkistanda olmamışam. Həmişə Özbəkistanda konsert vermək istəmişəm. Təşəkkür edirəm, arzum gerçəkləşdi. Buna görə mən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə həmişə minnətdar olacağam və özümü dərin qürur hissi ilə duyuram. Həm Azərbaycanın, həm də Özbəkistanın xalq artisti olmaq və bu mükafatı iki ölkənin rəhbərlərindən almaq mənim üçün böyük şərəfdir. Eyni zamanda, Türkmənistandan “Altyn əsr” mükafatını almaq mənə də nəsib oldu. Üç ölkənin liderlərindən mükafat aldığım üçün özümü həmişə xoşbəxt hiss edirəm.
— Yaradıcılığınızda hansı janrı (estrada, muğam, xarici mahnılar) prioritet hesab edirsiniz?
— Yaradıcılığımda musiqinin bütün janrlarına müraciət etmişəm. Bundan əlavə, türk xalqlarının və əcnəbilərin bütün mahnılarını ifa etmişəm. Buna baxmayaraq, yaradıcılığımda muğam və xalq mahnıları birinci yerdədir. Hər birin xüsusi yeri var. Onun budaqlarından, budaqlarından yaranan musiqi janrları mənə doğmadır.
— Siz peşəkar səhnədə, eləcə də dövlət tədbirlərində Azərbaycan və özbək xalq mahnılarını, maqomlarını ifa etmisiniz. Özbək maqomu ilə Azərbaycan muğamı arasında hansı oxşar və fərqli cəhətləri qeyd edə bilərsiniz?
— Böyük dövlət tədbirində “Müstəhzod”u ifa edərkən özbək və Azərbaycan maqomları arasında yaxınlıq, qardaşlıq hiss etdim. Arzum var idi ki, Özbəkistan və Azərbaycan statusları arasında məqsəd qoyaraq iki xalqın statusları haqqında kitab yazacam. Nazir Ozodbek Nazarbekova söz verdim ki, bu kitabı yazıb Özbəkistana gətirəcəyəm. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasında dosent və müəllim kimi dərs deyirəm. Mənə maraqlıdır ki, özbək maqomu ilə Azərbaycan muğamı arasında qonşuluq əlaqələri var. Şur muğamının, mən dərsliyimdə keçirəm tələbələrimə və “Müstəhzod” aynan şur muğamın. Sadəcə orada moğamın şöbələrində fərqlərimiz var, o ifa tərzimizdə, boğazların, zəngülələrin fərqləri var. Yəni, bunlarla bir-birinə ritmlərimiz bir-birinə doğmadı, musiqilərimiz, maqamlarımız bir-birinə çox yaxındı. Bu doğmalıq da elə bizim necə ki Azərbaycan-Özbəkistan qardaşlıq, dostluq münasibətləri içimizdə, qanımızda, damarımızdadır. Musiqimiz də eləcə də bir-birinə o qədər doğmadı. Mümiyyətlə, hər zaman mən Özbək dilində salamlayarkən, Özbəkistanda Azərbaycan adından hər zaman bunu qeyd edirəm ki, bizim dilimiz, dinimiz, urf adatlarımız, mədəniyyətimiz, tariximiz bir-birinə oxşaydı. Mən hər zaman bunu qeyd edirəm.
— Sizi məşhurlaşdıran mahnı hansıdır və onun yazılma tarixindən danışa bilərsinizmi?
—Mənə şöhrət gətirən ifa Şahnaz muğamı oldu. Şahnaz Çahargah muğamları mənim səs diapazonuma uyğun gəlir. Biz bacılar 1998-ci il hadisələrində çıxışımız zamanı Ulu Öndərimizin (Ulu Öndəri nəzərdə tutur-Heydər Əliyev, müəllif) diqqətini çəkdik, o, bizə böyük diqqət göstərərək əməkdar artist adı verdi. Onun layiqli davamçısı olan prezidentimiz 2014-cü ildə bizi “Xalq artisti” fəxri adı ilə təltif etdi, mahnı demişkən, bir neçə mahnı mənim həyatımda mühüm yer tutur. Mahnılarımın hər biri ayrı-ayrılıqda uğurlu alınıb. Ana üçün hər uşaq əzizdir, mənim üçün hər uşaq əzizdir. Son zamanlar mənə bəxti gətirən mahnı “Mən bu ömrü elə belə yaşadım” mahnısıdır. Özbək mahnıları Azərbaycanda da böyük uğur qazanır.
— Heyran olduğunuz sənətçi kimdir və onun hansı cəhətlərini qəbul etmək istəyirsiniz?
— Mən Azərbaycanda doğulub böyüdüyüm üçün Azərbaycan incəsənətinin ustadları mənim üçün həm bizim, həm də bizdən əvvəlkilər üçün əzizdirlər. Şokat Ələkbərova, Rəşid Beybutovu qeyd etmək lazımdır. Xüsusilə Rəşid Beytbutovun ifası, şübhəsiz ki, unikaldır. Həmçinin Rubaba xanım, Sara Qədimova bizim keçmiş müğənnilərimizdir. Mən özümü həmişə Zeynəb Xanlarova hesab edirdim. Mən onun repertuarını oxumağı çox sevirdim. Flora Kərimova, Yalçin Rzazadə, Gülağa Məmmədov, Fatimə Mehrəliyevanı xatırlayıram. Deməli, mənim çox sevdiyim sənətkarlar var. İmkan daxilində keçmiş özbək sənətkarlərinin musiqilərinə də qulaq asmışam.

Mamurjon Uzaqovun ifasında “Mustahzod” mahnısı mənə çox dəyər verdi və onun ifa yollarını öyrəndim. Mən tədbirdə çıxış edərkən Münojat Yulçiyeva mənə dərin təşəkkürünü bildirdi. Yulduz Usmanova, Yulduz Turdiyeva, Nəsibə Abdullayeva, Mahiçehra Şamuradovanın ifəsini bəyənirəm. Ozodbek Nazarbekovun mahnılarını dinləməyi xüsusilə sevirəm. Fərrux Zakirovla bacı-qardaş kimi yaxınıq və ona böyük sənətkar kimi hörmət edirəm.


— Milli mədəniyyətin və incəsənətin inkişafına hansı amillər kömək edir?
— Mədəniyyətdən, incəsənətin inkişafından söhbət gedəndə, musiqimizin özəlliyini, bünövrəsini qoruyub saxlamaq ən vacib şərtlərdəndir. İstər Azərbaycan üçün istər Özbəkistan üçün. Hər bir musiqi öz gözəlliyi və öz ifa mədəniyyəti var. İndi biz kinonu, teatrı, operanı, vokalı, muğamı, ümumiyyətlə, bütün sənət janrlarını diqqətlə qoruyub saxlamalıyıq. Bu günün pop musiqisi reklamlar kimi köhnələ bilər. Amma orijinal sənət, əminəm ki, heç vaxt yerini itirməyəcək.
— Azərbaycan musiqi sənətinin özəllikləri…
— Azərbaycan incəsənətinin özəlliyi arasında mən özbək sənətini ayırmazdım. Çünki iki xalqın kökü birləşib. Azərbaycan musiqisi mənim qanımda, canımdadır. Onunla böyüdük, çiçəkləndik. Özbək sənəti cazibədarlığı və zərifliyi ilə sevilir. Mən həmişə Özbəkistana müraciət edirəm. Dünyanın harasında hər iki xalqın musiqisini eşitsək də, ləzzəti, melodiyaları, ritmi ilə həmişə qəlbləri fəth edəcək.


