Lev Tolstoyun yaratdığı “Yasnaya Polyana Məktəbi”

Fotoda: Lev Tolstoy Yasnaya Polyana yolunda

“Yasnaya Polyana Məktəbi”

Lev Tolstoyun yaratdığı “Yasnaya Polyana Məktəbi”, onun maarifçilik ideyalarını əks etdirən unikal bir təhsil modelidir. Bu məktəb 1859-cu ildə Tolstoyun öz mülkündə – Yasnaya Polyana kəndində təsis edilmişdi. Məqsəd kənd uşaqlarına azad, təbii və zorakılıqdan uzaq bir təhsil vermək idi.

Tolstoy Məktəbinin Əsas Prinsipləri

  1. Məcburiyyət Yoxdur – Tolstoy inanırdı ki, uşaqlar məcbur edilmədən, maraq və həvəs əsasında öyrənməlidirlər. Bu səbəbdən dərslərə iştirak məcburi deyildi.
  2. Azadlıq və Təbii Tərbiyə – Şagirdlər sərbəst şəkildə öz maraq dairələrini kəşf edirdilər. Müəllimlər onlara yol göstərir, lakin məcbur etmir, sərt nizam-intizam tətbiq etmirdilər.
  3. Praktik və Həyati Təhsil – Tədris planı sırf akademik biliklərdən ibarət deyildi. Tolstoy hesab edirdi ki, uşaqlar həyatda istifadə edə biləcəkləri bacarıqları da öyrənməlidirlər. Buna görə məktəbdə kənd təsərrüfatı, sənətkarlıq və əl işləri də tədris edilirdi.
  4. Özünütəşkil və Şagirdlərin Rolu – Şagirdlər məktəbin idarəçiliyində iştirak edirdilər. Onlar dərs proqramı, tədris materialları və hətta məktəb qaydaları barədə söz sahibi idilər.
  5. Kitablar və Maarifçilik – Tolstoy özü şagirdlər üçün xüsusi dərsliklər yazırdı. Onun fikrincə, ən yaxşı dərsliklər sadə və uşaqlar üçün maraqlı olmalıdır.

Tolstoy Məktəbinin Sonu

Məktəb 1862-ci ildə Çar hökumətinin təzyiqləri və Tolstoyun mühacirət etməsi ilə fəaliyyətini dayandırdı. Amma onun ideyaları sonrakı dövrlərdə bir çox müasir təhsil sistemlərinə təsir göstərdi. Tolstoyun pedaqoji baxışları daha sonra azad və demokratik təhsil modellərinin əsasına çevrildi.

Beləliklə, Tolstoy məktəbi sərt qaydalara və mexaniki öyrətməyə qarşı çıxaraq, uşağın maraqlarına, azadlığına və yaradıcı inkişafına əsaslanan bir yanaşma idi.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahangir NAMAZOV – YOL

YOL

Həyatda elə yollar var ki, onlar yalnız öz ürəyiniz və ruhunuzla keçilə bilər… Bu yollar, özünüzü anlamaq, həqiqi məqsədinizə çatmaq üçün yalnız öz gücünüzə arxalanmalı olduğunuz yollardır. Hər bir insan bu yoldan bir dəfə olsa da keçməli olur, amma bəzilərimiz qorxu və tərəddüdlərlə başqalarının ardınca gedərək, öz yolumuzu tapa bilmirik və çaşaraq gedirik. Bəziləri isə, çətinliklərə boyun əyməyərək, sınaqlara tab gətirməyərək, möhkəm iradə ilə öz yolunu tapır. Bu yol elə bir yoldur ki, burada heç kim sizə kömək edə bilməz, istiqamətinizi göstərə bilməz… Ürəyiniz və ruhunuzun səsinə qulaq asaraq, bütün çətinliklərə və əzablara göz yumub səbr etməsəniz, yolunuzu tapa bilməzsiniz və başqalarının yolundan çıxa bilməzsiniz. Bu yolu keçərkən, bəzən təklik, kədər və nigarançılıqlar ruhumuzu batıra bilər. Mən də hal-hazırda həmin mərhələdəyəm – özümü, öz varlığımı tapmağa doğru bu yolları keçməkdəyəm… Maneələr və çətinliklər mənə çox dəfə qarşı durmağa çalışsa da, “Əlhəmdülillah”, ruhum zəifləmədi, iradəm sınmadı… Qüdrətli və mərhəmətli Allahımın mərhəməti və lütfü sayəsində öz varlığımı itirmədim… Rəbbim, hamımızı Öz yoluna və öz yolumuza yönəltsin…

Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Arif Buzovnalı – …çalış sən yola get…

Sənlə dövran yola getmirsə, çalış sən yola get,
Sağa dönsə sağa döndər, sola getsə sola get.

