SADİR MƏMMƏDOV – 75 İL SADİR Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Ağdam rayonunun Kəngərli kəndində ziyalı (Surxay Məmmədovun) ailəsində doğulmuşdur. S.Məmmədov H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutu, Moskvada SSRİ DİN – Akademiyasını bitirmişdir.
1970-73- çü illərdə Ağdam rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Sonra Özbəkistan Respublikasıda Daxili işlər orqanlarında fəaliyyətini müxtəlif vəzifələrdə davam etdirmişdir. Azərbaycan DİN-tələbnaməisi ilə Vətənə qayıtmış, Şuşa milis idarəsinin rəisi, Ağdərə milis idarəsinin rəisi, DQMV -nin Milis idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. O zamankı hadisələr zamanı qaynar nöqtələrdə şəxsən yaxından iştirak etmişdir. Sonralar Azərbaycan Daxili İşlər Nazirliyinin orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildən polkovnik rütbəsinda ehtiyata buraxılmışdır. SADİR müəllim həmin vaxtdan indiyənə qədər Bakı Slavyan Universitetidə pedaqoji fəaliyyətlə məşğuldur. Hüquqi üzrə fəlsəfə doktorudur. Dossentir. O, unverstetidə Azərbaycansunalıq üzərə ETL -nin müdiridir. Xidmətləri Dövlət tərəfindən orden medallarla qiymətləndirilmişdir. SADİR müəllim yeni doğum gününüz və yubileyiniz mübarək! Sizə sağlamlıq, uğurlar arzulayıram.
Bu gün, 14 fevral, saat 15.00-da AYB-nin “Natəvan” klubunda Moldova və Rumıniya səfirlərinin iştirakı ilə “Moldova poeziyası saatı” keçiriləcək, görkəmli Moldova şairi Qriqore Vyerunun 90 illik yubileyi qeyd olunacaq, Vyerunun “İynənin nəğməsi”, İon Hadırkanın “Mavi güzgü” şeir kitablarının təqdimatı olacaq.
14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Xəzan” jurnalının baş redaktoru – yazıçı Əli Bəy Azəri və Yazarlar Jurnalı nın baş redaktoru – şair Zaur Ustac öz kitablarından, şəxsi kitabxanada olan faydalı kitablardan və jurnalların bu gün üçün xüsusi olaraq seçilmiş nömrələrindən oxuculara hədiyyə edəcəklər. Bütün kitabsevərlər dəvətlidir. Giriş sərbəst.
Məkan: Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən “Novella” Kitab evi. Vaxt: 24 fevral 2025-ci il, saat: 16:00-18:00
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Hacı İsmayılovla “Asan könüllüləri”n görüşü keçirilib
“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüş keçirilib. “Milli və mənəvi dəyərlər” layihəsi çərçivəsində keçirilən görüş zamanı sənətkarın teatr və kino yaradıcılığı, sənətdəki uğurları, təcrübəsi ilə bağlı könüllülərlə müzakirələr aparılıb. “Sənətçinin ən vacib missiyası” mövzusunda keçirilən görüşdə gənclərə maraqlı olan suallar cavablandırılıb. Sonda xatirə şəkilləri çəkilib.
Sabah – fevralın 14-ü – “Sevgililər günü”dür. Mən bütün sevənləri kiçik bir şeirimlə təbrik edirəm. Allah sevənləri ayırmasın!
Elə ki, göz açdım, mən bu dünyaya, Ulu Yaradanı – Allahı sevdim. Vuruldum Günəşə, Ulduza, Aya, Ata-analıykən sabahı sevdim.
Sevən sevdiyiylə olar tarazı, Dörd fəsil içində baharı, yazı, Qaval, tar, kamanı, üçtelli sazı, Qəlbləri göynədən “Segahı” sevdim.
İllərlə oduna oldum pərvanə, Rəsmi önümdədir, dönsəm hayana, Fərqi yox, dəli de, ya da divanə, “Məhəbbət” bildiyim “günahı” sevdim.
İnsanı güldürən qədərdir, qədər, Ha çalış, ha vuruş, hədərdir, hədər, İki qəlb bir olsa, neylər qəm, kədər? Qəlbimi kəşf edən səyyahı sevdim.
Uymadım şöhrətə, dövlətə-vara, Hər kəs dəyər versin, namusa, ara, Amalam, nə deyim, mən bəxtiqara? Yeddi rəng içində siyahı sevdim. Haqdan gələn ümid, pənahı sevdim.