— Sizcə müğənni ictimaiyyətin diqqətinə layiq olmaq üçün nə etməlidir?
— Bəli, sənətçi, müğənnin hər zaman özünə, birinci şəxsiyyətinə dəyər verməlidir. İfa tərzini, repertuarını gözəlləşdirməli, yeniləşdirməlidir. Niyə deyirəm yeni? Çünki yeni-yeni ifaları ilə öz repertuarını zənginləşdirməlidir. İnsan eyni qiymdə dura bilməz ki, hər gün, hər əvdə yeni bir qiym istəyirsə, yeni bir yaşam, yeni bir gözəllik, özəllik istəyirsə, sənəddə də bu lazımdır, vacibdir ki, musiqimizdə yeni mahnılar, yeni repertuarlar, səsini qorum Öz sözünü hər zaman deyə bilməlidir. Tamaşacı rəqbətini, sevgisini qazanmalıdır. Və bir sənətçini sənətdə uğurları ilə ucaldan onu tamaşacı olan sevgisi, tamaşacı olan hörməti, məhəbbəti və eyni zamanda da onu qaldıran ucaldan tamaşaçı sevgisi, tamaşaçı alqışı, tamaşaçı baxış məhəbbətidir. Ona görə də tamaşaçısına da hörmətlə yanaşmağı bacarmalıdır. Yəni, özünə hörmət edən insan tanış açısında da hörmət edəcəyini bacarır, mən düşünürəm.
— Sənətkar olmasaydınız, hansı peşəni seçərdinız?
— Bilmirəm, amma və yaxud söylədiyim kimi, yəqin ki, özüm ancaq bu sənətdə görürdüm. Onu bilmirəm, bəlkə ki, Gülyanaq olmasaydım, sənətdə olmasaydım, yəqin ki, başqa sahələrdə özümü tapardım, tapmazdım, onu bilmirəm, hər halda onu da. Bir də gəldi ki, dünyaya gəlsəm onu da seçərdim, yenə də bu sənəti seçərdim. Başqasını yox, çünki mən bu sənətin aşıqıyam.
— Oxucu kimi hansı müəllifləri oxuyursunuz?
— Ədəbiyyatımızdan söz düşmüşkən, təbii ki, mən Bəxtiyar Vahabzadanı, Mikayıl Müşfiqi sevirəm və hazırda Nərman Həsənzadənin, Ramiz Rövşənin yaradıcılığından çox böyük təəssürat alıram. Sevdiyimiz şairləri oxuyuruq, axtarırıq, amma gənclərin yazdıqlarına baxanda ümumiyyətlə deyirik ki, oxumaq qabiliyyəti həmişə olmalıdır, çünki bizə yeni sözlər lazımdır. Musiqidəki söz bizi yaşadır. Ona görə də gözəl sözə, şeirə rast gələndə repertuarımıza mahnı kimi yaza bilməsək də, onu müğənni kimi oxumağı vərdiş halına gətiririk. Mənim üçün sözlər birinci yerdədir. Musiqinin bütün notları gözəldir, amma ona füsunkar, canlandırıcı, forma və xarakter verən sözlərdir. Sözün gücü və qüdrəti çox böyük olduğu üçün mütaliə bizim daimi yol yoldaşımız olmalıdır. Çox təəssüf edirəm ki, biz bu gün iş, telefon, sosial media və başqa şeylərlə məşğuluq və buna diqqət yetirməliyik. Bunlardan qaçmaq üçün gündəmdə nələrin olduğunu və nəyin olmadığını bilmək lazımdır. Amma elə şeylər var ki, onlara elə baxmasaq yaxşıdı.


— Ürəyinizdə hansı arzularınız var?
— Təbii ki, arzularım çoxdur. Arzular heç vaxt bitməz, bitməz, hər səhər yeni bir arzu doğar. Yaradanın arzuları isə həmişə çiçəklənir. Və bu arzularına çatmağa çalışırsan. Hazırda konkret bir söz deyə bilməsəm də, ilk növbədə, hər kəsin canı sağ olsun, can sağlığı, firavanlıq bizimlə olsun ki, digər arzularımızı da həyata keçirməyə can ataq. Hər bir iş zəhmət tələb edir. Çox çalışdığınız zaman Allah sizin arzularınıza çatmaq üçün bir yol açacaq. Ümid edirəm ki, kinoda oynamaq arzusu gələcəkdə gerçəkləşəcək. O anlarda içimizdə istəklər yarananda biz o istəklərə bağlanır və onlara çatmağa çalışırıq. Allah can sağlığı versin, arzularımıza çataq.
— Mənalı söhbətə üçün təşəkkür!
Söhbətləşdi: Ziyodulla Həmidullayev,
Əlişir Nəvai adına Daşkənd dövlət özbək dili və ədəbiyyatı universitetin tələbəsi.

İlyas balamızın doğum günüdür!

Bu gün qazimiz, vətən uğrunda canını heçə sayıb, odun, alovun içində addımlayan, keçmiş hərbçi, 44 günlük müharibədə böyük şücaətlər göstərmiş, Azərbaycanın qüruru İdris Şahmalıyevin oğlu, balaca İlyas balamızın doğum günüdür! İgidimizin balasını ilk yaşı münasibətlə təbrik edir, ona atası kimi mərd, qorxmaz, haqq adamı olmağı Allahdan arzu edirik!

Qeyd: İdris Üzeyir oğlu Şahmalıyev 1995-ci il, iyul ayının 30-u, Qax rayonunun Şotavar kəndində anadan olmuşdur.Döyüşə, 2017-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində xidmət edib.27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində Cəbrayıl, Füzuli, Hadrut, Şuşa istiqamətində gedən dôyüşlərdə iştirak edib.26 Oktyabr Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən dôyüşlərdə sol qolundan və sağ çiynindən qəlpə yarası alıb.”Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, ” Şücaətə görə” və sair. medallarla təltif olunub.
Vətən yolunda özünü qurban edənləri, yarı şəhid- qazilərimizi unutmayaq!