Caamat içrə de ki, yoxdu zəmanəylə aram,
Amma ki gözdən uzaq yerdə girib qol-qola get.

Yumru dünyadı, çalış gillənib alt-üstünü gəz,
Hər necə maneələr olsa da, güc ver pula get.

Yeyib iç, xərc elə yığdıqlarını, qəbr evinə
İp kimi barmağına cümlə cahanı dola get.

Ölməmişdən qabaq olsan hacı, əntiqə olar,
İnkirə Minkirə kəf gəlmək üçün gir rola get.

Sənə nə sorğu-sual, cənnətə yol tut birbaş,
Hacılıq qəbzini sox gözlərə, meydan sula get.

Vecinə alma ki pissən, bu yaman işlərinin,
Yükünü çəkmək üçün oğlunu döndər qula, get.

Arifin qanmazı qandırmağa yox hövsələsi,
Elə əvvəlki kimi şeytana quyruq bula get.

Pərvanə Salmanqızının şeiri

SEVİRƏM YURDUMU

Sevirəm yurdumun,dörd bir yanını,
Payızda tökülən,hər yarpağını,
Qışın boranını,buz bulağını,
Baharda oyanan, baxça bağını.

Sevirəm yurdumun,hər nemətini,
Nər igidlərini,xatun qızını,
Gözəldir yurdumun,bu gün dörd yanı,
Yaşılbaş sonası,ahu-ceyranı.

Sevirəm yurdumun,hər qarışını,
Qələbə müjdəli,səs-sorağını,
Sərkərdə oğlunu,Şah İlhamını,
Qalib ordumuzun,marşın sevirəm.

Sevirəm yurdumun,ölməz Şəhidin,
Şəhidlər Anasın,həm də Atasın,
Bizə əmanət qızını,həm də oğlunu,
Həm də sevirəm,ömür yoldaşın.

Sevirəm yurdumun,al Bayrağını,
Önündə and içən,hər övladını,
Bu növrağı quran,İlham oğlunu,
Sevirəm xalqımın bu növrağını.
18.11.2021

“PAYIZ OVQATI” kitabı çapdan çıxıb

“PAYIZ OVQATI” kitabı çapdan çıxıb

Şair Məhəmməd Əlinin növbəti kitabı çapdan çıxıb. Kitab “Payız ovqatı” adlanır. Yüz səhifədən ibarət kitaba şairin son illərdə qələmə aldığı poeziya nümunələri toplanıb. “Payız ovqatı” bütövlükdə Məhəmməd Əlinin təbiət, cəmiyyət, habelə yaşadığımız zamanda baş verən hadisələrə münasibətinin poetik ifadəsidir.
Şair bu kitaba toplanan əsərlərində də əvvəlki ənənələrinə sadiq qalmış, təbiət və cəmiyyətin harmoniyasını vəhdət şəkildə ifadə etməyə nail olmuşdur. Onun əsərlərinin ana xətti vətən sevgisi, ilahi sevgi, insani sevgi, təbiət hadisələrinin tərənnümü və cəmiyyətdə baş verənlər tutur.
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.
Xatırladaq ki, Məhəmməd Əli 2005-ci ildən Yazıçılar Birliyinin üzvüdür. 2017-ci ildən “Xəzan” ədəbi-bədii jurnalın redaksiya heyətində təmsil olunur. Yaradıcılıqda fəaldır.
Hacıyev Məhəmməd Əli Namət oğlu 1 mart 1950-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. İxtisasca mühəndisdir, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində qalaraq ixtisası üzrə işləyib. Hazırda təqaüddədir.
Gənc yaşlarından yaradıcılıqla məşğul olub. “Dağlardan ayrı”, “Sevincim acıdır, kədərim şirin”, “Özümü axtarıram”, “Söz sənindir”, “Çörəyimin duzu yoxdur”, “Gedirəm üzü gün doğana”, “Duyğularımı səpdim dənizə”, “Etiraf” və digər şeir kitablarının müəllifidir. 2020-ci ildə yaradıcılığına yenidən nəzər salaraq bəzilərini təkmilləşdirmiş, böyük əksəriyyətini bir yerə toplayaraq 740 səhifəlik “TOPLU” çap etdirmişdir.
Azərbaycan Dövlət Televiziyasında və radiosunda, eləcə də dövrü mətbuatda müntəzəm olaraq şeirləri və aktual mövzuları əhatə edən publisistik yazıları ilə çıxışlar edir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və “Dirili Qurbani” ədəbi məclisinin üzvü olan şair “Qızıl Qələm”, “Məmməd Araz”, “Həsənbəy Zərdabi”, “Araz”, “Yurd və vətən fədaisi” və sair ədəbi mükafat və diplomlara layiq görülüb.
Şair Məhəmməd Əlinin bir çox şeirləri vardır ki, indiyə kimi heç bir şair həmin mövzulara toxunmamışdır.
İnanırıq ki, şairin “Payız ovqatı” kitabı da əvvəlkilər kimi qədirbilən oxucular, xüsusən də poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacaqdır.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Ustacam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD yazır