XX ƏSR VƏ XXI ƏSRİN İLK 8 İLİ HAQQINDA DÜŞÜNCƏLƏRİ
12 oktyabr 2008.. Hır şeyin öz tarixi zamanı var.Hərdən özüm-özümə fikirləşirəm ki,niyə indi mətbuatımız,fikir adamlarımız XX əsrin əvvəllərində olduğu kimi deyil. İndi də təəssübkeş elm,fikir,mətbuat adamlarımız var,amma səviyyə bir əsr bundan əvvəlkinin yarısi qədər deyil.Radionun,televizorun olmadığı bir vaxtda onlar (bir əsr öncəkilər) daha çox iş görə bildilər,nəinki indikilər.Əksinə indi daha effektli işlər görmək olar.Çünki telekommunikasiya,rabitə dünyanın isrənilən nöqtəsiylə əlaqə saxlamağa imkan verir.Bizdən bir əsr əvvəl ( əsrin əvvəlində) yaşayanların kitablarl indi hazır şəkildə əlimizdə var,üstəğəl 100 il ərzində dünyada yazılan kitablar ( və baş vermiş hadisələr) tərcümə edilərək dilimizə qazandırılmışdır.Amma yenə də onlardan geriyik.Səbəb bir əsr öncə bütün dünyada hadisələr eyni xətt üzrə,yəni mətbuatla cərəyan edirdi.O cümlədən,Azərbaycanda da…Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabı Çar hakimiyyıtini yıxan səbəblərdən biri oldu. Valideyn öz körpəsinin ayaq açıb yeriməsiylə sevindiyi kimi mühərrir və elm fədailəri də mətbu orqanın xalq arasında yayılmasına və cahilliyi ortadan qaldırmasına sevinirdilər.Bu hər yerdə belə idi.Misirdə də,ABŞ da da,Fransa,Türkiyə,Rusiya… və Azərbaycanda da. Mətbuat inqilabları doğurdu.İnqilablar I Dünya müharibəsini,I Dünya müharibəsu ədalətsiz torpaq bölgüsünü və müsrəqil respublikaları.Ədalətsiz torpaq bölgüsü də II Dünya mqharibəsini başlatdı.II Dünya müharibəsi isə öz növbəsindı sənayeləşməyə ehtiyac yaratdı.Bekəliklə,əsrin əvvəlini mətbuatın inqilabı kimi xarakterizə etsək,ikinci dövr olaraq əsrin ortalarını sənayeləşmə olaraq səciyyələndirə bilərik.Sənayeləşmə də öz növbəsində rəqabəti gücləndirdi.Rəqabət də öz növbəsində eloktronikanın inkişafına sürərlu təkan verdi.Beləliklə,əsrin sonu da kompüterləşmə ilə yadda qaldı. Beləliklə,hər şey öz tarixi zərurətindən diğur.İndi “mətbuarın dövranı keçib” deyə düşünmək o demkj deyil ki,bu insanlar cahil qalacaq.Xeyr,inşallah bu da bütün müşküllər kimi öz yoluna düşəcək.Amin. 50-60-cı illər sənayeləşməsindən sonra 70-ci ildə dünya böhranı başladı.Bunu Sovet ölkəsi vətəndaşları hiss etməsə də,Sovet dövləri strukturi bunu hiss etdi.1980-lərin sonunda xalqın bilmədiyi böhranın səbəbindən sovet imperiyası dağıldı.Xalqı gecə- gündüz niğaranlıq keçirən dövlət isə 70-çi il böhranından çıxdı,Sovet İttifaql vətəndaşlarına dəyər vermədiyi və onları dünya həqiqətləri barəsindı aldatdlğı üçün məhv oldu. Xalq böyük qüvvədi və xalqına dəyır verməyən dövləri heç bir güc qoruya bilməz. Bu gün kompüterləşmənin nəticəsi olaraq dünyada iqtisadi böhran öz zirvəsinə çatıb.Bundan da xalqıyla bərabər olab dövlət sağlam çıxacaq.Xalqını aldadanlar isə məhvə məhkumdur.Onlar xalqla öz aralarında Sakit okeanı belə qoysalar xalq Berinq boğazını taparaq okeanı adlayacaq. Cahil kütlə maariflənmiş bir topluluqdan daha qorxuludu Onları bir cümləylə inqilaba qaldırıb,hər hansı bir quruluşu dəyişmək olar.Amma sonra sən istəsən belə,cildlərlə kitab yazsan ki,kütlə sakitləşsin -bunu bacarmazsan.Onlar sənin istədiyinlə hücuma keçir və yaxud ayaöa qalxır,öz istədiklərini almyınca da sakit olmurlar.Onlar,eyni zamanda,nə istıdiklərini də bilmirlər Çünki cahildirlər,başı pozuq hərəkət edirlər və vahid rəhbərlik tərəfindən idarə olunmirlar.Beləliklə,onların qısa bir zaman sonra oz aralarında konflikt başlayır.Bu da onların parçalanmasına,nəricədə məhvinə səbəb olur.Bütün inqilablar belə başlayıb, belə qurtarıb. Bolşeviklər kütləni ayağa qaldlrdl,sonra kütlə sakitləşməyincə bolşeviklər onu sakitləşdirməyə və məhv etməyə başladı. …Allah müharibəyə lənət etsin. Yaşasın Türkün savaş ruhu.Amin!