Hörmətlə: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

O ZİRVƏNİN İŞIĞI

O ZİRVƏNİN İŞIĞI

10 MAY 2025 – ci il – XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASINDAN 102 İL ÖTÜR

AZƏRBAYCAN XALQININ ULU ÖNDƏRİ – HEYDƏR ƏLİYEV! – Bu gün xalqımızın hər bir nümayəndəsi bu adı qürurla səsləndirir. Öz xalqının qəlbində əbədi və sönməz məşələ çevrilmək, verdiyi örnək həyat və fəaliyyət təcrübəsi, vətən eşqi, xalq məhəbbəti ilə məşəqqətlərə tab gətirə bilmək, ağıl və bacarıqla çətinliklərdən qurtula bilmək verir bu yüksək adı şəxsiyyətə. O şəxsiyyət ki, gəncliyindən xalqının taleyüklü məsələləri üçün bir yol xəritəsi çözdü qəlbində – BU VƏTƏNİ AZƏRBAYCAN İDİ. Onun yolunda nəyin bahasına olursa – olsun yaşatmaq missiyasını yorulmadan icra etmək isə Azərbaycan oğlunun- sadə bir ailədə doğulan, tərbiyə alan, aldığı öyüdlə vətəninə bağlanan, tarixini öyrəndikcə sinəsində salnamələr oyanan, özünə bu yolda bir qətrə də olsun geri dayanmağa icazə verməyən, amalının böyüklüyündən, tarixinin mübarizliyindən güc alan, faciələrinin ağırlığında bərkiyən, bərkidikcə bu yolda dönməz qətiyyət sahibinə, söz sahibinə çevrilə bilən şəxsiyyət idi Heydər ƏLİYEV.

Onunla necə fəxr etməyəsən?  O,  bütün dünyanın həsədlə baxdığı, qiptə  etdiyi, Azərbaycan ucalığının  rəmzi – LİDER  idi.

10 May – Azərbaycan tarixinin sevilən yaz səhəri. Bu səhər dünyaya göz açan neçə-neçə körpələrin içindən seçilmişdi O. Yaradanın ona bəxş etdiyi ÖNDƏRLİK missiyası həyatının son gününə qədər onu tərk etməyəcəkdir və özündən sonra da, daim nigaran olduğu xalqının taleyini “ONA ÖZÜM QƏDƏR İNANIRAM!”– deyə təqdim etdiyi əziz övladına, cənab prezident İlham Əliyevə həvalə edəcəkdir.

 Bu uzaqgörənlik –  heç şübhsiz ki, fitri istedad idi. İllər sonra baş verə biləcək hadisələri duya bilmək,  yaşadığı dövrdə aldığı qərarlarda, imza etdiyi fərman və sərəncamlarda özündən 100 il əvvəlki tarixlə bağlantı quraraq – varislik prinsipini yaşadan, inkişaf etdirən, eyni zamanda nəticələrini düşünə bilən rəhbər olmaq – hər liderə nəsib ola biləcək nemət deyildir!

 Bu əvəzsiz müsbət keyfiyyətlər – bizim xalqımızın, Azərbaycan torpağında doğulan, dilini də, yurdunu da varlığının  qanı  bilən ULU ÖNDƏR  HEYDƏR ƏLİYEVDƏ, onun ruhunda toplanan ölməzlik nümunəsi idi.

Bəli, o zirvə idi, səbri, yaddaşı, əqidəsi, düşüncəsi, çözümü, tədqiqi ilə, o müəllim idi öyüdü, nəsihəti, seçimi ilə, o ata idi, baba idi sevgisi, məsuliyyəti ilə, O MEMAR idi – xalqının xilaskarı olaraq İŞIQLI GƏLƏCƏYƏ APARMAĞI  İLƏ…

Ulu Öndərin həyatına hansı tərəfdən baxsaq da, bu həyatda bir möhtəşəmlik, ZİRVƏ görürük. O zirvənin banisi Heydər Əliyev şəxsiyyətinin bütövlüyü idi. Bir insanın təqdim edə biləcəyi ən gözəl səhnə – onun daxili dünyasından qaynaqlanmırsa – nəticəsiz olacaqdır. Heydər Əliyevin siması da, əməli, daxili dünyası da ifadə etdiyi sözü hər zaman təsdiq etmişdir. Budur yolun dönməzliyi, əbədiliyi! Budur odun hərarəti, illərin, əsirlərin, qərinələrin söndürə bilmiyəcəyi atəşi! Od diyarımızın üzərində sönməyən, hər gün əvvəlkindən daha artıq işıqlanan ULDUZU!

Biz onun bütün fəaliyyətini öyrənirik. Hər dəfə bu həyata, fəaliyyətə baxdıqca ondan bir yeni uslub, bir yeni örnək alırıq. Bu bütün şəraitlərdə dəyanətini itirməyən, seçdiyi yolun həqiqətlə cilalandığını ürəkdən, qəlbən duyan Heydər Əliyev  yolu, məktəbidir, — öyrəndikcə öyrənirsən!

Bu il biz Ulu Öndəri bir daha yeni, ən parlaq üfüqdə yad edirik. Bu il cənab prezident İlham Əliyevin  28 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. 2025-ci ilin bu adla tariximizə yazılması bir ayrı uzaqgörənlikdir ki, bu il 30 ilə yaxın işğal altında min bir cinayətkarlığa, vandalizmə, təcavüzə məruz qalan torpaqlarımızda böyük, tarixi zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Bu 5 ildə Azərbaycan bir daha ölkəmizin hüquqi, unitar respublika, dövlət, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, min illik tarixi mənbələrimizlə sübuta yetirərək haqq yolumuzun işığını daha da artırdı. Bu yolda Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən, 1995-ci ildən bu günə qədər həyata keçirilən bütün qanunların qaynağı olan, əsasında dayanan Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyaının böyük əhəmiyyəti olmuşdur. Dövlətimizdə hüquq və qanunun aliliyi bütün demokratik prinsiblərə uyğun olaraq nizamlanmış və bu gün də müsbət nəticələrlə reallaşmaqdadır.

Bu gün biz Ulu Öndərin bu tarixi məqama çata bilməyimiz üçün keçdiyi dönəmləri bir daha yad edirik, xatırlayırıq… Azərbaycanın ən yeni tarixi – iki əsrdən artıq bir dönəmdə yazılmış ən parlaq dastandır ki, hər səhifəsi qürurla varaqlanır… Biz də bu müqəddəs yolun səhifələrinə baxırıq. Ulu öndər Heydər Əliyev məlum tarixdən – 1969-cu ildən Azərbaycana rəhbərlik etmişdir. Amma demək lazımdır ki, elə 69-cu ilə qədər də bu böyük insan öndə olmadan da Azərbaycan üçün çalışırdı, onun taleyini həll edən məsələlərin həllində, rəhbərlikdə “yadellilər” in çox olması isə – vətən üçün gediləcək yolun nə qədər məşəqqətli olacağını duyururdu.

O, gənclik illərindən siyasi mübarizənin içində idi. Bu illərin sınaq dövrünü neçə keçirmişdi, necə bərkimişdisə, sonralar Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, bütün mərhələlərdə bu ilk yolun böyük əhəmiyyəti olmuşdur. Ulu Öndər hər zaman xalqına güvənmişdir, xalqın içində olmaqdan çəkinməmişdir!

Məqsəd xalqı qorumaq, dövləti yaşatmaq, dünya ölkələri içində varlığını təsdiq etmək idi. Bu böyük anlayış idi. Yolları mürəkkəb və təlatümlü idi. Bu yolu ürəklə, vicdan səsiylə addımlayan, sonda uğur qazanmaq istəyən Lider isə daha güclü və dəqiq olmalı idi. Xalqa arxalanaraq irəliləmək, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etmək hər şeydən vacib idi.