Azərbaycanlı iş adamının xeyirxahlığı
Qazaxıstanda yüksək qiymətləndirilir

Azərbaycandan kənarda yaşayıb-işləyən, amma öz fəaliyyəti, xeyirxah əməlləri ilə xalqımızın adını ucaldan, şərəfləndirən həmyerlilərimizin xoş sorağını eşidəndə qəlbimiz fərəhlənir, qürur hissi keçiririk. Qazaxıstanda bizneslə məşğul olan azərbaycanlı sahibkar Amil Turab oğlu Yusifov haqqında növbəti dəfə qardaş ölkədən gələn xəbər də bizə eyni hissi yaşatdı…
Ötən il dekabrın 24-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin anmaq üçün bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı Səfirliyi və Mangistau Vilayət Hakimliyi tərəfindən Aktau şəhərində ehsan mərasimi təşkil olunub.
Mərasimdə vilayətin rəhbər şəxsləri, azərbaycanlı diplomatlar, ictimaiyyət nümyəndələri, təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailə üzvləri iştirak ediblər. Türksoylu iki xalq arasında birliyin və qardaşlıq əlaqələrinin möhkəmliyinin baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı bir daha özünü bariz şəkildə göstərdiyini mərasində çıxış edənlər xüsusi vurğulayıblar.
Mərasimdə Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli və əşyalı beş mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların ailələrinə təqdim edib. Bundan əlavə, iş adamı tərəfindən Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Amil Yusifovun xeyriyyəçilik təşəbbüsünü yüksək qiymətləndirib və xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından ona təşəkkürnamə təqdim edib.
Amil Yusifovun xeyirxahlığı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb və sosial mediada böyük rezonans doğurub. Məsələn, Qazaxıstanın tanınmış media resurslarından olan “BES.media” özünün internet səhifəsində və sosial şəbəkə hesablarında azərbaycanlı biznesmenin təyyarə qəzasında həlak olanların ailələrinə mənzil hədiyyə etməsini Aktauda keçirilən tədbir haqqında xəbərin başlığına çıxarıb. “BES.media”nın Instagram səhifəsində yerləşdirilmişbu xəbərə 62 istifadəçi rəy yazıb və ilk növbədə, Amil Yusifovun xeyirxahlığını alqışlayaraq, digər iş adamlarını da ondan nümunə götürməyə, xeyihxah olmağa çağırıblar. Belə mesajlar digər sosial şəbəkələrdə də yüzlərlədir…
Xatırladaq ki, Amil Yusifov qazax xalqının qəhrəman oğlu,1992-ci ildə iyirmi yaşında Qarabağa gələrək burada erməni işğalçılara qarşı döyüşən, Ağdərədə şəhid olduqdan sonra Bakıda Şəhidlər Xiyabanında dəfn edilən Yerbol Barımbetovun xatirəsinə öz ehtiramını bildirmiş, onun haqqında qazaxıstanlı jurnalist Nasiha Humarqızının yazdığı və 3 dildə -Azərbaycan, qazax, rus dillərində çapdan buraxılan kitabın bütün maliiyyə xərclərini qarşılamışdı. Şəhidin ailəsinə Amil Yusifovun və Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənovun adından mənzil də hədiyyə olunmuşdu.
O zaman – 2023-cü ildə Qazaxıstanın “Ər Namusu” İctimai Birliklər Şurası Amil Yusifovu “Böyük Döyüş Qəhrəmanı” ordeni ilə təltif etmiş, türk dünyasının ağsaqqllarından biri – Qazaxıstanın Əmək Qəhrəmanı, “Şərəf” ordenli, Xalq yazıçısı və şair, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenovun ona təşəkkür məktubu ünvanlamışdı.
Xalqımızın ən gözəl milli xüsusiyyətlərini yaşadan və ölkə xaricində təbliğ edən, Qazaxıstanla qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə öz sanballı töhfələrini verən Amil Yusifovun bundan sonra da öz xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyinə əminliyimizi bildirərək, ona iş və şəxsi həyatında uğurlar arzulayırıq.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RAMİZ DUYĞUNUN DOĞUM GÜNÜ

