
YOL
Həyatda elə yollar var ki, onlar yalnız öz ürəyiniz və ruhunuzla keçilə bilər… Bu yollar, özünüzü anlamaq, həqiqi məqsədinizə çatmaq üçün yalnız öz gücünüzə arxalanmalı olduğunuz yollardır. Hər bir insan bu yoldan bir dəfə olsa da keçməli olur, amma bəzilərimiz qorxu və tərəddüdlərlə başqalarının ardınca gedərək, öz yolumuzu tapa bilmirik və çaşaraq gedirik. Bəziləri isə, çətinliklərə boyun əyməyərək, sınaqlara tab gətirməyərək, möhkəm iradə ilə öz yolunu tapır. Bu yol elə bir yoldur ki, burada heç kim sizə kömək edə bilməz, istiqamətinizi göstərə bilməz… Ürəyiniz və ruhunuzun səsinə qulaq asaraq, bütün çətinliklərə və əzablara göz yumub səbr etməsəniz, yolunuzu tapa bilməzsiniz və başqalarının yolundan çıxa bilməzsiniz. Bu yolu keçərkən, bəzən təklik, kədər və nigarançılıqlar ruhumuzu batıra bilər. Mən də hal-hazırda həmin mərhələdəyəm – özümü, öz varlığımı tapmağa doğru bu yolları keçməkdəyəm… Maneələr və çətinliklər mənə çox dəfə qarşı durmağa çalışsa da, “Əlhəmdülillah”, ruhum zəifləmədi, iradəm sınmadı… Qüdrətli və mərhəmətli Allahımın mərhəməti və lütfü sayəsində öz varlığımı itirmədim… Rəbbim, hamımızı Öz yoluna və öz yolumuza yönəltsin…
Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.