 Bu  illərdə Ulu Öndərin fəaliyyətini müxtəlif istiqamətlərdə görürük. Geridə qalmış ölkəni dirçəltmək, iqtisadiyyatı yüksəltmək, idarəetmədə bacarıqlı kadrların, xüsusilə milli kadrların fəaliyyətini artırmaq, xalqın rifahında, həyat təminatında maraq yaratmaq, elm, təhsil, mədəniyyət, səhiyyəni inkişaf etdirmək vacib amil idi,  inamlı gələcəyin işığı idi. Bir xalqın mənəviyyatnın zənginləşdirilməsi ideyası var idi, milli-mənəvi sərvətin qorunub inkişaf etdirilməsi vacib amil idi. Məhz sadalanan istiqamətin önündə insanların hüquqlarının müdafiəsi, qanuna etimad, dövlət rəhbərinə inam da unudulmamalı, vacib amil olaraq nəzarətdə saxlanılmalı idi və Ulu Öndər bu sahədə xüsusilə həssas idi.

1969 – cu ilin 14 iyul tarixindən başlayaraq Azərbaycanda 13 il ən möhtəşəm yüksəliş illəri – bütün sahələrdə mümkün olan qədər həyata keçirilən inkişaf dinamikası – fəaliyyətin sonrakı illəri üçün baza olmuşdur. Bu illərin çətinliyi tarixi öyrənən hər kəsə aydındır. SSRİ – nin tərkibində yaşayan respublikalarda hər bir icra olunan qərarın icazəsi Moskvadan asılı idi,  lakin biz xalqımızın liderini həmin illərdə daha aydın amalda izləyə bilirik. Belə ki, 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyasına əsasən rus dilinin imkanları genişləndirilirdi. Milli dillər sıxışdırılan şəraitdə, milli dilini qorumaq istəyənlərə “millətçi” damğası vurulan bir zamanda yeganə respublika olmuşdur ki, Azərbaycan Respublikası məhz Heydər Əliyevin rəhbərliyi, qətiyyəti ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nın Konstitusiyasına dil haqqında xüsusi maddə salmaqla Azərbaycan dilini Azərbaycan SSR – nın dövlət dili elan etmişdir.

 Bu böyük inqilab idi. Bu çağırış idi, qətiyyət idi. Həmin illərdə Ulu Öndər 1977- ci il SSRİ Konstitusiyasına münasibət bildirərək deyirdi: “… Hər birimiz Konstitusiyanın maddələrinə böyük hörmətlə yanaşmalıyıq. Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.

 Elə bu qətiyyətlə də 1978 – ci il Konstitusiyasının layihəsinə  – “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi və layihə qəbul edildi. Həmin tarixdən bizi 47  il ayırsa da dilimizə can verən, onu ucaltmaqla xalq yaddaşını oyadan Ulu Öndər cəsarətinin izi daha da ucalır.Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Bilik və bacarığı, istedadı, siyasi mövqeyi, qətiyyəti onun irəli çəkilməsini zəruri edirdi. Lakin tarixi şərait başqa idi. Mənfur düşmənlər Azərbaycanın parçalanması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ulu Öndərin Moskvaya getməsi,Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Azərbaycan üçün əhəmiyyətli illər olmuşdur. Çünki o böyük şəxsiyyət hər bir xeyirli imkanı vətəni üçün vacib bilərək reallaşdırılması üçün çalışırdı. Burda  dövlətin yaşaması da var idi, xalqın qorunması da… Lakin mürtəce qüvvələr əlbəttə ki, bunu görürdü, heç bir formada bununla razılaşa bilmir, şər, böhtan, müxtəlif maneələrlə qarışıqlıq salırdılar. Həmin illərdə Azərbaycanda da millətlərarası toqquşmalar yaranmasına şərait yaradırdılar. Bu illərin ən ağrılı yaddaşını xatırlayarkən – Ulu Öndərin 20 yanvar faciəsi ilə əlaqədar olaraq Moskvadakı Azərbaycan Nümayəndəyiyinə gəlməsi, orada qətiyyətli vətəndaş, millətini sevən şəxsiyyt kimi etirazını yada salmaq vacibdir.

Biz qeyd etdiyimiz kimi, bu böyük insanı müxtəlif tarixi şəraitlərdə görürük. Dəyişən və dəyişməyən tərəflərlə. Dəyişən siyasi oyunlar, SSRİ hakimiyyətinin Azərbaycana, xidmətə xəyanəti olsa da, dəyişməyən bir LİDER var idi tarixdə. O, Moskvanın sərt qanunları altında olduqda da, vəzifədən, xidmətdən uzaqlaşdırılıb adı insan həyatı yaşadığı zamanda da bir mənalı mövqeyini bildirirdi. O – AZƏRBAYCANLI  İDİ! Doğma torpağını sevən, onun üçün qurduğu işlərin xain əllərlə uçurulmasını izləyən, buna qarşı olan vətən övladı idi.

Heydər  Əliyevin yenidən hakimiyyətə qayıtması, tarixi şəraitin Azərbaycan üçün fürsət verdiyi bir qızıl dövr idi. Çünki təcrübəsiz insanların, zamanın sınaqlarından dərs almayan, siyasət məktəbində “naşı” olan insanların Azərbaycana rəhbərliyə gəlməsi yenidən vətənin parçalanmaq təhlükəsini yaratmışdır. Parçalamaq Çar rusiyası siyasətinin ən təhlükəli tərəfi idi ki, zaman-zaman “parçala, hökm sür!” istəyi ilə “xalqlar həbsxanası” – SSRİ – ni yarada bilmişdilər. Bölünmək – heç bir zaman dövlət üçün faydalı olmamışdır!

1993-cü ildə yenidən xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər məhz bir daha Azərbaycanı yenidən xilas etdi, bu dəfə xarici ünsürlər olmasa da, onların irticaçı xisləri ilə yaranmış vətəndaş qarşıdurması Azərbaycanı sarsıdacaq ən ağır fəlakət olacaqdır ki, onun qarşısının alınması xilas yolumuzu  qüvvətləndirməyə  apardı.

Mən qeyd etmək istərdim ki, saymaqla bitməyən fədakar ömür yolunda Ulu Öndəri bir də Naxçıvanda yaşadığı dövrdə görürürük. Fəaliyyətinin əsasında tarixi prinsiplərə sədaqətini izləyirik. Və bu sədaqətli mövqe onun bütün həyat mərhələlərində ayrılmaz, öndə olduğunu görürük.

Olduqca çətin bir siyasi, iqtisadi dönəmdə, Muxtar Respublikanın blokada şəraitində olduğu zaman Heydər Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilir.

Bu mərhələyə baxanda ilk olaraq burada milli dövlətçilik ənənələrinə sədaqət aydın şəkildə görünür. Müxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsi, milliləşdirmə siyasəti, Ali Məclisin ilk sessiyasında üçrəngli bayrağımızın ucaldılması, onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etməsi,  ondan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan etməsi, daha sonra Türkiyə və İranla əlaqələrin qorunması istiqamətində 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması və s. görülən xidmətlər xalqın nəzərində böyük xidmətlər idi ki, 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi.