RAMİZ DUYĞUNUN DOĞUM GÜNÜ
Bu gün şair RAMİZ DUYĞUNun doğum günüdür. Şair “DUYĞUN” təxəllüsünü Xalq şair Səməd Vurğuna olan sevgisindən hələ gənc yaşlarında götürüb. Onun şeirlərində Vurğunun dəsti-xətti, ötkəmliyi, milliliyi özünü göstərir. Şair ömrünün müdrik çağlarında da yazıb-yaradır və ədəbi-bədii jurnallarda çap olunur.
Doğum günü münasibətilə onun doğmaları, qohum-əqrəbası, dost-tanışı ilə yanaşı “Xəzan” və “Yazarlar” ədəbi-bədii jurnallarının redaksiya heyətləri Ramiz Dyğunu təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.


Xatırladaq ki, “Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olub. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur”.


Bir müddət Azərbaycan Müdafiə nazirliyində Mətbuat xidmətinə rəhbərlik edib. Sonra Sərhəd Qoşunlarında xidmətini davam etdirib. “Sərhəd” qəzetinin yaradıcısıdır.Hazırda təqaüddə olan tibb xidməti polkovnikidir.
Bədii yaradıcılığa kiçik yaşlarından meyl göstərmiş, lakin ilk mətbu şeiri “Yaşa, Azərbaycanım” “Gəncliyin səsi” almanaxında dərc edilmişdir (1959). Bundan sonra dövri mətbuatda, radio və mavi ekranda müntəzəm çıxış edir. “Hünər” televiziya verilişinin müəlliflərindən biri və aparıcısı olmuşdur. Bir çox bədii, elmi və elmi-publisist kitabın müəllifidir. Onun ssenariləri əsasında filmlər çəkilib.


1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuzun 65 illik yubileyinə Türkiyədən “Avcı” və “Atabey və Haşhaşiler” hədiyyəsi – ÖZƏL

Azərbaycanın görkəmli yazıçısı və publisisti Yunus Oğuzun 65 illik yubileyi münasibətilə Türkiyənin İLESAM nəşriyyatı müəllifin iki romanını – “Ovçu” (“Avcı”)  və “Atabəy və Xaşxaşilər”  (“Atabey və Haşhaşiler”)i   Türkiyə  türkcəsində çap edib.

Kitablar  türk  oxucusuna  böyük  məhəbbətlə  təqdim olunub  və  qeyd  edilib ki, türk tarixçiliyinə və ədəbi düşüncəsinə özünəməxsus baxış gətirən Yunus Oğuz  tarixi roman janrında yeni üslubu ilə seçilir. Onun qələmə aldığı əsərlər təkcə tarixi hadisələri əks etdirmir, həm də keçmişi günümüzün reallıqları ilə vəhdətdə təqdim edir.

“Ovçu” romanı (“Avcı”)  Ermənistan-Azərbaycan münaqişəsi fonunda real qəhrəmanların həyat hekayələrinə əsaslanır. Əsər Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin və digər şəhidlərin xatirəsinə həsr olunub. Romanda oxucu üç fərqli dövrdə yaşamış üç Murad obrazı ilə tanış olur. Müəllif onların talelərini ustalıqla birləşdirərək oxucunu tarixin dərinliklərinə aparır.

“Atabəylər və Xaşxaşilər” romanı  (“Atabey və Haşhaşiler”) isə Səlcuqlar dövründə Atabəylik institutunun formalaşmasını və həmin dövrün ən sirli təşkilatlarından biri olan Xaşxaşilərin fəaliyyətini təsvir edir. Əsərdə Melikşahdan sonra Səlcuq dövlətində baş verən siyasi çəkişmələr, Bağdad xəlifəsinin saray oyunları və Türk sultanlarına qarşı yönəlmiş sui-qəsdlər geniş işıqlandırılır. Kitab həmçinin Azərbaycan Atabəylərinin tarixinə də toxunaraq bu dövrə işıq salır.

Hər iki əsər tarixi roman janrında yazılmış və oxuculara həm keçmişi öyrənmək, həm də bədii zövq almaq imkanı yaradır. Yunus Oğuzun yubileyinə həsr olunmuş bu nəşrlər Azərbaycan ədəbiyyatının Türkiyədə daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"