Bəli, Ümummilli lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubu bu günümüzün qalib partiyasının yaranmasının tarixi yolunun başlanğıcı oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.Və onun Vətən üçün xidmətləri bu partiyanın rəhbərliyi ilə davamlı olaraq yüksəldi, bu gün də cənab prezident İlham Əliyevin bacarıqlı liderliyi ilə davam edir.

Ulu Öndər deyirdi:Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.

Onu da demək vacibdir ki, yaxın illərdə ölkəmizdə saymaqla bitməyən ən böyük beynəlxalq tədbirlərin təşkili – Ulu Öndər Heydər Əliyevin müdrik və düşünülən AZƏRBAYCANÇILIQ yolunun, missiyasının təzahürüdür, nəticəsidir. Heç bir yol asan gedilmir. Lakin elə yollar var ki, onu hər kəs gedə bilmir, o yol daim öyrənilir, heç zaman əhəmiyyəti və işığı azalmır.

Ulu Öndər Heydər Əliyevin ömür yolu məhz öyrənilməsi bitməyən örnək ömür yoludur.

Ruhu şad olsun.

 7 may 2025-ci il.

Müəllif: Bədirə Rza Həsənqızı Niftaliyeva,

Neftçala  rayonu.

BƏDİRƏ  RZA HƏSƏNQIZNIN YAZILARI

Məsumiyyətin intiharı – Mirzə Alik

Məsumiyyətin intiharı

Bu dəfə “The Virgin Suicides” (Vircin intihar edir) filmi haqqında fəlsəfi və psixoanalitik analiz təqdim edəcəm. Bu təhlil filmdəki hadisələrin, simvolların və xarakterlərin alt qatlarını açmağa çalışır.

FƏLSƏFİ ANALİZ

  1. Ekzistensializm:

Filmin əsas fəlsəfi sualı budur: “İnsan niyə yaşamalıdır?” Lisbon qızlarının həyatı absurdluq və mənasızlıqla doludur. Onların dünyası məhdudiyyət, susqunluq və basqı ilə çərçivələnib. Ekzistensialist fəlsəfəyə görə insan öz mənasını özü yaratmalıdır, lakin bu qızlara yaradıcı seçim haqqı verilməyib. Onların həyatları ailə və cəmiyyət tərəfindən əvvəldən dizayn edilib.

Səssiz üsyanları — intihar — bu mənasızlığa cavabdır.
Əslində onlar yaşamaq yox, “yaşamamaq azadlığını” seçirlər. Bu da Camusun “Absurd insan” anlayışı ilə üst-üstə düşür.

  1. Søren Kierkegaard və “ümidsizlik” anlayışı:

Kierkegaard insanın “özündən qaçması”nı və “ümidsizlik” halını intiharın mənəvi kökü sayır. Lisbon qızları da özlərini olduğu kimi yaşaya bilmədikləri üçün ruhən yox olmuşdular. Öz arzularına, hətta öz sevgi ehtiyaclarına belə yaxınlaşa bilmirdilər. Bu ümidsizlik onları tədricən ölümlə tanış etdi.

  1. Simvolizm və zamanın çökməsi:

Film dövrün suburbiyasını tənqid edir. Təmiz, nizamlı küçələr, sakit ailələr, lakin daxildə dərin bir qaranlıq. Bu da Heideggerin dediyi “gündəlik həyatın unudulmuşluq vəziyyəti”ni xatırladır: insanlar öz varlıqlarının dərinliyini itirib, sadəcə mövcud olurlar.

PSİXOANALİTİK ANALİZ

  1. Freud və repressed desires (bastırılmış arzular):

Lisbon bacılarının həyatında əsas motif bastırılmışlıqdır. Onların seksual arzuları, azadlıq istəyi, ünsiyyət ehtiyacı valideynlərin sərt nəzarəti altında qadağalanır. Freudun nəzəriyyəsinə görə, bu cür bastırmalar nevrotik davranışlara, ən ağır halda isə ölüm istəklərinə gətirib çıxarır.

Cecilia’nın ilk intiharı bu sistemin ilk çatlayış nöqtəsidir – bir növ təhtəlşüurun etirazı.

  1. Jung və kollektiv şüuraltı:

Film qızları bir fərd olaraq yox, bir “arxetip” kimi təqdim edir. Onlar bəşəriyyətin “itirilməkdə olan məsumluq” obrazıdır. Jungun “anima” konsepti – kişi şüurunda olan qadınlıq obrazı – bu filmə tam uyğundur. Oğlanların xatirələrindəki Lisbon bacıları real insanlar deyil, ideallaşdırılmış, əbədi sirr kimi qalan varlıqlardır.

  1. Lacan və “Böyük Digər” problemi:

Lacanın nəzəriyyəsində insan daim “Böyük Digər”in – cəmiyyətin, ailənin, dinin – gözlədiklərinə uyğunlaşmağa çalışır. Lisbon qızları bu “Digər”in hökmü altında yaşayıb, öz “özlərini” inşa edə bilmirlər.

Müəllif: Mirzə Alik

MİRZƏ ALİKİN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Mejdinov Etirazın şəhid olduğu gündür

(28.06.1964 Ağdam – 10.05.1994 Füzuli)

EHTİRAZ MEJDİNOV

Qəhrəman Şəhrili oğullarından biri də Ehtiraz Mejdinovdur. Mejdinov Ehtiraz Oruc oğlu 28.06.1964 – cü ildə Ağdam rayonunun Yusifcanlı kəndinin Şəhrili məhləsində anadan olmuşdur. Onun dünyaya göz açdığı ailə kəndin sayılıb-seçilən kişilərindən biri, rayon üzrə respublika miqyasında tanınmış qabaqcıl kənd təsərrüfatı mütəxəssisi, Şəhrililər içərisində xüsusi hörmət-izzət sahibi olan Oruc (Nəcəfqulu oğlu) kişinin ocağı olub. Zəhmətkeş atanın halal çörəyi ilə böyüyən Ehtiraz 1972 – ci ildə Ağdam rayon Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1982 – ci ildə həmin məktəbi bitirmişdi. Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdi. Sonra doğma kəndi Yusifcanlıya dönmüş və ailə həyatı quraraq öz halal zəhməti ilə yaşayırdı. Övladları dünyaya gəldi. Həyat öz axarında davam edirdi. Ancaq, “necə deyərlər, sən saydığını say, gör zaman nə sayır…” Birinci Qarabağ müharibəsi başlayan ilk gündən Oruc kişinin dörd oğlu və bir nəvəsi (Məmmədrza Mejdinov) döyüşən orduya qoşularaq Vətən uğrunda mübarizəyə qalxdı.

MEJDİNOV EHTİRAZIN DÖYÜŞ YOLU

Ehtiraz hələ 80- ci illərin sonlarından kənddə təşkil olunan kəndin mühafizəsi üçün gecə növbələrin ən fəal iştirakçılarından biri olub. 1991 -ci ilin sonu – 1992- ci ilin əvvəllərindən isə artıq rəsmi olaraq ilk yaradılan Azərbaycan Özünümüdafiə könüllü taborlarında xidmətə başlayıb. 1993 – cü ili yayında Ağdam verilənə qədər, Ağdam cəbhəsində vuruşub. Ağdamın işğalından sonra (buna qədər də bir neçə dəfə könülüləri tərxis etmişdilər. Ancaq, hər dəfə növbə ona çatanda Ehtiraz; – “adım Ehtirazdır” – deyib, qətiyyətlə buna etiraz edirdi. ) könülülərin çoxu tərxis olub evinə dönsə də, Ehtiraz qəhrəman, döyüşkən ulu əcdadlarından gələn bir ötkəmliklə eynən Nəbi kimi, – “Vətənin o başı, bu başı olmaz” – deyib Füzuli cəbhəsinə yollandı. O, sona qədər “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” andına sadiq qaldı. Füzuli cəbhəsində uğurlu Horadiz əməliyyatlarının fəal iştirakçısı olan Ehtiraz Mejdinov 10 may 1994 – cü ildə atəşkəsə bir-neçə gün qalmış canından çox sevdiyi Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid oldu. Mütləq bu hadisənin özündə də bir hikmət var. Hələ Ağdam veriləndə bununla heç cür barışmayaraq, Füzuli cəbhəsinə yollanan Ehtiraz indi belə bir sülhü qəbul edərək gəlib başqa yerdə yaşaya bilməzdi. Elə buna görə bu mövzuda söz düşəndə onun fikri həmişə bir olub: – “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” Uca Yaradan onu məhz bu əzabdan qurtararaq ən uca məqama şəhidlik zirvəsinə ucaltdı. Allah rəhmət eləsin… Ruhu şad olsun… Ehtirazı üzlərini doyunca görmədiyi üç övladı yadigar qalıb. Ehtirazın özündən başqa üç qardaşı və böyük qardaşı Ehtiramın (Nəcəfqulu – baba adı) oğlu Məmmədrza Birinci Qarabağ Müharibəsinin iştirakçısı Müharibə Veteranıdır.

Zaur Ustac – Sonuncu döyüş

Müəllif: Zaur Ustac

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əzizə Cəfərzadə – Müharibə mövzusu

MÜHARİBƏ MÖVZUSU

Hərdən mənə sual verirlər: Müharibə “Niyə bizim yaradıcı ziyalılar: yazıçı, şair, rəssamlar müharibə mövzusuna bu qədər çox əhəmiyyət və yer verirlər. Axı müharibədən 35 il keçib… tamaşaçı, dinləyici, tənəzzövçü yorulub bu mövzudan. Bəs deyilmi? Yox bəs deyil… müharibənin xalqlarımıza vurduğu yara elə böyük, onun nəticələri bu günkü gənclik üçün o qədər dərin tərbiyəvi, əxlaqi əhəmiyyətə malikdir ki, bu mövzu hələ bizə neçə nəsil yaradıcı ziyalı məşğul edəcək. Hələ bir neçə nəsil nasir, şair, rəssam bu mövzuya müraciət edəcəkdir. Neyçünmü? Buyurun. Vaxtı ilə bir ərəb müxbirin eynilə beləcə sualına verdiyi cavaba bənzər bir cavab verim: Axı hələ indi də bir üzü qız bir üzü gəlin ikən, ölüncə ana olmaq dadını bilmədiyi halda qarıyıb nənəyə çevrilən, hələ də gözlərini nişanlısının getdiyi yollara dikən sədaqətli qızlar göz önündədir. Atası gedəndə sonra dünyaya gətirdiyi yeganə övladını ögey ata etməyib, hörüyünü birini ağ – birini qara hörmüş, dulluq qurşağını bərk bağlamış, bircə balasını min ata zəhməti ilə böyüdən gəlin analar göz önündədir. Axı bürüşük yanaqlarında 41-ci ilin yaşı hələdə qurumayan oğulların cəbhələrdə, qanlı hərbin udduğu, amma indi də buna inanmayıb nişan üzüyü, örpəyi yığılmış boğçanı titrək əllərlə sığallayan müqəddəsə çevrilmiş analar göz qabağındadır və bütün bunlar öz əslini, nəsəbini xaricdən gəlmə bir cındıra dəyişməyə hazır olan bəzi para cavanlar üçün əbədiyyət heykəli kimi örnəkdir. Məgər biz müharibə mövzusundan belə asanlıqla ayrıla bilərikmi?
Mənim əziz dinləyicilərim müharibədən keçən bu otuz beş il ərzində haqqında heç danışmayan bir kənd haqqında sizə danışmaq istəyirəm. Vətənpərvərlik mövzusundan canlı mücəssəməsidir bu kənd. Bu kənddə çox olanda on altı, az olanda on beş ev var idi. Səbəbi də bu idi kənd sakinləri Şahbala sözü üzə deyən qardaşı pəhləvan. Bəybaladan tez-tez küsür, bir saat içində evini, bir çətən külfətini də götürüb dəvəyə yükləyir, köçüb harasa gedərdi. Hirsi soyuyanda pəhləvan qardaş gedib onun köçünü yenə dəvəyə yükləyib əvvəlki yurduna gətirərdi. Qardaşların arvadları küləş Fizzə ilə Mehriban Bəyim bir qazan südü aş bişirib elliklə yeyər, yenə də can bir qəlbdə yaşardılar. Kənddə məmə yeyəndən pəpə deyənəcən bir-birini nəinki yaxşı tanıyırdı, hətta bu gecə şam eləyib – eləmədiyini, yuxuda nə gördüyünü də bilərdi. Gah on beş , gah on altı evlik kənddə əhalinin sayı əllini heç etməmişdi, məktəbi yox idi. Xırdaca kolxoz zor-bəla öz əkərini əkə, biçərini biçə bilsin deyə onları gah bu, gah da o biri qonşu kolxoza, ayrıca briqada kimi qoşardılar. Kənddə nə radio var idi, nə də hətta neftlə yanan pilətə, çıraq da yox idi. Axşam olcaq mal heyvan farağatlanana kimi yerlərinə girər, dan üzü ayılıb iş-güclərinə başlardılar. Nə traktor var idi, nə yük, nə minik maşını, hər şey əl ilə görülürdü, yaba, şana, kürək, bel, vəl-kotan, bütün “texnika”da bundan ibarət idi. Elə bilməyin ki, mən inqilabdan əvvəlki kənddən danışıram, yox, lap Böyük Vətən müharibəsi başa çatanacan da kəndi belə görmüşdüm. Kəndə əl çatmırdı, ün yetmirdi. Göydən bir gilə yağış düşən kimi yollar dizəcən lehməyə dönürdü. Zarafatca “Azərbaycan Kamçatkası” adlandırılan bu kəndə gediş-gəliş kəsilirdi. Yayacan taxıl əkər, heyvan bəslərdilər. Meyvənin üzünü bazarda görərdilər. Hər şey taxılla bağlıydı. Bütün xəbərlər bura gec çatırdı. Amma dava xəbəri elə həmin gün çatdı. Qara xəbərin ayağı yügrək olar – deyib babalar. Elə həmin gün səfərbər oldu. Qazıməmməd rayonunun Tağılı kəndi. – Sovet ordusuna, döyüşən cəbhəyə nəyi vardısa verdi. Şahı ana bircə balası Rüstəmi bağrına daş basıb Hacıqabulacan yola saldı. Qayıtmadı Rüstəm, elə Rüstəm deyə-deyə köçdü dünyadan Şahı ana. Ayxanım ana iki oğlunu Qardaşxanla Zülfüqarı, Nurxanım ana Ağasəfərlə Fətixanı(Fətulla), gəlin yaşmaqlı Güləbətin körpəsi Zöhrəni kürəyinə sarıyıb istəkli əri-kəndin cavan kolxoz sədri İsfəndiyarı, onu əvəz edən qoca kolxoz səbri Məmmədşah kişi oğlu İbrahim, qaynı Balayrəhimi, bütün kəndin cavanları Əlbabanı, Əzizi, Seyfullanı… və ümumiy-yətlə bu on iki evli xırdaca kənd böyük Vətən müharibəsi cəbhələrinə 16 döyüşçü yola saldı. Hər ev başına biri düşürdü. Kəndin bütün qız gəlini, qarısı əli çomaq tutan uşağın qurşağını daha da bərk bağladı və bu kənd onun işçi qüvvəsi üçün ağlasığmaz dərəcədə çox ərazidə taxıl əkməyə, dövlətə verməyə başladı. Arvad-uşaq elə döşlərdə yollarda kotan sürüb löhran yer şumlayırdı ki baxanın başı gicəllənirdi. Dö-yüşən orduya taxıl da verdi, ət də. Yun köynək, corabda toxudu verdi, mis qazanlarda sərinc də yığdı. Əlindən gələni elədi. Müharibə illərində də onlarla əlaqəm kəsilməmişdi. Ara-bir gedərdim. dərd-sərlərinə şərik olardım. Dava qurtardı. Tağılı kəndi Pirsaatın o biri sahilinə köçdü. İndi burada evlər nar, heyva, sərv, çinar, ağacları içində yaşıllığa qərq olub. İliç lampaları kəndə televizor, soyuducu gətirib. On altı ev otuz beş olub, əhalisi üç yüzə çatıb. çoxuşaqlı qəhrəman analar, zəhmətsevər atalar… səkkiz illik məktəb, yüz yerli klub… İndi yenə burdayam. Müharibə veteranı Zülfüqar kişinin qonağıyam.
Albomu vərəqlədikcə acılı-şirinli əski xatirələr məni kövrəltmişdi. Axtardığımı tapa bilmirdim, amma tanış simalar indi uşaqlıq cizgilərini itirmiş, üzləri güclə xatırladırdı. Birdən bu alboma və onun sahibinə xas olmayan iki şəkil nəzərimi cəlb etdi. Birində ağ saçlı bir rus qadını, ikincisində Moskva Kremli fonunda çəkilmiş dörd gənc şəkil. Çevirdim, baxdım. Gənclərin şəkilinin arxasında heç nə yox idi. Qadının əksinin ardında solğun mürəkkəblə bu sözlər yazılmışdı. “На память о Пензе: нерусскому сыну от русской матери” Tarix də yox idi, ad da. Zülfüqar kişinin üzünə baxdım, dinməzcə oturub gözlərini mənim baxdığım şəklə zilləmisdi. Bir aləm ömür yaşamış, dünyanın acısını, şirinini görmüş bu gözlər mənə elə gəldi ki, nəmlənib, onlardan biri nəvaziş, mehribanlıq oxunurdu. Sualımı gözləmədi. Həzin bir nağıl danışan kimi sözə başladı:
– Anamı tanımasaydın doğmaca anamdı deyərdim; amma indi ikinci anamdı deyirəm. O şəkildəki cavanlar, oğlu, gəlini və nəvələridi. Səni yorsamda tarixcəsini bir az uzaqdan başlamalıyam. Cəbhəyə yerlilərimizlə birgə getmişdim. Əvvəl Şimal Qafqazda 90-cı ehtiyat polkunda polkovnik Hüseynovun komandanlığı ilə hazırlıq keçdik. Sonra ikinci Ukrayna cəbhəsində döyüşlərə girişdik. 379-cu atıcı polkda idim. Əl pulemyotu atırdım. Xarkovdan Dnepro-Petrovskacan bir aydan da çox vuruşa-vuruşa keçdik. Dneprin keçilməsindən Dnepropetrovskin azad edilməsində, Kirovoqrad uğrunda vuruşmalarda mənim də payım var. Mənim də qanım orda axıb. Əvvələ yüngül qəlpə yarası aldım, döyüşlərdəcə sağalıb yenidən pulemyotumun dəstəyindən yapışdım. 27 noyabr 1943-cü ildə Kirovoqrqad uğrunda vuruşmalarda ağır yaralandım. Məni Penza qosbitalına göndərdilər. Həkimlərimiz sağ olsun, sağaltdılar məni, ancaq daha döyüşə bilməzdim. Odur ki, Penzada fəhlə şəhərində silah zavodunda çalışmağa başladım. Elə ikinci ana adlandırdığım Valentina Qriqoryevna Sadovnikova ilə də orda tanış oldum.
O mehriban gözlərlə əlindəki şəklə baxıb sözünə davam etdi:
– Valentina Qriqoryevna silah zavodunda sex rəisi işləyirdi. Əsli Moskvadan idi, zapodla bura köçmüşdü. Mən də qospitaldan təzəcə çıxmışdım, çox qan itirmişdim, yara-larım hələ tam sağalmamışdı. Valentina Qriqoryevna məni öz evinə aldı. Mənə əsil analıq etdi. 1946-cı ildəordudan tərxis olana kimi məni bəslədi. Az payının çoxluğu mənə saxladı, yedirtdi, qulluq elədi. Yaram sağaldı, qana-cana gəldim. Ayrılıb Bakıya gələndə həmin şəkli mənə bağışladı. Kəndimizə qayıdan kimi məni kolxoza sədr seçdilər. Az keçmədi evləndim, oğul-uşaq sahibi oldum. Amma Valentina Qriqoryevna ilə bir-birimizi unutmadıq. Yazışırıq, ailəmizin birgə şəklini doğma diyarımın ətirli nemətləri ilə ona göndərirəm. Bu gördüyün də onun övladlarının şəklidir. Təkcə özü yox, bacısı Klavdiya Qriqoryevna Sadovnikova da məni unutmayıb. Stalinqrad uğrunda qəhrəmanlıqla vuruşan bu igid qadın indi Moskvada yaşayır və mənimlə yazışır. Valentina Qriqoryevna 1968-ci ildə vəfat etmişdisə də ailəsilə əlaqəmiz kəsilməyib. Onun oğlu İqor Moskvada mühəndisdir. Mənimlə ailəvi dostluq edir, mənə qardaş deyir. Anamız Valentina Qriqoryevnanınxatirəsini yad edir, gediş gəlişimiz də var Ümumiyyətlə dost barəsində mənim bəxtim gətirib. Elə 1943-cü ildə əvvəlcə yaralananda aldığım qəlpə bədənimdə qalmışdı çox əziyyət verirdi mənə. Sədr işləyirdim. O za-manlar maşın-zad yox idi. At üstündə gəzdikcə, qəlpə də in-cidirdi məni. Axırı on ildən sonra 1953-cü ildə yıxdı məni, yaman yıxdı. O zaman bizim bu Udulu sovetliyi Qazıməmməd rayonuna baxırdı. Məni Hacıqabul stansiyasındakı xəstəxanaya gətirdilər. Cərrah İsrafilov çətin əməliyyat aparıb müharibə yarasının-qəlpəsini bədənimdən çıxartdı. “Al, yadigar saxla, dost” dedi. Elə o gündən də dostluğumuzun təməli daşı o qəlpəynən qoyuldu. İndiyəcən Qazıməmməd Dəmiryol xəstəxanada cərrah işləyən İsrafilovla dostluğumuz davam eləyir.
O zaman mənim cəbhə yoldaşlarım olan Tava kəndindən Hüseynov Məmməd, Ağayev Teymur, Salyandan Əliyev Həsən Rəşid oğlu, öz kəndimizdən Məmmədov Əziz, Qocayev Rüstəm, Qədirov Mehdi, Əliyev Əlibala, Salmanov Seyfulla… kimi deyim təkcə bizim kənddən gedənlərdən onu qayıtmadı. On altı evli balaca bir kəndən on nəfər! Cəmi əlli nəfər də əhalisi yox idi. On qurban verdi bizim kənd. Hər dörd-beş nəfərdən biri. Lap Belorusiya kimi. Sonra incikliklə əlavə elədi:

-Hamıdan hər yerdən yazırlar, amma bizim boyuna görə bu qədər qurban vermiş kənddən yazan yoxdur. Unudublar bizi deyəsən.
– Yox – dedim – heç kim və heç nə unudulmayıb. Darıxma, sizin kənddən də, anaların böyük faciəsindən, oğulların əf-sanələrə sığmaz qəhrəmanlarımızdan yazarlar. Heç kim unudulmayıb.

Müəllif: ƏZİZƏ CƏFƏRZADƏ

ƏZİZƏ CƏFƏRZADƏNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏNHALIQ MƏKTUBU

TƏNHALIQ MƏKTUBU
Bu gecə
gecəni varaq-varaq
qaranlığına
bəyaz misralar kimi
yazdım göz yaşlarımı …
Bu gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım
baxışlarımı .
Bu gecə misralarımın
alnından öpdüm ,
anamın duaları
diksindi …
Gecənin qulağına
Adını pıçıldadım
dodaqlarım isindi.
Tənhalığı
körpə uşaq kimi
sıxdım köksümə.
Və bu gecə
məktub kimi
yolladım
özümə…

SEVDA ƏLİBƏYLİNİN MƏTBUATIMIZA XİDMƏTİ ƏVƏZSİZDİR

ƏZİZ İNSAN HAQQINDA BİR NEÇƏ SÖZ

“Sevda qəhrəman qızdı”. Bu sözləri illər öncə Nəriman Həsənzadə demişdi Sevda Əlibəyli haqda. Mən hələ onda Sevda xanımı şəxsən tanımırdım. Nəriman müəllimin yazı-pozu işlərini görürdüm Mətbuat və İnformasiya naziri olanda.

“Söz” jurnalının ilk baş redaktoru və təsisçisi Şəkər Aslanın vaxtsız vəfatı, Sevda xanımın ona dost, həmkar sədaqəti, jurnalı ağır maddi sıxıntı içərisində olmasına baxmayaraq, çox çətinliklə çap etdirməsi barədə də Nəriman müəllim danışmışdı mənə. Sonra Sevda xanımla şəxsi tanışlığımız və iş əlaqəmiz başladı. Və elə o zamandan bu əlaqə çox doğma, əziz insanıma çevirdi onu. Hətta ailə dostumuz, əzizimiz oldu. Özü də, dəyərli ömür-gün yoldaşı Mükafat müəllim də, gözəl balası Toğrul da.   

Sevda Əlibəylidən söz düşəndə həmişə köv­rə­lirəm… İstər ailəsi uğrunda, istər dostluqda, istər yaradıcılıq yolunda ürəyinin yağını necə əritməsi gözlərim qarşısında olub bu illər ərzin­də…

Sevda xanım gözəl jurnalistdir, yazıçı-publi­sistdir. 11 kitab müəllifidir. Ağır maddi duruma baxmayaraq, mətbuatımıza xidmət edən “Söz” jurnalının illərdir nəşrinin dayanmaması üçün fədakarlıq göstərən, milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən Azərbaycan qadınıdır. 

Böyük bir kollektivin görəcəyi işin ağırlığını illərdir zərif çiyinlərində daşıyan bir xanımın nəşr etdirdiyi “Söz” jurnalının mətbuatımıza xidməti danılmazdır. Bunu ictimai-siyasi xadimlər, səlahiyyət sahibləri, millət vəkilləri də jurnalın yubileylərində dəfələrlə vurğulayıblar.

Sevda xanım kimi ziyalılarımız cəmiyyətimizə çox lazımdır. Belələrinə dəyər verməliyik ki, gənclik də bu yolla getsin… Axı bu yol  – Zərdabi yoludur…

Sevda xanıma mənim bir minnətdarlıq borcum da var. Qeyd etdiyim kimi o, son dərəcə etibarlı, təmənnasız dostdur.

Həyatımın ən çətin anlarında, əzizlərimi ard-arda itirdiyim zamanlarda Sevda xanım ağrıyan ürəyilə yanımda oldu həmişə, hər an.

Həssas ürəyə sahib olan Sevda xanım açıq ürək əməliyyatı keçirməli olanda çox qorxutdu bizi. Ağır koronavirusa yoluxduğundan və ağır şəkər xəstəsi olduğundan, çox çətin əməliyyatın məsuliyyətini üzərinə götürən fəxrimiz, dünya şöhrətli kardioloq-cərrah Rəşad Mahmudovun peşəkarlığı və onu sevənlərin duaları sayəsində Allah Sevda xanımı yenidən bizə bəxş etdi.

Ümid edirəm ki, bu il yubiley yaşını qeyd edən Sevda xanım layiqli olduğu fəxri adı almaqla da bizi sevindirəcək.

Sevda xanıma möhkəm cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.

İmzanız mətbuatımızdan əskik olmasın, cəfakeş Sevda xanım!

Aliyə CAVANŞİR,

ZAUR USTAC (1975)

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət UniversitetindəBakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  2.  “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  3.  “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  4.  “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  5.  “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  6.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  7.  “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  8.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  10.  “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 2016-02-08.
  11.  “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  12.  “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  13.  “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  14.  “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  15.  “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  16.  “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  17.  “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  18.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  19.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  20.  “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  21.  “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  22.  “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  23.  “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  24.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  25.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  26.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  27.  “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  28.  “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  29.  “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  30.  “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  31.  “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  32.  “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  33.  “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  34.  “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  35.  “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  36.  “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 24 dekabr 2020.
  37.  “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  38.  “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  39.  “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  40.  “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  41.  “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  42.  “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  43.  “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  44.  “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  45.  “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  46.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  47.  “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  48.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  49.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  50.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  51.  “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  52.  “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  53.  “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  54.  “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

"…yazarlar, ancaq yazarlar…"